Beynəlxalq münasibətlər- dövlətin daxili siyasət sahələri
və istiqamətləri üzrə həyata keçirdiyi xarici siyasətinin (xarici
fəaliyyətinin) “məhsuludur”. Beynəlxalq münasibətlər dövlət-
lər və təşkilatlar arasında həyata keçirildiyindən daha çox
siyasi və hüquqi məna kəsb edir. Dövlətin daxili siyasətində
daxili münasibətlər tənzimlənirsə (burada dövlət hakimiyyəti
ilə vətəndaşlar arasında, dövlət hakimiyyəti ilə cəmiyyət
arasında olan münasibətlər), xarici siyasətində xalqlararası,
1
П.А.Цыганков. Политическая социология международных отноше-
ний. Международные отношения как особый род общественных
отношений. Понятие и критерии международных отношений.
http://www.society.polbu.ru/tsygankov_sociology/ch07_i.html
98
dövlətlərarası, cəmiyyətlərarası münasibətlər (buna sosial
ünsürlər arasında qurulan münasibətlər kimi də ad vermək olar)
tənzimlənir. Hətta son dövrün qloballaşma prosesləri və açıq
qapılar siyasəti ona gətirib çıxarır ki, münasibətlər sakinlər
arasında sosial və məişət sahələrində geniş yayılır. Beynəlxalq
münasibətlər iki və ya daha çox dövlət arasında, dövlətlə
beynəlxalq təşkilat arasında, beynəlxalq təşkilatların özləri
arasında, hökumətlər arasında, dövlətlərin hüquqi şəxsləri
(burada həm də qeyri-hökumət təşkilatları da daxil olmaqla)
arasında olan münasibətlərdir. Dövlətlər beynəlxalq müna-
sibətlər sahələrini şaxələndirmək siyasətini həyata keçirirlər.
Bu istiqamətdə məsələləri tənzim etmək üçün və idarəetmə
sahələrini təşkil etmək məqsədilə dövlətlər beynəlxalq
münasibətlərdə fəaliyyət göstərən dövlət (dövlət hakimiyyətinə
məxsus olan) və qeyri-hökumət təşkilatlarını təşkil edirlər. Bu
təşkilatların fəaliyyətlər sayəsində dövlətlərin beynəlxalq
münasibətləri ixtisaslaşır, qruplaşır. Beynəlxalq münasibətlərin
ayrı-ayrı sahələri idarəetməyə cəlb olunur. Dövlətlər özlərinin
beynəlxalq münasibətlər sahələrini idarəçilik sahələrinə ayır-
maqla beynəlxalq münasibətlərin kompleksliliyini yaradırlar.
Bu baxımdan dövlətlər (əsas) və təşkilatlar (törəmə) beynəlxalq
hüququn subyektləridirlər. Dövlətlər öz aralarında olan
münasibətlərin geniş xarakter kəsb etməsini nəzərə alaraq və
həm də buna maraqlı olduqlarından irəli gələrək, öz aralarında
(hökumətləri arasında) təşkilatlar yaradırlar. Təşkilatlar dövlət-
lərin xarici siyasət sahələrində olan aktların qruplaşmasını
təmin edirlər. Beynəlxalq təşkilatlar məhz ayrı-ayrı sahələr və
regionlar üzrə dövlətlərin xarici siyasətini qruplaşdıran,
münasibətləri qruplaşdıran əsas qurumdur. Təşkilatların fəaliy-
yəti başlıca olaraq münasibətlərin (xarici siyasətin yaratdığı)
qruplaşmasını-ümumdünya, regionlar, regionlararası, sahələr
üzrə (ixtisaslaşmış) təmin edir və münasibətlərin istiqamət-
lənməsini yaradır. (Qeyd: dövlətlərin hakimiyyətləri beynəl-
xalq münasibətlərdə fəaliyyət həyata keçirərkən, dövlətləri
99
adlarından çıxış edirlər. Burada həm dövlətlərarası, həm də
hökumətlərarası münasibətlər anlayışı ortaya çıxır. Dövlət
rəhbərləri bir çox ölkələrdə həm də icra hakimiyyətinin
rəhbəri olduğundan, onun fəaliyyətində birbaşa dövlətlər-
arası və hakimiyyətlərarası münasibətlər anlayışı meydana
gəlir. Hər iki anlayış isə dövlətlərarası münasibətlər mənasını
verir, çünki dövlətdən kənar hökumət yoxdur).
Dövlətlərin xarici siyasət fəaliyyətləri nəticəsində onların
qarşılıqlı münasibətləri meydana gəlir. Münasibətlər özü ilə
birlikdə əlaqələri yaradır. Əlaqələrdən də münasibətlər ortaya
çıxır. Beləliklə, beynəlxalq münasibətlər və beynəlxalq əlaqələr
formalaşır. Beynəlxalq münasibətlər sayəsində dövlətlərin
beynəlxalq münasibətlər sistemində yaranan proseslərə birgə
reaksiyaları (birgə münasibətləri) meydana gəlir. Beynəlxalq
münasibətlər “beynəlxalq şəriklilik” prinsipini ortaya çıxarır.
Beynəlxalq münasibətlərin kompleksliliyinin əhəmiyyəti ondan
ibarətdir ki, burada dövlətlər arasında konkret sahələr üzrə
əlaqələr və münasibətlər birliyi həmin dövlətlər arasında üzvi
vəhdəti (yəni təbii olaraq və səmərəli şəkildə meydana gələn
vəhdəti) əmələ gətirir. Beynəlxalq münasibətlərin və xarici
siyasətin obyektləri arasında (münasibət obyektlərinə yanaşma
forması) oxşar xüsusiyyətlər vardır və demək olar ki,
münasibət siyasət üzərində qurulur və genişlənir. Bu baxımdan
da siyasət-hərəkət, ayrı-ayrı təbəqələr (dövlət və vətəndaş),
sosial qruplar, ictimai qurumlar, fərdlər aralarında münasibət
yaratma, münasibət genişləndirmə vasitəsidir. Xarici siyasətin
obyekti ilə beynəlxalq münasibətlərin obyektləri arasında
uyğunluğa və bütövlüyə geniş fəlsəfi nöqteyi-nəzərdən
yanaşdıqda, bəzi, çox da nəzərə çarpmayan fərqləri qeyd etmək
olar. Əgər beynəlxalq münasibətlərin əsas predmeti dövlətlər
(subyektlər) və dövlətlər aralarında olan qarşılıqlı hərəkətlər
vasitələri, hərəkət istiqamətləri və sahələridirsə, münasibət-
lərdirsə, xarici siyasətin predmeti daha çox münasibət yaratmaq
uğrunda xarici siyasət fəaliyyətinin əhatə olunduğu sahələrdir.
100
Əsas fərq ondadır ki, beynəlxalq münasibətlər “məhsuldur”,
xarici siyasətin həyata keçirilməsi isə “istehsal prosesidir”.
Münasibətlərin özləri də mücərrəd hərəkətlərdir və hərəkət-
lərin mücərrəd təzahürləridir. Beynəlxalq əlaqələr də
“məhsuldur”. Bu məhsul isə daha çox konkret əşyaya istinad
edir. Məsələn, beynəlxalq iqtisadi-ticarət əlaqələrinin qurul-
ması müəyyən ticarət məhsulları üzərində həyata keçirilir.
Hüquq normaları isə “istehsal prosesləri”ni tənzimləyir və
“məhsulu” üzərə çıxarır. Xarici siyasət və beynəlxalq
münasibətlər bir-birilə sıx bağlı olan iki tərkib hissədən
(bir bütövün iki tərkib hissəsi) ibarətdir. Həm “məhsul”,
həm də “istehsal prosesi” tələbata xidmət edir, maraqların
yerinə yetirilməsi üçündür. Qeyd edildiyi kimi, beynəlxalq
münasibətlər xarici siyasətdən yaranır, xarici fəaliyyətdən,
hərəkətlərdən meydana gəlir. Beynəlxalq münasibətlərin
məzmunu və formalaşması da öz növbəsində xarici siyasətə
təsir edir. Dövlət xarici siyasət fəaliyyətini genişləndirdikdə,
yeni istiqamətləri orataya çıxardıqda, mütləq qaydada
beynəlxalq münasibətlərin vəziyyət və şəraitinə əsaslanır.
Burada beynəlxalq münasibətlərin ümumi və xüsusi prinsipləri
dövlətlərin xarci siyasətlərinə təsir göstərir. Buradan da belə bir
məntiqi nəticə ortaya çıxır ki, beynəlxalq münasibətlər xarici
siyasətə təsir göstərən vəziyyətlərdir və onlardan meydana
gələn təzahürlərdir və gerçəkliklərdir. Xarici siyasətin
genişlənməsinə və ya da əhatə dairəsinin daralmasına, obyekt
və vasitələrinin istifadə olunmasına beynəlxalq münasibətlərin
təsiri böyükdür. Bu baxımdan dövlətlər arasında ümumi
münasibət korlananda və zəifləyəndə əlaqələr də kəsilə bilir.
Məsələn, İran ilə ABŞ arasında 1979-cu ildən korlanan
münasibətlər bu iki dövlət arasında birbaşa rəsmi əlaqələrin
kəsilməsinə gətirib çıxarıbdır. Deməli, münasibət əlaqələrin
yaradılması və əlaqələrin pozulması üçün şərtləndirici amil
rolunu oynayır. Münasibət isə istəklərə və niyyətlərə bağlıdır.
101
Qeyd olunduğu kimi, “beynəlxalq münasibətlər” anlayışı
ilə “dövlətlərin xarici siyasətləri” anlayışları arasında həm də
eyni məzmunluq vardır. Eyni məzmunluqdan, eləcə də
başlanğıc (burada siyasət və hərəkət) və nəticədən (hərəkətdən
əldə olunandan) münasibət ortaya çıxır. Belə ki, beynəlxalq
münasibətlər xarici siyasətdən formalaşmaqla daha geniş məna
kəsb edir, anlayış kimi ayrıca bir sferanı, qatı (təbəqəni) əhatə
edir. Beynəlxalq münasibətlərin predmetinin obyektinə konkret
məsələlər daxil olmaqla yanaşı, geniş məsələlər, ümumi
məsələlər də daxildir. Beynəlxalq münasibətlərin predmetinə
həm də qlobal məsələlər aid edilir. Beynəlxalq münasibətlər
anlayışına geniş prizmadan yanaşmaq olar və bu münasibətlər
regionda və regiondan kənarda xarici siyasət fəaliyyətinin
“üstünü örtür”. Beynəlxalq münasibətlər xarici siyasət üzərində
(dövlətlərin xarici siyasətləri) olan bir anlayışdır və bu
anlayışın baza predmetini məhz sistemləşmiş beynəlxalq
münasibətlər təşkil edir. Dövlətlər arasında olan münasi-
bətlərin tənzimlənməsi hüquq normaları vasitəsilə həyata
keçirildiyindən və müəyyən strukturlar bu siyasəti həyata
keçirdiklərindən, siyasətin və münasibətlərin özləri mexanizm-
lərə tabe olurlar. Buradan da dövlətlərarası münasibətlər
sistemləşmiş xarakteri kəsb edir. Beynəlxalq münasibətlərin
əsas obyekti (maraq vasitəsi olduqda) və subyektləri dövlətlər
hesab edilirlər və beynəlxalq münasibətlərdə maraq amili
mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq münasibətlərin
obyektinə həm də təsir edilən (edilmək istəyən maddi və
material vasitələr) vasitələr aid edilir. Təbii ki, obyektlər də
sistemləşdirilir və sahələr üzrə istiqamətlərə ayrılır. Obyekt-
lərin təsnifatı və əhəmiyyət dərəcəsi ortaya çıxır. Məsələn,
beynəlxalq münasibətlərin və əlaqələrin strateji sahələr üzrə
(diplomatik əlaqələr; təhlükəsizlik sahəsində olan əlaqələr,
terrorçuluqla və transmilli cinayətkarlıqla, o cümlədən silah
qaçaqmalçılığı üzrə mübarizə sahəsində olan əlaqələr; baza
iqtisadi əlaqələr, bu baxımdan, sərmayə qoyuluşu, bank
102
sektoru sahəsində olan əlaqələr, regional iqtisadi və
infrastruktur sahələri üzrə əlaqələr, regional hərbi-siyasi
sahələr üzrə əlaqələr, regional iqtisadi-gömrük sahəsində
olan
ə
laqələr,
kreditləşmə
sahəsində
olan
ə
laqələr,
transregional iqtisadi layihələr üzrə əlaqələr; miqrasiya
xidmətləri sahəsində olan əlaqələr; ticarət əlaqələri; konsul
xidmətləri sahələri üzrə əlaqələr və s.) qurulması əsas obyekt,
istiqamət və predmet olmalıdır. Qeyri-strateji sahələr üzrə
yaradılan əlaqələr isə əhəmiyyət dərəcəsinə görə bir qədər
aşağı əhəmiyyətli hesab oluna bilər. Xarici siyasətin baza
məqsədi baza (fundamental) əsaslı maraqları təmin etməkdən
ibarət olur. Xarici siyasətin əsas doktrinasında, konsepsiya-
sında (konsepsiya çoxtərəfli bir sənəd hesab olunmalıdır və bu
sənəd müxtəlif sahələri cəm şəkildə əhatə etməlidir) əksini
tapan və dövlətin baza tələbatına əsaslanan məsələlər baza
obyektlər hesab olunmalıdır. Dövlətlər də baza sahələr üzrə
özləri arasında xüsusi əhəmiyyətli əlaqələr qururlar və sənədlər
imzalayırlar. Baza sənədlər (məsələn, iki dövlət arasında
strateji müttəfiqlik sənədləri) digər sənədlərə istiqamətlər verir.
Əvvəlcə qeyd olunduğu kimi, xarici siyasət də maraq
(qrupların maraqları, qruplaşmış maraqlar) üzərində qurulur.
