§ 1. ÇARĠZMĠN ĠQTĠSADĠ SĠYASƏTĠ
Zaqafqaziyanin işğalının başa çatması yaxınlaşdıqca, Rusiyanın siyasi və
ictimai dairələrində imperiyanın yeni torpaqlarındakı sərvətlərin mənimsənilməsi,
istifadəsi və istismarı ideyası özünü büruzə verirdi.
20-ci illərin əvvəllərinə yaxın çar hökuməti hələ bu məsələdə
müəyyənləşmmiş mövqeyə malik deyildi. Tranzit Avropa-Asiya ticarətində hələlik
Zaqafqaziya çarizmin Yaxın və Orta Şərqdə iqtisadi mövqelərini
möhkəmləndirməkdə fəal vasitəçi ötürmə məntəqəsi kimi əhəmiyyət verilirdi.
Çarizmin mövqeyinin bu cəhətləri öz əksini Zaqafqaziyada 1821-ci ilin güzəştli
tarifi deyilən tarifdə tapdı. Bu tarifə görə, Qərbi Avropa malları üçün də, Gülüstan
sülhündə Rusiya və İran malları üçün nəzərdə tutulmuş rüsum (5%) qoyulurdu.
Xarici işlər naziri K.V.Nesselrode tarifin təyin edilməsinə ancaq Gülüstan,
İmeritiya və digər Zaqafqaziya vilayətlərində ticarətin canlandırılması və bununla
da ÖnAsiyanın Qars və Ərzurum vasitəsilə aparılan ticarətə cəlb olunması vasitəsi
kimi baxırdı. Lakin tarif Mərkəzi Rusiyanın ticarət və yetişməkdə olan sənaye
burjuaziyasının ciddi narazılığına səbəb oldu. Belə ki, 1828-ci ilədək Zaqafqaziya
tacirlərinin Avropadakı (Leyptsiq yarmarkasında) əməliyyatları, demək olar ki,
dörd dəfə artdığı bir zamanda, Nijni-Novqorod yarmarkasının dövriyyəsi müvafiq
surətdə azalmışdı. Halbuki Rusiyanın işgüzar dairələrində hökumət xəttindən
radikal surətdə fərqlənən baxışlar irəli sürülürdü. Görkəmli publisist və ictimai
xadim, çara ―Qafqaz sakinlərini silah gücünə fəth etməyə nisbətən, onları özümüzə
bağlamağın Rusiya üçün daha əlverişli olan üsulları haqqında fikir‖ adlı qeydlər
təqdim etmiş admiral N.S.Mordvinov 1816-cı ildə diyar əhalisinin Rusiyanın
iqtisadi həyat orbitinə cəlb etmək yolu ilə siyasətdə ağırlıq mərkəzini bu diyarın
iqtisadi istilasına keirmək təklifi ilə çıxış etdi [1].
Səlahiyyətli səfir sifəti ilə İrana göndərilməsini gözləyən A.S.Qriboyedov
və Tiflis mülki qubernatoru P.D.Zavileyski 1828-ci ilin sentyabrında 100 mln.
manatlıq kapitalı olacaq ―Rusiya Zaqafqaziya ticarət kompaniyası‖nın layihəsini
İ.F.Paskeviçə təqdim etdilər. Muxtar inzibati və diplomatik statusa malik olan
möhtəşəm bir müəssənin yaradılması düşünülmüşdü. Onun fəaliyyətində ticarət
böyük olsa da, heç də başlıca yer tutumurdu. Müəlliflərin fikrincə, 1821-ci ilin
güzəştli tarifi diyarda ticarətin canlanması üçün şərait yaradır, bunun da hesabına
yerli tacirlər varlanırdılar. Lakin onlar tarifin təsirini ümumiyyətlə, mənfi
qiymətləndirirdilər. Çünki o, ―daxili (Zaqafqaziya – müəl.) sənayenin
həvəsləndirilməsi amili deyildi: nə bir fabrik meydana çıxır, nə əkinçilik, nə də
bağçılıq çiçəklənirdi...‖. Daha sonra müəlliflər qeyd edirdilər: ―Tiflis bazarı
cürbəcür ―gətirmə malları dolu olduğu halda, müşahidəçinin gözləri onlara dəyişilə
biləcək yerli məlumat və ya məhsulları nahaq yerə axtaracaqdır‖ [2]. Qriboyedov-
Zavilevski layihəsinin ideyasının mahiyyəti bundan ibarət idi. Zaqafqaziya ticarət
kompaniyasının layihəsinə görə, emal tipli fabrik və zavodlar (şəkər, mahud, gön-
dəri, şüşə) şəbəkəsi yaradılmalı və paralel olaraq üzümçülük, şərabçılıq, ipəkçilik,
tütünçülük və s. inkişaf etdirməli idi. Bununla yanaşı qeyd olunurdu ki, Rusiyanın
dövlət xəzinəsi təkcə pambıq və xam ipəyin idxalına hər il 80 mln. man. xərcləyir.
Müəssisələr tikilməsinin sosial cəhəti daha vacib idi. Hökumətə təklif olunurdu ki,
inhisarçı ticarət dənizlərdə sərbəst üzmək hüququ ilə yanaşı, kompaniyaya rəmzi
icarə haqqı müqabilində 120 min desyatin torpaq da verilsin. İşçi qüvvəsi kimi
kompaniyanın təsərrüfatlarında əvvəlcədən təhkimçilikdən azad edilmiş rus
kəndlilərindən də haqqı ödənilməklə 50 il kompaniya üçün işləməli olmaları şərtilə
istifadə etmək nəzərdə tutulurdu. Beləliklə, Qriboyedov və Zavileyskinin layihəsi
―obyektiv kapitalist xarakterinə‖ malik idi və həm Nikolay rejiminin təhkimçilik
platformasına, həm də rus burjuaziyasının mənafelərinə uyğun gəlmirdi.
İctimai fikir nümayəndələri bu baxışları rəsmi dairələrdə düşmənçiliklə
qarşılandı. Mürtəce general M.S.Jukovski, baş komandan vəzifəsində Paskeviçin
sələfi olan baron Q.V.Rozen və başqaları bildirdilər ki, əgər bu layihə həyata
keçirilsə, ―bura (Zaqafqaziya – Red.) Amerika Birləşmiş Ştatları olardı‖ [3].
20-ci illərin sonu 30-cu illərin əvvəlləri – Rusiyanın Zaqafqaziyada
bərqərar olduğu dövr rus toxuculuq sənayesinin güclü inkişafı ilə eyni vaxta
düşürdü. Rusiya-İran və Rusiya-Türkiyə müharibələrinin Rusiya üçün uğurla başa
çatması rus tacirləri və sahibkarları içərisində ticarət-iqtisadi müdaxilə obyekti
kimi Zaqafqaziyaya güclü maraq oyadırdı. Belə əhval-ruhiyyə çarizmə yaxın
dairələrdə də mövcud idi. Knyaz A.B.Qolitsin 1829-cu ildə ipəkçilik sahəsində
səhmdar cəmiyyəti təsis etmək layihəsi ilə çıxış etdi. Layihədə göstərilirdi ki, ―bu
qədər parlaq‖ şəkildə qurtarmış müharibələrdən sonra ―sakitliyin yaradılması‖
burada (Zaqafqaziyada – müəl.) kommersiya tədbirlərinin etibarlığını və böyük
sərmayelərinin faydalı şəkildə sərf edilməsini təmin edir‖ [4].
30-cu illərin başlanğıcı ərəfəsində çar hökumətində belə fikir
möhkəmləndi ki, o, Zaqafqaziyaya, ―Rusiyadan manufaktura məlumatları almaqla
bizim fabriklər üçün kobud (xam – Red.) material verəcək müstəmləkə kimi‖
baxmalıdır [5]. Çarizm Zaqafqaziya ölkələrini müstəmləkəyə - öz sənayesinin
sənaye-texniki xammal təchizatçısına və satış bazarına çevirmək siyasətini elan
etdi. Bu siyasət sonralar Azərbaycandakı iqtisadi dəyişikliklərin istiqamətini
müəyyənləşdirdi, emal tipli manufaktura, fabrik və zavodların qətiyyən meydana
çıxmadığı bir zamanda başlıca olaraq xammal istehsalı ilə bağlı olan sahələr
(hasilat sənayesi) inkişaf edirdi. Xammalın ilkin emalı üzrə sayca az olan
müəssisələr də (ipəkaçma və ipəksarıma müəssisələri, pambıqtəmizləmə zavodlar
və i.a.) istisna təşkil edirdi. Ticarət siyasəti də bunlara müvafiq surətdə - yenidən
nəzərdən keçirildi. Belə ki, maliyyə nazirinin fikrincə, Leyptsiq tranzitinin
əlverişliyini qoruyub saxlamaqla öz tranzitimizin və fabriklərimizin müdafiə
olunması bir yerə sığışdırıla bilməzdi‖ [6].
Maliyyə
idarəsinin
Rusiya
pambıq-parça
sənayesinin
inkişaf
perspektivləri və bununla əlaqədar olaraq onun məhsullarının Avropa bazarında
faydalı satışının təmin oluna bilməyəcəyini nəzərə alan platforması bir növ ikili
məqsəd daşıyırdı: Zaqafqaziyanı Rusiya sənayesinin daxili bazarına çevirmək və
Öz Asiyada rus ticarətini inkişaf etdirmək. Bu isə Rusiya ilə Avropa arasındakı
―bütün Asiya bazarlarında‖ rus manufaktura məmulatlarına verilmiş üstünlük kimi
qiymətləndirilirdi [7]. Buna görə də 1831-ci ilin iyununda Zaqafqaziya Avropa
malları üçün bağlanıldı. 1831-ci ilin qadağan tarifi Rusiya sənayesini (başlıca
olaraq toxuculuq sənayesini) beynəlxalq rəqabətdən qoruyaraq, onu başqa
bölgələrdən idxal üçün əslində bağlı olan xüsusi satış bazarı ilə təmin edirdi.
Çar hökuməti öz iqtisadi siyasətini həyata keçirməklə ilk növbədə
Azərbaycanın təbii zənginliklərinə maraq göstərirdi. O, faydalı qazıntılarla zəngin
olan rayonların öyrənilməsi üçün mütəxəsəsislər göndərirdi. Bir çox mütəxəssislər
Qərbi Azərbaycanın çay yataqlarında qızılın olub-olmadığını öyrənməklə məşğul
olurdular. Dağ-mədən mütəxəssiləri, Rusiya Elmlər Akademiyasının fəxri üzvü
qraf
A.A.Musin-Puşkin,
dağ-mədən
mühəndisləri
Eyxfeld,
Korniksi,
Voskoboynikov və b. XIX əsrin birinci yarısı ərzində Ağstafa çayından sağ tərəfdə,
Porxalı kəndinin yaxınlığında yerləşən Qazax yatağını, Gürcüstan sərhədlərindən
Gəncəyədək, Gəncəçay da daxil olmaqla, Kiçik Qafqazın şimal ətəkləri boyunca
axan bütün çayları tədqiq edirdilər. 40-cı illərdən etibarən onlar artıq öz
tədqiqatlarını qızıl yataqlarının olması baxımından daha çox ümid verən Tərtər
çayı da daxil olmaqla Qarabağadək genişləndirdilər [8]. Lakin qızıl yataqlarının
baha başa gələn axtarışları o dövrdə gözlənilən nəticəni vermədi və onların
tədqiqatı dayandırıldı.
Car-Balakən dairəsində qalay yataqlarının kəşfiyyatı aparıldı, burada,
dağların birində qalay filizi tapıldı. 1824-cü ildə Qazax distansiyasındakı
Qarabayat dağında, Şuşa şəhərinin ətrafında da kükürd kolçedanı aşkara çıxarıldı.
Çar hökuməti Azərbaycanda ipəkçiliyin inkişafının bu sahəsinin yüksəlişi
üçün bir sıra tədbirlər gördü. General Yermolov hələ 1825-ci ildə Şamaxıdakı tut
bağlarının genişləndirilməsi barədə sərəncam vermişdi. 1829-cu ildə isə o öz
məktubunda maliyə nazirinə yazırdı ki, ―mən öz tərəfimdən ən yaxşı ipəyin
istehsal olunduğu Şirvan əyalətini himayə edirəm, mənim sərəncamım üzrə hər ilm
1000000 və daha çox tut ağacı əkilir‖ [9].
Bu məktub hökumətin Azərbaycanda ipəkçiliyin inkişafında, Rusiyanın
ipək sənayesi üçün xammal bazasının yaradılmasında nə qədər maraqlı olduğunu
sübut edir. Peterburqda çıxan ―Kommerçeskaya qazeta‖ yazırdı: ―Şəki əyaləti
başqa əyalətlərə nisbətən daha çox miqdarda və daha yaxşı keyfiyyətli ipək istehsal
edir. 1827-ci ildə bu əyalətdən satış üçün 8200 pud ipək aparılmışdır‖ [10].
30-50-ci illərdə Rusiya ipək sənayesinin təlabatı daha da artdı, bu da
toxuculuq sənayesini xammalla təmin etmək üçün hökumət tərəfindən bir sıra
tədbirlərin həyata keçirilməsinə gətirib çıxardı. 1836-cı il üçün Peterburqda
―Zaqafqaziya diyarında ipəkçiliyin inkişaf və ticarəti həvəsləndirmək və
yaxşılaşdırmaq üçün‖ kompaniya təşkil edirdi. Kompaniyaya qraf A.X.Benkendorf
, knyaz Dolqorukov və b. kimi ali dövlət məmurları başçılıq edirdilər. Bu faktın
özü
ucqarların,
o
cümlədən
də
Azərbaycanın
ipək
sərvətlərinin
―mənimsənilməsinə‖ hökumətin necə böyük di9qqət yetirdiyini aydın göstərir.
Xəzinənin Şəki əyalətindəki bütün tut bağları pulsuz olaraq beşillik müddətinə
kompaniyaya verildi. Bu bağlara təhkim edilmiş, kompaniya tərəfindən amansız
istismara məruz qalan rəncbərlərdə onun sərəncamına verildi. Kompaniya yerli
sakinlərdən barama və xam ipəyi maliyyə nazirliyi tərəfindən qoyulmuş qiymətlər
üzrə almaq hüququna malik idi.
Azərbaycan Rusiya ipək sənayesinin ən mühüm xammal bazasına
çevrildi. 1838-ci ildə Moskva və onun ətrafındakı emal olunmuş 33180 pud xam
ipəyin 5/8 hissəsi Zaqafqaziya, başlıca olaraq Azərbaycan ipəyinin və ancaq 3/8
hissəsi xaricdən gətirilmiş xammalın payına düşürdü [11].
30-cu və xüsusən də 40-cı illərdə Azərbaycan kənd təsərrüfatında indiqo,
yeni tütün, pambıq və düyü növləri kimi bitkilərin əkilməsi, zəfəranın
keyfiyyətinin yaxşılaşdırılması və s. üçün cəhdlər göstərilirdi. 1833-cü ildə
―Zaqafqaziyada kənd təsərrüfatı, manufaktura sənayesi və ticarəti həvəsləndirməyə
cəmiyyəti‖nin layihəsitəsdiq təsdiq edildi.
Ticarət sahəsinin xüsusən çoxlu cəmiyyətlər yaradıldı. 1838-ci ildə 10 il
ərzində rus malları ticarəti ilə məşğul olan ―Zaqafqaziya ticarət işi‖ adlı cəmiyyət
fəaliyyətə başladı. Bu cəmiyyət ―Zaqafqaziya ticarət kompaniyası‖nın yenidən
işlənmiş layihəsi əsasında yaradılmışdı. Müəssisələrin təsisçisi və direktoru olan
A.D.Zavileyski A.S.Qriboyedovun ölümündən sonra fabrik və zavodlar yaratmaq
ideyasından tamamilə əl çəkməli oldu. Meydana çıxmış ticarət firmaları və
cəmiyyətlərinin əksəriyyətinin ömrü uzun olmadı.
XIX yüzilliyin birinci yarısı ərzində Azərbaycanın iqtisadi cəhətdən
mənimsənilməsi yolunda ancaq ilk addımlar atılırdı. Bu istiqamətdəki cəhdlərin
məhdud, çox vaxt isə yarımçıq xarakteri də Rusiyada dağılmaqda olan feodal-
təhkimçilik quruluşu şəraitində inkişaf edən Rusiya sənaye kapitalizminin
bünövrəsinin zəifliyi və məhdudluğu ilə izah olunurdu.
Çar hökumətinin məqsəd və vəzifələri Azərbaycanı müstəmləkəyə,
xammal bazasına çevirməyə yönəlsə də, bu şəraitdə Azərbaycan iqtisadiyyatının
ipəkçilik və balıqçılıq təsərrüfatı kimi mühüm sahələrinə rus kapitalınıı soxulması,
Azərbaycanın yeraltı sərvətlərinin aşkara çıxarılması sahəsində görülən tədbirlər,
―praktiki ipəkçilik məktəbinin‖ yaradılması və i.a.obyektiv olaraq Azərbaycanın
iqtisadi inkişafına kömək edirdi.
§ 2. KƏND TƏSƏRRÜFATI
XIX əsrin birinci yarısında Azərbaycan kənd təsərrüfatı feodal
münasibətlərinin üstün mövqe tutması ilə səciyyələnirdi. 1801-1828-ci illər, yəni
Şimali Azərbaycanın Rusiya tərəfindən bilavasitə istilası dövründə kənd təsərrüfatı
dəfələrlə ağır sınaqlara məruz qalmışdı. XIX əsrin birinci otuz illiyində
Azərbaycanın düşdüyü mürəkkəb hərbi-siyasi şərait, ölkənin feodal pərakəndliyi
kənd təsərrüfatının vəziyyətinə mənfi təsir göstərirdi. Rusiya-İran müharibələrinin
hərbi əməliyyatları dövründə Azərbaycan ərazisi üç dəfə -1804, 1812 və 1826-cı
illərdə yadelli işğalçıların viranedici hücumlarına məruz qalmışdı.
İran və Rusiya qoşunlarının törətdiyi qarət və zorakılıqlar nəticəsində
Qarabağ, Talış, Şamaxı və Şəki xanlıqlarından on minlərlə iri və xırdabuynuzlu
mal-qara qovulub aparılmış, xeyli sakinin əmlakı əlindən alınmış, minlərlə ailə ev-
eşiyindən məhrum edilmişdi.
Yadelli qoşunların soyğunçu basqınları ilk növbədə məhsuldar qüvvələrin
dağılmasına, əkin sahələrinin və dənli bitkilərin istehsalının ixtisar olunmasına,
kənd təsərrüfatında əsas qoşqu qüvvəsi olan iribuynuzlu, habelə xırdabuynuzlu
mal-qaranın sayının azalmasına, ipəkçilik, pambıqçılıq və s. sahələrin tənəzzülə
uğramasına səbəb olmuşdu.
Lakin Azərbaycan kəndlilərinin özlərinin adi dinc əməyə qayıtdıqları
nisbətən dinclik və ya xarici basqınlardan müxtəlif fasilələr dövründə kənd
təsərrüfatı məhsulları nəinki yerli əhalinin tələbatını ödəyir, hətta müəyyən qədəri
bazara çıxarılır. Məsələn, təsərrüfata az zərər vurmamış birinci Rusiya-İran
müharibəsinin sonuna yaxın bir sıra əyalətlərdə taxıl istehsalı hələ də yerli tələbatı
üstələyirdi. Bununla əlaqədar olaraq, rus komandanlığının sərəncamı üzrə
Şirvandakı taxıl əkinləri ixtiras olundu, taxılın ―artıqları‖ təkcə bütün taxıl
vergisini danışıqsız ödəməyə deyil, həm də rus intendantlığına lazımi miqdarda
sursat satmağa imkan verirdi. 1812-ci il təkcə Şəki və Şamaxı xanlıqları rus
ordusuna onmin çervert (1.160 min pud) taxıl satmağı öhdəyə götürmüşdülər.
