Narkotik maddələrdən asılılığın
ilk (birinci) mərhələsində
onu qəbul edən adam hər hansı bir məsuliiyyətsizlik, arzusuna
çatmaq hissiyyatı keçirir, nəyinsə çatışmazlığı barədə
həyəcanlanır, psixoloji diskomfort duyğusuna məruz qalır.
Belə vəziyyəti kənarlaşdırmaq üçün yeni narkotik üsulları
qəbul etdikdən sonra həmin şəxsdə artıq ona qarşı inam
yaranır və narkotikdən asılılıq inkişafının
ikinci
– psixoloji
mərhələsi başlayır. Bu psixikanın xüsusi xəstəlik vəziyyəti
narkomaniyanın əsası və mahiyyəti hesab olunur.
Narkotikdən
asılılığın
üçüncü
mərhələsində
narkotik
maddələrə kəskin qarşısı alınmaz fiziki aclıq başlayır.
Narkotik maddələr yalnız kimyəvi
quruluşuna görə deyil, həm
də psixikaya təsir xarakterinə, yaranan asılılığın sürəti və
dərinliyinə, müxtəlif orqanlara və fizioloji sistemlərə təsirinə
görə də fərqlənir. Məsələn, nikotindən asılılıq nisbətən tez baş
verir, lakin siqaret çəkmə psixikanın pozulmasına səbəb
olmur. Bununla yanaşı, o, ürək-damar
və tənəffüs sisteminə
ziyandır, çox vaxt ağciyər və mədədə xərçəng xəstəliyinə
səbəb olur. Alkoqol isə əksinə, psixi pozuntulara aparır,
ondan asılılıq inkişafı nikotinə və digər narkotik maddələrə
nisbətən yavaş (tədrici) olur. Narkotiklər (ilk növbədə heroin,
kokain) alkoqol və nikotindən də təhlükəli olub tez və
intensiv asılılıq törədir, bu isə müxtəlif orqan və toxumaların
distrofiyasına səbəb olur. İlk yoxlamalarda (dadına baxmada)
narkotikdən
effekt
alınmaya
da
bilər,
lakin
«eksperimentator»-şəxs
necə olur olsun, yeni narkotiki qəbul
etməyə israrlıdır. 2-5 yoxlamadan sonra həmin şəxs dadına
varır və sonralar heç bir məsləhətə ehtiyacı olmadan narkotiki
sərbəst qəbul etməyə başlayır. Narkotik maddələri ilk dəfə
qəbul edən şəxs öz vəziyyətində heç bir dəyişiklik hiss etmir.
Bəzən mühafizəedici reaksiyalar – baş ağrıları, ürək bulanma
və digər xoşagəlməz hissiyyatlar müşahidə olunur. Lakin
narkotikin tədricən qoruyucu reaksiyası zəfiləyir. Bir neçə
nümunədən, yoxlamadan (mərkəzi
sinir sisteminin fərdi
xüsusiyyətindən, həmçinin narkotik maddənin xassəsindən
asılı olaraq 1-2-dən 5-8-ə qədər) sonra alınan belə xüsusi
vəziyyətin təzahürü eyforiya adlanır. Bir dəfə eyforiya
vəziyyətini keçirən adam artıq narkotik maddədən psixoloji
asılı olur. Bu zaman mərkəzi sinir sistemində patoloji ehtiyac
mənbəyi
yaranaraq, özünü mühafizə etmək (saxlamaq)
narkotikin yeni porsiyasını tələb edir. İnsan narkotik
maddənin qəbulunu davam etdirərsə, göstərilən hadisələr
möhkəmlənir, güclənir və o , artıq
dərk edir ki, narkotik
maddəsiz keçinə bilməyəcək.
Narkomaniyanın üçüncü, yəni fiziki asılılıq və orqanizmin
zəifləməsi mərhələsində – zəiflik, zehni və fiziki işə
bacarıqsızlığı və həddən artıq arıqlama baş verir. Orqanizmin
ağır zəhərlənməsi əlamətləri – dərinin quruluğu və saralması,
saçlar və dırnaqların kövrəkliyi, parıltısızlığı açıq-aşkar
görünür, adam öz yaşından daha çox yaşlı
görünür və
həqiqətən ölüm onu sürətli addımlarla yaxalayır.
Dostları ilə paylaş: