üst istiqamətlər meydana gəlir. Məsələn, beynəlxalq yığın-
caqların, o cümlədən elmi konfransların, simpoziumların,
beynəlxalq səviyyəli yığıncaqların-konqreslərin, forunmların,
sammitlərin keçirilməsi məhz baza beynəlxalq münasibətlərin
inkişafına və möhkəmlənməsinə xidmət edir. Dövlətlər
arasında rabitə, nəqliyyat, mədəniyyət, informasiya müba-
dilələri sahəsində çoxlu sayda münasibət və əlaqə istiqamətləri
formalaşır. Bu istiqamətlər təbii ki, beynəlxalq münasi-
bətlərin komplekslilyini ortaya çıxarır. Üst qatı əhatə edən
tədbirlər baza münasibətlərin qorunmasına və inkişafına xidmət
edir.
Xarici siyasətin təkmilləşdirilməsi prosesləri həm də ona
görə həyata keçirilir ki, əlaqələr və münasibətlər də
sadələşdirilsin. Xarici siyasəti həyata keçirən qurumlar kimi
dövlətlər və təşkilatlar çıxış edirlər. Bunlar xarici siyasətin
birbaşa və vasitəli əsaslarını meydana gətirir. Xarici siyasət
dövlətə aid olduğundan baza etibarilə dövlətin iştirakı və
köməkliyi ilə həyata keçirilir. Dövlətlərin yaratdıqları şəraitlər
sayəsində müasir dövrdə xalqlar və dünya sakinləri arasında
birbaşa əlaqələr qurulur, münasibətlər formalaşır. Beynəlxalq
rəyin formalaşmasında artıq insanların özləri də fərdi qaydada
iştirak edirlər. Dövlətlər xarici siyasət həyata keçirməklə
vətəndaşlşarının dünya sakini kimi maraqlarını da qoruyurlar.
“Dünya hər bir sakinindir. Sakin və onun fəaliyyəti də
dünya üçündür”. Yəni, komponent bütövə, bütöv də
tərkibə xidmət edir. Bu yanaşmadan irəli gələrək hesab etmək
olar ki, sakinlərin ümumdünya maraqlarının qorunmasında və
maraqların təmin olunmasında dövlətlər maraq göstərirlər və
bu, onların birbaşa maraq və mənafelərinə xidmət edir.
Dövlətlər özlərindən yuxarıda vətəndaşlarını, əhalisini görürlər.
69
Xarici siyasətin bu mahiyyətindən onun qlobal əhəmiyyət
kəsb etməsi zərurəti də ortaya çıxır. Dövlət, bu baxımdan, ona
görə beynəlxalq münasibətlərə qoşulur ki, dünyanın inkişafında
və bəşəri dəyərlərin qorunmasında iştirak etsin və öz töhfələrini
versin. Dünyanın hər bir məkanı hər bir vətəndaşın istifadəsinə
verilə bilər prinsipi də mühüm əhəmiyyət kəsb edir. Bu
baxımdann da dövlətin xarici siyasətində “humanizm”
prinsipləri formalaşır və bu, başlıca məqsədə çevrilir. Onu da
nəzərə almaq lazımdır ki, humanizm siyasəti olmadan dövlət
vəhşi bir qurum olar və böyük dövlətlər tərəfindən tez
“udular”. Böyük dövlətlərin qeyri-humanist siyasəti isə qlobal
fəlakətlərə gətirib çıxara bilər. Qarşıdurmalar artar, dünya
sabitliyi pozular. Dövlətlər beynəlxalq səviyyədə özlərini idarə
etməyi bacarmayanda, ədalət prinsiplərini pozanda, etik
davranış nümayiş etdirməyəndə müəyyən təzyiqlərə məruz
qalır və beynəlxalq humanitar intervensiya (müdaxilə) amili
ortaya çıxır. Humanitar intervensiya da başlıca olaraq bir və ya
bir neçə qrupun, toplumun hüquqlarının pozulmasına qarşı
yönəldilmiş akta çevrilir. Beynəlxalq münasibətlər məhz
beynəlxalq
ictimaiyyət
tərəfindən
dövlətlərin
daxili
siyasətlərinə müdaxilə etmək imkanlarını qazandırır.
Dünya bütövlüyü ideyasından çıxış edərək, hesab etmək
olar ki, insanların maraqları ümumən dövlət sərhədlərini
tanımır, bəşəri əhəmiyyət kəsb edir və məkandan-məkana
keçir. Xarici siyasət də məkandan-məkana keçərək insanların
da maraqlarını məkanlardan-məkanlara daşıyır və hər bir
məqamda təmin etmək funksiyasını və vəzifəsini öz üzərinə
götürür. Deməli, xarici siyasət məkanlardan-məkanlara
keçən və bununla da məkanlar arasında konkret və xəyali
xətlər yaradan aktlardan ibarətdir.
Dövlətin xarici siyasəti həm milli mənafelərə söykənir,
həm də qlobal məzmuna malik olur. Bu iki istiqamət dövlətin
regional və qlobal istiqamətli siyasətini ortaya çıxarır. Dövlət
qlobal sferada öz milli maraqlarını qoruyur. Qlobal maraqlar
70
milli maraqların müdafiəsinə və inkişafına əsaslanır. Dövlətin
xarici siyasəti ideallığın qorunması məqsədini güdür, eləcə də
real maraqların ödənilməsinə söykənir.
Xarici siyasətdə dövlətin məqsədi
Bir daha vurğulamaq məqsədəuyğundur ki, siyasət
münasibətləri və əlaqələri tənzim edən fəaliyyətdir və
münasibətlərlə, eləcə də əlaqələrlə meydana gələn aktdır.
Siyasət tərəflər arasında əlaqələrdə və münasibətlərdə
təzahür edir və tərəflərin maraq və mənafeləri uğrunda
hərəkətləri istiqamətləndirir. Siyasət anlayışı ümumilikdə
təsəvvürlərdə mücərrəd olsa da, əslində konkret hərəkətlərdə
təzahür edəndir. Münasibət, əlaqə-fəaliyyət və siyasət
anlayışları qarşılıqlı olaraq bir-birini şərtləndirir. Bu
anlayışlar və vəziyyətlər bir-birinin içərisindən meydana gəlir
və biri digərini şərtləndirir. Münasibət, əlaqə və bunlardan
irəli gələn, eləcə də münasibətləri və əlaqələri təşkil edən
fəaliyyət- siyasət- müəyyən məqsədlər uğrunda təşkil olunur.
Dövlətin daxili siyasəti və xarici siyasəti onun daxili və xarici
ə
laqələrini meydana gətirir, komponentlərini bir-birinə
bağlayır. Xarici siyasət fəaliyyəti iki və çoxlu sayda dövlət
arasında beynəlxalq münasibətləri və əlaqələri meydana
gətirir. Dövlətin daxili və xarici məqsədləri arasında
təsnifatlanma vardır və bu təsnif oluma təbii ki, müəyyən
sahələr üzrə qruplaşmanı üzərə çıxarır.
Məqsəd hər bir şəxsdə, şəxslər qrupunda (sosial-siyasi və
mədəni birliklərdə, hərbi birliklərdə, təşkilatlarda və s.)
mövcuddur və bu immanentdir (daxildən gələndir) və xarici
təsirlərdən də formalaşandır, bioloji və mənəvi xüsusiyyət və
keyfiyyətdir. Məqsəd daxili və xarici istiqamətli olmaqla, baza
etibarilə daxilə xidmət etməklə kompleks əhəmiyyət kəsb edir.
Məqsəd tərkib baxımından maraqlarla, ehtiyaclarla və
bunlardan irəli gələn tələbatlarla üst-üstə düşür. Məqsəd
71
insanlarda, təşkilatlarda müəyyən gələcək hədəfləri müəyyən
edən başlıca hədəfdir. Məqsədlərin yerinə yetirilməsi
(məqsədlərə çatmaq) hərəkətlərlə müəyyən olunur. Hərəkətlər
məqsədlərə çatmaq yollarını və istiqamətlərini müəyyən edir.
Hərəkət istəklərdən, arzulardan və məqsədlərdən başlayır.
Məqsəd hərəkət və fəaliyyət istiqamətlərinin əsas stimulverici
xüsusiyyətidir. Hərəkətlərin düzgün istiqamətlərə yönəldilməsi
məhz qarşıya qoyulan məqsədlərlə bağlıdır. Məlumdur ki,
dövlət də öz daxilində müxtəlif sahələri əhatə edən siyasət
istiqamətlərini əks etdirən bir qurum və siyasi təsisat olaraq
şəxslərdən və fərdlərdən təşkil olunubdur. Dövlətin məqsədi də
məhz şəxslərin (fərdlərin) məqsədlər toplusundan ibarətdir.
Dövlət şəxslərin məqsədlərinin stimullaşdırılmasını, sistem-
ləşdirilməsini təmin edir. Dövlətin məqsədi bu baxımdan, yəni
onun üzvlərinin məqsədlərini təmin etmək baxımından,
universal əhəmiyyət kəsb edir, vahid formaya malik olur.
Dövlət fərdi məqsədləri, sadə və mürəkkəb məqsədləri özündə
əks etdirir, cəmləşdirir və bundan da ümumi (universal)
məqsədlər meydana gəlir. Dövlət həm fərdi əsaslarla, həm də
cəm şəkilində məqsədlərin qruplaşmasını və sistemləşməsini
(rəsmi-hüquqi formalara salınmasını) yerinə yetirir. Dövlər
daxili siyasətdə və xarici siyasətdə ayrı-ayrı sahələri tənzim
etmək üçün müvafiq normalar qəbul edir və normaların icrasını
təmin edir. Buradan da dövlətin nizamasalma funksiyası
meydana gəlir. Sakinlərn (əhalinin, vətəndaşların) məqsədləri
birləşir və vahid dövlət məqsədlərini yaradır. (Qeyd: siyasi və
ictimai məqsədlər dövlətlər üçün hüquqları meydana gətirir.
Dövlət ona məxsus olan hüquqlardan istifadə edərək
səlahiyyətlərini və vəzifələrini müəyyən edir. İnsanların
məqsədlərinin qorunması təbii ki, dövlətin vəzifəsinə çevrilir.
Dövlət bu məqsədlərin yerinə yetirilməsində məsuliyyət
daşıyıcı tərəfə çevrilir. Bu məsuliyyət daşıyıcılıq dövlətlərdə
müəyyən proteksionizm siyasətini reallaşdırmağa imkan
verir. İnsanların maraqlarının ödənilməsi təminatının həyata
72
keçirilməsinin zəruri kriteriyaları dövlətlərə hüquqlar qazan-
dırır. Dövlətlər proteksionizm siyasətini həyata keçirərkən,
şə
rait tələb etdikdə, zəruri müdafiə məqsədilə zor tətbiq
etmək, qüvvə nümayiş etdirmək məcburiyyətində qalırlar. Bu,
onların təbii hüquqlarıdır. Hər bir dövlətin hüququndan irəli
gələrək, özünümüdafiə vəzifəsi və səlahiyyəti vardır.
Özünümüdafiə vəzifəsi də xalqın-vətəndaşların hüquqla-
rından irəli gəlir. Dövlətin vəzifəsi əhalisinin hüquqlarını
təmin etməkdirsə, onda bu vəzifəni yerinə yetirmək iqtidarını
–qabiliyyətini itirməməlidir. Dövlət bu vəzifəsinə və funksiya-
sına xələl gətirən ünsürləri zərərsizləşdirmək hüququna
malikdir. Buradan da belə bir məntiqi fikir bildirmək olar ki,
xalqın iradəsi naminə, xalqın mövcudluğu və daima inkişaf
şə
raitində yaşamsı naminə dövlətin mövcudluğu və güclü
fəaliyyəti labüddür). Kənardan yanaşdıqda (müşahidə qənaəti
ilə) belə bir nəticəyə gələ bilərik ki, dövlət tərkib hissələri
özündə toplamaqla vahid bir qurum kimi vahid və ümumi bir
marağa sahib olur. Ümumi marağın tərkibi də olduqca
zəngindir və ayrı-ayrı elementlərdən təşkil olunubdur. Təbii ki,
bu vahid məqsədin tərkibində çoxlu sayda sadə və mürəkkəb
məqsədlər vardır. Məqsədlərin də təsnifatı (dərəcələnməsi)
proseslərinin mövcudluğu onun ünsürlərinin imkanlarına və
potensialına bağlı olur. Dövlətin məqsədi onun fəaliyyətinin və
mövcudluğunun əsaslarını təşkil edir. Məqsədləri təmin etmək
hərəkətləri dövlətin fəaliyyətini meydana gətirir və dövlət
xarici və daxili siyasət sferalarında kompleks əhəmiyyət kəsb
edən sistem yaradır. Dövlət daxili və kənar hərəkətlərin əsas
subyektlərinə çevrilir. Məhz məqsədlər sayəsində dövlətin
maraqları inkişaf edir və hərəkətlərin sferası böyüyür. İnkişaf
özü də məqsədlərin genişlənməsinə xidmət edir.
Dövlət xarici siyasətini öz məqsədinə görə təşkil edir.
Dövlətin məqsədlərinin çoxtərəfliliyi təbii ki, onun hərəkət-
lərinin də çoxtərəfliliyini meydana gətirir. Eyni zamanda xarici
siyasətin həyata keçirilməsi proseslərinin müəyyən mərhələ-
73
lərində özünün yeni ortaya çıxan məqsədlərini güdür.
Məqsədlərin dərəcələnməsi və onu daşıyan subyektlərin
dərəcələnməsi (burada sinifləşməsi, təsnifatı) təbii olaraq
inkişaf edən məqsədlər anlayışını meydana gətirir. Məqsəd
daima şəraitdən, ortaya çıxan gerçəkliklərdən və yeni
elementlərdən və elementlərə təsir etmək istəklərindən və
zərurətdən meydana gəlir. Dövlətin xarici siyasət fəaliyyəti
sayəsində müəyyən etdiyi baza məqsədi- öz maraqlarını təmin
etməkdən ibarətdir. Maraqların təmin edilməsi siyasəti də
müxtəlif sahələr üzrə həyata keçirilir və maraqlar müxtəlif
sahələr üzrə təmin edilir. Dövlətin məqsədləri zaman etibarilə
yaxın, orta və uzaq müddətli ola bilir. Bu da dövlətin məqsəd-
lərinin təmin edilməsi yolunda taktika və strategiyalarını
formalaşdırır. Dövlətin baza məqsədi onun baza strategiyasında
öz əksini tapır, strateji məqsədlər də öz növbəsində taktiki
hərəkətləri özündə cəmləşdirir. Dövlət öz məqsədlərinin nəzəri
istiqamətlərini strateji (məsələn, konstitusiya) və taktiki
sənədlərdə (konstitusiyadan sonra gələn qanunvericilik aktları)
qanun müəyyən edir. Dövlətin məqsədindən irəli gələrək baza
təminatı onun daxili və xarici potensialına, resurslarına və
resurslarının zənginləşməsinə əsaslanır. (Qeyd: dövlət müvafiq
aktlar həyata keçirməklə digər subyektlərlə birlikdə müna-
sibətlər sferasına daxil olur. İstər regional, istərsə də qlobal
miqyasda beynəlxalq münasibətlər dövlətlərin hərəkət-
lərindən formalaşır. Münasibət (əlaqə) hərəkətin üst qatı,
məhsulu hesab olunmalıdır. Eyni zamanda hərəkətlər də
münasibətlərin bazasında həyata keçirilir. Buradan da artıq
ə
laqə meydana gəlir. Münasibət, mövqe məzmunu kəsb
etdikdə, ilkin hərəkətə təkan vermiş olur. Hərəkətlərsiz
münasibət (burada daha çox əlaqə, yəni kontakt) mümkün
deyil. Hətta mövqe məzmunlu münasibət də hərəkətin bir
növüdür).
Dövlətlər beynəlxalq münasibətlərdə tanınmanı da
başlıca məqsəd kimi görürlər. Xarici siyasətin məqsədi rəsmi
74
tanınmaqdan da ibarətdir. Dövlətin tanınması onun beynəlxalq
aləmə assosiasiyasına gətirib çıxara bilir. Dövlət tanındıqdan
sonra beynəlxalq sistemin strukturlarına daxil olur və bütün
imkanları ilə bu strukturlarda təmsil olunur və iştirak edir.
Beynəlxalq münasibətlərdə dövlət vahid bir anlayış, eləcə də
vahid bir tərəf kimi çıxış edir, eləcə də öz tərkib strukturları ilə
qoşulur. İştirak sayəsində dövlət beynəlxalq münasibətlərin
enerjisindən (burada beynəlxalq münasibətlər sahəsinin
gücündən) faydalanmaq imkanı əldə edir. Həmçinin yeni enerji
mənbəyinə və vasitəsinə çevrilir. Eyni zamanda beynəlxalq
normalara müvafiq olaraq müdafiə olunmaq imkanları
qazanır. (Qeyd: müdafiə olunmaq hər bir sistem üçün
xarakterikdir. Sistemlərin funksiyası mexanizmləri işə
salmaqdan və müəyyən təyinatlı işləri görməkdən ibarətdir.
Sistemin hərəkətləri varsa,-təbii ki, burada ictimai-siyasi
sistemlər nəzərdə tutulur,-onun müdafiəsi də mövcuddur.
Müdafiə özü hərəkətləri qorumaq məqsədlərindən irəli gəlir).
Dövlətin beynəlxalq münasibətlərə daxil olmaq məqsədinin
əsasında da məhz müdadifə olunmaq, güclənmək, potensialını
artırmaq, daxili resurslarının həcmini (kəmiyyətini) geniş-
ləndirmək, bununla da artan tələbatı zaman və şərait etibarilə
ödəməkdən ibarətdir. Dövlət tələbatların zaman və şərait
nisbətinə uyğun olaraq ödənilməsinin həyata keçirdikcə inkişaf
da öz-özünə (burada immanent şəkildə, lakin gerçəklikdə-
təzahürdə
əksini tapmaqla) meydana gəlir. Dövlətlər
beynəlxalq münasibətlər sferasına daxil olarkən, özlərinə də
digər dövlətlərin məqsədlərini və maraqlarını cəlb etmiş
olurlar. Bu anda beynəlxalq məqsədlər və maraqlar forma-
laşır. Beynəlxalq məqsədlər və maraqlar dövlətin daxili
siyasətinə də təsir göstərir və daxili və xarici siyasət arasında
üzvi bağlılıq meydana gətirir. Beynəlxalq münasibətlərə yenicə
daxil olmuş dövlətlər tanındıqdan sonra digər dövlətlər
tanınmış yeni dövlətdə öz maraqlarını formalaşdırırlar, eləcə də
həmin dövlətin məqsəd və maraqlarını şəbəkəyə, beynəlxalq
75
sistemə daxil etmiş olurlar. Bu zaman dövlətlərin maraqlarının
uzlaşması, uzanması, genişlənməsi prosesləri baş verir və
dövlətlər fərdi və kollektiv qaydada beynəlxalq sistemin
məqsədləri sferalarını yaratmış olurlar.
Dövlət canlı bir orqanizmdir. Onun üzvləri, elementləri
olan vətəndaşları (əhalisi, sakinləri, xalqı) bu orqanizmi ona
görə təşkil edirlər ki, ümumi və fərdi qaydada maraqlarını
təmin edə bilsinlər və bunun üçün birləşmiş gücdən ibarət
enerji mənbələri yaratsınlar. Dövlətin təşkil olunmasının özü də
bir məqsədə çevrilir. Dövləti təşkil etməklə sakinlər, insanlar
özlərini müdafiə etmək üçün üst bir qurum yaradırlar.
Dövlətlər də vətəndaşlarını və onun ərazisində olan digər ölkə
vətəndaşlarını müdafiə etmək üçün məsuliyyətli tərəflərə
çevrilirlər. Məhz beynəlxalq münasibətlər dövlətləri bir-birinin
vətəndaşlarını qoruyan məsuliyyətli tərəfə çevirir. Dövlət-
lərarası münasibətlərdə “qonağa hörmət, qonağı qorumaq,
qonağın maraqlarını müdafiə etmək” kimi düşüncələr
əsasında davranış və əxlaq qaydaları öz əksini tapır. Təbii ki,
maraqlar da ehtiyaclardan və tələbatdan formalaşır. Qeyd
olunuduğu kimi, hər bir dövlət xarici siyasəti həyata keçirərkən
müəyyən məqsədlər güdür. Bu məqsədlər iqtisadi sahələrdən
tutmuş, insanların həyat fəaliyyətini əks etdirən bütün sahələri
əhatə edir. İnsan fəaliyyətinin təsnifatı və dərəcələnməsi
dövlətin məqsədlərini də dərəcələndirir. Ümumiyyətlə, dövlət-
lər öz hərəkətlərini hərətərəfli sahədə məqsədlərin təmin
edilməsi istiqamətində müəyyən edirlər. Məqsədlərə çatmaq
üçün müəyyən proqram və layihələr, fəaliyyət planları təşkil
edirlər. Məqsədlərə çatmaq istiqamətində müxtəlif fəaliyyət
trayektoriyaları (gələcək hərəkətlər üçün fəaliyyət planları)
müəyyən edirlər. Trayektoriyalar dövlətin xarici siyasətinin
istiqamətlərini müəyyən edir və şaxələndirməni yaradır. Xarici
siyasətin istiqamətləri xarici siyasətin və beynəlxalq münasi-
bətlərin məqsəd istiqamətlərini meydana gətirir. Xarici
siyasətin şaxəli forması dövlətin xarici siyasət sahələrinin fiziki
76
strukturlarını təşkil edir. Dövlətin özünü qorumaq və inkişaf
etdirmək, daxili ehtiyaclarını ödəmək məqsədi xarici siyasətin
sahələrini formalaşıdırır. Xarici siyasətin hərəkət sahələri də
məqsədlərin sahələrini və onu təmin etmək istiqamətlərini
əlaqəli və şaxəli qaydada meydana gətirir. Dövlət xarici siyasət
istiqamətləri üzrə məqsəd formalaşdırmaqla öz siyasət
(fəaliyyət) sahələrini də müəyyən edir. Dövlətin məqsədi
çoxşaxəli məzmun və forma kəsb edir. Dövlətlər öz məqsəd-
lərinə görə hədəf müəyyən edirlər və bu hədəfə çatmaq üçün
yollar və istiqamətlər formalaşdırırlar. Dövlətin məqsədi onun
siyasətinin məqsədini ortaya çıxarır. Buradan da belə bir
məntiqi fikir meydana gəlir ki, dövlət öz hakimiyyəti
vasitəsilə (hakimiyyət ali siyasi qurum kimi dövləti təmsil
edən tərəfdir. Lakin geniş anlamda götürdükdə dövlət-
hakimiyyət və vətəndaş tərəflərindən ibarət olmaqla, iki
mühüm baza sahəsinə ayrılır) hərəkət etmirsə, deməli
siyasəti də yoxdur. Siyasəti yoxdursa, məqsəd də yoxdur və
bu da yoxdursa, dövlətin özü də yoxdur. Dövlət öz
məqsədlərinə nail olmaq üçün mərhələli siyasət formalaşdırır.
Bu mərhələli siyasət də imkanlara, zaman və şəraitə bağlı
olur. Mərhələli siyasət ardıcıllığı dövlətin baza məqsədlərinə
çatmasını ortaya çıxarır. Dövlət baza məqsədlərinə (burada
gələcəyə yönəlmiş və gələcək strategiyanın tərkibi olan
məqəsdlər nəzərdə tutulur) mərhələli məqsədlərin yerinə
yetirilməsi sayəsində çatır. Dövlətin əsas məqsədi həm
vətəndaşlarının daxili tələbatlarını ödəməkdən, həm də öz
mövcudluğunu qorumaqdan ibarətdir. Dövlət genişləndikcə
(burada daxilən inkişaf edərək böyüdükcə və beynəlxalq
arenada geosiyasi fəaliyyəti baxımından gücləndikcə) öz
gücünü də artırır və beynəlxalq münasibətlərdə siyasi çəkisini
də böyüdür. Buradan da dövlətin siyasi təsir metodlarının gücü
artır. Dövlətin resurslarının sayı çoxaldıqca, potensialları
genişləndikcə təsir imkanları da artır və məqəsdləri də buna
77
müvafiq olaraq böyüyür. Dövlətin ali məqsədlərinin böyüməsi
onun müdafiə siyasətinin də həcmini böyüdür.
Dövlət xarici siyasətdə müəyyən məqsədlərə çatmaq üçün
müxtəlif strateji və taktiki üsullardan, gediş variantlarından
istifadə edir. Dövlət öz məqsədlərinə çatmaq istiqamətində,
istəklərini yerinə yetirmək baxımından, digər dövlətlərlə
ikitərəfli və çoxtərəfli sənədlərə qoşulur. Bu sənədlərdə
dövlətlərin məqsədləri və onların sahələri, obyektləri,
predmetləri, eləcə də məqsədlərin mərhələli şəkildə yerinə
yetirilməsinin zaman amili öz əksini tapır. Sənədlər dövlət
siyasətinin mərhələli və sahəli əsaslarını yaratmış olur.
Dövlətin xarici siyasətdə məqsədi də təsnif olunur. Bu
baxımdan da qlobal (böyük) məqsədlər, orta və kiçik
məqsədlər müəyyən olunur. Bu məqsədlərin hər biri digəri ilə
bağlı olur və şaxəli maraqlar meydana gəlir. Şaxəli maraqlar da
maraqlar sistemində güc tərəflərinin əsaslarını yaradır.
Dövlətin təbii ki, ayrı-ayrı sahələr üzrə fərdi və konkret
məqsədləri öz məzmunu baxımından kiçik olur. Dövlətin
universal məqsədi isə həm məkan (üfiqi qaydada), həm də
sahələr (şaquli qaydada) baxımından qlobal əhəmiyyət kəsb
edir. Dövlət özünün xarici siyasət məqsədi ilə daxili siyasət
məqsədləri arasında uzlaşmanı təşkil edir. Daxili və xarici
siyasət məqsədləri birləşir və dövlətin vahid məqsədini
meydana gətirir. Dövlətin də əsas məqsədi əhalisinin bütün
aidiyyatı sahələrdə maraqlarını təmin etməkdən ibarət olur.
Dövlətin öz məqsədi uğrunda hərəkəti dövlətin gücünün
artmasına gətirib çıxarır. Dövlətlər məqsədlərinə çatmaq üçün
münasibətlərə qoşulurlar və burada maraqlar həm üst-üstə
düşür, üst-üstə düşməkdən də qovuşma və toqquşma meydana
gəlir. Dövlətlər arasında müharibə, böhran və münaqişə
vəziyyətləri ortaya çxır. Məqsədlərə rəvan şəkildə çatmaq isə
sülhün qorunub saxlanmasına yönəlir.
Dövlət xarici siyasət sahəsində öz məqsədinə çatmaq üçün
müəyyən struktur birləşmələri təşkil edir. Bu struktur da öz
78
növbəsində siyasət fəaliyyətinin komplektlilik xaraketini
meydana gətirir. Dövlətin ayrı-ayrı sahələr üzrə məqsədlərini
aidiyyatı struktur vahidlikləri yerinə yetirir. Bundan da dövlətin
Dostları ilə paylaş: |