§ 5. AQRAR MÜNASĠBƏTLƏR
Şimali Azərbaycanın Rusiya tərəfindən istilasından sonra feodal torpaq
mülkiyyətinin iki əsas forması – xəzinə (divan torpaqları) və xüsusi sahibkar
torpağı formaları mövcud idi.
Hələ istilanın gedişində əvvəllər xanlara, əmlakları müsadirə olunmuş
bəylərə məxsus olmuş böyük torpaq sahələri çar xəzinəsinin sərəncamına keçmişdi.
Bundan başqa, Azərbaycan kəndində kəndlilərin icmalıqla istifadə etdikləri və
xəzinənin sərəncamında olan torpaqlar da var idi ki, bunlar da divan torpaqları
adlanırdı. Bu torpaqlarda istiladan sonra çar xəzinəsinin sərəncamına verildi.
Xəzinə torpaq mülkiyyətinin üstünlüyü Şərq ölkələrində aqrar quruluşun
əsas xüsusiyyətlərindən biri idi, belə ki, feodal torpaq mülkiyyətinin hökmranlığı
Şərqdə feodalizm xüsusiyyəti idi. Bu, Azərbaycanda da müşahidə olunurdu.
XIX yüzilliyin birinci yarısında çar xəzinəsinə məxsusu olan torpaqlarla
yanaşı, iri və xırda feodalların mülkiyyətində olan torpaqlar da var idi.
Azərbaycanın Rusiya tərəfindən işğalı ərəfəsindəki dövrdə Azərbaycanın hakim
feodallar sinfinin iyerarxiya pilləsinin başında xanlar dururdular. Onların ardınca
vassallar – yerli soltanlar, məliklər, bəylər, ağalar və b. gəlirdi. Ali ruhani
nümayəndələri yerli feodallar içərisində böyük nüfuza malik idilər. Lakin
Azərbaycandakı feodal torpaq mülkiyyəti iyerarxiyası bəzi Qərbi Avropa
ölkələrində olduğu kimi, çoxpilləli deyildi.
Şimali Azərbaycanın Rusiya tərəfindən istilası feodal torpaq mülkiyyətinə
ciddi təsir göstərirdi [60]. Hələ istilanın gedişində Azərbaycanın xanları bəzi
yerlərdə, məsələn, Qarabağ, Şəki, Şirvan, Talış və Naxçıvanda tədricən, bəzi
yerlərdə (Gəncə, Quba və Bakıda) dərhal dövlət hakimiyyətindən məhrum
olmuşdular. Torpaq sahibləri olaraq qalsalar da, xanların əksəriyyəti dövlət başçısı
hüququnu itirdi. Xan üsuli-idarəsinin ləğvi və onu komendant üsuli-idarəsi ilə əvəz
olunması ilə birlikdə öz əhəmiyyətini itirdi, bəylərin iri hakim xanlardan vassal-
asılı münasibətlərdə aradan qalxdı [61].
Şimali Azərbaycanın feodal torpaq mülkiyyətinin köhnə formaları,
məsələn, tiyul, mülk, mülki-xalisə və vəqf qalmaqda davam edirdi.
Çar hökuməti tiyul torpaqların bağışlanılmasının əvvəllər burada mövcud
olan qaydasını əsasən qoruyub saxladı. XIX yüzilliyin birinci yarısında tiyulların
bəxş edilməsi üçün əsas səbəb rolunu feodalların hərbi və digər xidmətləri, onların
çarizmə sədaqəti oynayırdı. Bu, əyalət komendantlarının çoxsaylı ―bəxşetmə
fərmanlarında‖ və onların hərbi dairə rəislərinə sərəncamlarında parlaq surətdə əks
olunmuşdur. Məsələn, Qafqaz ordusunun baş komandanı Tormosov 1811-ci ildə
Quba əyalətinin 218 kəndli həyəti olan Keuxanlı, Mirzəkənd, Xudat, Padar və
digər dövlət kəndlərinin kollegiya assessoru Ağa bəy Sadıqova bağışlanması
barədə göstəriş vermişdi.
Şirvan komendantı 1822-ci ildə 4 kəndin mustafa bəyin istifadəsinə Talış
müvəqqəti idarəsi bir sıra kəndlərin Alxazov familiyalı bəyə bağışlanması barədə
əmr vermişdi. Belə bəxşetmələr nəticəsində feodal əksər hallarda torpaq yox,
ondan vergilər götürmək hüququ alırdı. Bəxşetmə fərmanlarında torpağın
bağışlanmasına çox nadir hallarda rast gəlinir. Azərbaycanın istilasından sonrakı
tiyul feodal torpaq institutunun xüsusiyyətlərindən biri də məhz bu olaraq qalırdı.
Tiyul torpaqları bir qayda olraq, feodalın ömürlük sahibliyində olurdu. Bu
torpaqlar satmaq və bağışlamaq obyekti ola bilməzdi; ancaq hüquqi varisin özünün
çarizm qarşısında xidmətlərə malik olduğu halda irsən keçə bilərdi. Tiyul barəsində
sərəncam vermək hüququ müstəsna olaraq çar hökuməti idarələrinə məxsus idi.
Tiyul feodalın tam xüsusi mülkiyyəti deyildi, feodal torpaq sahibliyi forması olub,
şərti xarakter daşıyırdı.
XIX yüzilliyin I yarısında Azərbaycanda mülk formasında geniş yayılmış
şəxsi feodal torpaq mülkiyyəti də mövcud idi. Mülk ali hakimə xidmət borcu ilə
əlaqədar olmayan irsi, tam feodal torpaq mülkiyyəti forması idi. Mülk satıla,
başqasına güzəştə gedilə, bağışlana bilərdi və s.
Mülki sahibi onun tam sahibi kimi ―mülkədar‖ adlanırdı [62]. Təkcə
torpaq deyil, su da (əgər suvarma arxı xüsusi şəxsin – feodalların vəsaiti hesabına
qazılırdısa) mülk ola bilərdi. Bu halda su mülkədarın mülkünə çevrilir və mülkədar
su və bu su ilə suvarılan torpaqlar üçün bütün kəndlilərdən öz xeyrinə vergi toplaya
bilərdi.
Mülki-xalisə mülkün növlərindən biri idi. Bəylərə məxsus olan mülki-
xalisə torpaqları onların tam xüsusi mülkiyətində idi. Feodal torpaq mülkiyyətinin
bu kateqoriyasının sahibləri məhkəmə və vergi immunitetinə malik idilər. Bu o
deməkdir ki, mülki-xalisə torpaqlarında yaşayan kəndlilərdən yığılan bütün
vergilər sahibkarın ixtiyarına keçirdi. Mülki-xalisə torpaqları keçmiş xanlıqların –
Lənkəran, Şəki, Şirvan, Qarabağ və Quba əyalətlərinin ərazilərində mövcud idi.
Mülki-xalisə ən çox Lənkəran əyalətində yayılmışdı.
Nəhayət, Azərbaycanda məscidlər, monastırlar və digər dini idarələr
feodal mülkiyyətçiləri rolunda çıxış edirdilər. Müxtəlif mənqul (daşınan – Red.) və
qeyri-mənqul əmlakdan (o cümlədən də torpaqdan) ibarət olan vəqflər onların
mülkiyyətində idi. Xüsusi feodal torpaq mülkiyyətinin ümumi kütləsində vəqf
torpaqlarının xüsusi çəkisi cüzi idi. Lakin Şuşa məscidləri böyük miqdarda torpağa
malik idilər. Bibiheybət şeyxlərinin Bakı yaxınlığındakı iri torpaq sahələri də vəqfə
aid idi. Azərbaycanın digər yerlərində də vəqflər var idi [63].
XIX yüzilliyin I yarısında çarizmin Azərbaycandakı aqrar siyasəti iki
mərhələdən ibarət olmuşdur. Birinci mərhələ Şimali Azərbaycanın Rusiya
tərəfindən istilasının başa çatmasına qədər – 1828ci ilədək istila dövrünü, ikinci və
bundan sonrakı illəri əhatə edir. Şimali Azərbaycan xanlıqlarının Rusiya tərəfindən
işğalı zamnaı hakim sinfin İranla əlaqəsi burada hələ güclü idi. Xanlıqların yuxarı
təbəqələrinin müəyyən hissəsinin İrana meyil etməsi bunun nəticəsi idi. Ona görə
də yerli hakim sinfin ilk zamanlar ―etibarsız‖ sayılırdı.
İstilanın lap əvvəlindən çarizmin aqrar siyasəti mülkədar hökmranlığının
aləti kimi mütləqiyyətin sosial mahiyyətinin doğurdu. Təbii ki, Azərbaycanda
çarizmin sosial dayağı ancaq yerli feodallar ola bilərdi. Lakin çar hökuməti bu
sosial siyasətini çox mürəkkəb xarici və daxili şəraitdə, Azərbaycanda hakim
sinfinin bir hissəsinin əldə silah ölkənin Rusiya tərəfindən istilasına qarşı çıxdığı
bir şəraitdə həyata keçirməli olurdu. Təbiidir ki, bu, Rusiya hökumətini manevr
etməyə, yerli feodallara çarizmə sədaqətlə qulluq göstərməyə məcbur etmək
məqsədilə onlara siyasi və iqtisadi təzyiq üsulları axtarmağa vadar edirdi.
Belə şəraitdə çarizm torpaq sahiblərinin – bəylərin torpaq sahibliyinin
hüquqi cəhətdən sənədləşdirilməsindən istifadə edərək, belə bir tezis irəli sürdü ki,
guya əsrlərdən bəri Azərbaycanda feodal münasibətləri olmamış və tiyuldar bəylər
torpaq sahibkarı deyil, xeyirlərinə kəndlilər tərəfindən bəzi mükəlləfiyyətlər icra
olunan torpaq ―idarəçiləridirlər‖. Bu tezis yerli feodallara təzyiq göstərmək üçün
çarizmin əlinə güclü silah verdi: hökumət bu tezisə arxalanaraq, ona xəyanət etmiş,
etibarsızlar aırasına düşmüş, yaxud sadəcə olaraq, bəslənilən ümidləri
doğrultmamış istənilən feodalın torpaqlarını müsadirə etmək imkanı qazandı.
