§ 9. KOMENDANT ÜSULĠ-ĠDARƏSĠNĠN LƏĞVĠ
Azərbaycanda çarizmin iqtisadi siyasətinin həyata keçirilməsi, diyarın
təbii ehtiyatlarının mənimsənilməsi cəhdləri bəzi digər amillərlə yanaşı, komendant
üsuli-idarəsinin təsiri altında ləngidilirdi. Bu idarəçilik üsulu hətta ali çar
məmurlarının etirafına görə, "dövlət gəlirləri üçün soyğunçu, diyarın rifahı, onun
sakinlərinin səadəti və mənəviyyatı üçün məhvedici" [104] oldu.
Komendant üsuli-idarəsi dövlət xəzinəsinə xeyli ziyan vururdu.
Komendantlar, hərbi hissə komandirləri və Rusiya idarə aparatı ilə bağlı olan
məmurlar yığılan vergilərin xeyli hissəsini mənimsəyir, xəzinənin torpağını və
vəsaitini dağıdırdılar. Hərbi hissələrin zabitləri olan bu hərbi rəislər xəzinə
gəlirlərinin sahibi və bölüşdürücüsü vəzifəlorinin öhdəsindən gəlməyə qadir
deyildilər.
Komendantların əllərində möhtəşəm, əslində nəzarətsiz hakimiyyətin
cəmlənməsi, komendant üsuli-idarəsinin özü azğın despotizm, qeyri-məhdud sui-
istifadələr doğururdu. Bunlar isə kütləvi silahlı kəndli çıxışlarının səbəblərindən
biri idi. Çar hakimiyyət orqanları bunu aydın dərk edirdi. Çarizmin
Zaqafqaziyadakı siyasətinin başçılarından biri olan baron P.Qan I Nikolayın adına
raportunda yazırdı: "Qubadakı narahatlıqlar (1837-ci il üsyanı - Red.) xalq üçün
əziyyətli olduğu qədər də zəif olan hərbi (komendant -Red.) üsuli-idarəsinin
nəticəsidir" [105].
Çarizmin Zaqafqaziyada öz hökmranlığını möhkəmləndirməsinə nail
olmaq cəhdi komendant üsuli-idarəsinin ləğvini və onun yeni sistemlə əvəz
olunmasını tələb edirdi. İslahatın ləngidilməsini həm "ziyanlı, həm də təhlükəli"
[106] sayan imperiya hakim dairələrinin həm Peterburqdakı, həm də Qafqazdakı
bir çox nümayəndələri onun təxirə salınmadan həyata keçirilməsini tələb etməyə
başladılar. Onların fıkrincə, islahat aşağıdakı vəzifələri həll etməli idi:
Zaqafqaziyanın Rusiya tərkibində olmasının müvəqqəti xarakteri barədə söhbətlər
üçün bəhanəni həmişəlik ləğv etmək; diyarın idarə xərclərinin onun öz vəsaiti
hesabına tamamilə ödənilməsini, gəlirlərin bir hissəsinin ümumdövlət xəzinəsinə
daxil olmasını təmin etmək; elə bir qayda yaratmaq ki, Zaqafqaziya sakinləri onun
müdafiəsində fəal iştirak etsinlər, bir müddətdən sonra isə əsgər versinlər;
Zaqafqaziyanı "mülki və siyasi tellərin köməyi ilə" Rusiya ilə "vahid bir orqanizm
halında bağlamaq və oradakı sakinləri rus kimi danışmağa, düşünməyə və
duymağa məcbur etmək" [107].
İnzibati idarə və məhkəmə sisteminin islahatı çarizm və hakim siniflərin
maraqlı olduqları iqtisadi dəyişiklikləri həyata keçirmək, xalq kütlələrini siyasi
mübarizədən
yayındırmaq
və
çarizmin
Zaqafqaziyadakı
mövqeyini
möhkəmləndirmək məqsədini güdürdü.
İslahatın layihəsi o zaman Qafqazın baş komandanı M.F.Paskeviç
tərəfindən tərtib olunmuş və 1830-cu ilin aprelində I Nikolaya göndərilmişdi.
Layihə çarizmin müstəmləkəçi məqsədlərini əks etdirirdi. O, qubernator və vilayət
rəisləri vəzifələrinə generalları təyin etməklə Rusiyanın daxili quberniyalarındakı
müvafiq idarələrin timsalında quberniya, vilayət və qəza inzibati və məhkəmə
idarələrinin yaradılmasını nəzərdə tuturdu. Bütün inzibati və məhkəmə idarələri
tamamilə "irsi rus zadəganlan" içərisindən çıxmış mə-murlardan təşkil edilməli və
hər işdə Rusiya qanunları rəhbər tutulmalı idi [108].
Beləliklə, Paskeviç "hərbi xalq üsuli-idarəsinin" aradan qaldırılması ilə
yanaşı, Zaqafqaziya xalqlarının milli xüsusiyyətləri ilə hesablaşmayaraq, hüquq,
məhkəmə və inzibati idarə sahəsində bütün yerli xüsusiyyətlərin də ləğv
olunmasını təklif edirdi.
Paskeviçin layihəsi o zaman Zaqafqaziya diyarını yoxlamış senatorlar
P.İ.Kutaysov və Y.İ.Meçnikov tərəfindən müdafiə olundu. Onların Paskeviçlə
birlikdə dövlət şurasına təqdim etdikləri "Zaqafqaziya diyarının quruluşu haqqında
təkliflər" Rusiyanın Zaqafqaziyanı qətiyyətlə ruslaşdırmağa can atan və diyarın
idarə olunmasında onun tarixi xüsusiyyətlərinin nəzərə alınmasına qarşı çıxan
hakim dairələrin siyasi xəttini əks etdirirdi.
1837-ci ildə Zaqafqaziyaya senator Qanın sədrliyi altında komissiya
göndərildi. Ona yerlərdə müvafiq məlumatlar toplamaq və "Zaqafqaziyanın idarə
olunması üçün müəssisələr" (idarələr - Reci.) lahiyəsini tərtib etmək göstərişi
verilmişdi. Lakin komissiya diyarın xüsusiyyətlərini öyrənmədi və Paskeviç
Kutaysov və Meçnikovun təklifləri əsasında artıq 1838-ci ilin əvvəllərində islahat
layihəsini tərtib edərək, onu Zaqafqaziya diyarının idarəsi üzrə komitənin təsdiqinə
verdi. Komitə və Qafqaz hakimiyyət orqanlan üzvlərinin layihəyə çoxsaylı qeydləri
ilə əlaqədar olaraq, bu inzibati məhkəmə islahatı layihəsi ancaq 1840-cı il aprelin
10-da l Nikolay tərəfindən "Zaqafqaziya diyarının idarə olunması üçün müəssisə"
adı altında təsdiq olundu [109].
1841-ci il yanvarın 1-dən islahat hər yerdə tətbiq olundu. Yeni inzibati və
məhkəmə idarələrinin açılışı yerli əyanların iştirakı ilə təntənəli şəraitdə keçirdi.
Bunların hamısı zahiri təsir göstərmək, xalqı aldadaraq onlarda xoşbəxt həyatın
başlandığı haqqında xülya yaratmaq məqsədi güdürdü.
Yeni idarələrin yaradılmasına görə "xilaskar" imperatora təşəkkürü
çatdırmaq üçün Peterburqa gürcü zadəganları, bəylər və digər imtiyazlı təbəqələrin
nümayəndələrindən ibarət heyət göndərildi.
İslahat Zaqafqaziyanın inzibati quruluşunu dəyişərək, onu Ümumrusiya
inzibati ərazi bölgüsünə uyğunlaşdırdı. Zaqafqaziya diyarı mərkəzi Tiflis olan
Gürcüstan-İmeretiya quberniyasına və mərkəzi Şamaxı olan Xəzər vilayətinə
bölünürdü. Quberniya ve vilayət qəzalara (dairələrə), onlar isə öz növbəsində
nahiyələrə (sahələrə - Red.) bölünürdü.
Azərbaycan torpaqlarının əksəriyyəti 7 qəzanı - Şamaxı (keçmiş Şirvan
əyaləti), Şuşa (Qarabağ əyaləti), Nuxa (Şəki əyaləti), Lənkəran (Talış əyaləti), Bakı
(Bakı əyaləti), Dərbənd (Dərbənd, Tabasaran və Qaraqaytaq əyalətləri) və Quba
(Samur dairəsi ilə birlikdə Quba əyaləti) qəzalarını özündə birləşdirən Xəzər
vilayətinin tərkibinə daxil oldu. Xalqları çar müstəmləkəçiləri ilə silahlı
mübarizəyə qalxmış Dağıstanla həmsərhəd olan sonuncu iki qəza xüsusi Dərbənd
hərbi dairəsinə daxil edildi.
Çar hökuməti "parçala və hökm sür" prinsipini rəhbər tutaraq Azərbaycan
torpaqlarının bəzi hissələrini - Qazax və Şəmşəddil distansiyaları ilə birlikdə
Yelizavetpol qəzasını, Car-Balakən vilavəti və İlisu sultanlığından yaradılmış
Balakən qəzasını, İrəvan qəzasını və Ordubad dairəsi ilə birlikdə, Naxçıvan
qəzasını Gürcüstan-İmeretiya quberniyasının tərkibinə daxil etdi.
Qəzaların tərkibində nahiyələr yaradıldı, onlardan çoxu keçmiş mahalların
ərazilərinə müvafiq gəlirdi. Nahiyələrin sayı və sahələri Qafqaz çar hakimiyyət
orqanları tərəfindən təsdiq olunmaq şərtilə əhalinin milli tərkibinə və iqtisadi
özünəməxsusluğuna qətiyyən məhəl qoyulmamaqla, ancaq əhalinin sayı və "dövlət
təhlükəsizliyinin təmin olunması mənafeləri" nəzərə alınmaqla quberniya və
vilayət idarələri tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan ərazi-sində cəmisi 32
nahiyə yaradılmışdı.
Zaqafqaziyanın ali idarəsi buradakı qoşunların baş rəisinin əlində
saxlanılırdı. O bilavasitə imperator tərəfindən təyin edilir və vəzifəsindən
çıxarılırdı. Baş rəis general-qubernatora nisbətən daha geniş səlahiyyətlərə malik
idi. O, quberniya idarə orqanlarının qərarlarını ləğv etmək, məmurları
vəzifələrindən uzaqlaşdırmaq və s. hüquqlara malik idi. Baş rəisin hakimiyyəti
təkcə quberniya idarələri üzərinə yayılmırdı. Daxili quberniyalarda müvafiq
nazirlik və idarələrin mərkəzləşdirilmiş tabeliyində olan gömrük, tədris, poçt və s.
idarə orqanları da burada baş rəisə tabe idi.
Baş rəisin sədrliyi altında Baş İdarə Şurası fəaliyyət göstərirdi. Onun
tərkibi imperatorun təyinatı üzrə Qafqaz hakimiyyət idarələrinin ali məmurlarından
təşkil olunurdu. Şura Xəzər vilayəti rəisi və Gürcüstan-İmeretiya qubernatorunun
illik hesabatlarım, Zaqafqaziyanın ayrı-ayrı rayonlarının təftişi üzrə materialları,
quberniya və vilayət prokurorlarınm etirazlarını, məhkəmə hökmlərinin
dayandırılması məsələlərini, gəlirlər və xərclər smetasını, mükəl-ləfıyyətlərin
qəzalar və şəhərlər arasında bölüşdürülməsini və diyarın idarə olunması üzrə digər
mühüm məsələləri nəzərdən keçirirdi. Şuranın senat tərəfindən təsdiq edilməli olan
qərarları ona (senata) göndərilir, yaxud da müvafiq nazirliyə bildirilirdi. Şuranın
digər (nisbətən az əhəmiyyətli) məsələlər üzrə qərarlan onların qəbul edilməsindən
dərhal sonra qanun qüvvəsinə minir və nazirliklərin ancaq nəzərinə çatdırılırdı
[110].
İslahat hərbi-komendant idarələrinin ləğvinə və onların ölkənin daxili
quberniyalarındakı idarələrə müvafiq yeni idarələrlə əvəz olunmasına gətirib
çıxardı. Quberniya idarələrinə "ali hakimiyyət"in nümayəndəsi olan qubenator,
Xəzər vilayəti idarələrinə isə vilayət rəisi başçılıq edirdi. Həm qubernator, həm də
vilayət rəisi çarın fərmanı ilə təyin edilir və bilavasitə Qafqazın baş rəisinə ta-be
olurdular.
Quberniya və vilayət orqanları sisteminə qubeniya (vilayət) idarəsi, xəzinə
və dövlət əmlakı palatalan, zemstvo mükəlləfiyyətləri komitəsi və s. daxil idi.
Gürcüstan-İmeretiya quberniyasından fərqli olaraq, Xəzər vilayətində xeyriyyə
işlərinə rəhbərlik edən zadəgan deputatlar məclisi, təbabət idarəsi və bəzi digər
idarələr yaradılmamışdı. Guya ki, bu fərqlər "Zaqafqaziyanın bu və ya digər
hissəsinin rus vətəndaşlıq hüququnu qəbul etməyə hazırlığının qeyri-bərabərliyi
üzündən yerli xüsusiyyətlərə qayğı xatirinə" qoyulmuşdu. Əslində isə, bu,
müsəlman əhalisi ilə məskunlaşmış milli ucqarlara münasibətdə çar hökumətinin
müstəmləkəçilik siyasətinin bir daha təzahürü idi.
Qəza idarəsinə qəza rəisi başçılıq edirdi. O, qəzada qayda-qanuna riayət
olunmasına, şəhər və zemstvo polisinin vəzifələrinə daxil olan hər işə cavabdeh idi.
Qəza rəisinin köməkçisi, qəza xəzinəsi, nahiyə iclasçıları və şəhər polisi ona tabe
idi.
"Qayda-qanun"un
bilavasitə
keşikçisi, hakimiyyət orqanları və
məhkəmənin bütün sərəncamlarının icraçısı nahiyə iclasçısı idi. O, vergilərin əhali
tərəfindən vaxtında ödənilməsini və bütün digər mükəlləfiyyətlərin yerinə
yetirilməsini təmin etməli idi.
1840-cı il 10 aprel qanunu Zaqafqaziyanın məhkəmə sistemində mühüm
dəyişikliklər etdi. Qəza məhkəməsi hakimlərdən, çar hakimiyyət orqanları və vergi
verən təbəqələrdən olan iclasçılardan ibarət idi. Qəzanın polis və məhkəmə
orqanlarında işlərin aparılması üzərində nəzarəti qubeniya və vilayət
prokurorlarının təqdimatı üzrə diyarın baş rəisi tərəfindən təyin edilmiş qəza
prokurorları həyata keçirirdi.
Məhkəmə islahatı həm də bunda ifadə olundu ki, artıq cinayət işlərinə
hərbi məhkəmələrdə yox, ümummülki məhkəmələrdə baxılırdı. Lakin bu islahatın
əsas ideyalarından biri - məhkəmənin idarəçilik işindən ayrılması həyata keçmədi
və məhkəmə səlahiyyətlərinin bir hissəsi nahiyədən tutmuş diyaradək Qafqaz
hakimiyyət orqanlarının əlində qalmaqda idi. Məsələn, qəza rəislərinə əmlak
mübahisələrini və iddialarım, habelə bəzi cinayət işlərini 100 manat məbləğinədək
həll etməyə icazə verilirdi [111].
Məhkəmə işləri mərhələlərin çoxluğu ilə səciyyələnirdi. Nahiyə iclasçısı
formal istintaq aparır və materialları qəza rəisinə, sonuncu isə qəza məhkəməsinə
təqdim edirdi. Qəza məhkəməsinin hökmü və ya qərarı isə baxılmaq üçün qəza
prokurorluğuna təqdim olunurdu. İş qəza prokurorunun qərarı ilə birlikdə
quberniya və ya vilayətin cinayət və mülki məhkəmə palatasına daxil olurdu.
Sonuncunun qərarı quberniya və ya vilayət prokuroruna ötürülür, o isə öz
göstərişləri ilə birlikdə məhkəmə palatasına qaytarır, palata prokurorun qeydlərini
nəzərdən keçirir və hökmdə düzəlişlər aparırdı. Bundan sonra bütün iş qubernatora
(və ya vilayət rəisinə) göndərilirdi. O, altı həftə ərzində ya hökmü təsdiq edir, ya da
onu öz qeydləri ilə birlikdə geriyə - palataya qaytarırdı.
Mülki işlərə ümumimperiya qanunlarına əsasən baxılırdı. Mülki məhkəmə
prosesində əhalinin yoxsul təbəqələrinin müraciətini çətinləşdirən və onların
narazılığını doğuran xeyli lüzumsuz formalizm nəzərdə tutulurdu.
1840-cı il qanunu ruhanilərin əlində ancaq nikah və vərəsəlik işlərini həll
etmək hüququnu saxlasa da, Azərbaycanın yerli sakinləri bütün mülki-hüquqi
mübahisələrə görə şəriət məhkəmələrinə üz tutmaqda davam edirdilər. Çar
hökuməti şəriət məhkəmələrinin saxlanılıb onlara nisbətən geniş hüquqlar
verilməsindən, mütləqiyyətin sosial dayağı kimi, müsəlman ruhaniləri ilə ittifaqı
möhkəmləndirmək üçün istifadə etməyə can atırdı [112].
İnzibati məhkəmə islahatının obyektiv olaraq bəzi müsbət cəhətləri var
idi. Çünki o, feodal pərakəndəliyinin aradan qaldırılmasına şərait yaradırdı. İslahat
vahid pul, ölçü və çəki sistemlərinin tətbiq olunmasını, rahdar vergisinin ləğvini
sürətləndirirdi. Bu isə sabit olan idarə və məhkəmə sisteminin yaradılmasına
gətirib çıxarırdı. Bütün bunlar sənaye və ticarətin inkişafına şərait yaradırdı.
Lakin 1840-cı ilin inzibati məhkəmə islahatı eyni zamanda çarizmin milli-
müstəmləkə zülmünün daha da güclənməsinə səbəb oldu. Azərbaycanlı məmurlar
inzibati idarələr və məhkəmələrdən çıxarılır, hər yerdə onların vəzifələrinə rus
məmurları təyin olunurdu. Bütün kargüzarlıq ancaq rus dilində aparılırdı.
Saxlanılma xərcləri ağır yük kimi zəhmətkeş əhalinin üzərinə düşən bürokratik-
məmur aparatının tərkibi xeyli genişləndi. Xəzinə və xüsusi sahibkar torpaqlarında
yaşayan kəndlilərdən alınan vergilər artırıldı, pul mükəlləfiyyəti tətbiq olundu,
kəndlilər və şəhər yoxsullarının narazılığının daha da artmasına səbəb olan bir sıra
digər tədbirlər həyata keçirildi.
Yeni inzibati-polis aparatında məsul vəzifələrə çox vaxt əhaliyə
münasibətdə sui-istifadələrdə və qanunsuzluqlarda ittiham olunan keçmiş
komendantlar və başqa şəxslər təyin edilirdi.
İnzibati-məhkəmə islahatı çarizmin sosial dayağı məsələsini xeyli
kəskinləşdirdi. İslahatın keçirilməsi zamanı hökumətdə mütləqiyyətin etibarlı
dayağı ancaq "təbii rus zadəganları" olmalıdır, rus zadəganlarım burada bəy və
ağaların, tiyul torpaq sahibliyini ləğv etmək hesabına malikanələrdə yerləşdirmək
fikirləri mövcud idi. Çarizm xüsusi və xəzinə ticarət-sənaye kompaniyalarına
paylamaq üçün həmin yolla torpaq fondu yaratmaq niyyətində idi.
Bəzi tərəddüdlərdən sonra çar hökuməti belə bir addımı atmaq qərarına
gəldi. Zaqafqaziya diyarı Baş İdarə Şurasınm Gürcüstan-İmeretiya quberniyası
Qazax, Şəmşəddil və Borçalı nahiyələrinin ağaları və maliklərinin kəndlərin idarə
olunmasından kənar edilməsi barəsində 1841-ci il 13 fevral tarixli [113] və Xəzər
qərarlarına əsasən vilayəti bəylərinin kəndlərin idarəsindən kənar edilməsi
barəsində 1841 -ci il 24 mart tarixli bəylər və ağalar özlərinin tiyul torpaqlarından
məhrum edildilər [114]. Əslində bu qərarlardan ancaq birincisi həyata keçirilsə də,
yerli feodallar çar hökumətinin niyyətini başa düşərək, kəndlilərin müstəmləkə
üsuli-idarəsi əleyhinə çıxışlarına qoşulmaqla, bəzi yerlərdə isə belə çıxışları təşkil
etməyə başlamaqla, bu hərəkatdan öz məqsədləri üçün istifadə etməyə,
imtiyazlarını geri almağa çalışırdılar.
İnzibati-məhkəmə islahatı və onun ardınca verilmiş yuxarıda adları
çəkilən qərarlar bütün əhalinin, o cümlədən də öz tiyul torpaqlarını və onlardan
götürülən gəlirləri itirmək təhlükəsi qarşısında qalmış, habelə idarəetmə işində hər
cür iştirakdan kənar edilmiş yerli feodalların - bəy və ağaların narazılığına səbəb
oldu. Hərbi nazir Çernışev 1842-ci ilin əvvəllərində jandarm idarəsi başçısı
A.B.Benkendorfa məlumat verirdi ki, "...o (Xəzər - Red.) vilayətin ali silki onların
hüquqlarının toxunulmaz qalacağına inanmır", "tacirlər qəzəblənirlər", "bütün
yollarda soyğunçuluq güclənir", "məmurları cinayətkar çəkişmə işləri, əməlləri və
intriqalar məşğul edir", "vəzifə tutmaq əvvəlkinə nisbətən müqayisə olunmaz
dərəcədə alınıb-satılan olmuşdur".
Bütün bunların təşkilində bəy və ağaların iştirak etməsi hökumət əleyhinə
çevrilmiş çıxışların qüvvətlənməsinə gətirib çıxardı.
1844-1845-ci illərdə Şuşa, Nuxa və Quba qəzaları rayonunda vergilərin
həddən artıq artmasından doğan kəndli həyəcanları baş verdi. Bu çıxışlar təkcə
hökumət əleyhinə deyil, həm də yerli feodallara qarşı yönəlmişdi. Quba qəzasının
bir qrup kəndlisi mülkədar Məmmədyusif bəyin xeyrinə vergiləri ödəməkdən və
mükəlləfiyyətləri icra etməkdən müntəzəm olaraq boyun qaçırırdı. Məmmədyusif
bəy qəza rəisinin adına şikayətində bildirirdi ki, kəndlilər "artıq 8 ildir ki, onu heç
tanımaq belə istəmirlər". 1846-cı ildə həmin qəzanın Rustov kəndinin sakinləri öz
sahibkarlarına qarşı çıxış etdilər.
Kəndli həyəcanlarının yeni dalğası hökumətin yerli feodallarla
yaxınlaşmasına zəmin yaradırdı. Həyəcanlar və çar hakimiyyətinə qarşı açıq
çıxışların artmasından bərk təşvişə düşmüş I Nikolay yerli əhalinin islahatdan
narazılığının səbəblərini aydınlaşdırmaq üçün xüsusi müfəttişləri - hərbi nazir qraf
Çernışevi və Qafqaz Komitəsinin sədri statssekretar Rozeni Conubi Qafqaza
göndərdi.
1840-cı il inzibati-məhkəmə islahatının fəal iştirakçıları olan Çernışev və
Rozen günahı təkcə o zaman gözdən düşmüş Qanın üzərinə qoyaraq, bu islahatın
uğursuzluğunu etiraf etməyə məcbur oldular. Belə izahat çar hökumətini də təmin
edirdi.
Çar hökuməti bəy mülklərinin alınmasım dayandırmağa, sahibkarların
hüquqlarını təsdiq edərək "müəyyən sahibkarlıq (bəylik -Red.) hüquqlarmı
toxunulmaz saxlamağa və xəzinənin xüsusi mülkiyyətə iddialarından əl çəkməyə"
məcbur oldu. Çarizm tərəfindən 40-cı illərin əvvəllərində elan olunmuş, yerli
feodallarla
münasibətlərin
kəsilməsinə
yönəldilmiş
istiqamət
tam
müvəffəqiyyətsizliyə uğradı.
1842-1846-cı illərdəki təftişin nəticəsində 1840-cı il inzibati-məhkəmə
islahatında bir xeyli dəyişikliklər aparıldı.
1842-ci ildə Qafqaz işləri üzrə yeni ümumimperiya orqanları - hərbi
nazirin sədrliyi altında xüsusi komitə və imperiya dəftərxanasının ayrıca IV şöbəsi
yaradıldı.
Bu
orqanlar
mütləqiyyətin
Zaqafqaziyadakı
mövqelərinin
möhkəmləndirilməsini təmin etməli idi.
Çar hökuməti dağlılarla müharibəni tezliklə başa çatdırmaq və Qafqazda
öz mövqelərini möhkəmləndirmək üçün Zaqafqaziya diyarının Baş idarəsi əvəzinə
1844-cü ildə Qafqaz canişinliyini təsis etdi. Canişin mütləqiyyətin "ali
hüquqlarının" başlıca keşikçisi idi və ona müstəsna dərəcədə geniş səlahiyyətlər
verilmişdi. I Nikolayın həddən artıq etibar etdiyi və mütləqiyyətin müstəmləkə
siyasətini can-başla həyata keçirən qraf S.M.Vorontsov Qafqaz canişini təyin
olundu. Keçmiş baş rəislərdən fərqli olaraq, canişinə diyar daxilində əvvəllər
nazirlərə mənsub olan səlahiyyətlər verilmişdi. O, tam mülki və hərbi hakimiyyətə
malik idi və bütün hallarda bilavasitə imperatora müraciət edə bilərdi.
Canişinə bu qədər geniş səlahiyyətlər verilməsi heç də muxtar
idarəçiliyinin təsisi demək deyildi. Əksinə, çar məhz canişin vasitəsi ilə Qafqaz
kimi mürəkkəb, müxtəlif xalqlı diyarda öz siyasətini daha kəsərli surətdə həyata
keçirməyə ümid bəsləyirdi.
Diyarın inzibati-ərazi qurumunda aparılan dəyişikliklər də Zaqafqaziyada
çar hakimiyyətinin güclənməsinə xidmət edirdi. 1846-cı il 14 dekabr tarixli
fərmanla Gürcüstan-İmeretiya quberniyası və Xəzər vilayətinin yerində 4
quberniya - Tiflis, Kutaisi, Şamaxı, Dərbənd quberniyaları, sonralar - 1849-cu ilin
iyununda isə İrəvan quberniyası yaradıldı [115].
Lakin bu inzibati-ərazi quruluşu da Azərbaycan, gürcü və erməni
torpaqlarını nəinki müvafiq quberniyaların hüdudlarında birləşdirdi, əksinə onları
daha da parçaladı. Beləliklə, məsələn, Azərbaycan ərazisinin ayrı-ayrı hissələri
Kutaisi quberniyasından başqa bütün quberniyaların tərkibinə daxil edilmişdi.
Xalq kütlələrinin müstəmləkə zülmünə və feodallar əleyhinə yönəlmiş
çıxışlarını boğmaq üçün çar hökuməti həmçinin qəza məhkəmələrinin və inzibati-
polis orqanlarının səlahiyyətlərini genişləndirdi və cəza siyasətini sərtləşdirdi.
Həbs cəzasına məhkum olunmuşlar üçün cəza sistemi ilə yanaşı, məhkəmə
tərəfindən bəraət qazandırılmış, lakin şübhə altında qoyulmuş şəxslər üçün 1842-ci
ildə cəzalar, özü də kifayət qədər ağır cəzalar sistemi tətbiq olundu [116]. Bunun
nəticəsində məhkəmədə bəraət verilmiş xslər həbsxanada saxlanıla bilər, məhkəmə
tərəfindən şübhə altında qoyulanlar isə Qafqaz hakimiyyət orqanlarının qərarı ilə
Sibirə - daimi məskunluğa sürgün oluna bilərdilər. Məsələn, 1844-cü ilin
fevralında çar hökuməti qərara aldı ki, Zaqafqaziya diyarının baş rəisi məhkəmə
tərəfindən şübhə altına alınmış şəxsləri 5 illiyə məhbus rotalarına göndərə, yaxud 8
illiyə Rusiyanın daxili quberniyalarına və həmişəlik Sibirə sürgün etmək kimi cəza
tədbirlərini həyata keçirə bilər[117].
Çarizmin müstəmləkə əsarətini gücləndirməsi Balakən qəzasında
idarəçilik və məhkəmənin təşkilində həyata keçirilmiş dəyişikliklərdə - 1842-ci
ildə bu qəzanın hərbi dairəyə çevrilməsində, cinayət işlərinə baxılmasının hərbi
məhkəmələrin ixtiyarına verilməsində, demək olar ki, bütün mülki idarələrin
ləğvində öz əksini tapmışdır.
Çar hökuməti eyni zamanda yerli feodallar və ruhanilərlə ittifaqı
möhkəmləndirmək yolu ilə Şimali Azərbaycanda özünə sosial dayaq yaratmağa
can ataraq, şəriət məhkəmələrinin səlahiyyətlərini genişləndirdi, bəy və ağaların
torpaq sahibkarlığı hüquqlarını qanunvericilik yolu ilə təsdiq etdi.
Beləliklə, inzibati-məhkəmə sistemində edilmiş dəyişikliklər zəhmətkeş
kütlələrin vəziyyətini yüngülləşdirmədi, əksinə, sosial və milli əsarət daha da
ağırlaşdı. İslahat və xüsusən də ondan sonra gələn dəyişikliklər çarizmin Cənubi
Qafqazda mövqeyinin möhkəmləndirilməsinə, mütləqiyyətin bu diyardakı
müstəmləkə siyasətinin yeni vəzifələrinin həyata keçirilməsinə yönəldilmişdi.
Dostları ilə paylaş: |