AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu


§ 8. MÜSTƏMLƏKƏ VƏ FEODAL ƏSARƏTĠ



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
§ 8. MÜSTƏMLƏKƏ VƏ FEODAL ƏSARƏTĠ 

ƏLEYHĠNƏ ÇIXIġLAR. QUBA ÜSYANI 

 

XIX  yüzilliyin  30-cu  illərində  müstəmləkə  və  feodal  əsarəti  əleyhinə  bir 



neçə  böyük  çıxış  baş  verdi.  Amansız  feodal  istismarı  və  müstəmləkə  zülmü 

kəndliləri mütləqiyyətə və feodallara mübarizəyə qaldırırdı. 

Müstəmləkə əleyhinə ilk böyük çıxış 1830-cu ildə Car-Balakən ərazisində 

baş verdi. Rusiya tərəfindən işğal edilən bu icmalar 1830-cu ilədək özlərinin daxili 

muxtariyyətini qoruyub saxlamışdı. Lakin bu, mütləqiyyətin Qafqazda köhnə idarə 

sistemini rus hərbi idarəçiliyi ilə əvəz etmək kursuna zidd idi. 

Çarizmi  azad  icmaların  muxtariyyətini  ləğv  etməyə  təhrik  edən  əsas 

amillərdən  biri  hərbi  strateji  planlar  idi:  çar  hakimiyyət  orqanları  cammat 

torpaqlarından  Dağıstan  dağlılarının  milli-azadlıq  hərakatını  yatırtmaq  üçün 

istifadə  etməyə  cəhd  edirdi.  1830-cu  ilin  əvvəlində  Cənubi  Qafqazın  baş  hakimi 

Paskeviçin  imzaladığı  bəyannamədə  deyilirdi  ki,  camaatlar  Rusiyanın 

vilayətlərindən  birinə  çevrilməli  və  çar  məmurları  tərəfindən  idarə  olunmalıdır. 

Carlıların 

rus 


hakimiyyət 

orqanlarına 

göstərdikləri 

müqavimət 

müvəffəqiyyətsizliyə  uğradı:  onlar  məğlub  olaraq  təslim  oldular.  Camaat 

torpaqlarında  1830-cu  il  24  iyun  tarixli  xüsusi  ―Qaydalar‖  əsasında  idarə  olunan 

car  vilayəti  təşkil  edildi.  Vilayətin  idarə  olunması  tərkibi  rəisdən,  Qfaqazdakı  baş 

komandan  tərəfindən  təyin  edilən  iki  müşavirdən  –  rus  məmurlarından  və 

camaatlar  tərəfindən  seçilən  6  kəndxudadan  ibarət  olan  Müvəqqəti  vilayət 


idarəsinə həvalə edilirdi [89]. Lakin sonuncular ancaq məşvərətçi səsə malik idilər 

və  bütün  işləri  rəis  və  2  məmur  idarə  edirdi.  Camaatlara  gəldikdə  isə  onlar  idarə 

hüququndan məhrum edilir və tamamilə çar hərbi dairələrindən  asılı olan adi kənd 

icmalarının səviyyəsinə endirilirdi. 

Vilayətin  əhalisi  belə  vəziyyətlə  barışmaq  istəmirdi.  Keçmişdən  qalan 

vergi  qalıqlarının  toplanması  da  narazılıq  doğururdu.  Dağıstan  dağlılarının 

nümunəsi carlıları da mübarizəyə ruhlandırırdı. 

1830-cu ilin iyununda dağlıların dəstələri Car vilayətlərinin ərazisinə daxil 

olarkən  bir  çox  sakinlər  onlara  qoşuldu.  Üsyançılar  nizami  çar  ordusunun 

qarşısında  dura  bilməyib,  yenidən  tikilməkdə  olan  Yeni  Zaqatala  qalası 

yaxınlığında məğlub oldular, Laki carlılar və digər əhali silahı yerə qoymadı. Onlar 

Qafqaz dağlılarının rəhbərlərindən biri olan Həmzət bəylə əlaqəyə girdilər. 

1830-cu il sentyabrın  əvvəlində Həmzət bəyin 2  min  nəfərlik dəstəsi Car 

vilayətinə  daxil  oldu.  Carlılar  üsyan  qaldırdılar  və  dağıstanlılara  qoşuldular.  Yeni 

Zaqatala  qalasında  yerləşən  çar  qoşunu  demək  olar  ki,  hər  yerdən  təzrid  olundu. 

Oktyabrın  15-də  baş  verən  döyüşdə  üsyançılar  çar  qoşununu  məğlubiyyətə 

uğratdılar.  Lakin  kömək  alan  çar  qoşunu  tezliklə  hücuma  keçdi.  Dağlılar  Car-

Balakəndən çəkildilər, üsyançılar isə düşmənin üstün qüvvələri ilə üzbəüz qaldılar. 

Çar qoşunu üç böyük kəndi – Car, Köhnə Zaqatala və Göyəm kəndlərini hücumla 

alaraq  dağıtdılar.  1830-cu  ilin  dekabrında  dağlıların  dəstələrini  yenidən  Car 

vilayətinə  daxil  oldular  və  vilayətdə  üsyan  baş  verdi.  Lakin  üsyan  yerli  xarakter 

daşıyırdı:  ancaq  Balakən  əhalisi  mübarizəyə  qalzxmışdı.  1830-cu  ilin  dekabrında 

üsyançılar məğlub oldular. 

Bir  neçə  ay  keçdi  və  Azərbaycanın  başqa  yerində  -  Talış  əyalətində 

mütləqiyyətin sosial və  müstəmləkə  zülmünə  qarşısına  qarşı yönəlmiş  yeni üsyan 

baş verdi. Azərbaycanın digər əyalətlərində olduğu kimi, bu əyalətdə də kəndlilərin 

əksəriyyətini (kənd  əhalisinin ümumi  sayının 72,6 faizini)  dövlət kəndliləri təşlik 

edirdi.  Dağ  mahallarında  torpaqların  çatışmazlığı,  vergi  yığanların  zülmü  və 

özbaşınalığı  ilə  daha  da  dərinləşən  vergi  və  mükəlləfiyyətlərin  ağırlığı  kəndliləri 

əzab  və  ehtiyaclara  məhkum  edirdi.  Dövlət  əkərləri  daha  ağır  vəziyyətdə  idilər. 

Onların vəziyyətini çar məmurlarının özləri ―acınacaqlı və dəhşətli‖ vəziyyət kimi 

xarakterizə edirdilər [90]. 

Sahibkar 

kəndliləri 

də 

ağır  istismara  məruz  qalırdılar.  Çar 



müstəmləkəçiləri  tərəfindən  törədilən  zülm  və  özbaşınalıq  da  kəndlilərin 

narazılığına səbəb olurdu. 

Faktik olaraq 1824-cü ildən xanlığı idarə edən mayor İlyinski ona verilmiş 

hakimiyyətdən  açıq  və  kobud  şəkildə  istifadə  edərək,  rüşvət  toplamaqla  məşğul 

olurdu.  İlyinski  1826-1828-ci  illər  Rusiya-İran  müharibəsi  dövründə  xüsusilə  əl-

qol  açmışdı.  Onun  əmrinə  əsasən  xanlığın  14  sakini  istintaqsız  və  məhkəməsiz 

Xəzər dənizində batırılmışdı. Çar hakimiyyət orqanları onları İran ordusuna yardım 

göstərməkdə  günahlandırırdı.  Çar  məmurları  onların  əmlaklarını  mənimsəmək 



məqsədi  ilə  günahsız  adamlara  divan  tutmuşdu.  Onlardan  birinin,  tacir  Hacı 

məhəmmədhəsənin əmlakının qiyməti 1000 çervon məbləğində idi [91]. 

Xanlıq,  ümumiyyətlə,  ləğv  edildikdən  və  Rusiya-İran  müharibəsi 

qurtardıqdan  sonra  komendant  Talışa  öz  mülkü  kimi  baxmağa  başladı.  Onun 

sərəncamına əsasən vergilər ikiqat həcmdə toplanırdı [92]. Kəndlilər deyirdilər ki, 

―verməyənləri, təkcə kişiləri deyil, qadınları da ölümcül olana qədər döyürdülər..., 

ələ  keçən  hər  şeyi,  hətta  qadın  paltarlarını  da  zorla  alırdılar,  nəticədə  onlar 

tamamilə müflisləşərək, öz evlərini tərk etməyə məcbur olurdular‖ [93]. 

Çar  müstəmləkəçilərinin  siyasətindən,  artıq  onların  əlində  oyuncağa 

çevrilmiş  Lənkəran  xanlığının  keçmiş  hakimi  Mir  Həsən  xan  və  onun  ətrafında 

birləşən feodallar da narazı idilər. İlyinski Mir Həsən xanı alçaldaraq təhqir etmiş 

və onun şəxsi torpaqlarının 2/3-ni ələ keçirmişdi. 

1826-1828-ci  illər  Rusiya-İran  müharibəsi  dövründə  xan  bir  çox  bəylərlə 

birlikdə İran şahının tərəfinə keçərək İrana qaçdı və hakimiyyəti bərpa etmək üçün 

əlverişli  şərait  gözləməyə  başladı.  1831-ci  il  martın  əvvəllərində  Mir  Həsən  xan 

Rusiya-İran  sərhədlərinə  yaxınlaşdı  və  martın  5-də  30  silahlı  atlı  ilə  sərhəd  çayı 

olan Astara çayını keçərək Lənkəran tərəfə hərəkət etdi. Xanın gəlməsi xəbəri lap 

əvvəlcədən  geniş  xarakter  almışkəndli  üsyanının  başlanması  üçün  siqnal  oldu: 

Talış əyalətinin 8 mahalından 5-i həyəcanlarla əhatə olunmuşdu. Qafqaz ölkəsinin 

baş komandanı Paskeviçin verdiyi məlumata görə, xanın dəstəsi martın 9-da artıq 

min atlıya çatırdı. Baş komandan həyəcanla yazırdı: ―Bu kütlə hər gün onun (Mir 

Həsən  xanın  –  Red.)  yanına  yalançı  vədlərlə  yoldan  çıxarılmış  adamların  gəlməsi 

ilə  artırdı‖.  Paskeviçin  elə  həmin  məlumatda  etiraf  etdiyi  kimi,  bu  zaman 

―Lənkəran xanlığının artıq bir çox mahalları qiyama cəlb edilmişdi‖ [94]. Sonralar 

üsyançıların  sayı  rəsmi  məlumatlara  görə  2  min  nfəri  ötmüşdü.  Şamaxı 

komendantının  Paskeviçin  adına  göndərdiyi  22  mart  1831-ci  il  tarixli  raportunda 

deyilirdi:  ―Bütün  Lənkəran  xalqını  qiyama  təhrik  edən  Mir  Həsən  xan  2  mindən 

çox atlı və piyadaya malikdir‖ [95]. 

Hərəkatda rəhbər rol oynayan bəylərlə yanaşı, kəndlilər,dövlət və sahibkar 

rəiyyətləri,  əkərlər,  nökərlər  də  iştirak  edirdilər.  Təhkimçi  dövlət  tərəfindən 

amansız  istismar  olunan,  müstəmləkə  zülmünün  yaradılmış  bütün  ağırlığını  hiss 

edən  kəndlilər  nifrətlə  mütləqiyyət  siyasi  şüurun  şüası  ilə  işıqlandırılmayan 

kortəbii  partlayış,  müstəmləkəçilərin  sistem  həddinə  çatdırılmış  kütləvi 

soyğunçuluqlarına  və  özbaşınalıqlarına,  çarizmin  ağır  vergi  zülmünə  qarşı 

yönəldilmiş  silahlı  etiraz  idi.  Kəndlilər  vəd  verməklə  xəsislik  etməyən  xan  və 

feodalların  sözlərinə  inanaraq,  qələbə  çalacaqları  təqdirdə  yaxşı  güzəran  əldə 

edəcəklərini güman edridilər. 

Beləliklə,  Talış  üsyanı,  hər  şeydən  əvvəl,  artıq  hər  yerdə  keçmiş 

xanlıqların yerində yaradılmış hərbi müstəmləkə idarə sisteminə qarşı çevrilmikşdi. 

Bu sistem kəndlilərin ölkənin torpaq fondunun böyük hissəsinin mülkiyyətçisi olan 

çar  dövlət  xəzinəsinin  xeyrinə  hədsiz  dərəcədə  amansızlaşan  istismaredilmə 


metodları  ilə  bağlı  olduğunundan  kəndlilərin  çıxışları  eyni  zamanda  antifeodal 

xarakter  daşıyırdı.  Bununla  birlikdə  yerli  feodalı  sinfinin  müəyyən  hissəsinin 

iştirak  etməsinə  baxmayaraq,  o,  obyektiv  olaraq  sonunculara  qarşı  da 

yönəldilmişdi, çünki feodalların digər hissəsi artıq çoxdan öz mənafeyi xatirinə çar 

müstəmləkə idarəçiliyi ilə bağlanmışdılar. 

Üsyan  çar  hakimiyyət  orqanlarını  qəflətən  yaxaladı.  Həmin  dövrdə  rus 

ordusunun  əsas  qüvvələri  çarizmə,  müstəmləkəçilik  əleyhinə  mübarizəyə  qalxmış 

Dağıstan  dağlılarına  qarşı  yönəldilmişdi.  Talışda  rus  qoşunlarının  qüvvələri 

məhdudu  idi.  Burada  ancaq  daima  Lənkəranda  yerləşən  piyada  batalyonu  var  idi. 

Hökumətin  üsyanşılara  ciddi müqavimət  göstərə  bilmədiyi bir şəraitdə  yerli  əhali 

tərəfindən  göstərilən  kömək  ilk  dövrlərdə  Mir  Həsən  xanın  müvəffəqiyyət 

qazanmasını təmin etdi. 

1831-ci  il  martın  10-da  üsyançılar  Lənkərana  yaxınlaşdılar  və  şəhəri 

qurudan  qismən  mühasirəyə  aldılar.  Əyalət  komendantı  Korniyenko  etiraf  edirdi 

ki, Mir Həsən xanın əlaqəsini tamamilə kəsmişdilər. Martın 10-da üsyançılar daha 

bir  qələbə  gözləyirdi:  üsyançılara  qarşı  mübarizə  məqsədilə  yerli  əhalidən  təşkil 

edilib Ərçivan kəndində yerləşdirilmiş süvari dəstə bütün heyəti ilə onların tərəfinə 

keçdi və qiyamçı xanın oğlu Abdulla bəyə qoşuldu. 

Talışda  üsyan  başlanması  xəbərini  alan  Paskeviç  əks  zərbə  vurmağa 

hazırlaşmağa  başladı.  Aprelin  əvvəlləri üçün  Salyan  və  Zərdaba  nizami və  qeyri-

nizami  qoşun  dəstələri  gətirmək  nəzərdə  tutulurdu.  Martın  20-də  çar  dəstəsi 

Abdulla  bəyin,  əhalisi  üsyançılara  qoşulmaqdan  imtina  etmiş  Sebidac  mahalına 

soxulmasının qarşısını almaq məqsədilə Lənkərandan çıxaraq ona hücum etdi. Qısa 

müddət  davam  edən  döyüşdə  üsyançılar  pərən-pərən  salındı.  Lənkəran 

qarnizonunun böyük hissəsinin şəhəri tərk etməsindən istifadə edən Mir Həsən xan 

martın  27-də  Lənkərana  lap  yaxınlaşdı  və  gecə  şəhərin  ucqar  hissəsinə  daxil  ola 

bildi.  Lakin  artıq  martın  30-da  hökumət  dəstələri  Lənkərana  köməyə  çatdılar  və 

üsyançılar yaxınlığdakı meşəyə çəkildilər. Martın 31-də ümumi sayı 500 adamdan 

ibarət  olub,  2  topa  malik  olan  nizami  qolşun  dəstələri  üsyançılara  hücum  edərək 

onları pərən-pərən saldı, xanın Lənkəranı mühasirəyə almaq cəhdi pozuldu. 

Üsyançıların böyük hissəsi, xan başda olmaqla, şəhərdən 15 verst aralıqda 

yerləşən  Sələş  kəndində,  Abdulla  bəyin  başçılıq  etdiyi  digər  hissəsi  Bədalan 

kəndində  yerləşmişdi.  Aprelin  6-da  çar  qoşunu  üsyançılara  hücum  edərək,  onları 

Sələşdən  çıxartdı.  Səhərisi  gün  üsyançılar  kəndi  yenidən  ələ  keçirməyə  cəhd 

göstərdilər,  lakin  toplardan  və  piyada  qoşunun  tüfənglərindən  açılan  atəş 

nəticəsində  onlar  geri  çəkildilər.  Bu  məğlubiyyət  Talış  üsyanında  dönüş  nöqtəsi 

oldu.  Məğlubiyyət  kəndliləri  ruhdan  saldı  və  onlar  kütləvi  şəkildə  üsyandan 

aralanmağa  başladılar.  Hərəkatın  sosial  tərkibinin  müxtəlifliyi  də  ona  mənfi  təsir 

göstərməyə başladı. 

Aprelin  14-də  üsyanı  yatırtmaq  üçün  gətirilmiş  qoşun  Salyanda  toplandı. 

