dövlətlərin beynəlxalq münasibətlərdə təsnifatı mövcuddur
və dövlətlər güclərinə görə xarakterizə edilə bilirlər.
Dövlətlərin güclərini onların mənsub olduqları potensial (daxili
resurslarının hərəkətindən meydana gələn enerji və xarici
resurslardan meydana gələn potensial) müəyyən edir. Dövlətlər
öz güclərindən istifadə edərək potensiallarını daima artırırlar.
Dövlətin müdafiə funksiyası onun resurslarının artmasına və
siyasət sahələrinin enerji baxımından çoxalmasına əsaslanaraq
daima genişlənir. Dövlətlərin müxtəlif gücləri və müxtəlif
iştirak səviyyələri təbii olaraq dünyanın ayrı-ayrı bölgələr
üzrə maraq uğunda sahələrə ayrılmasını təmin edir.
Dövlətlərin fərqli gücləri ayrı-ayrı regionların sistemləşməsində,
strukturlaşmasında fərqli amilləri üzərə çıxarır. Bu baxımdan da
regionda,
regiondan
kənarda
şəbəkələşmiş maraqlar
meydana gəlir. Beynəlxalq münasibətlər və bu münasibətlərdə
istifadə olunan resurslar “siyasi heliosentrzim” prinsipini
ortaya çıxarır.
1
1
Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar,
təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II CİLD,
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.273-367.
23
Dünya, iqtisadi və siyasi aspektlərdə, onun sakinləri və
sakinlərinin təşkilatları olan dövlətlər tərəfindən “paylara
bölünmüş” vəziyyətdədir. Dünyanı ayrı-ayrı məkanlara bölən
daha çox xalqların mənsub olduqları hakimiyyətdir, hansı ki,
bu qrup da dövlətlərini beynəlxalq münasibətlərdə təmsil edir.
Dünyanın vahid hakimiyyəti (burada ayrı-ayrı dövlətlərə
məxsus olan hakimiyyətlərin birlyindən söhbət gedir) maraqlar
uğrunda dünyanı ayrı-ayrı sahələrə bölməkdədir, ayırmaqdadır.
Dünya resursları vahid hakimiyyətin (burada bütün
dövlətlərin cəmi hakimiyyəti nəzərdə tutulur) əsas
obyektindədir. Hakimiyyətlər arasında gedən mübarizələr və
müharibələr bir tərəfdən dövlətlərin güclərinin artmasına və
azalmasına yönəlir, digər tərəfdən də güclərin təsnif olunmasını
zəruri edir. Bu bölgü vəziyyəti həm rəngarəngliyi yaradır, həm
də lazımi anlarda sərtliyi meydana gətirir. Gücün təsnif
olunması potensialın təsnifatını ortaya çıxarır. Nəticədə
dövlətlər güclərinə görə qruplaşmaq və təşkilatlanmaq
məcburiyyətində qalırlar. Böyük dövlətlər güc birlikləri
yaradırlar. Bu istiqamətdə də digər gücə malik olan dövlətləri
öz tərəflərinə çəkirlər. Böyük dövlətlər öz güclərini
yerləşdikləri məkanlar və kənar məkanlar üzrə şəbəkə sistemi
əsasında formalaşdırırlar (toplayırlar). Şəbəkə gücünü (bu
anda güc axını meydana gəlir) iqtisadi, siyasi, hərbi ittifaqlar
meydana gətirir. Gücə görə təsnif olunma beynəlxalq siyasət
müstəvisinin piramidal formasını meydana gətirir.
1
Dövlətlər gücləndikcə daha çox müdafiə olunmaq və
əhatələnmək (burada ətraflara şaxələnmək) siyasəti həyata
keçirirlər. Dövlətlərin gücləri regionlarda və regionların
birləşməsi
areallarında
geosiyasətin
əsaslarını yaradır.
Dövlətlərin güclənməsi artan potensialları bir tərəfdən onların
gələcəkdə daha da güclənməsinə xidmət edir, digər tərəfdən də
1
Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar,
təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II CİLD,
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.160-248.
24
onların daxildən və xaricdən müdafiəsinə əsaslanır. Müdafiə
özü də inkişaf proseslərinin artan cədvəlinə bağlı olur. İnkişaf
özü ilə müdafiə siyasətini də gücləndirir. Başqa sözlə ifadə
etsək, qeyd edə bilərik ki, resurslar və onlar üzərində təsir
prosesləri artdıqca müdafiə də artır.
Xarici siyasət proseslərinin başlıca məqsədi də güclən-
məkdən və müdafiə olunmaqdan ibarətdir. Xarici siyasətin
sistemliliyi
və
rasionallığı,
çoxistiqamətliliyi
xalqların
güclənməsinə və yeni imperiyalar (burada daha çox iqtisadi
əsaslı) yaratmasına gətirib çıxarır. (Qeyd: XXI əsrin başlanğıcı
üçün formalaşdırılan imperiyalar yeni məzmuna malikdirlər.
Burada artıq zorakılıqdan daha çox iqtisadi amillər yüksək
effekt yaradır. Yeni imperiyaların da formalaşması keçmiş-
XIX-XX əsrin imperiyalarının yeni məzmunlu siyasətləri
sayəsində həyata keçirilir. Burada iqtisadi yürüşlər (resurslar
axınının kütləviliyinin yaradılması), informasiya yürüşləri
(məlumat şəbəkələrinin genişləndirilməsi) dövlətlərin yeni
ə
saslı maraqlar zonasını yaratmaqdadır. Postmodernizmin
imperiya siyasətində silahların təbiqinə bir o qədər ehtiyac
duyulmur. Çünki bu, əks səmərə verir. İndiki imperiyalar
həm də liberal məzmuna daha çox üstünlük verirlər. Tarixin
“silah imperiyasını” indi “kağız” imperiyası əvəz edibdir.
Kağız və düşüncələrin vəhdəti dövlətin geosiyasi maraqlarına
xidmət edir).
Tarixin müxtəlif mərhələlərində pay bölgüsünün təşkili
gücün, zorakılığın tətbiqinə əsaslanmışdır. Lakin müasir
zamanda və post müasir dövrdə bu kimi metodların tətbiqi
zəifləməyə başlamışdır. Qloballaşma tendensiyaları, qloballaş-
manın yaratdığı fəsadlar, gətirə biləcəyi təhlükələr insanları
münasibətlərdə “yumşaq” yanaşmalara sövq edir. Dövlətlər də
gücləndikcə daha çox təhlükələrlə üzləşməmək üçün
münasibətlərdə ilberal metodlara üstünlük verirlər. Bu, həm də
qlobal miqyaslı güclərin formalaşmasından və onlarda olan
daöıdıcı resurslardan irəli gəlir. İnsan hüquqlarının, qlobal
25
bəşəri problemlərin birgə həll edilməsi dövlətlərin qarşısında,
beynəlxalq ictimaiyyətin önündə duran baza amilinə və
kriteriyasına çevrilmişdir. Artıq düşüncələr də dəyişmişdir. Bu
gün beynəlxalq güc qlobal sülhün qorunmasına da xidmət
edir. Böyük dövlətlərin geniş miqyaslı iştirakları bir tərəfdən
rəqabət obyektlərini meydana gətirsə də, digər tərəfdən sülhün
qorunmasına və bərpasına səbəb olmaqdadır. Dünya bir növ
böyük və kiçik dövlətlər sisteminə ayrılıbdır və hər bir
subyektin beynəlxalq aləmdə özünəxas yeri vardır. Bu yer də
gücdən və potensialdan meydana gəlibdir. Beynəlxalq
münasibətlərin liberallaşması və yumşaq metodlar dövlətlər
arasında da “mənim hüququm sənin hüququnu təmin etmək
üçündür” prinsipini formalaşdırmaqdadır. Böyükdən tutmuş
kiçik gücə malik olan dövlətlərin qarşılıqlı əlaqələrində bu kimi
anlayışlardan da geniş istifadə olunur. Bu prinsip böyük
dövlətlərin öhdəlik və məsuliyyətini daha da genişləndirir.
Beynəlxalq münasibətlər, eləcə də dünya siyasəti sistemi
iyerarxik pilləyə malikdir. Bu baxımdan dünya münasibətləri
sistemində, ümumdünya siyasəti sistemində başlıca nəzarət
funksiyası böyük dövlətlərin əllərində cəmləşibdir. Böyük
dövlətlər “mənim hüququm sənin hüququnu təmin etmək
üçündür” prinsipindən irəli gələrək, öz maraqlarını da təmin
etməyə çalışırlar. Böyük dövlətlərdə cəmləşən resurs kütləsinin
çoxluğu və ondan sistemli istifadə başlıca olaraq güclərin
təsnifatını yaradıbdr. Güc, bu baxımdan, tərəflərə böyük
funksiya və səlahiyyət verməkdədir. Böyük dövlətlər onların
potensiallarını artıran elementlərin və elementlərin hərəkət-
lərinin hesabına güclənirlər. Böyük dövlətlərin güclənməsində
həm də siyasət istiqamətlərinin həcmi, yəni siyasət axınlarının
kütləsi böyük rol oynayır.
1
1
Nəsibov E.M. Gələcək dünya düzəni və geosiyasi mənzərə. Siyasi
proqnozların əsasları. Ümumi hissə. I kitab. “Elm və təhsil” nəşriyyatı,
Bakı-2013, 544 səh.,ss.250-294.
26
Bəşəri güc, bəşəri potensial ümumsülhün qorunmasına və
bir qədər də maddi sərvətlərin tarazlı paylanmasına əsaslan-
mışdır. Güc o zaman böyük əhəmiyyət kəsb edir ki, təcavüzün
qarşısını alır, zorakılığın qarşısını kəsir və eləcə də maddi və
mənəvi tələbatın tarazlı ödənilməsinə yönəlir. Güc bu anda
pozitiv funksiyanı və proteksionizmi yerinə yetirir. Güc
(zorakılıq tətbiq edilən gücün məzmunu və xarakteridir və daha
çox mənfi amil kimi dərk olunur), eyni mənbədən tətbiq edilsə
də, müsbət istiqamətə yönələrsə- humanizmə, mənfi istiqamətə
yönəldikdə isə zorakılığa və vəhşiliyə xidmət edir. Yəni, güc
həm zorakılığı yaradır, həm də humanizmə xidmət edir. Burada
gücün ikili xassəsi ortaya çıxır. Humanizmin təmin edilməsi də
mənfi ünsürün zərərsizləşdirilməsinə yönəlmiş zorakılıqdan
meydana gəlir. Beynəlxalq münasibətlərdə stereotiplərdən
təmizlənmənin özü də gücün tətbiqi sayəsində mövcud olur.
Beynəlxalq münasibətlərdə güc qüvvəni, qüvvə isə
potensialı ortaya çıxarır. Bir məsələni də xüsusi olaraq
qeyd etmək lazımdır ki, böyük güc mərkəzinin sərhəd-
lərində və siyasi-iqtisadi orbitində yerləşmək sayəsində
digər orta və kiçik miqyaslı güc birliklərinin (yəni dövlət-
lərin) potensialları da artır. Böyük dövlətin sərhəddində
yerləşmək də gücün artmasına xidmət edir. Böyük
mərkəzdən gələn və orta və kiçik mərkəzlərə daxil olan
enerji daxil olduğu məkanların resurslarının çoxalmasına
və resurslar üzərində hərəkətlərin böyüməsinə səbəb olur.
1
Dünyanın təbii, maddi və mədəni sərvətlərinə birgə
yiyələnmə, bəşəri problemlərin ümumilikdə həlli, vahid
sivilizasiyanın inkişafını təmin etmək müasir dünyanın iqtisadi,
siyasi və mədəni cəhətdən inkişaf etmiş və etməkdə olan
xalqlarının qarşısında duran başlıca məqsəddir. Bu baxımdan
istənilən cəmiyyətdə başqa cəmiyyətlərə inteqrasiya prosesləri
1
Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, təhlillər, ideyalar,
təkliflər, proqnozlar) elmi və elmi-publisistik məqalələr toplusu. II CİLD,
Bakı, “Elm və təhsil”, 2010, 600 s., ss.205-249.
27
baş verir. Məlumdur ki, dünya ayrı-ayrı etnoslardan və
müxtəlif say tərkibinə malik olan xalqlardan və bu xalqların
mənsub olduqları müxtəlif ərazi ölçüsünə malik olan
dövlətlərdən ibarətdir. Hal-hazırda beynəlxalq hüququn əsas
subyektləri olan dövlətlər bir-biriləri ilə yeni əsaslı
münasibətlər qurmaq, əlaqələr yaratmaq siyasətini həyata
keçirirlər. Əvvəlcə də qeyd olunduğu kimi, bu proseslər
fonunda onların iştirak səviyyələrinə görə gücləri təsnif
olunur. Müasir zamanda dünya xalqlarını düşündürən əsas
məsələ dünyanın artan gücünün hansı istiqamətlərə yönəldil-
məsidir. Bütün istiqamətlərdə insan hüquqlarının təmin və
müdafiəsi əsas məqsədlərə çevrilir. Ən pozitiv yol beynəlxalq
sülhün, ümumdünya sülhünün qorunmasına xidmət etməkdən
ibarətdir. Xalqlar arasındakı münasibətlər və iqtisadi-siyasi,
mədəni əlaqələr onların təmsil olunduqları dövlətlər (dövlət
hakimiyyəti) vasitəsilə qurulur. Yəni dövlətlərin ikitərəfli və
çoxtərəfli əsaslarla imzaladıqları sənədlər əsasında onların
vətəndaşları
arasında
münasibətlər
formalaşır,
əlaqələr
yaradılır. Buradan belə bir məntiqi nəticə əmələ gəlir ki, dünya
vətəndaşlarının birgə inteqrasiyasını təmin edən əsas qüvvə
məhz həmin vətəndaşların yaratdıqları dövlətlərdir. Xalqlar
arasındakı münasibətlərin səviyyəsi, yəni aşağı və yüksək,
yaxşı və pis olması müasir zamanda onların dövlətlərindən və
hakimiyyətlərindən asılıdır. Tarixən də, yəni dövlətlərin
meydana gəlməsi anından, hal-hazırki vaxta qədər də belə
olmuşdur. Buradan konkret olaraq belə bir sual ortaya çıxa
bilir:- dövlətlərə xarici siyasət lazımdırmı və dövlətin xarici
siyasəti xalqlara, dövlətlərin vətəndaşlarına nə kimi xidmət
göstərir? Cavab ondan ibarətdir ki, xarici siyasət öz-özlüyündə
xarakterinə görə müsbət (vətəndaşlara xidmət edən) və mənfi
(vətəndaşlarını müharibələrə, silahlı münaqişələrə sürükləyən)
xüsusiyyətlərə malik olur. Dünyada bəzi dövlətlər vardır ki,
onların xarici siyasətində mənfi amillər üstünlük təşkil edir.
Bunlar o dövlətlərdir ki, yuxarıda sadalanan müsbət amillərin
28
bir çoxu həmin dövlətlərin xarici siyasətində nəzərdə tutulmur.
Belə dövlətlər işğalçılığa meyil edirlər. Başqa dövlətlərin
ərazilərində terror aksiyaları həyata keçirirlər. Beynəlxalq
münasibətlərdə dövlətlərin güclərinə görə təsnif olunmaları bir
çox hallarda işğala meyilli olan dövlətlərin hamilərinin ortaya
çıxmasının əsaslarını yaradır. (Qeyd: beynəlxalq davranışlar
zamanı beynəlxalq münasibətlərin etikası meydana gəlir. Bu
etika
beynəlxalq
münasibətlərdə
ə
xlaq
qaydalarını
formalaşdırır. Əxlaq qaydaları da dövlətlərin ədalətli və ya da
ə
dalətsiz davranışlarının əsaslarını təşkil edir).
Mənfi amilləri əsaslandıran hərəkətləri aşağıdakı
şəkildə xarakterizə etmək olar:
-Bir və ya bir neçə dövlətin başqa dövlətə (dövlətlərə) qarşı
ərazi iddiaları meydana gəlir və bu məqsədlə iddialı dövlət öz
maraqları naminə münaqişələrin əmələ gəlməsi üsuluna əl atır-
məsələn, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları
üzərində işğalçılıq siyasəti.
-Dövlət qonşu dövlətdəki iqtisadi inkişafı qəbul etmir və
həmin dövlətin güclənəcəyindən ehtiyatlanaraq terror həyata
keçirməyə çalışır - məsələn, erməni terror təşkilatlarının
Azərbaycanda törədilmiş terror hadisələrində iştirakını buna
nümunə göstərmək olar.
-Bir dövlət başqa bir dövlətin inkişafını qəbul eməyərək,
tormozlayıcı və xaos yaradıcı üsul olaraq, ona qarşı tarixi
düşmənçilik ideyalarını ortaya atır və beynəlxalq təzyiqi
artırmaq məqsədini güdür. Məsələn, ermənilərin qondarma
soyqırım ideyasını ortaya atmaq amilini buna nümunə
göstərmək olar.
-Bir dövlət başqa bir dövlətin iqtisadi gücünü qəbul
etməyərək həmin dövlətlə “soyuq” münasibətləri olan
dövlətlərlə bir çox sahələrdə ittifaq qurur və xarici siyasətini
həmin istiqamətə yönəldir. Burada düşmənçilik bucaqları
29
formalaşır-məsələn, SSRİ-ABŞ qarşıdurmasını buna nümunə
göstərmək olar. Bu gün də oxşar məzmunlu proseslər davam
etməkdədir.
-Bir dövlət başqa bir dövlətin ümumi inkişafını qəbul etmir
və həmin dövlətlərdəki etnik qruplardan istifadə edərək
münaqişə yaratmağa çalışır-məsələn, Azərbaycana qarşı
yönəldilən xarici dövlətlərin gizli hərəkətləri buna nümunədir.
-Bir dövlət başqa bir dövlətin xarici siyasət istiqamətini
qəbul etmir və ona qarşı müəyyən təxribatlara əl atır.
-Bir dövlət başqa bir dövlətlə düşmən münasibətlərdə
olduqda ona qarşı iqtisadi sanksiyalardan istifadə edir-məsələn,
ABŞ-İran, ABŞ-Şimali Koreya münasibətlərində bunun şahidi
olmaq olar və s.
Ümumiyyətlə, mənfi amillər beynəlxalq münasibətlərdə
haqsız rəqabətin məhsulu olaraq meydana gəlir. Mənfi amillər
dövlətlər arasında etnik zəmində (məsələn, Ermənistanın
Azərbaycana təcavüzünün mərkəzində bu amil dayanır), eləcə
də dövlətlər daxilində etnik zəmində-Gürcüstanda olan etnik
münaqişələr
dövlət
daxilində
baş
veribdir-münaqişələr
meydana gəlir. Hər iki hal dövlətin beynəlxalq münasibətlərinə
mənfi təsirlərini göstərir.
Müsbət amillər isə daha çox dostluğa, mehribançılığa,
mehriban
qonşuluq
şəraitində əməkdaşlığa (məsələn,
Azərbaycan-Türkiyə əlaqələri; Türkiyə-Gürcüstan əlaqələri;
Azərbaycan-Gürcüstan
əlaqələri;
Rusiya-Qazaxıstan
və
Rusiya-Belarus əlaqələri; Avropa İttifaqı daxilində olan
əlaqələr buna əyani sübutdur), ədalətli davranmağa və s.
söykənir. Mehriban münasibətlər və ədalətli əməkdaşlıq
şəraitində dövlətlər birgə qaydada yararlanmağa və
faydalanmağa çalışırlar. Beynəlxalq münasibətlərdə birgə
iştirak və birgə şəkildə potensialın əldə olunması dövlətlərin
beynəlxalq əlaqələrdə güclənməsinin əsaslarını təşkil edir.
Xarici siyasətin müsbət istiqamətləri bəşəri dəyərlərin
zənginləşməsinə və sülhə xidmət edir. Beynəlxalq hüququn
30
hamılıqla qəbul olunmuş və nəzəri baxımdan ədaləti özündə
əks etdirən universal prinsipləri və bu prinsiplərə əməl etmək
xarici siyasətin müsbət amillərini meydana gətirir. Dövlətin ali
məqsədi (ümumiyyətlə, dövlət elə vətəndaşların ali məqsəd-
lərini təmin etmək üçün təşkil olunan bir qurumdur) öz
maraqlarını dinc şəraitdə təmin etməkdən ibarətdir. Bu zaman
dövlətin beynəlxalq səviyyədə nüfuzu da güclənir.
Bu mövzuda həm beynəlxalq sülhün, həm də lazımi
anlarda beynəlxalq gərginliklərin- münaqişələrin, mühari-
bələrin və böhranların yaranmasına xidmət edən və belə
vəziyyətləri şərtləndirən güc amili şərh edilir. Dövlətlərin fərqli
güclərə malik olmalarının ən mənfi xüsusiyyətləri də məhz
beynəlxalq gərginliyin, böhranların yaranmasını şərtləndirir.
Xarici siyasətin səviyyəsi (gücü) dövlətin gücündən
asılıdır. Nəzərə almaq lazımdır ki, dövlət bir siyasi qurum kimi
tarixin müəyyən anında bəlli bir məkanda yaşayan xalqlar və
tayfa birləşmələri tərəfindən ortaya çıxan real gerçəkliklər
fonunda yaradılır. Elə dövlətlər də olur ki, həmin dövlətlərin
yaradılmasında müxtəlif xalqlar iştirak edirlər. (Məsələn, ABŞ
və Kanadanın yaranmasında, ərazinin əhali ilə təmin
olunmasında ingilislər və fransızlarla yanaşı, digər Avropa
xalqları da iştirak ediblər. Amerika və Avstraliya qitələrnin
əhalisi kənar qitələrdən gələnlərdir). Müəyyən ərazidə təşəkkül
tapmış dövlətlər tədricən digər dövlətlərlə əlaqələr yaratmağa
başlayırlar. Bununla da həmin dövlətlərin xarici siyasətləri
meydana gəlir. Xarici siyasət xaricdən olan (digər ölkələrdə
olan) resursların ölkə ərazisinə gətirilməsi funksiyasını da
yerinə yetirir. Eyni zamanda bu fəaliyyət daxildən də
müxtəlif resursları xaricə aparır. Resurs mübadilələri baş
verir. Nəticədə münasibətlər meydana gəlir, əlaqələr qurulur.
Beynəlxalq münasibətlər – resursların məkanlardan-
məkanlara,
dövlətlərdən-dövlətlərə
mübadiləsini
əks
etdirən hərəkət təzahürüdür və hərəkətin nəticəsidir,
31
məhsuludur. Eyni zamanda özündə hərəkətləri daşıyan bir
vəziyyətdir.
Dövlətin özü güclü olduqda (daxili güclü olduqda) xarici
siyasəti də güclü olur. Dövlət xarici siyasətini məhz öz gücünə
arxalanaraq həyata keçirir. Xarici siyasətin gücü həm də daxili
resurslara edilən təkanlardan meydana gəlir.
Dövlətin daxili gücünü əks etdirən amillərin aşağıdakılar
olduğu qənaətinə gəlmək olar:
-dövlətin ərazisinin böyüklüyü (Rusiya, Çin, Kanada, ABŞ,
Hindistan,
Avstraliya,
Braziliya,
Argentina,
Meksika,
İndoneziya, Qazaxıstan, İran, Türkiyə və s.);
-əhalinin çoxluğu (Çin, Hindistan, ABŞ, İndoneziya,
Braziliya, Pakistan, Yaponiya, Rusiya, Almaniya, Türkiyə və s.);
-ərazinin maddi-material sərvətlərinin bolluğu (məsələn,
Rusiya, ABŞ, Kanada, Almaniya, Yaponiya, Avstraliya,
Fransa, Çin, Hindistan, Braziliya, İran, Qazaxıstan, Ukrayna,
Türkiyə və s. kimi dövlətlərdə qlobal ərzaq və digər maddi
tələbat təhlükəsizliyinə xidmət göstərən kənd təsərrüfatı, ərzaq
və sənaye məhsulları istehsal olunur);
-ərazinin təbii sərvətlərinin mövcudluğu (məsələn, Rusiya,
ABŞ, Almaniya, Kanada, Çin, İran, Hindistan, Braziliya, Fars
körfəzi ölkələri, Venesuela, Nigeriya, Anqola, Əlcəzair,
Azərbaycan, Qazaxıstan, Özbəkistan və s. kimi ölkələrdə
müasir dünyanın tələbatını ödəyəcək təbii sərvətlər-dəmir filizi,
qiymətli metalllar, daş kömür, meşə təsərrüfatı, neft, qaz,
pambıq və s. mövcuddur);
-əhalinin maddi tələbatının böyük qismini ödəyə biləcək
müasir sənaye istehsalının inkişafı (dünyanın inkişaf etmiş və
etməkdə olan bir çox dövlətlərində yüksək keyfiyyətə malik və
böyük həcmdə məhsullar istehsal olunur);
-qeyri-sənaye sahələrinin inkişafı (məsələn, turizm
sahəsində bir çox ölkələr-ABŞ, Fransa, İspaniya, Türkiyə,
32
Yunanıstan, Şimali Afrika ölkələri-Misir, Mərakeş, Tunis,
Tailand, Səudiyyə Ərəbsitanı-dini ziyarət baxımından, İtaliya-
dini ziyarət və əlverişlşi iqlimi baxımından, İran-tarixi
abidələrinin çoxluğu baxımından, Yaponiya, Avstraliya və s.
böyük gəlirlər əldə edirlər);
-elmi –tədqiqat mərkəzlərinin və orta və ali məktəblərin
çoxluğu (məsələn, ABŞ, Almaniya, Yaponiya, Fransa, Böyük
Britaniya, Rusiya kimi ölkələr dünyanın əsas elm və tədqiqat
mərkəzləri kimi qəbul olunurlar);
-transmilli korporasiyaların çoxluğu və böyük məkanları
əhatə edən fəaliyyətləri (məsələn, ABŞ, Yaponiya, Böyük
Britaniya,
Almaniya
kimi
ölkələrin
böyük
transmilli
korporasiyaları onların dünyanın makrosiyasətində iştirak
imkanlarını yaradır);
-dövlətin xüsusi hazırlıqlı, yüksək döyüş qabiliyyətinə
malik, nizam-intizamlı və peşəkar orduya malik olması
(məsələn, ABŞ, Rusiya, Türkiyə və s. kimi dövlətlərin ordusu
çox güclüdür);
-dövlətin hərbi-sənaye kompleksinin gücü (məsələn, ABŞ,
Rusiya, Çin, Fransa, Böyük Britaniya, Hindistan, Pakistan kimi
dövlətlər böyük hərbi sənaye kompleksinə malikdirlər və atom
dövlətləridirlər. Bununla yanaşı, Almaniyanın da çox güclü
hərbi- sənayə kompleksi vardır);
-xüsusi təyinatlı silahlara, bu baxımdan strateji və taktiki
silahlara və hərbi bazalara (quruda və dənizdə) sahib olan
dövlətlər (məsələn, ABŞ və Rusiya dünyanın iki böyük raket-
yaxın, orta və uzaq mənzilli raketlər, və nüvə silahına sahib
olan dövlətləridirlər);
-strateji
silah
kompleksinin
tərkibi
olan
müdafiə
komplekslərinin mövcudluğu (ABŞ və Rusiya daha çox RƏM
elementlərinə, o cümlədən müşahidə-nəzarət komplekslərinə-
radiolakasiya qurğularına, sahibdirlər);
-strateji aviasiyaya, hərbi dəniz donanmalarına, sualtı
gəmilərə, aviadaşıyıcı gəmilərə (modul tipli hərbi dənzi
33
bazalarına) sahib olmaq (məsələn, ABŞ, Rusiya, Böyük
Britaniya, Fransa və s. kimi dövlətlər bu baxımdan öndədirlər);
-dövlətin elmi-texniki inkişafının səviyyəsi (məsələn,
Yaponiya əhalisinin çoxluğuna, ərazisinin kiçikliyinə, təbii
sərvətlərinin azlığına baxmayaraq, ABŞ-la yanaşı, kompyuter
sənayesinin inkişafında dünyanın ən qabaqcıl dövlətləri
sırasındadır);
-kosmik sənayenin mövcudluğu, eləcə də kosmosdan
müşahidə qurğularının, məsələn, süni peyklərin mövcudluğu
(Rusiya, ABŞ, Çin, Avropanın qabaqcıl ölkələri, Türkiyə,
Azərbaycan və s.);
-dövlətin coğrafi mövqeyi (məsələn, Azərbaycan, Türkiyə,
Rusiya, Gürcüstan, Yunanıstan, İspaniya, Fransa, Şərqi Avropa
ölkələri olduqca əlverişli coğrafi mövqedə, Şərqlə Qərbin,
Şimalla-Cənubun qovuşduğu bir məkanda yerləşmişlər. ABŞ-
ın coğrafi mövqeyi, okeanlarla əhatə olunması onu “dəniz
hakimiyyəti” dövlətinə çevirmişdir. Səudiyyə Ərəbistanı və
Misir kimi ölkələr, Mərakeş və İspaniya, Filippin, Malayziya,
Sinqapur, Portuqaliya, Cənubi Afrika Respublikası, Panama,
Argentina və Braziliya, eləcə də Yaponiya və Cənubi Koreya,
dənizləri və okeanları birləşdirən ticarət yolları üzərlərində
yerləşiblər);
-əlverişli coğrafi mövqenin tərkibi olaraq, dövlətin
okeanlara çıxışı (Rusiya, ABŞ, Kanada, Avstraliya, Hindistan,
İndoneziya, Malayziya, Çin, Böyuk Britaniya, Yaponiya,
Braziliya, Argentina, Fransa, Almaniya, İtaliya, İspaniya,
Filippin, Misir, Mərakeş, Səudiyyə Ərəbistanı, Meksika,
Cənubi Afrika Respublikası, kimi dövlətlərin okeanlarla və
okenalara çıxışları olan dənizlərlə əhatə olunması onların
iqtisadi gücünü daha da artırır);
-dövlətin dənizlərlə əhatə olunması (məsələn, ABŞ,
Kanada, Çili, Argentina, Cənubi Amerikanın şimal dövlətləri,
Rusiya, Almaniya, Yaponiya, Fransa, Böyük Britaniya,
Türkiyə, Misir, İran, Cənubi Koreya, Meksika, Yunanıstan,
34
Ukrayna, Azərbaycan, Gürcüstan, Rumıniya, Hindistan,
Malayziya, Filippin, İndoneziya, Cənubi Afrika Respublikası,
və s. kimi ölkələrin dənizlərlə əhatə olunması həmin
dövlətlərin dünya okeanlarına çıxışını təmin edir, dövlətlərarası
iqtisadi-ticarət əlaqələrini genişləndirir. Eyni zamanda bu
ölkələrdə balıq sənayesinin inkişafını yaradır);
-dövlətin əlverişli iqlim şəraiti və turizm sahələrinin
inkişafı (məsələn, İspaniya, Türkiyə, Tailand, Mərakeş,
Yunanıstan, Mərkəzi Avropa ölkələri, İspaniya və s. kimi
dövlətlər turizmdən çoxlu gəlir əldə edirlər. Bununla yanaşı, bu
ölkələrdə sağlamlıq kompleksləri zonaları mövcud olur);
-dövlətin tarixi inkişaf prosesi (məsələn, Çin, Böyük
Britaniya, Almaniya, Hindistan, Fransa, Rusiya, ABŞ, Türkiyə,
İran, Azərbaycan və s. kimi dövlətlər tarixən güclü dövlətçilik
ənənələrinə malik olublar. Britaniya, Osmanlı, Rusiya, Çin
kimi imperiyalar tarixən güc nümayiş etdirərək böyük ərazilər
əldə saxlayıblar, digər dövlətlərə təsir imkanlarına malik
olublar);
- xeyriyyəçilik fəaliyyəti. İmkanlı dövlətlər xeyriyyəçilik
fəaliyyətləri həyata keçirməklə bir çox ölkələrdə ictimai nüfuz
əldə edirlər ki, bu addım da siyasi təsirlərin formalaşmasını
zəruri edir. Bu fəaliyyət növü öz-özlüyündə asılılıq sistemini
ortaya çıxarır. Mətbuatın yazıdığına görə, Giving Pledge adlı
xeyriyyə hərəkatı vardır. Bu hərəkatı Bill Qeyts və Uorren
Baffet yaradıblar. “Facebook”-un sahibi və banisi Mark
Sukerberq, CNN telekanalının banisi Ted Törner, Rusiyalı
Vladimir Potanin, Britaniyanın Virgin Group korporasiyanın
sahibi Riçard Brenson bu hərəkatda iştirak edirlər.
1
Dostları ilə paylaş: |