Müsadirə olunmuş mülklər xəzinənin ixtiyarına keçir, yaxud da digər feodalın
―idarəsinə‖ verilirdi. Sonuncu hökumətdən torpaq alarkən yadında hökumətdən
torpaq alarkən möhkəm yadında saxlamalı idi ki, o, torpağı ancaq idarə edir, özü də
bu hüquqa o, mütləqiyyətə sədaqətlə və canı-dildən xidmət güstərdiyi müddətə
malikdir. Beləliklə, torpağın belə ―idarəyə‖ verilməsi tiyuldar-feodalları çarizmdən
tam iqtisadi asılılığa salmağa çalışanlar üçün əlverişli idi. Bununla yanaşı, belə
vəziyyət çarizmin üçün həm də ona görə əlverişli idi ki, o özünü Azərbaycandakı
bütün məskun torpaqların ali mülkiyyətçisi elan edir, bu isə ona torpaqları kütləvi
surətdə tiyuldarlardan müsadirə etmək səlahiyyəti verirdi.
Çarizmin bu dövrdəki torpaq siyasəti öz əksini 1818-ci ildə verilmiş
ağalar ―Əsasnamə‖sində tapmışdır. Qazax, Şəmşəddil və Borçalı distansiyalarının
ağalarına şamil edilmiş əsasnamə buna əsaslanırdı ki, bütün ağalar kəndlərin
sahibkarları deyildir və Rusiyaya göstərdikləri xidmətlərin müqabilində bu kəndləri
ancaq ―idarə‖ edirdilər.
Çar hökuməti idarələri digər əyalətlərdə də xüsusi torpaq sahibliyinə
münasibətdə eynilə bu cür siyasət yürüdürdü. Lakin onlar daim qeyd edirdilər ki,
torpaqları ―idarə‖ etmək hüququ hökumətin bəxş etdiyi mərhəmətdir və bu hüquqa
ancaq çarizmə sədaqətlə qulluq edənlər layiqdirlər. Birinci mərhələdə çarizmin
Azərbaycandakı torpaq siyasətinin ümumi xüsusiyyətləri belə idi.
1830-cu il reskripti və yerli feodalları tiyul hüququnda torpaq
paylanmasına feodallarla çarizmin ittifaqını yaratdı. Doğrudur, bir qədər sonra çar
hökuməti bu ittifaqa zidd müəyyən addımlar da atdı, 1841-ci il qanununu verdi. Bu
qanunla Qazax və Şəmşəddil distansiyaları ağalarının torpaqları xəzinənin xeyrinə
müsadirə edildi. Lakin rus zadəganlarının bu yerlərə keçmək istəməsi, habelə
Azərbaycan xan və bəylərinin güclü müxalifəti və narazılığı üzündən bu siyasət
müvəffəqiyyətsizliyə uğradı və hökumət yerli feodallarla pozulmuş ittifaqı bərpa
etməyə tələsdi. 1846-cı il 6 dekabr tarixli reskripti yerli feodallara münasibətdə
çarizmin bu yeni siyasətinin təzahürü oldu. Bu qanun tiyuldarlara təntənəli sutərdə
bildirirdi ki, çar mərməməti sayəsində onlar ixtiyarlarında olmuş bütün torpaqların
tamhüquqlu irsi mülkiyyətçilərinə çevrilirdi.
Şimali Azərbaycanın Rusiya tərəfindən istilasından sonra feodal asılı
kəndlilər iki qrupa – xəzinə (dövlət) və xüsusi sahibkar kəndlilərinə bölünürdülər.
Çar hökuməti torpaqların əksər hissəsini öz əlində cəmləşdirmişdi. Bu torpaqları
becərən və xəzinə tərəfindən feodal istismarına məruz qalan kəndlilər dövlət və ya
xəzinə kəndliləri adlandırmağa başladılar.
Hələ Şimali Azərbaycanın istilası gedişində əvvəllər əmlakları müsadirə
edilmiş xanların feodal asılılığında olmuş kəndlilərin böyük bir hissəsi çar
xcəzinəsinin sərəncamına keçmişdi. Türkiyəpərəst və iranpərəst meyilli bəylərin
əlindəki torpaqları və bu torpaqlardan istifadə edən kəndlilərin bir hissəsi də dövlət
kəndliləri sırasında daxil edilmişdi. Azərbaycanın bütün əyalətlərdən dövlət
kəndlilərinin sayı sahibkar kəndlilərinin sayına nisbətən xeyli çox da xüsusi
sahibkar torpaqları, müvafiq olaraq həm də xüsusi sahibkar kəndliləri çoxluq təşkil
edirdi.
XIX yüzilliyin 40-cı illərinin ortalarına yaxın Xəzər vilayətinin 6
qəzasında – Şirvan, Qrabağ, Şəki, Lənkəran, Bakı və Quba qəzalarında 585794
nəfərlik kənd əhalisinin 394548 nəfərini bu vilayətin 68,6%-ni dövlət kəndliləri
təşkil edirdi. Dövlət kəndliləri bu vilayətin 63211 kəndli həyətini əhatə edən 1441
kəndində yaşayırdı. Dövlət kəndliləri inzibati cəhətdən Dövlət Əmlakı Nazirliyinə
tabe idilər [64].
Dövlət kəndliləri rəiyyət və rəncbərlərdən ibarət idi. Rəiyyətlər xəzinə
kəndlilərinin əksər kütləsini təşkil edirdilər. Dövlət rəiyyətləri icmalar (camaatlar)
halında yaşayır, bir qayda olaraq, dövlətə məxsus pay torpağı sahələrindən istifadə
edir və özlərini istehsal vasitələrinə (iş heyvanlarına, kənd təsərrüfatı alətlərinə)
malik idilər. Onlar torpaqla kifayət qədər təmin edilməmişdilər. Dövlət rəiyyətləri
çox vaxt aztorpaqlılıqdan əziyyət çəkir, bu da xüsusən əkin torpaqlarına
münasibətdə hiss olunurdu. Dövlər kəndlilərinin əkin torpaqlarının çatışmazlığı,
demək olar ki, bütün əyalətlərdə müşahidə edilirdi. Dövlət əmlakı palatasının rəsmi
məmulatlarına görə, hər bir dövlət rəiyyətinə düşən orta pay torpağının sahəsi
təxminən 3-3,5 desyatinə bərabər idi. Halbuki hökumət orqanlarının öz hesablarına
görə, təsərrüfatla məşğul olmaq üçün hər kəndliyə ən azı 5 desyatin torpaq sahəsi
lazım idi.
Dövlət rəiyyətləri xəzinəyə çoxlu vergi ödəyir və mükəlləfiyyətlər
deaşıyırdılar. Bu vergilər içərisində ən geniş yayılanı natura ilə ödənilən vergi idi.
Vergi sistemi bir qədər qaydaya salınmışdı: saysız-hesabsız xırda vergilər bir və ya
iki vergidə birləşdirilmiş, yəni hər il müəyyən məbləğdə alınan birbaşa vergilərə
çevrilmişdi. Bu, xan üsuli-idarəsi dövründə vergi sistemində mövcud olmuş
özbaşınalığı müəyyən dərəcədə məhdudlaşdırırdı.
Dövlət rəiyyətlərinin mükəlləfiyyətlərini nizamlamaq üçün çar
hökumətinin göstərdiyi cəhd Azərbaycan dövlət kəndində bu dövrdə baş verən
sosial dəyişikliklər prosesində mühüm rol oynadı.
Əyalətlərin əksəriyyətində dövlət kəndlilərinin ödədikləri vergilər kəndlər
və ya kəndli həyətləri üzrə deyil, sahələr (nahiyələr) üzrə müəyyənləşdirildi.
Vergilərin sonrakı bölgüsü yerli inzibati orqanların ixtiyarında idi. Vergilərin
toplanmasında, bir qayda olaraq nə kəndlilərin torpağının sahəsi, nə onların iş
heyvanının miqdarı, nə də ailələrdəki işçi qüvvəsinin sayı nəzərə alınırdı.
Vergi sistemində bəzi mühüm dəyişikliklər hələ 1819-cu ildə Şəki
əyalətində həyata keçirilmişdi. Natural vergilərin yerinə pul vergiləri qoyulmuşdu.
―Malcəhə‖ və ―darğalıq‖ da pul vergilərinə çevrilmişdi. Əgər XIX yüzilliyin 20-ci
illərində Şəki əyalətində ərzaqla toplanılan vergi çoxluq təşkil edirdisə, 40-cı illər
ərəfəsində natural və pul formalarının nisbəti, demək olar ki, eyni idi.
XIX yüzilliyin 30-cu illərinin əvvəllərində maliyə nazirliyinin tapşırığı
üzrə Zaqafqaziyada vergi sistemi yoxlanıldı. Bu yoxlama ayrı-ayrı əyalətlərdə
dövlət kəndlilərinin vergi və mükəlləfiyyətlərinin növləri və məbləği arasında
fərqin xeyli olduğunu aşkara çıxartdı.
Vergilərin bölünməsi sistemi və onların yığılması üsulu da bir-birindən
xeyli fərqlənirdi. Məsələn, Şirvan əyalətində vergilər hər kənd, Qarabağ əyalətində
hərbir kəndli həyəti, Lənkəran əyalətində isə mahallar üzrə təyin olunurdu. Bütün
bunlar yerli hakimiyyət orqanlarının özbaşınalıqları üçün geniş imkanlar açırdı.
Buna baxmayaraq 30-cu illərdə çar hökuməti əvvəlki vergi sisteminə bəzi
dəyişikliklər və əlavələr etməklə kifayətləndi. Bununla yanaşı, hökumət vergi və
mükəlləfiyyətlərin ümumi həcmini artırmağa, natural vergiləri pul vergiləri ilə əvəz
etməyə can atırdı. Özü də həyata keçirilən dəyişikliklər bütün əyalətlər üçün
bərabər deyildi.
30-cu illərdə keçirilmiş dəyişikliklər nəticəsində Qarabağ və Talış
əyalətlərində pul rentasının xüsusi çəkisi xeyli artdı. Lakin burada dövlət
rəiyyətlərinin natural mükəlləfiyyətlərinin də böyük həcmi qalmaqda idi. Quba
əyalətində yerli hakimiyyət orqanları əvvəllər mövcud olmuş pul vergisini və taxıl
natural vergisini, demək olar ki, dəyişdirmədən qoruyub saxlamışdılar. Burada
ərzaq vergisinin xüsusi çəkisi pul vergisini xeyli üstələyirdi . 30-cu illərdə Bakı
əyaləti dövlət kəndlilərinin də vergiləri xeyli artmışdı.
Dövlət rəiyyətləri xəzinənin xeyrinə poçt stansiyaları və keşikçi
məntəqələrinin saxlanılması, araba və yanacaq verilməsi, tikinti materiallarının
daşınması, xəzinə tikintiləri və yol çəkilməsi üçün işçi verilməsi kimi
mükəlləfiyyətləri də yerinə yetirməli idilər.
XIX yüzilliyin birinci yarısında Azərbaycanda köhnə vergi sisteminin
əsasən saxlanılması şəraitində həm toplanan vergi və mükəlləfiyyətlərin ümumi
həcminin, həm də xüsusən pulla toplanan verginin xüsusi çəkisinin xeyli artması
baş vermişdi. Sonuncu vəziyyət əmtəə-pul münasibətlərinin inkişafı üçün əlverişli
şərait yaratsa da, obyektiv surətdə mütərəqqi əhəmiyyətə malik olsa da, vergilərin
pulla ödənilməsinə keçid kəndli təsərrüfatları üçün çox ağır idi. Bir sıra qəzalarda,
xüsusən də şəhərlər və yollardan uzaq yerlərdə yerlərdə dövlət rəiyyətlərinin
təsərrüfatlarının bazarlarla əlaqəsi çox zəif idi və pul vergilərinin toplanması çox
vaxt bu təsərrüfatların müflisləşməsinə gətirib çıxarırdı.
Feodal-asılı dövlət kəndlilərinin az hissəsini rəncbərlər təşkil edirdi.
Dövlət rəncbərləri başlıca olaraq üç qəzada – Talış, Şəki, Şirvanda cəmləşmişdilər.
Talış qəzasında çəltik plantasiyalarında çalışan rəncbərlər əkər adlanırdılar. Dövlət
əkərləri Talış əyalətindəki dövlət kəndlilərinin 6%-ni təşkil edirdi.
1842- ci ildə Şəki qəzasında ipəkçilik təsərrüfatında çalışan 647 dövlət
rəncbəri ailəsi var idi. Onlar qəzadakı bütün dövlət kəndlilərinin 4%-ni təşkil
edirdilər.
1844-cü ildə Şirvan əyalətindəki xəzinə ipəkçilik təsərrüfatında (511 tut
bağında) 630 dövlət rəncbəri ailəsi işləyirdi. Bundan başqa, xəzinə çəltik
plantasiyalarında da təxminən bu qədər rəncbər çalışırdı. Onlar qəzanın bütün
kəndlilərinin təxminən 6%-ni təşkil edirdilər.
Rəncbərlərin əksəriyyəti torpaqsız olsalar da, kiçik pay torpaqları olan
rəncbərlər də var idi. Rəncbərlərin istismarı başlıca olaraq biyar formasında həyata
keçirilirdi. Onlar rəiyyətlərə nisbətən daha amasız istismara məruz qalırdılar. Var-
yoxdan çıxmış rəncbərlərin çoxu daxma və zirzəmilərə sığınırdılar.
Çəltikçilik təsərrüfatları rəncbərlərinin vəzifəsinə həm səpin, həm də biçin
və döyüm daxil idi. Çəltik plantasiyalarındakı ağır biyar işlərinin müqabilində
rəncbərlər toplanmış məhsulun 1/3-ni və ya 2/1-ni alırdılar. Dövlət rəncbərlərinin
əksər hissəsi taxılçılıqla məşğul olur, biyar işləri müqabilində məhsulun yarısını
alırdılar.
Dövlət rəncbərləri xəzinə tərəfindən qeyri-insani istismara məruz
qalırdılar. Talış qəzasında bütün əkərlər ildə hər ailədən gümüş pulla 2 manat
zemstvo vergisi ödəməli idilər; bu mükəlləfiyyət onların üzərinə 1840-cı ildə
Zaqafqaziyada mülki idarəçiliyin yenidən qurulması ilə əlaqədar olaraq
qoyulmuşdu. Zemstvo mülkiyyətindən əlavə, xəzinə hər həyətdən əlavə hər əkər
həyətindən gümüş pulla daha 17 man. 40 qəp. qoparırdı. ―Təkcə vergi və
mükəlləfiyyətlərin ödənilməsindəki bu ölçüsüz fərq əkərlər ifrat yoxsulluğa gətirib
çıxarmışdı‖.
Tut bağlarında və kənd təsərrüfatlarının digər sahələrində çalışan əkərlər
də ağır vergi və mükəlləfiyyətlər yükü daşıyırdı.
XIX yüzilliyin 40-cı illərində xüsusi sahibkar kəndliləri Xəzər vilayətində
585794 nəfərlik bütün kənd əhalisinin 121116 nəfərini və ya 20,6%-ni təşkil edirdi.
Dövlət kəndliləri kimi, sahibkar kəndliləri də rəiyyət və rəncbərlərə bölünürdü.
Sahibkar kəndlilərin pay torpağı orta hesabla 3-3,6 desyatinə bərabər idi [65].
Vilayətin ayrı-ayrı əyalətləri üzrə rəiyyətlərin torpaqla təmin olunmasının vəziyyəti
orta aşağıdakı kimi idi: hər rəiyyət ailəsinə Bakı əyalətində 3,6 desyatin, Şirvan
əyalətində 3,5 desyatin, Şəki əyalətində 2 desyatin və Quba əyalətində 1,25
desyatin torpaq sahəsi düşürdü [66].
Çarizmin ən yaxşı torpaqların köçürmə fondu adlanan fond üçün müsadirə
olunmasına gətirib çıxaran müstəmləkəçi köçürmə siyasəti sahibkar kəndlilərin
vəziyətinə ağır təsir göstərirdi. Sahibkar rəiyyətlərin aztorpaqlılıqdan, suvarma
suyunun çatışmazlığından əziyyət çəkir, çox vaxt ağır şərtlərlə çar xəzinəsi və ya
yerli feodallardan torpaq icarəyə götürmək məcburriyətində qalırdılar. Rəiyyətlər
həm öz feodalları, həm də xəzinə tərəfindən amansız istismara məruz qalırdılar.
Feodal vergisi rəiyyətlərdən hər üç formada – işləyib ödəmə, natural və
pul formalarında alınır, özü də natural forma üstün mövqe tuturdu.
XIX yüzilliyin əvvəllərində Şimali Azərbaycanda bəy rəiyyətlərinin vergi
və mükəlləfiyyətlərinin sayı 35-ə çatırdı [67]. Bu çoxsaylı mükəlləfiyyətlərin
içərisində rəiyyətlər üçün ən ağır və zəhmətlisi işləyib ödəmə mükəlləfiyyəti idi.
Rəiyyətlər öz feodalları üçün biyara getməyə borclu idilər, onun bütün kənd
təsərrüfatı işlərini yerinə yetirirdilər. Bundan əlavə, rəiyyətlər elliklə ildə 3 gün
feodal üçün işləməli idilər. Azərbaycan qəzalarının əksəriyyətində bu
mükəlləriyyət əvrəz, Şəki qəzasında isə məci adlanırdı. Rəiyyətlər biyar və
əvrəzdən başqa, fərdi sutərdə digər biyar işlərini də yerinə yetirirdilər. Kəndlilər
bəzən malikanələrin işlər müdiri – darğa üçün də işləyirdilər, onlar bəyin
torpaqlarının əkir, məhsulu yığır, ot biçir, tikinti üçün ağac materialı daşıyır, bəyə
kömür, habelə müxtəlif münasibətlərdə ona məcburi ―hədiyyələr‖ verirdilər.
Sahibkar rəiyyətlərin mükəlləfiyyətləri nizama salınmamışdı və onalr nəinki ayrı-
ayrı əyalətlərdə hətta, iki qonşu kəndində belə eyni deyildi.
Çar müstəmləkəçiləri kənddə sinfi mübarizənin kəskinləşməsindən və
kəndin müflisləşməsinin güclənməsindən (bu isə xəzinə gəlirlərinin azalması
təhlükəsini yaradırdı) ehtiyat edərək, kəndli mükəlləfiyyətlərinin nizamlanması
üçün bəzi cəhdlər göstərirdilər. Feodal istismarının ən yüksək həddini
qanunvericilik yolu ilə müəyyənləşdirmək üçün ilk cəhd 1812-ci ildə Quba
komendantı tərəfindən edilmiş, lakin bu cəhd, eləcə də 1824-cü ildə həmin Quba
əyalətində digər komendant tərəfindən göstərilmiş ikinci cəhd tam
müvəffəqiyyətsizliyə uğramışdı. 1819-cu ildə Qazax distansiyasında kəndli
mükəlləfiyyətlərinin ağaların xeyrinə olaraq nizamlanması cəhdi də uğursuz oldu.
Bu cəhdlərin uğursuzluğu qismən uzun müddət çarizmin yerli feodalların torpaq
hüquqlarına münasibətdə qəti müəyyənləşmış mövqeyə malik olmaması ilə bağlı
idi.
Sahibkar rəiyyətlərinin geniş yayılmış vergiləri malcəhət, salyana,
darğalıq, at arpası və s. idi. Bütün bu mükəlləfiyyətlər natural xarakter daşıyırdı.
Malcəhət kənd təsərrüfatı bitkisi məhsulundan torpaq sahibkarının xeyrinə
ayrılan hissədən ibarət idi. O, adətən dənli bitkilər məhsulun
1
/
10
, pambıq və ipək
məhsulunun isə
1
/
5
hissəsi həcmində toplanırdı.
Darğalıq mükəlləfiyyəti də əsasən natural xarakter daşıyırdı. Darğalığın
ancaq cüzi hissəsi pulla yığılırdı. Darğalığın həcmi dəyişkən olur, çox vaxt
məhsulun 20%-nədək artırdı [68].
