Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


    Beynəlxalq aləmdə dövlətlərin tanınmasının əsasları



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

 

 
144 
 
Beynəlxalq aləmdə dövlətlərin tanınmasının əsasları 
 
Tanınma  özü  faktın  təsbit  edilməsidir  və  mövcudluğun 
(burada varlıq olan subyektin) tərəf kimi əks olunmasıdır. Hər 
hansı  bir  subyektin  tanınması  onun  mövcudluğunun  qəbul 
edilməsidir  və  fəaliyyətinin  rəsmi  şəkildə  qəbul  olunmasıdır. 
Tanınma  tərəflərə  müəyyən  addımlar  üçün  haqlar  verir  və 
səlahiyyətləri  müəyyənləşdirir.  Tanınma  sayəsində  dövlətlər 
bir-birilərinin  hüquqlarını  tanıyırlar  və  qəbul  edirlər.  Tanınma 
nəticəsində  beynəlxalq  qaydalardan  tanınan  tərəflər  istifadə 
edirlər.  Tanınma  sayəsində  münasibətlər  sfrerasında  iştirak 
edən  yeni  dövlətlər  hesabına  münasibət  sferaları  genişlənir  və 
imkanlar  dairəsi  böyüyür.  Subyektlərin  tərəf  kimi  tanınması 
resursların istifadəsində imkanları böyüdür.  
Beynəlxalq  münasibətlərdə  rəsmi  tanınma  beynəlxalq 
hüququn  əsaslarını  təşkil  edir.  Dövlətlər  ilk  beynəlxalq  hüquq 
norması  kimi  tanınma  sənədlərini  əks  etdirirlər,  qəbul  edirlər. 
Tanınma  prosesləri  də  beynəlxalq  hüquqi  rəsmiləşdirmə  ilə 
müəyyən olunur.  
Beynəlxalq  aləm  müstəqil  tərəf  kimi  dövlətlərin  fəaliyyət-
lərindən  formalaşır.  Beynəlxalq  münasibətlər  müstəqil  hüquq 
subyektlərinin  qarşılıqlı  fəaliyyətindən  formalaşır.  Beynəlxalq 
aləmdə  dövlətlərin  tanınması  beynəlxalq  aləmin  zəngin-
ləşməsinin  əsaslarını  təşkil  edir.  Beynəlxalq  münasibətlərin 
sistemləşməsi prosesləri, strukturlaşma və mexanizmləşdirilmə 
əsasən  müstəqil  hüquq  subyektlərinin  fəalyyətindən  meydan 
gəlirş.  Beynəlxalq  aləmin  sistemlilik  əsasları  dövlətlərin 
sistemli  qaydada  əlaqələr  qurmasından  formalaşır.  Beynəlxalq 
aləmdə  dövlətlərin  münasibətlərinin  sistemləşməsi  onların 
müstəqil  tərəf  kimi  tanınmasından  sonra  həyata  keçirilir. 
Tanınma  və  onun  rəsmiləşdirilməsi  sistemləşmə  üçün  ilk 
addım  hesab  olunur.  Beynəlxalq  aləmdə  tanınma  dövlətlər 
üçün  faydalar  gətirir.  Belə  ki,  dövlətlər  öz  resurslarından 
istifadə  etmənin  sahəsini  genişləndirirlər  və  yeni  sahələr  əldə 

