§ 2. ELM. ĠCTĠMAĠ FĠKĠR
Ölkənin sosial və iqtisadi inkişafı ilə meydana gələn yeni maddi və
mənəvi tələbat Azərbaycanın savadlı adamlarının elmi, ədəbi, fəlsəfi maraq
dairələrini xeyli dərəcədə yeniləşdirir və genişləndirir. Dünyəvi təlim və tərbiyə
ocaqlarının, xüsusilə qəza məktəblərinin, dövri məbuatın və milli teatrın
rüşeyimlərinin meydana gəlməsi xidmətdə olan köhnə ziyalıların mənəvi cəhətdən
yeniləşməsinə, yeni, müasir tipli ziyalıların yaranmasına yardım göstərirdi.
Qabaqcıl zadəgan ziyalıları Avropa maarifi ilə tanış olmağa başlayırdılar. Bunu
nəticəsində Azərbaycanda elmi təfəkkürün fəlsəfə, filologiya, coğrafiya,
astronomiya kimi ənənəvi sahələri nəzərə çarpacaq dərəcədə canlanır və inkişaf
edirdi. Faktlara və şəxsi təcrübəyə əsaslanan dəqiqi və əsaslandırılmış konkret elmi
tədqiqatlar meydana gəlirdi. Belə bir şəraitdə Azərbaycan alimləri, hər şeydən
əvvəl, doğma diyarın tarixi keçmişini dərk etməyə daxili tələbat hiss edirdilər.
Vətən tarixini bilmək həvəsi öz əsərləri ilə Azərbaycanda gerçək tarixi bilikləri
yayan və inkişaf etdirən vətənpərvər ruhlu tarixçilərin və salnaməçilərin bütöv bir
nəslinin meydana gəlməsinə yardım göstərdi. Onlar ilk mənbələr, canlı şahidlər,
maddi mədəniyyət abidələri əsasında Azərbaycanın, onun ayrı-ayrı xanlıqlarının
tarixini öyrənirdilər.
Vətən tarixinin yaratmağın əhəmiyyətrini ilk dəfə dərk edənlərdən biri
Abbasqulu Ağa Bakıxanov idi. (1794-1846) olmuşdur. O, Bakı xanlarının
nəslindən idi. A.Bakıxanov o dövr üçün dərin müəslman təhsili almışdı. 1820-ci
ildə o, Tiflidə rus ordusunda xidmətə daxil olmuş və o vaxtdan 25 il ərzində
Əlahiddə Qafqaz korpusu komandanlığının yanında Şərq dilləri üzrə tərcüməçi
işləmişdi. Bu xidməti dövründə Bakıxanov Gülüstan sülh müqaviləsi ilə nəzərdə
tutulmuş İranla sərhədləri müəyyənləşdirmə komissiyasının işində, onun Qarabağ
əyalətinin təsvirində Rusiyanın İran və Türkiyə ilə müharibələrində xüsusilə
Türkmənçay sülhünü bağlamaq üçün onların danışıqlarında həmçinin rus ordusu
hissələrini Qafqaz dağlıları ilə müharibələrində və diplomatik danışıqlarında fəal
iştirak etmişdi. Bu vəzifədə təcrübəli zabit-tərcüməçi, Şərq dilləri ədəbiyyatının
böyük bilicisi kimi şöhrət qazanmış A.Bakıxanov rus ordusunun polkovniki
rütbəsinə qədər yüksəlmiş, bir sıra rus, İran və Türkiyə orden və medalları ilə təltif
olunmuşdu.
Çoxillik tərcüməçilik fəaliyyəti, ərəb və fars filologiyasının dərindən
öyrənmək, təhsil görmüş zabitlərlə təmasda olmaq A.Bakıxanovda elmi-tədqiqat
işinə dərin maraq oyatdı. Eyni zamanda həm də Cənubi Qafqazın müstəmləkə idarə
sistemindən narazı olan A.Bakıxanov hərbi xidmətdən getmək, özünü tamamilə
elmi axtarışlara həsr etmək qərarına gəldi. Müddətsiz məzuniyyət almaq üçün
A.Bakıxanov 1833-cü ildə Peterburqa uzunmüddətli səfər etdi. O, 9 aya yaxın
Varşavada və Peterburqda qaldı. Özünün Peterburqa səfərini A.Bakıxanov haqlı
olaraq ona ―Avropa mədəniyyəti ilə yaxından tanış olmaq‖ imkanı verən səyahət
hesab edirdi. O, öz tərcümeyi-halında yazırdı: ―Mən ürək və ağıl üçün maraqlı olan
çox şey gördüm və onlardan faydalanmağa çalışdım‖ [42]. 1835-ci ilin əvvlindən
Bakıxanov özünü demək olar ki, bütün əsərlərini yaratdığı Quba
əyalətinin Əmsar kəndinə köçür.