Sahibkar kəndliləri bəy atlarının yemlənməsi üçün feodallara ―at arpası‖
adlanan daha bir natural mükəlləfiyyət icra etməyə borclu idi. Rəiyyətlərin
məhsulunun 20%-ə qədəri at arpasının ödənilməsinə gedirdi.
Bu iri mükəlləfiyyətlərdən başqa, sayı haqq-hesaba çətin gələn xeyli digər
natural vergilər də mövcud idi. Xırda natural mükəlləfiyyətlər məzlum, zəif kəndli
təsərrüfatları üçün ağır yük idi. Onların ödənilməsi zamanı feodal tez-tez adətləri
öz xeyrinə pozurdu.
Natura ilə toplanan vergilərin ödənilməsi zamanı törədilən özbaşınalıqlar
nəticəsində onların ağırlığı kəskin surətdə artırdı. Belə özbaşınalıqlar malcəhətin
toplanması zamanı xüsusilə tez-tez baş verirdi. Demək lazımdır ki, vergilərin
toplanmasında vahid qayda yox idi, hər bir əyalət üçün hər feodalın özünün
kəndliləri istismar etmək sistemi mövcud idi.
Rəiyyətlərin pul mükəlləfiyyətləri də (cütbaşı, bağbaşı, toy pulu və
bayramlıq) rəngarəng idi. Cütbaşı – cütə qoşulan öküzlər üçün alınırdı; bağbaşı –
meyvə, üzüm və tut bağları üçün yığılan vergi idi; toy pulu hər toya görə müxtəlif
məbləğlərdə alınırdı (məsələn, Şirvan əyalətində hər toydan gümüş pulla 3 man.),
bayramlıq – novruz və qurban bayramları günü yığılırdı [69].
XIX yüzilliyin 40-cı illərinin əvvəllərində hər sahibkar rəiyyətinin
sahibkarın xeyrinə ödədiyi vergi mükəlləfiyyətləri pul hesabı ilə ildə Qarabağ
qəzasında 25 manata, Nuxa qəzasında 5 man. 31 qəpiyə çatırdı. Hər yerdə
görünməmiş dərəcədə geniş yayılmış özbaşınalıqlar mükəlləfiyyətlərin ağırlığını
daha da artırırdı. 1818-ci ildə general Yermolov bu barədə yazırdı: ―...tatar
(Azərbaycan – Red.) distansiyalarında Borçalı, Qazax və Şəmşəddil ağaları çoxdan
bəri qara camaat üzərində özlərinə o dərəcədə hakimiyyət götürüblər ki, bu
sonuncu (qara camaat – Red.) ...tamamilə qula çevrilmişdir. Elə bir mükəlləfiyyət,
elə bir mükəlləfiyyət yox idi ki, ağa onu özbaşına mənimsəməyə bilməsin‖.
Təhkimçi çar mütləqiyyəti sahibkar rəiyyətlərini əvvəlki kimi öz
feodallarından şəxsi asılılıq vəziyyətində saxlayırdı. Lakin buna baxmayaraq,
Azərbaycanda sahibkar rəiyyətləri hüquqi cəhətdən Rusiya və Gürcüstanın
təhkimli kəndlərindən xeyli fərqlənirdilər.Hər şeydən əvvəl Azərbaycanda sahibkar
rəiyyətləri alğı-satqı, onları torpaq sahibkarlığının tam ixtiyarına verən əşya
hüququnun
obyekti
deyildilər;
rəiyyətlər
feodalın
torpağına
təhkim
olunmamışdılar. Onlar heç olmasa, hüquqi cəhətdən də olsa, öz yaşayış yerlərini
tərk edə və digər feodalın torpağına keçə bilərdilər. Lakin əslində sahibkar
rəiyyətinin bir sahibkarın yanından digərinin torpağına keçməsi çox az hallarda baş
verirdi. Bu da rəiyyətlər tərəfindən feodalların xeyrinə mükəlləfiyyətlərin yerinə
yetirilməsi ilə əlaqədar idi. Ona görə də sahibkarlar öz yanlarından getmiş
rəiyyətləri geri qaytarmağa cəhd göstərəndə bu onunla şərtlənirdi ki, rəiyyətlər
sahibkarların xeyrinə müəyyən mükəlləfiyyətləri yerinə yetirməyə borclu idilər.
Rəiyyətlərin belə asılı vəziyyəti onunla əlaqədar idi ki, onlar torpağa yox, feodal
mükəlləfiyyətləri yerinə yetirməyə borclu idilər. Hüquqi cəhətdən yerli feodallara
kəndlilər üzərində məhkəmə - polis hakimiyyəti verilməmişdi, lakin bəylər faktiki
olaraq belə hakimiyyətdən istifadə edirdilər. Çar hakimiyyət orqanları həmişə
bəylərin tərəfində duraraq, kəndlilərin əsarət altında saxlanmasında və istismar
olunmasında onlara kömək edirdi. Torpaq sahibləri öz kəndlərində qayda-qanuna
əməl olunmasına nəzarət edir və kəndlilərin bir-birinə olan iddialarını (o cümlədən,
əmlak iddialarını), habelə az əhəmiyyətli cinayətləri yerli adət-ənənələr əsasında
həll edirdilər.
Polis və məhkəmə hakimiyyətinin feodallar tərəfindən həyata keçirilməsi
onlara kəndlilər üzərində çox böyük hakimiyyət verirdi. Bu, torpaq sahibləri
tərəfindən hər cür sui-istifadəyə və azğınlıqlara əlverişli zəmin yaradırdı. 1842-ci
ildə Lənkəran qəzasının Qızılağac kəndinin sakinləri öz sahibkarları mayor Şirəli
bəydən şikayət ərizəsi vermişdilər. 17 bənddən ibarət olan bu ərazidə feodalın
törətdiyi azğınlıq və zoraçılıq əks olunmuşdu.
Sahibkar kəndlilərinin tərkibində rəncbərlər var idi. Sahibkar rəncbərləri,
bir qayda olaraq, pay torpaqlarına və istehsal vasitələrinə malik deyildilər. Onlar
işləyib ödəmə mükəlləfiyyətlərini yerinə yetirir, ona görə də rəiyyətlərə nisbətən
daha amansız istismara məruz qalırdılar. Eyni zamanda rəncbərlər icmanın
tərkibinə daxil deyildilər. Rəiyyətlərdən fərqli olaraq, rəncbərlərin feodallardan
asılılığı icma vasitəsilə elliklə zəmanətə bağlılıqla deyil, sahibkarlardan daha güclü
şəxsi tabeçiliklə əlaqədar idi [70].
İstilanın ilk dövründə digər feodal institutları kimi, rəncbərlər institutu sa
nəinki ləğv olundu, hətta bir qədər genişləndi. Xüsusi sahibkar rəncbərləri
sıralarının genişlənməsinin başlıca mənbəyi xan bəxşişləri idi. Xanın əmri ilə
istənilən rəiyyət rəncbərə çevrilə bilərdi. Rəncbərlərin sıraları həmçinin digər
xanlıqlardan olan qaçqınların və feodal ara müharibələrində alınmış əsirlərin
hesabına genişlənirdi. İstiladan sonra var-yoxdan çıxarıcı feodal ara müharibələrinə
son qoyuldu. Bunun nəticəsində də rəncbər sıralarının genişlənməsinin əsirləri
mənbəyi aradan qalxdı. Lakin rəncbərlik sıralarının rəiyyətlər hesabına
genişlənməsi davam edirdi. Çar hakimiyyət orqanları Quba qəzasında rəiyyətlərin
rəncbər kimi paylanmasını geniş tətbiq edirdi. 1824-cü ilə aid olan məmulatlardan
görünür ki, xüsusi şəxslər 1353 rəncbərə malik idilər. Onların böyük əksəriyyəti
çar hakimiyyət orqanları – müxtəlif komendantlar, hərbi-dairə rəislərivə Qafqazın
baş komandanları tərəfindən paylanılmışdı. 1353 rəncbərlərdən yalnız 337 nəfəri,
yəni 25%-dən bir qədər azı vaxtilə xanlar tərəfindən paylanılmışdı. Qalanlarını isə
çar müstəmləkəçiləri rəncbərə çevirmişdilər. Yerli feodallara münasibətdə
hakimiyyət orqanlarının belə ―səxavəti‖ çarizmin yerli feodalların şəxsində
mütləqiyyətə sosial dayaq yaradılmasına yönəldilmiş sosial siyasətin ayrılmaz
tərkib hissəsi idi [71].
Feodalların özlərinə də ixtiyarlarında olan kəndlərdən rəncbər tələb etmək
hüququ verilmişdi. Bunlar rəncbərlərin sıralarının doldurulmasının ―qanuni yolları
idi‖. Lakin bəzən feodallar rəiyyəti zorla torpaq sahələrindən məhrum edir, onların
özlərini isə rəncbərlərə çevirirdilər. Rəncbər sıralarının genişləndirilməsinin daha
bir yolu mövcud idi: feodallar paydar kəndliləri də zorla rəncbərlərə çevirirdilər.
Rəncbər sıralarının genişlənməsi ilə yanaşı, onların ixtisar olunması kimi
əks prosesi də gedirdi. Hökumət orqanları özlərinə düşmən olan feodalları iqtisadi
təqibə məruz qoyaraq, onları rəncbərlərdən məhrum edirdi. Məsələn, Quba
əyalətində belə müsadirələrin hesabına sahibkar rəncbərlərinin sayı kəskin surətdə
azalmışdı. Rəncbərlik geridə qalmış feodal institutu idi. Rəncbər əməyi az
məhsuldar olduğundan, məhsuldar qüvvələrin inkişafına maneə törədirdi.
Rəncbərlər rəiyyətlərə nisbətən daha amansız istismara məruz qalırdılar.
Onlar bir qayda olaraq, öz təsərrüfatlarına malik olmayıb ancaq bəylər üçün
işləyirdilər, yəni rəncbərlər feodal rentası işləyib ödəmə rolunu icra edirdilər.
Feodalların təsərrüfatında işin müqabilində rəncbərlər məhsulun cüzi hissəsini, çox
vaxt 4,1-ni alırdılar [72].
Dostları ilə paylaş: |