AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu


§ 10. ÇARĠZMĠN AZƏRBAYCAN FEODALLARI ĠLƏ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
§ 10. ÇARĠZMĠN AZƏRBAYCAN FEODALLARI ĠLƏ      

ĠTTĠFAQININ MÖHKƏMLƏNDĠRĠLMƏSĠ 

 

XIX  yüzilliyin  40-cı  illərinin  əvvəllərində  Azərbaycanda  yaranmış  şərait 



mütləqiyyətə,  bu  ölkədə  elə  bir  möhkəm  sosial  zəmin  yaratmaq  zərurətini  diktə 

edirdi  ki,  həmin  zəminə  arxalanaraq  əhalinin  "istismar  olunan  hissəsini,  ilk 

növbədə kəndliləri əzmək və cilovlamaq mümkün olsun. 

Çarizmin  sosial  dayağı  ancaq  yerli  feodallar  ola  bilərdi.  Dağlıların  xalq-

azadlıq mübarizəsini boğmaq siyasəti də, Türkiyə ilə hərbi toqquşma təhlükəsi ilə 

bağlı  olaraq  öz  arxasını  möhkəmləndirmək  istəyi  də  çar  hökumətini  yerli 

feodallarla ittifaq bağlamağa sövq edirdi. 

Beləliklə,  yaranmış  şərait  çarizmi  yerli  feodallara  qarşı  siyasətini 

dəyişməyə  vadar  edirdi.  1842-ci  ildə  Tiflisdə  ağaların  şəxsi  hüquqları  və  onların 

həyata  keçirilməsi  yolları  barədə  məsələlərin  işlənib  hazırlanması  ilə  məşğul  olan 

komitə  işə  başladı.  Komitənin  qarşısında  ağaların  şəxsində  elə  bir  "ali  müsəlman 

silki" yaratmaq vəzifəsi qoyulurdu ki, "hökumət bu silkin vasitəsilə öz niyyətlərilə 

müvafiq surətdə xalqa təsir göstərə bilsin" [118]. 

1843-cü  ildə  bu  komitəni  iki  yeni  komitə  əvəz  etdi:  bunlardan  biri  "ali 

müsəlman  silkini"  -  rəsmi  sənədlərdə  Azərbaycan  bəyləri  belə  adlandırılırdı  - 

müəyyənləşdirməklə; digəri isə 1841-ci i] reskripti ilə ağaların torpaqları müsadirə 

edildiyi üçün ayrıca olaraq ağalar məsələsi ilə məşğul olurdu. 

Bu komitənin işi şəxsən çarın özü tərəfindən istiqamətləndirilirdi. Onların 

öz  işlərində  rəhbər  tutmalı  olduqlan  başlıca  əsasları  da  çarın  özü 

müəyyənləşdirmişdi.  Qəti  surətdə  aydınlaşdı  ki,  çarizm  Azərbaycanda  öz 

hökmranlığını  möhkəmləndirmək  və  bu  ölkədə  özünə  sosial  dayaq  yaratmaq 

məqsədilə  yerli  feodalların  mənafeyini  öz  himayəsi  altına  götürmək  qərarına 



gəlmişdir.  Bəylərin  torpaq  hüquqlarını  və  onların  kəndlilərlə  qarşılıqlı 

münasibətlərini müəyyənləşdirilməli olan başlıca əsaslar aşağıdakılardan ibarət idi: 

1. Torpaqlar  nəsli  mülkiyyət  hüququnda  bəylərin  ixtiyarına  verilməli  idi; 

ağalar da həmin əsaslar üzrə torpaqla təmin edilməli idilər. 

2.

 

Kəndlilər  bəy  və  ağaların  xeyrinə  vergi  verməli,  mükəlləfiyyətlər  icra 



etməli idilər. 

3.

 



Feodallara  kəndlilər  üzərində  polis  və  məhdud  məhkəmə  hüquqları 

verilməli idi [119]. 

Azərbaycan  bəylərinin  torpaq  hüquqları  və  onların  kəndlilərlə  qarşılıqlı 

münasibəti  məsələsi  M.S.Vorontsovun  canişinliyi  dövründə  həll  edildi.  Qafqaza 

yola  düşmək  ərəfəsində  Vorontsovu  çarın  I  özü  qəbul  etdi  və  o,  I  Nikolaydan 

çarizmin aqrar siyasətinin başlıca istiqamətini müəyyənləşdirən göstərişlər aldı. 

Yeni  aqrar  qanunların  hazırlanması  üzrə  bütün  işlər  Zaqafqaziya  diyarı 

mülki  idarəsinin  rəisi,  mütləqiyyət  siyasətinin  qızğın  icraçısı  general 

P.A.Ladinskinin əllərində cəmlənmişdi. 

1846-cı  ilin  əvvəllərində  general  Ladinski  Azərbaycan  bəylərinin  torpaq 

hüquqları  haqqında  "Əsasnamə"nin  layihəsini  və  bu  layihə  barədə  ətraflı  izahatı 

Vorontsova  təqdim  etdi.  Bunlarda  belə  bir  fikir  aydın  şəkildə  ifadə  olunurdu  ki, 

tiyul torpaqlarının ləğvi haqqındakı qərar səhv olmuşdu[120]. 

"Əsasnamə"  dəfələrlə  ciddi  müzakirələrə  məruz  qaldı.  Bu  müzakirələrdə 

Vorontsov, Ladinski və canişin tərəfindən dəvət olunmuş Qarabağ və Şəki bəyləri 

iştirak  edirdilər,  Sonuncular  "Əsasnamə"nin  bu  müşavirələrdə  işlənib  hazırlanmış 

son layihəsindən tamamilə razı qaldılar. 

Çar  müstəmləkəçilərinin  işləyib  hazırladığı  "Əsasnamə"  layihəsi 

Azərbaycan  feodallarının  torpaq  üzərindəki  hüquqlarını  təsdiq  etdi.  Qafqaz 

Komitəsi  layihənin  əsas  müddəalarını  bəyənərək,  məlum  əsaslar  üzrə  bəylərin 

taleyinin  möhkəm şəkildə  qurulmasını "həm... bu  silkin sakitləşdirilməsi,  həm də 

ən  başlıcası  isə  bəylər  vasitəsilə  hökumətin  əlinə  xalq  kütlələrini  asanlıqla  idarə 

etmək üsulları vermək" məqsədi ilə faydalı və zəruri saydı. Bununla yanaşı, Qafqaz 

Komitəsi layihəni daha ətraflı müzakirə etməyi qərara aldı [121]. 

I Nikolay 1846-cı il dekabrın 6-da canişin adına reskripti imzaladı [122]. 

Reskript  fcodalların  həm  irsi  mülk  torpaqları,  həm  də  "müsəlman 

əyalətlərinin  Rusiyaya  birləşdirilməsi  zamanı  onların  nəsillərinin  malik  olduqları 

və  indi  mübahisəsiz  şəkildə  onların  ixtiyarında  olan"  len  torpaqları  -  tiyullar 

üzərində tam nəsli mülkiyyət hüququnu təsdiq edirdi [123]. 1841-ci ildə müzakirə 

edilmiş,  çarın  "xüsusi"  mərhəməti  şəklində  geri  qaytarılan  torpaqlar  üzərində 

ağaların və 1840-cı ildən sonra onlardan alınmış mülklər üzərində bəylərin hüququ 

təsdiq olunurdu. 

Çar Rusiyasınm zadəgan mülkədarları kimi,  Azərbaycan feodalları da öz 

torpaqlarından  imperiyanın  ümumi  qanunları  əsasında  istifadə  etmək  "satmaq, 

bağışlamaq,  irsən  vermək  və  başqa  üsullarla  özəlləşdirmək"  hüququ  aldılar.  Çar 


hökuməti  bütün  imperiyada  olduğu  kimi,  feodalların  silki  hüquqlarının  qayğısına 

qalaraq  qeyd  edirdi  ki,  hüquqi  sövdələşmə  əsasında  Azərbaycan  feodalları 

nümayəndəsinin əlində olan malikanə o şəxsin əlinə keçə bilər ki, ya Zaqafqaziya 

diyarı ali müsəlman silkinə mənsub olmalı, ya da imperiyanın ümumi qanunlarına 

görə  məskun  mülklərə  sahiblik  etmək  üçün  zəruri  olan  keyfiyyətlərə  malik 

olmalıdır" [124]. 

Reskript torpaq sahibkarlarına öz torpaqlarından sərbəst surətdə istifadə etmək 

hüququ  verərək  torpağın  əmtəəyə  çevrilməsi  üçün  müəyyən  şərait  yaratsa  da,  feodal 

torpaq  mülkiyyəti  hələlik  kapitalist  torpaq  mülkiyyətinə  çevrilmədi.  Çünki  torpağın 

özəlləşdirilməsi  hüququ  onunla  məhdudlaşırdı  ki,  torpaq  ancaq  hakim  feodal  sinfin 

əlinə  keçə  bilsin.  Reskript  torpaq  üzərində  feodallarm  xüsusi  mülkiyyət  hüququnu 

möhkəmləndirərək  və  feodalların  torpaq  fondunun  toxunulmazlığını  təmin  edərək 

tiyuldar  bəylərin  öz  mülkiyyətçilik  hüquqlarının  tanınması  uğrunda  apardıqları  uzun-

müddətli mübarizəsinə bir növ yekun vururdu. 

Tiyul  və  mülk  torpaqlarının  feodal  torpaq  mülkiyyətinin  eyni  kateqoriyası 

şəklində  qovuşması  bu  mülkiyyətin  inkişafında  Azərbaycan  feodallarının  torpaq 

hüquqlarının güclənməsi ilə əlaqədar olan yeni mərhələ idi. Bu güclənmə ilk növbədə 

tiyulların mülklərlə eyniləşdirilməsi faktının özündə ifadə olunurdu. Lakin ən başlıcası 

ondan  ibarət  idi  ki,  reskript  keçmiş  tiyuldarların  torpaq  üzərindəki  mülkiyyətçilik 

hüquqlarınm miqyasını kəskin surətdə genişləndirdi. Əgər əvvəllər bu hüquq əslində 

asılı  feodal  kəndlilərindən  renta  almaq  hüququ  ilə  məhdudlaşırdısa,  indi  keçmiş 

tiyuldarlar  torpaq  mülkiyyətçilərinə  çevrilərək,  bu  torpaqlardan  istədikləri  kimi 

istifadə  etmək  hüququ  aldılar.  Kəndlilərin  əsrlərdən  bəri  istifadə  etdiyi  torpaqlar 

tamamilə feodallarm sərəncamına keçdi. 

Reskriptin xüsusi maddəsi artıq Azorbaycanın Rusiya tərəfindən istilasından 

sonra  çar  hökumətindən  tiyul  hüququna  əsasən  torpaq  sahələri  almış  feodalların 

mülkiyyətçilik hüququna həsr olunmuşdu. Canişinə  təklif olunurdu ki, müvəqqəti və 

ömürlük  istifadə  üçün  torpaq  verilmiş  bu  şəxslərin  xidmətlərini  nəzərə  alaraq,  tor-

pağın  bu  şəxslərdən  kimlərin  nəsli  sahibliyində  təsdiq  edilməsi,  kimlərin  isə 

müvəqqəti  istifadəsində  saxlanılması  barədə  çara  təqdimat  versin.  Artıq  varislərə 

keçmiş torpaqlar isə əgər onların alınması barədə heç bir sərəncam verilməmişdirsə, - 

varislərin  nəsli mülkiyyəti  kimi təsdiq olunurdu. 

Reskriptin  maddələrindən  biri  torpağa  sahibkarlıq  üstündə  xəzinə  ilə 

feodallar arasında baş  verə biləcək  mübahisələrdə dövlət  mənafeyinin qorunmasına 

xidmət  edirdi.  Xəzinəyə  mənsub  olmuş  xeyli  torpaq  mülkü  heç  də  həmişə  dəqiq 

mərzlənməməsi  nəticəsində  feodallar  tərəfindən  ələ  keçirilirdi.  Belə  mübahisələrə 

ümumi əsaslar üzrə məhkəmə orqanlarında baxılmalıydı. 

Hökumətin  fikrincə,  reskript  feodalların  torpaq  üzərindəki  hüquqlarını 

qanuniləşdirərək  və  gücləndirərək    Azərbaycanda  feodal  münasibətlərini 

möhkəmləndirməli idi, belə ki, feodal münasibətlərinin əsasını torpaq üzərində feodal 

mülkiyyəti təşkil edirdi. 


Xüsusi  sahibkar  kəndliləri  formal  olaraq dövlət  kəndliləri dərəcəsinə  şamil 

edildilər  və  müxtəlif  adların  (rəiyyət,  rəncbər,  nökər  və  s.)  yerinə  ümumi  ad  - 

"mülkədar  tabelisi"  adını  aldılar.  Kəndlilər  "torpaqdan...  istifadə  müqabilində  haqq" 

kimi mülkədarların xeyrinə müxtəlif mükəlləfıyyətləri yerinə yetirməli idilər və torpaq 

mülkiyyətçiləri polis nəzarəti altına verilirdilər. 

Bununla bərabər, feodalların kəndlilərə sahib olmaq hüququ təsdiq olunmurdu. 

Reskriptdə  "sahibkar  kəndliləri"  ifadəsi  işlədilmirdi,  feodalın  xeyrinə  mükəlləfiyyətlər 

isə  torpaqdan  istifadənin  müqabilindəki  haqq  kimi  təqdim  edilirdi.  Lakin  bu 

mükəlləfıyyətlərin məcmusu mahiyyətcə torpaq rentasından başqa bir şey deyildi. 

Çar  hökuməti  feodalların  torpaq  üzərində  mülkiyyət  və  kəndlilərin  feodal 

istismarı  hüquqlarını  təsdiq  edərək,  sədaqətlə  xidmət  göstərməyi,  hər  şeydən  əvvəl 

kəndli  hərəkatına  qarşı  amansız  mübarizə  aparmağı  tələb  edirdi.  Çar  reskriptində 

deyilirdi: "Biz  buna  möhkəm əminik ki,  Zaqafqaziya diyarının... ali müsəlman silki... 

onun üzərinə qoyulacaq vəzifələrin cani-dildən və ciddi-cəhdlə yerinə  yetirilməsinə... 

həmişə hazır olacaqdır" [125]. 

Reskriptdə  şərh  olunan  və  torpaq  sahibkarları  ilə  kəndlilərin  qarşılıqlı 

münasibətlərini  müəyyənləşdirən  prinsiplər  1847-ci  il  20  aprel  və  28  dekabr  tarixli 

"Kəndli əsasnamələri"ndə konkretləşdirildi. Bu əsasnamələrdən birincisi Şamaxı və 

Dərbənd  quberniyalarınm  bəy  kəndlilərinə,  yəni  Şamaxı,  Şuşa,  Nuxa,  Lənkəran, 

Bakı,  Quba  və  Dərbənd  qəzalannm  xüsusi  sahibkar  kəndlilərinə,  ikincisi  isə  Tiflis 

quberniyasının  Yelizavetpol  qəzasındakı  Qazax  və  Şəmşəddil  nahiyələri  ağalarının 

torpaqlarında yaşayan kəndlilərə  aid idi. 

1847-ci  il  20  aprel  "Əsasnaməsi"ndə  torpaq  mülkiyyətçiləri  ilə  kəndlilərin 

qarşılıqlı münasibətlərini müəyyənləşdirən, sahibkar kəndlilərinin iqtisadi və hüquqi 

vəziyyətinə aid bir sıra müxtəlif məsələlərə toxunulurdu. 

"Əsasnamə"  torpaq  mülkiyyətçilərinin  üzərinə  15  yaşından  yuxarı  kişi 

cinsindən olan  hər bir kəndlini taxılçılıq,  maldarlıq və bostançılıq  üçün  yararlı olan 5 

desyatinlik  pay  torpağı  ilə  təmin  etmək  vəzifəsi  qoyurdu.  Kəndlini  torpaqla  təmin 

etmək  vəzifəsini  irəli  sürən  qanunverici,  hər  şeydən  əvvəl  xəzinənin  və  dövlət 

təhlükəsizliyinin  mənafelərini  müdafiə  etməyi,  sahibkarlar  və  dövlət  üçün  torpaq 

rentasiyasının  toplanmasını  təmin  etməyi  qarşısına  məqsəd  qoymuşdu.  Sahibkar 

kəndliləri  isə  islahata  qədər  ki,  dövrdə  olduğu  kimi  5  desyatindən  az  torpaq 

sahələrindən istifadə edirdilər. 

"Əsasnamə"  bu  tələbin  sahibkarlar  tərəfindən  yerinə  yetirilməsini  təmin 

edəcək  heç  bir  tədbir  nəzərdə  tutmurdu.  Mükəlləfiyyətlərin  həcmi  pay  torpağının 

sahəsindən  asılı  olaraq  müəyyənləşdirilmədiyindən,  kəndlinin  pay  torpağının 

artırılmasına və "Əsasnamə"də nəzərdə tutulmuş ölçülərə çatdırmağa sahibkarın heç 

bir  marağı  yox  idi,  belə  ki,  torpağı  icarəyə  vermək  sahibkar  üçün  daha  əlverişli  idi. 

Bütün  bunlar  "Əsasnamə"nin  bu  maddəsini  qabaqcadan  uğursuzluğa  məhkum  edir, 

ona deklarativ xarakter verirdi. 



"Əsasnamə"nin əsas maddələrindən biri kəndlilərin mükəlləfiyyətləri məsələsi 

idi. Qanun kəndli mükəlləfiyyətlərinin müxtəlif növlərini, onların ödənilməsi və yerinə 

yetirilməsi üsullarını ətraflı surətdə şərh edirdi. 

Malcəhət  -  torpaq  sahəsinin  kəndlinin  vəsaiti  (iş  heyvanı,  kənd  təsərrüfatı 

alətləri,  toxum)  hesabına  becərilməsi  şərti  ilə  istənilən  kənd  təsərrüfatı  bitkisi 

məhsulunun  sahibkarın  xeyrinə  ayrılan 

1/

10 



hissəsi  əsas  məhsulla  toplanan 

mükəlləfiyyət idi. "Əsasnamə" rəiyyətləri çoxdan bəri  mövcud olmuş bir sıra digər 

məhsulla toplanan mükəlləfiyyətlərdən azad edərək və ya onları malcəhətin ümumi 

miqyasına daxil edərək, bu sahəyə nizamlayıcı əsas tətbiq edir və kəndlilərdən alınan 

natural  məhsulla  toplanan  vergiləri  müəyyən  dərəcədə  azaldırdı.  Kəndlilər  öz  pay 

torpaqlannı  sahibkarların  iş  heyvanı,  alətləri  və  toxumundan  istifadə  edərək 

becərdikləri təqdirdə, onlar məhsulun 

1/

5



-dən çox olmayan hissəsini sahibkara verməli 

idilər.  Bu  maddə  feodal  asılı  kəndlilərinin  rənc-bərlər  (əkərlər)  və  nökərlər  kimi 

əvvəlki zümrələri, habelə var-yoxdan çıxmış rəiyyətlər ücün nəzərdə tutulmuşdur. 

"Əsasnamə"yə görə, torpaq mülkiyyətçiləri onlara pay torpağı ayırmalı idi-lər. Torpaq 

alan, lakin istehsal vasitələri olmayan bu kəndlilər "kömək" üçün feodala müraciət 

etməli olurdular. 

"Əsasnamə"  kəndlilər  üzərinə  məhsul  yığımından  sonra  üç  gün  ərzində 

sahibkarın payını ayırmaq, feodal malikanənin hüdudlarında yaşayırsa, bu payı növbəti 

üç gün, məhsul yığılan yerdən 50 verstdən uzaqda yaşadığı təqdirdə 15 gün ərzində 

ona çatdırmaq vəzifəsini qoyurdu. 

"Əsasnamə"  məhsulla  ödənilən  vergi  ilə  yanaşı,  kəndlilərin  bəyin  xeyrinə 

işləyib-ödəmə rentasını yerinə yetirmələrini nəzərdə tuturdu. "Əsasnamə" hər kəndli 

ailəsi üzərinə sahibkarın  tələbi ilə öz iş eyvanı və alətlərilə ildə 18 gün ərzində onun 

təsərriifatında  işləmək  üçün  bir  işçi  vemək  təhəddüdü  qoyurdu.  Mükəlləfiyyətin  bu 

növü,  yəni biyar  Azərbaycanda çoxdan bəri  mövcud  idi.  Onun  müddəti  Azərbaycanın 

heç  bir  qəzasında  dəqiq  müəyyən  edilməmişdisə  də  heç  yerdə  kəndlilərin  feodalın 

xeyrinə  işlədikləri  günlərin  sayı  ―Əsasnamə"də  göstərilmiş  rəqəmin  heç  yarısına  da 

çatmırdı. "Əsasnamə"  biyarın  həcmini  iki  dəfədən  çox  artırdı  və  bununla  da,  əvvəlcə  

mövcud olmuş mükəlləfiyyəti daha ağır və məşəqqətli etdi. 

Hər  ailədən  işçi  verməklə  yanaşı,  kəndlilər  ildə  bir-iki  gün  bütün  kənd 

cəmiyyəti  ilə,  elliklə  sahibkar  üçün  işləyərək  (əvrəz),  feodalın  göstərişinə  görə,  kənd 

təsərrüfatı  və  ya  suvarma  işlərini  yerinə  yetirməyə  borclu  idilər.  Əvrəz  nəticəsində 

yığılmış məhsul büsbütün feodalın xeyrinə gedirdi. 

"Əsasnamə"yə  görə  kəndlilər  elliklə  sahibkar  malikanələrində  arxlar  və 

yollar çəkməli, köhnə tikililəri təmir etməli idilər. Bununla da "Əsasnamə" feodallara, 

lazım gəldikdə, müftə işçi qüvvəsindən istifadə etməklə, özləri üçün xeyirli olan yol və 

suvarma  işlərini  genişləndinnək  imkanı  verirdi.  Əkinçiliklə  və  oturaq  maldarlıqla 

məşğul  olan  kəndlilər  mal-qaranın  sahibkar  torpağında  otarılmasının  müqabilində 

məbləği  müəyyənləşdirilməmiş  xüsusi  pul  vergisi  -  çöpbaşı  ödəməli  idilər,  Çöpbaşı 


"yerli  adətlərə  görə  müəyyənləşdirilməmiş"  qaydalar  üzrə  alınırdı.  Bu  da  torpaq 

sahibkatları tərəfindən özbaşmalıqlar üçün şərait yaradırdı. 

"Əsasnamə"nin  üç  maddəsi  müstəsna  surətdə  maldarlıqla  məşğul  olan 

kəndlilərin  mükəlləfiyyətlərini  müəyyənləşdirirdi.  Bu  kəndlilər  sahibkara,  adətlərə 

görə,  çöpbaşı  verməyə  və  hər  ailə  gümüş  pulla  4  man.  məbləğində  pul  vergisi 

ödəməyə borclu idilər. 

"Əsasnamə"yə görə, kəndlilər feodala nökərlər də (hər 10 həyət dən 1 kişi və 

hər 15 həyətdən 1 qadın) verməli idilər. Qanun feodala kişi nökərlərindən həm çöl, həm 

də ev işlərində istifadə etməyə icazə verirdi. "Kəndli əsasnamələri"nin nəşrinə qədər 

də  feodallar  kəndliləri  kişi  nökərləri  verməyə,  lakin  "Əsasnamə"də  nəzərdə 

tutulduğundan xeyli az miqdarda, məcbur edirdilər. Əvvəllər kəndlilər heç vaxt qadın 

nökərlər  vermirdilər.  Çar  müstəmləkəçilərinin  özlərindən  uydurduqları  bu 

mükəlləfiyyət  Azərbaycan  xalqının  çoxəsrlik  ənənələrinə  hörmətsizlik  idi  və  elə 

dərin hiddət doğurdu  tezliklə ləğv edildi. 

"Əsasnamə" sahibkarlara onların torpaqlarında yaşayan kəndlilər üzərində 

polis  və  məhdud  məhkəmə  hakimiyyəti  verirdi.  "Əsasnamə"yə  görə,  torpaq 

mülkiyyətçiləri  onların  torpaqlarında  yaşayan  kəndlilərin  "farağatlığına,  ədəb-

ərkanına  və  əxlaqına"  nəzarət  etməli  idi.  Feodal  həmçinin  kəndlilər  arasındakı 

çəkişmələr  üzrə  çıxarılmış  (bu  çəkişmələri  kəndlilər  içərisindən  seçilmiş  adamlar 

həll edirdilər) cinayət cəzası tələb etməyən qərarları təsdiqləyirdi. Polis və məhdud 

məhkəmə hakimiyyətinin feodalın şəxsində birləşdirilməsi onun kəndlilər üzərində 

hakimiyyətini  gücləndirirdi.  O  hər  hansı  bir  qanun  pozuntusuna  görə,  istənilən 

kəndlini məsuliyyətə cəlb edə bilərdi. Kəndlilərin şəxsiyyəti üzərində feodala belə 

hakimiyyətin  verilməsi,  kəndlilər  tərəfindən  mükəlləfiyyətlərin  yerinə  yetirilməsi 

zamanı sahibkarların özbaşınalıqları üçün  geniş imkanlar  açırdı.  Bütün bunlardan 

əlavə,  "Əsasnamə"  kəndlilər  tərəfindən  seçilən  kətxudaların  təsdiq  olunmasını  da 

sahibkarların  nəzarətinə  verirdi.  "Əsasnamə"  kəndlilərin  "şəxsən  azad  və  digər 

sahibkarın  yanına  keçmək  hüququna  malik  olmalarını"  etiraf  edirdi.  Lakin  bu 

hüquq  birincisi,  kəndlilər  tərəfindən  adambaşına  ən  azı  5  desyatin  torpaq  satın 

alınmasından,  ikincisi,  kəndlinin  həm  tərk  etdiyi,  həm  də  onu  qəbul  edən  kənd 

cəmiyyətlərinin,  habelə  torpağında  bu  keçmənin  baş  verdiyi  feodalın  razılığından 

asılı  vəziyyətdə  qoyulurdu.  Bütün  hallarda,  bunlardan  əlavə,  kəndlilərin  öz 

mükəlləfiyyətlərini  tamamilə  yerinə  yetirmələri  və  "diyarın  baş  rəisinin",  yəni 

canişinin  özünün  icazəsi  tələb  olunurdu.  Keçmiş  xanlar  və  onların  qohumlarımn 

torpaqlarında  yaşayan  kəndlilərin,  habelə  xan  nökərlərinin  başqa  yerə  keçməsi 

daha artıq dərəcədə çətinləşdirildi. 15 il keçəndən sonra da Bakı qubernatoru qeyd 

edirdi ki, 1847-ci ildən etibarən kəndlilərin bəy torpaqlarından xəzinə torpaqlarına 

keçmə-si halları məhdud xarakter daşıyır [126]. 

Çar  müstəmləkəçiləri  ağır  mükəlləfiyyətlər  yükünü  kəndlilər  üzərinə 

yıxaraq,  zorakı  və  əsarətçi  dövlət  aparatını  feodalların  mənafeyinin  mühafizəsinə 

səfərbər  etdilər.  "Əsasnamə"  yerli  hakimiyyət  orqanları  qarşısında  kəndlilərin 


feodalların  xeyrinə  mükəlləfiyyətləri  müntəzəm  yerinə  yetirmələri  və  onlara  tabc 

olmalarına nəzarət etmək vəzifəsini qoyurdu. Hakimiyyət orqanları sahibkar-lardan 

şikayət  alındığı  təqdirdə  onlara  "...yardım  və  kömək"  göstərməyə  borclu  idilər. 

"Əsasnamə" feodallara öz mülklərində polis qayda-qanunlarını qorumaq və kəndli 

çıxışlarını silah gücünə boğaraq vəzifəsini həvalə edirdi. 

Ağalar  və  kəndlilər  arasındakı  münasibətləri  müəyyənləşdirən  1847-ci  il 

28 dekabr ―Əsasnamə‖si də eynilə belə prinsiplərə əsaslanırdı. 

1838-ci  ildə  Rusiya  quberniyalarının  töycü  verən  kəndlilərinin  idarə 

olunması  sahəsində  islahat  keçirildi  [127].  Bu  islahat  tezliklə  Cənubi  Qafqaz 

diyarına da şamil edildi. Zaqafqaziya diyarında dövlət əmlaklarının idarə olunması 

haqqında  1841  -ci  il  5  yanvar  tarixli  qanun  1838-ci  il  islahatının  başlıca 

prinsiplərinə əsaslanırdısa da, bu qanunlar arasında mühüm fərqlər də var idi [128]. 

Daxili  Rusiya  quberniyaları  ilə  müqayisədə  Cənubi  Qafqazda  dövlət 

kəndinin  idarə  olunması  xeyli  sadələşdirilmişdi.  1841-ci  il  qanununun  ən  mühüm 

fərqi  ondan  ibarət  idi  ki,  dövlət  əmlakı  nazirliyinin  orqanları  daxili 

quberniyalardakına nisbətən Cənubi Qafqazda xeyli məhdud hüquqlara malik idi. 

1841-ci  il  qanununa  görə,  Gürcüstan-İmeretiya  quberniyası  və  Xəzər 

vilayətində  iki  dövlət  əmlakı  palatası  yaradıldı.  Dövlət  kəndinə  aid  olan  mühüm 

məsələlərin həlli palataların əlindən alındı və diyarın baş rəisinin ixtiyarına verildi. 

1838-ci  il  qanunu  ilə  quberniyalarda  yaradılmış,  geniş  hüquqlar  verilmiş  dairə 

rəisləri  vəzifəsinin  yerində  1841-ci  il  qanunu  Zaqafqaziyada  qəza  qəyyumları 

(popeçitel) vəzifəsi tətbiq edərək, onların üzərinə məhdud, ikinci dərəcəli vəzifələr 

qoydu. Dövlət kəndlilərinin idarə olunması üzrə bütün başlıca və əsas səlahiyyətlər 

qəza rəislərinin ixtiyarına verilirdi. 

Qanunun  61-ci  maddəsində  deyilirdi:  "Qəza  rəisinin  hakimiyyəti  azad 

kəndlilərin  (dövlət  kəndlilərinin  -Red.)  idarə  olunması  üzrə  bütün  fəaliyyət 

dairəsini  əhatə  edir  və  bu  baxımdan  həmin  idarənin  həm  polis,  hom  də 

sərəncamverici və təsərrüfatçılıq hissələri qəza rəisinin şəxsində birləşir" [129]. 

1838-ci  il  qanununa  edilmiş  mühüm  düzəlişlər,  görünür  ki,  qa-

nunvericinin  qəzadakı  hakimiyyəti  bütün  dolğunluğu  ilə  bir  vəzifəli  şəxsin-  qəza 

rəisinin əlində cəmləşdirmək istəyi ilə izah olunurdu. Belə vəziyyət istismar olunan 

əhali  kütlələrini  tabeçilikdə  saxlamaq  və  müstəmləkəçilik  siyasətini 

müvəffəqiyyətlə yerinə yetirmək üçün ən əlvcrişli şərait yaratmalı idi. 

 

 



 

 

 

 

 

 

III FƏSĠL 

 

MƏDƏNĠYYƏT 

 

§ 1. XALQ MAARĠFĠNĠN VƏZĠYYƏTĠ 

 

Şimali  Azərbaycan  Rusiya  tərəfindən  işğal  edildikdən  sonra  çar  hökuməti 

ölkədə öz siyasi və iqtisadi mövqelərinin möhkəmlənməsinə yardım etməyə qadir olan 

məmurlar  ordusu  hazırlamağı  təmin  edən  yeni  xalq  təhsili  sisteminin  tətbiq  edilməsi 

zərurəti ilə də qarşılaşdı. Çarizmin Azərbaycandakı məktəb siyasəti ona məxsus bütün 

mənfi xüsusiyyətləri ilə birlikdə Rusiyanın milli müstəmləkə siyasətinin bir hissəsi idi. 

Bununla  belə  o,  obyektiv  olaraq,  gələcəkdə  Azərbaycan  əhalisinin  yeni,  mütərəqqi 

yolla  təhsil  alması  üçün  zəmin  hazırladı.  Bu  dövr  Azərbaycan  xalqının  maarifçilik 

tarixində  ibtidai  rus  məktəblərinin  təşkili  ilə  yanaşı,  ənənəvi  təhsil  formalarının 

inkişafı ilə xarakterizə olunur. 

Şimali Azərbaycanm işğalından sonra da ibtidai təhsil bütövlükdə müsəlman 

ruhanilərinin ixtiyarında olan, buna görə də dini dünyagörüşünün mənbəyinə çevrilən 

məktəblərdə  -  mollaxanalarda  cəmləşmişdi.  Bir  çox  məktəblər  çoxillik  tarixə  malik 

idi.  Məsələn,  Şuşadakı  İbrahim  xan  məscidi  nəzdində  əsası  1801-ci  ildə  qoyulmuş 

məktəb  XIX  yüzilliyin  ikinci  yarısında  da  fəaliyyət  gös-tərmişdi  [1].  Əldə  olan 

məlumatlara  görə,  1842-ci  ildə  Bakı,  Quba,  Qarabağ,  Şəki,  Şirvan  və  Talış 

qəzalarında  məscidlərin  nəzdində  502  məktəb,  onların  isə  534  müəllimi  və  5242 

şagirdi var idi [2]. Məscidlərin nəzdində olmayan məktəblərin sayı xüsusilə çox idi, 

onlar demək olar ki, hər bir kənddə var idi. Məktəblərdə zümrə məhdudiyyəti olmadan 

müxtəlif yaşlı oğlanlar oxuyurdular. Bəzi hallarda qızlar üçün məktəblərə də təsadüf 

olunurdu.  Yüzilliyin  30-cu  illərindo  Bakının  qala  hissəsindəki  iki  məktəbdə  qadın 

mollaların başçılığı altında varlı ailələrdən 25 qız oxuyurdu [3]. 

Məktəblərdə  təhsil  haqqı  valideynlərin  vəziyyətindən  asılı  olaraq,  ayda  10-

20  qəpikdən  1-2  manata  qədər  [4],  yaxud  natura  ilə  ödənilirdi.  Məktəblər  heç  bir 

sanitar-gigiyenik  tələblərə  cavab  vermirdi,  müəyyən  olunmuş  proqram  və  təhsil 

müddəti  yox  idi,  tədris    ərəb  əlifbasının  mənimsənilməsindən  və  duaların 

əzbərlənməsindan başlanır,  bundan  sonra  isə  təhsilin  başlıca  obyekti olan  ―Quran‖ 

tədris edilirdi. Bunun ardınca savadlı olmağın əsas əlamətlərindən hesab edilən ərəb və 

fars  dillərində  mətnlərin  oxunması  başlanırdı.  Fars  dili  ədəbi  dil  hesab  edilir,  ondan 

şəxsi və işgüzar yazışmalarda da istifadə olunurdu. 

Məktəblərdə ən geniş yayılmış tədris vəsaiti Sədinin ―Gülüstan‖ və ―Bustan‖ 

Nizaminin ―Leyli və Məcnun‖u, Hafizin ―Divan‖ı  və ―Tarixi-Nadir‖ [5] (İran şahı 

Nadirin  döyüş  qəhrəmanlıqlarını  tərənnüm  edən  əsər),  dini  məzmunda  müxtəlif 

kitablar idi. Adları çəkilən əsərlərin dili çox qəliz olduğu üçün uşaqların onları qavra-

masında çətinlik törənirdi. Kitabların oxunmasına müəllim tərəfindən tərtib edilən fars 


Azərbaycan  dili  lüğətinin  köməyilə  başlayırdılar.  Şagirdlər  hər  gün  müəyyən  qədər 

söz əzbərləməli idilər. 

Məktəblərin  əksəriyyətində  ana  dilinə  və  ədəbiyyata  lazımi  diqqət 

verilmirdi. M.F.Axundovun ilk əsərləri çap olunana qədər doğma Azərbaycan dilindo 

noşr olunmuş kitablar da yox idi [6]. 

Moktəblərdə  ruhani  şəxslərlo  yanaşı,  dünyəvi  fənlərdən  dərs  deyən 

müəllimlər  də  çalışırdılar.  Onlardan  nisbətən  daha  savadlıları  öz  şagirdlərinə  Şərq 

dillərindən və ədəbiyyatından yüksək biliklər verirdilər. Azərbaycan mədəniyyətinin 

bir  çox  görkəmli  xadimləri  o  cümlədən  gözəl  şair  Mirzə  Şəfı  Vazehdən  dərs  alan 

M.F.Axundov  ilk  təhsili  belə  məktəblərdə  almışdılar.  Məktəblər  dini  xarakter 

daşıdıqlarından həyatdan uzaq düşmüşdülər. Onlardan yalnız bəzilərində valideynlərin 

təkidi ilə hesabın əsasları, işgüzar kağız və məktubların tərtib edilməsi öyrədilirdi. 

Ərəb əlifbasının mənimsəməyin çətinliyi, xüsusilə hecalara bölmə  metodu ilə 

tədrisin  törətdiyi  çətinliklər,  praktiki  bilik  verməyən  Proqrama  marağın  olmaması, 

əzbərçilik, şagirdləri tərbiyə etmək vasitəsi kimi tətbiq edilən cismani cəza sistemi - bütün 

bunlar birlikdə məktəbə getməyi uşaqlar üçün uzunmüddətli əzaba çevirirdi ki, buna da hər 

şagird  dözə  bilmirdi.  Əlifbanın  öyrədilməsinə  5-6  il  vaxt  sərf  olunması  məktəblərdə 

tədrisin keyfiyyətinin necə olmasını göstərir. 

Təxmini  məlumatlara  görə,  Qafqazdakı  məktəblər  məktəbyaşlı  uşaqların 

ancaq  onda  birini  əhatə  edirdi  [7].  Proqramların  və  tədrisin  xüsusiyyətləri  ilə 

əlaqədar bunlarrı özləri də tam savada malik olmurdular. 

Sosial-iqtisadi  və  siyasi  dəyişikliklər  şəraitində  təsərrüfat  fəalliyyətinin 

müxtəlif  sahələrində  işləməyi  bacaran  savadlı  adamlara  tələbatın  artması  ənənəvi 

məktəbləri yararsızlaşdırırdı. 

XIX  yüzilliyin  birinci  yarısında  Azərbaycan  mədəniyyətinin  qabaqcıl 

nümayəndələri  maarifin  yayılmasının  vacibliyini  bütün  kəskinliyi  ilə  başa  düşür, 

onu  xalqın  əsrlər  boyu  davam  edən  geriliyini  aradan  qaldırmağın  başlıca  vasitəsi 

hesab  edirdilər.  1832-ci  ildə  A.  Bakıxanov  Bakıda  pansionlu  dünyəvi  məktəbin 

layihəsini işləyib hazırladı. Layihədə ana dili və fars dili ilə yanaşı, rus dili, tarix, 

coğrafiya,  hesab  fənlərinin  tədrisi  nəzərdə  tutulurdu  [8].  Lakin  layihə  həyata 

keçmədi. Bu zaman artıq ölkədə rus ibtidai məktəblərinin yeni şəbəkəsi yaranmağa 

başlamışdı. 

Çar  hökuməti  ənənəvi  məktəbləri  sözün  həqiqi  mənasında  məktəb  hesab 

etmədiyindən  onların  açılmasında  müəyyən  qayda  yaradılmasını  artıq  hesab 

edərək,  şifahi  razılıq  verməklə  kifayətlənirdi.  Azərbaycanda  adi  məktəblərdən 

başqa  orta  ruhani  məktəbləri  -  mədrəsələr  də  fəaliyyət  göstərirdi.  Bu  məktəblər 

adətən  böyük  məscidlərin  nəzdində  açılır  və  onların  hesabına  saxlanılırdı. 

Mədrəsələrdə  təhsil  və  yaşamaq  pulsuz  idi.  Onların  sayı  dəqiq  məlum  deyildir, 

çünki  müvafiq  məmurlar  məktəblər  haqqındakı  ümumi  məlumatlarda  onları 

ayırmırdılar. 



Dəqiq  müəyyənləşdirilmiş  proqramı  və  təhsil  müddəti  olmayan 

mədrəsələrdə  məktəb  kursunu  bitirən  gənclər  və  həmçinin  yaşlılar  (30  yaşına 

qədər)  təhsil  alırdılar.  Onlar  mədrəsəni  bitirən  zaman  dini  rütbə  alırdılar.  Ərəb 

dilinə  sərbəst  yiyələnməyə  əsaslanan  proqrama  ―Quran‖ı,  ilahiyyatı  dərindən 

öyrənməklə  yanaşı,  ümumtəhsil  fənləri  -  fəlsəfə,  tarix,  coğrafiya,  astronomiya, 

təbabət,  müsəlman  hüququ  və  digər  elmlər  də  daxil  idi.  Həmin  elmlər  islam 

mövqeyindən tədris olunurdu. 

Mədrəsədə  tədrisin  təsirliyi  xeyli  dərəcədə  onun  rəhbərinin  təhsil 

səviyyəsindən  asılı  olurdu.  Mədrəsələrə  əsasən  xarici  ölkələrdə  -  İranda, 

Türkiyədə,  Misirdə  adi  dini  təhsil  almış  müdərrislər  başçılıq  edirdilər. Bu  isə  çar 

hakimiyyət orqanlarını narahat edirdi. 

Mədrəsələrdən  yalnız  mollalar,  məktəblərin  gələcək  müəllimləri  deyil 

şairlər və alimlər də çıxırdılar. Görkəmli pedaqoq və şair Qevid Əzim Şirvani də 

mədrəsənin yetirməsi idi. 

Azərbaycanda yaşayan digər xalqların təhsili kilsə və xüsusi məktəblərdə 

cəmlənmişdi.  Şamaxı  və  Şuşada  erməni  məktəbləri  xüsusilə  çox  idi.  Qarabağın 

erməni  məktəblərində  uşaqlar  erməni  dili  ilə  yanaşı,  Azərbaycan  dilini  də 

öyrənirdilər  [9].  Erməni  məktəblərindən  başqa  1827-ci  ildə  Gəncə  yaxınlığındakı 

Yelenendorfda  və  Anenfelddə  alman  kolonistləri  [10],  Zaqatalada  ingiloylar, 

Qubada isə tat əhalisi üçün savad məktəbləri var idi [11]. 

Xüsusi  məktəblərin  fəaliyyət  göstərməsinə  imkan  verən  çar  hakim 

dairələri  onların  üzərinə  ciddi  nəzarət  qoymuşdu  [12].  Ruhani  məktəblər  - 

mədrəsələr daha ciddi nəzarətdə saxlanılırdı. Digər tərəfdən, xüsusi məktəblər yerli 

əhalinin  təhsilə  tələbatını  ödəməkdə  dövlət  xəzinəsini  tədris  müəssisələrinə  əlavə 

vəsait xərcləməkdən xilas edirdi. 

Azərbaycanda  milli  məktəblərin  mövcudluğu  faktı  ilə  hesablaşan  çar 

hökuməti rus tədris müəssisələri şəbəkəsini də yayırdı. 

Azərbaycanda  rus  dövlət  məktəbləri  Zaqafqaziya  məktəbləri  haqqında 

1829-cu  il  "Əsasnamə"silə  meydana  gəlmişdi  və  ümumrusiya  xalq  maarifi 

sisteminin  bir  hissəsi  sayılırdı  [13].  Bununla  belə,  diyarda  mövcud  ictimai-siyasi 

şəraitlə  əlaqədar  onlar  özlərinə  məxsus  bəzi  xüsusiyyətlərə  də  malik  idi. 

Məktəblərin  təşkili  və  proqramların  tərtibi  zamanı  çar  məmurları  çoxəsrlik  milli 

mədəniyyəti və dini amilləri nəzərə almaya bilməzdilər. 

İlk qəza məktəbi 1830-cu ildə Şuşada, onun ardınca 1832-ci ildə Bakıda, 

1833-cü ildə Nuxada, 1837-ci ildo Gəncədə, 1838-ci ildə Naxçıvanda və Şamaxıda 

açıldı  [15].  XIX  yüzilliyin  50-ci  illərinin  sonunda  Azərbaycanda  olan  9  rus 

məktəbindən  5-i  qəza  (üçsinifli),  3-ü  birsinifli  ibtidai  (Qubada,  Lənkəranda, 

Ordubadda) və 1-i ali 4 sınifli (Şamaxıda) məktəb idi. İlk dövrlərdə özlərinin tədris 

rəhbərliyi  olmayan  bütün  bu  məktəblər  tədris  işləri  ilə  əlaqədar  Tiflis 

gimnaziyasının  direktoru  vasitəsilə  xalq  maarif  nazirliyi  ilə  ünsiyyətdə  olan 

Gürcüstan baş hakiminə tabe idi. 


1840-cı  ildən  onlar  Cənubi  Qafqaz  məktəbləri  Baş  müfəttişinin,  1849-cu 

ildən isə Qafqaz təhsil dairəsinin sərəncamında olub ərazi əlaməti əsasında bilavasitə 

onun müdiriyyətindən birinə tabe idi. Öyrənilən dövrdə adları çəkilən bütün məktəblər 

Şamaxı-Dərbənd müdiriyyətinin tərkibinə daxil idi. 

Rus təhsil  müəssisələrinin ləng artımı çar hökumətində  kütləvi  xalq təhsilinə 

marağını  olmaması  ilə  bağlı  idi.  Yeni  məktəblərə  inamın  zəif  olması  və  müsəlman 

ruhaniləri, həmçinin proqramda və tədris vasitələrində olan nöqsanlar da müəyyən təsir 

göstərirdi.  Dövlət  təminatında  olan  rus  məktəbləri  çox  məhdud  büdcəyə  malik  idi 

(1835-ci  ildə  gümüş  pulla  1780  manatdan,  1853-cü  ildə  2920  manata  qədər)  [15]. 

Məktəblərin  təşkili  zamanı  nəzərdə  tutulan  tədris  binalarının  yenidən  qurulması  ləng 

və keyfiyyətsiz həyata keçirilirdi. 

Məktəblərin  əksəriyyəti  yüksək  haqla  kirayə  edilən  və  tədris  işləri  üçün 

tamamilə  yararsız  olan  binalarda  yerləşirdi.  Hökumətin  maarifə  göstərdiyi  "qayğını" 

aşağıdakı  rəqəmlər  yaxşı  əks  etdirir:  1804-cii  ildən  1848-ci  ilə  qədər  Cənubi 

Qafqazdakı  maarif  işlərinə  gümüş  pulla  bir  milyon  manatdan  az  vəsait  buraxıldığı 

halda, təkcə 1840-cı ildə diyarın qubemiya və qəza idarələrinin saxlanılmasına 1075 

min manat buraxılmışdı [16]. 

Binaların  darısqallığı  və  rahat  olmaması  şagirdlərin  sayını  artırmağa,  vaxtlı-

vaxtında 2 sinifli məktəbləri 3 sinifli məktəblərə çevirməyə, paralel siniflər yaratmağa 

imkan  vermirdi.  Bəzi  hazırlıq  siniflərində  şagirdlərin  sayı  100-170  nəfərə  çatırdı 

[17]. 

Çar  hökumətinin  maarif  sahəsindəki  siyasətinin  həyata  keçirilməsi 



müəllimlərin  üzərinə  qoyulurdu.  Rusiya  üçün  xarakterik  olan  savadlı  və  qabiliyyətli 

müəllimlərin  çatışmazlığı  Qafqazda, o  cümlədən  Azərbaycanda  xüsusilə  kəskin  hiss 

edilirdi.  Bu  çatışmazlıq  müəllimlərin  maddi  təminatının  pis  olması,  ağır  sosial 

vəziyyətləri ilə izah edilirdi. 1835-ci il "Əsasnaməsi"nə görə, müəllimlərin illik əmək 

haqqı  gümüş  pulla  cəmisi  280-300  manat  idi.  Məktəb  nəzarətçilərinin  maaşı  isə 

bundan 80 manat artıq idi [18]. Bu, məhəllə nəzarətçilərinin  əmək haqqından (455 

manat) [19] xeyli az idi. 

Sonra  əsasnamələrlə  nəzarətçilərin  və  müəllimlərin  əmək  haqqı  artırıldı 

(gümüş pulla müvafıq olaraq 700 və 300-400 m). Nəzarətçilər ali təhsilli şəxslərdən təyin 

edilməli idilər. Yerli dilləri və qeyri-pravoslav dinləri tədris edən müəllimlərin əmək 

haqqı əvvəlki səviyyədə - ildə gümüş pulla 200 manat məbləğində saxlanıldı [20]. 

İxtisaslı  müəllimlərin  olması  diyarda  rus  məktəblərini  inkişaf  etdirməyin 

həlledici  şərtlərindən  idi.  Ona  görə  də  onların  hazırlanması,  xidmətə  cəlb  edilməsi  və 

maddi təminatı diyarın təhsil işləri rəhbərlərinin diqqət mərkəzində idi. Azərbaycanda 

xüsusi pedaqoji sinfi olan gimnaziyanın təşkili və yaxud Qafqazda ali təhsil ocaqlarının 

yaradılması ilə yaranmış vəziyyətdən çıxmaq olardı. Lakin çar hökuməti bu tədbirləri 

həyata  keçirməyə  tələsmirdi,  çünki  bu,  ruslaşdırma  siyasətilə  bir  yerə sığmırdı. Yerli 

dillərdən dərs demək üçün müəllimlər əksər hallarda ümumtəhsil hazırlığı olmayan din 



xadimlərindən  seçilirdi.  Yalnız  50-ci  illərdən  başlayaraq  onların  tərkibi  qəza 

məktəblərinin ilk məzunları olan azərbaycanlılar hesa-bına artmağa başladı. 

Müəllimlərin  siyasi  cəhətdən  etibarlı  olmasına  çox  mühüm  əhəmiyyət 

verilirdi.  İşə  qəbul  edilərkən  müəllimlər  sədaqətlə  xidmət  edəcəkləri  və  gizli 

cəmiyyətlərlə əlaqələri olmayacaqları haqqında "sədaqət andı" içməli idilər [21]. Rus 

dili  müəllimlərinin  çoxmillətli  diyarın  ruslaşdırılmasında,  müstəmləkə  siyasətinin 

həyata keçirilməsində fəallıq göstərmələrinə böyük əhəmiyyət verilirdi. 

İlk  dövrlərdə  Azərbaycanın  qəza  məktəblərində  başlıca  olaraq  rus 

məmurlarının uşaqları təhsil alırdılar. İllər ötdükcə bütün üstünlükləri ilə birlikdə dövlət 

xidmətinə daxil olmağa yol açan rus təhsilinin vacibliyi, ən başlıcası isə iqtisadi tələbat 

yerli  əhalidən  olan  uşaqların  rus  məktəblərinə  daxil  olmasına  maraq  yaratdı. 

Azərbaycanın bütün rus məktəblərində 1843-cü ildə 476 [22], 1848-ci ildə 537 [23], 

1852-ci  ildə  633,  1856-cı  ildə  822  [24]  şagird  təhsil  alırdı.  1834-cü  ildə  Qarabağ 

əyalətində hər 1247, Şəki əyalətində isə hər 1990 yerli kişi əhalisinə 1 şagird düşürdü 

[25]. 

Biliklərə,  düzgün  təsərrüfatçılıq  etməyə,  xidmətə  daxil  olmağa,  vergi 



yükündən  azad  olmağa  marağı  olanların  (tacirlərin,  sənətkarların)  uşaqları  şagirdlərin 

əsas hissəsini təşkil edirdi. Qəza şəhərlədə yaşayan kəndli uşaqları oxuyanların çox 

az  qismini  əhatə  edirdi.  1848-1853-cü  illərdə  ölkədə  irticanın  güclənməsi  ilə 

əlaqədar kəndliləri qəza məktəblərinə qəbul etmək tamamilə qadağan edilmişdi [26]. 

Getdikcə  rus  məktəblərində  təhsil  alan  azərbaycanlıların  sayı  artırdı. 

Onların ən yüksək faizi 1852-ci ildə Nuxada (37 faiz – 24 nəfər) və Şamaxıda (36 

faiz – 80 nəfər) müşahidə olunurdu. Azərbaycanın bütün qəza məktəblərində 1857-

ci ildə cəmi 148 azərbaycanlı şagird vardı. 

Azərbaycanlı  şagirdlərin  sayının  artması  ümumi  səbəblərlə  yanaşı,  rus 

məktəblərində  həm  də  Azərbaycan  dilinin  və  müsəlman  dininin  tədrisinin  həyata 

keçirilməsi ilə bağlı idi. Yerli əhalini kütləvi şəkildə rus dövlət məktəblərinə cəlb 

etmək cəhdlərinə baxmayaraq, çar hökuməti bu zaman məcburiyyət tədbirlərinə əl 

atmırdı. 

Yuxarıda  adları  çəkilən  məktəblər  ancaq  oğlanlar  üçün  nəzərdə 

tutulmuşdu.  Azərbaycanda  rus  qadın  təhsili  xeyli  sonralar  meydana  gəlmiş    və 

başlıca  olaraq  diyarda  xidmət  edən  rus  məmurlarının  uşaqları  üçün  nəzərdə 

tutulmuşdu.    İbtidai  məktəb  sinfi  olan  ilk  belə  məktəb  1848-ci  ilin  aprelin  30-da 

Şamaxıda eyni adlı xeyriyyə cəmiyyəti tərəfindən açılmış Müdəqqəs Nina məktəbi 

idi [27]. 

Rus  məktəblərinin  proqramları  daxili  siyasətin  istiqamətlərindən  və 

müstəmləkəçilik siyasətinin konkret vəzifələrindən asılı olaraq dəyişdirilirdi. 1835-

ci  ildə  qəza  məktəblərinin  rus  dili,  hesab,  hüsn-xət  və  ilahiyyatdan  ibarət  olan 

proqramı  tarix,  coğrafiya  və  həndəsəyə  giriş  kimi  fənlər  hesabına 

genişləndirilmişdi [28]. 



1848-ci  ildə  proqram  yenidən  ixtisar  edildi  və  ―dəftərxana  qaydaları 

haqqında qısa anlayışla‖ tamamlandı [29]. İrticanın zəifləməsi ilə əlaqədar 1853-cü 

il  ―Əsasnaməsi‖lə  ixtisar  edilmiş  fənlər  bərpa  olundu  [3.0].  Şamaxı  ali  4  sinifli 

məktəbinin  proqramına  qəza  məktəblərində  tədris  edilən  fənlərin  dərinləşdirilmiş 

kursları  ilə  yanaşı,  təbiət,  həndəsə  və  qanunşünaslıq  (dəftərxana  qaydalarının 

əvəzinə) daxil edilmişdi [31]. 

Məktəb  siyasətinin  əsasında  irticaçı  ―pravoslavlıq,  mütləqiyyət  və 

xalçaçılıq‖  prinsipi  dayanırdı  və  bu  prinsipin  gözlənilməsi  maarif  nazirliyinin 

sərəncamları ilə tələb olunurdu [32]. 

Təhsil dili olan rus dili proqramda  əsas fənn idi. Təhsilin  müvəffəqiyyəti 

rus  dilini  mənimsəməkdən  asılı  idi.  Yerli  xalqdan  olan  uşaqlar  rus  dilinin 

öyrənilməsinə  heç  bir  narazılığı  olmayan,  hətta  ana  dilinin  qrammatikasını  və 

məktəblərin  mövcud  olduqları  ilk  illərdə  yerli  dilləri  bilməyən  pedaqoqlarla 

başlayırdılar. 30-50-ci illərin proqramında yerli dillər əsas yerlərdən birini tuturdu: 

Azərbaycan  ərazisindəki  məktəblər  üçün  ―tatar‖  (Azərbaycan)  dili  əsas  fənlərdən 

sayılırdı.  Azərbayhcan  dili  ―özünü  diyarda  dövlət  qulluğuna  həsr  etmək  istəyən 

şəxslər  üçün  ən  başlıca  və  nə  vacib  dialekt‖  hesab  edilirdi  [33].  Buna  görə  də 

təhsilin  türk  və  fars  dillərində  deyil,  məhz  Azərbaycan  dilində  olmasına  nəzarət 

edilirdi. 

İki  və  dördsinifli  məktəblərdə  tədris  edilən  tarix  və  coğrafiya  fənləri 

şagirdləri  monarxiya  ruhunda  tərbiyə  etməli,  onlara  Rusiya  imperiyasının 

böyüklüyünü  aşılamalı,  onun  təbii  ehtiyatlarınınzənginliyi  barədə  təsəvvür 

yaratmalı, onlara xidmət edəcəkləri diyarla tanış etməli idi. 50-ci illərdə proqramda 

―dəftərxana qaydaları‖ və qanunşünaslıq mühüm yer tuturdu. 

Bütövlükdə  Azərbaycandakı  rus  məktəblərinin  proqramı  tamamilə 

müstəmləkə  siyasəti  mənafetinə  tabe  edilmikşdi  ki,  onların  içərisin  də  kadrları 

hazırlamaq ən vacib vəzifə idi. 

Çar hökumətinin maarif sahəsindəkin siyasəti təhsil müəssisələrində olan 

kitabxanaların  tərkibində  özünü  daha  aydın  göstərirdi.  Kitabxanalar  yalnız  xalq 

maarif  nazirliyinin  məsləhət  gördüyü  kitablardan  təşkil  olunurdu.  Onlar  əsasən 

dərsliklərdən, əyani vəsaitlərdən (xəritələr, qlobuslar, cədvəllər), az miqdarda elmi 

kitablardan,  bədii  ədəbiyyatdan  və  dövri  mətbuatdan  ibarət  idi.  Kitabxanaların 

komplektləşdirilməsi  əsasında  təlim  proqramı  məktəblərin  müdriyyəti  tərəfindən 

müəyyən edilirdi. 

Uzun  müddət  ərzində  bütöv  bir  qəza  üçün  yeganə  olan  məktəb 

kitabxanasının kitab fondu, ayrılan pul vəsaitinin cüzi olmasına baxmayaraq, ildən-

ilə artırdı. Belə ki, Bakı qəza məktəbində 1840-cı ildə 440, 1856-cı ildə 952, Gəncə 

qəza məktəbində isə müvafiq olaraq 46 və 585  cild kitab var idi [34]. 1848-ci ildə 

Şamaxı  qəza  məktəbində  126  kitabdan  cəmi  8-i,  Nuxada  isə  6-sı  Azərbaycan 

dilində idi. 



Məktəblər rus dili dərslikləri ilə kifayət qədər təmin edilirdilər. Lakin rus 

dili  qeyri-rus  əhalinin  öyrənməsi  üçün  tamamailə  uyğunlaşdırılmayan  (lüğətin  və 

vurğu işarəsinin olmaması, xristian ruhu, məzmunun mürəkkəbliyi) dərs vəsaitləri 

ilə keçilirdi. 

30-50-ci  illərdə  yerli  məktəblərin  müəllimləri  tərəfindən  Azərbaycan 

dilinə  dair  bir  sıra  vəsaitlər  tərtib  edilmişdi.  40-cı  illərdə  Cənubi  Qafqaz 

məktəblərində  Azərbaycan  dilindən  tədris  vəsaiti  kimi  tövsiyə  edilən  kitablar 

arasında  N.Dementyevin  ―Турецкотатарский  букварь‖  (1839-cu  il)  ―Басни  и 

повести на  татарскотурецком и русском языках‖  (1839-cu il), L.Z.Budaqovun 

―Краткий учебник татарского языка‖(1844-cü il) var idi. Təxminən 50-ci illərin 

ortalarından  başlayaraq  adları  çəkilən  vəsaitlər  İ.Romanovun  ―Татарский 

букварь‖  (1853-cü  il)  və  M.Ş.Vazehlə  İ.İ.Qriqoryevin  qısa  müntəxəbatı  ―Kitabi-

türki‖  (1855-ci  il)  əvəz  etdi.  Adları  çəkilən  kitablar  əldə  edilərək,  məktəb 

kitabxanalarında saxlanılırdı [35]. 

Mütərəqqi  müəllimlərin  işlədikləri  kitabxanaların  komplektləşdirilməsi 

böyük  mədəni  əhəmiyyət  kəsb  edirdi.  Müstəmləkəçilik  məqsədlərinin  ziddinə 

olaraq,  Azərbaycandakı  rus  məktəblərinin  kitabxanalarına  demokratik  nəşrlər,  o 

cümlədən  ―Sovremennik‖,  ―Oteçestvennıe  zapiski‖  daxil  olurdu.  Mütərəqqi 

müəllimlərin  köməyi  ilə  onlar  rus  və  Azərbaycan  xalqlarının  ən  yaxşı 

nümayəndələrinin  yaxınlaşmasına,  mədəni  əlaqələrin  möhkəmlənməsinə  yardım 

göstərən qabaqcıl ideyaların mənbəyinə çevrilirdilər. 

―Ziyanlı‖  hesab  edilən  hər  şey  xüsusi  sərəncamlarla  məktəb 

kitabxanalarından  çıxarılırdı  [36].  Qiraətə  artmaqda  olan  tələbat  1859-cu  ildə 

Şamaxı və Şuşada ilk kütləvi kitabxanaların təşkil edilməsinə gətirib çıxartdı. 

Azərbaycan əhalisinin qəza məktəblərinə ləng cəlb edilməsi və hökumətə 

sadiq  ruhani  şəxslərin  hazırlanması  vəzifələri  müsəlman  məktəbləri  adlandırılan 

xüsusi tip tədris müəssisələrinin vacibliyini zəruri edirdi. Məktəblərin proqramları 

6 il üçün nəzərdə tutulan iki paralel müsəlman və rus kursları adlandırılan kursların 

birləşdirilməsindən  ibarət  idi.  Müsəlman  kursu  hər  biri  iki  il  davam  edən 

Azərbaycan, fars və ərəb siniflərindən ibarət idi. Rus kursu isə qəza məktəblərinin 

proqramından  ibarət  idi.  Azərbaycanda  ilk  müsəlman  məktəbləri  1849-cu  cədə, 

Şuşada,  Şamaxıda  və  Bakıda  meydana  çıxmışdı.  Fər  oxuyurdu  [37].  1850-ci  ildə 

müsəlman  məktəbləri  Salyanda,  Lənkəranda,  Nuxada,  1853-cü  ildə  Zaqatalada 

açıldı [39]. Tam olmayan məlumatlara görə 1851-ci ildə Azərbaycanın 8 müsəlman 

məktəbində  468  şagird  təhsil  alırdı  [39].  Bu  məktəblərdə  azərbaycanlı  şagirdlərin 

qəza  məktəblərindəkikndən  xeyli çox idi, 1854-cü ildə Şamaxıda 93, 1855-ci ildə 

Bakıda 98 azərbaycanlı təhsil alırdı [40]. 

Müsəlman  məktəbləri  əhalisinin  vəsaiti  hesabına  saxlanılırdı.  Yalnız  rus 

dili  müəllimləri  istisna  təşkil  edirdilər,  onlara  ildə  dövlət  xəzinəsindən  200  man. 

verilirdi. 



Müsəlman  məktəblərini ixtisaslı  müəllimlərlə  və  dərs vəsaitləri ilə  təmin 

etməyi  mümkün  olmaması  nəzərdə  tutulan  proqramın  həyata  keçirilməsunə  mane 

olurdu. Təhsilin həcmi ruhanilər hazırlamaq üçün  kifayət deyildi  və bu  məktəblər 

uzun illər ərzində təşəkkül tapmışmədrəsələrə qarşı dura bilərdi. Bununla birlikdə 

bu  kurslar  dini  məktəblərin  bütün  nöqsanlarını  qoruyub  saxlayırdı.  Beləliklə, 

ruhanilərə  müsəlman  məktəblərində  hazırlamaq  vəzifəi  həll  edilməmiş  qalırdı. 

Lakin  şagirdlərin  bu  məktəblərə  axını  onların  həm  də  rus  tədris  müəssisələrində 

sayının artmasına yardım göstərdi. Çar məmurları yerli əhali arasında təhsilə güclü 

meyil  olduğunu  etiraf  etməyə  məcbur  olmuşdular  [41].  Bununla  belə  rus 

məktəblərinə  inamsızlıq  xeyli  zəiflədi.  Onların  üstünlüyü  aydın  oldu.  Beləliklə, 

müsəlman məktəbləri azərbaycanlı əhali arasında rus təhsilini yaymaq işində onun 

üzərinə qoyulan vəzifələri doğrultdu. 

Proqramların  həddən  artıq  məhdud  olmasına  ixtisaslı  pedaqoqların 

çatışmazlığına,  təhsilin  keyfiyyətinin  aşağı  olmasına  baxmayaraq,  rus  dövlət 

məktəbləri  Azərbaycanı  qəza  mərkəzlərində  yaşayan  azərbaycanlıların,  ləzgilərin 

və  digər  xalqların  uşaqlarına  ümumi  ibtidai  təhsil  verə  bilən  yeganə  pulsuz  təhsil 

müəssisələri idi. Təhsil sistemində aparıcı yer məhz bu məktəblərə məxsus idi. Rus 

dövlət  təhhsili  müəssisələri  bütün  nöqsanlarına,  çarizmin  şovinist  məqsədlərinə 

baxmayaraq, Azərbaycanın xalq maarifi tarixində müsbət rol oynamışdır. 

 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin