Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


Yuxarıda  sadalanan  vasitələr  (resurslar)  və  istiqamətlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   2   3   4   5   6   7   8   9   ...   29

  
Yuxarıda  sadalanan  vasitələr  (resurslar)  və  istiqamətlər 
(resursların  cəmləşdiyi  sahələr  və  transferinin,  tranzitinin 
müəyyən 
olunduğu 
sahələr) 
dövlətlərin 
beynəlxalq 
münasibətlərdə  güclərinə  görə  təsnif  olunmasını  zəruri 
                                                 
1
 Məşhur Milyarder sərvətini kasıblara verdi. “Kaspi” qəzeti, №034(2888). 

 
35 
 
edir.  Dünyanın  strateji  cəhətdən  əhəmiyyət  kəsb  edən 
məhsulları  və  onların  tranzit  daşınmaları,  strateji  vasitələrin 
dislokasiyası, 
baza 
olaraq 
yerləşdirilməsi 
sahələri 
və 
istiqamətləri 
də 
dövlətlərin 
beynəlxalq 
münasibətlərdə 
güclərinin  təsnif  olunnmasını  yaradır.  Bu  strateji  məhsullar 
dövlətlərin  birləşməsinin,  cəmləşməsinin  və  qruplaşmasının 
əsaslarını təşkil edir. Buna görə də beynəlxalq münasibətlərdə, 
istehsal  məhsullarının  böyük  həcmdə  istehsalı  və  tranzit 
daşınması baxımından,  
-neft və qaz məhsullarına və ixracına sahib olan ölkələr
-elektrik enerjisi istehsalına və ixracına sahib olan ölkələr;  
-ət və ət məhsullarına və ixracına sahib olan ölkələr; 
-quşçuluq təsərrüfatına, maldarlıq və heyvandarlıq sahəsinə 
sahib olan ölkələr; 
-buğda istehsalına və daşınmasına sahib olan ölkələr; 
-şəkər  çuğunduru  və  şəkər  tozu  istehsalına  və  ixracına 
sahib olan ölkələr; 
-düyü,  kartof,  lobya,  qreçka  və  digər  kənd  təsərrüfatı 
məhsulları istehsalına sahib olan ölkələr; 
-ağır sənaye, maşınqayırma istehsalına sahib olan ölkələr; 
-ağır  sənaye  avadanlıqları  (dəzgahlar,  qurğular,  aparatlar 
və  s.)  və  ağır  sənaye  mobil  mexaniki  vasitələri-vaqonlar, 
gəmilər,  təyyarələr,  raketlər,  yük  avtomobilləri  və  s.  istehsal 
edən ölkələr; 
-transmilli  korporasiyaların-istehsal,  sərmayə,  maliyyə 
resurslarına  malik  olan  korporasiyaların  təmsil  olunduğu 
ölkələr; 
-geniş  miqyaslı  və  böyük  həcmli  nəqliyyat  daşınmalarına 
(qatarlarla,  aviareyslərlə,  gəmilərlə  yük  daşımaları)  sahib  olan 
ölkələr; 
-qiymətli metallar (almaz, qızıl, gümüş, platin) bazarlarına 
sahib olan dövlətlər
-dəmir filizi istehsalına sahib olan dövlətlər; 
-qara və əlvan metallar istehsalına sahib olan dövlətlər; 

