§ 2. 1870-ci ĠL KƏNDLĠ ĠSLAHATININ
HAZIRLANMASI VƏ KEÇĠRĠLMƏSĠ
XIX yüzilliyin ikinci yarısında Rusiyada iri maşın sənayesinin inkişafı
bütün ölkənin kapitalist inkişaf yoluna keçməsinə, feodal-təhkimçilik sisteminin
böhranının güclənməsinə böyük təsir göstərirdi. Bu sistem şəraitində icbari əmək
az məhsuldar idi və sərfəli deyildi. O, məhsuldar qüvvələrin gələcək inkişafını
qüvvətli şəkildə ləngidirdi. İnkişaf etməkdə olan sənaye azad işçi qüvvəsinə kəskin
ehtiyac hiss edirdi, belə qüvvə isə yox idi. Belə ki, kəndlilər təhkimçilik
asılılığında olub, feodal-mülkədarların torpaqlarına təhkim edilmişdilər. Belə
vəziyyətdə istehsal münasibətlərinin məhsuldar qüvvələrin xarakterinə mütləq
uyğun gəlməsi qanunun pozulmasına, vaxtı keçmiş köhnə istehsal münasibətləri ilə
yeni məhsuldar qüvvələr arasında ziddiyyətə gətirib çıxarırdı. Eyni zamanda ticarət
əkinçiliyinin daha da inkişafı ilə əlaqədar kəndlilərin təhkimçilik istismarı Rusiya
kəndində sinfi mübarizəni xeyli kəskinləşdirdi. Bütün bu deyilənlər 50-ci illərin
sonunda ölkədə inqilabi şəraitin yaranmasına gətirib çıxardı, çarizmin Krım
müharibəsində məğlubiyyəti isə ―təhkimçilik rejiminin çürüklüyünü‖ göstərdi, eyni
zamanda bütün açıqlığı onun ləğv edilməsinin zəruriliyini nümayiş etdirdi. Bütün
bunlar ―...birinci mülkədar II Aleksandrı etiraf etməyə məcbur etdi ki, aşağıdan
devrilməyi gözləməkdənsə, yuxarıdan azad etmək yaxşıdır‖.
1861-ci il fevralın 19-da çar II Aleksandr (1855-1881) ―Təhkimçilik
asılılığından çıxmış kəndlilər haqqında Əsasnamə‖ni təsdiq etdi. ―Əsasnamə‖də
kəndli islahatının əsas şərtləri izah edilir, kəndlilər şəxsi azadlıq və öz
əmlaklarından sərbəst istifadə etmək hüququ alırdılar, torpağın mülkiyyətçisi isə
yenə əvvəlki kimi mülkədarlar qalırdı. Lakin onlar kəndlilərə daimi istifadə üçün
həyətyanı və həmçinin pay torpağı verməliydilər. Bunun müqabilində kəndlilər
biyar işləməli, həyətyanı sahəni və mülkədarlarla razılaşmaya əsasən torpaq payını
satın almaq hüququ verildiyindən, pay torpaqlarını satın alana qədər töycü ödəməli
idilər. Mülkədarlar müəyyən şərtlərlə pay torpaqlarının bir hissəsini özlərinə
götürmək hüququ alırdılar. Bu hüquqdan istifadə edən mülkədar kəndlilərin
əvvəllər istifadə etdiyi ən yaxşı torpaqları kəsib özünə götürdü. Bütün otlaqlar,
meşələr, suvatlar mülkədarların sərəncamına keçirildi.
Kəndli islahatı kapitalizmin daha da inkişafı üçün şərait yaratdı, daha
doğrusu islahat köhnə feodallarla yeni kapitalist sosial-iqtisadi istehsal
münasibətləri arasında sərhədə çevrildi.
Təhkimçiliyin qalıqlarına baxmayaraq, ―61-ci ildən sonra Rusiyada
kapitalizmelə sürətlə inkişaf etdi ki, Avropanın bəzi köhnə ölkələrində əsrlər
ərzində baş verən dəyişikliklər Rusiyada on illər ərzində əmələ gəldi.
Rusiyada kapitalizmin sürətlə inkişafı Azərbaycanda kapitalizmin
inkişafına təsir göstərə bilməzdi. XIX yüzilliyin 60-cı illərində Azərbaycanın
iqtisadi inkişaf prosesində kapitalizm yolu göz qabağında idi [35]. Bu proses,
şübhəsiz ki, əmtəə istehsalının inkişafı, feodal münasibətlərin dağılması ilə
müşayiət olunurdu. Buna görə də 60-cı illərin sonlarında Şimali Azərbaycanın
sosial-iqtisadi inkişafı feodal münasibətlərinin ləğv edilməsini tələb edirdi. Yerli
feodallarla ittifaqda olan çar hökuməti onların mənafeyinə uyğun olaraq Cənubi
qafqazda, o cümlədən Azərbaycanda islahat keçirilməsini bir neçə il ləngitdi.
Çarizm bunu onunla əsaslandırırdı ki, guya Şimali Azərbaycanda islahat keçirmək
üçün iqtisadi şərait kifayət qədər yetişməmişdir və bütün Azərbaycan kəndliləri
hüququ cəhətdən dövlət kəndliləri hesab olunurlar, daha doğrusu, onlar təhkimli
deyillər, şəxsi azadlıq statusundan istifadə edirlər. Əslində isə sahibkar kəndliləri
feodal-asılı vəziyyətində idilər.
Lakin Şimali Azərbaycanın metropoliyanın mənafeyi baxımından
müstəmləkə istismarı vəzifələri, diyarda yaranmaqda olan sənaye kapitalı üçün
sərbəst işçi qüvvəsinə tələbat, Mərkəzi Rusiyanın inkişaf etməkdə olan sənayesi
üçün xammala ehtiyac islahatın keçirilməsini tələb edirdi. Feodal münasibətləri
ölkənin iqtisadi inkişafına mane olur bazar əkinçiliyinin inkişafını, əmtəə-pul
dövriyyəsinin tətbiqini, sənayedə və kənd təsərrüfatında kapitalist sahibkarlığının
yaranmasını ləngidirdi.
Bu dövrdə Cənubi Qafqaz xalqlarının, o cümlədən Azərbaycan xalqının
ictimai həyatında mühüm dəyişikliklər yaranmağa başladı. Burada müəyyən sosial-
iqtisadi şərait yetişmiş, maarifçilik ideyaları inkişaf etməyə başlamışdı. Feodal
qaydalarını pisləyən səslər getdikcə daha ucadan eşidilirdi. Kəndlilərin feodal
asılılığına və feodal zülmünə qarşı qətiyyətlə çıxış edənlərdən biri M.F.Axundov
idi. O, Azərbaycan qəzalarının kəndliləri ilə əlaqə saxlayırdı. Belə ki, Qazax
qəzasının ruhani şəxslərindən biri öz şikayətində göstərirdi ki, kəndlilərin ona qarşı
qiyamı M.F.Axundovun məsləhəti ilə hazırlanmışdır [36]. Feodal zülmünə qarşı
Q.Zakir və Azərbaycan ziyalılarının digər nümayəndələri də çıxış edirdilər. Kəndli
çıxışlarının perspektivləri də çar hökumətini narahat edirdi. Belə ki, 60-cı illərdə
kənddə baş verən sosial-iqtisadi dəyişikliklərin, ticarət və əkinçiliyin inkişafının
təsiri altında kəndlilərin istismarı da güclənirdi.
Əvvəllər bilavasitə təsərrüfatla məşğul olmayan bəylərin bir hissəsi şəxsi
əkinin xeyrinə görərək, kəndli torpaqlarını ələ keçirməyə, vergi və
mükəlləfiyyətləri artırmağa başladılar ki, bu da kəndlilər arasında narazılığın
artmasına səbəb oldu.
Gürcüstanda təhkimçilik islahatı keçirmək haqqında 1863-cü ildə
Gürcüstanla həmsərhəd olan Zaqatala dairəsinə çatan şaiyələr burada böyük
üsyanın başlanmasına səbəb oldu. Aqrar islahatın həyata keçiriləcəyi təqdirdə
özlərinin keşkəllərindən, daha doğrusu, muğalları və yenkiloyları feodal istismarı
etmək hüququndan məhrum olacaqlarından ehtiyat edən feodal əyanları, avarlar və
saxurlar – keşkəl sahibləri üsyan qaldırdılar [37]. Şimali Azərbaycanın bu
bucağında mövcud olan mürəkkəb sosial münasibətlər, çarizmin hədsiz dərəcədə
amansız siyasəti, çar hakimiyyət orqanlarının, o cümlədən Zaqatala dairə rəisinin
özbaşınalığı, rüşvətxorluq, qanunsuzluq keşkəl sahiblərinin camaatın aşağı
hissəsini öz tərəflərinə çəkmək üçün şərait yaradırdı.
Üsyanın digər səbəbi hakimiyyət orqanları tərəfindən həyata keçirilən
zorla xristianlaşdırma oldu. Çarizm bu siyasəti həyata keçirmək üçün müxtəlif
çirnikləndirmədən başlayaraq, zorakılığa qədər bütün metodlardan istifadə edirdi;
hökumət dairələri xristianlığı qəbul edən kəndlilərə torpaq asılılığından azad
edilməsi vədini verirdi. XIX yüzilliyin 50-ci illəri ərzində Qax, Əlibəyli, Qarağan,
Kötüklü, Meşəbaşı, Tasmalı, Zəyəm, Lələpaşa, Marsan, Yengiyan xristianlıq zorla
yayıldı.
Bu kəndlərin əhalisinin, xüsusilə yengiloyların xristianlaşdırılması,
xristianlığın yayılması, özlərinin yengiloylar – keşkəl saxlayanlar torpaq
vergilərindən məhrum olmaqdan qorxuya düşən keşkəl sahiblərinin – carlıların da
narazılığına səbəb oldu. Keşkəl institutu ilə əlaqəsi olmayan bəzi başqa kəndlərin
də əhalisi üsyana qoşuldu.
Üsyan 1863-cü il iyunun əvvəlində başlandı. Ona böyük nüfuz sahibi olan
və Balakən camaatının başında duran Hacı Murtuz rəhbərlik edirdi. Üsyan etmiş
balakənlilər və qavaxçöllülər Zaqatala şəhərini ələ keçirdilər. Lakin onlar Zaqatala
qalasını tuta bilmədilər. Hacı Murtuzun bütün Zaqatala əhalisini dini şüarlarla
üsyana qaldırmaq ümidi özünü doğrultmadı. İlisu sahəsinin sakinləri, yengiloylar
və Yenisel sahəsi əhalisinin əksəriyyəti üsyana qoşulmadı. Üsyan iştirakçılarının
sayı 3,5 min nəfərə İyunun 5-də imam elan edilən Hacı Murtuz iyunun 5-dən 6-na
keçən gecə, səhərə yaxın üsyançıları leysan yağışın altında qalaya hücuma apardı.
Üsyançılar qala divarlarına çatsalar da və onlardan bəzilərinə nərdivanlar
söykəsələr də, artilleriya və tüfənglərdən açılan şiddətli atəşlə pərən-pərən
salındılar. Üsyançıların qalanı ələ keçirmək üçün sonrakı cəhdləri də
müvəffəqiyyət qazanmadı. Tezliklə İlisu sahə rəisinin əsasən yengiloylardan ibarət
olan süvari dəstəsi və həmçinin yerli əhalidən olan 3 minlik süvari dəstə
mühasirəyə alınmış qalanın müdafiəçilərinin köməyinə gəldilər və üsyanı yatırıldı.
Hacı Murtuz gizlənsə də 1864-cü il fevralın 8-də təslim oldu, tezliklə Yenisey
quberniyasına sürgün edildi və burada da öldü. Hərbi səhra məhkəməsinin qərarı
ilə üsyanın fəal iştirakçılarından 18 nəfəri dar ağacından asıldı, bir neçə yüz adam
ailə üzvləri ilə birlikdə katorqaya göndərildi.
Üsyan yatırıldıqdan sonra çarizm dairədə polis nəzarətini gücləndirdi.
Mülki idarəçilik ləğv olundu və hərbi-inzibati sistem tətbiq edildi.
Bununla belə, çarizm Cənubi Qafqazın digər hissələri üçün kəndli islahatı
keçirməyə məcbur oldu. Lakin bundan bir sıra tədbirlər görüldü. 1847-ci il 20 aprel
―Əsasnamə‖sinə görə, keçmiş xan ailəsi üzvlərinə məxsus və yaxud ağaların
torpaqlarında kətxudalar sahibkarlar tərəfindən təyin edilirdi ki, bu da ağalar
tərəfindən özbaşınalıqlara və kəndlilərin narazılığına səbəb oldu. 1859-cu ildə bu
qayda dəyişdirildi və ağa kəndlərində kətxudaları ancaq quberniya rəisinin razılığı
ilə təyin getmək qərarına alındı. Hökumət dairələri bu tədbiri ağaların
özbaşınalığından
kəskin
narazı
olan
kəndlilərin
sinfi
mübarizəsinin
güclənməsindən qorxaraq, həyata keçirməyə məcbur olmuşdu.
Çar hökuməti 1861-ci il iyunun 29-da ―Cənubi Qafqaz diyarının
mərkəzləşdirilməsi haqqında Əsasnamə‖ni təsdiq etdi və buna əsasən də 1862-ci
ildə yanvarın 1-dən fəaliyyətə başlayan xüsusi Cənubi Qafqaz mərkəz palatası
yaradıldı. Palata hər bir kənd icmasının sərhədlərini müəyyənləşdirməklə yanaşı,
həm də bütün mülk və malikanələrin də sərhədlərini dəqiqləşdirməli idi. Lakin
uzun müddət mərkəzləşdirmə üzrə heç bir iş aparılmadı.
1861-ci ildə çar hökuməti ağaları kəndlilər üzərində polis nəzarəti və
məhkəmə hakimiyyəti hüququndan məhrum etdi. Tezliklə Şimali Azərbaycanın
bütün feodallarına qarşı da belə tədbiri həyata keçirmək lazım gəldi.
1861-ci ilin dekabrında ―Cənubi Qafqazda yerli (zemski) gözətçi dəstələri
haqqında Əsasnamə‖ təsdiq edildi. Bu dəstələr yollar üzərindəki gözətçi xidmətinin
və qarovul məntəqələrinin saxlanılmasını təmin etməli idilər. Elə həmin il Cənubi
Qafqazda müntəzəm məlumatların toplanılmasında mühüm rol oynayan quberniya
statistika komitələri fəaliyyətə başladı. 1865-ci il yanvarın 28-də bəyləri məhkəmə
və polis hakimiyyəti hüququndan məhrum edən və ―seçkili‖ əsaslar üzərində
qurulan ―Kənd cəmiyyətlərinin ictimai idarəsi haqqında Əsasnamə‖ nəşr edildi. Bu
―Əsasnamə‖nin nəşrindən sonra da bəylər kənd hakimiyyəti orqanlarına müəyyən
təsir göstərsələr də, onların kəndlilər üzərindəki əvvəlki hakimiyyəti artıq yox idi.
1864-cü ildə Şərqi Gürcüstanda kəndli islahatı haqqında ―Əsasnamə‖
təsdiq edildi. Elə həmin il zəylik zəy zavoduna təhkim edilmiş Zəylik kənd
sakinlərinin, həmçinin Bakı quberniyasındakı neft quyularına təhkim edilmiş
Balaxanı kənd sakinlərinin, 1868-ci ildə Naxçıvan duz mədənlərində işləyən
Şıxmahmud kəndinin sakinlərinin məcburi əməyi ləğv edildi. Bütün bunlar
Azərbaycanda kəndli islahatı keçirilməsinin başlanğıcı idi.
Tiflisdə Mərkəzi Cənubi Qafqaz Komitəsi, Gürcüstan qəzalarında qəza
komitələri yaradıldı [38]. Komitə cənubi Qafqazda islahatı iki mərhələdə keçirməyi
qərara aldı. O, əvvəlcə Qərbi Gürcüstanda, sonra isə Cənubi Qafqazın yerdə qalan
hissələrində islahat keçirməklə məşğul oldu.
Səciyyəvi haldır ki, Komitənin tərkibinə Azərbaycan bəylərinin bir nəfər
də olsa nümayəndəsi daxil edilməmişdi. Bu onunla izah olunur ki, bəylər ―ali silk‖
hesab olunsalar da, hüquqi cəhətdən rus və gürcü zadəganlarına və mülkədarlarına
bərabərləşdirilməmişdilər. Onlara arxalanan və onlardan kəndlilər üzərində öz
hakimiyyətini möhkəmləndirmək məqsədilə istifadə edən çarizm eyni zamanda
onları müəyyən çərçivədə saxlayırdı.
Şərqi Gürcüstanda keçirilən islahatdan dərhal sonra baş canişin idarəsi
nəzdindəki kəndlilərin yerləşdirilməsi üzrə komitə Tiflis və Kutaisi quberniyaları
haqqında yeni ―Əsasnamə‖yə və 1861-ci il 19 fevral ümumi kəndli qanununa
uyğun olaraq ağalar və kləndlilərin qarşılıqlı münasibətləri haqqında 1847-ci il
―Əsasnamə‖lərinə yenidən baxmağa başladı.
İslahatı keçirməyə hazırlıq üçün baş canişin idarəsi şurasının qəbul etdiyi
qərarla 1866-cı il mayın 29-da Tiflis, Bakı, İrəvan və Şuşa şəhərində ―bəy
komissiyaları‖ adı altında müvəqqəti komissiyaların təsis edilməsinin zəruriliyi adı
altında müvəqqəti komissiyaların təsis ediləsinin zəruriliyi etiraf edildi. ―Ali
müsəlman silkinin şəxsi heyətini müəyyənləşdirmək‖ bu komissiyalara tapşırıldı
[39]. Bu komissiyalar hökumət məmurlarının sədrliyi altında bəylərdən təşkil
olunurdu.
Bəylərin hüquqlarını müəyyənləşdirən bəy komissiyaları nəzərdə tutulan
islahatı keçirmək üçün material hazırlamalı idilər. Bunun üçün hakim sinfin torpaq
hüququnu müəyyənləşdirmək zəruri idi. Belə ki, çar hökumət orqanlarının fikrincə,
―məskunlaşmış mülklərə sahib olmağın vaxtını aydınlaşdırmaq bəylərin torpaq
hüquqlarının müəyyənləşdirilməsi işinin əsas mahiyyətini təşkil edirdi‖ [40].
Tiflis bəy komissiyası Ahalsıx, Gəncə, Borçalı, Qazax və Şəmşəddil
sahələrinin torpaq sahiblərinin hüquqlarını nəzərdən keçirərək, onlardan 184 nəsli
―ali silkə mənsub‖ hesab etdi. İrəvan komissiyası tərəfindən isə 586 nəsildən 282-si
―ali silkə mənsub‖ hesab edildi [41]. 1869-cu ildə Şuşa komissiyası, 1870-ci ildə
isə Bakı komissiyası öz işlərinə başladı [42], Bakı bəy komissiyası Bakı
quberniyasında 198 nəslin bəy ―şərəfinə‖ etiraf etdi. Şuşa bəy komissiyası Şuşa,
Zəngəzur və Nuxa qəzalarında və Yelizavetpol quberniyasının Ərəş pristavlığında
ali silkin şəxsi hüququnu müəyyənləşdirməli idi. Xüsusi hazırlanmış qaydalar [43]
əsasən Şuşa bəy komissiyasının tərkibinə Şuşa və Zəngəzur qəzalarında 24 nəfər
və Ərəş pristavlığı ilə ayrıca olaraq Nuxa qəzasından da elə o qədər adam seçmək
nəzərdə tutulurdu. Seçkilər hər bir qəzada ayrı-ayrılıqda ali silk tərəfindən səsverə
yolu ilə keçirilirdi. Mərkəzi Cənubi Qafqaz Komitəsi bu komissiyaların işini
öyrəndikdən sonra 1870-ci il mayın 14-də ―Cənubi Qafqaz quberniyaları:
Yelizavetpol, Bakı, İrəvan və qismən Tiflis quberniyaları ali müsəlman silkindən
olan şəxslərin, habelə erməni məliklərinin torpaqlarında sakin olan dövlət
kəndliləri torpaq quruluşu haqqında ―Əsasnamə‖nin layihəsi təsdiq edildi. Bu
dövrün xarakterik cəhətlərindən biri yalançı bəylərin sayının artması idi. Bəy
nəslindən olmayan bir çox torpaq sahibləri bəy silkinə daxil olmağa çalışırdı ki,
bunu da nəticəsində bəy komissiyalarında rüşvətxorluq və tanışlıq münasibətləri
geniş yayıldı, 1870-ci il 14 may ―Əsasnamə‖si Yelizavetpol, Bakı quberniyalarında
və Tiflis quberniyasının bir hissəsindəki xanların, bəylərin, ağaların və məliklərin,
İrəvan quberniyası mülkədarlarının (bəylərinin) və Tiflis quberniyasının Axalsıxı
qəzası bəylərinin mülklərinə aid edilirdi.
Qafqaz canişinin qərarına əsasən, ―Əsasnamə‖ 1970-ci il noyabrın 8-də
qüvvəyə mindi [44].
―Əsasnamə‖ni elan etmək üçün hər bir qəzanın mərkəzi və əhalisi daha
çox olan yerlərindən həm əkinçi, həm də kəndli silklərinin müəyyən miqdarda
nümayəndələrini quberniya şəhərinə çağırmaq, həm də şəxsən qubernatorun və
digər yüksək vəzifəli şəxslərin iştirakı ilə bu sənədin elanı təklif olunurdu [45].
Polisə kəndlilərin ―sakitliyini‖ ciddi izləmək tapşırığı verilmişdi. Çar hökuməti
―Əsasnamə‖ni bilavasitə yerlərdə elan etməklə qorxurdu. Noyabrın 8-də kəndli
işləri üzrə quberniya divanxanaları açıldı, həmçinin barışıq vasitəçiləri (münsif)
vəzifələri təsis edildi. Canişinin sərəncamı ilə kəndli işləri üzrə ibtidai sərəncamlar
vermək məqsədilə təsis edilən müvəqqəti komissiyaların işləri quberniya
divanxanalarının ixtiyarına keçirdi. Qəzalarda başda barışıq vasitəçiləri olmaqla
barışıq şöbələri açıldı [46]. Azərbaycan qəzalarında on iki barışıq şöbəsi fəaliyyət
göstərirdi. 1870-ci il 14 may ―Əsasnamə‖si iki bölmədən ibarət idi: 1. Kəndlilərin
torpaq məsələlərinin tənzim olunması haqqında ümumi əsasnamə; 2. Kəndli işləri
üzrə təsis olunmuş idarələr haqqında qaydalar [47].
―Əsasnamə‖ kəndli islahatının aşağıdakı əsas məsələlərinin ümumi
prinsiplərindən çıxış edirdi: 1) kəndlilərin torpaq sahələrindən hər cür şəxsi asılılıq
münasibətləri dayandırılır; 2) kəndlilərin istifadəsində olan torpaqlar bəylərin,
ağaların və məliklərin mülkiyyəti olaraq qalır və kəndlilərin daimi istifadəsinə
verilir [48].
Şəxsi azadlıq almalı olan kəndlilərin sayı Yelizavetpol quberniyasında
22032 həyət və yaxud 70290 nəfər kişidən, Bakı quberniyasında (Quba qəzası
istisna olunmaqla) 7797 həyətvə yaxud 25831 nəfər kişidən ibarət idi [49].
―Əsasnamə‖ kəndlilərə ―özünün bütün pay torpaqlarından istifadə
etməkdən‖ imtina etməklə bəy torpaqlarını maneəsiz tərk etmək, öz kənd
icmasında qalmaq və yaxud başqasına keçmək hüququ verirdi [50]. Fakriki olaraq
isə onlar həmin torpaqlarda qalmağa məcbur idilər. Çünki kəndli torpaqsız ötüşə
bilməzdi. Lakin onlar onlar torpaq sahibindən qeyri-iqtisadi, icbari feodal
tədbirlərinin təsiri altında deyil, iqtisadi cəhətdən asılı idilər [51].
Beləliklə, islahata görə, feodal asılılığının çox mühüm spesifik xüsusiyyəti
– kəndlinin torpağa təhkim edilməsi ləğv edildi. Həm Rusiyada, həm də
Gürcüstanda təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilər öz pay
torpaqlarının pulunu ödəyənə qədər təhkimli deyil, feodaldan asılı hesab olunan
Azərbaycan sahibkar kəndliləri kimi müvəqqəti asılı kəndlilər kateqoriyasına
salınmışlar. Əslində isə onlar yenə də əvvəlki vəziyyətlərində qalırdılar [52].
Kəndli islahatının başlıca məsələsi torpaq məsələsi idi. 1870-ci il
―Əsasnamə‖sinə görə bəylərə, ağalara və məliklərə və həmçinin çoxdan ―dövlət
kəndliləri‖ adı almış kəndlilərə məxsus olan torpaqlar üzərində irsi xüsusi
mülkiyyət hüququ qalmışdı [53].
Kəndlilər daii istifadə üçün onlara verilmiş pay torpaqlarının müqabilində
torpaq sahiblərinin xeyrinə müəyyən mükəlləfiyyətlər daşımalı idilər.
Çar hökuməti çalışırdı ki, kəndli islahatı Azərbaycanda torpaq sahiblərinin
təsərrüfatlarına mümkün qədər az zərər vursun və onların öz mülklərinə olan
torpaqlardan əldə etdikləri ümumi gəlirin miqdarını azaltmasın.
Beləliklə, ―Əsasnamə‖ pay torpaqlarının satın alana qədər daimi istifadə
üçün kəndlilərin ixtiyarına verirdi. Bu torpaqlar mülkədar bəylərin mülkiyyətində
qalırdı [54]. Kəndlilər yalnız pulunu ödədikdən sonra torpağın mülkiyyətçisinə
çevrilə bilərdilər.
Kəndlilərin öz pay torpaqlarını satın alması məcburi deyildi. Buna
baxmayaraq, kəndlilərə torpaq əldə etmək hüququ verilməsi burjua xarakteri
daşıyırdı. Çünki feodalizm şəraitində mülkədarbəylər öz torpaqlarını ancaq öz
silklərindən olan adamlara satmaq hüququna malik idilər.
Kəndlilərə torpaq satın almaq hüququ verilməsi nəticə etibarilə feodalların
torpaq üzərində silki inhisar hüquqlarına zərbə endirirdi. Vəsaitin olmaması
üzündən kəndlilərin faktiki olaraq öz pay torpaqlarını almaq imkanları olmasa da,
torpaq əmtəəyə çevrilirdi.
Yaşı 15-dən yuxarı olan hər kişi ailə üzvü üçün 5 desyatin pay torpağı
verilməsi haqqında 1847-ci il ―Əsasnamə‖ sinin müəyyənləşdiyi norma son hədd
kimi qəbul edilirdi. Əksər hallarda isə kəndlilərin pay torpaqları, o cümlədən
malikanələr, meyvə, üzüm və tut bağları, əkin sahələri və biçənəklər kəndlilərin
daimi istifadəsində saxlanırdı. Kəndlilər mövcud ödəmələrə əsasən suvatlardan,
otlaqlardan və suvarma arxlarından istifadə etməyə davam edirdilər. Bunula belə,
torpaq sahiblərinə kəndli torpaqları da daxil olmaqla bütün yararlı torpaqları
bilavasitə öz sərəncamında saxlamaq hüququ verilirdi. Onlar öz sərəncamlarında
bütün yararlı torpaqların
1/
3
-dən azı qaldığı təqdirdə kəndli torpaqlarının 5
desyatindən çox olan ―artıqlarını‖ kəsib götürə bilərdilər və onlarda bütün yararlı
torpaqların
1/
3
-dən azı qaldığı tədqirdə kəndli pay torpaqlarını 5 desyatin normaya
qaldırmağı öhdələrinə götürmürdülər.
Faktiki olaraq kəndlilərin pay torpaqları müəyyənləşdirilmiş 5
desyatindən xeyli az olurdu. Sonralar isə əhalinin artması ilə əlaqədar hər nəfərə
düşən pay torpağı getdikcə daha çox azalır, kəndlilərin əksəriyyəti aztorpaqlı
olurdu.
Kəndlilərin pay torpaqlarından istifadə etdiklərinə görə 1870-ci il
―Əsasnamə‖si ilə bəylər qarşısında yerinə yetirdikləri mükəlləfiyyətlər isə öz
xarakterinə, həcminə və yerinə yetirilmə qaydasına görə, 1847-ci il
―Əsasnamə‖sinin müəyyənləşdirdiyi kimi qalırdı.Məhsul rentası – ―malcəhət‖ və
yaxud ―bəhrə‖ yenə də əvvəlki kimi əsas yer tuturdu. Bəylərin və ağaların
―mülklərində‖ onun həcmi becərilən məhsulun
1/
10
hissəsinə bərabər idi. Biyar
günləri və hər gür peşkəşlərin əvəzinə bu adətin hələ də qorunub saxlanıldığı
yerlərdə, bəy torpaqlarında istər həyətyanı, istərsə də əkin torpaqlarının hər
desyatininə görə 30 qəpik, ağa ―mülklərində‖ isə 15 qəpik məbləğində pul
mükəlləfiyyəti tətbiq edilirdi. ―Malcəhət‖in sahibkara çatdırılması əvvəllər olduğu
kimi natural mükəlləfiyyət kimi qalırdı.
Məlumdur ki, sahibkar kəndliləri tərəfindən pay torpaqlarının satınalma
yolu ilə tam şəxsi mülkiyyətə keçməsi islahatın müvəffəqiyyətlə həyata
keçirilməsinə xidmət etməli idi. Satınalma sazişi bağlandıdan sonra kəndlilər
formal olaraq mülkiyyətçi kəndlilər kateqoriyasına keçirdilər.
Lakin dövlət Rusiya quberniyalarından fərqli olaraq, Azərbaycana
münasibətdə kəndlilərin öz torpaqlarının satın almasına hər hansı bir yardım
göstərməkdən imtina etdi; həm də torpaqların satın alınması burada məcburi
deyildi. Kəndlilər öz pay torpaqlarını ancaq öz şəxsi pul vəsaiti hesabına ala
bilərdilər. Bu zaman onlar kəndli həyatı üçün yuxarısı 15, aşağısı 7.5 desyatin ala
bilərdilər. Kəndlilərin pay torpaqlarını öz mülkiyyətinə keçirməsi üçün malcəhət və
yaxud bəhrə əvvəlcədən pula çevrilməli və mövcud pul mükəlləfiyyətləri ilə
birlikdə 6 faizdən kapitallaşdırılmalı idi. Bu yolla əldə edilən məbləğ torpağın
satınalma qiymətinin həcmini müəyyənləşdirməli idi.
Azərbaycanda satınalma məbləği Rusiyanın mərkəzi quberniyalarındakı
məbləğdən bir neçə dəfə yüksək idi. Belə ki, Bakı quberniyasının sahibkar
kəndlilərinin bir desyatin torpağadək ödədikləri satınalma qiyməti Minsk
quberniyasının kəndlilərinin ödədikləri məbləğdən 25 dəfə, Həştərxan quberniyası
kəndlilərinin ödədikləri məbləğdən 20 dəfə, Orenburq, Mogilyov və Perm
quberniyaları kəndlilərinin ödədiyi məbləğdən 10 dəfə, Rusiyanın daxili
quberniyalarından isə 7.7 dəfə çox idi. Yelizavetpol quberniyasında vəziyyət daha
pis idi. Burada kəndlilər Həştərxan quberniyası kəndlilərdən 40 dəfə, Minsk
quberniyasından 30 dəfə və Rusiyanın bütün daxili quberniyalarındakı kəndlilərdən
17 dəfə artıq satınalma məbləği ödəməli idilər.
Yalnız torpağın haqqını tam ödədikdən sonra kəndlilər mükəlləfiyyətçi
kəndlilər kateqoriyasına keçə bilərdilər. Bu şərtlərin kəndlilər üçün necə ağır
olduğunu aydın görmək olar ki, kəndli həyətlərinin əksəriyyəti öz pay torpaqlarını
satın alıb mülkiyyətlərinə keçirə bilməmişdilər.
―Əsasnamə‖yə görə torpaq sahibkarları ilə kəndlilər arasında münasibətlər
―torpaq nizamnamələri‖ adlandırılan xüsusi aktlarla müəyyən olunurdu. İslahatın
hər bir mülkə tətbiqi bu torpaq nizamnamələri ilə müəyyənləşdirilirdi. Yerlərdə
bütün işlərə rəhbərlik etmək üçün kəndli işləri üzrə quberniya idarələri barışıq
vasitəçilərinin əldə rəhbər tutduqları torpaq nizamnamələrinin vahid ümumi
formasını tərrib etdilər [55].
Torpaq nizamnamələrinin hazırlanması mülk sahiblərinin və kəndlilərin,
yaxud onların nümayəndələrinin iştirakı ilə həyata keçirilirdi. Torpaq nizamnaməsi
―hər bir kənd üçün ayrıca və yaxud bir neçə qarışıq kəndlərdən ibarət olan bütöv
mülkə‖ tətbiq edilə bilərdi. Barışıq vasitəçisi vaxta 15 gün qalmış torpaq
nizamnaməsinin tərtib ediləcəyi müddət haqqında məlumat verirdi.Torpaq
nizamnamələri tərtib edilərkən dolaşıqlıq və səhvlər buraxılırdı ki, bununla
əlaqədər çoxlu şikayətlər olurdu. Torpaq sahibləri barışıq vasitəçilərinə öz mülkləri
haqqında düzgün məlumat vermək istəmir və yalançı məlumatlarla işi dolaşıqlığa
salırdılar.
Torpaq nizamnamələrində torpağın miqdarı, pay torpaqlarından istifadə
edən kəndlilərin sayı, biçənək və otlaqların mövcudluğu, kəndlilərin su
mənbələrindən, meşələrdən istifadə qaydaları, yerinə yetirilən natural və pul
mükəlləfiyyətlərinin həcmi və forması, natural mükəlləfiyyətləri daşımağın
qaydaları, süni suvarma vasitələrindən və dəyirmanlardan istifadə etmək hüququ və
qaydaları göstərilirdi.
―Əsasnamə‖ 1873-cü ildə kəndlilərlə torpaq sahiblərinin münasibətlərində
yerli xüsusiyyətlər nəzərə alınaraq müəyyən olunan cüzi dəyişiqliklərlə Quba
qəzasında tətbiq edildi. Quba qəzasında rəncbərlər təhkimçilik asılılığından azad
edildilər. Rəncbərlərin əkinçiliklə məşğul olmalarından və torpaqlarının olub-
olmamasından asılı olaraq onlar ya torpaq payı alaraq torpaq sahiblərindən asılı
vəziyyətdə qalır,ya da torpaqsız azad edilirdilər [56].
1870-ci il islahatı mülkədar torpaqlarında ―könüllülük‖ əsasında yaşayan
kəndlilərə şamil edilmədi. Yelizavetpol quberniyasının 200 kəndində belə
kəndlilərin sayı 65 min nəfər idi. 1870-ci il islahatı zamanı bu kəndlilərin çoxu
torpaq sahiblərinin özbaşınalığına məruz qalmış və öz torpaqlarının itirmişdilər.
İslahat onlara yalnız 1876-cı il fevralın 21-dən aid edildi.
―Əsasnamə‖ 1877-ci il sentyabrın 3-də onun nəşrinə qədər ali silkə
mənsub olmayan və bu kateqoriyaya sonralar aid edilən bəylərin torpaqlarında
yaşayan kəndlilərə də şamil edildi.
Kəndli islahatı Azərbaycana şimal-qərb hissəsinə - Zaqatala dairəsinə
toxunmadı. Burada kəndlilərin asılı münasibətləri 1913-cü ilə qədər davam etdi.
Cənubi Qafqazda kəndlilər üçün islahat Rusiyanın daxili quberniyalarına
daha ağır şərtlərlə keçirildi. Bədnam ―azadlıq‖ əslində, kəndlilərin ən vicdansız bir
şəkildə talan edilməsi, onları bir sıra zorakılıqlar və təhqirlərə məhkum etmək idi.
Çar məmurlarının özləri dəfələrlə etiraf etmişdilər ki, kəndli islahatı imperiyanın
heç yerində Cənubi Qafqazda olduğu kimi ağır və əzablı olmamışdı. Çar
hökumətinin bütün qanunu və tədbirləri əsasən ―ali silkə‖ əmlak və silki hüquqlar
yaratmağa yönəltmişdi. Kəndlilərin rifahının təmin edilməsi məsələsi isə ikinci
dərəcəli əhəmiyyətə malik idi və ona əsas məsələlər də asılılıq və tabeçilik rolu
ayrılmışdı [57].
İslahat Azərbaycanın kənd istehsalçılarının çoxsaylı hissəsinin təşkil edən,
xəzinə kəndliləri adlandırılan kəndlilərə aid edilmədi. 1870-ci il 14 may islahatı
Azərbaycan mülkədar kəndində asılı münasibətləri məhv etmədi və kəndlilərin
gələcəkdə də bəylər tərəfindən istismar olunmasını təmin etdi. Bununla belə o,
məzmununa görə obyektiv olaraq burjua xarakteri daşıyırdı; bütün məhdudluğuna
baxmayaraq, kənddə mövcud olan obyektiv şəraitin tədricən kapitalist inkişafının
tələbatına uyğunlaşmasına yardım etdi, ona təkan verdi. İslahatdan sonra
Azərbaycanda yeni burjua cəmiyyətinin, ona xas olan xüsusiyyətlərin və
ziddiyətləri ilə birlikdə, bütün əlamətləri aydın şəkildə nəzərə çarpmağa başladı.
Dostları ilə paylaş: |