Bu  zaman  artıq  Ərçivan  və  qismən  də  Lənkəran  mahallarının  sakinləri  üsyandan 


aralandılar  və  bir  sıra  kəndlərin  kəndxudaları  tabe  olduqlarını  bildirmək  üçün 

buraya  gəldilər.  Aprelin  22-də  bu  qoşun  Lənkərandan  xanın  əsas  dayaq 

məntəqələrindən Lənkəran mahalının Əmburan kəndinə doğru hərəkət etdi. 

Qoşunun hərəkət etdiyi yol boyunda olan kəndlərin çoxunda əhali yox idi. 

Onalr  üsyançıların  tərəfində  duran  sakinlərin  cəzalandıracaqlarından  qorxaraq 

meşələrə  qaçmışdılar.  Bu,  çar  generalı  Talış  əyalətinin  əhalisinə  bəyənnamə  ilə 

müraciət  etməyə  məcbur  etdi.  General  onları  üsyançıların  sırasını  tərk  etməyə  və 

―öz  işlərinə  qayıtmağa‖  çağırırdı.  O,  söz  verirdi  ki,  itaət  edənlərin  hamısı 

―tamamilə  bağışlanacaqlar‖.  Mübarizəni  davam  etdirənləri  o,  divan  tutmaqla 

hədələyirdilər [96]. 

Aprelin  20-dən  sonra  Mir  Həsən  xanın  dəstəsində  cəmi  300  adam 

qalmışdı. Toplarla silahlanmış hökumət qoşunlarının sayca çox olması (üsyançılara 

qarşı  ümumi  sayı  5  mindən  çox  olan  qoşun  göndərilmişdi)  üsyançıları  ciddi 

müqavimət göstərmək imkanından məhrum edirdi. 

Aprelin  23-də  çar  qoşunu  Əmburana  daxil  oldu.  Feodallar  da  xandan 

ayrılmağa  başladılar.  Ona  kömək  edən  alar  və  Drıq  mahallarının  naibləri 

hökumətlə gizli danışıqlara girərək çarizmin tərəfinə keçdilər. Aprelin 29-da qoşun 

Əmburandan  xanın  sonuncu  dayaq  məntəqəsi  olan  Drıq  mahalına  hərəkət  etdi. 

Qoşun heç bir müqavimətə rast gəlmədi. 

Drıq  mahalının  meşələrində  gizlənən  xanın  kiçik  dəstəsinə  həmin  vaxt 

tüğyan  edən  vəba  xəstəliyi  böyük  zərbə  vurdu.  Basovun  kazak  dəstəsi  tərəfindən 

təqib  edilən  Mir  Həsən  xan  mayın  əvvəlində  Lənkəran,  mayın  5-də  isə  Astara 

mahalına  qaçdı.  Mayın  7-də  xanın  cəmisi  20  nəfərdən  ibarət  olan  dəstəsi  sərhəd 

çayı Astaradan cənuba keçdi. 

İki  ay  müddətində  Cənubi  Qafqazdakı  çar  hakimiyyət  orqanlarının 

diqqətini özünə cəlb edən Lənkəran əyalətindəki üsyan belə qurtardı. 

Bir  neçə  il  sonra,  1837-ci  ildə  Azərbaycanın  şimalında,  Quba  əyalətində 

XIX yüzillikdə Azərbaycan kəndlilərinin ən böyük silahlı üsyanı – kəndli çıxışları 

alovlandı. 

Quba  əyalətində  bilavasitə  kənd  istehsalçılarının  böyük  hissəsini  dövlətə 

məxsus  torpaqda  yaşayan  kəndlilər  təşkil  edirdilər.  Bu  şərait  əyalətdə  baş  verən 

kəndli hərəkatının xarakterinə həlledici təsir göstərdi: təhkimçi dövlət kəndlilərinin 

əsas hissəsinə münasibətində feodal və müstəmləkə zülmünün daşıyıcısı kimi çıxış 

etdiyindən, mübarizənin zərbəsi yenidən ona qarşı yönəlmiş oldu. 

Əyalət  kəndlilərinin  narazılığının  əsas  mənbəyi  iltizam  sistemi  idi.  Bu 

sistemə görə, müxtəlif dövlət vergilərinin böyük hissəsi ayrı-ayrı şəxslərə iltizama 

verilirdi.  İltizamçılar  zəhmətkeş  adamları  amansızcasına  soyub  talayırdılar. 

Əyalətdə  çar  xəzinəsinə  məxsus  olan  otlaqların  iltizama  verilməsi  heyvandarlıqla 

məşğul  olan  kəndlilərin  vəziyyətini  xüsusilə  ağırlaşdırırdı.  1835-ci  ildə  Quba 

əyalətinin  bütün  otlaqları  praporşik  Şergilov  tərəfindən  iltizama  götürülmüş  və 

sonra onun tərəfindən soyğunçu şərtlərlə maldar kəndlilərin istifadəsinə verilmişdi. 


Bununla  kifayətlənməyən  iltizamçı  kəndli  torpaqlarını  ələ  keçirir,  heyvanlarını 

Şamaxı  əyalətinə  sürüb  aparmağı  və  yaxud  quru  otlaq  saxlamağı  üstün  tutan 

kəndlilərdən də otlaq xərci alırdı. Hətta Quba komendantı da etiraf etməyə məcbur 

olmuşdu ki, ―Bundan belə nəticə çıxarmaq olar ki, guya dövlət özünə məxsus olan 

əmlakı, otlaq yerlərini deyil, əhaliyə məxsus olan əmlakı – qoyunları iltizama verir, 

iltizamçılar bu maddəni belə başa düşürdülər və müqavilə ilə öz fəaliyyətlərini belə 

istiqamətləndirirdilər‖ [97]. 

Dövlət  vergilərinin  ağırlığını  onları  toplayarkən  yol  verilən  görünməmiş 

özbaşınalıqlar  daha  da  artırırdı.  Bütün  rütbələrdən  olan  vəzifəli  şəxslər  kəndliləri 

soyub  talayırdılar.  Polkovnik  Gimbut  komendant  olduqdan  sonra  vilayətdə 

özbaşınalıq daha da güclənirdi. 