 
36 
 
-taxta və kağız istehsalına sahib olan dövlətlər; 
-kömür isthsalına və ixracına sahib olan ölkələr; 
-elektrik enerjisi istehsalına və ixracına sahib olan ölkələr; 
-yüngül sənaye məhsulları istehsalına sahib olan ölkələr; 
-toxuculuq sənayesinə sahib olan ölkələr
-yun və pambıq istehsalına və ixracına sahib olan ölkələr; 
-kimya məhsulları istehsalına sahib olan ölkələr; 
-məişət avadanlıqları istehsalına sahib olan ölkələr; 
-sənayesi  güclü  şəkildə  avtomatlaşdırılmış  olan  və  sənaye 
sahələrində cihazqayırması güclü olan ölkələr; 
-yüksək  səviyyəli  xidmət  sahələrinin,  istirahət,  turizm  və 
səhiyyə-sağlamlıq komplekslərinin sahib olduğu ölkələr
-informasiya  texnologiyalarının  geniş  şəkildə  istehsal 
olunduğu və ixracına sahib olan ölkələr; 
-miqrasiyanın, 
xüsusilə, 
əmək,  elm  miqrasiyasının 
cəmləşdiyi ölkələr.  
Bu kimi istiqamətləri çox göstərmək olar. Dövlətlərin baza 
olaraq  güclərinin  təsnifatında  resursların  qruplaşdırılması 
xüsusi  əhəmiyyət  kəsb  edir.  O  dövlətlər  daha  da  güclü  olurlar 
ki,  əvvəldə  sadalanan  istiqamətlərin  və  resursların  kompleks 
tərkibini  (bu  istiqamətlərə  xas  olan  elementlərin əksəriyyətini) 
özündə  əks  etdirir.  Bu  baxımdan  dövlətlər  milli  və  daxili 
gəlirlərinə  görə  təsnif  olunurlar.  Böyük  dövlətlər  dünya 
məhsulları  istehsalının  böyük  bir  qismini  öz  əllərində 
cəmləşdirirlər.  Böyük  dövlətlərin  dövlət  büdcələri  və  digər 
sosial-humanitar  fondları  da  böyük  məbləğlərə  sahib  olur.  O 
dövlətlər  daha  öndə  olurlar  ki,  onların  dövlət  büdcələrinin  və 
digər  fondlarının  mədaxili  və  məxarici  yüksək  olur  və 
adambaşına düşən illik gəlirin həcmi də müqayisədə üstün olur. 
Böyük  dövlətlər  dünya  qızıl  ehtiyatlarının  (banklarda 
saxlanılan  qızıl  ehtiyatları)  böyük  həcmini  də  öz  əllərində 
cəmləşdirirlər. Dünyanın aparıcı dövlətləri, “Böyük Səkkizlər”, 
“Böyük  İyirmilər”  kimi  formatlar  meydana  gəlir.  Bununla 
yanaşı,  böyük  dövlətlərin  qruplaşmaları  da  ortaya  çıxır.  Belə 

 
37 
 
ki,  Avropa  İttifaqı,  NATO,  BRİCS  (Braziliyia,  Rusiya,  Çin, 
Hindistan,  Cənubi  Afrika  Respublikasından  ibarət  olan 
iqtisadi-siyasi birləşmə) kimi birləşmələr də ortaya çıxır.  
Xarici  siyasətin  gücünü  əks  etdirən  (formalaşdıran) 
elementlər  və  vasitələr.  Xarici  siyasətin  gücünü  əks  etdirən 
elementlər  içərisində  ilk  olaraq  güclü  şəkildə  təşkil  olunan 
diplomatiyanı qeyd etmək olar. Bununla bərabər, dövlət digər 
dövlətlərlə  münasibətlərdə  öz  daxili  resurslarından  səmərəli 
qaydada  istifadə  etməlidir.  Bir  dövlətin  digər  dövlətin 
(dövlətlərin)  daxili  siyasətinə  təsir  imkanları  və  vasitələri  də 
dövlətin  xarici  siyasətini  gücləndirən  element  kimi  qəbul 
edilməlidir.  Bir  dövlətə  məxsus  olan  şirkətlərin  digər  dövlətin 
iqtisadiyyatında  yaxından  iştirakı  amili  həmin  dövlət  üzərində 
təsir  imkanları  qazandırır.  Bir  dövlətin  digər  dövlət  üzərində 
olan iqtisadi təsirləri və dövlətin daxili iqtisadiyyatı da dövlətin 
xarici  siyasətini  gücləndirir.  Xarici  siyasətin  gücünün  təsnifatı 
eləcə də dövlətlərin təsir gücünün miqyasından, ölçüsündən və 
kəmiyyətindən  ortaya  çıxır.  O  dövlətlər  xarici  siyasəti  güclü 
edirlər  ki,  həmin  dövlətlərin  daxili  resursları  digər  ölkələrin 
daxili  resurslarına  və  ümumilikdə  iqtisadi  sistemlərinə  təsir 
imkanlarına  malik  olsunlar.  Xarici  siyasət  istiqamətlərində 
yaranan  potensiallığı  xarici  siyasətin  resursları  (xarici  siyasətə 
yönəldilmiş resurslar) formalaşdırır. Dövlətin ümumi potensialı 
böyük axın yaradır və beynəlxalq münasibətlərdə onun ümumi 
gücünü  ortaya  çıxarır.  Dövlət  xarici  siyasətini  ümumi 
potensialı ilə gücləndirir. Çünki bu potensialı xaricə ixrac edir.  
Xarici  siyasət  sahəsində  fəaliyyətin  həyata  keçirilməsi  və 
planların  qurulması  sayəsində,  eləcə  də  normaların  qəbul 
edilməsi  zamanı  xarici  siyasətin  forma  və  məzmundan  irəli 
gələn ümumi və konkret mahiyyəti üzə çxır. Xarici siyasətin 
tərkib  hissələrə  ayrılması  prosesləri  baş  verir.  Tərkib  hissələrə 
ayrılmalar  sayəsində  məsuliyyət  və  öhdəlik  daşıyan  tərəflər 
müəyyən  olunur.  Normaların  qəbul  edilməsi  və  sənədlərə 
qoşulmalar  özü  xarici  siyasətin  tərkib  proseslərinin  formalaş-

 
38 
 
masını  zəruri  edir.  Normalar  əsasən  xarici  siyasətin  maraqlara 
bölünməsini  şərtləndirir.  Hər  bir  addım  burada  qaydalar 
şəklində əks olunur və qaydalar da riyazi ölçmələrin əsaslarını 
yaradır. Buradan da belə bir məntiqi fikir ortaya çıxır ki, xarici 
siyasət özü hərəkətlərin  riyazi ölçülərinə tabe olur. Maraqların 
ölçülərlə müəyyən olunması addımların ölçülərə tabe olmasının 
əsaslarını yaradır.  
Dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları  da  onların 
maraqları, mənafə və məqsədlərinin də ölçülərə tabe olmasının 
əsaslarını  ortaya  çıxarır.  Beynəlxalq  münasibətlər  sferasında 
bütün  dövlətlər  vahid  qaydalar  əsasında  öz  güclərinə  görə 
iştirak edirlər və bu, onların real prinsiplərdən (real potensialın 
yaratdığı  gerçəkliklərdən)  çıxış  etmələrini  ortaya  çıxarır.  Real 
prinsiplər  də  ideal-nəzəri  prinsiplərin  əsaslarını  formalaşdırır, 
ideal prinsiplər çox zaman real prinsipləri özünə tərəf çəkməyə 
səy  göstərir.  Bu  baxımdan  da  real  prinsiplərin  tətbiqində 
məhdudiyyətlər  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin 
hərəkət  sahələrində  dövlətlərarası  münasibətlərdə  “sərhədlər” 
prinsipi  ortaya çıxır.  Bütün  dövlətlərin  mövcudluğu və sərbəst 
fəaliyyət  prinsipi,  eləcə  də  yaşamaq  prinsipləri  beynəlxalq 
münasibətlərin  idealizm  əsaslarını  ortaya  çıxarır.  Bu  idealizm 
prinsipləri də özündə ideal ədaləti əks etdirir. Bununla yanaşı
real ədalət prinsipləri də mövcud olur. Bu da real gücün ortaya 
çıxmasının  əsaslarını  təşkil  edir.  İdeal  ədalət-  humanizmə, 
real ədalət isə real gücə əsaslanır. Hər iki amilin mövcudluğu 
və  qarşılıqlı  şəkildə  bir-birini  şərtləndirməsi  həm  sabitliyi 
meydana  gətirir,  həm  də  inkişafı  yaradır.  Sabitlik  və  inkişaf 
qarşılıqlı  kompromislərdən  də  ortaya  çıxır.  İdeal  ədalət 
beynəlxalq  münasibətlərdə  böyük  dövlətlərin  kiçik  dövlətlərə 
qarşı münasibətlərində daha çox özünü büruzə verir, real ədalət 
isə  reallığa  söykəndiyindən,  burada  hər  bir  dövlətin  gücü 
amilini  meydana  gətirir.  Beynəlxalq  münasibətlərin  sabitləş-
məsi real ədalətin tətbiqindən daha çox asılı olur.  

 
39 
 
I FƏSİL: 
 
Xarici siyasətin və beynəlxalq münasibələrin  
ümumi əsasları 
 
Dövlət və siyasət 
 
Xarici  siyasət  fəaliyyətinin  əsaslarını  təhlil  etməmişdən 
öncə  bu  siyasəti  həyata  keçirən  dövlət  və  onun  fəaliyyətinin 
əsaslarını  təşkil  edən  siyasət  (fəaliyyət  və  idarəetmədən 
ibarət olan məzmun) anlayışlarının qarşılıqlı əlaqəli və vəhdət 
təşkil  edən  məzmununa  şərh  vermək  lazım  gəlir.  Siyasət  və 
dövlət  anlayışlarının  həm  qədim  və  klassik,  həm  də 
postmodernist  (təkmilləşmiş  və  yüksək  liberal  məzmunlu 
siyasət  həyat  keçirən  dövlət  hakimiyyətləri)  məzmunu  ortaya 
çıxır. Klassik dövrdə və bu dövrəqədərki mərhələdə siyasət və 
zorakılıq,  siyasət  və  güc  tətbiqi  mənası  daha  geniş  əhəmiyyət 
kəsb  edirdi.  İşgəncələrin  verilməsi,  zorakılıqlar,  edamlar  buna 
misaldır. 
Burada 
əsas  məsələ  dövlətin  saxlanılması, 
hakimiyyətin  əldə  saxlanılması  idi.  Bütün  zorakı  vasitələrin 
istifadəsinə  hakim  təbəqə  haqq  qazandırırdı.    Dövlətin  və 
hakimiyyətin  saxlanması  üçün  kifayət  qədər  resurslar  (burada 
liberalığı  yaratmaq  üçün  lazım  olan  resurslar)    yox  idi.  Bu 
baxımdan  da  zorakılığın  tətbiqi  təbii  hal  olaraq  meydana 
gəlirdi.  (Qeyd:  kasıb  cəmiyyətlərdə  hakimiyyət  zorakılıq-
larının  çoxluğu  da  məhz  bu  amildən  ortaya  çıxır.  Varlı 
dövlətlər  liberal  və  sabit  cəmiyyətlərə  malik  olurlar). 
Postmodernist  məzmun  baza  forma  və  məzmunun  (xüsusilə 
XIX  əsrin  sonları-XX  əsrin  əvvəllərinin  formasını)  böyük 
mənasını  özündə  saxlamaqla  bərabər,  yeni  liberal  məzmun  da 
əlavə  etmişdir.  Belə  ki,  postmodernizmdə  informasiya  diplo-
matiyasının  güclənməsi,  informasiya  resurslarının  dünyada 
geniş yayılması, “insan” amilinin, insanların təbii hüquqlarının 
daxili və xarici siyasətdə baza obyektə və predmetə çevrilməsi 

 
40 
 
dövlətlərdə “vətəndaş hakimiyyəti” (“cəmiyyət hakimiyyəti” 
–  “sosiokratiya”)  ideyalarının  ortaya  gəlməsini  zəruri 
etməkdədir.
1
  
Dövlət burada daha çox liberal nəzarətedici və müşahidəçi, 
təşkiledici  və  istiqamətləndirici  funksiya  daşıyır.  Beynəlxalq 
münasibətlərdə  də  vətəndaşa  xidmət  anlayışları  ayrı-ayrı 
dövlətlərin vətəndaşları arasında birbaşa əlaqələrin qurulmasını 
zəruri  etmişdir.  Bundan  da  irəli  gələrək  “xalq  diplo-
matiyaları” daha da geniş əhəmiyyət kəsb etməyə başlamışdır. 
Posmodernist  dövlətlərin  tənzimləmə  funksiyasında  daha  çox 
istiqamətlərin yaradılması və bu istiqamətlər üzrə vətəndaşların 
sabit və sərbəst şəkildə hərəkət etmələrini təmin etmək başlıca 
məqsədə  çevrilmişdir.  Liberal  inkişaf  yolunu  tutmuş  dövlətlər 
birbaşa  müdaxilələrə  yox,  müşahidələrə  üstünlük  verirlər. 
Başlıca  məqsəd  dövlətin  gücü  üçün  əsas  potensialı  yaradan 
cəmiyyətin  özünü  güclü  etməkdir.  Mövcud  dövlətlər 
cəmiyyətin  müdafiəsi  ilə  özlərinin  müdafiə  olunmaq  strate-
giyasını  yerinə  yetirirlər.  Özlərinin  güclərini  cəmiyyətlərinin 
potensiallarında  axtarırlar.  Bu  kimi  xüsusiyyətlər  indiki 
dövlətlərin  fəaliyyətini  məzmun  baxımından  klassik  forma  və 
məzmundan  fərqləndirir.  Mövcud  sivil  inkişaf  yolunu  tutmuş 
dövlətlər öz proteksionizm siyasətlərini daha çox sərbəstlikdən 
formalaşdırırlar.  Liberal  iqtisadiyyat,  yumşaq  sosial  münasi-
bətlər  də  məhz  bunlara  əsaslanır.  Mövcud  sivil  dövlətlər  öz 
aralarında  qəbul  olunmuş  normalara  yüksək  düşüncəli 
yanaşmalar üsulundan baxırlar və dünya sakinlərinin qarışması, 
qovuşması  və  birləşməsi  üsullarına  əl  atırlar.  Dünyanın 
münasibətlər  strukturu  həm  də  vahidləşmə  (bütövləşmə) 
prinsipindən meydaan gəlir.  
Dövlət  -bütün  münasibətləri  rəsmi  əsaslarla  tənzim  edən, 
bütün  tərəflərin  hüquqlarını  qəbul  edən,  tanıyan və hüquqların 
                                                 
1
 E.M.  Nəsibov.  Gələcək  dünya  düzəni  və  geosiyasi  mənzərə.  Siyasi 
proqnozların  əsasları.  Ümumi  hissə.  I  kitab.  “Elm  və  təhsil  ”  nəşriyyatı, 
Bakı-2013, 544 səh., səh.24. 

 
41 
 
təmini  üçün  müvafiq  siyasət  həyata  keçirən,  siyasətini  hüquq 
normaları  ilə  reallaşdıran  və  əlaqələri  tənzim  edən  bir 
qurumdur. 
Dövlət-tərəfləri  maraqlar  və  mənafe  uğrunda  bir  arada 
birləşdirən, 
maraqları 
qruplaşdıran 
və 
uyğunlaşdıran, 
koordinasiya edən bir vasitədir. 
Dövlət-münasibətləri  təşkil  edən,  bunun  üçün  müvafiq 
şəraitləri  yaradan  əlaqələri  təşkilatlandıran  və  strukturlar 
yaradan bir vahid mexanizmdir və kompleksdir. 
Dövlət-resursları  müəyyən  formalara  salan  və  onları 
insanların  istifadəsi  üçün  yararlı  edən  bir  mexanzimdir  və 
qurumdur, sistem vahididir. 
Dövlət-insanların  ayrı-ayrı  təbəqələri  arasında  münasibət-
lərin  yaranması  üçün  şərait  yaradan  və  insanların  hər  bir  yaş 
dövründə maraqlarını təmin edən bir təsisatdır. 
Dövlət-insanların  ictimai-siyasi  fəaliyyətini  təmin  edən  və 
ictimai-siyasi münasibətləri tənzimləyən bir təsisatdır. 
Dövlət-cəmiyyətdə  əxlaqi  dəyərləri  təbliğ  edən  və 
cəmiyyətin  müdafiəsi  üçün  bütün  resursları  səfərbər  edən  bir 
qurumdur. 
Dövlət-öz  tərkib  strukturlarının  üzvlərini  (elementlərini, 
komponentlərini)  qoruyan,  ictimai-siyasi  və  mənəvi-əxlaqi 
dəyərləri qoruyan bir təsisatdır. 
Dövlət-öz  tərkib  komponentlərinin  maraq  və  tələbatlarını 
ödəyən və zaman və şəraitlə əlaqələndirən bir qurumdur.  
Dövlət-vətəndaşlarını  öz  daxilində  və  beynəlxalq  aləmdə 
müdafiə  edən  bir  qurumdur.  Bu  baxımdan  hər  bir  vətəndaş 
hərəkət  edərkən  özü  ilə  birlikdə  dövlətin  müdafiəsini  də  hiss 
edir.  Həmin  vətəndaş  beynəlxalq  aləmdə  özünü  öz  dövlətinin 
digər  dövlətlərlə  yaratdığı  və  qəbul  etdiyi  hüquq  normaları  ilə 
müdafiə  olunmuş  hesab  edir.  İki  və  ya  da  çoxlu  dövlətlər 
arasında  qəbul  edilmiş  hüquq  normaları  ilə  bir  dövlətin 
vətəndaşı digər dövlət tərəfindən öz ərazisində müdafiə olunur.  

 
42 
 
Ümumiyyətlə,  dövlət  adlanan  siyasi  (ali  siyasi)  bir  qurum 
haqqında, anlayış haqqında çox geniş fikirlər yürütmək, təriflər 
vermək olar.  
Siyasət nədir. İlk növbədə qeyd etmək lazımdır ki, siyasət 
-dövlətin  tənzimləmə  (idarəetmə,  idarəetmənın  tərkibi  olaraq 
normayaratma,  icraetmə,  hüquqları  qoruma  və  pozulmuş 
hüquqları  bərpa  etmə,  bu  baza  funksiyanın  tərkibi  olaraq  və 
mexanizm kimi əhəmiyyət kəsb edərək, icraetmə, müşahidə və 
nəzarət  etmə,  o  cümlədən  yoxlama,  müayinə,  hesabat  tələb 
etmə  və  s.)  funksiyasının  özüdür.  Siyasət  fərdi  (bir  şəxs 
tərəfindən,  məsələn,  dövlət  və  hökumət  rəhbəri)  və  kollektiv 
(şəxslər  qrupu,  yəni  hakimiyyətin  qolları  olan  mərkəzlər-yerli 
və  mərkəzi  idarələr,  təşkilatlar)  formada  olmaqla,  iki  formalı 
subyekt  (burada  formalar  dedikdə,  şəxsin  fərdi  fəaliyyəti  və 
mərkəzin  fəaliyyəti  nəzərdə  tutulmalıdır)  tərəfindən  müəyyən 
edilir  və  icra  olunur.  Siyasətin  müəyyən  olunması  dedikdə, 
onun  sahələr  üzrə,  eləcə  də  obyektlər  və  subyektlər  üzrə 
istiqamətləndirilməsinin  ilkin  əsasları,  ilkin  layihəsi  başa 
düşülür.  Siyasət  mərkəzlərdə  yaranır  və  bütün  cəmiyyətləri 
əhatə  edir.  Fərdlər  (burada  şəxslər)  öz  maraqlarını  və 
potensiallarını  daha  çox  mərkəzlərdə  cəmləşdirirlər.  Siyasət 
mərkəzlərində  şəxslərin  iradələrinə  uyğun  olaraq  siyasət 
normaları  (burada  hüquq  normaları)  hazırlanır  və  icraya 
istiqamətləndirilir.  Siyasi  fəaliyyətin  mərkəzində  məhz  bütün 
sahələri  əhatə  edən  hüquq  normaları  (universal  və  xüsusi) 
dayanır.  Siyasət  mərkəzləri  əsas  etibarilə  ötürücülük  və 
paylayıcılıq  funksiyanını  yerinə  yetirirlər.
1
 Mərkəzlər  arasında 
pilləli  (səlahiyyət  bölgüsünə  görə  yerli  qurumların  mərkəzi 
hakimiyyət  qurumlarına  tabe  olması)  və  eynixətli  (burada 
təqribən  eyni  səlahiyyətləri  özündə  cəmləşdirən  strukturlar 
nəzərdə  tutulur.  Məsələn,  yerli  icra  və  hüquq-mühafizə 
                                                 
1
 Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13. 

 
43 
 
qurumları,  yerli  məhkəmələr  və  s.  buna  aid  olunur) 
münasibətlər formalaşır və əlaqələr  yaranır.  Siyasətə həmçinin 
siyasi  proseslərin  hazırlanması  və  istiqamətləndirilməsi  kimi 
hərəkətlər istiqamətləri də aid olur. Siyasət insanlar üçündür, 
insan  hüquqlarını  təmin  etmək  üçündür  və  normalarla 
ifadə olunur. Hüquq normaları siyasətin hazırlanması və icrası 
üçün  əsas  vasitədir.  Siyasət  normaların  icrasında  öz  məzmu-
nunu  tapır.  Normaların  icrası  üsulları  isə  siyasətin  həyata 
keçirilməsi  üsullarıdır.  Siyasət  dövlətə  aid  olan  hərəkətdirsə, 
onun  baza  mahiyyəti  hakimiyyət  qurumlarının  fəaliyyətində 
əks olunur.  
Siyasi  mənada  dövlət  –  özünün  müəyyən  sərhədləri 
daxilində  yaşayan  əhalinin  (xalqın,  xalqlar  toplumunun) 
maraqlarını  özündə  birləşdirən,  öz  daxilində  və  beynəlxalq 
aləmdə  vətəndaşlarının  maraqlarını  təmin  edən,  münasibətləri 
qruplaşdıran  və  ixtisaslaşdıran,  münasibətləri  və  əlaqələrin 
istiqamətlərini yaradan, bu baxımdan münasibətləri və əlaqələri 
sahələr  üzrə  tənzim  edən,  fərdi  və  universal  əsaslarla 
münasibətlər  yaradan,  sahələr  arasında  əlaqələri  təşkil  edən, 
münasibətlərə  siyasi  məna  verən  bir  siyasət  təşkilatıdır, 
müəyyən  strukturlara  malik  olan  siyasət  mexanizmisi  və 
sistemidir.  Dövlət  sərhədləri  daxilində  mövcud olan,  eləcə  də 
sərhədlərindən  kənarda  ona  məxsus  olan  obyektlər  üzərində 
leqal  (səlahiyyətləri  hüquqla  müəyyən  olunan  fəaliyyət) 
fəaliyyətə  malik  olan  bir  qurumdur.  Dövlət  adlanan  vahid 
formula  (fəaliyyətdə  olan  formula  və  siyasi  model,  müəyyən 
əlaqəli strukturu və mexanizmisi olan siyasi quruluş)) müəyyən 
tərkiblərə  malik  olan  vahid  bir  strukturdur.  Dövlət  vahid 
struktur olaraq, eləcə də strukturlar birliyini özündə əks etdirən 
şaxələnmə  proseslərini  müəyyən  edir  və  tənzimləyir.  Siyasət 
istiqamətləri  və  cərəyanları  həmin  strukturlardan  yaradılır  və 
əlaqəli  şəkildə  də  siyasət  axınları  müəyyən  olunur.  Dövlət 
üzərində  siyasət  həyata  keçirilən  və  siyasətlə  tənzim  olunan 
elementlər birliyindən ibarətdir.  

 
44 
 
Dövlət  münasibətləri  və  əlaqələri  strukturlarda  yaranan  və 
strukturların  işləməsinə  istiqamət  və  təkan  verən,  strukturları 
yaradan  elementləri  qruplaşdıran  və  tənzim  edən  bir  siyasi 
mexanizmdir.  Dövlətin  strukturları  (nazirlikləri,  komitələri, 
səhmdar  cəmiyyətləri,  şirkətləri,  xidmət  mərkəzləri  və  digər 
idarələri) başlıca olaraq onun sərhədləri daxilində və xaricində 
fəaliyyətinin  şaxələnməsini  təmin  edirlər.  Dövlətin strukturları 
mütləq qaydada piramidal formada iyerarxik əsaslarla fəaliyyət 
göstərir.  Dövlətin  strukturları  ayrı-ayrı  maraq  sahələri  (maraq 
birləşmələri)  üzrə  formalaşır  və  ayrı-ayrı  sahələrdə  insanların 
ehtiyac  və  tələbatlarının  ödənilməsini  təmin  edir.  Bununla 
bərabər,  strukturlar  arasında  əlaqələrin  yaranması  insan 
tələbatlarının  ödənilməsinin  əlaqəli  əsaslarını  yaradır.  Struk-
turlar arasında olan əlaqəli və sxematik fəaliyyət cəmiyyətlərdə 
insanlar  arasında  əlaqələrin  yaradılmasını  təmin  edir  və  vahid 
cəmiyyətlərin  formalaşmasını  meydana  gətirir.  Strukturlar 
arasında  əlaqəli  fəaliyyət  dövlətin  vahid  gücünün  formalaş-
masının  əsaslarını  təşkil  edir.  Dövlət  bu  baxımdan  ayrı-ayrı 
sahələrdə  enerji  toplayan  və  vahid  mərkəzlərdə  toplaşan 
(unifikasiya  olunan),  enerji  yaradan  və  enerji  paylayan 
stukturların  mexanizmisini  təmin  edən  baza  əsaslı  bir  siyasi 
təşkilatdır.  Dövlət  məhz  insanların  çoxlu  sahələr  üzrə  maraq 
sahələrini  təmin  edən,  maraqları  birləşdirən  və  tərkib 
hissələrini  müəyyən  edərək  tənzim  edən  bir  ümumi  və  bütöv 
təşkilatdır.  Bu  ümumi  və  vahid  təşkilat  öz  tərkibində  sadə  və 
sadələrdən  birləşən  ayrı-ayrı  təşkilatlardan  ibarətdir.  Əvvəlcə 
qeyd olunduğu kimi, dövlət strukturları həm iyerarxik qaydada, 
həm  də  qarşılıqlı  nəzarətedici  əsaslarla  fəaliyyət  göstərirlər. 
Dövlət  strukturları  (həm  daxili  siyasət,  həm  də  xarici  siyasət 
istiqamətləri)  bir-biriləri  ilə  həm  qarşılıqlı  nəzarət,  həm  də 
qarşılqılı  asılılıq  (burada  hesabat  vermək,  nəzarət  etmək, 
müşahidə etmək və s.) şəraitində fəaliyyət göstərirlər. Dövlətlər 
özlərindəki komponentləri ilə müəyyən sahələr üzrə strukturlar 
yaradırlar  və  bu  strukturlar  xarici  və  daxili  siyasət  sahəsində 

 
45 
 
hərəkətləri  şərtləndirir  və  hərəkətlər  arasında  asılılıq  yaradır. 
Bu  nöqteyi-nəzərdən  dövlət  öz  fəaliyyətini  qruplaşdıran,  onu 
istiqamətlərə  ayıran  və  daxili  siyasətlə  xarici  siyasət  arasında 
asılılıq yaradan və vahid siyasi xətt təşkil edən bir mərkəzdir.  
Dövlətin  fəaliyyəti  ilə  siyasi  hadisələrin  ardıcıl  şəkildə 
törədilməsi  sayəsində  strukturlar  daxilində  və  strukturlar 
arasında  zəncirvari  əlaqələr  təmin  edilir.  Dövlətin  daxili  və 
xarici siyasətini təmin edən və bu iki istiqamət arasında əlaqəni 
yaradan  qurumların  fəaliyyəti  dövlətin  daxili  və  xarici  siyasət 
istiqamətləri  arasında  uzlaşmanı,  uyğunlaşmanı,  səbəb  və 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin