təmin edən tərəf və təmin olunan tərəf. Bu bölgünün özü də
şərti xarakter kəsb edir. Hər iki tərəfin fəaliyyətinin nəticəsi
təminatdır, daxilə və özünə xidmətdir. Tərəflərə ayrılma
resursların əldə olunması və istifadəsi qaydalarını özündə
cəmləşdirən idarəetmə zərurətindən, təkmilləşdirmə zərurə-
tindən ortaya çıxır. İki istiqamətdə-əldə etmək və idarə etmək
istiqamətində siyasət reallaşdırılır. Təmin edən tərəf də təmin
olunmaq məqsədini güdür. Təmin edən tərəf də təmin olunan
tərəfin enerjisi olmadan öz fəaliyyətini təşkil etmək iqtidarında
deyil. Hər şəxs təmin olunan obyektdir. Bu baxımdan da
təmin edən tərəfin özü də təmin olunandır. Hər iki tərəf bir-
birinə xidmət edir və xidmət olunan tərəf digər tərəf üçün
mənbə rolunu oynayır.
Dövlətin xarici siyasəti onun kənarlarından ətrafa yayılan
və istiqamətləri birləşdirən, istiqamətlər arasında uyğunluq
yaradan hərəkətləridir. Dövlət xarici siyasəti ilə öz məkanından
kənarda obyektlər və predmetlər üzrə təsir imkanları qazanır və
56
bundan da əlavə şeylər əldə edir. Dövlətin beynəlxalq
münasibətləri isə regionda və regiondan kənarda yerləşən
məkanlar üzrə (bu məkanlarda dövlətlər mövcuddur. Dünya,
ə
sasən, dövlətlərin yerləşmələri və “sıralanmaları” baxımın-
dan siyasi cəhətdən tərkibə ayrılıbdır) formalaşır.
Xarici siyasət fəaliyyətdirsə, beynəlxalq münasibətlər
üst qatdır, fəaliyyətdən əldə olunandır, mühit və sferadır,
hərəkət müstəvisidir.
1
Beynəlxalq münasibətlər sahəsinə daxil
olmaq dövləti xarici siyasətini müəyyən anlarda (lazım olanda),
müəyyən şəraitlərdə gücləndirməyə vadar edir və şərait tələb
edəndə xarici siyasətin müəyyən istiqamətlərini dayandırmağa
(ləngitməyə), hərəkətin sürət tempini aşağı salmağa sövq edir.
Bu nöqteyi- nəzərdən də dövlət öz hərəkətlərini idarə edən bir
orqanizmdir. Bu orqanizm də dövləti daxili və xarici qıcıqlarla
idarə edir. Dövlət siyasəti daxildən və kənardan gələn
impulslardan, dalğalardan asılı olan bir məfhumdur, prosesli
mənzərədir.
Dövlət maraq (burada vətəndaşlarının fərdi qaydada
mövcud olan və qrup şəklində olan maraqları nəzərdə
tutulmalıdır) əsasında öz siyasətini təşkil edir. Dövlətin özünün
də marağı vətəndaşının maraq tərkibini genişləndirməkdən
ibarətdir. Vətəndaşın maraqlarının böyüməsi dövlətin özünün
maraqlarının böyüməsinə gətirib çıxarır. Bu anda daha çox
resurs hərəkət vəzyyətində olur və inkişaf meydana gəlir.
Maraq şəraitdən irəli gəlir və ehtiyaclara və tələbata bağlı olur.
Bu məsələlərdə kəmiyyət artdıqca dövlət siyasəti də dəyişikliyə
məruz qalır. Burada siyasətin həyata keçirilməsində intensivlik
artır və yaxud da effektivlik aşağı düşür. Dövlət vətən-
daşlarının təbii hüquqlarını (anadangəlmə hüquqlarını) təmin
edir, eləcə də zaman-zaman qazanılmış olan əlavə hüquqlarını
təbii hüquqlara çevirir. (Qeyd: əslində hüquq təbiidir və
1
Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar,
təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II CİLD,
Bakı, “Elm və təhsil”, 2010, 600 s., səh. 404.
57
insanlarla birlikdə doğulur və tərkibini genişləndirir.
İ
nsanların yaşları, mövqeləri və fəaliyyəti ilə əlaqədar olaraq
öz tərkibini genişləndirir. Bu genişlənmədən də pozitiv hüquq
ş
axəsi əmələ gəlir. İnsanların təbii hüquqlarının tərkib
zənginliyini doğulduqları şərait və zaman da ortaya çıxarır.
Məsələn, inkişaf etmiş cəmiyyətlərdə, zəngin resurslar
məkanında dünyaya gəlmiş insanların bu resurslardan
istifadə etmək haqqı vardır. İnsanların təbii hüquqları burada
zamanla müəyyən olunur. Hər bir insanın təbii hüququ öz
zamanına bağlıdır. Həmçinin belə bir prinsipdən də çıxış
etmək olar ki, kasıb cəmiyyətlərdə, resursların kifayət qədər
çatışmadığı məkanlarda dünyaya gələn şəxslərin də digər
məkanlarda (zəngin məkanlarda) olan resurslardan istifadə
etmək hüquqları vardır. Dünyada resurslar və istiqamətlər
varsa, hamısı bütün insanlar üçündür-prinsipi insan
hüquqlarının təmin olunması amilinin gələcək zamanla bağlı
olmasını şərtləndirir. Yəni, cəmiyyətlər digər cəmiyyətlərdə
olan resurslardan). Dövlət vətəndaşlarının maraqlarını
ödəmək məqsədilə həm istiqamətverici, həm müşahidəedici
və nəzarətedici (müşahidə nəzarətin tərkibindədir) funksiya
yerinə yetirir və özünün bütün imkanlarını səfərbər edir. Dövlət
öz imkanlarını səfərbər edərək sistemli qaydada mexanizmi
formalaşdırır və hər bir resursu idarəetmə trayektoriyalarına
cəlb edir. Dövlət xarici siyasəti ona görə həyata keçirir ki, bir
tərəfdən beynəlxalq siyasətin aktoruna çevrilsin, digər tərəfdən
də özünü beynəlxalq səviyyədə olan təhlükələrdən qorusun.
Həm də bu təhlükələrin ölkənin daxilinə keçməsinin qarşısını
alsın. Təhlükələrin qarşısını almaq üçün digər dövlətlərlə həm
ikitərəfli və çoxtərəfli sənədlər hazırlayırlar və icra edirlər, həm
də təşkilatlar yaradırlar ki, xarici siyasət sahəsində hüquqlarını
cəmləşdirə və qruplaşdıra, eləcə də ixtisaslaşdıra bilsinlər.
Xarici siyasət geniş anlayışdır və daxili siyasətin davamı
olaraq dövlətin sərhədlərindən kənarda olan hərəkətlərini ifadə
edir. Xarici siyasət dövləti bir struktur vahidi olaraq öz
58
məkanında və beynəlxalq sferada taraz formada və müstəvidə
bir növ “asılı vəziyyətdə saxlayır”. Dövlətin xarici siyasəti
onun bir qurum kimi fəaliyyətindən, mövcudluğundan irəli
gəlir. Dövlətin xarici siyasəti onun hüquqlarını ifadə edən
vəzifələrini icra etməsindən meydana gəlir. Əgər biz dövlətə
vahid bir ictimai-siyasi qurum kimi baxırıqsa, onda, hesab edə
bilərik ki, xarici siyasət bu bütövün, vahidin digər vahidlərlə,
bütöv olanlarla münasibətlərini və əlaqələrini tənzim etmək
üçündür. Xarici və daxili siyasət dövlətin fəaliyyətini iki
mühüm istiqamətdə tənzim edən və bir-birindən asılı
vəziyyətdə saxlayan iki sferada cəmləşmişdir. Bu iki sferada
resurslar hərəkətə gətirilir və qarşılıqlı transfer şəraitində enerji
mübadilələri baş verir. Beynəlxalq münasibətlər müəyyən
hüquqlara, vəzifə və öhdəliklərə, eləcə də səlahiyyətlərə
malik olan qurumların (dövlətlərin və təşkilatların) qarşı-
lıqlı əlaqələr sferasıdır. Xarici siyasət bütövlər arasında həm
zahiri, həm də daxili əlaqələri yaratmaq üçün həyata keçirilir.
Yəni, dövlətlərin daxili strukturları arasında olan əlaqələrin
zahiri forması (sərhədlərdən keçməsini əks etdirən zahiri
forma) onların xarici siyasətlərini meydana gətirir. Xarici
siyasət
vahidlərin
daxillərinin
(burada
dövlətlərin
daxillərindən söhbət gedir) komponentləri arasında olan
xarici əlaqələri tənzim edən aktlar toplusudur. Xarici
siyasət sayəsində dövlətlərin beynəlxalq münasibətlərdə və
dünya siyasətində iştirakları reallaşır və bunun da sayəsində
dövlətlərin güclərinə görə təsnif olunmaları ortaya çıxır. Hər
bir dövlət öz gücünü ilk növbədə öz nüvəsində (daxili güc
mərkəzində
59
resursları) xaricə çıxır və digər dövlətin daxili üçün müəyyən
resurslar komponentinə çevrilir. Xaricə gedən resursların daxili
komponentə çevrilməsi elə nüvənin potensialının artmasına
gətirib çıxarır. Xaricə (beynəlxalq aləmə) yayılan resurslar
ölkələr üçün mənbələr təminedici vasitələr kimi əhəmiyyət
kəsb edirlər.
Xarici siyasət ümumi anlayışdır və tərkibində çoxlu sayda
hərəkət sahələrini və istiqamətlərini birləşdirir. Dövlətin xarici
siyasəti həm universal əhəmiyyət kəsb edir, universal formaya
malik olur, həm də konkret sahələr üzrə müəyyən edilir. Bu
konkret sahələr də özündə strategiya və taktikanı əks etdirir.
Xarici siyasətin uversal strategiyası da yaranır və onun
formalaşmasının nəzəri əsasları xarici siyasətin doktrinalarında
və konsepsiyalarında, müqavilələrdə öz əksini tapır. Dövlətin
xarici siyasətinin əsas məqsədlərindən biri də dövlətin
beynəlxalq münasibətlər sisteminin üzvünə çevirməkdən və
bəşəri dəyərlərdən istifadə etməkdən ibarətdir. Xarici siyasət
dünya resurslarının təqribi bərabərlik əsasında bölünməsinə
xidmət edir. Dövlətin xarici siyasəti həm nəzəri əsaslarla
müəyyən olunur (nəzəri əsaslar, əvvəldə qeyd olunduğu kimi,
müqavilə və sazişlərdə, doktrina və konsepsiyalarda, xartiya
və konvensiyalarda, proqramlarda, strategiyalarda və digər
sənədlərdə əksini tapır), həm də müəyyən taktiki və strateji
addımlarla müəyyən edilir.
Xarici siyasət sayəsində dövlət beynəlxalq aləmdə tanınır
və digər dövlətlərlə əlaqələr qurur. Tanınma sayəsində və
qurulan əlaqələr fonunda dövlət beynəlxalq sferada öz
mövqeyini gücləndirməyə çalışır və artıq təsiredici tərəf kimi
əhəmiyyət kəsb edir. Beynəlxalq aləmdə tanınma dövlətə xarici
siyasət sahəsində geniş fəaliyyət üçün hüquqlar və səla-
hiyyətlər verir. Bu baxımdan xarici siyasəti olmayan dövlətin
nüvəsindən (hasil edən enerji mərkəzindən) belə söhbət gedə
bilməz. Dövlət bu gün dünya siyasətinin əsas komponentidir,
onun tərkibidir. Dünya siyasətinin strukturunda, mexanizm
60
subyektində dövlətlər dayanırlar və dövlətlərin fəaliyyəti
onların sistem və mexanizmlərini təşkil edir. Dünya bütöv
olduğundan dövlət də mütləq şəkildə həmin bütövün tərkibinə
aiddir. Xarici siyasət – dövlətin əhalisini, xalqını beynəlxalq
aləmdə tanıdan və dövlət tərəfindən reallaşdırılan
hərəkətlər toplusudur. Xarici siyasət sayəsində dövlətlər
beynəlxalq münasibətlər sferasında özlərinə mövqe əldə
edirlər, statuslar qazanırlar. Xarici siyasət və bu siyasətin gücü
dövlətə beynəlxalq arenada təsir imkanları qazandırır və dövlət
yeni-yeni resursların əmələ gəlməsi üçün mənbələr rolunda
çıxış edir. Xarici siyasət dövləti “daxildən təmizləyən” aktlar
toplusudur. Bu baxımdan xarici siyasəti ilə beynəlxalq
münasibətlər sferasına daxil olarkən dövlət özünü daxildən
islah etməyə məcbur olur. Belə ki, dövlətə digər dövlətin,
beynəlxalq ictimaiyyətin nəzarəti meydana gəlir. Xarici siyasət
dövlətlərin daxili siyasətlərinə çox böyük təsir göstərir. Belə ki,
dövlət beynəlxalq qaydalara əməl etməyi özünə lazım bilir.
Beynəlxalq qaydalara əməl etməklə beynəlxalq ictimaiyyətin
aktiv üzvünə çevrilir. Xarici siyasət sayəsində dövlətin etik
davranışları formalaşır. Bu qaydalar da dövləti öz daxili
hərəkətlərini tənzim etməyə vadar edir. Dövlətin xarici siyasəti
onun üzərində bir nəzarətedici tərəfi (təbəqəni) yaradır və bu
tərəf dövlətə əxlaq qaydaları üçün kənardan nəzarətedici
funksiya yerinə yetirir. Dövlətin beynəlxalq öhdəlikləri onun
daxili siyasətini müəyyən anlarda məhdudlaşdırır. Məsələn,
işgəncələrin və zorakılıqların qadağan olunması ilə bağlı
dövlətlərin üzərlərinə götürdükləri öhdəliklər onları daxili
qanunvericilik sahəsində məhdudlaşdırıcı addımlar atmağa
məcbur edir. Eləcə də kütləvi qırğın silahlarını və onun
hissələrini istehsal etməyə olan qadağanedici amillər dövləti
daxildən islah olunmağa vadar edir. Ölüm hökmünün ləğv
olunması ilə bağlı olan öhdəliklər də dövləti daxili siyasət
fəaliyyətində məhdudlaşdırır. Uşaq hüquqları ilə bağlı
beynəlxalq normalar və onların qəbul olunması da dövləti
61
daxildə ehtiyatla hərəkət etməyə vadar edir. Dövlət öz xarici
siyasəti sayəsində, beynəlxalq münasibətlərə qoşulması ilə bir
növ “tərbiyə” olunur. Beynəlxalq münasibətlər sferası bir
tərəfdən dövləti zənginləşdirir, digər tərəfdən də onu “himayə
edir”. Dövlət çoxtərəfli aspketlərdə ətraf güclərlə əhatələnmiş
olur. Beynəlxalq münasibətlərə qoşulma dövlətin daxili
siyasətinə nəzarət tərəflərinin meydana gəlməsinin əsaslarını
yaradır. Dövlət beynəlxalq ictimaiyyətin münasibətlərinə görə
özünü daxildən tənzimləmək, islah etmək məcburiyyətində
qalır. O dövlətlər daha da güclənə bilirlər ki, onların daxili
siyasətləri ilə xarici siyasətləri arasında tarazlıq meydana
gəlmiş olur. Hər iki istiqamətdə eyni məzmunlar ortaya
çıxmış olur. Dövlət daxildən gücləndikcə öz resurslarının hərəkət
məkanlarını böyütmək və genişləndirmək məcburiyyətində qalır.
Beynəlxalq sabitlik və ümumdünya sülhü də dövlətlərin daxili
siyasətləri arasında həm uzlaşmanı və uyğunlaşmanı, həm də
əlaqəni təmin edən xarici siyasətin tərəflər arasında tarazlaş-
dırılmasından asılıdır. Dövlətlər resurslarını tarazlı qaydada
istifadə edərlərsə-burada “hər bir dövlətin imkanlarına
müvafiq” prinsiplərlə istifadə nəzərdə tutulur - o zaman öz
aralarında sabit hərəkət axınlarını-sabit siyasət cərəyanlarını
yaratmış olarlar. Resursların tarazlı inkişafı isə dövlətlər
arasında davamlı sülhə gətirib çıxara bilər.
Əslində, əvvəlcə də qeyd olunduğu kimi, xarici siyasət
vahiddən (bütöv olan dövlətdən) kənara çıxan daxili siyasətin
davamıdır. Xarici siyasət bir tərəfdən dövlətlər arasında sıx
yaxınlığı yaradırsa, digər tərəfdən də onları bir-birindən
“uzaqda” saxlayır və ehtiyatlı davranma məsələləri ortaya çıxır.
Xarici siyasət bir formadır və xarici məkanı əhatə etdiyi
üçün həm də özünəməxsus olan bir məzmundur. Dövlətin
xarici siyasəti onun daxili resurslarının tənzimlənmiş formada,
qaydalarla sərhədlərindən kənara çıxmasıdır. Bu çıxma
sayəsində vasitələr digər məkanlarda başqa vasitələrlə birləşir
və qovuşma meydana gəlir. Beynəlxalq münasibətlər ayrı-ayrı
62
dövlətlərin qarşılaşaraq qovuşan (üst-üstə düşən) xarici siyasət
fəaliyyətlərindən formalaşır. Bu qarşılaşmadan həm qovuş-
malar yaranır, qovuşmalar sayəsində siyasət cərəyanları uzanır,
məkanları birləşdirir, həm də toqquşmalar üzə çıxır. Bu anda
kəsişmələr meydana gəlir və münaqişə, mübahisə, hətta
müharibə ilə nəticələnə biləcək gərginliklər ortaya çıxır.
Dövlətlərarası yaranan bütün gərginliklər onların maraqları
arasında olan fərqliliklərdən meydana gəlir. Fərqli güc fərqli
hərəkətləri yaradır, fərqli hərəkətlər də qarşılaşdıqda bir çox
hallarda qovuşmalar yaranır (maraqlar qruplaşır, ittifaqlar
meydana gəlir), əksər hallarda isə üst-üst düşmələr (burada
paralelliklər) baş vermir və gərginliklər və böhranlar ortaya
çıxır. Beynəlxalq gərginliklər-böhranlar əksər hallarda bir və
ya bir neçə regionu əhatə edir. Bu da hər şeydən öncə
əlaqələrin sistemli xarakterindən irəli gəlir və sistemin özünə
olan daxili və kənar bağlılıqdan ortaya çıxır. Beynəlxalq sistem
bu baxımdan öz kövrəkliyi ilə xarakterizə olunur. Dünya
dövlətləri bu kövrəkliyin qarşısını almaq və davamlılığı
yaratmaq üçün qarşılıqlı dialoqlar yolu ilə güzəştlərə getmək
variantlarına əl atırlar ki, beynəlxalq aləmdə sülhü və sabitliyi
qorusunlar.
Dövlətin xarici siyasətini həyata keçirməyə vadar edən
ümumi amilləri, istiqamətləri və kriteriyaları aşağıdakı
şə
kildə qeyd etmək olar:
İlk növbədə nəzərə almaq lazımdır ki, dövlətin xarici
siyasətini zəruri edən baza amillərin iki mühüm əsası vardır:
birincisi, özünün mövcudluğunu təmin etmək, qorumaq və
inkişaf edərək güclənmək; ikincisi, beynəlxalq münasibətlərin,
dünya siyasəti sisteminin üzvünə çevrilmək. Dövlət hər iki
baza istiqaməti üzrə parçalanmış, bölünmüş (burada hissələrə
ayrılmış) siyasəti icra edir. Burada vəzifələr kimi hərəkətlər və
hərəkət istiqamətləri əsas götürülür. Vəzifələr hüquqları
63
meydana gətirir. Məqsədlər isə qarşıya qoyulur, təmin
olunmanın müəyyən hədəfləri, səviyyəsi məqsədlərə çatmağı
əsas götürür. Vəzifələrə dövlətin xarici siyasətinin bütün
istiqamətlərini təşkil etmək öhdəliyi və məsuliyyəti aid olur.
Xarici siyasətin həyata keçirilməsini zəruri edən amillər:
Maddi tələbat amili. Məlumdur ki, müasir zamanda
insanların tələbatını ödəyən dünyanın maddi və təbii sərvətləri
bütün məkanlar üzrə bərabər paylanılmamışdır. Dövlətlər
həmin tələbatları tarazlı qaydada ödəmək məqsədilə bir-biriləri
ilə iqtisadi-ticarət əlaqələri qurmaq məcburiyyətindədirlər. Bu
addımın atılması resurslardan nisbi bərabərlik əsasında təmin
olunmağa əsaslanır. Bütün dünya siyasətinin mərkəzində insan
amili dayandığından insanların tələbatlarının tarazlıq qaydada
təmin olunması dünya siyasətinin başlıca məqsədinə çevrilir.
Vətəndaşlarının xarici ölkələrə miqrasiyasının təmin
olunması-dövlətlər çalışırlar ki, öz vətəndaşlarının xarici
ölkələrə əmək, elm və təhsil, mədəniyyət miqrasiyası yüksək
səviyyədə təmin olunsun. Bu, dövlətlərarası inteqrasiya
siyasətinin tərkib hissəsidir. Bu yollarla dövlətlər öz
vətəndaşları üçün lazım olan resursları həm də digər ölkələr
hesabına təmin edirlər. Miqrasiya eyni zamanda insanların
dünya vətəndaşlığı ideyalarının formalaşmasını zəruri edir.
İnsanların dünya üzrə vahid maraqlarını formalaşdırır.
Miqrasiya və xarici ölkələrdə məskunlaşma və xarici ölkələrin
iqtisadiyyat-təsərrüfat sahələrində çalışmaq dövlətlərarası
münasibətlərin də bütövləməsinə və vəhdət təşkil etməsinə
xidmət edir. Bu istiqamət həm də vətəndaşların maddi tələbat-
larının təmin olunması istiqamətinin tərkibidir. İnsanların
dünya turuna çıxmaq, dünyanın gəzmək hüqüqlarının təmin
olunması da xarici siyasəti şərtləndirən başlıca istiqamətlərdən
biridir. İndiki zamanda insanların iştirak etmək istədikləri
(bütün vətəndaşlar üçün açıq olmayan, yalnız bəzi kateqo-
riyadan olan şəxslər üçün giriş və iştirak imkanlarının mümkün
olduğu sahələr istisna olmaqla) bütün sahələr üzrə hüquqları
64
vardır və insanların bu hüquqlardan istifadələri üçün dövlətlər
şərait yaratmaqda borcludurlar.
Vətəndaşların təhlükəsizliyinin qorunması, müharibə-
lərin qarşısının alınması-dövlət başqa bir dövlət tərəfindən öz
vətəndaşlarının təhlükəsizliyini qorumaq və təmin etmək
məqsədilə (məsələn, müharibələrin qarşısının alınması) xarici
siyasət həyata keçirir. İstər öz qonşuları olan dövlətlər, istərsə
də kənar dövlətlərlə səmimi və dostluq xarakterinə malik
münasibətlər yaratmaq məcburiyyətində olur. Bu yolla
xaricdən gələn təhlükələrin qarşısını almağa çalışır. Dövlətin
tərbiyəli davranışı (burada ədalətin ifadə olunduğu beynəlxalq
hüquq normalarına uyğun davranmaq əsas götürülür) onu
xarici təhlükələrdən qoruyur. Xaricdən gələn təhlükələrin
qarşısını almaq üçün müvafiq strukturlar arasında koordinasiya
olunmuş siyasəti həyata keçirmək məqsədilə əlaqələr yaradılır,
müəyyən qaydaları özündə əks etdirən normalar qəbul edilir.
Təhlükəsizliyin təmin olunması sahəsində siyasətin həyata
keçirilməsi vacib amilə çevrilir.
Ə
razi bütövlüyünün qorunması – məlumdur ki, dövlət
müəyyən sərhədlər çərçivəsində əraziyə malik olur. Həmin
ərazilərin qorunması, başqa dövlətlərin işğalına imkan
verməmək və ərazidə yaşayan vətəndaşların yaşayış yerlərini
itirərək məcburi köçkünə çevrilməməsi məqsədilə xarici siyasət
aparır. Bu istiqamətdə ümumi beynəlxalq konvensiyalara
qoşulur və ikitərəfli və çoxtərəfli formatda əlaqələri təşkil edir.
Qaçqın və məcburi köçkün problemləri, eləcə də ərazilərin
işğal altındaq qalması təbii ki, ziyan çəkmiş dövlət üçün çox
gərgin daxili rejimi yaradır. Tarazlı məskunlaşma pozulur və
sənayenin tarazlı əsaslarla təşkili dağılır, cəmiyyətin tarazlı
quruluşu (burada məkanlar üzrə yaşayış məskənlərinin
paylanması nəzərdə tutulmalıdır) öz formasını itirir. Ölkə
daxilində demoqrafik proseslərin tarazlanması proseslərində
problemlər yaşanır və ölkənin daxili yeklənir. İşğal altında
65
qalmış sənaye sahələri və ərazilər ölkədə resurs çatışmazlığını
yaradır.
Vətəndaşlarının digər dövlətlərdə mövcud olan terrorist
qruplardan qorunması - Bu, ümumi müdafiənin tərkib
strategiyası və taktikasıdır. Başqa dövlətlərdə mövcud olan
terrorçu qruplaşmanın fəliyyətinin geniş yayılaraq digər
dövlətə keçməsinin qarşısının alınması məqsədilə xarici siyasət
həyata keçirilir. Bu da təhlükəsizlik amili ilə bağlıdır.
Silah qaçaqmalçılığı, narkotik vasitələrin və digər
qadağan olunmuş maddələrin (əşyaların) mübadiləsi, adam
oğurluğu və başqa ölkələrə satılması, cinayətkar dəstələrin
bir dövlətdən başqa dövlətin ərazisinə keçməsi, iqtisadi
sahələri əhatə edən cinayətkarlığın qarşısının alınması
(qeyri-qanuni pulların xarici banklarda yatırılması və
dövriyyəsi) və bu kimi digər mənfi amillərin qarşısını almaq
məqsədilə xarici siyasət həyata keçirilir.
Qlobal müharibələrə gətirib çıxaracaq və yer kürəsində
həyatın məhvinə regional və qlobal miqyasda səbəb ola
biləcək kütləvi qırğın silahlarıının geniş yayılmasının
qarşısını almaq məqsədilə, eləcə də qlobal radiasiya problem-
ləri ilə rastlaşmamaq üçün xarici siyasət həyata keçirilir. Bu
məqsədlə də beynəlxalq hüquq normaları qəbul edilir və
icrasına əməl olunur.
Ekoloji problemlərin həllinə birgə yanaşma, qlobal ərzaq
təhlükəsizliyinin təmin olunması, ərzaq çatışmazlığının
aradan qaldırılması, epidemik və digər kütləvi xəstəliklərlə
kollektiv olaraq mübarizə aparılması məqsədilə (çünki bu
problemləri həll etmək bir dövlətin tək işi deyil) xarici siyasət
həyata keçirilir. Onu da nəzərə almaq lazımdır ki, ərzaq, geyim
və dərman preparatlarının və digər ilkin zəruri maddələrin və
əşyaların kəskin çatışmazlığı baş verərsə, dünya sosiolo-
giyasında kəskin problemlər yaşana bilər və dünyada sabitliyin
təmin olunmasında çox ciddi məsələlər üzə çıxar. Həm də onu
da qeyd etmək yerinə düşər ki, bir dövlətin ekoloji probleminin
66
həlli (hidrosferin və atmosferin çirkləndirilməsinin qarşısının
alınması) tək onun gücündə deyil. Bu problem böyük bir
regiona təsir etdiyindən digər məkanlarda (dövlətlərdə) də
insanların həyatı üçün təhlükə xarakteri kəsb edir. Eləcə də
qlobal ərzaq çatışmazlığını və epidemik xəstəlikləri də bu kimi
qlobal problemin içərisində axtarmaq lazımdır. Bu baxımdan
da bu kimi problemlərin həllində dövlətlər birliyinin gücü və
vahid mövqeyi zəruri amilə çevrilir. Xarici siyasətlərin
birləşdirilməsi zərurəti ortaya çıxır.
Bəşəriyyətin ümumi inkişafı naminə elmi-texniki nailiy-
yətlərin birgə mənimsənilməsi və iqtisadi və sosial sahələrdə
tətbiqi məqsədilə də xarici siyasət həyata keçirilir. Elmi
nailiyyətlər və yeni biliklər bütün dünya xalqları arasında
paylaşılır. Bu addım dünyanın vahid şəkildə inteqrasiya
olunmuş formada inkişafını ortaya çıxarır.
Savadsızlığın aradan qaldırılması, elm və təhsilin
inkişafı, bu sahədəki yeniliklərin mübadiləsi məqsədilə xarici
siyasət həyata keçirilir. Dünyanın savadsızlıq problemi (xüsu-
silə qadınların) dünyanın vahidləşməsinə və rasionallaşmasına
imkan vermir. Bu baxımdan da dünya dövlətləri çalışırlar ki,
savadsızlığın aradan qaldırılmasını tarazlı şəkildə təmin
etsinlər.
Dünya mədəniyyətinin və tarixinin öyrənilməsi və təbliği
məqsədilə xarici siyasət həyata keçirilir. Dünya tarixinin və
mədəniyyətinin birgə şəkildə öyrənilməsi və biliklərin ümumi-
ləşdirilməsi ümumi metodologiyanı üzərə çıxarır ki, bu da
nəticədə dünyanın elmi cəhətdən bütövləşməsinə və vahid
mövqelərdən çıxış etməsinə gətirib çıxarır.
İ
nsan hüquqlarının qorunması və demokratiyanın
inkişafı naminə dövlətlər arasında münasibətlər qurulur, əlaqə-
lər yaradılır. İnsan hüquqları bütün dövlətləri düşündürür.
Dövlət məhz insan hüquqlarının təmini və qorunması
məqsədilə təşkil olunur. Bütün dünyada insan hüquqlarının
nisbi bərbarlik əsasında təmin olunması əsas şərtə çevrilir.
67
Bunun üçün insan hüquqlarının mahiyyəti öyrənilir, tədris
olunur, cəmiyyyətlər maarifləndirilir. Hər bir kəsin öz
hüququnu bilməsi amili əhəmiyyət kəsb edir. Dövlətlər
beynəlxalq tədbirlərdə insan hüquqları məsələsini müzakirə
edirlər və öz siyasətlərinin mərkəzində də insan hüquqlarını
görürlər. İnsanlıq bəşəri siyasətin qayəsini təşkil edir.
Bəşəri problemlərin həllinə birgə yanaşmaq, gücləri
birləşdirmək naminə xarici siyasət reallaşdırılır.
Dünya xalqlarını bir-birinə yaxınlaşdırmaq və bəşəri
dəyərlərə birgə sahib olmaq və bəşəri dəyərləri birgə şəkildə
qorumaq istəklərindən və zərurətdən də dövlətlər arasında
xarici siyasət həyata keçirilir.
Xarici siyasətin həyata keçirilməsində zəruri addımlardan
biri də qanunvericilik və islahatlar sahəsində, strukturlaşmada
dünya təcrübəsinin öyrənilməsini və təcrübə mübadilələrinin
həyata keçirilməsini təmin etməkdən ibarətdir. Bu siyasət, yəni
təcrübə mübadiələlərini birləşdirmək də dünya siyasətinin
vahid məzmununu formalaşdırmaq məqsədini güdür. Xarici
siyasətin məqsədi beynəlxalq sistemin tərkibi kimi digər sistem
strukturlarından inkişaf baxımından çox geri qalmamaqdan
ibarətdir. Bu baxımdan da vahid dünya insanı ideologiyası
baza olaraq xarici siyasətin qayəsinə çevrilir. Xarici siyasət-
insan hüquqlarının təmin olunması baxımından iki mühüm
istiqamətdə həyata keçirilir: birincisi, beynəlxalq hüquq
normalarının öyrənilməsi, beynəlxalq sənədlərin daxili
sənədlərlə uyğunlaşdırılması; ikincisi isə beynəlxalq təcrü-
bənin öyrənilməsi və onun daxili hüquqla əlaqələndirilməsi
və nümunəvi modellər şəkilində tətbiq olunması. Xarici
siyasəti icra edən strukturların başlıca funksiyası bu
istiqamətləri birləşdirmək və onlar arasında sıx əlaqəni
yaratmaqdan ibarətdir.
Ümumiyyətlə, xarici siyasətin zəruriliyini şərtləndirən
çoxlu sayda istiqamətlər vardır və bu istiqamətlərin çoxalması
və daima genişlənməsi prosesləri həyata keçirilir. Dünya
68
dövlətləri inkişaf etdikcə, daxili resurslar artdıqca xarici siyasət
də genişlənir. Bu genişlənmə proseslərinin şərtləndirici tərkibi
də genişlənir. Hər bir istiqamət müəyyən zərurətdən formalaşır.
Bu baxımdan da baza münasibətlərə və əlaqələrə xidmət edən
Dostları ilə paylaş: |