§ 3. ĠKĠNCĠ RUSĠYA-ĠRAN MÜHARĠBƏSĠ.
ĠSTĠLANIN BAġA ÇATMASI
Rusiyanın 1804-1813-cü illər Rusiya-İran müharibəsində qələbəsi, Cənubi
Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası ingilis müstəmləkəçilərinin
qızğın qəzəbinə səbəb oldu. Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab
edən və Cənubi Qafqazı ələ keçirmək üçün yeni planlar hazırlayan İran sarayı isə
Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. İranın bu planları
İngiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna görə ingilis
diplomatiyası hər vasitə ilə yeni münaqişələr törədir, İranı Rusiya ilə yeni
müharibəyə təhrik edirdi. Bu məqsədlə Tehrana yeni Britaniya səfiri göndərildi. O,
şahı inandırmağa çalışırdı ki, İran Cənubi Qafqazı ələ keçirə bilər, ancaq bunun
üçün güclü ordu yaratmaq lazımdır. Səfir öz hökumətinin yaxşı təlim görmüş və
silahlanmış 50 minlik korpus yaratmaqda İrana kömək göstərməyə hazır olduğunu
bildirdi [22].
Müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də
Tehranda İngiltərə ilə İran arasında müqavilə bağlandı. Bu müqavilə Rusiyaya
qarşı yönəldilmişdi. İran şahı İran sərkərdələri tərəfdən Hindistanın təhlükəsizliyini
təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə İrana hər il, 1809-cu il
müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və
hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi.
İngiltərə İrana Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş Rusiya-İran
sərhədlərinə yenidən baxmağa nail olmaq barədə söz verdi.İngiltərə İrana yeni
təlimatçı zabitlər, sursat, Təbrizdə fəalliyyət göstərən silah zavodu üçün
avadanlıqlar göndərməyə başladı. Qafqazdakı rus qoşunlarının baş komandanı
A.P.Yermolov 1817-ci ildə nümayəndə heyyətinin başçısı kimi İranda olarkən
çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu.
Vəliəhd, Cənubi Azərbaycanın hakimi Abbas Mirzə Rusiyaya qarşı yeni
müharibənin hazırlanmasında yenə də mühüm rol oynayırdı. İngilis diplomatiyası
hər vasitə ilə onu İngiltərənin daimi nəzarəti altında saxlamağa çalışırdı. Abbas
Mirzə isə, öz növbəsində, özünü ingilis zabitləri və siyasi məsləhətçilərlə əhatə
etmişdi və onların köməyi ilə öz ordusunu yenidən qururdu. İranın anbar və
cəbbəxanaları ingilis tüfəngləri və döyüş sursatı ilə dolu idi.
İngiltərə ilə yeni müqavilə bağlamaq və ordunu müharibəyə hazırlamaqla
yanaşı, İran sarayı eyni zamanda belə hesab edirdi ki, Rusiyadan müəyyən
güzəştlərə nail olmaq üçün əlverişli şərait yaranmışdır. 1815-ci ildə Gülüstan
müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq və Cənubi Qafqazın,
əsasən Azərbaycan ərazisinin heç olmazsa bir hissəsinin İrana verilməsinə nail
olmaq üçün İngilrətə ilə sıx bağlı olan və çoxdan onun təlimatından istifadə edən
Mirzə Əbdül Həsən xanın başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərildi.
İngiltərə və İranla münasibətləri kəskinləşdirməyi istəməyən çar hökuməti
sərhədlərin müəyyənləşdirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu
məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə İrana nümayəndə heyəti
göndərdi. Nümayəndə heyətinə Rusiya ilə İran arasında möhkəm dostluq və
qardaşlıq əlaqələri üçün əsas ola biləcək xüsusi müqavilə bağlamağa səlahiyyət
verilmişdi [23].
A.P.Yermolovun səfirliyi İranda soyuq qarşılandı. İngilislər tərəfindən
qızışdırılan vəliəhd Abbas Mirzə, hətta Yermolovun səfirliyindən ölkədə hərbi
əhval-rihiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı. Bu zaman o belə bir şayiə
yaydı ki, rus səfiri İranı işğal etmək üçün 12 minlik korpus gətirmişdir.
Rus səfirliyini qorxutmaq məqsədilə Abbas Mirzə Təbrizə, onların
qarşısına on minlərlə əsgərdən ibarət olan hərbi birləşmə göndərdi. Yermolovun
keçdiyi bütün yol boyu onu ingilis zabitləri müşayiət edirdi. Tərəflərin elə ilk
görüşündə İrandakı ingilis səfirinin iştirakı ilə şah diplomatiyası Gülüstan
müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların İrana verilməsini tələb etdi. Şah
sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına
və İngiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov
İranı tərk etdi. Rusiyaya qayıtdıqdan sonra Yermolov Peterburqa yazırdı:
―İngilislər ehtiyat edirdilər ki, İran bizim hakim təsirimiz altına düşə bilər‖. O daha
sonra qeyd edirdi ki, ―vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür‖ [24].
XIX yüzilliyin 20-ci illərində İranın Rusiyaya qarşı hərbi hazırlığı yeni
mərhələyə qədəm qoydu və çox fəallaşdı. İngilis diplomatiyası ehtiyat edirdi ki,
Rusiya Şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə İranı
müharibəyə təhrik edirdi. İngilislər çaha pulla, silahla və sursatla göstərdikləri
yardımı daha da gücləndirirdilər. İngilis zabitləri sərhəd qalalarını
möhkəmləndirirdilər. Bu işdə ingilis texniki qoşunlarının polkovniki Montis
mühüm rol oynayırdı. Tehranda və Təbrizdə tökmə zavodların əsası qoyulmuş,
Təbrizdə barıt istehsalı nizama salınmışdı. ―...İngilis, fransız zabitləri növbə ilə
İran ordusunu təşkil etməyə cəhd edirdilər. Bir sistemi digəri əvəz edir və hər biri
növbə ilə pozulurdu‖.
Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək
müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də İngiltərə İorana
kömək etdi. 1823-cü ildə İran və Türkiyə arasında müqavilə bağlandı İngilislərin
köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat işləri təşkil edildi. Bundan
məqsəd müharibənin başlanması ilə yerlərdə İran tərəfdarlarını gücləndirmək, yerli
əhalini Rusiyaya qarşı üsyana qaldırmaq idi.
1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün İsfahana 200 tay
ingilis silahı gətirildi. 1826-cı ildə İngiltərə Hindistandan daha 15 min tüfəng
göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman
göstəriləcəkdir ki, İran Rusiyaya qarşı müharibəyə başlansın. Elə həmin il İngiltərə
artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi [25].
Rusiya hökuməti İranla toqquşmaqdan qaçmağa çalışırdı. I Nukolay
Yermolova yazırdı: ―İndi demək olar ki, bütün dağlı xalqlarının bizim əleyhimizə
qalxdığı bir vaxtda, Avropadakı işlər, xüsusilə Türkiyə ilə münasibətlər öz
əhəmiyyətinə görə böyük diqqət tələb etdiyi bir vaxtda iranlılarla əlaqələri pozmaq
haqqında düşünmək ağılsızlıq olardı‖. Ona görə də Rusiya hökuməti danışıqlar
aparmaq və ərazi məsələlərini dinc yolla həll etmək üçün yenidən Tehrana öz
nümayəndəsini göndərməyi qərara aldı. 1826-cı ildə general Menşikovun başçılıq
etdiyi rus nümayəndə heyəti İrana gəldi. Aldığı təlimata əsasən, Menşikov şah
sarayının nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi İranla sülhü, mehriban
razılıq və dostluq münasibətlərini qorumaqdan, beləliklə, İranın Rusiyanın işğal
məqsədi daşıması və öz ərazisini genişləndirmək istəməsi gümanını aradan
qaldırmaqdan ibarət olmalı idi. Menşikov sərhəd haqqında məsələni tənzimləməyə
―şahı razı salmaq üçün bütün gücünü sərf etməli idi‖. Çarın sərəncamı ilə
Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəşt etməyə hazır idi [26].
Rusiyanın İranla hərbi münaqişəyə girməmək üçün göstərdiyi bu cəhd
müvəffəqiyyətsizliyə uğradı. Menşikovu İranda çox soyuq və davakarcasına
qarşıladılar və o çox pis qəbul olundu, hətta Şimali Azərbaycan sərhədlərinə
soxulan çoxlu qoşunla rastlaşdı. Şahın yay iqamətgahı Sultaniyyəyə gələn
Menşikov başa düşdü ki, müharibə labüddür. O özü və onu müşayiət edənlər çoxlu
həqarət və təhqirdən sonra ancaq avqustun sonunda İrandan çıxa bildilər.
İran sarayı özünün Rusiyaya qarşı hazırladığı müharibə planlarında
―Qafqaz müsəlman vilayətlərinin‖, daha doğrusu, Azərbaycan və Dağıstanın
―hamılıqla silahlanmasına‖ böyük ümid bəsləyirdi [27]. Qaçqın
Azərbaycan xanları Abbas Mirzə Qafqaz xalqları arasında milli və dini
ədavəti qızışdıracağına da ümid bəsləyirdi.
1826-cı il mayın 26-da İran qoşunu sərhəd dəstələrinə hücum etdi, iki
aydan sonra isə, iyulun 19-da Abbas Mirzənin 60 minlik ordusu Şimali
Azərbaycana soxukdu.
Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək
və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. Tiflis üzərinə hücum üç
tərəfdən: cənubdan, şərqdən və şimal-şərqdən planlaşdırılmışdı. İrəvan sərdarı
Hüseyn xan cənubdan Şuragəl və Pəmbəkəç soxulmalı və burada AbbasMirzənin
əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan
gürcü şahzadəsi Aleksadr isə İran ordusu ilə Kaxetiyaya girməli və burada Car-
Bakakən dəstələri ilə birləşib şimal-şərqdən Tiflis üzərinə hərəkət etməli idi. Bütün
bu dəstələr Tiflis yaxınlığında birləşməli və eyni vaxtda vurulan zərbə ilə onu ələ
keçirməli idilər.
Ordunun bir hissəsi yol üstündəki hər şeyi oddan və qılıncdan keçirərək,
Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr şuşa üzərinə yeridildi. Şuşaya
çəkilən əhali, düşmənin əlinə keçməsin deyə, hər şeyi məhv edirdi.
Sayı 30 min nəfər olan İran ordusuna qarşı 9 rota, 6 yüngül top və çox zəif
bir kazak alayı dayanırdı. Bu hissələrdən 3 rota və iki yop mal-qaranın sürülüb
aparılmasının qarşısını almaq üçün Qarabağın dağlıq hissəsində yerləşirdi.
Zaqafqaziyadakı rus qoşunlarının sayının azlığı və pərakəndəliyi İran
qoşununun Quba, Bakı və b. yerlərə hərəkəti üçün əlverişli şərait yaratdı. İran
ordusu ilə İrana qaçmış, hakimiyyətiddiasında olan xanlar – gəncəli Cavad xanın
oğlu Uğurlu xan, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xan vəö başqaları da
gəlirdilər. Qarabağda İrana meyil edən bəy qrupları öz fəallığını artırırdılar. İran
şahının hakimiyyəti altında olan İraəvan xanı rus ordusunun düşərgə saldığı rayona
böyük atlı dəstəsilə hücum etdi. Əhali öz keçmiş xanlarına kömək məqsədilə
Rusiya əleyhinə üsyanlar qaldırdı. Belə bir üsyan Gəncədə baş verdi. Bu çıxışın
iştirakçıları iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli
qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota
top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər Abbas Mirzənin qoşunu tərəfindən
tutldu [28]. Beləliklə, hərbi əməliyyatlar Şimali Azərbaycanın, demək olar ki,
bütün ərazisini və Ermənistanın bir hissəsini əhatə etdi.
İran qoşunlarının və İraəvan xanının bütün Qarabağı, Yelizavetpol
dairəsini, Qazax və Şəmşəddili əhatə edən mərkəzi hərbi əməliyyatlar rayonunda
vurduğu ilk zərbəni kazaklar, maaflar və bəylərdən təşkil olunmuş dəstələr öz
üzərlərinə götürdülər. Mirak, BöyükQarakilsə və Balıqçayı qoruyan bu dəstələri
Vətənin taleyindən çox quldurluq və qənimət ələ keçirmək müharibənin başladığı
elə birinci gün oraya rus zabitinin başçılığı altında 300 nəfərlik süvari
göndərilmişdi. Balıqçayı qoruyan rus qoşunları düşmənin üstün qüvvələrinin
təzyiqi altında geri çəkildilər və Dilican dərəsində möhkəmləndilər. Süvari dəstə
burada onlarla birləşdi. Birləşmiş qüvvələr geriyə, Balıqçaya hərəkət edərək, onu
yenidən ələ keçirdilər.
Elə bu vaxt İran ordusu bütün Qarabağ mahallarını ələ keçirərək, Şuşa
qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O,6 rotadan, daha doğrusu 4
topu olan 1500 adamdan ibarət idi.
Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Şuşanın mühasirəsində
ingilis, fransız və italyan mühəndisləri fəal iştirak edirdilər. Onlar qala divarlarını
dağıtmağa çalışır, qala bütrclərinin altını minalayır və s. Lakin onların cəhdi baş
tutmadı. Patlayışlardan sonra gecə vaxtı hücuma keçən İran ordusu heç nəyə nail
ola bilmədi və rus qoşunları tərəfindən geri oturdular [29].
Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa
qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi.
Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi
komandanlığının səhvi idi. İranın hərbi qüvvəsinin böyük hissəsinin diqqətini
özünə cəlb edən rus qarnizonu və qalanın erməni əhalisi general Yermolova strateji
təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında
cəmləşdirməyə və düş.mən üzərinə hücum etməyə şərait yaratdı və bununla da
gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov başa
düşürdü ki, azsaylı qüvvələrlə düşmənə bütün hücum xətti boyunca əks zərbə
vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi
olan Tiflisin müdafiəsində cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi.
Hüseynqulu xan İran sərbazlarından ibarət böyük bir dəstə ilə azsaylı rus
qarnizonunu müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı.
Bakı körfəzi də dənizdən İranın avarlı donanması tərəfindən mühasirədəydi. Qala
möhkəm dayanmışdı və Hüseynqulu xanın bütün hücumları dəf edildi. Rus hərbi
komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla daimi
əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində
mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun
təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic halına salmaq
və onu mərkəzdən təcrid etmək üçün tələsik Hüseynqulu xanın köməyinə yeni
qüvvələr göndərdi.
Qüvvələrin belə nisbəti şəraitində rus ordusunun komandanı düşmənlə
üzbəüz gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağıdaha
məqsədəuyğun hesab edirdi. Lakin Mədətov və digər generallar başqa fikirdə
idilər. General Paskeviç Yermolovun generallarına şübhəli münasibət bəsləyir və
belə güman edirdi ki, onlar onu qəsdən müvəffəqiyyətsizliyə düçar edəcəklər.
Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu.
1826-cı il sentyabrın 13-də İran qoşunları hücuma başladılar. Amansız
döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında
yazırdı: ―Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib
Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada
böyük soltani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar başladılar‖ [36].
Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə İran qoşunundan min nəfər
öldürüldü, min yüz nəfərdən çox əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ
keçirildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba,
Xudafərin körpüsünə tərəf qaçdı [37].
Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə
götürərək, Arazın sol sahilinə keçdi. Geri çəkilərkən İran sərbazları əllərinə düşən
hər şeyi məhv edir, dinc əhalini soyur, mal-qaranı sürübn aparırdılar.
XIX yüzilliyin birinci qərinəsində Cənubi Qafqazda baş verən hərbi
əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşünün Rusiya-
İran müharibəsinin sonrakı gedişində çar Rusiyası üçün çox mühüm əhəmiyyəti
oldu və fatiki olaraq, onun müqaəddəratını həll etdi. Şah qoşunu ilə birlikdə, onun
köməyi ilə öz hakimiyyətlərini bərpa etməyə ümid bəsləyən xanlar və feodallar da
Azərbaycanı tərk etdilər.
1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksadr Azərbaycan və
Dağıstan hərbi hissələrinin köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan
əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan
hakimiyyətini bərpa etmək şərtilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da
Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və
müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək İrana
getdi [38].
Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri
çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus
dəstəsi geri çəkilən İran qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaşdılar. 1827-
ci ilin əvvəllərində İran sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər.
Yalnız Talışda hələlik Mirhəsən xan qalırdı.
İran feodalları Arazın o tayına keçdikdən sonra da tez-tez soyğunçu
basqınlar təşkil etməklə, Azərbaycan torpaqlarını rahat qoymurdu. Belə ki, 1826-cı
il dekabrın sonunda min nəfərlik İran süvari dəstəsi Araz çayını keçərək bir kəndə
hücum etdi. ―Bu təhlükə haqqında xəbərdar olan əhali döyüşə girdi...Düşmən itki
verərək geri çəkildi‖ [39]. Dağlarda qışın sərt keçməsi ilə əlaqədar qoyun sürüləri
Arazın yaxınlığındakı düzənlikdə saxlanılırdı. İran sərbazları soyğunçuluq
məqsədilə onların üzərinə hücum etdilərsə də dəf olundular.
Belə hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da Mədətovun
başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci
ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz
qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı
və Mədətov öz qoşunu ilə geri qayıtdı.
Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus
qoşunu iki istiqamərdə irəliləməyə başladı. Dəstələrdən biri Mədətovun
komandanlığı altında 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi,
Cənubi Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə İrəvan
xanlığını ələ keçirməyi qərara aldı.
Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri İran qoşunları tərəfindən
viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi,
səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay
davam etdi. Bu müddət ərzində düşmən bir neçə dəfə həmlə etdi, lakin hər dəfə
canlı qüvvə və silah itirərək məğlub oldu. Ən böyük həmlə ayın 8-də baş verdi. O,
qanlı döyüşlə qurtardı. Düşmən geri çəkilməyə məcbur oldu. Lakin rus qoşunu
sayının azlığı ucbatından (8600 adam) İrəvanda müvəffəqiyyət qazana
bilmədiyindən, rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı
və qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da 20 kilometlik
yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına
yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah
hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi.
İran komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və
Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun
5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Qüvvələr həddindən artıq qeyri-
bərabər idi. Lakin rus qoşunu üstün gəldi və İran qoşununun bu məğlubiyyəti
iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu [40].
Rus qoşunu İrəvana yaxınlaşana qədəravqustun 17-də Uşağanda və b.
yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında İrəvana yaxınlaşdı. O,
ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını
mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da
İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti
azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, ―İrəvan vilayətində 10 min müsəlman
(azərbaycanlı – Red.) və ancaq 3 min erməni ailəsi var idi‖ [41]. Bu əhalinin
müəyyən hissəsi, başlıca olaraq ermənilər rus qoşununa hər cür yardım
göstəriridilər. ―Qala divarları üstündə görünən sakinlər papaqlarını yellədərək,
işarə edirdilər ki‖, onlar təslim olurlar. Onlar çimal darvazalarını açdılar və
oktyabrın 1-də rus qoşununu qalaya buraxdılar. Elə həmin gün qanlı döyüşdən
sonra rus qoşunu İrəvan qalasını ələ keçirdi.
İrəvan qalasındakı qələbə, onun alınması Rusiya-İran müharibəsinin
gedişində rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər
general Kristovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində
dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də
Mərənd döyüşsüz ələ keçirildi.
Rus qoşunu Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlmədi. 1827-
ci il oktyabrın 11-də rus qoşunu Təbrizə hərəkət etdi. Eristov yazırdı: ―Şəhərə
rəhbərlik üçün göndərilmiş şahın kürəkəni və birinci naziri Allahyar xan əhalini və
orada olan 2 batalyon sərbazı müdafiə olunmağa razı salmaq üçün hər vasitədən
istifadə etdi‖. 1827-ci il oktyabrın 13-də rus qoşunu Təbrizə daxil oldu. Çoxlu
qənimət – 40 top, mindən çox tüfəng,çoxlu mərmi ələ keçirildi [42].
Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Müvəqqəti
idarəyə yüksək rütbəli rus zabitlərindən başqa, Təbriz ruhanilərinin başçısı Ağa
Mirfəttah, Təbrizin keçmiş qubernatoru Fətəli xan və b. daxil oldular.
Dekabristlərə yaxın olan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və
bütün Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən
tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı.
Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ
keçirməyə ümid edən Cənubi Azərbaycanın feodal hakimləri Paskeviçə cənuba
hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər [43].
Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı İranla müharibəni
başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı
və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın
7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə
gedilməsini, İran qoşununun Talış xanlığını tərk etməsini və gümüş pulla 30
milyon manat təzminat verilməsini təklif edirdi. Şah sarayı isə rus qoşunlarının
Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının
təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də
Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi.
Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus
qoşunun yeni hücumunu İranın hakim dairələri arasında vahimə doğurdu. İranın
tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald
döyüşən tərəflər arasında vasitə kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də)
Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında
sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan
Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini
qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan
ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı.
Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O, İranın
tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən
tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi
Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan
müharibə təhlükəsi şəraitində çar hökuməti İranla sülh müqaviləsi bağlamağa
tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.
Türkmənçay sülh müqaviləsinə görə, İran Şimali Azərbaycana olan öz
iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Cənubi
Azərbaycan isə İranın himayəsində qaldı. Azərbaycan iki yerə bölündü.
Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə qətiyyətlə mane
oldu. Burjua zadəgan tarixçisi yazırdı: ―İranlıların özlərindən çox ingilislər Abbas
Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın
İrandan alınması ingilislərin qüdrət və nüfuzunu tam sarsılması demək idi‖ [44].
İngilis hökuməti Cənubi Azərbaycanın mühüm hərbi strateji mövqeyinə böyük
əhəmiyyət verirdi. Buna görə də ingilislər Azərbaycanın Rusiyanın tərkibində
qalması ilə onların İrandakı mövqelərinin itiriləcəyindən ehtiyat etdiklərini
gizlətmirdilər. İngilis diplomatiyasının bu siyasəti digər səbəblərlə birlikdə
Azərbaycanın, onun xalqının iki yerə bölünməsində mühüm rol oynadı. Cənubi
Azərbaycan şah istibdadının, İran feodallarının zülmü altına düşdü. Şimali
Azərbaycan isə çar Rusiyasının müstəmləkəsinə çevrildi. Həmin vaxtdan
Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. İran Rusiya arasında
sərhəd xəttini dördüncü, İranın Qafqaz dağlarına qədər bütün Zaqafqaziya
ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini
və ―Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını‖...
Rusiyaya ―güzəştə‖ getdiyini beşinci maddələr müəyyən edirdi.
Səkkizinci maddəyə görə, İran Xəzər dənizinin Rusiyanın daxili dəniz
olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq
Rusiyaya verildi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan
İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya İranın istədiyi
şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ
verilirdi. Müqaviləyə əsasən, İran Rusiyaya 20 minyon manat məbləğində hərbi
təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz
ərazisində köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay
müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə
hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi
Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.
Həm 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin
gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin İran, Türkiyə və Cənubi
Azərbaycandan Zaqafqaziyaya, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində
burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-İran müharibəsinin
gedişində İrandan və Azərbaycanın cənub ərazilərindən Zaqafqaziyayan, o
cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur ki, 1826-1828-ci
illər Rusiya-İran müharibəsinin Rusiya üçün qalibiyyətlə başa çatmasından sonra
iki vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə, ermənilərin
maneəsiz olaraq İran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. Bu
akt ermənilərin İrandan Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi halda
köçməsinə imkan verirdi. İki il ərzində, 1828-ci ildən 1830-cu ilədək,
Zaqafqaziyaya 40 mindən çoz İran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar
erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyalarının ən yaxşı
torpaqlarında yerləşdirildi, onlara 200000 desyatindən çox xəzinə torpağı ayrıldı.
Yararlı torpaqların köçkünlərə verilməsi yerli azərbaycanlı kəndliləri
narahat etməyə bilməzdi. Onlar öz torpaqlarının bir hissəsindən məhrum olurdular.
Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: ―Biz onunla,
həmçinin müsəlmanları onların uzunmüddətli olmayacaq indiki ağırlaşmalarla
barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda, köçürüldükləri torpaqları
həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin
barədə çox mülahizələr etdik. Bu mənada mənim yanımda olmuş xanla
danışılmışdı‖.
1832-ci ildə Qarabağ əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə
ermənilər təşkil edirdilər. 1832-ci il kameral təsvirlərinin materiallarına görə,
Qarabağ əyalətinin Ərazisindəki 20546 ailədən 13965-i azərbaycanlılar, 6391-i isə
ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 30-cu illərinin əvvəllərindəki köçürmə
siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə
qalxdı.
Türkmənçayda rus tacirlərinə bir sıra üstünlük verən və xüsusi ―akt‖
adlandırılan ticarət sazişi bağlandı.
Türkmənçay sülh müqaviləsi XIX yüzilliyin birinci qərinəsinin Rusiya-
İran müharibəsinə son qoydu və İranın Cənubi Qafqaza və Dağıstana olan
iddialarından imtina etdiyini təsbit etdi. O, Rusiyanın Qafqazdakı strateji
mövqeyini möhkəmləndirdi, onun qonçu ölkələrdə siyasi və iqtisadi təsirinin daha
da genişlənməsinə zəmin yaratdı. Cənubi Azərbaycan İranın hakimiyyəti altında
qaldı. Beləliklə, Azərbaycanın iki hissəsinin inkişafı müxtəlif yollarla getdi.
İkinci Rusiya-İran müharibəsinin başa çatdığı dövrdə Rusiya ilə Türkiyə
arasında münasibətlər kəskin şəkildə pisləşdi. Mülkədarların mənafeyi keşiyində
duran çarizm öz müstəmləkə mülklərini genişləndirməyə, Xəzər və Qara
dənizlərini ələ keçirməyə can atırdı. İran üzərində qələbədən sonra Xəzər, demək
olar ki, Rusiyanın daxili dənizi idi. İndi çar Rusiyası qarşısına Qara dənizi, ilk
növbədə isə Qara dənizdə hökmranlığın açarı hesab edilən Bosfor və Dardanel
boğazlarını ələ keçirmək vəzifəsini qoymuşdu. Qara dəniz Rusiya üçün nəzərlərini
boğazlara və Qafqaza yönəltmiş İngiltərə və Fransadan özünün cənub sərhədlərini
qorumaq baxımından da mühüm əhəmiyyət kəsb edirdi.
Çar hökuməti Türkiyə ilə müharibəni əvvəlcədən görür və ona
hazırlaşırdı. ―Hökmdarın beynində türkiyə ilə müharibə qərara alınmışdı‖ [45]. I
Aleksadr 1825-ci il noyabrın əvvəllərində Türkiyə ilə müharibəyə hazırlığı
yoxlamaq üçün şəxsən cənnuba gəldi, lakin ölüm ―onun işini‖ dayandırdı. I
Nikolayın da xarici siyasəti Türkiyə ilə müharibəyə başlamaq yolu ilə ―Şərq
məsələsi‖nin həll edilməsinə yönəldilmişdi [46].
İngiltərə və Fransanın köməyindən istifadə edən Türkiyə də müharibəyə
hazırlaşırdılar. Sultan II Mahmud hələ 1826-cı ildə hərbi islahat keçirmiş, özünün
keçmiş qüdrətini itirən yeniçəri qoşunu ləğv edilmişdi. İngilis və Fransız
təlimatçılarının yardımı ilə nizami yaradılmışdı.
1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi. Rus
komandanlığı Soğanlıq sıra dağları və Ermənistan yaylasından sürətli yürüşlə
Anadolu içərilərinə daxil olmağı, Ahalkələki, Ahalsıx, Qars, Qanlı çay, Milli düz
hüdudlarında tür qoşununun əsas qüvvələrini darmadağın etməyi, Anadolunun
paytaxtı Ərzurumu ələ keçirməyi, daha sonra Trapezund üzərinə hücum etməyi və
Osmanlı imperiyasının paytaxtı İstanbul üçün təhlükə yaratmağı öz qarşısına
başlıca vəzifə kimi qoymuşdu.
Rusiya-Türkiyə müharibəsində Qafqaz hərbi əməliyyatlarırus qoşunlarının
Qarsistiqamətində hücumu ilə başlandı.1828-ci il iyunun 19-da rus qoşunu Qars
qalasına yaxınlaşdı. Elə həmin gün ilk döyüş baş verdi. 1828-ci il iyunun 19-da
Peterburqa göndərilən raportda deyilirdi: ―Düşmən süvarilərinin şücaətinə
baxmayaraq, bizim qeyri-nizami süvarilər döyüşün bu növündə onlardan heç nə ilə
geri qalmırdı‖ [47]. İyunun 22-də rus qoşunları Qars qalasını hücumlaələ
keçirdilər.
Rus komandanlığı Cənubi Qafqazda könüllü piayda və süvari alayları
təşkil etdi. Bu barədə olan əmrdə yazılırdı: ―... Hər birinin tərkibində 600 atlı olan
4 süvari – müsəlman alayı toplamaq, Naxçıvanda isə bundan əlavə vilayətdə
yaşayan ən döyüşkən tatar (azərbaycanlı – Red.) tayfalarından biri olan Kəngərli
süvarisi təşkil etmək‖ [48].
Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər. Avqustun 9-
da rus qoşunları Ahalsıxı ələ keçirdilər. Hələ bundan əvvəl rus qoşunları
Ahalkələkini və Xertsisi tutmuşdu. Avqustun sonlarına qədər rus qoşunu Bəyazid
qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə bütün Bəyazid paşalığını ələ
keçirdi. 1828-ci il hərbi kompaniyasının sonuna yaxın rus qoşunu Ərzurumun 90
kilometrliyində yerləşirdi. Qara dəniz sahillərində türklər Anapa və Potidən
sıxışdırılıb çıxarıldı.
Yazda 1829-cu ilin hərbi əməliyyatlarına hazırlıq başlandı. Bu vaxt rus
hakim dairələri gələcək döyüşlərdə iştirak etməli olan öz alayları üçün
Azərbaycandan yeni qüvvə topladılar.
Yaz hərbi əməliyyatlarına Türkiyə də hazırlaşırdılar. O, ingilis və
fransızların köməyi ilə öz ordusunu nizama salmaqla kifayətlənməyib, keşmiş
Azərbaycan və Dağıstan xanlıqlarının yuxarı dairələri ilə əlaqəyə girmək qərarına
gəldi və bu məqsədlə öz emissarlarını göndərdi. Onlar özlərinin şəxsi mənafeləri və
keçmiş hakimiyyətlıərinin bərpa edilməsi naminə türklərə xidmət etməyə hazır
olan bəzi keçmiş xanlarla da gizli əlaqəyə girdilər. 1829-cu il hərbi
əməliyyatlarında Paskeviçin ordusunun başlıca vəzifəsi Anadolunun içərilərinə
doğru hərəkət etmək və Ərzurumu tutmaq idi. Hərbi əməliyyatlar 1829-cu il mayın
1-də Ahalsıx altında Sursqab adlı möhkəmləndirilmiş kəndin yaxınlığında qanlı
döyüşlərlə başladı.Bu döyüşdə5 minlik türk dəstəsi məğlub edildi. Bir aydan sonra
Diqur rayonunda Posxovçay üzərində, 1829-cu il iyununda isə Soğanlıq rayonunda
döyüş baş verdi [49].
1829-cu il hərbi əməliyyatların gedişində rus qoşunu Ərzurumu ələ
keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi
əməliyyat meydanında isə rus qoşunu Balkan dağlarından keçərək Ədirnəni ələ
keçirdi və İstanbula yaxınlaşdı. Sultan sülh xahiş etməyə məcbur oldu. 1829-cu il
sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə
şimalda Anpadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara
dənizin bütün Şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini
Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları ru və Qərbi Avropa ticarət
gəmiləri üçün açıq saxlanılırdı. Moldoviya və Valaxiya rus qoşunu tərəfindən
müvəqqəti olaraq işğal edildi və s. [50].
Ədirnə sülhü Çimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya
tərəfindən zəbt olunmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda
mövqelərini möhkəmləndirdi, Qara dənizdə ticarətin genişlənməsi üçün şərait
yarandı.
Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə
Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını
müharibə nəticəsində zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu
tarixi ədalətsizlik nəticəsində vahid xalq bölündü və onların hər biri bir-birindən
fərqli sosial-iqtisadi, siyasi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. İşğal
nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal
bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı
müstəmləkə iqtisadiyyatı xarakteri aldı. Bu isə o demək idi ki, yalnız Rusiya
sənayesi üçün xammal istehsal etməli, sənayesi də buna xidmət etməli idi.
Nəhayət, ən başlıcası budur ki, Şimali Azərbaycan Rusiyanın ucqar
müstəmləkəsinə çevrildi.
Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan
Rusiyasının tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Əlbəttə, Bakı kimi neft
sərvəti mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX
yüzillikdə inkişaf etməsinin əsas amilləörindən biri idi. Rusiyanın tərkibində
Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi.
Azərbaycanın çar Rusiyası tərəfindən istilasının nə kimi acı nəticələrə
gətirməsi Gəncədən millət vəkili İsmayıl xan Ziyadxanovun I Dövlət dumasında
1906-cı ilin iyununda söylədiyi nitqində öz kəskin ifadəsini tapmışdır:
―Zaqafqaziya torpaqları yüz il bundan əvvəl ruslar tərəfindən işğal edilmişdir. Bu
yüz il içində biz müsəlmanlar, həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər
təqibata məruz qalaraq, hər cür haqq və hüquqdan faydalanmaz kölə vəziyyətinə
endirilmişik. Sözün həqiqi mənasında yüz il içində biz gözləri hər şeyi görən
şiddətli və əleyhimizə mənfi düzəltmələri altında yaşadılmışıq. Siyasi, sosial və
iqtisadi sahənin hansı sahəsi ələ alınarsa alınsın, hər birində bizim haqqımızda
haqsızlığın hökm sürdüyünü görmüş olacaqsınız. Ölkəmiz istila edilər-edilməz,
dərhal milli varlığımıza təcavüzə qalxışıldı. Dinimizə və müqəddəslərimizə
müdaxilə edildi‖.
Ölkə Rusiya tərəfindən işğal ediləndən sonra elə ilk illərdə Azərbaycan
xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz
edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonlar arasında ticarətin XIX yüzilliyin birinci
yarısında əmtəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan
iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, o, metropoliyanın xammal bazasına
çevrilsə də, Rusiya imperiyasının ayrılmaz hissəsi kimi Azərbaycan Rusiyanın
iqtisadi inkişaf axınına cəlb olundu, onun bazarına qoşuldu və bu bazar vasitəsilə
dünya əmtəə dövriyyəsində iştirak etməyə başladı. Azərbaycandakı çar
ekspansiyası Ruasiya hərbi feodal dövlətinin zəif inkişaf etmiş ölkələrin işğalına və
bu ölkələrdə yaşayan xalqların əsarət altına alınmasına yönəldilmiş bir siyasəti idi.
Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini,
geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə
qarət olunmasına, kapitalizmə qədərki münasibətlərin saxlanılmasına çalışırdı.
Ucqarların xalq kütlələri ikiqat zülmə - çarizmin və yerli istismarçıların zülmünə
məruz qalırdılar. Yerli mülkədarların və burjuaziyanın bəzilərinin simasıında
özünə müttəfiq tapan və onlara arxalanan çarizm Azərbaycanda müstəmləkə
siyasəti yeridirdi.
II FƏSĠL
XIX ƏSRĠN BĠRĠNCĠ YARISINDA
AZƏRBAYCAN ĠQTĠSADĠYYATI VƏ SOSĠAL
MÜNASĠBƏTLƏR
Dostları ilə paylaş: |