Bu qarşılıqlı bağlılıq anlayışların oxşar xüsusiyyətlərini ortaya
çıxarır. Beynəlxalq münasibətlərin bazalarında da maraq
anlayışı dayanır. Beynəlxalq münasibətlərlə xarici siyasət
anlayışlarını bu baxımdan eyniləşdirmək olar. Xarici siyasət
reallaşdıqca, dövlətlər arasında münasibətlər qurulur, əlaqələr
yaradılır. Xarici siyasət aktı ikitərəfli, çoxtərəfli münasibətləri
əmələ gətirir. Bu münasibətlər həmçinin qruplaşmalar
formasında (burada təşkilatlar və birliklər) da üzərə çıxır. Məhz
tələbata əsaslanan münasibətlər və əlaqələr qurmaq üçün xarici
siyasət həyata keçirilir. Dövlətlərin xarici siyasətlərini həyata
keçirdikləri sahələr beynəlxalq münasibətlərin sahələridir.
Beynəlxalq münasibətlərdə hər bir dövlətin eyni çəkisi mövcud
deyil və iştirak gücü əsasən dövlətin gücünə əsaslanır. Bu
103
baxımdan dövlətlərin məkanı əhatə etmək əsaslarına söykə-
nərək regionda, regiondan kənarda iştirakları, qlobal və
lokal problemlərin həllində iştirakları formaları meydana gəlir.
Güclü dövlətlər (zəif gücə malik olan dövlətlər də daxil
olmaqla) öz xarici siyasətlərində və beynəlxalq münasibətlərdə
iştiraklarında əsasən maraq bazası (maraqları ödəyən
obyektlər və subyektlər-resurslar) rolunda çıxış edirlər. Bu, o
deməkdir ki, dövlətlərin gücü onların maraqlarının çəkisini
artırır və digər maraqları (orta və zəif gücə malik olan
dövlətlərin maraqlarını) öz tərəfinə çəkir. Bu baxımdan da
beynəlxalq münasibətlərdə hər bir maraq öz yerini tutur.
Dövlətlər də maraqlarına görə öz “yerlərinə” (burada
güclərinə görə tutduqları yerləri nəzərdə tutmaq olar)
malik olurlar. Kiçik və orta maraqlar böyük maraq
mərkəzlərindən enerji alırlar, nəticədə maraq nü.36 0 Td5(t)-2(i)-2(r)3(a)4(kl)-2(a)4(r9a)4(x/R22 12 Tf)-2(a)-6( )-680(m)-2(a)4(r)3(a)4(ql)-12(a)4(r)3( )-690(bö)-10(y)20(ü3d()Tj/) 12 Tf60(ç)4(ı)-2(x)-10(ı)27xıxıx, n
əə
104
münasibətlər sferasında iştirak etməsini və bu sferanın tərkibini
formalaşdırmasını zəruri edir. Xarici siyasətdə hərəkət
başlayan kimi fəaliyyət də yaranır, beynəlxalq münasibətlər
əmələ gəlir. Beynəlxalq münasibətlər burada nəticə məhsulu
hesab olunur. Beynəlxalq münasibətlər həm də şərtləndirici
əhəmiyyət kəsb edir və hərəkətlərin ortaya çıxmasının
əsaslarını və bu baxımdan istiqamətlərini müəyyən edir.
Beynəlxalq münasibətlər bir qədər geniş anlama
malikdir və formalaşarkən əsasən dövlətlərin hərəkətlərinə
əsaslanırlar. Beynəlxalq münasibətlər anlayışı dövlətlərin
regionlarda və regionların şəbəkələşməsində fəaliyyət göstə-
rərkən onların “üstlərini örtən bir müstəvi” kimi qəbul oluna
bilər. Beynəlxalq münasibətlər sferaları məhz dövlətlərin
hərəkətlərinin
səhnələrini
yaradır.
Burada
beynəlxalq
münasibətləri məhz dünya siyasəti anlayışı ilə eyniləş-
dirmək olar. Beynəlxalq münasibətlər bütün sahələr-ümumi
və konkret sahələr, üzrə dövlətlərin hərəkət müstəvisini
formalaşdırır və burada dövlətlər hərəkət trayektoriyasına
malik olurlar. Beynəlxalq müansibətlərdə dövlətlər öz xarici
siyasət aktları ilə hərəkətə gəlirlər. Qarşılıqlı hərəkətlər zamanı
subyektlərin maraqlara uyğun olaraq qruplaşması, sistemləş-
məsi baş verir. Hər bir subyektin özünəməxsus maraq dairəsi
mövcud olur. Kiçik subyektlər öz maraqlarını böyük
subyektlərlə qarşılıqlı hərəkətlər zamanı böyüdürlər. Elə də
olur ki, hərəkətlər zamanı maraq dairələri qısalır, obyektlərin
sayı azalır.
Beynəlxalq münasibətlər özündə müxtəlif forma və
məzmuna, müxtəlif gücə və maraqlara malik olan qarşılıqlı
münasibətlər
yaradan
subyektlərin
hərəkət
sahələridir.
Beynəlxalq münasibətlərdə hər bir “siyasi planet” “öz oxu”
ətrafında bu və ya digər zamana bağlı olaraq “fırlanma”
hərəkəti edir. “Siyasi planetlər” “Siyasi Günəşlər” və digər
“siyasi planetlər”lə qarşılıqlı münasibətlər zamanı hərəkət
edirlər, hərəkət edərkən öz marqlarını genişləndirirlər, gücləri
105
artır və nəticədə öz güclərinə və “Siyasi Günəşlər”lə qarşılıqlı
münasibətlər forması və məzmununa görə “öz oxları” ətrafında
“fırlanırlar”. “Siyasi planetlər”in öz “oxları ətraflarında
fırlanmaları onların “Siyasi planetlər” və “Siyasi Günəşlər”lə
qarşılıqlı tarazlı münasibərlər zamanı “siyasi planetlər” tarazlı
hərəkətlər mexanizmlərini yaradırlar. Beynəlxalq münasibətlər
bütün dövlətləri bir-brindən qoruyan, onların hərəkətləri
arasında müəyyən sərhədlər təyin edən bir sferadır.
Qeyd edildiyi kimi, beynəlxalq münasibətlər dövlət və digər
subyektlərin hərəkətləri nəticəsində əldə olunan “siyasi
məhsuldur”. Məsələn, əmtəə-istehlak məhsulları istehsal
vasitələrinin qarşılıqlı münasibətləri nəticəsində əmələ gəlirsə,
beynəlxalq münasibətlər də xarici siyasət fəaliyyəti nəticəsində
əmələ gələn “məhsuldur”.
Xarici siyasətin sistemləşməsi və beynəlxalq münasibət-
lərin sistemləşməsi birinci və ikinci sıralanmış proseslər olaraq,
məzmun baxımından eynidir. Buna görə də biri var istehsal
proseslərinin sistemləşməsi, biri də var ki, məhsulların
sistemləşməsi. Hər iki proses bir-birilə əlaqəlidir.
Dövlətin beynəlxalq münasibətlərdə iştirakı həmin dövlətin
daxili siyasətinin gücündən, daxili siyasətində iştirak edən
vasitələrin gücündən və imkanlarından asılıdır. Bu baxımdan
qeyd etmək olar ki, ABŞ kimi qüdrətli dövlətin beynəlxalq
münasibətlərdə iştirak gücü, iştirak imkanları dünyanın ayrı-
ayrı kiçik dövlətlərinin iştirak imkanları ilə eyni deyildir. ABŞ
həm ümumi münasibətlərdə, həm də xüsusi münasibətlərdə
(ümuminin tərkibi olan konkretliklərdə) daha çox təsir
imkanlarına malikdir. Dövlətin beynəlxalq münasibətlərinin
ümumi gücü, dövlətin daxili siyasi gücü üzərində qurulan
xarici siyasətinin gücündən, xarici fəaliyyətinin hərəkətdə olan
elementlərindən və onların hərəkət həcmindən asılıdır. Bu
baxımdan da qeyd etmək olar ki, dövlətin beynəlxalq
münasibətlərinə onun daxili gücü təsir edir.
106
Xarici siyasət bir subyektin digər subyektlə münasibət
yaratmaq və əlaqə qurmaq üçün həyata keçirdiyi fəaliyyətdir.
Münasibət isə fəaliyyətin tərkibində olmaqla yanaşı, fəaliyyət-
dən əldə olunandır. Xarici siyasət dedikdə, əsasən dövlətin aktı
nəzərdə tutulur, beynəlxalq münasibət dedikdə isə, aktın
məhsulu (aktın nəticəsi, aktın meydana gətirdiyi məfhum-
varlıq nəzərdə tutulur). Hər ikisinin obyekti əsasən insanların
maraq kəsb etdiyi sahələrdir. Hər iki anlayışın subyekti
dövlətlər və təşkilatlardır. Xarici siyasət zamanı ayrı-ayrı
sahələr üzrə dövləti təmsil edən siyasət qurumları aralarında
münasibətlər formalaşır, əlaqələr qurulur.
Beynəlxalq münasibətlər (ümumi iki və ya daha çox dövlət
arasında və yaxud təşkilatlar, şəhər dövlətlər aralarında olan
münasibətlər) - bəzən buna xalqlararası münasibətlər də
deyilir- coğrafi və tərkib məzmunu, əhəmiyyəti və miqyası,
təsir dairəsi və obyekti baxımından regional və qlobal
xassələrə malikdir. Xarici siyasət anlayışına nisbətən
beynəlxalq münasibətlər anlayışına daha geniş aspektdən
yanaşmaq lazımdır. Belə ki, beynəlxalq münasibətlər dövlət-
lərin xarici siyasətlərini birləşdirdikləri üçün mütləq qaydada
iki və ya çoxlu sayda dövlətlər burada tərəf kimi iştiark edirlər.
Beynəlxalq münasibətlər xarici siyasətlərin (xarici siyasət
aktlarının) birləşmələrindən ortaya çıxan və uzanan, birləşmiş
və uzlaşmış qaydada sahələrə ayrılan bir birləşmədir.
Beynəlxalq münasibətlər xarici siyasətlərin sahələri arasında
bağlılıq yaradan, onun alt və üst qatlarını bir-birinə birləşdirən
fəaliyyət sahəsidir.
Təbii
ki,
beynəlxalq
münasibətlər
dövlətlərin
və
təşkilatların (törəmə subyektlərin) fəaliyyətinin məhsulu olaraq
üst qat mənasını verir. Münasibətlərin məzmunu subyektlərin
hərəkət istiqamətlərinə də təsir edir. Xarici siyasət fəaliyyəti
münasibətlərin məzmununu yaradırsa, münasibətlər də hərə-
kətin müəyyən olunmasına təsir edir, münasibətlər hərəkəti
müəyyənləşdirir. Məsələn, Azərbaycanla Ermənistan arasında
107
baş vermiş və hələ də həllini tapmamış münaqişə iki subyekt
arasında siyasi münasibətin məzmununu və vəziyyətinin
formalaşmasının əsaslarını təşkil edir və subyektlərin regionda
və regiondan kənardakı beynəlxalq münasibətlərdə hərəkət
fəaliyyətlərinin məzmun və istiqamətlərinə təsir edir. Eləcə də
ABŞ-la İran arasında düşmənçilik münasibətləri iki subyektin
beynəlxalq aləmdə (ikitərəfli və çoxtərəfli formatda) qarşılıqlı
hərəkətlərinin məzmununu müəyyən edir. Bir məsələni
unutmaq olmaz: -münasibətlərin mahiyyət və məzmununa
subyektlərin hərəkətinin məqsədi və tərzi, məzmunu təsir
göstərir. Düzdür, hərəkət münasibəti yaradır, münasibətin
davamlılığı, tərzinin ardıcıllığı hərəkətlərin sonrakı məzmu-
nuna təsir edir. İstər xarici siyasət, istərsə də xarici siyasətin
“məhsulu” olan beynəlxalq münasibətlər beynəlxalq hüquq
normaları adlanan normalarla və qaydalarla tənzimlənir.
Hüquq normaları xarici siyasət və beynəlxalq münasibətlər
subyektlərinin hərəkət istiqamətlərini və hərəkətlərinin hədlə-
rini müəyyən edir. Dövlət varsa və beynəlxalq münasibətlər
sferasına daxil olursa, onun hüququ yaranır. Dövlətin
beynəlxalq münasibətlərdə hüququ onun öz imkanları və
potensialı çərçivəsində, eləcə də beynəlxalq sistemin real
gerçəkliyi hədlərində hərəkət etməsinin əsaslarını yaratmış olur.
Bu hüququn yaranması və əks olunması, reallıqda ifadə
olunması hüquq normaları vasitəsilə mümkündür. Hüquq
normaları hərəkətlərin çərçivələrini, hədlərini, məzmun və
mahiyyətini müəyyən edir. Bu normalar dövlətlərin və
təşkilatların subyektlər kimi hüquqlarının müxtəlif tərəflərini
və hüquqlarının yarandığı sahələri müəyyən edir. Hüquq
normaları hərəkətlərin istiqamətlənməsi üçün vasitələr kimi
əhəmiyyət kəsb edir. Dövlətin beynəlxalq münasibətlərdə
fəaliyyəti siyasi və mülki mənalarda və formalarda mövcud
olur. Bu iki forma da demək olar ki, şərti xarakteri kəsb edir və
əslində dövlətin vahid siyasətinin tərkibinə çevrilir.
108
Beynəlxalq münasibətlərin formalaşmasının nəzəri əsas-
larını dövlətlərarası müqavilələr və hökumətlərarası sazişlər
təşkil edirlər. Qeyri-hökumət təşkilatları (məsələn, ayrı-yarı
birlikləri təmsil edən iqtisadi, maliyyə və ticari təşkilatlar)
arasında imzalanan sənədlər də beynəlxalq münasibətlərin
tərkib hissələridir. Burada da dövlətlər və hökumətlər
şəraityaradıcı funksiyanı yerinə yetirirlər. Dövlətlərarası
müqavilələr daha böyük əhəmiyyət kəsb edir, hökumətlərarası
sazişlər isə icra qurumları (nazirlər kabinetləri və hökumətə aid
olan digər qurumlar) arasında olan əlaqələri tənzim edir.
Hökumətlərarası sazişlər daha çox iqtisadi əhəmiyyət kəsb edir,
dövlətlərarası müqavilələr isə siyasi mənaya malik olur və
xalqlar arasında əlaqələrin geniş məzmununu əks etdirir.
Beynəlxalq münasibətlərin əsas predmeti isə dövlətlərarası
əlaqələrdir. Elə hökumətlərarası sazişlər də geniş mənada
dövlətlərararası sazişlərdir.
Beynəlxalq münasibətlərdə dövlətlərin hüquqlarını əks
etdirən və dövlətlərə hərəkətlər üçün səlahiyyətlər verən
beynəlxalq hüquq anlayışına elmi ədəbiyyatda belə bir
yanaşma var: “...Ümumi hüquq nəzəriyyəsindən bizə
məlumdur ki, hər bir cəmiyyətin normal fəaliyyəti üçün
hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri
bir haldır, başqa sözlə desək, cəmiyyət olan yerdə hüquq da
olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər
belə demək mümkünsə, dünya dövlətlərinin ailəsi kimi
təsəvvür etsək, onda belə bir məntiqi nəticəyə gələ bilərik ki,
bu cəmiyyətin özündə də hüquqa obyektiv ehtiyac vardır. Bu
hüquq beynəlxalq hüquq adlanır. Beynəlxalq hüquq ayrı-ayrı
dövlətlərin milli hüquq sistemlərindən fərqli olan və onlardan
asılı olmayaraq mövcud olan hüquqi normalar sistemidir. O,
məhz dövlətlər arasındakı müxtəlif xarakterli münasibətləri
hüquqi çərçivəyə salmaq üçün yaranmışdır. Beynəlxalq hüquq
normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki,
109
hər bir aspektini əhatə edir”.
1
Əslində beynəlxalq hüquq
anlayışı xalqlararası yox, dövlətlərarası hüquq kimi başa
düşülməlidir, çünki beynəlxalq hüquq normaları bilavasitə
xalqlar tərəfindən yaradılmır və xalqlar üçün deyil, mahiyyət
etibarilə dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi
üçündür.
2
Beynəlxalq hüquq beynəlxalq ümumi hüquq (public
intrenational law) və beynəlxalq xüsusi hüquqa (private
international law) ayrılır. Beynəlxalq ümumi hüquq dövlətlər,
dövlətəbənzər qurumlar və beynəlxalq təşkilat aralarında olan
münasibətləri tənzimləyir. Beynəlxalq xüsusi hüquq isə qeyri-
dövlət xarakterli beynəlxalq münasibətləri, yəni hər şeydən
əvvəl əcnəbi fiziki və hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi
və ona yaxın olan münasibətləri tənzimləyir.
3
Beynəlxalq
xüsusi hüquq beynəlxalq ümumi hüququn tərkib hissəsidir.
Beynəlxalq ümumi hüququn subyekti olan qurumlar məhz öz
aralarında mövcud olan bütün sahələr üzrə münasibətləri
tənzimləmək üçün normalar yaradırlar. Beynəlxalq münasi-
bətlərdə əsas norma yaradan tərəf dövlətdir və dövlətəbənzər
qurumdur. Təşkilatlarda da dövlətlər təmsil olunaraq normalar
yaradırlar. Təşkilatlar öz mövcudluqlarına görə və fəaliyyət-
lərinin mümkünlüyü etibarilə dövlətlərsiz (dövlətlərin müəyyən
etdikləri hüquq normaları ilə yaradılır və hüquq normaları ilə
tənzim olunur) mümkün olmayan qurumlardır. Normalar da öz-
özlüyündə dövlətlərə aid olduğundan, bu normaların icrası da
dövlətlərin iradələrinə, istək və maraqlarına bağlıdır. Dövlət də
öz iradəsini cəmiyyətinin iradəsi ilə bağlayır və onun
maraqlarının təmin olunmasına istiqamətləndirir. Dövlətlər
aralarında münasibətlər tərkib etibarilə ümumi və xüsusi
xarakterə malik olsalar da, əsasən siyasi əhəmiyyət kəsb edir.
Dövlətin siyasətinə onun iqtisadiyyat-ticarət, (ticarətin tərki-
1
Lətif Hüseynov. Beynəlxalq hüququn anlayışı və təbiəti.
http://www.diplomatiya.az/index.php?option=com_content&view=article&i
d=155:beynlxalq-hueququn-anlay-v-tbiti&catid=49:nezeriyye&itemid=95.
2
Yenə orada.
3
Yenə orada.
110
bində gömrük), sərmayə qoyuluşu, xarici ölkəyə məxsus olan
şirkətlərlə iqtisadi münasibətlər və s., mədəniyyət, hərbi,
ekologiya, səhiyyə, idman, insan hüquqları, ictimai-təhlü-
kəsizlik, vətəndaş hüquqları (mülki hüquqlar), humanitar
yardım, dəniz, sərhədlər, kosmik fəza və s. aid olduğundan,
dövlətlər aralarında bu sahələr üzrə yaradılan bütün
münasibətlər dövlətlərarası ümumi münasibətlərə aid edilir və
ümumi münasibətlərin tərkibində göstərilir. Bu baxımdan da
beynəlxalq hüquq normaları və beynəlxalq münasibətlər
sistemləri dedikdə, daha çox xüsusi hüquqi münasibətlərini də
özündə əks etdirən ümumi büynəlxalq hüquq normaları və
tənzimləmə sistemi başa düşülə bilər. Bu hüquq normaları ilə
dövlətlər bir siyasi qurum kimi özlərini bir-birilərinə tanıdırlar.
Nəzərə almaq lazımdır ki, mülki münasibətlər də dövlətin
siyasətinin tərkib hissəsidir və dövlətin iradəsindən kənar
mülki münasibətlərin (burada hüquq normalı əsasların)
tənzimlənməsi qeyri-reallığı əks etdirir. Beynəlxalq ümumi
hüquq ayrı-ayrı mülki sahələr üzrə münasibətləri tənzimləyən
beynəlxalq xüsusi hüququ özündə cəmləşdirir. Başqa sözlə
desək, beynəlxalq ümumi hüquq bütün münasibət sahələrini
özündə əks etdirən hüquq normalarının cəmidir. Dövlətlərin
qeyri-hökumət təşkilatları da öz fəaliyyətlərini dövlətlərin
müəyyən etdikləri normalar çərçivəsində təşkil edirlər.
Buradan da belə bir məntiqi nəticəyə gəlmək olur ki, dövlət-
lərin qarşılıqlı fəaliyyətindən kənar beynəlxalq münasibətlər
ola bilməz və beynəlxalq münasibətlər də xarakter etibarilə
siyasi məzmun kəsb edir. Beynəlxalq xüsusi hüquq anlayışını
da şərti qəbul etmək olar. Belə ki, beynəlxalq xüsusi hüquq
əvəzinə beynəlxalq mülki hüquq demək daha məqsədə-
uyğundur. Çünki xüsusilik həm universal, həm də sahələri
tənzimləyən
ayrı-ayrı
sahələrdə
mövcuddur.
Məsələn,
beynəlxalq hüququn on mühüm prinsipinin əks olunduğu
hüquq normaları da xüsusi əhəmiyyətə malikdir. Xüsusiliyi əks
etdirir. Eyni zamanda beynəlxalq dəniz hüququ, beynəlxalq
kosmos hüquq kimi sahələr də xüsusi hüquq sahələrinə aid
111
edilməlidir. Bu xüsusilikdən bütövlük, yəni universallıq yaranır.
Məsələn, beynəlxalq dəniz hüququ normaları bu dənizlərdən
istifadə edən dövlətlər üçün universal əhəmiyyət kəsb edir.
Nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlərin əsas
subyektləri dövlətlərdirlər. Dövlətlər də öz növbəsində xalqları
təmsil edən siyasi qurumlardırlar. Xalqlar (dövlət ərazisində
yaşayan bütün vətəndaşlar-öz dövlətləri olmayan etnik qrupları
da buraya aid etmək olar) təşkilatlanmış formada münasibət
qururlar. Onların təşkilat formaları da əsasən dövlətlər hesab
edilirlər. Dövlətlər də beynəlxalq münasibətlərin digər
subyektlərini (törəmə subyektləri) yaradırlar. Cəmiyyətlər,
xalqlar aralarında münasibətləri yaratmq və normalarla
tənzimləmək üçün bu xalqları, cəmiyyətləri, dini hakimiyyəti
(Vatikan) təmsil edən qurumlar-dövlətlər, dövlətəbənzər qu-
rumlar, xalqı təmsil edən təşkilatlar (məsələn, Fələstin Azadlıq
Təşkilatı-hal-hazırda Fələstin bir subyekt kimi BMT-nin
üzvüdür) yaradılır və fəaliyyət göstərirlər. Nəzərə almaq
lazımdır ki, müasir dövrün inkişaf tələbləri dövlətlərin bütün
sahələri aralarında münasibətlərin yaranmasını zəruri etmişdir.
Bu baxımdan da bütün sahələr üzrə münasibətlər tənzim-
lənməyə ehtiyac duyulduğundan, beynəlxalq hüquq da
normaları da bütün sahələrdə yaradılır və demək olar ki, zəruri
amilə çevrilir. Həmin prinsipdən çıxış edərək, beynəlxalq
hüquqa “beynəlxalq münasibətlər hüququ”, daha geniş
mənada “dünya hüququ”, “dövlətlərarası münasibətlər
hüququ”, “dövlətlərin beynəlxalq hüququ” kimi də adlar
vermək olar.
Dostları ilə paylaş: |