AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   2   3   4   5   6   7   8   9   10   ...   36
§ 6 ġƏHƏRLƏR 

 

XIX  yüzilliyin  əvvəllərində  Şimali  Azərbaycanda  doqquz  şəhər  var  idi: 



Şamaxı, Bakı, Yelizavetpol, Nuxa, Şuşa, Quba, Lənkəran, Naxçıvan və Ordubad. 

Ən  böyük  şəhər  Şamaxı  şəhəri  idi.  Bununla  belə  Şamaxı  xanlığı  ləğv 

olunanadək şəhər ikinci dərəcəli rol oynayırdı, xanın iqamətgahı Fitdağ qalası idi. 

1821-ci  ildə  rus  hakimiyyət  orqanları  tərəfindən  Şamaxının  bərpa  edilməsi  planı 

işlənib hazırlandı, 1824-cü ildə isə o, köhnə şəhərin yerinə yenidən tikildi. Fitdağ 

qalasının  iqamətgah  rolunun  ləğv  edilməsi  ilə  həmin  ildə  Şamaxı  rəsmi  olaraq  

Şirvan  əyalətinin,  1840-cı  ildən  1846-cı  ilədək  Xəzər  vilayətinin,  1846-cı  ildən 

1859-cu  ilədək  Şamaxı  quberniyasının  mərkəzi  oldu.  Şəhərin  bərpa  edilməsi  ilə 

onun əhalisi də artmağa başladı. Əgər yüzilliyin 30-cu illərinin əvvəllərində orada 

10 minə yaxın əhali yaşayırdısa, 1850-ci ilə yaxın artıq 19.733 əhali yaşayırdı [73]. 

Bu  müddət  ərzində  Azərbaycanın  digər  şəhərlərinin  də  əhalisi  sürətlə 

artırdı:  Nuxada  əhalinin  sayı  14770-dən  17945-ə,  Şuşada  10118-dən  15194-ə, 

Gəncədə 9164-dən 16700-ə, Qubada 3968-dən 7909-a, Naxçıvanda 3800-dən 5157 

nəfərə çatdı.  Azərbaycanın şəhər əhalisinin ümumi sayı isə buna  uyğun olaraq 84 

min  nəfərdən  100  min  nəfərə  çatdı,  yəni  16  min  nəfər  artdı.  Yüzilliyin  ortalarına 

yaxın  şəhər  əhalisi  Şimali  Azərbaycanın  ümumi  əhalisinin  təxminən  10  faizini 

təşkil edirdi [74]. 

Şəhər  əhalisinin  sosial  tərkibinin  rəngarəng  idi.  Belə  ki,  yüzilliyin 

ortalarında  Şamaxıdakı  4036  ailənin  282-si  hakim  feodal  sinfinə  mənsub  idi. 

Şəhərdə 863 nəfər tacir və 2192 nəfər sənətkar var idi. Belə mənzərə Azərbaycanın 

digər şəhərləri üçün də səciyyəvi idi. Şəhərlərdə bütövlüklə 4 minə yaxın bəy, 300 

xan  ailəsi  üzvləri,  5  min  nəfər  ruhani  yaşayırdı.  Onlar  hamısı  birlikdə  şəhər 

əhalisinin ümumi sayının 9 faizini təşkil edirdilər. Şəhərlərdə sənətkarların ümumi 

sayı 12 min, tacirlərinki isə 7 min nəfərə yaxın idi [75]. 

Komendant  sisteminin  tətbiqi  ilə  hərbi,  mülki,  məhkəmə  və  maliyyə 

müəssisələri:  hərbi  komendantın  dəftərxanası,  şəhər  polisi,  əyalət  və  yaxud  şəhər 



məhkəməsi, xəzinə şəhərlərdə - əyalət mərkəzlərində cəmləşdirildi. Bundan əlavə, 

1824-cü ildə Şuşada və Dərbənddə komendantların həm hərbi, həm də mülki işlər 

üzrə  tabe  olduqları  Cənubi  Qafqaz  müsəlman  əyalətlərinin  hərbi-dairə  rəisinin 

dəftərxanaları    təsis  edildi.  Gəncə  şəhəri  həmçinin  ali  rütbəli  ruhanilərin  yaşadığı 

mərkəz oldu. 

Azərbaycan  şəhərlərində  ictimai  əsaslarla  hər  hansı  bir  idarə  yaratmaq 

istəməyən  çar  hökuməti  digər  funksiyalarla  birlikdə,  şəhərin  idarə  olunmasını  da 

şəhər  polisinə  həvalə  etdi.  Şəhər  polisinin  tərkibinə  xüsusi  pristavlar,  məhəllə 

nəzarətçiləri,  kovxa  və  mühafizə  dəstəsi  daxil  idi.  Polisin  fəaliyyətində  mülki 

əhalinin  nümayəndəsi  kimi  ―ictimaiyyətin  nümayəndələri‖  deyilən  iki  deputat 

iştirak edirdi. Polisin ştatı ayrı-ayrı şəhərlərdə müxtəlif idi. 

Deputatlar xüsusi pristavlarla birlikdə şəhər evlərinin, ticarət dükanlarının, 

karvansaraların,  sənətkar  emalatxanalarının,  dəyirman  və  hamamların  hesabını 

aparır,  onların  sahiblərini  və  əldə  etdikləri  gəlirlərin  miqdarını  müəyyənləşdirir, 

şəhər  əhalisindən toplanan, polisin  saxlanılmasına  və  ictimai  xərclərə  sərf olunan 

pul  vergilərinin  bölüşdürülməsində  iştirak  edir,  bu  vəsaitin  toplanması,  ordunun 

məskunlaşması üçün mənzillər ayrılması və s. ilə məşğul olurdular. 

 

 



 

 1840-cı ilin inzibati-məhkəmə islahatı Azərbaycan şəhərlərinin idarə olunmasında əsaslı dəyişikliklər yaratmadı. Şəhər təsərrüfatı yenə də əvvəlki kimi polisin sərəncamında qalırdı. Cənubi Qafqaz diyarının şəhərləri əhalinin sayından asılı olaraq islahata görə dörd dərəcəyə bölünürdü: əhalisi çox 

olan  orta  əhalisi  az  olan  və  ştata  daxil  olmayanlar.  Gəncə  və  Şamaxının  böyük 

şəhərlər olması ilə əlaqədar bu şəhərlərdə qalabəyindən, iki xüsusi pristavdan, dörd 

məhəllə nəzarətçisindən və 16 polisdən ibarət xüsusi şəhər polisi təsis edilirdi [76]. 

Orta şəhərlərdə polisin tərkibinə qalabəyi, xüsusi pristavlar və deputatlar, əhalisi az 

olan şəhərlərdə - qalabəyi, məhəllə nəzarətçiləri və deputatlar, ştata daxil olmayan 

şəhərlərdə və Salyan kimi kiçik yaşayış məntəqəsində sahə iclasçıları və məhkəmə 

nəzarətçiləri, Zaqatalada qəza rəisi daxil idi 

1840-cı  il  qanunu  polis  idarəsindən  şəhərlərin  hər  il  mədaxil  və  məxaric 

smetasını  tərtib  etməyi  tələb  edirdi  ki,  bununla  da  əlaqədar  yerli  hakimiyyət 

orqanlar şəhər təsərrüfatını və şəhər smetasını yoxlamağa başladılar. Bu tədbirlər, 

şübhəsiz ki, şəhər təsərrüfatında müəyyən qayda yaratdı. Şəhərlərin vəsaiti çox az  

idi. Məsələn, Lənkəran şəhərində 1700 manatdan Şamaxıda 15 min manata qədər. 

Şəhərlərin  gəliri  şəhər  ölçü  və  tərəzilərindən,  şəhər  əmlaklarından  bağlardan, 

bostanlardan, 

dəyirmanlardan, 

 

karvsaralardan, 



dükanlardan, 

sənətkar 

emalatxanalarından,  peşələrdə  heyvan  kəsilməsindən,  ticarət  hüququna  görə  və  s. 

dən təşkil olunurdu. Şəhərlərin demək olar ki, bütün gəlirləri polisin, həbsxananın 

saxlanılmasına,  qarovulxananın  qızdırılmasına  və  işıqlandırılmasma,  buradan 

keçən hərbi komandalar üçün odun toplanılmasına sərf olunurdu. 

Çar  hakimiyyət  orqanları  şəhərlərin  abadlaşdırılmasına  heç  qayğı 

göstərmirdilər.  Bu  məqsədlə  xüsusi  vəsait  ayrılmır,  illik  toplanan  şəhər 

gəlirlərindən isə buna vəsait qalmırdı. 

Azərbaycan  şəhərlərinin  iqtisadi  həyatın  əsasını  sənətkarlıq  istehsalı, 

ticarət  və  əkinçilik  təşkil  edirdi.  Yüzilliyin  30-50-ci  illərində  bütün  şəhərlərdə 

sənətkar  peşələrinin  və  sənətkarların  sayının  artması  müşahidə  olunurdu.  Şamaxı, 



Gəncə,  Nuxa  kimi  iri  şəhərlərdə  40-a  qədər,  Quba,  Lənkəran,  Naxçıvan  və 

Ordubadda isə 20-yə qədər sənətkar peşəsi var idi. 

Şəhərlərin  müəyyən  sahə  üzrə  ixtisaslaşması  getdikcə  güclənirdi. 

Məsələn,  Gəncə  şəhəri  ipək  və  pambıq  parçaların  boyanması  ilə,  Şamaxı  şəhəri 

ipək  parça  və  baş  örtükləri  istehsalı  ilə,  Şəki  şəhəri  gözəl  xalçaların  hazırlanması 

ilə,  Nuxa  şəhəri  ipək,  mahud  məxmər  parçalar  üzərindəki  tikmələrlə  məşhur  idi. 

Azərbaycan  ustalarının  zərif  məhsulları  yalnız  Cənubi  Qafqaz  şəhərlərində 

satılmır, həm də Rusiyanın müxtəlif yerlərinə aparılırdı. 

Lakin şəhər sənətkarlıq istehsalının fərqləndirici xüsusiyyəti ondan ibarət 

idi  ki,  istehsalçı,  başlıca  olaraq,  sifariş  üçün  işləyir  yalnız  yerdə  qalan  məhsullar 

satışa gedirdi. 

Sənətkarların  sayı  sürətlə  artırdı.  Yüzilliyin  30-cu  illərinin  əvvəllərində 

Azərbaycan şəhərlərinin hər birində orta hesabla 200-300 sənətkar var idi və yalnız 

Şamaxıda onların sayı 668 idi. İyirmi ildən sonra Gəncə şəhərində artıq 1193, Şuşa 

şəhərində  1863,  Şamaxı  şəhərində  2192  və  Nuxa  şəhərində  isə  3  mindən  çox 

sənətkar  yaşayırdı.  Bütövlükdə  isə,  1830-cu  ildən  1850-ci  ilədək  şəhərlərdə 

sənətkarların sayı 2,5-3 mindən 12 minə qədər artmışdı [77]. 

Manufakturalar  və  haqqında  bu  fəslin  3-cü  paraqrafında  danışılan 

yaranmaqda olan fabrik istehsalı başlıca olaraq şəhərlərdə inkişaf edirdi. 

Çar  xəzinəsi  şəhərlilərdən  çoxlu  vergi  və  mükəlləfiyyət  toplayırdı. 

Sənətkarlardan toplanan vergilər ildə 1,2 manatdan 20 manata qədəri təşkil edirdi. 

Tacirlərdən  toplanan  xüsusi  vergilərdən  biri  mizan  pulu  (şəhər  tərəzilərindən)  idi. 

1842-ci ildə mizan  vergisi  Şamaxıda 3,5 min  man., Nuxada 18 min  man., Şuşada 

1,4  min  man.  təşkil  etmişdi.  Xırda  tacirlər  və  sənətkarlar  həmçinin  dükan  və 

emalatxanaların  icarəsinə  görə  pul  ödəyirdilər.  1849-cu  ildən  şəhərlərdə  mənzil 

mükəlləfiyyəti əhalinin tərpənməz əmlakının 8 %-nin dəyərini təşkil edən yüksək 

pul vergisi ilə əvəz olundu. Şəhərlərin müəyyən hissəsi kənd təsərrüfatı ilə məşğul 

olurdu.  Maraqlıdır  ki,  şəhər  binaları  və  digər  tikililər  üçün  ayrılan  torpaqlardan 

əlavə, şəhərlərə  məxsus böyük örüş və  əkin  sahələri,  meyvə  və  üzüm bağları  var 

idi.  Məsələn,  Şamaxı  sakinlərinin  2478  desyatin,  Ordubad  sakinlərinin  2641 

desyatin, Quba sakinlərinin isə 2388 desyatin belə torpaqları var idi. 

Şəhər sakinləri yalnız əkin sahələri, bağ və bostanlara malik olmayıb həm 

də heyvan saxlayırdılar. Məsələn, Quba şəhərinin sakinləri hər il 2 min puda qədər 

taxıl, min puda qədər arpa yığırdılar. Onların, 300 baş iribuynuzlu mal-qarası və 3 

minə  qədər  qoyunu  var  idi.  1849-cu  ildə  Nuxa  şəhərinə  məxsus  torpaqlarda  990 

çetvert taxıl və 500 çetvert arpa əkilmişdi. Şəhərlilərin üzüm və meyvə bağı 216-ya 

çatmışdı [78]. 

 

 



 

 

 



Şəhər həyatının inkişafı şəhər tikintisinin genişlənməsi üçün şərait yaradırdı. Şəhərlərdə daş binalar tikilir, Bakı, Şamaxı, Nuxa, Şuşa, Gəncədə isə ikimərtəbəli binalar var idi. 50-ci illərdə şəhərlərdə 18 mindən çox daş bina mövcud idi. Küçələrin, Şəhər həyatının meydanların, 

Şəhər  həyatının  inkişafı  şəhər  tikintisinin  genişlənməsi  üçün  şərait 

yaradırdı.  Şəhərlərdə  daş  binalar  tikilir,  Bakı,  Şamaxı,  Nuxa,  Şuşa,  Gəncədə  isə 

ikiməttəbəli  binalar  var  idi.  50-ci  illərdə  şəhərlərdə  18  mindən  çox  daş  bina 

mövcud idi. Küçələrin, meydanların, körpülərin sayı artırdı. 


 

§ 7. KOMENDANT ĠDARƏ SĠSTEMĠ 

VƏ ONUN BÖHRANI 

 

Quzey  Azərbaycanın  Rusiya  tərəfindən  istila  edilməsinin  gedişində  yeni 



inzibati  sistemi  yaradılmağa  başladı.  Rus  qoşunlarına  müqavimət  göstərən  xanlar 

hakimiyyətdən  məhrum  edilir,  xanlıqlar  isə  başda  komendant  olmaqla  dairə  və 

əyalətlərə  çevrilirdilər.  Komendantlar  Qafqazdakı  rus  ordusunun  baş  komandanı 

tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindəntəyin olunurdu. Məsələn, 

Gəncə  xanlığı  hərbi  cəhətdən  tabe  edilən  kimi,  ləşv  edildi;  onun  yerində  başında 

rus zabiti dayanan hərbi dairə yaradıldı. Bakıda da elə belə olmuşdu. 

Bəzi  hallarda  komendant  idarə  sistemi  tətbiq  edilməzdən  əvvəl  qısa 

müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra 

rus  hərbi  dairələrinin  nəzarəti  altında  yerli  bəylərdən  –  naiblərdən  təşkil  olunmuş 

müvəqqəti  orqan  tərəfindən  idarə  olunan  əyalətə  çevrildi.  Yalnız  1810-cu  ildə 

hakimiyyət komendanta verildi. 

Ölkənin  yerdə  qalan  hissəsində  -  Qarabağ,  Şəki,  Şirvan  və  Lənkəran 

xanlıqlarında  işğalın  birinci  mərhələsində  əvvəlki  sistemi  və  idarə  aparatı 

saxlanılmışdı.  Bu xanlıqlar Rusiyaya  ikitərəfli (dövlətlərarası)  müqavilə  əsasında, 

silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin 

siyasi  statusları  ilə  fərqlənirdilər:  adları  çəkilən  xanlıqlar  Rusiya  imperiyası 

sistemində  asılı  dövlət  qurumları  vəziyyətində  idilər.  Xanların  daxili  idarəçilikdə 

hüquqları əvvəlki həcmdə saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli 

dəyişikliyə məruz qalmaqla məhdudlaşdırıldı. Belə ki, xanlıqlarınm ərazisində rus 

hərbi  qüvvələri  yerləşdirilir,  hakim  vassaların  özləri  isə  çar  generalları  siyahısına 

daxil  edilir  və  Qafqazdakı  hərbi  məsələlər  üzrə  baş  komandanın  tapşırıqlarını 

yerinə yetirirdilər. Bununla belə, 20-ci illərə yaxın çarizm öz vassalarının xidmətin 

dən imtina etməyi lazım bildivə bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819-

cu ildə, Şirvan  xanlığında 1820-ci ildə, Qrabağ xanlığında 1822-ci ildə, Lənkəran 

xanlığında  1826-cı  ildə  köhnə  idarəçilik  ləğv  edilərək,  komendantlıqlarla  əvəz 

edildi. 


Şimali  Azərbaycan  ərazisində  altı  əyalət  –  Talış,  Şirvan,  Şəki,  Qarabağ, 

Bakı  və  Quba  əyalətləri,  Yelizavetpol  dairəsi,  Car-Balakən  vilayəti  (1830-cu  ildə 

yaradılmışdı)  və  iki  distansiya:  Qazax  və  Şəmşəddil  distansiyaları  yaradıldı. 

Naxçıvan  və  İrəvan  -  əzəli  Azərbaycan  torpaqlarını  rus  çarizmi  ―Erməni 

vilayəti‖nin tərkibinə daxil etdi. 

Əyalətlər iki dairədə birləşdirildi. Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri 

Şuşada  yerləşən hərbi dairəyə tabe olan, ―Müsəlman dairəsi‖ adlandırılan dairəyə 

daxil idilər. 

Faktiki  olaraq  əyalətdə  bütün  hakimiyyət  komendantların  əlində 

cəmlənmişdi. Onun ən mühüm vəzifələrindən biri dövlət əmlakına rəhbərlik etmək 



idi.  Xan  hakimiyyəti  ləğv  edildikcə,  xanların  və  düşmən  əhvali-ruhiyyəli  bəylərin 

bütün əmlakı – məskunlaşmış və məskunlaşmamış torpaqlar, otlaqlar, bağlar, balıq 

vətəgələri,  duz  mədənləri,  neft  quyuları  və  s.  dövlətin  ixtiyarına  keçirdi.  Bu 

əmlakın bir hissəsini dövlətin özü istismar edir, digər hissəsini isə iltizama verirdi. 

Hər  iki  halda  komendant  təsərrüfat  hissəsinin  başçısı  kimi  çıxış  edirdi.  Dövlətə 

məxsus ―əmlakı yoxlamaq və dəqiq müəyyənləşdirmək‖, dövlətin gəlirini artırmaq 

üçün  vasitələr  axtarmaq  onun  vəzifəsinə  daxil  idi.  Komendant  xəzinə 

torpaqlarından  vergilərin  vaxtında  toplanmasına,  həmçinin  sahibkar  kəndlilərinin 

dövlət mükəlləfiyyətlərini yerinə yetirməsinə göz qoyurdu. Gömrük pulu (rəhdari) 

və qaoan pulu (mizan) vergilərin verilməsinə nəzarət və komendantın səlahiyyətinə 

daxil idi. 

Çarizmin  müstəmləkəçilik  siyasətinin  bilavasitə  icraçısı  və  həyata 

keçiricisi  olan  komendantlar  yerli  feodalların  siyasi  etibarlılığını,  onların  çarizmə 

necə xidmət etdiklərini diqqətlə izləyirdilər. Onlardan özlərini mütləqiyyətin sadiq 

xidmətçiləri  kimi  göstərənlər  komendant  tərəfindən  tiyul  hüququ  ilə  məskun  və 

qeyri-məskun  torpaqlarla,  rəncbərlərlə  bolluca  təmin  edilirdilər.  Sadiq  bəylərə 

məskunlaşmış  torpaqlar  və  rəncbərlər  verilməsi,  məsələn,  quabnın  komendantı 

polkovnik Lisaneviç tərəfindən 1810-cu ildə yerli feodal Məməmd bəyə ilk torpaq 

mükafatının verilməsinin əsaslandırılması buna xarakterik misaldır: ―Sizin tərəfdən 

bizim  əlahəzrət  hökmdara  göstərilən  hüsn-rəğbətə  görə...  mən  sizə  kəndləriniz 

Zərqova və Talabinin idarəsini... tam inamla sizə tapşırıram ki, siz bunu özünüzün 

Rusiya  hökumətinə  sədaqətinizə  hörmət  kimi  qəbul  edərək,  əlahəzrət  imperatora 

bütün  hörmətinizi  saxlayacaqsınınız  və  təkcə  öz  şəxsdi  xeyrinizi  gözləməyib, 

əhalini  də  bu  cür  cinayətlərdən  (çar  hakimiyyətinə  qarşı  çıxışlardan  –  Red.) 

çəkindirəcəksiniz  və  kəndliləri  və  yaxud  başqa  birilərini  buna  sövq  edənlərin 

qarşısını alacaqsınız‖ [79]. 