Buğda, düyü, zəfəran, qurudulmuş meyvə, mal-qara, ipək və qızıl boya, az
miqdarda olsa da, ölkə daxilində satışa gedir, habelə Gürcüstana, İrana və Rusiyaya
ixrac olunurdu.
Şimali Azərbaycanın Rusiya tərəfindən işğalının başa çatmasından sonra
Azərbaycan müstəmləkəyə çevrilsə də, kənd təsərrüfatının bərpası və inkişafı üçün
şərait yarandı, daxili müharibələrə son qoyuldu. XIX əsrin 40-cı illərində
həddindən artıq müxtəlif olan ölçü və çəki sistemlərinin vahid Rusiya ölçüləri ilə
əvəz olunmasına başlandı. Eyni zamanda, çar xəzinəsinin nəfiknə bir sırfa feodal
rüsumlarının, xüsusən də xanlıqlar dövründən mövcud olan gömrükxana
maneələrinin – rahdar deyilən vergilərin saxlanılması daxili ticarətin inkişafını
ləngidirdi. Xanlıqların yerini əyalətlərin tutduğu komendant üsuli-idarəsi dövründə
əyalətlər arasında ―rahdar rüsumları‖ qalmaqda idi. 20-ci illərin sonuna yaxın
Zaqafqaziyada 17 rahdar vergisi və sənətkarlıq məmulatları üzərinə qoyulan 120
müxtəlif rüsum alınırdı, 1851-ci ildə yeni ticarət tarifinə görə, Zaqafqaziyada
istehsal olunan mallar rüsum alınmadan Rusiyaya aparıla bilər. Buna baxmayaraq
uzun müddət ərzində Mərkəzi Rusiya quberniyalarına aparılan mallardan bu rüsum
alınırdı.
XIX yüzilliyin 30-50-ci illəri kənd təsərrüfatında məhsuldar qüvvələrin
nəzərəçarpacaq dərəcədə artımı və əmtəə-pul münasibətlərinin inkişafı dövrüdür.
Bununla yanaşı, hakim feodal münasibətləri kənd təsərrüfatının əksər sahələrinin
surətli inkişafına mane olurdu. Çar hökuməti özünün aqrar qanunları ilə
Azərbaycanda bu münasibətlərin möhkəmləndirilməsinə yardım göstərməyə cəhd
edirdi.
Kənd təsərrüfatında başlıca yeri, əvvəllərdə olduğu kimi, əkinçili tuturdu.
Dənli bitkilər – buğda, arpa, çəltik daha geniş yayılmışdı. Buğda aparıcı dənli bitki
olaraq qalırdı. O, Azərbaycanın bütün əyalətlərində becərilirdi. Buğdanın istehsalı
üzrə əsas yeri Şirvan və Qarabağ əyalətləri tuturdu. Bu əyalətlərdə buğdanın
ümumi istehsalı 1830-1832-ci illərdə 4861 min pud, 1845-ci ildə isə 8347 min
puda bərabər olmuşdu. Ümumiyyətlə isə 1845-ci ildə Azərbaycanın 8 qəza və
dairəsində - Quba, Şamaxı, Talış, Qarabağ, Şəki, Naxçıvan qəzaları, habelə Car-
Balakən və Yelizavetpol dairlərində, Qazax-Şəmşəddil torpaqlarında – ümumi taxıl
yığımı 7617 min puda bərabər olmuşdu. Bu da buğdaya olan daxili tələbatı ödəyir
və ixrac üçün məhsul qalırdı.
Buğda kimi, arpa da Azərbaycanın bütün əyalətlərində yayılmışdı. 1845-ci
ildə onun ümumi istehsalı 6919,4 min pud olmuşdu. Arpanın yetişdirilməsində
Şirvan və Qarabağ qəzaları fərqlənirdi.
Düyünün (çəltiyin) ümumi istehsalı nəzərə çarpacaq dərəcədə artdı. Onun
becərilməsində aparıcı yeri Talış əyaləti tuturdu, onun ardınca Şirvan və Qarabağ,
habelə Quba əyalətləri gəlirdi. 1830-1832-ci illərdə bu əyalətlərdə, 1208 min pud,
1845-ci ildə isə 1657 min pud çəltik yığılmışdı. Ümumiyyətlə isə, 1845-ci ildə
bütün Azərbaycan ərazisində düyünün ümumi istehsalı 2315,7 min puda bərabər
idi.
Bu dövrdə Azərbaycanda darı, yulaf, pərinc, paaxlalılar, lobya, noxud
kimi digər dənli bitkilər az miqdarda becərilirdi. XIX yüzilliyin əvvəlləri ilə
müqayisədə bu bitkilərin, xüsusən də darı becərilməsi genişlənsə də, onun ümumi
istehsalı cüzi idi. Ümumiyyətlə isə 40-cı illərdə dənli bitkilər istehsalı ləng artırdı.
Azərbaycan iqtisadiyyatında əhəmiyyətinə görə ikinci yeri tutan kənd
təsərrüfatı sahəsi heyvandarlıq idi. Onun inkişafı üçün ölkədə əlverişli şərait var
idi. Muğan, Mil, Şirvan və digər düzlərin geniş əraziləri təkcə Azərbaycanın deyil,
həm də qonşu ölkələrin Dağıstan və Gürcüstanın da malları üçün gözəl qış otlaqları
idi. Yay alp çəmənlikləri – yaylaqlar da geniş əraziləri tuturdu.
40-50-ci illərdə iribuynuzlu mal-qaranın sayı xeyli artmışdı. 1845-ci ilə
aid olan məlumatlara görə, Azərbaycanın altı qəzasında – Quba, Bakı, Şamaxı,
Lənkəran, Nuxa və Şuşa qəzalarında onun sayı 272,1 min başa çatırdı.
Xırdabuynuzlu mal-qaranın – qoyun və keçilərin də sayı artırdı. 1843-cü ildə
Azərbaycanın həmin qəzalarının hüdudlarında 476,9 min baş xırdabuynuzlu mal-
qara var idi.
Həmin dövrdə həm mal-qaranın sayına, həm də bu sayın artımına görə
Azərbaycanın aparıcı maldarlıq rayonları Şamaxı, Şuşa, Yelizavetpol və Quba
qəzaları idi.
1845-ci ilin məlumatlarına görə (Yelizavetpol və Car-Balakən dairələri,
habelə Naxçıvan və İrəvan bölgələri nəzərə alınmadan), atların sayı 88 min baş idi.
XIX yüzilliyin I yarısında Azərbaycanda iri və xırdabuynuzlu mal-qara,
atlardan başqa xeyli miqdarda yük heyvanları – dəvə, qatır və ulaq bəslənirdi.
40-50-ci illərdə Azərbaycan heyvandarlığında xeyli dəyişikliklərə
baxmayaraq, bu sahədə, əsasən, natural təsərrüfat hökmran olaraq qalmaqda davam
edir və sahənin əmtəəliyi çox zəif təzahür edirdi. Məsələn, 1845-ci ildə
Azərbaycanın həmin altı qəzasında satışa 2750 baş at (atların ümumi sayının ancaq
3,1%-i), 19150 baş iribuynuzlu mal-qara (8,7%) və 89 min baş qoyun (11,7%)
çıxarılmışdı. Bundan başqa, həmin qəzalarda satışa 20,5 pud yağ, 23,3 min pud
pendir, 11,8 min pud piy və 49,5 min pud dəri çıxarılmışdı. 270 min başdan artıq
iribuynuzlu mal-qaranın və 760 min başdan artıq qoyun və keçinin olduğu şəraitdə
bu, əlbəttə ki az idi.
Bununla belə kənd təsərrüfatının əvvəlki qapalılığı öz yerini əmtəə
mübadiləsinin və şəhərlə kənd arasında əlaqələrin müəyyən qədər artmasına
verirdi. Heyvandarlıq məhsulları əsasən şəhərlərdə satıldığı halda, bazara çıxarılan
taxılın mühum hissəsi maldar kəndlilər tərəfindən istehlak edilirdi. 1845-ci ildə
bütün Xəzər vilayəti üzrə mal-qara və maldarlıq məhsullarının satışından əldə
olunan gəlir 332,6 min manata, taxıl satışından götürülən gəlir isə 397 min manata
bərabər olmuşdur.
XIX yüzilliyin 30-50-ci illərində Azərbaycan ipəkçiliyi inkişaf etməkdə
davam edirdi. Rus sənayesinin xam ipəyə olan tələbatı daim artırdı. Ucuz xammal
əldə etməkdə maraqlı olan hökumət və ticarət-sənaye dairələri ipəkçiliyin inkişafı
üçün müəyyən cəhdlər göstərirdi. 1836-cı ildə Peterburqda təsis olunmuş
kampaniya ―Zaqafqaziyada ipəkçiliyi və ticarət sənayesini yayan cəmiyyət‖
Nuxanı öz fəaliyyətinin mərkəzi seçdi. Şəki əyalətinin bütün xəzinəyə məxsus tut
bağları 5 illik müddətə pulsuz olaraq, sonrakı 25 il ərzində isə götürülən gəlirə
müvafiq olaraq ucuz qiymətə cəmiyyətə verildi. Bağlara təhkim olunmuş 700
yaxın dövlət kəndlisi – rəncbər də cəmiyyətin sərəncamına verildi. Qısa müddət
ərzində kampaniya öz təsərrüfatını xeyli genişləndirdi. Kampaniyanın sərəncamına
verilmiş 760 bağda 1836-cı ildə 4300 min, 18 il sonra isə (1854-cü ildə) artıq 7
mln-dan yuxarı tut ağacı var idi. Kampaniya rəncbərləri istismar etmək hesabına
ipək istehsalını təxminən 3 dəfə artırmağa nail oldu [12].
40-cı illərin sonuna yaxın istehsal edilən xam ipəyin miqdarı 28-29 min
puda çatdı. Ümumiyyətlə, 30-50-ci illər ərzində Azərbaycan rus sənayesi üçün bu
qiymətli xammalın əsas istehsal bazasına çevrildi. Zaqafqaziyada emal olunan
ipəyin 85 faizi Azərbaycanın payına düşürdü.
Xam ipəyin bir hissəsi, başlıca olaraq, Şamaxı şəhərində və onun
ətrafındakı kəndlərdə yerləşən yerli ipəktoxuma müəssisələrində emal olunurdu;
ipəyin az bir hissəsi xaricə, əsasən Fransaya ixrac edilirdi. Azərbaycan xam
ipəyinin əsaə hissəsi isə Rusiyaya daşınırdı. Onu Nijni-Novqorod yarmarkasına və
Moskvaya göndərirdilər. Artıq XIX yüzilliyin 30-cu illərin sonuna yaxın rus ipək
sənayesi olaraq, Zaqafqaziyadan göndərilən xammalın hesabına işləyirdi. Həmin
dövrdə Moskva və onun ətrafındakı fabriklərdə emal olunmuş xam ipəyin 5/8
hissəsindən çoxu Zaqafqaziyanın, başlıca olaraq isə, Azərbaycan ipəyinin payına
düşürdü.
40-50-ci illərdə Azərbaycandan xam ipək daşınması artmaqda davam
edirdi. 50-ci illərin əvvəllərində Zaqafqaziyada istehsal olunan 30-35 min pud xam
ipəkdən 2/3-si Rusiyaya aparılır, 1/4-i yerlərdə sərf olunur, qalanı (təxminən 8
faizi) xaricə ixrac edilirdi [13].
Beləliklə, Rusiya işğalından sonra Azərbaycan iqtisadiyyatında ipəkçilik
inkişaf etməkdə olan rus ipək sənayesi üçün xammal tədarükçüsü kimi müstəsna
olaraq əmtəə əhəmiyyəti kəsb etdi.
Bu dövrdə tütünçülük də əmtəə istehsalı sahəsinə mevrilirdi. 30-cu illərin
əvvəllərində tütün Azərbaycanın ancaq 4 əyalətində becərildiyi halda,40-cı illərin
ortalarında bununla artıq 8 qəzada məşğul olurdular. Tütün istehsalının həcmi xeyli
artsa da, əldə olunan tütünün miqdarı çox deyildi. Lakin bu sahədə istehsalın
əmtəəliyi kifayət qədər yüksək idi. Məsələn, 1845-vi ildə 8 qəzada toplanılmış 4
min puddan bir qədər artıq tütünün 2 min puda qədəri satışa getmirdi [14].
Rusiya bazarında yüksək keyfiyyətli tütün növlərinə təlabat xaricdən
gətirilmiş ən yaxşı tütün növlərinin – Havana, Alban və Perqam növlərinin
Azərbaycanın iqlim şəraitində əldə edilməsi üçün bir sıra bölgələrdə onlatrın
becərilməsinə marağı artırdı.
Texniki bitkilərdən qızılboya istehsalı daha böyük əhəmiyyətə malik idi.
Onun köklərindən yüksək keyfiyyətli təbii boyalar hazırlanırdı. Qızılboya
Azərbaycanda qədimdən istehsal olunurdu. O hələ orta əsrlərdə Azərbaycan
parçalarına, xalçalarına və digər məmulatlarına dünya şöhrəti qazandırmışdı. Ötən
yüzilliyin 40-cı illərində qızıl boyaya sənaye tələbatı artdı. Azərbaycan qızıl
boyasının yaxşı keyfiyyətinə əmin olan rus sənayeçiləri Xəzər dənizinin qərb
sahillərində bu bitkinin plantasiyalarının genişlənməsi və istehsalın artmasında fəal
içtirak edirdilər [15]. 1851-ci ilə qədər Azərbaycan və Dağıstanda qızıl boya
becərilməsi əsaslı surətdə mənimsənilərək, iqtisadi həyatın sərfəli və gəlirli
sahələrindən birini təşkil edirdi. O zaman Rusiyaya 120 min puddan 140 min
pudadək qızılboya kökü aparılırdı. Azərbaycanda qızılboya başlıca olaraq Quba,
Şamaxı və Lənkəran qəzalarında becərilir [16], Bakıdan, Niyazabad limanından və
Dərbənddən ixrac olunurdu. 1851-ci ildən 1860-cı ilədək qızılboya istehsalının
başlıca mərkəzində Quba qəzasında 2,762 min manatlıq 334,5 min pud qızılboya
kökü istehsal olunmuş və Nijni-Novqorod yarmarkasına aparılmışdı. Azərbaycan
qızılboya istehsalı üzrə Rusiya toxuculuq sənayesinin ehtiyaclarını təmin edən sırf
ticarət xarakterli kənd təsərrüfatı sahəsi idi. 50-ci illərdə Moskva yaxınlığında
xüsusu olaraq Xəzər sahillərindən gətirilən qızılboyanın emalı üçün fabrik tikildi.
Azərbaycan qızılboyası özünün yüksək keyfiyyətilə xarici boyaqların rus
bazarında müvəffəqiyyətlə sıxışdırıb çıxarır, hətta xaricə də ixrac olunurdu.
Digər texniki bitkinin – pambığın istehsalında vəziyyət başqa cür idi.
Azərbaycanın Rusiya tərəfindən işğalı illərində pambığın istehsalı azaldı. 30-cu
illərin əvvəllərində burada cəmisi 11,5 min pud pambıq becərilirdi. 30-cu illərin
ortalarında hökumət tərəfindən bu qiymətli bitkinin inkişafı üçün bəzi tədbirlər
görüldü və uzunlifli Misir və Braziliya pambıq növlərinin Zaqafqaziyada tətbiq
olunmasına səy göstərildi. Qarabağ və Şəki əyalətlərində xəziknə pambıq
plantasiyaları yaratmaq üçün cəhdlər göstərildi. Lakin 40-50-ci illərdə
pambıqçılıqda istehsalın həcmi hələ də çox məhdud idi. 1845-ci ildə Azərbaycanın
8 qəzasında səpilmiş çiyidin çəkisi cəmisi 1,3 min puda bərabər idi.
Bu dövrdə düyü, buğda və digər dənli bitkilərin baha olduğu bir şəraitdə
pambıq becərilməsinin iqtisadi cəhətdən əlverişli olmaması, habelə ucuz xarici və
rus fabrik çit parçalarının diyarda geniş yayılması pambıqçılıqda durğunluğa səbəb
olmuşdu [17].
Qədimdən bəri ancaq Abşeron yarımadasında yetişdirilən zəfəran
təsərrüfatı da kəskin tənəzzül dövrü keçirirdi. Maliyyə nazirliyinin tapşırığı üzrə
yaradılmış ―Cənubi Qafqaz Rusiya torpaqlarının statistika, etnoqrafiya, topoqrafiya
və maliyyə baxımından xülasəsi‖nin tərtibçiləri qeyd edirdilər ki, zəfəranın
becərilməsi ilə ən çox Bakı əyalətində məşğul olurdular. 5-6 kənd istisna olmaqla
Abşeronun bütün kəndlərində bu bitki əhalinin mühüm gəlir mənbəyini təşkil
edirdi. 30-cu illərin əvvəllərində zəfəranın illik istehsalı 1000 puda çatırdı və
kəndlilər onun satışından 360 min manat pul götürürdülər. Zəfəranı İran və
Həştərxana aparıb satan tacirlər 200 min manat gəlir götürürdülər.
Lakin 40-cı illərdə zəfəran istehsalı azalmağa başladı. 361 pud zəfəranın
yığıldığı 1846-cı il istisna olmaqla onun illik istehsal 120 puddan yuxarı yığıldığı
1846-cı il istisna olmaqla onun illik istehsalı 120 puddan yuxarı qalxmırdı. Bu
vəziyyət onunla izah olunurdu ki, zəfəran təsərrüfatının mənafeyi çarizmin iqtisadi
siyasətinin ümumi xəttinə uyğun gəlmirdi. Yerli əhali və tacirlərin gəlir mənbəyi
olan bu sahə çar xəzinəsinə heç bir xeyir vermirdi.
30-40-cı illərdə üzümçülük və bağçılıqla nəzərəçarpacaq artım müşahidə
olunur, üzüm və meyvə bağlarının sayı çoxalırdı. 1849-cu ildə Azərbaycanın 6
qəzasında 21413 meyvə və üzüm bağı var idi. Lakin şərabçılıq zəif inkişaf
etmişdi. 30-cu illərin əvvəllərində Mədrəsə və Gürcüvan kəndlərində 16 min
vedrədən çox çaxır və 2 min vedrəyədək araq istehsal edilmişdi. 40-cı illərin
ortalarında Şəki qəzasında çaxır istehsalı təxminən 14 min vedrə, araq istehsalı isə
təxminən 3 min vedrə olmuşdu. Azərbaycandan kənara aparılan digər bağçılıq
məhsulları yenə də fındıq, qurudulmuş armud, alma və s. idi.
Lakin nə üzümçülük, nə də bağçılıq bu dövrdə hələ də yüksək əmtəə
istehsalı xarakteri almamışdı.
30-50-ci illərdə bostançılıq da geniş yayılmışdı. O, başlıca olaraq yerli
əhalinin ehtiyaclarını ödəyir və kənd təsərrüfatının zəif inkişaf etmiş əmtəə
sahələrindən biri olaraq qalırdı. Lakin burada da bəzi dəyişikliklər baş verirdi. 40-
50-ci illərdə Azərbaycanda rus köçkünləri tərəfindən buraya gətirilmiş kartof
becərilməyə başlanmışdı.
Beləliklə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra onun
təsərrüfatının inkişafında müəyyən yüksəliş baş verdi. Lakin bu inkişaf birtərəfli
gedirdi, yəni başlıca olaraq, xammal istehsal olunurdu. Bu da ölkə iqtisadiyyatının
müstəmləkə xarakterinin göstəricisidir. XIX yüzilliyin 30-50-ci illəri sosial-iqtisadi
həyata mühüm dəyişikliklərin müəyyənləşdiyi dövrdür. İqtisadiyyatın bəzi
sahələri, xüsusən də texniki bitkilər istehsalı Mərkəzi Rusiyanın tərəfindən irəli
sürülən sənaye tələbatını, habelə yerli şəhərlərin tələblərini ödəməyə yönəldilmişdi,
kənd təsərrüfatı məhsulları əmtəə xarakteri almağa başlayırdı.
Dostları ilə paylaş: |