kimi istifadə oluna bilər. Dünya təsərrüfatına öz ehtiyacını
ödəmək üçün 4,5 min km3 -ə yaxın su tələb olunur. Bu isə bərpa
olunan su resursunun təxminən 10%-i qədərdir. Deməli,
təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində,
bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər.
Lakin bu prinsiplər pozulduqda
ekoloji vəziyyət olduqca
kəskinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti
yarana bilər. Hələ ki, təbii mühit müxtəlif məqsədlər üçün öz
ehtiyaclarını ödəmək üçün hər il bəşəriyyətə 10 dəfə çox su
«bəxş» edir. Ətraf mühitdə su və havanın miqdarı
praktiki
olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar
keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn,
suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu
təbii resurslar yalnız müasir texnika və texnologiyanın
köməyi
ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-
gigiyena işləri) tükənməz qala bilər.
Dostları ilə paylaş: