vahid və birləşdirici bir qurum kimi forma və məzmunu
ortaya çıxır. Dövlətin sistem əhəmiyyəti kəsb edən siyasəti
onun məqsədləri uğunda qurulur. Dövlətin xarici siyasət
məqsədləri onun bütün fəaliyyətində öz əksini tapır. Bu
baxımdan da xarici siyasət sahələri üzrə məqsədlər də
şaxələnir. Dövlətin müharibə törətmək məqsədi (bu,
kasıbçılıqdan da irəli gələ bilər), sülh yaratmaq məqsədi,
münaqişələr yaratmaq məqsədi və niyyəti, geosiyasi
maraqlarını (dövlət böyük olanda daxili geosiyasətini və
xarici geosiyasətini) formalaşdırmaq məqsədi, miqrasiya
məqsədi, mədəniyyətini inkişaf etdirmək məqsədi, xalqının
mənsub olduğu dilini yaymaq məqsədi, iqtisadiyyatını
genişləndirmək məqsədi, hərbi siyasətini böyütmək kimi
məqsəd istiqamətləri meydana gəlir. Dövlətlər xarici siyasət
sahəsində baza məqsədlərinə nail olmaq üçün təşkilati
funksiyaları həyata keçirirlər: danışıqları təşkil etmək,
diplomatiyadan istifadə etmək, dialoqları təşkil etmək,
konfranslar, sammitlər, konqresslər, forumlar və digər iclaslar
və yığıncaqlar təşkil etmək, rəsmi səfərləri təşkil etmək,
sənədlərə qoşulmaq, təşkilatlarda iştirak etmək, təşkilatlar
yaratmaq və s. bu kimi təşkilati istiqamətlər təşkilati
məqsədləri və funksiyaları ortaya çıxarır. (Qeyd: bir məqsədin
yerinə yetirilməsi də digər məqsədlərin tətbiqi zərurətini
ortaya çıxarır. Məqsədlər başqa məqsədlərdən –ardıcıl
məqsədlərdən meydana gəlir). Bu təşkilati məqsədlər də öz
növbəsində ümumi məqsədlərin icra olunması üçün şəraitin
meydana gəlməsinə xidmət edir. Bu da ondan irəli gəlir ki, hər
bir məqsəd hərəkəti üzərə çıxarır və hərəkətdən meydana gəlir.
Məqsədlərə çatmaq istiqamətində bir çox strateji və taktiki
məsələlər müəyyən edilir. Taktiki və strateji məsələlər baza
etibarilə şəraitlə və zamanla bağlı olur və adətən gələcəyə
79
doğru yönəlir. Dövlətin strateji sahələri də təsnif olunur və
dövlət öz strategiyasında məqsədlərinin kəmiyyətini müəyyən
edir. Kəmiyyətlərin müəyyən edilməsi dövlətin gücünə və onun
iştirak imkanlarına bağlı olur. Strateji sahələri içərisində
iqtisadiyyat birinci yerdə dayanır. Bunun ardınca güclü hərbi
birləşmələri və digər silahlı qüvvələri yaratmaq da dövlətin
strategiyasına və taktikasına aid olur. Dövlət daima
mövcudluğunu təmin etmək, inkişaf etmək və müdafiə
olunmaq strategiyalarını müəyyən edir. Bu strategiyaları baza
strategiyalar kimi də təsnif etmək məqsədəuyğundur.
Beynəlxalq münasibətlər regionda və regiondan kənarda
sahələr üzrə müəyyən edilir. Dövlətlər həm ümum əsaslarla
(vahid dövlət məzmunu fəaliyyəti tərkibində), həm də xüsusi
qaydada beynəlxalq münasibətlərə qoşulurlar. Məsələn,
dövlətlər bəzən onları qane etməyən sənədlərə qoşulmaqdan
imtina edirlər. Bu, dövlətin xüsusi qaydada beynəlxalq
münasibət fəaliyyətinin əsasıdır. Eləcə də başqa iki dövlət
arasında olan strateji müttəfiqlik sənədinə üçüncü dövlət
qoşulmaya bilir. Bu da xüsusi qaydadır. Beynəlxalq
münasibətlərə qoşulmaq məqsədi xarici siyasətin məqsədləri ilə
eynilik təşkil edir. Xarici siyasət fəaliyyəti münasibətləri,
münasibətlər isə fəaliyyətin nəticələrini təzahür etdirir. Xalqı
və siyasi qurum kimi hakimiyyəti tanıtmaq dövlətin həm xarici
siyasətinin, həm də beynəlxalq münasibətlərinin başlıca
məqsədlərinə çevrilir. Dövlətin xarici siyasətində məqsəd və
maraqlar üzvi vəhdət təşkil edir və hər iki məzmun böyüməyə
və hərəkət sahələrini və obyektlərini artırmağa xidmət edir.
80
Xarici siyasətdə maraq anlayışı.
Maraqların təmin olunmasında (siyasi təsiretmədə)
məsafə və məkan amıli
Maraq fərdlərin özündən büruzə verməklə (ifadə
olunmaqla) onların mövcudluğuna və inkişafına xidmət edir.
Dövlətin və cəmiyyətin bütün üzvləri fərdi və universal
qaydada maraq nümayiş etdirirlər. Universal maraqlarda enerji
artıq olur ki (enerji bolluğu yaranır), fərdlər də bu mənbədən öz
maraqları üçün yararlanırlar. Universal maraqlar fərdi maraqlar
üçündür. Yəni, bolluq və zənginlik fərdin maraqlarının
ödənilməsinə xidmət edir. Maraqlarsız siyasət (fəaliyyət) təşkil
edilə bilməz. Siyasətin stimullaşdırılmasında istqamətverici
amil kimi maraq dayanır. Maraq öz arxasınca məqsədləri və
hərəkətləri müəyyən edir. Xarici siyasət dövlətin sakinlərinin
maraqlarından meydana gəlir. Ehtiyac və tələbatdan irəli gələn
maraq dövlətin məqsədlərini müəyyən edir. Dövlət maraqları
dövləti öz xarici siyasətinin məqsəd istiqamətlərini müəyyən
etməyə vadar edir. Dövlət maraqlarının daxildə olan şaxəli
prinsipi onun xarici siyasətində də öz təsirlərini göstərir.
Dövlət çalışır ki, daxili strukturları xarici siyasət strukturları ilə
birləşsin və vəhdət təşkil etsin, birləşik siyasət həyata keçirsin.
Dövlət daxildə və xarici sferada öz maraqlarını şaxələndirilmiş
əsaslarla müəyyən edir.
Dövlətin marağı və onun təmin edilməsinin bu və ya digər
səviyyədə forması bir tərəfdən inkişafdır, digər tərəfdən də
mövcudluğunu qorumaqdır. Dövlət maraqları dövlət sərhəd-
lərinin qorunmasına yönəlir və eləcə də digər məkanlarda
maraqların böyüməsinə əsaslanır. Dövlət maraqları daima
şaxələnmə xüsusiyyətlərinə malik olur. Dövlət maraqları həm
də məhdudlaşdırıcı məzmunu özündə əks etdirir. Digər
dövlətlərin maraqlarının da mövcudluğu müvafiq dövlət üçün
maraq məkanı sərhədlərini və sferasını meydana gətirmiş olur.
Dövlətlər beynəlxalq münasibətlərdə maraq sferalarına daxil
81
olurlar və maraqların qarşılıqlı mövcudluğu dövlətlərin
maraqları arasında məhdudlaşdırıcılığı da meydana gətirir.
Beynəlxalq münasibətlər və dövlətlərin beynəlxalq hüquq
normalarını yaratmaları onların ümumi formalı maraqlarının
təmin edilməsinin əsaslarını təşkil edir. Beynəlxalq norma-
lardan dövlətlər ümumi davranış qaydaları (əməl etmək
prinsipləri) formalaşdırırlar. Təbii olaraq universal beynəlxalq
hüquq normaları yaradılır, eləcə də fərdi və konkret sahələr
üzrə normalar qəbul olunur. Universal normalar özündə ədaləti
əks etdirir. Bu universal ədalət məzmunu ayrı-ayrı sahələr üzrə
hüquq normalarının yaradılmasını təşkil edir.
Maraqların təmin edilməsində məkan və məsafə amili
böyük roil oynayır. Bu məsaf həm zamanda və həm də
coğrafiyada öz əksini tapır. Böyük dövlətlər çalışıralar ki, öz
xarici siyasət maraqlarını məkan şəbəkələri əsasında müəyyən
etsinlər. Bu məqsədlə ittifaqları təşkil edirlər. Məkanlar
arasında əlaqələrin mövcudluğu və transformalı münasibətlər
maraqların məkanlar üzrə təmin olunmasının əsaslarını
yaradırlar. Məkanların şəbəkələri şəbəkəli siyasətin həyata
keçirilməsi üçün dayaq mərkəzləri rolunu oynayır. Məsələn,
ABŞ-ın Avratlantik məkanda (Qara və Aralıq dənizi
regionlarında) strateji maraqlarının təmin olunmasında NATO
ölkələri, xüsusilə, bu dəniz regionlarında İtaliya, Yunanıstan,
Türkiyə və Rumıniya həlledici mövqeyə malik olurlar.
Məkanlar
arasında
bağlılıq
dövlətlərin
xarici
siyasət
maraqlarının uzanmasına və böyüməsinə xidmət edir. Məsələn,
keçmiş SSRİ məkanı arasında olan məkan bağlılığı Rusiyanın
geniş maraqlarına xidmət edir. Eləcə də Avropa İttifaqı,
Avstraliya və Sakit Okeaniya ABŞ-ın region maraqlarının
böyüməsinə səbəb olur. Çin Cənubi-Şərqi Asiyada maraqlarını
genişləndirir. ABŞ Sakit və Atlantik okeanları regionları üzrə
maraqlarını böyüdür. Məkan dövlətlərin geosiyasətinin
böyüməsinə xidmət edir. Məkanın böyüməsi ittifaqları,
birlikləri meydana gətirir, eləcə də ittifaqlar da güc
82
mərkəzlərini yaradır. Güc məkanı genişləndirir. Məkanın
böyüməsi də öz növbəsində dünya hakimiyyəti məsələsini
ortaya çıxarır. Dünya siyasətinin təmin olunmasında, həyata
keçirilməsində məkan subyektləri və obyektləri böyük bir
dayaq, istinadgah rolunu oynayır. Böyük dövlətlər üçün orta və
kiçik gücə malik olan dövlətlər, eləcə də orta və kiçik gücə
malik olan dövlətlər üçün böyük dövlətlər maraqların təmin
olunması baxımından dayaq elementi rolunu oynayırlar. Böyük
dövlətlərə kiçik və orta gücə malik olan dövlətlər böyük enerji
mənbəyi vasitəsi kimi baxırlar və dövlətlərin qruplaşmasında
bu kimi yanaşmalar əhəmiyyət kəsb edir. Məsələn, keçmiş
SSRİ respublikalarının çoxlu sayda vətəndaşları Rusiyada
qazanclar əldə etmək üçün işləyirlər və yaşayırlar. Rusiya
keçmiş SSRİ məkanı üçün bir enerji mənbəyi kimi əhəmiyyət
daşıyır.
Məkanlarda dövlətlər öz hərbi bazalarını yerləşdirirlər.
Eləcə də iqtisadi maraqları meydana gəlir. Məsələn, Rusiya,
Çin, Braziliya, Hindistan, Cənubi Afrika birləşərək, özlərinin
maraq sferalarını böyüdürlər. (Qeyd: bu birləşmə də
Avraatlantik birləşməsinin mövcudluğundan və ərazi
baxımından genişlənməsindən ortaya çıxır. Onu da nəzərə
almaq lazımdır ki, siyasi təsiretmədə əks təsirlər meydana
gələ bilir. Bu anda müəyyən qədər güc və potensiala sahib
olan ölkələr yğışırlar və müdafiə olunmaq və güclənmək
strategiyasını qəbul edirlər). Burada bir dövlət digər böyük
dövlət hesabına öz maraq sferasını genişləndirməyə can atır.
NATO daha çox onun tərkibində olan üzvlər hesabına
böyümək strategiyasını yerinə yetirir. NATO-nun Şərqə doğru
genişlənməsi bu təşkilatı həm üfiqi istiqamətdə (yəni məkanı,
dövlətləri əhatə etmək baxımından), həm də şaquli olaraq (yəni
daxildən fəaliyyət obyektlərinin genişlənməsi baxımından)
böyüdür. Məkanın böyüməsi sistemin fəaliyyət istiqamətlərinin
sayını da çoxaldır. Eyni zamanda yeni inkişaf prosesləri və
buna müvafiq olaraq meydana gələn zərurət yeni istiqamətlərin
obyekt kimi cəlb olunmasının əsaslarını təşkil edir. ABŞ-ın
83
dünya hakimiyyətinin təmin edilməsində məkan və məkandakı
subyektlər böyük rol oynayırlar. Belə ki, ABŞ-ın okean dövləti
olması ona digər məkanlarda (məsələn, Avrasiyada) dayaq
elementlərinin olmasının vacibliyi amilini ortaya çıxarır.
Məkanlar quruda və suda ola bilir. Qurudakı məkanlar böyük
əhəmiyyət kəsb edir və özündə insan potensialını da aid
etməklə böyük potensialı cəmləşdirir. Materik siyasəti (baza
olaraq kontinental siyasət də demək olar) su siyasətindən
(dəniz siyasətindən) daha vacib əhəmiyyət kəsb edir. Sudakı
məkanları isə əsasən hərbi (suüstü və sualtı) və mülki gəmilər
təşkil edirlər. Bu baxımdan da dövlətlər dənizdə güclənmək
üçün güclü hərbi donanma yaratmaq marağında olurlar. Onu da
nəzərə almaq lazımdır ki, dəniz məkanları başlıca olaraq quru
məkanlarına nəzarət və qurudakı güc mərkəzlərinin güclərinin
dənizlər üzrə böyüməsinin qarşısını almaq məqsədilə təşkil
edilir. Başlıca hədəf quruya yönəlir. Dəniz obyektləri isə
quruya hücüm və qurunun müdafiəsi üçün nəzərdə tutulur.
Bu baxımdan dünya siyasəti (beynəlxalq münasibətlərin
geosiyasəti) qlobal məzmunda quru və dəniz arasında
hakimiyyət uğrunda (burada daha çox nüfuz dairələrinə
sahib olmaq nəzərdə tutlmalıdır) baş verən müdafiə və
hücum xarakterli siyasətdir. Onu da nəzərə almaq lazımdır ki,
məkan məsələsində məkanın böyüdən elementlər, məsələn,
eynikökənli xalqların və oxşar mədəniyyətə malik olan
xalqların dünyaları da mühüm əhəmiyyət kəsb edir. Bir çox
hallarda eynikökənli xalqların (türklər, slavyanlar) və çoxlu
sayda dövlətlərə sahib olan xalqın (millətin) (ərəblərin)
müəyyən coğrafi məkanlarda birləşmiş trayektoriyanı yaradan
geosiyasi və geomədəni qurşaqları meydana gəlir. Burada
mədəni komponent də bu qurşaqda yerləşən dövlətlər arasında
sıx əlaqələrin yaranmasının əsaslarını təşkil edir. Geosiyasət
dünya düzənini meydana gətirir. Bununla yanaşı, dövlətlərin
güclərinə görə təsnif olunmasını da şərtləndirir. Dövlətlərin
güclərinə görə təsnif olunmaları məqsəd və maraqların
güclərinə görə təsnif olunmaları amilini ortaya çıxarır.
84
Xarici siyasətin vəzifəsi
Xarici siyasəti təşkil etməyin, müəyyənləşdirmənin özü bir
vəzifədir, dövlətin qarşısına qoyduğu ümumi və konkret
məzmun kəsb edən bir vəzifədir. Xarici siyasəti təşkil etmək
dövlətin öz vəzifəsidir. Buradan isə xarici siyasətin öz vəzifəsi
meydana gəlir. Təbii ki, bu da dövlətin özünün vəzifəsi demək
olur. Xarici siyasətin vəzifəsi dövlətin bir subyekt kimi
mövcud olan hüququndan ortaya çıxır. (Qeyd: dövlət, həm
daxildə, həm də xaricdə müəyyən vəzifələri yerinə yetirmək
hüquqlarına malik olur. Dövlətə də hüquqları onun xalqlı
verir. Xalq dövlətə hüquq və səlahiyyət verməklə, öz
hüquqlarının təmin olunmasında tənzimedici tərəf kimi
dövlətə müəyyən işlərin görülməsi üçün səlahiyyət verir.
Buradan da dövlətin vəzifələri müəyyən olunaraq ortaya
çıxır). Xarici siyasət bir hərəkət mənzərəsi olduğundan və
müəyyən
məqsədlərə
çatmağı
qarşısına
hədəf
kimi
qoyduğundan, burada vəzifələr müəyyən olunur. Vəzifələr də
maraqların tərkibindən asılı olaraq müəyyən hədlərlə müəyyən
olunur. Xarici siyasətin vəzifəsini dövlətin xarici siyasəti ilə
məşğul olan qurumları (bu istiqamətdə icra orqanları olaraq-
nazirliklər, idarələr və diplomatik nümayəndəliklər) yerinə
yetirir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
haqqında Əsasnamədə Nazirliyin vəzifələri bu kimi şəkildə
müəyyən olunur:
-Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və
əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməsi;
-Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçiril-
məsinin təmin edilməsi;
-xarici siyasət sahəsində dövlət orqanlarının razılaşdırılmış
qarşılıqlı fəaliyyətinin təmin olunması barədə təkliflərin hazırlan-
ması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;
-beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik
üsul və vasitələrlə kömək göstərilməsi;
85
-Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin,
ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi,
iqtisadi və digər maraqlarının diplomatik üsul və vasitələrlə təmin
edilməsi;
-Azərbaycan Respublikasının, onun vətəndaşlarının və hüquqi
şəxslərinin xaricdə hüquq və maraqlarının müdafiə edilməsi;
-Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi;
-Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi;
-Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təşkilatlarla münasibətlərində vahid siyasi xəttinin həyata keçirilmə-
sinin təmin edilməsi məqsədi ilə digər icra hakimiyyəti orqanlarının
fəaliyyətinin əlaqələndirilməsi;
-Azərbaycan Respublikasının və onun ayrı-ayrı dövlət orqan-
larının beynəlxalq siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar
münasibətlərinin əlaqələndirilməsi və diplomatik təminatı.
1
Diplomatik xidmət orqanlarının vəzifələri qanunla bu qaydada
müəyyən olunur:
-Azərbaycan Respublikasının xarici siyasətinin konsepsiyası və
əsas istiqamətləri üzrə təkliflərin hazırlanması və Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi;
-Azərbaycan
Respublikasının
xarici
siyasətinin
həyata
kecirilməsinin təmin edilməsi;
-Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təskilatlarla münasibətlərində vahid siyasət xəttinin həyata
kecirilməsinin təmin edilməsi məqsədilə digər muvafiq icra
hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi;
-Azərbaycan Respublikasının suverenliyinin, təhlükəsizliyinin,
ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının, onun siyasi,
iqtisadi və digər sosial maraqlarının diplomatik üsul və vasitələrlə
təmin olunması;
1
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ
HAQQINDA Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin
29 yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.
86
-Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına diplomatik
üsul və vasitələrlə kömək göstərilməsi;
-Azərbaycan Respublikasının, onun vətəndaslarının və hüquqi
səxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması;
-Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq
təskilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi;
-Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi.
-Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğun olaraq digər vəzifələri də
həyata keçirə bilər.
1
Azərbaycan
Respublikasının
Konsulluğu
haqqında
Əsasnaməsinə əsasən, Konsulluğun əsas vəzifələri bunlardır:
-Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq
münasibətlərinin inkişafına, iqtisadi, elmi-texniki, mədəniyyət,
ticarət, idman, turizm və digər sahələrdə əlaqələrin genişlənməsinə
yardım göstərmək;
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının, onun
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və maraqlarını öz
səlahiyyətləri daxilində müdafiə etmək;
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik və
konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata
keçirmək;
-qəbul edən dövlətə rəsmi nümayəndə heyətlərinin səfərlərinin
hazırlanmasına və həyata keçirilməsinə öz səlahiyyətləri daxilində
kömək etmək.
2
Xarici siyasət məfhumunun özü bir istiqamətdir və
məqsədlərə çatmaq vəzifəsi üçün təşkil olunan fəaliyyət
sahəsidir. Xarici siyasətin başlıca vəzifəsi (burada dövlətin
xarici siyasət fəaliyyətinin başlıca vəzifəsi) onun məqsədinə
çatmaq yollarını müəyyən etməkdən ibarətdir. Xarici siyasətin
vəzifəsi də şaxələrə bölünür və onun gediş istiqamətlərini əks
1
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
http://www.rusum.az/laws/law_953106246_7974.pdf
2
Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=28
&Itemid=40
87
etdirir. Xarici siyasətin birinci vəzifəsi məqsədlərə çatmaq
üçün təşkilati funksiyanı yerinə yetirməkdən ibarətdir.
Təşkilati funksiyaya siyasətin təşkil olunması yollarını, üsul və
vasitələrin (burada mərkəzlərin (subyektlərin), alətlərin (hüquq
normalarının)) təşkilini və tətbiqini aid etmək olar. Xarici
siyasət müxtəlif üsullarla təşkil edilir, struktur vahidlikləri
yaradılır və struktur vahidlikləri də aidiyyatı funksiyanı yerinə
yetirir. Xarici siyasətin vəzifəsinə dövlətin inkişaf etməsi üçün
müəyyən yolların tapılması funksiyası da aid olur. Xarici
siyasət dövlətlərin (iki və ya da çox dövlətin) daxili siyasət
strukturları arasında əlaqələri (bir-birilərinin daxili strukturları
arasında) yaratmaq vəzifəsini yerinə yetirir. Öhdəliklər və
məsuliyyət məsələləri də xarici siyasətin vəzifəsinə aid olur.
Xarici siyasətin vəzifəsi burada iştirak edən, siyasəti müəyyən
edən və siyasəti icra edən şəxslərin vəzifəsi ilə eynilik təşkil
edir. Dövlət məhz özünün xarici siyasət vəzifəsini yerinə
yetirən hakimiyyət elementlərindən istifadə edir. Xarici
siyasətdə iştirak edən şəxslər qarşılarına məqsədlər qoyurlar və
bunun üçün vəzifələr yerinə yetirirlər. Dövlətin vəzifəsi
özünün xarici siyasətini mükəmməl şəkildə təmin etməkdən
ibarətdir. Bunun da məğzində, mahiyyətində vətəndaşlşarının
maraqlarının təmin olunması amili dayanır. Dövlət öz
vəzifəsini layiqli şəkildə icra etmək üçün öz məmurlarından və
digər vəzifəli şəxslərdən müvafiq hərəkətlərin edilməsini tələb
edir. Dövlətin xarici siyasətinin vəzifəsinin nəzəri əsasları
normativ-hüquqi aktlarda (məsələn, konstitusiyada, bu əsas
qanundan irəli gələrək, xarici siyasət fəaliyyətini əks etdirən
əsasnamələrdə öz əksini tapır. Hər bir dövlət öz xarici siyasət
vəzifəsini yerinə yetirmək səlahiyyətinə məxsus olur və bu,
beynəlxalq hüquq qaydalarında da təsbit olunur. Xarici
Dostları ilə paylaş: |