 
145 
 
edirlər.  Tanınma  xarici  siyasətin  aktlarından  birinə  və  məhz 
başlanğıcına çevrilir. Dövlətlər beynəlxalq aləmdə tanındıqdan 
sonra  resurslar  mübadiləsinə  qoşulurlar.  Bu  mübadilə 
sayəsində  dövlətlər  öz  resurslarını  genişləndirilər  və  resurslar 
üzərində  təsirlər  əldə  edirlər.  Dövlətlər  beynəlxalq  aləmdə  öz 
fəaliyyətlərini 
tərəf 
kimi 
tanındıqdan 
dərhal 
sonra 
sistemləşdirməyə  can  atırlar.  Dövlətlərin  beynəlxalq  aləmdə 
tanınmaları 
onların 
beynəlxalq 
aləmə 
inteqrasiyasının 
əsaslarını  təşkil  edir.  Dövlətlər  rəsmi  tanınmada  maraq 
nümayiş  etdirirlər.  Belə  ki,  bu  anda  dövlətlər  hüquq  tərəfinə 
çevrilirlər, müəyyən səlahiyyətlərə və öhdəliklərə sahib olurlar. 
Bu  öhdəliklər  və  hüquq  tərəfləri  beynəlxalq  münasibətlərin 
hüquq  və  öhdəliklərini  müəyyən  edir.  Beynəlxalq  aləmin 
funksiyaları  onların  tərəf  kimi  status  əldə  etmələrindən  sonra 
formalaşır.  Beynəlxalq  aləmdə  tanınma  xarici  siyasətin 
sferalarını  artırır  (məkan  və  predmetlər  baxımından)  və  xarici 
siyasətin  istiqamətləri  arasında  qruplaşmanı  meydana  gətirir. 
Beynəlxalq aləmdə tanınma dövlətlərin güclənməsini əsaslarını 
təşkil  edir  və  dövlətlər  müdafiə  imkanları  qazanırlar. 
Beynəlxalq  aləmdə  tanınma  beynəlxalq  münasibətlərin  strate-
giya  və  taktikalarının  müəyyən  olunmasının  əsaslarını  təşkil 
edir.  
Dövlətlərin  beynəlxalq  aləmdə  tanınmaları  onların  müqa-
vilə  və  digər  beynəlxalq  sənədlər  üçün  tərəflər  kimi  tanınma-
larının əsaslarını  formalaşdırır. Dövlətlərin müstəqil tərəf kimi 
tanınmaları  onların  xarici  və  daxili  siyasətlərinin  beynəlxalq 
siyasətlə uzlaşmasına gətirib çıxarır. Bu anda dövlətlərdə daxili 
və  xarici  siyasətin  birləşmiş  vəhdətini  əks  etdirən  siyasət 
məzmunu  və  formaları  meydana  gəlir.  Dövlətlər  arasında 
beynəlxalq  əlaqələrin  vahid  təcrübə  formları  üzərə  çıxır. 
Beynəlxalq  münasibətlərin  vahid  məzmunu  meydana  gəlmiş 
olur.  Dövlətlərin  beynəlxalq  aləmdə  tanınmaları  onların 
müqavilə,  konvensiya  və  diplomatik  əlaqələr  üçün  tərəf  kimi 
tanınmalarının  əsaslarını  təşkil  edir.  Dövlətlərin  bir-birilərini 