Vergilər kəndlilərdən qanunla müəyyənləşdirildiyindən bir neçə dəfə artıq 

toplanır,  fərq  isə  komendant  tərəfindən  mənimsənilirdi.  Gimbut  kənlilər  üzərinə 

qanunla  nəzərdə  tutulmamış  vergilər  qoyurdular.  1837-ci  ilin  yazında  Müşkür 

mahalının  kəndliləri  öz  şikayətlərində  bildirirdilər  ki,  Gimbut  onların  üzərinə 

xüsusi  vergi  qoymuş,  pulları  isə  özü  mənimsəmişdir.  Şeşpara  mahalının 

kəndlilərinin  şikayətində  göstərilir  ki,  Gimbut  onlardan  ―zəlzələyə  görə  pul‖ 

toplamışdır. Komendantın özbaşınalıqlarını 15 maddədə ifadə edən kəndlilər qeyd 

edirdilər  ki,  Gimbut  onları  pulsuz  olaraq  özü  üçün  işləməyə,  ot  biçməyə,  bağ 

becərməyə, odun tədarük etməyə məcbur edir. 

Əyalətin idarə  edilməsi  üzrə  komendant köməkçiləri olan  mahal  naibləri 

də  öz  rəislərindən  geri  qalmırdılar.  Əyaləti  təftiş  edən  adamın  şəhadətinə  görə, 

―mahal naiblərinin özbaşınalıqlarının hüdudu yox idi‖. 

Komendant  və  digər  vəzifəli  şəxslərn  azğınlığı  məhkəmə  işlərinin 

aparılmasında da özünü aydın göstərirdi. Şikayətçilərin tələbləri tələbləri çox nadir 

hallarda ödənilirdi. Həbsə alınmış adamlar bəzən illərlə istintaqsız və məhkəməsiz 

həbsxanada saxlanırdılar. 

Çarizm tərəfindən Quba əyaləti kəndlilərinə amansız  müstəmləkə zülmü, 

Azərbaycanda  vəzifəli  şəxslərin  əhalini  açıq  şəkildə  soyması,  onların  azğınlığı  və 

özbaşınalığı  üçün  əlverişli  şərait  yaradan  komendant  üsul  –  idarəsinin  bərqərar 

olması 1837-ci il Quba kəndlilərinin üsyanının əsas səbəbləri idi. 

Müflisləşmiş  kəndlilər  dövlət  boyunduruğunu  daşımaq  iqtidarında 

deyildilər  və  nəticədə  vergi  borcları  sürətlə  artırdı.  Kəndlilərin  vəziyyəti  elə 

pisləşmişdi  ki,  onlar  1836-cı  ildə  buğda  və  arpa  ilə  ödənilən  natural  vergini 

ödəməyi dayandırmağa məcbur olmuşdular. 

Hökumət  dairələrinin  Yuxarıbaş  mahalı  kəndlilərinə  Varşavada  yerləşən 

süvari müsəlman alayında xidmət üçün könüllülər vermək təklifi kəndlilərin səbir 

kasasını  dolduran  sonuncu  damla  oldu  [98].  Könüllülər  tamamilə  yerli  əhali 

hesabına təchiz edilməli (silah, at, paltar və s.) olduğundan, əslində çarizm bu aktla 

çar  hakimiyyət  orqanlarının  əlavə  özbaşınalıqları  üçün  mənbə  olan  yeni 

mükəlləfiyyət tətbiq edirdi. 


Bu  tələb  kəndlilər  tərəfindən  əsgəri  mükəlləfiyyətin  başlanması  kimi 

qəbul  edildi  və  1837-ci  ilin  aprelində  əyalətdə  kütləvi  kəndli  hərəkatının 

başlanmasına təkan verdi. Hərəkat Yuxarıbaş mahalında başlandı, sonra iki qonşu 

mahala yayılaraq tezliklə bütün əyaləti bürüdü. 

Gündüzqala  kəndində  toplanan  kətxudalar  hərbi  dairə  rəisi 

Reutdanəyalətin  əhalisini  süvarilər  verməkdən  azad  etməyi  tələb  etdilər.  Tezliklə 

kətxudalar  əlavə  tələblər  irəli  sürdülər:  dövlət  mükəlləfiyyətlərin  azaldılması, 

komendant Gimbutun vəzifəsindən kənar edilməsi, əhalinin nifrət etdiyi iki mahal 

naibinin  vəzifəsindən  kənar  edilməklə  əyalətdən  çıxarılması.  Hərəkat  çox  sürətlə 

inkişaf  edərək  müstəmləkə  və  feodal  əsarəti  əleyhinə  çevrilmiş  hərəkat  xarakteri 

aldı. 

Yaranmış  vəziyyətin  ciddiliyi  hökuməti  güzəştə  getməyə  məcbur  etdi. 



Reutn adından elan olundu ki, ―Quba əyalətindən süvarilər tələb olunmayacaqlar‖ 

[99].  Kəndlilərin  Gimbutun  və  haqqında  danışılan  naiblərin  vəzifələrindən 

götürülməsi  tələbləri  də  yerinə  yetirildi.  Hökumət  bu  yolla  kəndliləri 

sakitləşdirməyə,  vaxt  qazanmağa  və  kəndlilərə  mükəlləfiyyətlərin  azaldılması 

haqqındakı  əsas  tələbləri  unutdurmağa  ümid  bəsləyirdi.  Reutun  taktikası 

müvəffəqiyyət qazandı. Kəndlilər evlərinə dağılışdılar və bununla hərəkatın birinci 

mərhələsi  başa  çatdı.  Lakin  Quba  əyalətində  kəndli  hərəkatını  doğuran  sosial 

ziddiyyatlar  həll  edilməmiş  qalırdı.  Kəndlilərin  mükəlləfiyyətlərin  azaldılması 

haqqında  əsas tələbləri yerinə  yetirilmədi.  Narazılığın  yeni  partlayışı labüd idi və 

onu çoz gözləmək lazım olmadı. 

1837-ci  ilin  avqustunda  Quba  əyalətində  kütləvi  silahlı  üsyan  başlandı. 

Ona  Xuluq  kəndinin  kətxudası  –  aprel  həyəcanlarının  fəal  iştirakçısı  Hacı 

Məhəmməd  rəhbərlik  edirdi,  Dağıstan  dağlılarının  Şamil  tərəfindən  rəhbərlik 

edilən  mübarizəsi  də  Quba  əyalətlərindəki  hadisələrin  inkişafına,  əhali  arasında 

müstəmləkə əleyhinə əhavali-ruhiyyənin güclənməsinə təsir göstərirdi. 

1837-ci il avqustun əvvəlində Hacı Məhəməd mürid Əmir Əli ilə görüşdü. 

Görüşdə Əli Şamilin Yuxarıbaş kətxudalarının adına ünvanlandığı məktubunu ona 

verdi,  Şamil  onları  çar  hakimiyyət  orqanlarının  yalançı  vədlərinə  inanmamağa, 

əldə silah öz hüquqlarını müdafiə etməyə çağırırdı. Şamil yazırdı: ―Silaha sarılın, 

üsyan  qaldırın‖.  Hacı  Məhəmməd  və  kətxudalar  qubalılara  silahla  kömək 

göstərməyə  söz  vermiş  dağlıq  Dağıstanın,  Kürə  və  Qazıqumuğun  iri  feodal 

hakimlərindən biri olan Məhəmməd mirzə xana böyük ümid bəsləyirdilər. 

Avqustun  20-dən  sonra  Hacı  Məhəmməd  üsyan  bayrağını  qaldırdı.  Çar 

müstəmləkəçiləri ilə silahlı üsyana başlamaq çağırışını o, oğlunun Xuluq kəndində 

keçirilən  və  üç  yuxarı  mahaldan  200-ə  yaxın  adamın,  o  cümlədən  kətxudaların 

iştirak etdikləri toyunda irəli sürdü. Kətxudalar Hacı Məhəmmədə tərəfdar çıxdılar 

və kəndlərə çaparlar göndərərək, kəndliləri silahlı mübarizəyə çağırdılar. 

Hadisələr çoz sürətlə inkişaf edirdi. Artıq bir neçə gündən sonra, Barmaq 

mahalı  istisna  olmaqla,  bütün  əyalət  kəndli  üsyanı  alovlarına  bürünmüşdü. 


Üsyançılar  tərəfindən  xan  seçilmiş  Hacı  Məhəmməd  Qubaya  yaxınlaşdı  və  onun 

dörd  verstliyində  düşərgə  saldı.  Avqustun  30-da  Qubanın  mühasirəsi  başlandı. 

Şəhər  qala  divarları  ilə  əhatə  olunmuşdu..  Onu  qeyri-nizami  hərbi  qulluqçular  da 

daxil  olmaqla  sayı  təxminən  600  nəfər  olan  qarnizon  qoruyurdu.  Lakin  onların 

gücünü  üsyançılarda  olmayan  toplar  xeyli  artırırdı.  Bunun  hücumu  poza 

bilməyəcəyini nəzərə alan üsyançılar şəhərə gizlicə daxil olmağı və düşmənə eyni    

zamanda həm arxadan, həm də öndən zərbə vurmağı qərara aldılar. 

Sentyabrın  4-dən  5-nə  keçən  gecə  üsyançıların  hər  biri  4  min  nəfərdən 

ibarət  olan  iki  dəstə  qərbdən  və  şərqdən  qala  divarlarına  həmlə  etdilər.Hacı 

Məhəmmədin  ən  yaxın  silahdaşlarından  olan  kəndli  Yarəlinin  başçılığı  ilə  sayı 

yenə də 4  min  nəfər olan  üçüncü dəstə  gizlicə şəhərə daxil olmağa cəhd göstərdi. 

Əvvəlcədən əldə edilmikş razılığa əsasən şəhərlilər üsyhançılarla birgə çıxış etməli 

idilər. 

Güclü  tüfəng  və  top  atəşləri  üsyançıları  qala  divarları  üzərinə  qalxmağa 

imkan vermədi. Yarəlinin dəstəsinin xeyli hissəsi isə şəhərlilərin köməyi ilə gizlicə 

Qubaya daxil olaraq, şəhər məhkəməsinin binasını ələ keçirdi, şəhərin mərkəzində 

yerləşən  meydana  çatdı.  Lakin  bu  zaman  üsyançılar  gördülər  və  dəstənin  böyük 

hissəsi şəhərə daxil ola bilmədi. Qoşun dəstəsi sürətlə üsyançılara hücum etdi. Top 

atəşi  onları  meydanı  tərk  etməyə  məcbur  etdi.  Ancaq  üsyançılar  yaxınlığdakı 

evlərə  dağılışaraq,  böyük  igidlik  və  inadla  soldatların  hücumlarını  dəf  etməyə 

bağladı.  Üsyançıların  məskunlaşdığı  hər  bir  ev  kiçik  qalaya  çevrilmişdi  və  onu 

ancaq həmlə ilə almaq olardı. Şiddətli döyüşdə üsyançılarla birlikdə çoxlu şəhərli 

də  vuruşurdu.  Hacı  Məhəmmədin  dediyinə  görə,  ―şəhərin  bütün  sakinləri  onlara 

hər  şeydə  kömək  göstərir,  qadınlar  çörək,    barıt,  çəpər  və  divarları  deşmək  üçün 

balta  verir, şəhərlilər tüfəngləri doldurur və  hətta  özləri atəş açırdılar‖  [100].  Çar 

zabitlərinin də etirafına görə, şəhərlilər qoşun ilə vuruşurdular. O öz rəisinə verdiyi 

məlumatda yazırdı: ―Şəhər sakinlərinin bir çoxu bizə atəş açırdı‖ [101]. 

Üsyançılar  böyük  igidlik  və  mərdliklə  vuruşurdular.  Lakin  onların  ayrı-

ayrı  evlərdə  gizlənmiş  pərakəndə  qrupları  təlim  görmüş  çar  ordusuna  qarşı  dura 

bilmədi.  Qoşun  tüfəng  atəşinin  və  süngü  zərbələrinin  köməyi  ilə  təxminən  axşam 

saat 5-ə yaxın üsyançıları şəhərdən çıxara bildi. 

Digər  iki  dəstə  hələ  də  şəhər  divarlarına  həmlə  edirdi.  Lakin  onlar  da 

müvəffəqiyyət  qazana  bilmədilər.  Səhərisi  gün  üsyançılar  şəhəri  həmlə  ilə  ələ 

keçirmək  üçün  yeni  cəhd  göstərdilərsə  də,  xeyli  itki  verərək  geri  oturuldular. 

Üsyançılar  heç  bir  qəti  hərəkət  etməsələr  də,  şəhərin  mühasirəsini  davam 

etdirirdilər.  Şəhəri  susuzluqla  üzmək  vasitəsi  ilə  qalanı  ələ  keçirməyi  qərara  alan 

üsyançılar  Qubanı  su  ilə  təmin  edən  arxın  qarşısını  kəsdilər.  Suya  kəskin  tələbat 

şəhərlilərin arasında həyəcana səbəb oldu. Çar zabitləri sentyabrın 10-da şəhərdən 

üsyançılar  üzərinə  basqın  etdilər.  Çar  qoşunu  şəhərin  yaxınlığındakı  yəhudi 

qəsəbəsində  yerləşən  üsyançı  dəstəsinə  hücum  edərək,  onu  məhv  etdi.  Bu 



müvəffəqqiyətsizlik,  ən  başlıcası  isə  mühasirənin  heç  bir  nəticə  verməməsi 

üsyançılarda öz qüvvələrinə inamı sarsıtdı, onları ruhdan saldı. 

Məhəmməd  Mirzə  xanın  ikiüzlü  oyunu  da  üsyançılara  mənəvi  təsir 

göstərirdi.  Quba  əyalətində  baş  verən  həyəcanların  lap  əvvəlindən  o,  çar 

hakimiyyət  orqanlarından  gizli  olaraq  Hacı  Məhəmmədi  onlara  qarşı  birgə 

mübarizəyə  çağırdı.  Bununla  belə  xan  hərbi  dairə  rəisinin  tələbi  ilə  öz  qardaşı 

Harun  bəyin  komandanlığı  ilə  Quba  əyalətinə  hərbi  dəstə  göndərdi.  Quba 

yaxınlığındakı Zeyxur kəndində düşərgə salan Harun bəy üsyançılarla birləşmədi. 

Xan, qalib müəyyənləşəndən sonra, onun tərəfinə keçmək üçün gözləmə taktikasını 

seçdi.  Lakin  üsyançılar  xanın  taktikasını  başa  düşdülər.  Bu  isə  onlar  arasında 

intizamsızlığı artırdı. Kəndlilər Hacı Məhəmmədi tərk edərək, evlərinə dağılışmağa 

başladılar. 

Kəndli  düşərgəsinin  dağılması  elə  sürətlə  gedirdi  ki,  səhərisi  gün  Hacı 

Məhəmmədin  yanında  üsyanda  iştirak  etmiş  9  mahaldan  yalnız  3  dağ  mahalının 

kəndliləri qalmışdı. Belə cüzi qüvvə ilə mübarizəni davam etdirmək mənasız idi və 

Hacı Məhəmməd kəndliləri evlərinə buraxmağı qərara aldı. Özü isə doğma  kəndi 

Xuluqa  gələrək,  ailəsini  götürüb  Kürə  xanlığına  yola  düşdü.  O  burada  Mirzə 

Məhəmməd  xan  tərəfindən  ələ  keçirilib  hökumətə  təslim  edildi.  Çar 

müstəmləkəçiləri məhkəmə qurmağa və qisas almağa başladılar. Hacı Məhəmməd 

edam  edildi.  Üsyanın  44  fəal  iştirakçısı  hərbi  məhkəməyə  verildi.  Yarəli  isə 

dağlarda gizlənə bildi. 

1837-ci  il  üsyanının  hərəkətverici  qüvvəsi  kəndlilər  idi.  Üsyan 

iştirakçılarının  tərkibi  və  onların  ən  başlıca  tələbləri  də  bunu  sübut  edir.  Şəhərin 

üsyançılar  tərəfindən  ələ  keçirilmiş  ərazisində  yaşayan  şəhərlilərin  də  bir  hissəsi 

üsyanda  iştirak  edirdi.  Lakin  bütövlükdə  şəhərlilər  üsyançılara  əməli  kömək 

göstərmədilər. 

Üsyanda  tiyuldarların  torpaq üzərində  mülkiyyətini  və  kəndlilərin  feodal 

istismarını  tanımaq  istəməyən  çarizmin  torpaq  siyasətindən  narazı  olan  bir  çox 

Quba  bəyləri  də  iştirak  edirdilər.  Bununla  birlikdə  Quba  feodalları  arasında  çar 

hökuməti tərəfindən əllərində silah üsyançılara qarşı çıxış edənlər də az deyildi. 

Çarizmin  müstəmləkə  zülmünün xüsusilə  ağır olduğu Şəki  əyalətində  də 

çıxışlar  baş  verdi.  Maliyyə  nazirliyinin  məmuru  Kalinovskinin  məlumatına  görə, 

əyalət  əhalisindən  12  müxtəlif  vergi  toplanırdı.  Əyalətlərin  heç  birində  Şəkidə 

olduğu  qədər  çoxlu  vergi  saxlanılmamışdı.  "Zaqafqaziyada  ipəkçiliyi  və  ticarət 

sənayesini  yayan  cəmiyyəfin  tut  bağlarında  işləyən  rəncbərlər  xüsusilə  amansız 

istismara  və  ağır  qeyri-iqtisadi  məcburiyyətə  məruz  qalırdılar.  Rəncbərlərin 

özlərinin  "acından  ölməkdən"  xilas  olmaq  üçün  kütləvi  qaçma  faktını  qeyd  edən 

dövlət  ekspedisiyasının  məmurları  da  onların  ağır  vəziyyətdə  olmasını  etiraf 

edirdilər [102]. 

Əyalətin  inzibati  və  ticarət-sənətkarlıq  mərkəzi  olan  Nuxanın 

zəhmətkeşlərini  də  dərin  narazılıq  bürümüşdü.  Ağır  vergi  və  mükəlləfiyyətlər, 


hökumət  nümayəndələrinin  özbaşınalıqları  sənətkarları  müflisləşdirmişdi. 

Hökumət  nümayəndələrinin  azğınlığı  şəhər  əhalisinin  varlı  hissəsinin  -  tacirlərin, 

ruhanilərin,  şəhərdə  yaşayan  torpaq  sahibkarlarının  da  mənafeyinə  toxunurdu. 

Nuxa  sakinlərindən  150  nəfərin  imzaladığı  şikayətlərdən  birində  deyilirdi  ki, 

komendant  şəhər  əhalisini  "elə  sıxışdırır  ki,  çıxış  yolu  ancaq  öz  ailəsini  götürüb 

Nuxadan qaçmağa qalır" (103]. 

1835-ci  ildə  Cənubi  Qafqaz  diyarının  baş  rəisi  baron  Rozen  əyalətdə 

yaşayan  maaflar  üzərinə  vergi  qoymaq  haqqında  sərəncam  verdi.  Bu  vaxta  qədər 

vergi boyunduruğundan azad olan maaflar arasında həyəcanlar başlandı və Rozen 

öz  sərəncamını  ləğv  etməyə  tələsdi.  Lakin  özlərinin  vergi  verməmək  hüquqlarını 

itirməkdən ehtiyat edən maafların arasında həyəcanlar sakitləşmədi. 

1837-ci  ildə  Şəki  xanlığının  İranda  yaşayan  sonuncu  hakimlərindən 

birinin  - Səlim  xanın oğlu Hacı xan öz  nümayəndəsi Məşədi Məhəmmədi əyalətə 

göndərdi.  Özünü  Şəki  xanının  varisi  elan  edən  Məşədi  Məhəmməd  kiçik  dəstə 

topladı,  lakin  tezliklə  hökumət  tərəfindən  ələ  keçirildi.  1838-ci  ilin  iyulunda  o, 

Nuxa  həbsxanasından  Dağıstana  qaçdı,  burada  rutullu  Ağa  bəylə  əlaqə  yaratdı. 

Həmin il avqustun sonlarında Ağa bəyin (tərkibində çar hökumətinin təqiblərindən 

dağlara  qaçmış  şəkililər  də  olan)  5  minlik  dəstəsi  Şəki  əyalətinin  ərazisinə  daxil 

oldu.  Məşədi  Məhəmməd  də  dəstədə  idi.  Xaçmaz  mahalının  bir  çox  sakini  də 

dəstəyə  qoşulmuşdu.  Əyalətin  iki  başqa  mahalında  —  Şəki  və  Vartaşen 

mahallarında əhali üsyançılara açıq-açığına rəğbət bəsləyirdi. 

Əhalinin  köməyi  rutullu  Ağa  bəyə  sürətlə  Nuxaya  yaxınlaşmağa  imkan 

verdi.  Çar  ordusu  geri  çəkilməyə  və  qala  divarları  arxasında  gizlənməyə  məcbur 

oldu.  Komendant  idarəsinin  məmurları  və  varlılar  da  burada  sığınacaq  tapdılar. 

Qafqazın baş komandanı general Qolovinin çara verdiyi məlumata görə, "yoxsullar 

və avaralar" üsyançılara qoşulmuşdular. 

Bir  neçə  gün  ərzində  Nuxa  yaxmlığmda  üsyançılarla  ordu  arasında 

toqquşmalar baş verdi, lakin tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. 

Sentyabrın  əvvəllərində  Nuxa  qarnizonu  kömək  almağa  başladı. 

Sentyabrın  3-də  üsyançılar  şəhəri  tərk  etməyə  məcbur  oldular.  Qoşun  üsyançıları 

təqib edərək, onları bir neçə dəfə məğlubiyyət uğratdı. Məşədi Məhəmməd İranda 

gizləndi. Şəki əyalətindəki həyəcanlar başa çatdı. 

Feodalizm  dövrünün  bütün  kəndli  hərəkatları  kimi,  bu  çıxışlar  da 

pərakəndə və qeyri-mütəşəkkil idi. Üsyançıların üsyana rəhbərlik edə biləcək vahid 

mərkəzi  yox  idi.  Ən  mühüm  məsələlər  kəndxudaların,  bəylərin,  üsyanda  iştirak 

edən  kəndlilərin  və  şəhərlilərin  iştirak  etdiyi  ümumi  şurada  həll  edilirdi.  Şuranın 

tərkibi  müəyyən  edilməmişdi  və  yalnız  bir  neçə  dəfə  təsadüfdən-təsadüfə 

toplanırdı.  Hətta  odlu  silahı  olmayan  kəndlilərin  əksəriyyəti  toplarla  silahlanmış 

nizami  ordu  ilə  döyüşməli  olurdu.  Silahlı  qüvvələrin  keyfiyyət  üstünlüyü  çarizmə 

üsyanı tez yatırmaq imkanı verirdi. 



 


Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin