Dövlətin xarici siyasətinin müəyyən olunmasında və
formalaşmasında dövlət rəhbərinin rolu
Siyasət insanların daxilindən gələn və hərəkətləri və
mövqeləri ilə müşahidə olunan bir anlayışdır. Bu baxımdan da
siyasəti insanlardan kənarda axtarmaq lazım deyil. Siyasət
insanlar tərəfindən özlərinə xidmət üçün müəyyən edilən bir
vasitədir. Siyasət insanların maraqlarının əks olunduğu
sahələrə görə sahələrə malik olur. Siyasət insanların müəyyən
sərhədləri olan coğrafi məkanlarda fəaliyyətinin rəsmi
inikasıdır. Siyasət onu müəyyən edənlərdə, icra edənlərdə
istedadı, qabiliyyəti, savadı, liberal düşüncəni, möhkəm
iradəni, risqli addımlar atmaq qabiliyyətini, çevik reaksiyanı,
istedadı, səbir və dözümü, zamanı və şəraiti dəyərləndirmək
qabiliyyətini, müdrikliyi və humanizmi, eləcə də bu kimi
xüsusiyətləri özündə cəmləşdirən bir fəaliyyət peşəsidir.
Siyasət, eyni zamanda rasional normaları, müdafiə və hücüm
strategiyasını və taktikasını baza olaraq özündə əks etdirən bir
fəaliyyət sahəsidir. Siyasət və xidmət amili vəhdətlik təşkil
edir. Xidmət edən tərəfin yaxşı xidmət etmək düşüncəsi və
istəyi (siyasətçi əks tərəfə yaxşı xidmət etməklə, həm də özünə
xidmət etmiş olur. Çünki yaradılan cəmiyyətdə o da bir üzvdür)
siyasətin praqmatik əsaslarını təşkil edir. Şəxsiyyətin şəxsi
keyfiyyətləri həm sabit və rasional əsaslı sistemlərin
yaradılmasında böyük rol oynayır, həm də siyasi fikirlərin
istiqamətləndirilməsində böyük əhəmiyyətə malik olur.
Şəxsiyyət və pozitiv (burada müsbət) siyasətin vəhdəti elə
inkişafın özüdür. Şəxsiyyətlər siyasi inkişafı şərtləndirən
hərkatların formalaşmasında iştirak edirlər. Siyasətin rasional
və empirik məzmunu istedadla və yüksək qabiliyyətlə icra
olunan siyasətdən asılıdır. Siyasi rəhbərlərin yüksək keyfiy-
yətləri və əxlaqi dəyərləri cəmiyyətlərin avanqard elementinə
çevrilir. Şəxsiyyətlər ictimai proseslərin yeniləşməsinə təsir
göstərmək imkanlarına malik olurlar. Şəxsiyyətin nitqi
155
cəmiyyətdə və dövlət siyasətində proqram xarakteri kəsb
edərək, siyasətin istiqamətləndirilməsində mühüm əhəmiyyət
kəsb edir.
Siyasət iki baza istiqamətdə həyata keçirilir: birincisi,
müəyyən hərəkətlərin istiqamətləndirilməsi, ikincisi isə hüquq
normalarının qəbulu və icrası yolu ilə. Bu iki istiqamətin
vəhdəti meydana gəlir və bütövlükdən də vahidlik ortaya çıxır.
Bu iki istiqamət bir-birinə xidmət edir. Siyasətçilər siyasəti
yönləndirirlər və bu istiqamətdə normalar yaradırlar və tətbiq
edirlər. Yaradılan və qəbul olunan normalar da siyasətə
istiqamətlər verirlər. Siyasi axınlar üçün siyasətçininin
fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Bu baxımdan da siyasət
axınlardan və axınları tənzim edən qaydalar olan hüquq
normalarının qəbul edilməsindən və icrasından asılıdır. Xarici
siyasət də axınlardan (hərəkətlərdən) və normalar yaratmaqdan
ibarətdir.
Siyasətin ən çevik şəkildə icrası onu dərk etməkdən, şəraiti
dəyərləndirməkdən və çevik cavablardan (reaksiyalardan)
asılıdır. Siyasətin pozitiv məzmunu və keyfiyyət kimi tərkibi
insan hüquqlarının təmin olunmasının tərkibindən və
səviyyəsindən asılıdır.
Siyasət elə bir hərəkəti (hərəkətsizliyi) ifadə edir ki, burada
mütləq qaydada şəxslər iştirak edirlər və bu baxımdan da
siyasət insanların xeyrinə olaraq icra edilir. Siyasət mənafe
üçün təşkil olunur və maraqların təmin olunmasına istiqamət-
ləndirilir. Xarici siyasət müəyyən şəxslər (hakimiyyətdə
olanlar-hakimiyyəti təmsil edənlər) və eləcə də şəxslər birliyi
(burada nazirliklər, idarələr, şirkətlər və digər təşkilatlar)
tərəfindən həyata keçirilir. Subyektlər qismində həm
səlahiyyətli şəxslər, həm də onların fəaliyyət göstərdikləri
mərkəzlər mühüm əhəmiyyət kəsb edir. Şəxslər xarici siyasət
normaları üzrə fəaliyyəti təmin edə bilirlər. Xarici siyasət
sahəsində diplomatların yüksək hazırlıqları tələb olunur.
Ümumiyyətlə, siyasət insanlara xas olan hərəkət olduğundan
156
xarici siyasət də insanların əməyi ilə müəyyən olunur və
əməyin nəticələri də burada öz əksini tapır. Xarici siyasətin
istiqamətləri dövlətin qanunvericiliyi ilə istiqamətləndirilir.
Eləcə də dövlətin qoşulduğu beynəlxalq sənədlərlə həyata
keçirilir.
Siyasət sahəsində şəxsiyyətlərdə peşəkarlıq, savadlılıq,
biliklərə malik olmaq və bacarıqlılıq amili əsas götürülür.
Xarici siyasətin müəyyən olunmasında dövlət rəhbəri
böyük rol oynayır və dövlətlərin konstitusiyalarında da belə
səlahiyyət dövlət rəhbərlərinə verilir. Dövlət rəhbərləri dövləti
və xalqı beynəlxalq münasibətlərdə təmsil edirlər. Dövlət
rəhbəri xalqı beynəlxalq münasibətlərdə təmsil etdiyinə görə
onun üzərində dövlətin daxili siyasətini və beynəlxalq siyasəti
dərindən bilmək vəzifəsi və öhdəliyi düşür.
Dövlət rəhbərinin beynəlxalq nüfuzu dövlətin xarici
siyasətinə də öz təsirlərini göstərir. Dövlət rəhbərinin qanunlara
və beynəlxalq hüquq normalarına uyğun şəkildə davranışı və
siyasəti icra etməsi onun etik davranışlarının əsaslarını təşkil
edir. Dövlət rəhbərinin siyasi kursu, xarici siyasətin kursuna da
təsir göstərə bilir. Dövlət rəhbərinin əvvəlcə təmsil olunduğu
partiyanın ideoloji siyasəti dövlətin xarici siyasətinə də müsbət
təsir göstərir. Dövlət rəhbərinin şəxsi keyfiyyətləri, hazırlıq
səviyyəsi də, istedad və qabiliyyəti dövlətin xarici siyasətinin
mahiyyətinə təsir göstərir. Dövlət rəhbərinin beynəlxalq
siyasəti dərindən bilmək məharəti olmalıdır. Dövlət rəhbərinin
hadisələrin gedişatını dəyərləndirə bilmək və bundan da
müəyyən nəticələrə gələ bilmək qabiliyyəti onun fəaliyyətində
də gözə çarpır. Xarici siyasətin zaman və şəraitlə əlaqələn-
dirilməsi, əlaqələrin və münasibətlərin zəruri istiqamətlərinin
müəyyən edilməsi istedadı və qabiliyyəti dövlət rəhbərinin
şəxsi keyfiyyətlərinə aid olan məsələ hesab oluna bilər.
Qəbul etmək lazımdır ki, xarici siyasət də daxili siyasət
kimi kollegial qaydada qəbul edilmiş qərarla da müəyyən
edilir. Dövlətin xarici siyasət kursunda dövlətin parlamenti
157
(kollegial iştirak) də iştirak edir. Bu istiqamət vasitəsilə də
dövlətin xarici siyasətində ictimaiyyət iştirak edir. Əksər
hallarda xalq xarici siyasətdə öz nümayəndələri vasitəsilə
(prezident və parlamenti vasitəsilə) iştirak edir. Dövlətin xarici
siyasətində dövlət rəhbərinin şəxsi keyfiyyətləri, təcrübəsi,
istedadı, bilik və bacarığı da mühüm rol oynayır. Bu kimi
keyfiyyətlər dövlət rəhbərinə lazımi anlarda müvafiq qərarlar,
həm də faydalı qərarlar qəbul etmək imkanları verir. Dövlətin
xarici siyasətinin müəyyən edilməsi əsas şərtə çevrilir. Dövlət
rəhbəri xarici siyasətin düzgün həyata keçirilməsində məsuliy-
yət daşıyır. O, beynəlxalq münasibətlərdə dövlətini təmsil
etməklə, lazımi qərarlar qəbul etməklə həm dövlətini inkişaf
etdirir, həm də beynəlxalq münasibətlərdə onu tanıdır,
beynəlxalq aləmdə qoruyur. Dövlət rəhbərinin şəxsi keyfiyyət-
lərinin məhdudluğu, onun şəxsi ambisiyalarının böyüklüyü və
qeyri-normal psixi vəziyyəti (maniyalığı özündə əks etdirən
psixopatlıq) beynəlxalq aləmdə problemlərə gətirib çıxara
bilər. Belə ki, müharibə qərarlarının qəbul edilməsində dövlət
rəhbərləri böyük səlahiyyətə malik olurlar. Buna görə də
beynəlxalq səviyyədə sülhün qorunması və müharibələrin
törədilməsinə görə də dövlət rəhbərləri böyük məsuliyyət
daşıyırlar. Dövlət rəhbərlərinin humanist keyfiyyətləri, daxili
siyasətdə tətbiq etdikləri liberal siyasət təbii şəkildə dövlətlə-
rinin xarici siyasətlərinə təsir göstərir. Dövlət rəhbərinin şəxsi
keyfiyyətləri (müdrikliyi, bundan irəli gələrək sadəliyi və
xeyirxahlığı, bütün dövlətləri nəzərə alması, dövlətlərə və
xalqlara hörmət etməsi; dövlət rəhbərinin istedad və qabiliy-
yəti, bu baxımdan mürəkkəb şəraitlərdə lazımi nəticələr
çıxarmaq və qərarlar qəbul etmək bacarığı) dövlətin güclən-
məsinə xidmət edən amildir. Dövlət rəhbəri həm universal
normalara əməl etməlidir, hər bir xalqa hörmətlə yanaşmalıdır
və insanlıq dəyərlərini artırmalıdır. Xarici siyasətin proqramı
olaraq dövlət rəhbərinin nitqləri, strateji sahələri əhatə edən
fikirləri mühüm əhəmiyyət kəsb edir. Dövlət rəhbəri ölkənin
158
baş diplomatı hesab olunur. Onun strategiyası və taktiki
addımları mühüm əhəmiyyət kəsb edir.
Dövlət rəhbərinin şəxsi keyfiyyətlərinin yüksək səviyyəsi
onun əmək fəaliyyətində də özünü göstərir. Xüsusilə yeni
yaradılmış və müstəqillik əldə etmiş dövlətlərdə dövlət
rəhbərinin və hakimiyyət rəhbərinin xüsusi keyfiyyətlərinin
olması vacib amilə çevrilir. Dövlət rəhbəri burada sistemlərin
formalaşdırılmasında xüsusi əhəmiyyət daşıyırlar. Təkmil sis-
temlərdə, inkişaf etmiş dövlətlərdə cəmiyyətlər sistemlə
fəaliyyət göstərirlər, qeyri-inkişaf etmiş dövlətlərdə isə sistem-
ləşmə proseslləri bir qədər zəif olduğundan burada sistemlərin
formalaşmasında dövlət rəhbərinin şəxsi keyfiyyətləri mühüm
rol oynayır.
Şəxsiyyətlər və dövlətçilik baxımından onu da əlavə etmək
olar ki, tarixdən çoxlarımıza məlumdur ki, güclü dövlətləri və
təkmil cəmiyyətləri dahi şəxsiyyətlər, o cümlədən dövlət
rəhbərləri, ictimai nüfuza sahib olan liderlər, öz ideyaları və
siyasətləri ilə cəmiyyətə təsir göstərən və insanları öz arxasınca
aparmağı bacaran müdrik insanlar, filosoflar yaradıblar. Onlar
həm ideoloji sahədə, həm də praktiki olaraq fəaliyyət
göstərərək, tarixdə böyük izlər qoyublar və elə tarixin özünü
yaradıblar. Hesab etmək olar ki, siyasət tarixində şəxsiy-
yətlərin fəaliyyəti, xidmətləri ayrıca bir bölmə kimi, fənn kimi
tədris olunmalıdır. Mükəmməl dövlətçilik sisteminin forma-
laşması da ictimai və siyasi liderlərin əməyinin nəticəsi hesab
olunmalıdır. İctimai təfəkkür baxımından və elmi yanaşma
metodlarından irəli gələrək, şəxsiyyətin həyatına güclü dövlət-
xeyirxah cəmiyyət, sosial-rifah halının yaxşılaşdırılması
prizmasından baxmaq lazımdır və bu aspektlər əsasında təhlil
olunmalıdır.
159
Dövlətin xarici siyasətində xalqların psixologiyasının
təsiri
Dövləti xalq (əhali, sakinlər) yaradır. Xalqın psixologiya-
sına uyğun olaraq həmin dövlətin daxili və xarici siyasətinin
xüsusiyyətlərini (müsbət və ya mənfi olmasını, xoş və ya xoş
olmamasını) müəyyən etmək olar. Hər bir xalqın milli
mentaliteti (burada adət-ənənələri ilə və dini baxışları ilə
formalaşan dövlətlər nəzərdə tutulur) onun cəmiyyətinin siyasi
strukturuna təsir göstərir. Məsələn, xalqın dini baxışlarını
özündə əks etdirən dini dövlətlər yaradılır. Beynəlxalq hüquq
normaları isə sivil və rasional normalarla təmin olunur.
Beynəlxalq münasibətlərdə “Beynəlxalq dini normalar”
anlayışı yoxdur.
Güclü xalqlar böyük imperiyalar yaratmağa qabil olublar.
Məsələn, ingilislər, fransızlar, almanlar, ispanlar, ərəblər,
türklər, farslar, çinlilər, yunanlar, romalılar və s. Xalqın milli
mentaliteti, ruhu onun yaratdığı dövlətin gücünüə təsir
göstərib. Güclü xalqın möhkəm iradəsi həmin xalqın güclü
şəkildə təşkilatlanmasına və geosiyasi məkanlar yaratmasına
xidmət edibdir. İmperiyalar daha çox “maşın” xalqların xarici
siyasət fəaliyyətlərinin nəticəsi olub. İmperiyaların yaradılması
da güclü fəaliyyətin və iradənin məhsulu olubdur. Xalqların
sayının çoxalması və tarixən yayılması prosesləri də
imperiyaların yaradılmasına səbəb olubdur.
Böyük xalqların imperiya siyasətləri onların məkanlar üzrə
geosiyasi sistemlər yaratmalarına səbəb olubdur. Beynəlxalq
münasibətlərin sistemləşməsi təbii ki, beynəlxalq münasibət-
lərdə iştirak edən xalqların böyük miqyasda iştirak etmə-
lərindən irəlşi gəlibdir. İmperiyalar siyasəti beynəlxalq aləmdə
münasibətlər tarixinin zənginləşməsinə gətirib çıxarıbdır.
Böyük xalqlar və onlara məxsus olan böyümə xarakteri onlar
tərıfindən imperiyaların yaranmasının əsaslarınlı təşkil edibdir.
160
Böyük xalqların daha çox ərazilər əldə etmək siyasətləri və
ərazilərdə işğallar və zəbtlər hesabına məskunlaşmaları təbii ki,
ərazilərə münasibətdə onların milli psixologiyalarını yara-
dıbıdır. Məsələn, ingilislərin dünyada geniş yayılmaq siyasət-
ləri onların dəniz hakimiyyətinə məxsus olan xalqlar kimi
xüsusiyyətlərini ortaya çıxarıbdır. Eləcə də ispanlar və portu-
qallar, italyanlar, həmçinin yunanlar dəniz xalqları kimi öz
milli psixologiyalarını formalaşdırıblar. Dağlıq ərazilərdə
yaşayan xalqlar daha çox enerjiyə malik olublar və bir qədər
çılğın təbiətləri ilə fərqləniblər.
Xarici siyasət vahid beynəlxalq hüquq normaları ilə
tənzimlənməyə baxmayaraq, elə hallar olur ki, böyük xalqlar
öz böyük maraqları naminə beynəlxalq hüququ pozmaq
məcburiyyəti ilə üzləşirlər və “özlərinə sərf edən beynəlxalq
hüquq normaları” qəbul edirlər. Bu, onların geosiyasi maraq-
larından irəli gəlir və geostrategiyaya əsaslanan xarici siyasət
həyata keçirmək istəklərindən meydana gəlir. Elə xalqlar da
olur ki, onların beynəlxalq aləmdə istəkləri “şişir”, “daşır” və
onlar öz potensiallarından kənar xarici siyasət reallaşdırmağa
çalışırlar. Buradan da işğalçılıq siyasəti formalaşır.
Beynəlxalq münasibətlərin sistemləşdirilməsi
Siyasət cəmiyyətdə və dövlətdə münasibətləri və əlaqələri
sistemləşdirən, qruplaşdıran və ayrı-ayrı sahələrə ayıran
fəaliyyət cəmidir və fəaliyyət istiqamətidir. Sistemlər təbii ki,
özündə müəyyən mexanizmləri əks etdirən, eynilikləri,
ziddiyyətləri, əkslikləri yaradan strukturlardır. Burada müxtəlif
tərkibli elementlər arasında (həm də sistem tərkibi olan
elementlər) qarşılıqlı birləşmədən bütövlük meydana gəlir.
Sistemləşdirmə də məzmun etibarilə elə strukturlaşdırmadır və
strukturlar
arasında
əlaqələri qruplaşdırmadır. Sistemi
yaratmağın başlıca məqsədi tənzimləmə proseslərini qayda-
larla, ölçülərlə, imkanlara müvafiq qaydada həyata keçir-
161
məkdən ibarətdir. Sistemlər ona görə təşkil edilir ki,
münasibətlər arasında tarazılıq yaradıla bilsin. Tarazlığın da
başlıca məqsədi ondan ibarətdir ki, münasibətlərdə imkanlar
çərçivəsində, potensial daxilində iştirakın əsasları təşkil oluna
bilsin. Sistemləşdirmə sayəsində komplekslilik, bütövlülük
meydana gəlir.
Münasibətlər həm onların tərkibinə aid olan subyektlərin
çoxluğu baxımından, həm də sahələrin əhatə olunması nöqteyi-
nəzərindən sistemləşdirilir. Sistemləşmədə qruplaşmalar da
yaranır. Sistemləşmə elə müəyyən mexanizmlərə (müəyyən
məkanlarda işləyən vahidliyə) cəlb edilən, müəyyən mərkəz-
lərdə toplaşan, cəmləşdirilən elementlərin xassələrə görə təsnif
olunmasıdır. Bu təsnif olunma həm də elementlərin hərəkət
istiqamətlərində öz əksini tapır. Bu baxımdan da sistemlərin
fəaliyyətində də proseslərin özləri də sistemləşdirilir.
Beynəlxalq münasibətlərin əhatə olunduğu sahələr çoxluq
təşkil edir. Dövlətlər o sahələrdə beynəlxalq münasibətlərə
qoşulurlar ki, daxillərində də həmin sahələr vardır. Yaxud
dövlət daxilində olmayan, lakin beynəlxalq aləmdə olan (digər
dövlətlərdə olan) yeni sahələri yaratmaq üçün beynəlxalq
əlaqələrə daxil olurlar. Dövlətin xarici siyasətinin məqsədləri
həm də buradan formalaşır. Dövlətin daxili sahələri onun xarici
sahələri ilə birləşərək üzvü vəhdət təşkil edir. Beynəlxalq
münasibətlərin sahələri qruplaşdırılır. Bu qruplaşdırma əsas
etibarilə maraq müxtəlifliyindən və şəraitə müvafiq olaraq
maraqları təmin etmək üçün görülən işlərdən asılı olur.
Qruplaşdırma ona görə həyata keçirilir ki, həm müxtəlif
sahələrin vahid istiqamətləri arasında xətti bütövlük təşkil
edilsin, həm də kiçik, orta və böyük formalı münasibətlər
sahələri arasında birliyin yaradılması hesabına bütövlük
yaransın. Sistemləşdirməni zəruri edən amillər içərisində onu
da qeyd etmək olar ki, indiki beynəlxalq münasibətlər
sferasında mövcud resursların tarazlı qaydada istifadə olunması
labüddür ki, bunun da sayəsində beynəlxalq aləmdə tarazlıq
162
təmin olunur. Ayrı-ayrı sahələr üzrə normalar qəbul edilir.
Beynəlxalq münasibətlər dövlətlər tərəfindən yarandığından bu
sahələrin müəyyən mexanizmləri formalaşır. Mexanizmlər də
qaydalarla işləyir. Komponent birləşmələri bütövlüyü və
strukturlaşmanı yaradır. Strukturlar da sistemləri ortaya çıxarır.
Beynəlxalq münasibətlər sistemləşdirilir. Beynəlxalq münasi-
bətlər ayrı-ayrı sahələrə ayrılır və bu sahələr arasında müəyyən
əlaqələr meydana gəlir. Beynəlxalq münasibətlərin sahələri
həmçinin bir-birinə təsir etmək imkanlarına malik olur. Burada
təbii əlaqələr meydana gəlir. Beynəlxalq münasibətlər hüquq
normaları ilə tənzim olunduğundan mütləq qaydada münasi-
bətlərin və əlaqələrin sistemlərə tabe etdirilməsi prosesləri
həyata keçirilir. Beynəlxalq münasibətlərin sistemləşdirilməsi
dedikdə, münasibətlərin həm ayrı-ayrı sahələr üzrə təşkil
olunması və həmin sahələr üzrə mexanizmlərin yaradılması
nəzərdə tutula bilər, həm də subyektlərin arasında olan
əlaqələrin vahid qaydalarla tənzimlənməsi kimi qəbul edilə
bilər.
Dövlətlər öz münasibətlərini sistemləşdirmək və tənzim
etmək üçün ayrı-ayrı sahələrdə olan əlaqələri tənzim etmək
funksiyasına malik olan təşkilatlar yaradırlar. Bu təşkilatlar
baza etibarilə dövlətlərin ayrı-ayrı sahələrdə olan münasi-
bətlərini tənzim edirlər. Beynəlxalq münasibətlərin sistem-
ləşdirilməsi regional və regiondan kənar qlobal (ümumdünya
üzrə) əhəmiyyət kəsb edir.
Beynəlxalq
münasibətlərin
sistemləşdirilməsi
maraq
təminedicilik və müdafiə olunmaq baxımından aşağıdakı
şəkildə həyata keçirilir:
-münasibətlərin maraqları təmin etmək baxımından
sistemləşdirilməsi-burada dövlətin sakinlərinin bütün sahələrdə
olan maraqları təmin olunur;
-münasibətlərin maraqları müdafiə etmək baxımından
sistemləşdirilməsi. Bu istiqamətdə münasibətlər iqtisadiyyat və
təhlükəsizlik sahələrində sistemləşdirilir. Təhlükəsizlik sahə-
163
sində sistemləşdirmə əsasən həm subyektlərin özlərini qorumaq
funksiyası kəsb edir, həm də münasibət sahələrini və
əlaqələrini qorumaq məqsədini daşıyır.
Beynəlxalq sahədə münasibətlərin sistemləşdirilməsi baza
etibarilə beynəlxalq münasibətlərdə bütövlüyü- regional və
universal bütövlüyü, meydana gətirir. Beynəlxalq münasibət-
lərin sistemləşdirilməsi “ iyerarxik quruluşu” formalaşdırır.
Burada iyerarxik quruluş dedikdə, bu məsələyə iki aspektdən
yanaşmaq olar: birincisi, baza əhəmyyət kəsb edən sahələr
arasında yaranan şaquli və üfiqi asılılıq sistemi; ikincisi,
dövlətlərin güclərindən irəli gələrək onlar arasında münasi-
bətlərdə geosiyasi amillərin olması. Yəni, güclü dövlətlər
beynəlxalq münasibətlər sisteminin yuxarı mərhələlərində yer
alırlar. Ondan aşağı isə dövlətlər iyerarxik qaydada “sıralara
düzülürlər”.
Beynəlxalq
münasibətlərdə
sistemləşdirmə
əsasında vahid qaydalara əməl etmək prinsipləri ortaya çıxır.
Beynəlxalq
münasibətlərin
sistemləşdirilməsi
sayəsində
dövlətlər arasındakı əlaqələrdə meydana gələn təcrübələr
qaydaları yaradır. Sistemləşdirmə sayəsində həm də ümumi
qaydalara (məsələn, beynəlxalq konvensiyalarda əks olunmuş
qayda və normalara) əməl etmək vərdişləri meydana gəlir.
Beynəlxalq münasibətlərin sistemləşdirilməsinin müsbət
tərəfləri ondan ibarətdir ki, dövlətlər arasında münasibətləri və
əlaqələri tənzim etmək baxımından böyüklüyündən və
kiçikliyindən asılı olmayaraq vahid qaydalar yaranır (dövlətlər
arasında vahidliyi və bərabərliyi tərənnüm edən beynəlxalq
hüquq normaları); ümumi resurslardan hər bir dövlət tərəfindən
istifadə imkanları əldə olunur (beynəlxalq miqrasiya, iqtisadi
vasitələrin və resursların güclərindən asılı olmayaraq dövlət-
lərdən-dövlətlərə keçməsi); dövlətlər arasında münasibətlərdə
gərginlik baş verdikdə, sistemin mövcudluğu ucbatından digər
dövlətlərin də bu məsələyə mövqeyi, münasibəti və müəyyən
hərəkətləri meydana gəlir (beynəlxalq təhlükəsizlik qüvvələ-
rinin fəaliyyəti, humanitar fəlakətlərin aradan qaldırılması
164
zamanı beynəlxalq təhlükəsizlik qüvvələrinin humanitar
müdaxiləsi); sistemin bütövlüyünə görə beynəlxalq ümum-
nəzarət amili ortaya çıxır (iki və ya çoxlu sayda dövlət arasında
baş verən münaqişə, böhran və müharibə baş verdikdə ümumi
narahtlıq doğuran hallar meydana gəlir və böyük dövlətlər
çevik reaksiyalar verirlər); beynəlxalq sistem beynəlxalq
təhlükəsizliyin formalaşmasını zəruri edir (dövlətlər istər
regionda, istərsə də regiondan kənarda təhlükəsizliyin forma-
laşmasında yaxından iştirak edirlər). Mənfi cəhətləri-dövlətlər
arasında müəyyən formada asılılıq sistemi yaranır; böyük
dövlətlər kiçik dövlətlərə qarşı təzyiq metodlarından istifadə
edirlər; kiçik dövlətləri öz tərəflərinə çəkməyə başlayırlar və
kiçik dövlətləri müəyyən məsələlər üzrə seçim qarşısında
qoyurlar; böyük dövlətlərin transmilli korporasiyaları kiçik
dövlətlərin iqtisadiyyatlarında iştirak etməklə onların daxili
siyasətlərinə təsir imkanları qazanırlar.
Dostları ilə paylaş: |