 
146 
 
rəsmi-hüquqi  qaydada  tanımaları  onların  münasibətlər  və 
əlaqələrdə  beynəlxalq  hüquq  prinsiplərinin  formalaşmasına 
səbəb  olur.  Belə  ki,  dövlətlər  bir-birilərini  müstəqil  tərəf  kimi 
tanıyırlar, dövlət kimi bütövlüklərinə hörmət edirlər, ərazilərinə 
hörmətlər  yanaşırlar,  vətəndaşlarının  hüquqlarını  tanıyırlar  və 
təmin etmək üçün qarşılıqlı qaydada müəyyən tədbirləri həyata 
keçirirlər.  Rəsmi-hüquqi  tanınma  həm  də  ərazi  qəsbkarlığının 
və  işğalın  qarşısını  alır.  Belə  ki,  beynəlxalq  hüquq  normaları 
işğalı  və  silahlı  müdaxiləni,  zor  tətbiq  etməni  qadağan 
etdiyindən,  rəsmi  tanınma  ilə  dövlətlər  bir-birilərinə  artıq 
müstəqil  tərəf  kimi  baxırlar  və  hörmətlər  yanaşırlar. 
Beynəlxalq  aləmdə  tanınma  beynəlxalq  aləmdə  ədalətli 
davranışların  əsaslarını  meydana  gətirir.  Beynəlxalq  aləmdə 
tanınma  hüquqların  meydana  gəlməsinin  əsaslarını  təşkil  edir 
və  dövlətlər  öz  tanıdıqları  dövlətlərin  dövlət  kimi  beynəlxalq 
aləmin subyekti olması faktını qəbul edirlər. Dövlətlər arasında 
müəyyən  əlaqələrin  qurulması  və  onların  rəsmiləşdirilməsi 
təbii  ki,  dövlətlərin  rəsmi-hüquqi  tərəf  kimi  tanınmalarının 
əsaslarını  təşkil  edir.  Dövlətlər  tərəf  kimi  tanındıqdan  sonra 
beynəlxalq  status  qazanırlar.  Beynəlxalq  münasibətlərdə 
dövlətlərin  tanınması  onların  beynəlxalq  ictimai  əhəmiyyətli  
fərdi 
problemlərinin 
həllində 
beynəlxalq 
ictimaiyyətin 
diqqətini  artırır.  Beynəlxalq  münasibətlərdə  tanınma  beynəl-
xalq  hüquq  normalarının  sferasını  genişləndirir,  eləcə  də 
beynəlxalq  hüququn  genişlənməsinin  əsaslarını  təşkil  edir. 
Beynəlxalq  münasibətlərdə  tanınarkən  dövlətlər  beynəlxalq 
aləmin  tərkibinə  çevrilməklə,  beynəlxalq  aləmin  siyasi 
mühitini  yaradırlar.  Beynəlxalq  münasibətlərdə  tanındıqdan 
sonra  dövlətlər  ümumi  və  kollektiv  əsaslarla  beynəlxalq 
resursların  mübadilə  proseslərində  iştirak  edirlər.  Nəticədə 
beynəlxalq  münasibətlərin  ayrı-ayrı  sferaları-beynəlxalq  iqti-
sadi 
münasibətlər, 
beynəlxalq 
humanitar 
münasibətlər, 
beynəlxalq  təhlükəsizlik  münasibətləri  və  s.  sahələri  meydana 
gəlmiş olur.  

 
147 
 
Beynəlxalq  münasibətlərdə  tanınma,    rəsmi-hüquqi, 
faktoloji  və  müddət  amili  baxımından  üçü  cür  olur:  de  jure 
(tam  rəsmi  tanınma);  de-fakto  –  qeyri-tam  hüquqi  və  rəsmi 
tanınma; ad-hoc –müəyyən müddətə tanıma və s.  
 
Xarici  siyasətdə,  beynəlxalq  münasibətlərdə  münaqişə, 
böhran və müharibə amili  
 
 
Siyasət  maraqların  təmin  edilməsinə  istiqamətləndiyindən, 
hərəkətlər  edilərkən  əksər  hallarda  hamı  tərəfindən  qəbul 
edilmiş  ədalət  normalarına  əməl  olunmur.  Siyasət  maraqların 
çarpazlaşmasını  da  özündə  əks  etdirən  hərəkət  sahəsidir. 
Burada reallıq, ortaya çıxan gerçəklik idellığı, nəzəri qaydaları, 
yaxşı  düşüncələri  çox  zaman  üstələyir.  Real  ədalət  ideal 
ədalət  prinsipini  pozur.  Xarici  siyasətdə,  eləcə  də  daxili 
siyasətdə  fəaliyyət  həyata  keçirilərkən  bir  növ  subyektlər 
tərəfindən  “yolundan  çıxmalar”  baş  verir.  Nəticədə  tərəflər 
arasında  müəyyən  narazılıqlar  baş  qaldırır.  Dövlətlər  öz xarici 
siyasətlərini  həyata  keçirərkən  mütləq  qaydada  müəyyən 
siyasət  cərəyanlarının  qovuşmaları  və  qarşılaşmaları  ilə 
rastlaşırlar.  Müəyyən  məkanlarda  və  qlobal  məzmunda  bir 
dövlətin  siyasəti  digər  dövlətlərin  siyasətləri  ilə  qarşılaşır.  Bu 
qarşılaşmadan  toqquşmalar  və  üst-üstə  düşmələr  (kəsişmə) 
halları və vəziyyətləri meydana gəlir.  
Dövlət  ayır-ayrı  məkanlarda  eyni  səviyyədə  və  formada 
siyasət  həyata  keçirmək  imkanlarına  malik  deyil.  Bu 
məkanların  bir  çoxunda  dövlət  daha  güclü,  digərində  isə 
nisbətən  zəif  maraq  nümayiş  etdirir.  Bu  baxımdan  da  siyasi 
münasibətlər sistemi müxtəlif rəngarəngliyi özündə ehtiva edir. 
Elə  məkanlar  da  olur  ki,  çoxlu  sayda  dövlətlər  müəyyən  bir 
məkanda  təqribən  eyni  məzmun  və  tərkibli  maraq  nümayiş 
etdirmək  niyyətlərinə  malik  olurlar.  İki  və  ya  da  daha  çox 
dövlət  müəyyən  obyektlər  üzrə  (məsələn,  strateji  iqtisadiyyat 
sahələri,  strateji  hərbi  sahələr,  strateji  mövqeyə  malik  olan 