Komendant  cəza  orqanlarının  –  polisin  və  məhkəmənin  də  fəaliyyətinə 

rəhbərlik  edirdi.  O,  hərbi  nökərlərə  və  yerli  atlı  polisə  (çaparlara)  başçılıq  edir, 

mülki və əhəmiyyətli cinayət işlərinə baxan şəhər və yaxud əyalət məhkəmələrinə 

sədrlik  edirdi.  Məhkəmə  kollegial  orqan  olsa  da  (belə  ki,  onun  tərkibinə  yerli 

əyanların  nümayəndələrindən  seçilən  daha  dörd  üzv  daxil  olurdu),  əslində  iş 

komendant tərəfindən təkbaşına həll edirdi. O, adətən heç bir qanuna əsaslanmadan 

qərar  çıxarır  və  bu  da  hökm  üçün  əasa  olurdu.  Məhkəmədə  işlərin  həlli  aylarla, 

bəzən isə illərlə uzadılırdı. 

Ağır cinayətlərinə  hərbi  məhkəmə  və  yaxud hərbi  məhkəmə  komissiyası 

baxırdı.  Hərbi  məhkəmə  prosesləri  qısamüddətli  olması  ilə  fərqlənirdi.  Məhkəmə 

üç  gün  ərzində  qərar  çıxarır,  sonra  baxılmaq  və  təsdiq  edilmək  üçün  Qafqazdakı 

baş  komandana  göndərilirdi.  Hərbi  məhkəmə  çar  müstəmləkələrinin  əlində  sosial 

və  müstəmləkə  zülmünə  qarşı  çıxış  edənlərə  divan  tutmaq  üçün  əlverişlçi  cəza 

orqanı idi. 



Nəhayət, komendant  həmçinin  hərbi qarnizonun rəisi  idi. Beləliklə, onun 

əlində  çox  böyük  hakimiyyət  –  icraedici,  məhkəmə  və  hərbi  hakimiyyət 

toplanmışdı.  ―Yüz  minlərlə  əhalinin  hüququ,  namusu  və  əmlakı...  komendantın 

özbaşınalığından  asılıdır‖  [80].  Yüzilliyin  20-ci  illərin  sonu  30-cu  illərinin 

əvvəllərində Cənubi Qafqaz diyarını təftiş edən senatorlar Meçnikov və Kutaytsev 

belə nəticəyə gəlmişdilər. 

Xanlıqlar dövründə olduğu kimi, əyalətlər naiblər tərəfindən idarə olunan 

mahallara  bölünürdü.  Onlar  komendant  tərəfindən  çarizmə  sədaqətli  bəylərdən 

təyin edilir və Qafqazdakı baş komandan tərəfindən təsdiq edilirdi. 

Naiblərin  hüquq  və  vəzifələri  hər  hansı  bir  rəsmi  sənədlə  təsdiq 

olunmamışdı, o nəinki müxtəlif əyalətlərdə müxtəlif idi, hətta çox vaxt bir əyalətin 

hüdudlarında  da  eyni deyildi. Bir qayda  olaraq onlar bütöv  əyalət  üçün  müəyyən 

edilmiş ölçüyə əsaslanaraq vergi və mükəlləfiyyətləri kəndlər arasında bölüşdürür, 

kəndliləri  mükəlləfiyyətləri  yerinə  yetirməyə  məcbur  edir,  məhkəmə  və  polis 

hakimiyyətini yerinə yetirirdilər. 

Naiblərin  əksəriyyəti  məvacib  almırdı.  Məsələn,  Qarabağ  əyalətində  11 

naibdən  yalnız  ikisi  məvacib  alırdı  [81].  Naiblər  öz  vəzifələrinə  görə  toplanan 

verginin 

bir 

hissəsi 


hesabına  mükafatlandırılırdılar.  Onlar  həmçinin 

məskunlaşmamış xəzinə torpaqlarından və dövlət kəndlilərindən istifadə edirdilər. 

Qarabağ  əyalətində  mahal  naibləri  kəndlilərin  bütün  gəlirlərin  onda  bir 

hissəsi  ailələri  üçün  ərzaq  almağa  sərf  edirdilər.  Onlar  üçün  xidmətçilər  ayrılırdı. 

Kəndlilər  mahal  naiblərinin  torpaqlarını  əkir,  bəzən  isə  məhsulu  yığmağa  və 

döyməyə  kömək  edirdilər.  Əhali  toya  görə  naibə  ―toy  payı‖  adı  altında  vergi 

ödətirdi. Çəkişmələrin xeyrinə toplanırdı [82]. 

Komendant  odarəçıliyinin  ən  aşağı  pilləsində  kəndxudalar  və  yüzbaşılar 

dururdular.  Bu  vəzifə  ―seçkili‖  idi,  lakin  çox  vaxt  kənd  icması  cəza  olaraq  bu 

hüquqdan  məhrum  edilir  və  kəndə  hükumət  kəndxudası  təyin  edilirdi.  Hükumət 

kəndxudasından  fərqli  olaraq  seçkili  kəndxudalar  məvacib  almırdılar.  Lakin 

kəndlilərdən  toplanılan  vergilərin  bir  hissəsi  onlara  çatırdı.  Bəzən  belə 

kəndxudaların sərəncamına məskunlaşmamış torpaqlar və rəncbərlər verilirdi. 

Kəndxuda  icma  hüdudlarında  qayda-qanunun  gözlənilməsinə,  kəndlilərin 

mükəlləfiyyətləri  müntəzəm  yerinə  yetirməsinə  pul  vergilərinin  toplanmasına, 

yolların, körpülərin və suvarma şəbəkələrinin saxlanmasına cavabdeh idi. 

Komendant  idarə  sistemi  hərbiləşdirilmiş,  ―müvəqqəti  və  sanki  özgə 

torpaqlarında  işğalçı  xarakter  daşıyırdı‖.  Komendant  idarə  üsulu  keçmiş  istismar 

aparatının azacıq yeniləşdirilmiş forması idi. Buna görə də o, köhnə inzibati-idarə 

sistemini  əsaslı  şəkildə  dağıda  bilmədi.  Xanlıqlar  ləğv  edildikdən  sonra 

komendantlara  ―keçmiş  idarə  formalarını  dəyişdirmədən  keçmiş  (xan  –  Red.) 

adətlər ilə idarə‖ etmək barəsində sərəncam verilmişdi. Hətta hökumət dairələrində 

də  etiraf  edilirdi  ki,  ―Cənubi  Qafqaz  diyarının  idarəsi,  bəzi  əyalətlərin  Rusiyaya 

birləşdirilməsindən  30o  ilə  qədər  vaxtın  keçməsinə  baxmayaraq,  hələ  özündə 



həmin  ölkənin  keçmiş  hakimlərinin  hesabatsız,  özbaşına  və  qeyri-müəyyən 

idarəçiliklərinin nişanələrini saxlayır‖ [83]. 

Komendant  idarə  sistemi  çarizm  tərəfindən  bərqərar  edilmiş  despotik 

müstəmləkə  rejiminin  məhsulu  nə  konkret  təzahürü  idi.  Belə  bir  şəraitdə 

komendatlara  –  yeni  yaradılmış  və  zəif  nəzarət  olunan  inzibati  idarənin  əsas 

şəxsiyyətlərinə  böyük  hakimiyyət  verilməsi  görünməmiş  cinayətkarlıq  və 

pozuntular  doğururdu.  Bu  cinayətkarlıq  və  pozuntular  komendant  idarəsinin, 

demək  olar  ki,  bütün  illərində  mövcud  idi,  onlar  bu  idarəçiliyin  ayrılmaz  tərkib 

hissəsi olunmuşdular. 

Əhali  ilk  növbədə  kəndlilər  komendant  idarəsinin  hərbi-dairə  rəisindən 

başlamış  kəndxudaya  qədər  bütün  qulluqçuları  tərəfindən  amansız  soyğunçuluğa 

məruz qalırdılar. 

Cənubi  Qafqaz  diyarını  təftiş  etmiş  senatorlar  Kutaysov  və  Meçnikov 

çarın  adına  göndərdikləri  1831-ci  il  tarixli  məlumatda  göstərirdilər  ki,  ―knyaz 

Mədətov  müsəlman  dairəsinin  hərbi-dairərəisi  olarkən  özgələrin  mülklərini 

özbaşına  ələ  keçirmiş,  əhalini  Knyaz  Mədətov  sağ  olsaydı,  bu  əmələrinə  görə 

məhkəməyə verilməli idi‖ [84]. 

Komendantlar da kəndliləri və şəhərliləri amansızcasına soyurdular. Talış 

əyalətinin  komendantı  polkovnik  Korniyenkonun  və  Quba  əyalətinin  komendantı 

Gimbutun özbaşınalığı, zülmü və azğınlığı 1831-ci ildə Talış üsyanının və 1837-ci 

ildə  Quba  kəndlilərinin  silahlı  çıxışlarının  əsas  səbəblərindən  biri  idi.  Gimbut  və 

Korniyenko  istisnalıq  təşkil  etmirdilər.  Digər  əyalətlərin  komendanları  da 

kəndliləri amansızcasına soyur və azğınlıq törədirdilər. 

Qarabağ  əyaləti  komendantının  şəxsiyyəti  komendant  idarəsi  üçün  çox 

səciyyəvi  idi.  1837-ci  ildə  Qarabağ  əyalətini  çar  məmuru  göstərirdi  ki,  ―xalqın 

ümumi  səsi  komendant  knyaz  Baratovu...  hədsiz  özbaşınalıqda  və  amansızlıqla 

günahlandırır‖.  Çar  məmurunun  dediyinə  görə,  əhali  bildirirdi  ki,  komendantla 

―pulla  hər  şey  etmək  olar,  pulsuz  heç  bir  şey  etmək  olmaz‖  [85]. 

       Əhalini  soyub  talamaqla  komendanta  öz  qənimətlərini  onunla  bölüşdürən 

naiblər  kömək  edirdilər.  Çar  məmuru  açıqcasına  bildirirdi  ki,  ―naiblərin  məqsədi 

ancaq öz xeyirlərini güdmək idi‖ [86]. 

Komendant idarəsi məmurlarının zülm və zorakılıqları haqqında Qarabağ 

əyalətinin  Zəngəzur  mahalının  Parkagüt  kəndinin  sakinjləri  obrazlı  şəkildə  belə 

yazırdılar:  ―Bizim  rəislər,  sürüyə  daranmış  cavanlar  kimi,  müxtəlif  sıxıntılarla 

bizim  güzəranımızı  pozurlar.  Rəhbərliyin  hər  hansı  verginin,  yaxud 

mükəlləfiyyətin ödənilməsi tələbi həmişə naib tərəfdən ikiqat artırılır‖ [87]. 

Bütün  Şimali  Azərbaycanda  komendant  idarəsinin  məmurları  xalq 

kütlələrini  amansızcasına  soyub  talayırdılar.  Bunu  hətta  yüksək  rütbəli  çar 

məmurları  da  etiraf  etməyə  məcbur  olmuşdular.Senatorlar  Meçnikov  və 

Kutaysovun ədliyyə nazirinin adına göndərdikləri təqdimatda deyilirdi: ―Müsəlman 

əyalətərinin idarə edilməsini tədqiq edərkən idarə edənlərin azğınlığından və xalqın 


əzabından  insan  əqli  dəhşətə  gəlir.  Burada  artıq  insanlıq  tamamilə  tapdanmış, 

yüksək  ədalət  və  azğın  özbaşınalıq  dairə  rəislərinin,  komendantların,  pristavların 

və digər rəhbər şəxslərin fəaliyyətinin əsasıdır‖ [88]. 

XIX  yüzilliyin  20-ci  illərinin  sonlarında  çar  Rusiyasının  Cənubi 

Qafqazdakı  müstəmləkəçilik  siyasətində  yeni  mərhələ  başlandı.  Bu,  iki  səbəblə 

şərtlənirdi:  birincisi,  Rusiyanın  daxili  quberniyalarında  kapitalist  sənayesinin,  hər 

şeydən  əvvəl  toxuculuq  sənayesinin  inkişafı  və  ikincisi,  Cənubi  Qafqazda  hərbi-

strateji  şəraitin  əsaslı  şəkildə  dəyişməsi  idi.  Sonuncudan  ölkənin  İran  və 

Türkiyənin təcavüzkar qəsdlərindən etibarlı müdafiə olunduğu aşkara çıxdı. 

Belə  bir  şəraitdə  hökumət  və  ticarət-sənaye  dairələri  Cənubi  Qafqaza,  o 

cümlədən  Şimali  Azərbaycana  perspektivli  xammal  bazası  və  rus  sənayesinin 

məhsullarını satmaq üçün əlverişli bazar kimi baxmağa başladılar. 

Lakin  bu  iqtisadi  məqsədlərə  nail  olmaq  üçün  çarizm,  hər  şeydən  əvvəl, 

bu  ölkədə  özünün  siyasi  hökmranlığını  möhkəmləndirməli  idi.  Çarizmin  həm 

Petrburqdakı,  həm  də  Qafqazın  özündəki  yüksək  rütbəli  müstəmləkə  siyasəti 

strateqlərinin  fikrincə  çatmağın  ən  mühüm  amillərindən  biri  bu  yerlərin  idarəsini 

Rusiyanın əsasən tamamilə yenidən qurmaq olmalı idi. 

 

 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin