Beynəlxalq münasibətlərin vəzifəsi
Beynəlxalq münasibətlərin vəzifəsi dedikdə, dövlətlərin
özlərinin xarici siyasətlərindən irəli gələn vəzifələrinin
qarşılıqlı vəhdətlik təşkil edən məzmunu başa düşülməlidir.
Hər bir dövlət xarici siyasət üzrə vəzifəsini beynəlxalq
münasibətlərin baza prinsiplərindən irəli gələrək müəyyən edir
112
və nəzəri baxımdan rəsmi sənədlərdə (məsələn, qurumların
əsasnamələrində) əks etdirir. Vəzifələrə uyğun olaraq
funksiyalar müəyyən olunur.
Beynəlxalq münasibətlərin vəzifəsi dövlətlərin xarici
siyasətlərinin vəzifələrindən formalaşır. Eyni zamanda xarici
siyasətin vəzifələrinin istiqamətlərinin formalaşmasına da təsir
göstərir. Vəzifələr tərkib etibarilə özlərində məqsədləri,
müəyyən məqsədlərə çatmanı daşıyır. Beynəlxalq münasi-
bətlərin vəzifəsi özündə xarici siyasətin baza vəzifələrini
birləşdirməklə bərabər, bir qədər qlobal və geniş əhəmiyyətə
malikdir. Beynəlxalq münasibətlərin vəzifəsi beynəlxalq
münasibətlərdə qarşıya qoyulan məqsədlərə çatmaq yollarını
tapmaqdan, müəyyən etməkdən ibarətdir. Regional və qlobal
formalı və məzmunlu beynəlxaq münasibətlərin vəzifəsi ilk
növbədə regionlarda və regionların birləşmələrində əhatə
olunan məkanların sabitliyini təmin etmək, sülhə nail olmaq və
sülh şəraitində maraqları təmin etmək yollarını axtarmaqdan
ibarətdir. Bu, prinsip olaraq universal və baza məzmunu kəsb
edir. (Qeyd: beynəlxalq münasibətlərin vəzifəsində həm də
dövlətlərin gizli maraqlarını təmin etmək funksiyası dayanır.
Dövlətlər özlərinin beynəlxalq münasibətlərdə olan vəzifə-
lərindən, səlahiyyət və hüquqlarından istifadə edərək
beynəlxalq münasibətlərdən öz maraqları naminə istifadə
edirlər. Beynəlxalq münasibətlər burada bir istifadə
məkanına da çevrilir. Beynəlxalq münasibətlər dövlətlərin
geosiyasi məkanlar üzrə sistemləşmiş mənafelərini ortaya
çıxarır. Beynəlxalq münasibətlərin vəzifələri öz-özlüyündə
pozitivdir və müsbətdir, faydalıdır. Bununla bərabər, həm də
razılaşmaları özlərində əks etdirəndir. Beynəlxalq sistemlərin
tərkib ünsürünə çevrilmək onun dalğasında iştirak etmək və
dalğasının
axarınca
getməkdən
ibarətdir.
Beynəlxalq
münasibətlərin mənfi tərəfləri isə ondan ibarətdir ki, dövlətlər
özləri bir-birilərinə bağlanırlar və bu bağlılıq da gücün
(güclü tərəfin) ortaya çıxmasını və gücün gücsüzlər üzərində
113
təsirlərini formalaşdırır. Ümumiyyətlə, istənilən bir sistemin
faydalılığına müsbət, mənfi və bu iki vəziyyət arasında
keçiciliyi və dəyişkənliyi yaradan vəziyyətlər prizmasından
yanaşmaq lazımdır. Bu keçiciliyin özü də mütləqliklər
cəmindən, mütləq vəziyyətlərin bir-birini əvəzləməsindən
ortaya çıxır. Beynəlxalq münasibətlər sistemində dövlətlərin
sürətlə (burada hakimiyyətləri) hərəkət etmələri onların
zəifləməsinə də təsir göstərə bilər. Dövlət, əgər, öz resurs-
larından tez-tez istifadə edərək xarici məkana dağıdarsa, bu
anda nüvə zəifləyər, yəni dövlətin öz “çəkisi, kütləsi” azalar.
Çəkiisi azaldıqca cazibə qüvvəsi də azalır).
Beynəlxalq münasibətlərin vəzifəsi dövlətləri bir aktorlar
kimi beynəlxalq birliyin qurulmasında iştirak yollarını
müəyyən etməkdən ibarətdir. Beynəlxalq münasibətlərin
inkişaf yollarının tapılması və dövlətlər arasında güc fərqinə
baxmayaraq vahid qaydaların yaradılması və onlara əməl
edilməsi beynəlxalq münasibətlərin əsas vəzifəsi kimi müəyyən
olunmalıdır. Beynəlxalq münasibətlərin vəzifəsinə həm də
ayrı-ayrı regionlarda yaşayan xalqların mədəni birliyinə nail
olmaq üçün fəaliyyətinin həyata keçirilməsini təmin etmək
aiddir. Beynəlxalq münasibətlərin vəzifəsinə bir tərəfdən
dövlətlərin bu sahədə iştirak yollarının axtarılıb tapılmasını
təmin etmək, digər tərəfdən isə ümumi olaraq beynəlxalq
münasibətlər sferalarının təhlükəsizliyini təmin etmək aid
olunmalıdır. Beynəlxalq münasibətlərin vəzifəsi həm də lokal
məzmun kəsb etmir və ümumi beynəlxalq ictimai birliyin fəal
üzvünə çevrilmək əsas şərtdir. Dövlətlər çalışırlar ki,
beynəlxalq münasibətlərdə iştirak etməklə öz ətraflarında
təhlükəsizlik qurşaqları yaratsınlar. (Hərbi-siyasi ittifaqların
yaradılması da məhz buna sübutdur). Bu təhlükəsizlik
qurşaqlarını onlar pilləli və bir-birini əhatə edən qurşaqlar
formasında təşkl etsinlər. Beynəlxalq münasibətlərdə iştirak
böyük dövlətlərə imkan verir ki, beynəlxalq hüquq
normalarının
özündən
istifadə
etməklə
öz
geosiyasi
114
şəbəkələrini genişləndirsinlər. Məsələn, beynəlxalq hüquqa
görə, dövlətlər öz aralarında iqtisadi və hərbi sahədə, o
cümlədən müxtəlif sahələrdə, digər tərəflərin maraqlarına zərər
vurmadan əlaqələr yarada bilərlər. Bu anda böyük dövlətlər öz
resurslarını digər böyük və kiçik gücə malik olan dövlətlərə
göndərirlər, eləcə də həmin dövlətlərin resurslarını qəbul
edirlər. Böyük dövlətlərin transmilli korporasiyaları kiçik
dövlətlərin iqtisadiyyatında iştirak edirlər və onların makro
iqtisadi mühitlərini formalaşdırırlar. Böyük dövlətlər kiçik
dövlətlərdə hərbi bazalar yerləşdirirlər və bununla da
geostrateji üstünlük qazanırlar. Bu qarşılıqlı vəziyyətlərdən
güclü dövlətlərin üstünlükləri amili ortaya çıxır. Beynəlxalq
münasibətlərin sistemləşməsi beynəlxalq aləmdə güclərin
təsnifatını ortaya çıxarır.
Beynəlxalq münasibətlərin sistemləşdirilməsinin özü elə
beynəlxalq münasibətlərin vəzifələrinə aid olur. Xarici
siyasətin vəzifəsi ilə beynəlxalq münasibətlərin vəzifəsi
uzlaşmış formanı meydana gətirir. Əslində elə xarici siyasətin
vəzifələri özləri ilə beynəlxalq münasibətlərin vəzifələrini
formalaşdırmış olur. Beynəlxalq münasibətlər öz qarşısına
fərqli gücə malik olan dövlətlərin vahid birliyini yaratmaq kimi
qlobal vəzifəni də qoyur. Beynəlxalq münasibətlərin vəzifəsi:
regional və qlobal miqyasda müdafiə olunmaq, bu baxı-
mından hərbi təcavüzlərin və hərbi işğalların qarşısını
almaq; transmilli cinayətkarlığın qarşısını kəsmək; bu kimi
cinayətkarlığın dövlətlərdən-dövlətlərə keçməsinin qarşısını
almaq; beynəlxalq epidemik xəstəliklərdən birgə qorunmaq;
dünya resurslarından birgə istifadə etmək üçün hərəkətləri
birləşdirmək; hərəkətlər üçün normalar yaratmaq; beynəl-
xalq birliyin təmin olunması istiqamətində dövlətlərarası
münasibətləri və əlaqələri təmin etmək və vahid trayektoriya
yaratmaq üçün beynəlxalq yığıncaqlar təşkil etmək; ikitərəfli
və çoxtərəfli sənədlər hazırlamaq və onu qəbul etdirmək;
iqtisadi əlaqələri təşkil etmək, bu baxımdan beynəlxalq
115
iqtisadi əlaqələr sistemini formalaşdırmaq, bu siyasətin
tərkibi olaraq beynəlxalq ticarəti təşkil etmək, kapital axını
sistemini
yaratmaq,
beynəlxalq
valyuta
və
maliyyə
sistemlərini təşkil etmək; beynəlxalq qlobal təhlükələrdən
müdafiə olunmaq üçün gücləri birləşdirmək; kainatı və
kosmik məkanı birgə öyrənmək; faciəvi hadisələrdən birgə
müdafiə olunmaq; ümumiyyətlə, əlaqələri və münasibətləri
sistemli şəkildə təmin etmək üçün informasiya sistemini
yaratmaq; məlumatlar mübadiləsini həyata keçirmək; dünya
vətəndaşlarının vahid birliyini təşkil etmək; vətəndaşlar
arasında dini, irqi, siyasi, sosial mənşələrinə görə fərqlərə yol
verməmək; sosial və məişət zorakılıqlarını, o cümlədən uşaq
və qadın zorakılığını aradan qaldırmaq yolllarını müəyyən
etmək; işgəncələrin ləğv olunmasının əsaslarını müəyyən
etmək; dünya xalqlarının aclıq və susuzluq problemlərinin
həlli üçün birgə yollar axtarıb tapmaq və s. kimi yolların
müəyyən edilməsi və axtarılıb tapılmasından ibarətdir.
Burada vəzifələrin yerinə yetirilməsi dövlətlərin imkanlarına
bağlıdır. Böyük dövlətlər qarşısında daha böyük vəzifələr
dayanır. Dünyanın vahidliyinin qolrunmasında onların vəzifə-
lərinin böyüklüyü, onların həm də məsuliyyət və öhdəliklərinin
böyüdülməsinin əsaslarını təşkil edir.
Beynəlxalq münasibətlərin vəzifələrini (buraya məqsəd-
ləri də aid etmək olar. Vəzifələr məhz məqsədləri həyata
keçirmək üçün yolları müəyyən etməkdən və istiqamətləri
reallaşdırmaq yollarından və vasitələrindən ibarətdir) nəzəri
baxımdan bu kimi qaydada ümumiləşdirmək olar:
-dövlətlər və xalqlar arasında sabitliyə söykənən münasi-
bətləri və əlaqələri təşkil etmək;
-regional və qlobal miqysalı beynəlxalq münasibətləri və
beynəlxalq əlaqələri təşkil etmək;
-beynəlxalq birliyin ümumi maraqlarını ödəmək üçün sabit
və davamlı əlaqələri təşkil etmək;
116
-ümumdünya sülhünün qorunması üçün müvafiq siyasəti
həyata keçirmək;
-dövlətlər arasında rəvan əlaqələri tənzim etmək;
-dünya resurslarından məkanlar və əhali məskənləri üzrə
bərabər istifadəni təmin etmək;
-dünyada ədalətli bölgünü təmin etmək;
-dövlətlərin fərdi qaydada inkişafını təmin etmək və dünya
resurslarından faydalanmaq üçün icra yollarını müəyyən
etmək;
-dünya xalqlarının mədəni irsini qorumaq;
-dünya xalqları arasında mədəni birliyi yaratmaq və
çoxşaxəli və inteqrasiyanı yaratmaq;
-ayrı-ayrı dövlətlərə qarşı birgə qaydada ümumi nəzarəti və
müşahidəni həyata keçirmək;
-dünya sakinlərinin sağlamlıqlarının qeydinə qalmaq, ərzaq
və dərman preparatları çatışmazlığını aradan qaldırmaq;
-dünya üzrə ekoloji tarazlığı qoruyub saxlamaq;
-dünyanın bütün problemlərinin həlli üçün gücləri
birləşdirmək;
-dünyada və onun ayrı-ayrı regionlarında transmilli
cinayətkarlığıa qarşı birgə əməkdaşlıq yolu ilə, gücləri
birləşdirməklə və fəaliyyəti koordinasiya etməklə nail olmaq;
-dünya üzrə inkişaf uyğunsuzluğunu aradan qaldırmaq;
-kasıbçılıqla və kütləvi xəstəliklərin yayılmasına qarşı
birgə mübarizə aparmaq;
-bütün ölkələrdə insanların hüquqlarını qorumaq və bunun
üçün fəaliyyətiləri koordinasiya etmək;
-dövlətlərin daxillərində çatışmayan resursların beynəlxalq
aləmdən əldə edilməsi;
-dövlətlər arasında müharibələrin, silahlı qarşıdurmaların
və digər böhranların və gərginliklərin aradan qaldırılması üçün
müəyyən preventiv tədbirlər görmək və baş vermiş qarşıdur-
maları və böhranları sülh yolu ilə aradan qaldırmaq;
117
-dövlətlərin daxili siyasətləri ilə xarici siyasətləri arasında
uzlaşmanı təmin etmək və bütün dövlətlərin siyasətlərini
insanlara xidmətə yönəltməklə, qarşılıqlı uzlaşmanı və
vahidliyi təmin etmək;
-dövlətlərin dinc şəraitdə əməkdaşlığını təmin etmək və
qlobal və regional səviyyədə sülhü təmin etmək və qoruyub
saxlamaq;
-bir ölkədə və ya da regionda baş vermiş beynəlxalq
problemin həllində yardımçı olmaq üçün bütün ictimaiyyətin
diqqətini həmin problemin həllinə yönəltmək (məsələn,
beynəlxalq konfransları təşkil etmək, forumları təşkil etmək və
s.) və s.
Beynəlxalq münasibətlərin vəzifələri də dərəcələnir və
subyektlər (burada dövlətlər və təşkilatlar müəyyən siyasəti
həyata keçirmək üçün müxtəlif funksiya daşıyırlar) müxtəlif
sahələr üzrə müəyyən həcmli işləri yerinə yetirirlər.
Xarici siyasətin və beynəlxalq münasibətlərin funksiyası
(dövlətlərin beynəlxalq arenada funksiyaları)
Siyasətin (fəaliyyətin) bütün sahələrində olduğu kimi,
beynəlxalq arenada da fəaliyyətin öz funksiyaları mövcuddur.
Funksiyanı iştirak edən tərəflər yerinə yetirir. Beynəlxalq
münasibətlərdə dövlətlər və onların yaratdıqları təşkilatlar
iştirak etdiklərindən xarici siyasətin və beynəlxalq münasi-
bətlərin funksiyaları meydana gəlir. Xarici siyasətin və
beynəlxalq münasibətlərin funksiyaları təbii ki, xarici siyasətin
və beynəlxalq münasibətlərin vəzifələrindən və beynəlxalq
hüquq subyektlərinin hüquqlarından meydana gəlir. Beynəlxalq
münasibətlərin və xarici siyasətin funksiyaları çoxtərəfli
əsaslara malikdir və demək olar ki, dövlətlərin və təşkilatların
imkanları ilə müəyyən olunujr. Bu funksiyaların icrası həm də
dövlətlərin potensialına bağlı olur. Beynəlxalq münasibətlərdə
dövlətlər beynəlxalq hüququn qaydaları və normalarına
118
müvafiq olaraq öz funksiyalarını yerinə yetirir. Beynəlxalq
münasibətlərin funksiyası onun məqsədlərindən və öhdəlik-
lərindən də formalaşır. Dövlətlərin beynəlxalq hüquqa görə
öhdəlikləri onları beynəlxalq aləmdə müəyyən funksiyalar
yerinə yetirməyə vadar edir. Funksiyalar müəyyən olunmuş
qaydalar əsasında subyektlərin hərəkətlərinin əsaslarını təşkil
edir. Beynəlxalq münasibətlərin baza funksiyası beynəlxalq
hüququn on mühüm prinsipindən irəli gələrək, müəyyən
prinsipial işləri yerinə yetirməkdən ibarətdir. Beynəlxalq
aləmdə regional və qlobal miqyasda birlikdə iştirak etməklə
inkişaf etmək; ümumdünya sülhünü qorumaq və təmin etmək;
resursları tarazlı qaydada paylamaq kimi məqsədlərdən irəli
gələrək çoxşaxəli funksiya müəyyən olunur. Beynəlxalq
münasibətlərin baza məqsədinin birlikdə inkişaf etmək və
mövcudluğu qorumaq kimi baza məqsədlərindən irəli gələrək,
hesab etmək olar ki, beynəlxalq münasibətlərin baza
funksiyaları da bu kimi məqsədlərin yerinə yetirilməsi üçün
müəyyən olunan çoxtərkibli fəaliyyət istiqamətlərindən asılıdır.
Xarici siyasətin və beynəlxalq münasibətlərin funksiyasına
dövlətlərin hüquqla müəyyən olunmuş əsaslarla istənilən növ
hərəkətləri aid olunmalıdır. Bütün funksiyalar pozitivliyə
xidmət etməlidir və ədalətli davranışları özündə əks
etdirməlidir. Beynəlxalq münasibətlərin funksiyaları dövlət-
lərin bütün hərəkətləri üzrə şaxəli fəaliyyətlərinə əsaslanır və
funksiyalar da şərtləndirici əsaslarla bir-biri ilə bağlı olur və
müəyyən vəhdətlik və tərkib hissələr yaranır. Funksiyalar da
təsnif olunur və bu da vəzifələrdən və hüquqlardan irəli gəlir.
Beynəlxalq münasibətlərin funksiyası dövlətlərin beynəlxalq
aləmdə tutduqları mövqelərdən də irəli gəlir və dövlətlər
müəyyən statuslar əldə edirlər. Dövlətlər funksiyalar yerinə
yetirməklə öz məqsədlərinə çatmaq yollarını müəyyən-
ləşdirirlər. Beynəlxalq münasibətlərin funksiyası dövlətləri öz
sakinlərinə xidmət etmək üçün vəhdət formada fəaliyyətini
təmin etməni və dövlətlər arasında sabit və dinc şəraitində,
119
əməkdaşlıq formasında əlaqələr yaratmanı əsas götürür.
Funksiya məqsədlərlə bağlıdır və demək olar ki, mütləq
qaydada ədalətli davranış prinsiplərinə söykənir.
Beynəlxalq münasibətlərin funksiyaları şaxələnir və
ümumi vahid prinsiplər başlanğıc rolunu oynayır. Ümumi
ideoloji prinsipdən törəmə funksiyalar meydana gəlir.
İstənilən qurumun vəzifələrindən irəli gələrək funksiyaları
müəyyən olunur. Funksiyalar onun fəaliyyətinin əsas
istiqamətlərini müəyyən edir.
Diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana
Konvensiyasına əsasən (Maddə 3), diplomatik nümayəndəliyin
funksiyalarına- yerləşdiyi dövlətdə akkreditə edən dövləti təmsil
etmək; beynəlxalq hüquqla yol verilən hüdudlarda yerləşmə
dövlətində akkreditə edən dövlətin və onun vətəndaşlarının
mənafelərini müdafiə etmək; yerləşmə dövlətinin hökuməti ilə
danışıqlar aparmaq; yerləşmə dövlətindəki şərait və hadisələri
qanuni yolla müəyyən etmək və bunlar haqqında akkreditə edən
dövlətin hökumətinə məlumat vermək; akkreditə edən dövlətlə
yerləşmə dövləti arasında dostluq münasibətlərini təşfiq etdirmək və
iqtisadiyyatı, mədəniyyəti və elm sahəsində onlar arasında qarşılıqlı
münasibətləri inkişaf etdirmək aiddir.
Qeyd etmək olar ki, bunlar,
baza funksiyalardır və bunlardan irəli gələrək diplomatik
nümayəndəliklərin beynəlxalq diplomatiya ilə ziddiyyət təşkil
etməyən funksiyaları meydana gələ bilər.
Diplomatik xidmət
haqqında Azərbaycan Respublikasının Qanununa əsasən,
diplo-
matik xidmət orqanları asağıdakı əsas funksiyaları həyata kecirirlər:
Azərbaycan Respublikasının digər dovlətlərlə və beynəlxalq
təskilatlarla munasibətlərdə təmsil edilməsi; Azərbaycan Respublika-
sının digər dovlətlərlə və beynəlxalq təskilatlarla iqtisadi, sosial,
elmi-texniki, mədəni və basqa sahələrdə əməkdaslığının inkisafına
komək gostərilməsi; Azərbaycan Respublikasının digər dovlətlərlə və
beynəlxalq təskilatlarla danısıqlarının aparılmasının və beynəlxalq
muqavilələrin imzalanmasının təskili; yuksək dovlət və hokumət
səviyyələrində dovlətlərarası mubadilələrin protokol təminatı;
xaricdə yasayan həmvətənlərlə əlaqələrin inkisafına komək
gostərilməsi; diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə
120
yetirilməsi üzərində nəzarətin həyata kecirilməsi; Azərbaycan
Respublikasının xarici və daxili siyasəti, olkənin iqtisadi, sosial və
mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının
diplomatik numayəndəlikləri vasitəsilə xaricdə yayılmasının təmin
edilməsi; Azərbaycan Respublikasının dovlət orqanlarının və
Azərbaycan Respublikasında movcud olan kutləvi informasiya
vasitələrinin Azərbaycan Respublikasının beynəlxalq vəziyyəti və
xarici
siyasəti
haqqında
məlumatlandırılması;
Azərbaycan
Respublikasının ərazisindəki diplomatik numayəndəliklərin və
konsulluqların fəaliyyətinə komək gostərilməsi, oz səlahiyyətləri
cərcivəsində onlara xidmət gostərən təskilatların fəaliyyətinə nəzarət
edilməsi; Azərbaycan Respublikasının tərəfdar cıxdığı beynəlxalq
muqavilələrin qeydiyyatı, ucotu və saxlanması uzrə vahid dovlət
sisteminin fəaliyyətinin təmin edilməsi; Azərbaycan Respublikasının
bağladığı beynəlxalq muqavilələrin depozitarisi funksiyalarının
həyata kecirilməsi; Azərbaycan Respublikasının tərəfdar cıxdığı
beynəlxalq muqavilələrin icrası uzərində umumi musahidənin həyata
kecirilməsi; Xarici siyasət və beynəlxalq munasibətlər sahəsində
Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləsdirilməsində
və bu qanunvericiliyin Azorbaycan Respublikasının beynəlxalq
huquqi
ohdəliklərinə
uyğunlasdırılmasına
dair
təkliflərin
hazırlanması. Diplomatik xidmət orqanları Azərbaycan Respublika-
sının Konstitusiyasına və qanunlarına uyğun olaraq digər
funksiyaları da həyata kecirə bilər.
1
Diplomatik nümayəndəliklərin funksiyaları yuxarı və
aidiyyatı dövlət (burada mərkəzi dövlət hakimiyyəti qurumu)
hakimiyyəti qurumlarının funksiyalarını böyüdür və dövlətin
xarici siyasət sahəsində funksiyaları, hərəkət sferaları və
miqyası genişlənir. Mərkəzi icra hakimiyyəti orqanı diplomatik
nümayəndəliklərin (öz ölkəsinə məxsus olan) fəaliyyətlərinin
əlaqələndirilməsini təmin edir və koordinasiya və icra
funksiyasını
yerinə
yetirir.
Bu
baxımdan,
Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin (Əsasnaməsində əksini
1
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
http://www.rusum.az/laws/law_953106246_7974.pdf;
121
tapmış) bəzi funksiya istiqamətləri aşağıdakılardır:
Azərbaycan
Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla
münasibətlərdə təmsil etmək; ölkənin diplomatik xidmət orqanlarının
vahid sisteminə rəhbərlik etmək; ölkənin xarici və daxili siyasəti,
iqtisadi, sosial və mədəni həyatı haqqında informasiyanın
Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri vasitəsilə
xaricdə yayılmasını təmin etmək; ikitərəfli, çoxtərəfli və beynəlxalq
problemlərin bütün kompleksi üzrə məlumatların araşdırılması
əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və
beynəlxalq təşkilatlarla münasibətləri məsələləri barədə təkliflər
hazırlayaraq müəyyən olunmuş qaydada dövlət rəhbərinə təqdim
etmək; dövlətin beynəlxalq müqavilələrinin layihələrini hazırlamaq,
müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin
dayandırılması barədə təkliflər hazırlayaraq, müəyyən olunmuş
qaydada ölkə başçısına baxılmaq üçün təqdim etmək; digər
dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqların aparılmasını
təşkil etmək; ölkənin beynəlxalq müqavilələrinin icrası üzərində
ümumi müşahidəni həyata keçirmək, milli qanunvericiliyin
Azərbaycan
Respublikasının
beynəlxalq
hüquq
öhdəliklərinə
uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak
etmək; ölkənin digər dövlətlərlə və beynəlxalq təşkilatlarla iqtisadi,
sosial, elmi-texniki, mədəni və başqa sahələrdə əməkdaşlığının
inkişafına kömək göstərmək; beynəlxalq sülhün və təhlükəsizliyin
təmin edilməsi sahəsində ölkənin səylərini diplomatik vasitələrlə
həyata keçirmək; beynəlxalq təşkilatların, konfransların, forumların
fəaliyyətində ölkənin iştirakını təmin etmək, beynəlxalq birliyin üzvü
kimi Azərbaycan Respublikasının qlobal və regional beynəlxalq
problemlərin həllində rolunun yüksəldilməsinə səy göstərmək;
beynəlxalq konfransların, toplantıların və digər dövlət səviyyəli
tədbirlərin və mərasimlərin təşkilində iştirak etmək; yüksək dövlət və
hökumət səviyyələrində dövlətlərarası mübadilələrin protokol
təminatını həyata keçirmək; dövlət hakimiyyəti orqanlarının xarici
siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri barədə ölkə başçısına
məlumat vermək; ölkədə fəaliyyət göstərən xarici dövlətlərin
diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyətinə
kömək göstərmək, öz səlahiyyətləri çərçivəsində onlara xidmət
göstərən təşkilatların fəaliyyətinə nəzarət etmək; ölkənin dövlət
122
orqanlarını və kütləvi informasiya vasitələrini Azərbaycan
Respublikasının beynəlxalq vəziyyəti və xarici siyasəti haqqında
məlumatlandırmaq; xarici siyasət və beynəlxalq münasibətlər,
habelə diplomatik xidmət haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin təkmilləşdirilməsinə dair təklifləri müəyyən
edilmiş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim
etmək; diplomatik və konsul imtiyaz və immunitetlərinə riayət
olunması
üzərində
nəzarəti
həyata
keçirmək;
Azərbaycan
Respublikası Milli Məclisinin parlamentlərarası və digər xarici
əlaqələrinin həyata keçirilməsinə kömək etmək; dövlət orqanlarına
Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin
diplomatik və konsul nümayəndəlikləri ilə əlaqələrində yardım
göstərmək; dövlət orqanlarının xarici dövlətlərin dövlət orqanları və
vəzifəli şəxsləri ilə, beynəlxalq təşkilatlarla əlaqələrinə yardım
etmək; Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul
işini təşkil etmək; xaricdə yaşayan həmvətənlərlə əlaqələrin və
əməkdaşlığın inkişafına yardım göstərmək; müəyyən edilmiş qaydada
pasport-viza sənədlərini rəsmiləşdirmək; müəyyən edilmiş qaydada
diplomatik-kuryer rabitəsini həyata keçirmək; öz səlahiyyətləri
çərçivəsində Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinin
baxılmasında iştirak etmək;Azərbaycan Respublikasının xarici
dövlətlərdəki
səfirlərinin
və
konsullarının
və
Azərbaycan
Respublikasının beynəlxalq təşkilatlardakı nümayəndələrinin təyin
olunması və geri çağırılması, dövlət və hökumət nümayəndə
heyətlərinin tərkibi barədə təklifləri müəyyən edilmiş qaydada
Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək;Fövqəladə
və Səlahiyyətli Səfir, 1-ci və 2-ci dərəcəli Fövqəladə və Səlahiyyətli
Elçi diplomatik rütbələrinin verilməsinə dair təklifləri Azərbaycan
Respublikasının Prezidentinə təqdim etmək; öz səlahiyyətləri
daxilində diplomatik rütbələrin verilməsi qaydalarını müəyyən etmək
və s
1
.
Dövlətin
xarici
siyasət
funksiyası
diplomatik
nümayəndəliklərdən tutmuş, mərkəzi icra hakimiyyəti qurumu
1
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ
HAQQINDA Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin
29 yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.
123
da daxil olmaqla, dövlət rəhbərinə qədər piramidal qaydada
şaxələnir. Dövlət rəhbəri dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan
hökumətlərarası müqavilələri təsdiq və ləğv olunmaq üçün
Azərbaycan Respublikasının Milli Məclsinə təqdim edir;
təsdiqnamələri imzalayır (Azərbaycan Konstitusiyası. Maddə
109). Dövlət rəhbəri mərkəzi istiqamətverici, idarəedici və bu
idarəetmə çərçivəsində nəzarətedici funksiya daşıyır. (Bax,
Xarici İşlər Nazirliyinin Əsasnaməsi. Əsasnaməni təsdiq etmək
səlahiyyəti də dövlət rəhbərinə məxsusdur).
Dostları ilə paylaş: |