 
148 
 
tranzit  yollar,  milli  və  mədəni,  etnik  məsələlər  və  s.)  eyni 
məzmunlu  maraq  nümayiş  etdirmək  niyyətində  olur.  Buradan 
da  hərəkət  istiqamətləri  və  axınıları  üzrə  gücün  tətbiqi  amili 
meydana  gəlir.  Münaqişələr,  böhranlar,  müharibələr  və  digər 
qarşıdurmalar  daha  çox  bir  çox  dövlətlərdə  olan  resurs 
çatışmazlığından  da  baş  verir.  Dövlətlər  öz  resurslarını  təmin 
etmək üçün normal qaydalarla yanaşı, həm də müəyyən təzyiq, 
təcavüz  metodlarına  da  əl  atırlar.  Bu  anda  gərginlik  meydana 
gəlir.  Gərginlikdən  də  münaqişə,  böhran,  müharibə  və  digər 
qarşıdurma vəziyyətləri ortaya çıxır.  
Qeyd  olunuduğu  kimi,  hər  bir  dövlət  obyektlər  üzərində 
sahib  olmaq  üçün  müxtəlif  təzyiq  metodlarından  istifadə  edir. 
Dövlətlər geosiyasi maraqları uğrunda hərəkətlər edərkən daha 
çox  qarşıdurmaları  yaratmaq  risqlərini  artırırlar.  Müxtəlif 
istiqamətlərdən  gələn  təzyiq  üsullarının  obyektlər  üzərlərində 
qarşılaşması  böhranlara,  münaqişələrə  və  mübahisələrə 
gətirib çıxarır. Gərginliklər meydana gəlir. Gərginliklər zamanı 
siyasət 
elementlərinin 
hərəkətləri 
arasında 
müəyyən 
toqquşmalar  ortaya  çıxır.  Gərginliklər  ədalətin  pozulmasından 
və qaydaların öz axarı ilə mövcud olmasından kənara çıxmadan 
meydana  gəlir.  Beynəlxalq  hərəkətlər  öz  sistemili  və  taraz 
qaydasında  tənzim  olunmursa,  bu  anda  balans  pozulur  və 
qarşıdurmalar yaranır. Qarşıdurmaların yaranmasında güc amili 
əsas  rol  oynayır.  Güclü  tərəf  daha  çox  hərəkət  etmək 
imkanlarına  malik  olur.  Qarşıdurmalar  zamanı  maraqların 
təmin  olunması  uğrunda  edilən  hərəkətlər  bir  növ  öz 
“relsin”dən  çıxır.  Buradan  da  münaqişələr  formalaşır.  Müna-
qişələr  kompromislərin  olmamasından,  resurs  çatışmaz-
lığından,  maraqların  “şişməsindən”  və  digər  bu  kimi  neqativ 
hallardan  ortaya  çıxır.  Qeyri-razılaşmalar  münaqişələrin  uzun 
müddətə  davam  etməsini  meydana  gətirir.  Gərginliklərin 
aradan qaldırılması üçün mütləq qaydada tərəfləri kompromisə 
gətirən  vəziyyətlərin  ortaya  çıxması  tələb  olunur.  Belə 
vəziyyətlər  gərginlikləri  üzərə çıxarır. Münaqişələrə (tərəflərə) 

 
149 
 
uzun  müddət  üçün  qüvvə  tətbiq  edilmədikdə  (bu  qüvvələr 
kənardan,  kənar  böyük  dövlətlərdən  olmalıdır)  donmuş  və  ya 
da  gərgin  olaraq  davam  etməkdə  olan  vəziyyətlərə  gətirib 
çıxarır.  Münaqişələr  uzandıqca  həmin  vəziyyətlərin  idarə 
olunması  prosesləri  baş  verir.  Dövlətlər  artıq  bu  münaqişəni 
özlərinin  geosiyasi  maraq  tərkibinə  çevirirlər  və  müna-
qişələrdən  həm  məxsus  olduğu  dövlətlərə  və  xalqlara  qarşı 
(məkanda  yaşayan  xalqlara  və  məkana  sahib  olan  dövlətlərə 
qarşı)  təzyiq  vasitəsi  kimi  istifadə  edirlər,  həm  də  özlərinin 
məkanlarda  olan  üstünlüklərindən  “dartan”  qüvvə  kimi 
faydalanırlar.  Münaqişələr,  böhranlar  və  müharibələr  tarazlıq 
kəskin şəkildə pozulduqda baş verir. Belə hallar məhz tarazlığı 
şərtləndirən vəziyyətlərin əksini təzahür etdirir.  
Tarazlığın  özündən  də  böhranlar  meydana  gələ  bilir.  Belə 
ki,  uzun  müddətə  davam  edən  tarazlıqla  razılaşmamalar  baş 
verir.  Qeyri-pozitiv  əsaslarla  “inkişaf”  prosesləri  ortaya  çıxır. 
Bu anda geosiyasi rəqabət yaranır və geosiyasi rəqabət tərəfləri 
əvvəlcə  qəbul  olunmuş  normalara  əməl  etməməyə  sövq  edir. 
Tarazlı  münasibətlərdə  olan  dövlətlərin  maraq  kəmiyyətləri 
artdıqca  tarazlıq  pozulur  və  qeyri-tarazlı  vəziyyət  meydana 
gəlir.  Nəticədə  müharibə  və  münaqişə,  eləcə  də  böhran 
vəziyyətləri  ortaya  çıxır.  Dövlətlər  münaqişələrdən  istifadə 
etməklə  öz  iddialarını  təmin  etmiş  olurlar.  Ümumiyyətlə, 
qlobal  məzmun  kəsb  edən,  qlobal  gücləri  qarşı-qarşıya  qoyan 
münaqişələr  və  böhranlar  müəyyən  anlarda  həmin  güc 
subyektlərinin  məkanlar  üzrə  potensiallarının  genişlənməsinə 
xidmət edir. 
Böhranlar  və  digər  qarşıdurmalar  əsasən  sistemin  taraz 
şəkildə  işləməsi  üçün  tələb  olunan  lazımi  resursların 
çatışmazlığından  da  ortaya  çıxır.  Resurs  çatışmazlığı  inkişafın 
qarşısını  alır  və  hərəkətlərin  lazımi  qaydada  edilməsi  üçün 
qüvvə  və  enerji  qıtlığı  baş  verir.  Bu  anda  sistem  üçün  tələb 
olunan lazımi resurslar çatışmır və müvafiq resurslar daha çox 
enerji təminedici rolunda çıxış edir.  

 
150 
 
Xarici siyasətdə balanslaşdırma (tarazlaşdırma) və sülh 
amili  
 
Sülh  bir  vəziyyət  kimi  sabitlik  və  qeyri-müharibə 
vəziyyətidir.  Sülh  həm  də  vasitədir  və  dincliyin  yaradılmasını 
müəyyən  edəndir,  şərtləndirəndir.  Sülh  tərəfləri  sakit  və  sabit 
vəziyyətdə  müəyyən  koordinasiya  mərkəzinə  cəlb  edəndir. 
Sülh  şəraitində  siyasi  hərəkətlərin  müvafiq  istiqamətlər  üzrə 
yaratdıqları  axınlar,  cərəyanlar  qarşılaşdıqda  mülayim  əsaslı 
qovuşmalar  baş  verir.  Sülh  prosesləri  zamanı  həm  siyasət 
cərəyanlarının 
özlərində 
(eyni 
istiqamətdə 
hərəkətlərlə 
müşahidə edilən cərəyanlarda), həm də onların qarşılaşmasında 
rəvan  və  sərbəst  keçicilik  meydana  gəlir.  Sülh  dairələr  və 
ötürücülər  sisteminin  normal  tənzimlənməsi  halında  ortaya 
çıxan  bir  vəziyyət  olur.  Beynəlxalq  münasibətlərin  hərəkət-
lərini  əks  etdirən  ümumi  və  məkanlar  üzrə,  eləcə  də  ayrı-ayrı 
sahələr üzrə mövcud olan sistemlərdə normal axınlar görünüşü 
elə  sülhün,  sabitliyin,  dincliyin  özü  demək  olur.  Dünya 
dövlətlərinin  münasibətlərinin  axınları  xəritəsində  sülhü  təmin 
edən  vasitələr  (burada  mənbələr,  mərkəzlər)  axınları  normal 
əsaslarla ötürdükdə təbii ki, sülh vəziyyətləri ortaya çıxır. Yəni 
dövlətlər  öz  aralarında  öz  maraqlarını  təmin  etmək  üçün 
münasib  şərtlərlə  razılığa  gəldikdə  sülhü  əldə  etmək  mümkün 
olur.  Bu  baxımdan  da  sülh  kompromisin  nəticəsi  olaraq  qəbul 
olunmalıdır.  
Sülh vasitədir və həm də bir vəziyyət kimi müharibənin və 
münaqişənin  sonu  deməkdir.  Sülh  həm  də  bir  vasitə  olaraq 
dövlətlərarası  münasibətlərdə  və  əlaqələrdə  diplomatiyanın 
əsas üsulu kimi istifadə olunur. Sülh vəziyyətlərində tərəflərin 
maraqları  dinc  şəkildə  təmin  edilir  və  maraqlı  tərəflərin 
hərəkətləri  arasında  qovuşdurcu  (burada  uzlaşdırıcı,  əlaqə-
ləndirici,  harmoniya  təşkiledici)  vəziyyətlər  meydana  gəlir. 
Dövlətlər  öz  xarici  siyasətlərini  müəyyən  edərkən  sülh 
amilindən  istifadə  etməyə  çalışırlar.  Bu,  onların  rahat  şəkildə 

 
151 
 
mövcudluqlarına  xidmət  edir.  Hər  bir  dövlət  çalışır  ki,  sülh 
şəraitində yaşasın və sülh üsulları vasitəsilə özünün maraqlarını 
təmin edə bilsin. Sülh amilinin xarici siyasətdə mövcudluğunu 
təmin  etmək  üçün  tarazlı  məzmunlu  siyasətin  həyata 
keçirilməsi  vacibdir.  Balanslaşdırma  dedikdə,  bir  proses  kimi 
münasibətlərdə  iştirak  edən  tərəflərin  maraqlarının  onların 
potensiallarına  müvafiq  qaydada  təmin  edilməsi  siyasətinin 
icrası  başa  düşülməlidir.  Balanslaşdırma  zamanı  aidiyyatı 
predmetlərdə,  obyektlərdə  maraqlı  tərəflər  münasib  və  təqribi 
əsaslarla  nisbi  olaraq  və  müəyyən  anlarda  konkret  şəraitlərdə 
mütləq  bərabərlik  əsasında  eyni  səviyyədə  yer  ala  bilirlər. 
Balanslaşdırma  zamanı  elementlər  həm  eyni  xətlərdə,  həm  də 
müxtəlif  xətlərdə  təqribən  bərabər  şəkildə  taraz  vəziyyətinə 
gətirilir. Elementlər həm öz xətlərində, həm də paralel xətlərdə 
qarşılıqlı 
münasibətlərdə 
təqribi 
nisbətlərdə 
fəaliyyət 
göstərirlər,  mövcud  olurlar.  Hər  bir  element  maraqlarına 
müvafiq  olaraq  “doyursa”,  onda  sülh  də,  sabitlik  də  təmin 
olunur.  Tarazlaşdırma  sisteminin  uzunmüddətli  olması  və 
fəaliyyətinin  ardıcıllığı  davamlı  sülh  üçün  əsasdır.  Davamlı 
sülh  dövlətlərin  və  cəmiyyətlərin,  həmçinin  ümumi  olaraq 
beynəlxalq  münasibətlərin  inkişafına  şərait  yaradır.  Davamlı 
sülh  vəziyyətlərini  yaradan  mexanizmlər  bir  sistemdir  ki,  bu 
sistem də özündə çoxlu sayda sülh amillərini və vəziyyətlərini 
əks  etdirir.  Sülhün  təmin  olunması  təbii  ki,  resurslardan  asılı 
olur.  Sülh  resursların  müəyyən  kəmiyyətlərdə  sabit  axar 
vəziyyəti  olduğundan,  resurs  çatışmazlığı  təbii  ki,  sülhün 
pozulmasını  ortaya  çıxarır.  Sülh  maraqlaı  tərəflərin  “doymuş” 
vəziyyətindən ortaya çıxır.  
Müəyyən  bir  münaqişənin,  müharibə  və  böhranın  aradan 
qaldırılması  üçün  davamlı  sülh  üsullarından  geniş  istifadə 
olunur.  Sülh  üsulları  resurslardan  və  vasitələrdən  istifadə 
qaydalarının  tətbiqinin  əsaslarını  yaradır.  Sülh  üsulları  əsasən 
baza olaraq təcrübi və nəzəri prinsiplərə söykənir. Sülh o halda 
əldə  edilir  ki,  maraqlı  tərəflər  öz  maraqlarını  tam  və  ya  da 

 
152 
 
qismən  təmin  etmiş  olurlar.  Sülh  layihələri  kimi  müəyyən  yol 
xəritələri və proqramları qəbul edilir. Proqramlar başlıca olaraq 
sülh gedişlərini və münaqişələrin yatmasını (həll edilməsini və 
ya  da  müvəqqəti  olaraq  dayanmasını)  özündə  əks  etdirir. 
Münaqişələrin  yatması  (burada  sabitlik  və  dinclik  yaranması) 
üçün müəyyən zərərverici ünsürlərin, münaqişələri törətmiş və 
davam  olunmasında  xidmət  edən  ünsürlərin  zərərsiziləşdiril-
məsi vacib amilə çevrilir. Bu zaman müəyyən formulalar tətbiq 
edilir.  Həmin  formulalar  münaqişələrin  həllində  mühüm 
əhəmiyyət kəsb edir.  
 
Xarici siyasətdə əxlaq qaydaları və davranış  
 
Dövlətin  xarici  siyasəti  ədalət  üzərində  qurulanda  və 
ədalətli  hərəkət  yerinə  yetiriləndə  onda,  davranış  da  normal 
olur  və  əxlaq  qaydaları  müəyyən  olunur  və  əxlaq  qaydalarına 
əməl edilir. Ədalətli davranış hamı tərəfindən qəbul olunan və 
real  gerçəklikləri  əks  etdirən  hal  və  xüsusiyyətdir.  Ədalətli 
davranış  bir  normadır  və  hamı  tərəfindən  maraqların 
ödənilməsinə  söykənən  razılıq  vəziyyətidir.  Davranış  bir 
normadır  və  bu  baxımdan  da  qəbul  ediləndir.  Əxlaq  qaydaları 
təbii  olaraq  dövlətlərin  ədalətli  davranışlarını  özündə  əks 
etdirir.  O  dövlət  əxlaq  qaydalarına  əməl  etmiş  olur  ki,  onun 
xalqının  milli  xüsusiyyətlərinə  söykənən  hakimiyyət  beynəl-
xalq  aləmdə  (regionda  və  regiondan  kənarda)  öz  davranışını 
ədalətli  edir.  Bütün  tərəflərin  müəyyən  etdiyi  və  əməl  etdiyi 
universal  normalar vardır. Bu normalar özlərində reallığı əks 
etdirməklə bərabər, həm də nəzəri baxımdan ideallığa söykənir. 
Universal normalar həm ümumi qaydada mövcud olur, həm də 
ayrı-ayrı  sahələri  əhatə  edir.  Normalar  həm  universal 
məzmunlu  olur,  həm  də  konkret  və  xüsusi  əsaslara  söykənir. 
Normaların  universal  məzmunu  bütün  tərəflər  üçün  eynidir. 
Universal  məzmun  ümumi  ədaləti  meydana  gətirir  və  ümumi 
ədalətdən təmin edilir. Dövlət öz xarici siyasətində universal və 
hamı  tərəfindən  qəbul  edilmiş  normanı  pozursa  (müharibə  ilə, 

 
153 
 
hədə  qorxu  ilə,  qəsdən  böhran  yaratmaqla  və  s.)  deməli, 
ədalətsiz  davranmış  olur.  Ədalətsiz  davranış  da  kəskin 
qarşıdurmalara  gətirib  çıxara  bilir.  Beynəlxalq  hüquq  sistemi 
nəzəri  və  təcrübi  baxımından adətən  ədalət  meyarları üzərində 
qurulur.  Bu  normalar  o  məqsədlə  yaradılır  ki,  dövlətlər 
arasında  münasibətlər  də  ədalətlə  tənzim  edilsin  və  dövlətlər 
arasındakı  ədalətin  özü  də  etik  davranışları  yaratsın. 
Beynəlxalq  hüquq  toqquşmalara  yol  verməmək  üçündür. 
Ədalət  pozulanda  toqquşmalar  yarana  bilər  və  əlaqələrdə 
mövcud  olan  sabitlik  də  pozula  bilər.  Xarici  siyasətin  etikası 
xarici siyasətin ədalətli olaraq təkmilləşməsinə xidmət edir.  
Dövlətlərin beynəlxalq aləmdə etik davranışları beynəlxalq 
sülhün  təmin  edilməsinə  yönəlir.  Ədalətli  davranış  sayəsində 
dövlətlərin  sabit  şəraitdə  formalaşa  biləcək  birliyi  meydana 
gəlir.  Yüksək  səviyyəli  davranış,  etik  normaları  dövlətin  həm 
də  potensialını  artırır.  Belə  ki,  beynəlxalq  aləmdə  etibar 
qazanmaq  məsələsi  ortaya  çıxır  və  etibarlı  və  inamlı 
əməkdaşlar  və  tərəfdaşlar  meydana  gəlir.  Məsələn, 
Azərbaycan  dövlətinin  beynəlxalq  hüquq  normalarına,  ədalət 
prinsiplərinə  əməl  edərək  münasibət  yaratması,  əlaqələr 
qurması  bir  tərəfdən  Azərbaycanla  dost  olan  və  strateji 
müttəfiq  olan  ölkələrin  sayını  artırır,  digər  tərəfdən 
Azərbaycana  sərmayə  axınını  gücləndirir.  Azərbaycan  beynəl-
xalq  aləmdə  humanist  dövlət  kimi  imic  qazanır  və  status 
formalaşdırır.  Elə  hallar  da  olur  ki,  dövlətlər,  xüsusilə  böyük 
dövlətlər,  beynəlxalq  hüquq  normalarını  pozurlar.  Bu  pozma 
halları  xüsusilə  rəqabət  zamanı  ortaya  çxıır.  Eyni  zamanda 
geosiyasətin  formalaşmasında  da  yaranır.  Dövlətlər  geosiyasi 
maraqlarını  böyüdürlər  və  bu  böyütmə  prosesləri  bir  çox 
hallarda  dövlətlərin  razılaşdıqları  ümumi  qaydalardan  kənara 
çıxır.  Geosiyasi  maraqlar  beynəlxalq  hüquq  normalarını 
kölgədə qoyur. Beynəlxalq hüquq güc tətbiqi sayəsində zəif bir 
vasitəyə çevrilir.  Beynəlxalq güc vasitəsi olan dövlətlər lazımi 
anlıarda, milli və dövlət maraqlarının tələb etdiyi anlarda özləri 
tərəfindən qəbul olunmuş normaları da özləri pozurlar.  

 
154 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin