1/ ekologiyanin iNKİŞaf tariXİ, MƏQSƏd və VƏZİFƏLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix02.10.2023
ölçüsü0,65 Mb.
#151566
1   ...   29   30   31   32   33   34   35   36   37
Ekoloji təhlil mühazirələr

Onkoloji xəstəliklərin artımı
. Onkoloji xəstəliklər şişlərin əmələ 
gəlməsi ilə baş verir. Şişlər yenitörəmələr olub, toxumaların 
izafi patoloji inkişaf edərək artmasıdır. Onlar xoş xassəli olub 
ətrafdakı toxumalara sıxlaşdırıcı təsir göstərir və bəd xassəli 
olub (xərçəng kimi) cücərərək ətrafdakı toxumalara keçir və 
onları dağıdır. Damarları dağıdaraq onlar qana keçir və bütün 
orqanizmə yayılır, bu metastaz adlanır. Onkoloji xəstəliklər 
insan orqanizminə konserogen maddələrin, şişəmələgətirən 
viruslar və ya güclü şüalanmanın (ultrabənövşəyi, rentgen, 
qamma-şüalanma) təsiri nəticəsində baş verir. Konserogenlər 
kimyəvi birləşmələr olub orqanizmdə ona təsir göstərərkən xoş 
və bəd xassəli yenitörəmələr əmələ gətirmək qabiliyyətinə 
malikdir. Təsir xarakterinə görə onlar üç qrupa bölünür:
1)
yerli təsir edən; 2) orqanotrop, yəni ayrı-ayrı orqanı 
zədələyən; 3) çoxlu təsir, şişləri müxtəlif orqanlarda 
əmələ gətirir.. İqtisadi cəhətdən inkiaşf etmiş ölkələrdə 
xərçəng 
xəstəliyindən 
ölüm 
halları 
ürək-damar 
xəstəliklərindən sonra ikinci yerdə durur.
İzafi çəkili
(kök) adamların sayının artması çox yeməklə, 
qidanın rasionu və ritmi və aşağı fiziki aktivliklə əlaqədardır. 
Bununla yanaşı, populyasiyada əksinə olaraq astenik tiplər 
(arıq, zəif) də artır, belə tendensiyaya az rast gəlinir. Hər iki 
hal bir sıra patogen nəticələrə səbəb olur. Vaxtından qabaq 
doğulmuş (fiziki yetişməmiş) uşaqların artması genetik 


aparatda baş verən pozuntularla və dəyişən mühitə adaptasiya 
ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya 
məruz qalan mühitlə kəskin disbalansın nəticəsindədir.
Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və 
insanda boyun artmasında digər dəyişkənliyə də səbəb ola 
bilər. 
Akselerasiya
– bədənin ölçülərinin artması və daha 
erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir. Bunun 
əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı 
qidalanmaqdır. Akselerasiya uşaqların pisixi və fiziki 
inkişafının tezləşməsində təzahür olunur. Cinsi yetişmə 
tempində də tezləşmə müşahidə olunur. Akselerasiya sosial 
şəraitin və qidalanma xarakterinin dəyişməsi, əhalinin 
miqrasiyası, irqlərin və millətlərin qarışma imkanlarının 
artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də 
ehtimal olunur: günəş aktivliyinin dəyişməsi; radiasiya 
fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması 
ilə əlaqədar atmosferin elektromaqnit tərəddüdü ilə doyması.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin