regionları, kapitalist regionları buna nümunə ola bilər. Eyni
zamanda demokratiya və totalitar rejimlər regionları anlayışları
da mövcuddur. İdeoloji elementlər və tərkib kriteriyalar
(məkanlar üzərində olan) məkanların böyüməsinə xidmət edir.
Məsələn, SSRİ-nin rəhbərlik etdiyi sosializm-kommunizm
geosiyasi regionu XX əsrdə daima genişlənmə proseslərini
yaşamışdır. Sonda isə kapital əsaslı rejimlər tərəfindən
məğlubiyyətə uğramışdır.
Coğrafi məkanlar dövlətlərin daxil olduqları beynəlxalq
münasibətlər (regional və qlobal) sferalarını ortaya çıxarır.
Məhz beynəlxalq münasibətlər məkanlar üzərində quruldu-
ğundan (məkan üzərində olan elementlər və onlardan istifadə
üsulları) münasibətlərin məkan əhatəsi anlayışı ortaya çıxır.
Bundan da regional geosiyasət formalaşır. Regional
geosiyasət - regionun siyasətini formalaşdıran dövlətlərin
fəaliyyətini birləşdirən və bu fəaliyyətin struktur və
mexanizmlərini meydana gətirən coğrafi-canlı siyasətdir.
Regional geosiyasət regionda siyasi orqandır ki, bu orqan da
mexanizm aparatı olaraq münasibətləri tənzim edir.
Məkanlarda siyasət axınları da təsnif olunur. Dövlətlər bu
baxımdan regionda və regiondan kənarda iştirak etmək
imkanları əldə edirlər. Dövlətlərin regional münasibətləri
formalaşır. Regional münasibətlər regional maraqlardan irəli
gəlir. Regional maraqlara dövlət maraqları və onun tərkibi olan
etnik və milli maraqlar, iqtisadi və siyasi maraqlar, regionçuluq
marağı daxil olur.
Dövlətin nüvəsinə yaxın olan əsas maraq regional
maraqdır. Regiondan uzaqlaşdıqca təsir imkanları da zəifləyir.
134
Periferik maraqlar dövlətin sonrakı (genişlənməkdə olan
mərhələli) maraqlarına söykənir. Regional maraqlar dövlətlərin
regionlarda həyata keçirdikləri siyasətdən meydana gəlir.
Regional maraqlar dövlətləri regionda güclərinə görə təsnif
etmək imkanlarını üzərə çıxarır. Regional maraqlar qlobal və
bu baxımdan şaxəli maraqların formalaşmasını meydana
gətirir. Qlobal məzmunlu və formalı siyasət regionların
birləşməsində böyük əhəmiyyət kəsb edir. Şəbəkələşmiş
siyasət-regional siyasətlərin cəmləşməsi baza etibarilə böyük
dövlətlərin regionlarda təsir imkanlarını ortaya çıxarır. Güclü
dövlətlərin qruplaşmasını meydana gətirir və kiçik gücə malik
olan dövlərin isə böyük dövlətlər ətrafında toplanmasının
əsaslarını yaradır.
Regional siyasət həm regionda iştirak edən dövlətlərin
fəaliyyətindən ortaya çıxır, həm də dövlətlərin gücündən və
sayından meydana gəlir. Bu baxımdan da regional siyasət
forma nöqteyi-nəzərdən təsnif olunur: böyük regionda olan
siyasət (Avropa, Şərq, Amerika regionları); orta miqyaslı
regionda olan siyasət (Xəzər-Aralıq dənizi regionları və s.)
və kiçik regionda olan siyasət (Cənubi Qafqaz, Mərkəzi
Asiya, Fars Körfəzi regionu və s.)
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə
formalaşması-qlobal xarici siyasət
Bu gün dünyada meydana gələn cərəyanların çoxluğu,
cərəyan istiqamətlərinin artması, bu baxımdan da qovuşması və
toqquşması onun həm sadəliyini, həm də mürəkkəbliyini ortaya
çıxarır. Dünyanın inkişafını şərtləndirən material və maddi
vasitələr resurslar və onlar üzərində yeni-yeni istifadə
metodlarını meydana gətirir. Dünyanın inkişaf etmiş region-
larındakı ardıcıl, davamlı və mürəkkəb məzmunda baş verən
proseslər qlobal məzmun kəsb edir. Qloballaşma həm də digər
ölkələrdə bas verir və inkişaf etmiş və inkişaf etməkdə olan
135
regionlar arasında keçid prosesləri, inteqrasiya prosesləri
qloballaşmanı
meydana
gətirir.
Qloballaşma
təsərrüfat
həyatından tutmuş siyasi həyata qədər bütün sahələri əhatə edir
və daima dinamikliyi özündə əks etdirir. Qloballaşma həm də
hərəkətləri əhatə edən sistemlərin, mexanizm və strukturların
çoxluğundan və mürəkkəbləşməsindən irəli gələrək, zəngin bir
prosesə çevrilir. Beynəlxalq münasibətlərin qloballaşmasını
dünya ölkələrinin inkişaf xüsusiyyətləri və inkişaf uğrunda
həyata keçirdikləri rəqabət siyasəti yaradır. Bu baxımdan da
qloballaşma daha çox sivil əhəmiyyət kəsb edir. Dünya
resursları və bu resurslardan yeni-yeni meydana gələn istifadə
üsulları da qloballaşmanı meydana gətirir. Daxili siyasətin
artması, xarici siyasətin genişlənməsi qloballaşmanın yeni-yeni
məzmununu ortaya çşıxarır. Dövlətlər arasında qurulan
əlaqələr və münasibətlərin ardıcıl şəkildə inkişafı qloballaşma
üçün şərtləri meydaan gətirir. Xarici siyasətin qloballaşması
dövlətlərin həm artan daxili ehtiyacları ilə əlaqəlidir, həm də
yeni texniki nailiyyətlərdən irəli gəlir, yeni texniki nailiyyətlər
yeni istifadə şərtlərini ortaya çıxarır. Qloballaşma həm də
dünya insanlarının bir-birilərinə daha çolx yaxınlaşmaq və
ünsiyyət imkanlarını genişləndirmək istəklərindən və bu
istiqamətdə atılan addımlardan ortaya çıxır. Dünyanın
qloballaşmasında dövlətlərin daxillərində baş verən hadisələr
və
dövlətlərin
xaricində-beynəlxalq
aləmdə
genişlənən
proseslər böyük rol oynayır və bu proseslər cəmi məhz
qloballaşmanı meydana gətirir. Qloballaşma forma baxımından
miqyasını artıran, məzmun baxımından isə daxilən yeni-yeni
elementlər hersabına genişlənən bir vəziyyətdir. Qlobal
siyasətin xarakterində bir tərəfdən inkişaf xüsusiyyətləri yer
alırsa, digər tərəfdən də problemlər və böhranlar bu siyasətin
baza məzmununu ortaya çıxarır. Bu baxımdan da qloballaşma
proseslərində
həm
müsbət
(inkişaf),
həm
də
mənfi
(problemlərin ortaya çıxması və həllində olan çətinliklərin
zəncirvariliyi) istiqamətlər mövcuddur. Bu iki əksliyin vəhdəti
136
və mübarizəsi isə dünyanın inkişaf bütövlüyünü əlində
saxlayır. Buradan belə bir məntiqi nəticə ortaya çıxır ki,
qloballıq inkişafdır, inkişafı daxilən şərtləndirəndir.
Qloballıq həm ərazi baxımından çox böyük məkanı əhatə
edən siyasətdir, həm də daxilən mürəkkəbliyi və bu baxımdan
da zənginliyi özündə əks etdirən siyasət cəmidir və siyasi
vəziyyətdir. Xarici siyasət özünün əhatə etdiyi məkana görə
regional və şəbəkələşmiş qaydada olaraq, regiondan kənar
(həcmi çox olduqda, böyük sahələri əhatə etdikdə qlobal)
formaya malik olur. Xarici siyasətin qlobal mahiyyətinə və
formasına da iki aspektdən yanaşmaq olar: birincisi,
məkanları, daha çox dövlətləri əhatə etməsi; ikincisi, çoxlu
sayda obyektləri və predmetləri əhatə etməsi. Qlobal siyasət
mexanizmdə prosesləri iki istiqamətdə - şaquli və üfiqi,
genişləndirən siyasətdir. Super gücə və böyük gücə malik
olan dövlətlərin xarici siyasətləri də məhz bu iki aspekti əhatə
edir. Dövlətlər böyüdükcə, inkişaf etdikcə daha çox dünya
proseslərində aktiv iştirak etmək maraqlarını nümyaiş
etdirirlər. Bu baxımdan da böyümə prosesləri və resursların
çoxalması halları qloballaşmanı meydana gətirir. Xarici
siyasətin məkanları əhatə etməsi dövlətin məkanlar üzrə (üfüqi)
maraqlarını ortaya çıxarır. Dövlətin beynəlxalq münasibətlərdə
gücü ilk növbədə onun xarici siyasətinin əhatə olunduğu kənar
məkanlar və bu məkanlarda mövcud olan obyektlər üzrə
müəyyən olunur. Qeyd olunduğu kimi, dövlətin gücünün
məkanlar üzrə əhatə olunması da onun maraq obyektləri və
predmetləri ilə əlaqəlidir. Qlobal miqyaslı xarici siyasətin
tərkib elementlərinin zənginliyi (burada resurslar olaraq
dövlətlər və dövlətlərdəki obyektlər nəzərdə tutulur) dövlətin
məkanlar üzrə gücünün artmasına xidmət edir. Qlobal siyasət
dünya siyasətinin əsas (baza) istqamətlərini meydana gətirir.
Qlobal siyasət dövlətin baza olaraq güclənməsini şərtləndirir və
dövlətin xarici siyasətinin elementlərini, vasitələrini artırır.
Məhz xarici siyasətin regional və qlobal forması, eləcə də
137
məzmunu dövlətin beynəlxalq münasibətlərdə gücünü təsnif
etmək zərurətini ortaya çıxarır. Qlobal gücə sahib olan
dövlətlər regionda çox güclü ola9988(bi[(t)-2(t)-2(i)90(r-2(l)278]TJ/R22 12 14 547.64 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2(r)3(. )-E)1r-2(l)278]TJ/R22 12 Tf6.72 0 Td()Tj/R8 12 Tf5.28 0 Td)3( )-90(r)3(e)-6(g)10(1i)-2(oba)4(l)-2(9-530(g)1(ox)-(güc)4(l)278]TJ/R22 12 T871.16 0 Td()Tj/R8 12 Tf5.28 0 Td90(r-2(i)-4(n)-10( )250]TJ92-1344 -13.8 -(g(m)Tj/R22 12 Tf5.28 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdm2(t)-2(i)-2()-5q)2(l)-2(oba)4(l)-2()-530(g)10(üc)4(l)278]TJ/R22 12 TTf9.96 0 Td()Tj/R8 12 Tf4.28 0 Td90(r-2(i)-2()-5m2(t)e2(a)-6(y)(ondan-2(a)4(4-530(d)500]TJ/R22 12 6342.24 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdt2(t)-2(i)90(ri3(ı)-2(r)3(.4-5L)1s)-1(ak-2(i)-2(n3)-90(r)3(e)-6(g)10(i)-4(n)-2(onda)4(3-530(g)1(ox)-(güc)4(l)-2(ü)-530(ol)-2(a)4(n)-10( )250]T154241.44 -13.8 Td[(dövl)278]TJ/R22 12 Tf21.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(t)ünü 2-5q)2(l)-2(oba)4(l)-2( 2-5)4(s)-1(1i)y)2)-10(as)389278]TJ/R22 12 T867.64 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(t))3(d)500]TJ/R22 12 Tf21.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2( )-5d)278]TJ/R22 12 1120.76 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2( 2-5)3(16)y)2)--2(ni)-2( 2-5)4389278]TJ/R22 12 31 5.76 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdv2(ni2)-6(y)y
əm
ə
138
da vahid mənbə (vahid subyekt) kimi təsir göstərir. Bundan
da beynəlxalq münasibətlərin qlobal miqyasda sistemləş-
məsi, şəbəkələşməsi prosesləri baş verir. Qlobal siyasətin
əsasları məzmun etibarilə daha çox böyük potensiala malik
olan dövlətlərin xarici siyasətlərinin xarakterik xüsusiyyət-
ləridir. Böyük dövlətlər qlobal siyasətin istiqamətlərini
müəyyən edirlər və onların ayrı-ayrı regionlarda iştirak
etmələri qlobal siyasətlərinin məzmun və formalarını müəyyən
edir. Qlobal siyasət regional siyasətə üst təsir göstərir. Bununla
yanaşı, regionda baza siyasətin formaşmasına da təsir edir.
Qlobal siyasət regional siyasət üçün həm də stimul rolunu
oynayır və regional siyasətin tərkibinin formalaşmasında böyük
təsir göstərir. Qlobal siyasət qlobal məzmuna malik olur.
Qlobal xarici siyasət özündə həm məkanı birləşdirir, həm də
tərkib elementlərinin çoxunu əhatə edir. Qlobal siyasətin
məzmunu onun obyeklərindən, elementlərindən və bu
elementlərin say çoxluğundan asılı olur. Regional siyasət
məkan nöqteyi-nəzərdən toplaşaraq qlobal miqyaslı siyasəti
formalaşdırır. Qlobal miqyaslı siyasət cərəyanları ümumdünya
və ümumbeynəlxalq münasibətlər cərəyanlarını meydana
gətirir. Regional siyasət dünya siyasətinin və beynəlxalq
münasibətlərin tərkib hissələrinə çevrilir. Qlobal güc regional
güclərdən irəli gələrək təsnif oluna bilir və münasibətlər
sistemində piramidal əsasları yarada bilir. Qlobal gücün təsir
miqyası böyük olur və bütün sistem obyektlərinə və
subyektlərinə təsir imkanları qazanır. Qlobal xarici siyasət
tərkib etibarilə eyni zamanda regional xarici siyasətin
zənginləşməsinə xidmət edir. Regional xarici siyasət qlobal
xarici siyasətin sferalar üzrə yayılmasını təmin etməklə yanaşı,
həm də qlobal cərəyanların yayılmasının qarşısını alan
vasitələrə, subyekt və obyektlərə çevrilir. Qlobal güc subyekti
çalışır ki, onun gücünün artması yolunda mane olan hədəfləri
zərərsizləşdirsin. Buna görə də həmin ünsürə müxtəlif
təsiretmə və təzyiq göstərmə metodlarından istifadə edir.
139
Liberal-mülayim metodlar və bunların daxilində iqtisadi-siyasi,
hərbi və s. kimi üsullar mühüm əhəmiyyət kəsb edir. Qlobal
güc ittifaqların və birliklərin yaranmasında maraq nümayiş
etdirir. Başlıca maraq özünün geosiyasi gücünü yaratmaqdan
və məkan sferasını genişləndirməkdən ibarətdir. İttifaqların
yaranması prosesləri və genişlənməsi regional siyasətlə qlobal
siyasəti birləşdirən amil hesab olunmalıdır.
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli
əlaqələrin əsasları
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli əlaqələr
məhz dövlətlərin ikitərəfli və çoxtərəfli maraqlarından irəli
gəlir. Həm ikitərəfli, həm də çoxtərəfli maraqlar müəyyən
problemlərin
həllində
gücün
tətbiqinin
imkanlarından
formalaşır. Bu əlaqələr həm də aidiyyat prinsiplərinə müvafiq
olaraq meydana gəlir.
Onu nəzərə almaq lazımdır ki, dövlətlər yerləşdikləri
regionlarda və regionlarından kənarlarda beynəlxalq münasi-
bətlərə qoşulurlar və beynəlxalq birliyin üzvünə, kompo-
nentinə, struktur tərkibinə, beynəlxalq münasibətlərdə sistem
üzvünə, beynəlxalq hüquq tərəfinə, beynəlxalq münasibətlər
subyektinə, subyekt yaradıcısına (burada subyektlər kimi
təşkilatları yaratmaları nəzərdə tutulur), beynəlxalq hüquq
yaradıcısına (beynəlxalq hüquq normalarını yaratmaq) və
beynəlxalq normaların əməledicisinə çevrilirlər. Dövlətlər
beynəlxalq münasibətlərdə vəzifələr və funksiyalara malik
olurlar, eləcə də müəyyən hüquqlara sahib olurlar və öhdəlik və
məsuliyyhət daşıyırlar. (Qeyd: dövlətlərin mövcudluğu, hüquq-
ları, funksiyaları və vəzifələri təbii ki, onların məsuliyyətlərini,
qoruma və mühafizə etmə, eləcə də inkişaf şəraitlərini yaratma
məsuliyyətlərini, də meydana gətirir. Dövlətlər mütləq qaydada
beynəlxalq birliyi, xalqları, ümumilikdə bütün dünya
sakinlərini fərdi və kollektiv güclər fonunda müdafiə etməyə
140
borclu olurlar. Buradan da dövlətlərin müdafiə etmək hüquqları
və vəzifələri, bu istiqamətdə funksityaları formalaşır. Vəzifə və
hüquqlar məsuliyyəti formalaşdırır, məsuliyyətdən də, borc-
lardan və öhdəliklərdən də vəzifələr və hüquqlar meydana
gəlir, funksiya istiqamətləri formalaşır).
Dövlətlər həm ikitərəfli qaydada, həm də çoxtərəfli
formatda münasibətlər qururlar, əlaqələr yaradırlar. Dövlətlərin
bu baxımdan həm fərdi, həm də müştərək vəzifələri və
funksiyaları, eləcə də hüquqları meydana gəlmiş olur.
Bunlardan da müştərək öhdəliklər formalaşır. Beynəlxalq
hüquq məhz iki və çoxlu sayda dövlətin qarşılıqlı hüquq və
vəzifələrindən, funksiyalarında formalaşan bir sahəyə çevrilir.
Beynəlxalq hüquq tərəflərin biri olmadıqda yarana bilməz və
obyektə, tətbiqi sahəsinə sahib ola bilməz. Dövlətlər arasında
yaranan əlaqələr təbii ki, ədalət prinsipi əsasında olursa, digər
dövlətlər üçün də prototip rolunu oynayır. Bu prototiplikdən də
ikitərəfli və çoxtərəfli əlaqələr meydana gəlir, təcrübələr
formalaşdırılır. Beynəlxalq hüquq müştərək hüquq sahəsi
olmaqla bərabər, müştərək əsaslarla da obyekt və predmetə
malik olur. Beynəlxalq hüquq müştərək olmaqla bərabər, həm
də fərdi əsaslara (hər bir dövlətə şamil olunması prinsipindən
irəli gələrək) tərkib elementinə təsir göstərmək imkanına
malikdir.
İkitərəfli və çoxtərəfli münasibətlər (burada söhbət kifayət
qədər bazası formalaşmış indiki beynəlxalq münasibətlər
şəraitindən və vəziyyətindən yaranan münasibətlər nəzərdə
tutulur) beynəlxalq hüququn vahid norma qaydaları və
prinsipləri ilə formalaşdırılır. Beynəlxalq hüquq normaları
şaxələnmə və törənmə xarakterinə malik olur və beynəlxalq
hüququn vəzifəsi və funksiiyası əsasən beynəlxalq aləmin
təmin olunmasına, inkişafına və müdafiəsinə əsaslanır.
İkitərəfli və çoxtərəfli münasibətlər bu münasibətlərdə iştirak
edən və bu münasibətlərin yaranmasında maraq göstərən
tərəflərin imkanlarına bağlı olur. Mövcud imkanlar və onların
141
xaricə realizə olunmaq yolu ilə artırılması, eləcə də yeni
resursları əldə etmək istəkləri ikitərəfli və çoxtərəfli əlaqələrin
yaradılmasını zəruri edir. Beynəlxalq hüquq və onun sahələri
məhz zərurərtdən formalaşdırılır. Belə ki, dövlətlər öz daxili
ehtiyaclarını ödəmək üçün xarici siyasət həyata keçirmək
zərurəti ilə üzləşirlər. Xarici siyasəti həyata keçirmək zərurəti
təbii ki, dövlətləri sistemli qaydada müəyyən addımları atmağa
vadar edir. Dövlət varsa onun hərəkəti də mütləq qaydada
sistemlərə söykənməlidir. Sistem də qaydaları, struktur və
mexanizmləri, eləcə də tarazlı işləməni nəzərdə tutur, tələb
edir. Bu baxımdan da beynəlxalq hüquq zərurətdən meydana
gəlir və münasibətlərin sistemli qaydada tənzim olunmasına
əsaslanır. Beynəlxalq münasibətlərin tarazlaşması da
zərurətdən ortaya çıxır. Bütün dövlətlər tarazlı əsaslarla
resursları öz aralarında paylamaq niyyəti və istəyi ilə əlaqələrə
qoşulurlar. Buradan da beynəlxalq hüququn tarazlığı təmin
etmək zərurətindən meydana gəlməsi ortaya çıxır. Taraz-
laşdırma sülhü və sabitliyi yaradır ki, bu kimi vəziyyətlər də
beynəlxalq resurslardan dinc məqsədlərlə istifadə edilməklə
güclənməni əsas götürür.
İkitərəfli və çoxtərəfli münasibətlər vahid qaydaları
(burada əlavə qaydaları) meydana gətirir, həm də qaydalar
əsasında inkişaf edir. Bu baxımdan beynəlxalq hüquq daima
genişlənmə xassələrinə malik olur və zaman və imkanlar
gerçəkliyindən də təkmilləşir. İnkişaf baş verdikcə, texniki
nəsillər bir-birini əvəzlədikcə beynəlxalq hüquq da genişlənir,
çünki yeni müqavilə və sazişlər meydana gəlir, yeni ictimai
baxışlar formalaşır və bu baxışlar əsasında yeni hüquq
normaları yaranır. Bu baxlımdan da beynəlxalq hüquq islah
olunma və stereotiplərdən azad olunma xassələrinə malik olur.
İkitərəfli qaydalar əsasında dövlətlər arasında tanınma
həyata keçirilir, diplomatik əlaqələr qurulur, səfirliklər,
konsulluqlar təşkil edilir. Eləcə də ikitərəfli qaydada
hökumətlərarası sazişlər imzalanır və müqavilələr bağlanılır.
142
İkitərəfli əlaqələr və münasibətlər həm regional səviyyədə
(məsələn, iki Avropa dövlətinin əlaqələri, iki Mərkəzi Asiya
dövlətinin əlaqələri və s.), həm də regiondan kənarda-regionlar
arasında (məsələn, bir Asiya dövləti ilə bir Avropa dövləti
arasında, bir Afrika dövləti ilə Amerika qitəsinin bir dövləti
arasında) formalaşdırılır. İkitərəfli əlaqələr o zamana kimi
məhdudlaşdırılmır ki, regionda və regionlar arasındakı
münasibətlərdə və vəziyyətlərdə üçüncü dövlətin və ya da
dövlətlər ittifaqının mənafeyinə zərbə gəlməsin. Bu baxımdan
da ikitərəfli və çoxtərəfli əlaqələr şaquli və üfiqi istiqamətdə öz
sərhədləri daxilində daima genişlənmə xüsusiyyətlərinə malik
olur. İkitərəfli və çoxtərəfli əlaqələr bütün sahələri əhatə edir
və beynəlxalq ictimaiyyət tərəfindən (burada dövlətlər
tərəfindən) qoyulmuş qadğaların əksinə formalaşdırılmır.
İkitərəfli və çoxtərəfli əlaqələr regionda və regionlar arasında
bağlayıcılıqda ittifaqların, birliklərin yaradılmasına gətirib
çxarır. İkitərəfli və çoxtərəfli əlaqələr beynəlxalq aləmdə
regionlar və predmetlər üzrə dövlətlərin qruplaşmasının
əsaslarını da yaradır.
-İkitərəfli qaydada diplomatik əlaqələr qurulur;
-ikitərəfli qaydada rəsmi-hüquqi tanınma (de jure) həyata
keçirilir;
-ikitərəfli qaydada beynəlxalq problemlərin həlli nəzərdə
tutulur;
-ikitərəfli qaydada bütün sahələr üzrə müqavilələr və digər
sənədlər imzalanır;
-ikitərəfli qaydada ümumbeynəlxalq hüquq normalarına
əməl olunur;
-ikitərəfli qaydada beynəlxalq təcrübələr formalaşdırılır;
-ikitərəfli qaydada beynəlxalq tranzit məkanlar müəyyən
olunur;
-ikitərəfli qaydada sülh məsələlərinin tənzim olunmasının
əsasları ortaya çıxır;
143
-ikitərəfli qaydada beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq
həyata keçirilir.
İkitərəfli müqavilərlə həm də bir dövlətlə bir təşkilat
arasında bağlanılır. Dövlətlə təşkilat arasında əməkdaşlıq və
tərəfdaşlıq həyata keçirilir:
-çoxtərəfli qaydada beynəlxalq sənədlər imzalanır;
-çoxtərəfli qaydada beynəlxalq hüquq prinsiplərinə əməl
olunur və beynəlxalq qaydalar (konvensiyalar, beynəlxalq
təşkilatların nizamnamələri) yaradılır;
-çoxtərəfli qaydada ittifaqlar və birliklər yaradılır;
-çoxtərəfli qaydada beynəlxalq yığıncaqlar keçirilir və
regional və qlobal miqyaslı qərarlar qəbul olunur;
-çoxətəfli qaydada konvensiyalar qəbul olunur və daxili
hüquq sahələrinin beynəlxalq hüquqla uyğunlaşdırılması
siyasəti həyata keçirilir;
-çoxtərəfli qaydada beynəlxalq danışıqlar həyata keçirilir
və çoxtərəfli diplomatiya formalaşdırılır;
-çoxtərəfli
diplomatiya
beynəlxalq
münasibətlərin
şəbəkələnməsinin əsaslarını təşkil edir;
-çoxtərəfli əlaqələr tərəflərin imkanlarına aid olan
resursların hərtərəfli və rasional istifadəsini müəyyən edir;
-çoxtərəfli əlaqələr qlobal və bəşəri əhəmiyyətə malik olan
və bir dövlətin həlli imkanları xaricində olan məsələlərin
həllində xüsusi önəm kəsb edir;
-çoxtərəfli əlaqələr birləşmiş resurslar hesabına bir
problemin həlli üçün təsir gücünü yaradır-bir problem –
birləşmiş güc -yanaşmasını ortaya çıxarır.
Çoxtərəfli münasibətlər dövlətlər arasında sülh və
sabitliyin möhkəmlənməsinə xidmət edir və regionları bir-
birinə bağlayır.
Dostları ilə paylaş: |