A.Bakıxanov 1845-ci ildə Məkkəyə ziyarətə gedir. Özünün Yaxın Şərq
ölkələrinə səfərindən həm də elmi məqsədlər üçün istifadə edir. Tehranda o, iki
aydan çox ləngidi və ―burada alimliyi və həm də davranışı ilə ümumi hörmət
qazana bildi‖ [43]. O, İstanbulda olarkən 1846-cı ildə burada türk dilində çap
olunan ―Əsrarəl-məlaküt‖ (―Səma şadlığının sirləri‖) adlı astronomik əsərini türk
sultanına hədiyyə etdi. A.Bakıxanov 1846-cı il dekabrın ortalarında Məkkədən
qayıdarkən, Ərəbistanda, Vədiyi-Fatimə deyilən yerdə vəfat etdi [44].
Özünün alim, tarixçi və şair şöhrətilə A.Bakıxanov rus zabitləri arasında
yaxşı tanınırdı. O, A.S.Qriboyedov, A.A.Bestujev-Marlinski, A.S.Puşkin, sürgündə
olan polyak şairi Faddey (TadeuşLada) Zabolotski ilə sıx təmasda olmuş və
onlarla dostluq edirdi.A.Bakıxanovun şəxsiyyəti Azərbaycanın bu görkəmli alim-
mütəffəkirinin portretini yaratmış rus rəssamları V.İ.Moşkovu və Q.Q.Qaqarini də
maraqlandırırdı.Qazan və Peterburq şərqşünasları M.C.Topçubaşov,M.Kazımbəy,
F.Şarliya, X. Fren, P.İ.Brosse, İ.Berezin, B.Dorn onu yaxşı tanıyırdılar.Fransız və
alman səyyahları qraf Süzanne, K.Kox,F Bodenşted Qubada və Tiflisdə
Bakıxanovla görüşmüş, onun haqqında öz xatirələrini yazmışdılar. A.Bakıxanovu
Azərbaycanın,Gürcüstanin və Ermənistanın yazıçı, şair və mədəniyyət xadimləri,
İ.N.Qudqaşınlı, Mirzə Şəfi Vazeh, M.F.Axundov, A.Çavçavadze, Q.Orbeliani və
bir çox başqaları ilə sıx maraq birləşdirirdi.
A.Bakixanov Azərbaycanın elm və tarixini hər şeydən əvvəl görkəmli
maarifçi-tarixşünas kimi daxil olmuşdur. O, on beş il çox Azərbaycan tarixinə dair
materiallar toplamış və sistemə salmışdır. A.Bakixanov Vətən tarixi sahəsindəki
çoxillik axtarışlarınınnəticəsi onun 1841-ci ildə fars dilində yazıb tamamladığı
və1843-cü ildə ―Qafqazın şərq hissəsinin tarixi‖ adı ilə rus dilinə tərcümə edilən
―Gülüstani-İrəm‖ əsəri oldu A.Bakixanovun əsəri,Cənub-Şərqi Qafqazın (Şirvan
və Dağıstanın) qədim zamanlardan 1813-cü ildə Rusiya ilə İran arasında bağlanmış
Gülüstan sülh müqaviləsinə qədər olan dövrünün tarixi xülasəsindən ibarətdir.Rus
dilini bilmək ona Cənub-Şərqi Qafqazın qədim və orta əsrlər tarixini tərtib etmək
üçün ərəb və fars mənbələri ilə yanaşı, yunan və digər tarixçilərin əsərlərindən
faktiki material əldə etməyə imkan vermişdi.A.Bakıxanov Şərq müəlliflərinin
əsərlərində də, o cümlədən yerli tarixi əsərlərdən-―Dərbəndnamə‖ dən ―Dağıstan
tarixi‖ndən, ―Axtınamə‖ dən qiymətli məlumatlar toplamışdır.
A.Bakıxanovun ―Qafqazın şərq hissəsinin tarixi‖ndə ən qədim
zamanlardan Cənub-Şərqi məskunlaşmış xalqların genezisi və birlikləri çox az ələ
düşən məlumatlar verilir. Öz fikirlərini əsaslandırmaq üçün o hər yerdə qorunub
saxlanmış coğrafi adların və tayfaların özlərinin etimoloji mənasını təhlil edir,onun
öz sözləri ilə desək, ―nəinki əsərlərin, hətta minilliklərin məhv edə bilmədiyi
dillərə,qədim abidələrə, adət-ənənələrə istinad edir[45].O, sonralar Azərbaycan və
Dağıstan ərazilərindən meydana gəlmiş dövlət birləşmələrinin sələfi kimi Qafqaz
Albaniyasının tarixini qısa formada şərh edir.O, qeyd edir ki, əvvəlcə fars və ərəb,
daha sonra isə səlcuq və monqol işğalları dövründə Cənubi-Şərqi Qafqazda
sonralar yerli əhali içərisində əriyib gedən köçmələrin bütöv yaşayış məntəqələri
meydana gəlir. A.Bakıxanovun əsərində müharibələr haqqında çoxlu tarixi
məlumatlar vardır.
A.Bakıxanov yeni dövr rus və Avropa tarixi ədəbiyyatının təsir altında öz
əsərində tarixə maarifçi baxışları ön plana çəkir. Onun fikrincə, tarix öz keçmişini
can atan insanların mənəvi tələbatını ödəməlidir, insanlarla əxlaqi tərbiyə etməli,
onların dünyagörüşlərinienişləndirməlçi, həyat və məişət qaydalarını öyrətməlidir.
Ona təlim və tərbiyənin əsaslarından biri kimi baxmaq lazımdır. A.Bakıxanov öz
―Tarixinə‖ girişində yazırdı: ―Tarix bizi xalqın təhsil dərəcəsi və onun ali mənəvi
elmlərdən biri hesab etmək lazımdır‖ [46].
A.Bakıxanov başa düşürdü ki, vətən tarixini bilmək xalqların milli
şüurunun və vətənpərvərlik hisslərinin inkişafına kömək edir və o, mehriban
qonşuluq münasibətlərinin faydasını israrla göstərirdi. O, yazırdı: ―Tarixin
öyrənilməsinin, tarixin onun keçmiş həyatını təsvir etdiyi xalq üçün xüsusilə
vacibdir. Tarix onu doğma torpağın keyfiyyətləri ilə, onun üzərində məskunlaşmış
tayfaların xarakteri ilə tanış edir və xalqların bütün qarşılıqlı əlaqələrindən nəticə
çıxararaq, onun zərərini və faydasını göstərir‖ [47].
A.Bakıxanovun ―Qafqazın şərq hissəsinin tarixi‖ ideya genişliyinə, faktiki
materialların zənginliyinə, qeyri-müsəlman xalqlara düzgün münasibətinə görən
orta əsr Şərq tarixçilərinin əsərlərindən fərqlənir. Əsərdə yüzilliyin başlanğıcında
Cənubi Qafqazın təbii şəraitinin təsviri verilmiş, burada yaşayan xalqların etnik
mənşəyi, dini inamları, etiqadları, adət və ənənələri göstərilmişdir. Lakin zadəgan
tarixçilərinin əksəriyyəti kimi, A.Bakıxanov üçün də tarixi prosesin əsas
məzmununu siyasi tarix – müxtəlif dövlət birləşmələrinin yaranması və süqutu
tarixi, xarici hücumlar, hökmdarların, qanunverənlərin və işğalçıların fəaliyyəti
təşkil edir. İctimai inkişafın əsasını o, maddi istehsalda deyil, böyük şəxsiyyətlərin
fəaliyyətlərində, insanların əqli və əxlaqi kamilləşməsində görürdü. Bununla belə,
A.Bakıxanovun tarixi görüşləri orta əsr Şərq müəlliflərinin teokratik tarixi
konsepsiyalarının azad olub real həyatı məzmuna malikdir.
A.Bakıxanovun ―Qafqazın şərq hissəsinin tarixi‖ 1845-ci ildə Peterburq
Elmlər Akademiyasının müzakirə zamanı akademiklər B.A.Dorn və P.İ.Brosse
tərəfindən yüksək qiymətləndirilmiş [48] və hökumət mükafatına layiq
görülmüşdür [49]. Lakin əsər yalnız bizim dövrümüzdə Bakıda 1926-cı ildə rus
dilində 1951-ci il və 1991-ci illərdə Azərbaycan dilində, 1970-ci ildə fars dilində
nəşr olunmuşdur.
A.Bakıxanov həmçinin Cənub-Şərqi Qafqazın siyasi və iqtisadi tarixinə
dair bir sıra qeydlərin də müəllifidir. Cənubi Qafqazın müsəlman əhalisinin etnik,
tayfa tərkibi haqqında, müsəlman feodallarına və vəzifəli şəxslərinə verilən titullar
və dərəcələr haqqında, xanlıqlar dövründə dini məhkəmələrin duruluşu və
hüquqları haqqında, şimali Azərbaycanı Rusiya tərəfindən işğal olunana qədər
müsəlman feodalların hüquq və imtiyazları haqqında qeydləri buraya daxildir.
Tarixi dərk etməyə marağın yüksəldiyi bir şəraitdə Azərbaycanın ayrı-ayrı
xanlıqlarının tarixi üzrə də salnamələr meydana gəlir. Qarabağ xanlığının zəngin
tarixi hər şeydən əvvəl rus ordusunun kapitanı Mirzə Adıgözəl bəyin (təqr. 1780-
cı ildə anadan olmuş, 1848-ci ildə vəfat etmişdir) əsərində başlıca yer tutur. O,
XVIII yüzilliyin sonlarında Qarabağa köçmüş Qazax bəylərinin nəslindən idi.
Mirzə Adıgözəl bəy gənc yaşlarında Qafqazdakı rus ordusunda xidmət etmiş,
1826-1828-ci illər Rusiya-İran müharibəsinin iştirakçısı olmuşdu. Bir neçə il o,
Qarabağ əyalətində mahal naibi və divanbəyi vəzifələrində işləmişdi. Mirzə
Adıgözəl bəy öz dövrü üçün təhsil görmüş bir adam idi. Doğma Azərbaycan
dilindən başqa o, rus, fars, erməni və gürcü dillərini bilir, Şərq poeziyasını sevir,
şeirlər yazırdı. Nizamin yaradıcılığının pərəstişkarı olan Mirzə Adıgözəl bəy böyük
şairin 1826-cı ildə Gəncə döyüşü zamanı dağıdılmış sərdabəsini öz vəsaiti hesabına
bərpa etdirmişdi [50]. 1845-ci ildə Mirzə Adıgözəl bəy Azərbaycan dilində 1736-cı
ildən 1828-ci ilə qədər Qarabağın siyasi tarixini şərh edən salnaməsini görmə
qabiliyyətinin zəiflədiyindən, diktə edərək yazdırmışdır. Əsər 1950-cik ildə nəşr
olunmuşdur [51]. Qarabağ xanlığının tarixi onun xanlarının keçmiş vəziri Mirzə
Camalı da (1773-1853) maraqlandırırdı. O, Qarabağın Cavanşir mahalında kətxuda
ailəsində anadan olmuşdu. Xanlıq ləğv edildikdən sonra Mirzə Camal müstəmləkə
orqanları tərəfindən yerli dəftərxanaya mirzə və əyalət məhkəməsinə katib təyin
edilmişdi. Mirzə Camal öz dövrünün savadlı adamlarından idi. Şərqşünas A.Berje
onu haqqında yazırdı: ―Mirzə Camal ərəb, fars və türk dillərindən başqa ləgzi və
avar dillərini də bilirdi, astronomiyadan məlumata malik idi, tarix və coğrafiyanı
gözəl bilirdi. O həmçinin təbabəti də bildiyindən istefaya çıxdıqdan sonra ömrünün
axırına kimi xəstələri təmannasız müalicə edirdi ki, bununla da xalqın böyük
hörmətini qazanmışdı‖ [52]. Bədii istedada və zənBədii istedada və zəngin yaddaşa
malik olan Mirzə Camal fars və ərəb dillərində şeirlər yazırdı. 1816-cı ildə o, İrana
diplomatik səfərə hazırlaşan rus məmuru üçün ―İran şahlarının şəcərəsi‖ni tərtib
etmişdi. 1847-ci ildə Mirzə Camal fars dilində yaratdığı vaxtda 1828-ci ilə qədər
Qarabağ xanlığının siyasi tarixinə həsr olunmuş salnaməsinə yazdı. Bu salnamənin
ixtisarla sərbəst tərcüməsi 1855-ci ildə A.Berje tərəfindən ―Qafqaz‖ qəzetində,
onun rus və Azərbaycan dillərində tam mətni isə 1959-cu ildə Bakıda nəşr
olunmuşdur.
Şəki xanlığının tarixini sonuncu irsi Şəki xanı – Fətəli xanın Kərim ağa
(1858-ci ildə vəfat etmişdir) tərtib etmişdir. Kərim ağa fars dilinin yaxşı bilirdi və
―Fateh‖ təxəllüsü ilə şeirlər yazırdı. 1829-cu ildə o, Azərbaycan dilində Şəki
xanlığının yaranmasından onun Rusiya tərəfindən işğalına qədərki dövrdə siyasi
tarixini əhatə edən salnaməsini yazdı. Əsər müəllifin vəfat etdiyi ildə Peterburqda
özgə adı altında nəşr olundu. Buraxılan səhv yüz ildən sonra, 1958-ci ildə əsərin
Bakıda yeni nəşri ilə düzəldildi.
Quba xanlığının tarixini 30-50-ci illərdə rus ordusunda kapitan rütbəsində
Şərq dillərindən tərcüməçi işləyən Ġsgəndər bəy Hacınski qələmə almışdır. O, rus
ordusunun dağlılara qarşı yürüşlərində iştirak etmiş, bəy komissiyalarında
işləmişdi. 1847-ci ildə İsgəndər bəy Hacınski ―Qafqaz‖ qəzetində Qubalı Fətəli
xanın həyatına və yürüşlərinə həsr olunmuş geniş məqalə dərc etdirdi [53].
Gəncə şəhərinin tarixini ruhani zümrəsindən çıxmış ġeyx Ġbrahim (1816-
1865) tərtib etmişdir. O, əla ruhani təhsili almış, divanxanada işləmiş, Gəncə
gimnaziyasında Azərbaycan dilindən və qanunşünaslıqdan dərs demişdi. Şeyx
İbrahim ərəb və fars dillərini bilir, ―Naseh‖ təxəllüsü ilə şerlər yazırdı. 40-cı illərdə
o, Azərbaycan dilində, Gəncənin yarandığı dövrdən 1804-cü ildə rus ordusu
tərəfindən işğal olunduğu vaxta qədərki tarixini yazmışdı [54]. Şeyx İbrahimin
salnaməsi bizə çatmamışdır.
Orta əsrlər müsəlman tarixi ədəbiyyatının ənənələrini davam etdirən
Mirzə Məhərrəm və Mirzə Heydər də tarixi mövzularla əsərlər yazmışlar.
Qarabağ bəylərindən olan Mirzə Məhərrəm rus ordusunda mayor rütbəsində Şərq
dillərindən tərcüməçi dillərində işləmiş, ―Məriz‖ təxəllüsü ilə Azərbaycan və fars
dillərində şerlər yazmışdır. O, Nadir şah imperiyasının yüksəlişi və süqutu
―Tarixi‖ni tərtib etmişdi. Mirzə Məhərəmin əlyazması hələlik tapılmamışdır [55].
Dərbəndli Mirzə Heydər Vəzirov (1880-cı ildə vəfat etmişdir), onun öz
sözləri ilə desək, ―məhşur xanların yanında‖ və rus dəftərxanalarında mirzə
işləmişdir. 1837-ci ildə o, fars dilində Nadir şahın ölümündən sonra Dağıstan və
Şirvanın siyasi tarixini şərh edən irihəcmli ―Zübdət-ət-Təvarix‖ (―Tarixlərin ən
yaxşısı‖) adlı əsərini yazmışdır.
Dərbəndin görkəmli din xadimi Məhəmmədtağı (1843-cü ildə vəfat
etmişdir) o dövr üçün aktual olan dini-siyasi mövzuda yazmışdır. Məhəmmədtağı
1840-cı ildə Dərbəndin baş axundu olarkən ―alimliyinə və Şərq dillərindən yaxşı
məlumatlarına‖ görə Kazan Universitetinin müxbir üzvü seçilmişdi [56]. 1841-ci
ildə o, ərəb dilində ―Əd-Dürr-əl-Mənzum finasayeh əl-Ümum‖ adlı əsər yazdı.
Məhəmmədtağının əsəri Elmlər Akademiyasında müzakirə olunmuş, M.Kazım
bəy və X.Fren kimi şərqşünaslar tərəfindən müsbət qiymətləndirilmişdir [57].
Adları çəkilən əsərlərin sosial-siyasi məzmununa gəldikdə isə,
Azərbaycan tarixçiləri tarixi biliklərin tərbiyəvi əhəmiyyətinə xüsusi qiymət
qiymət verirdilər: keçmişi onlar gələcək üçün ibrət dərsi kimi qiymətləndirirdilər.
Azərbaycan tarixçilərinin əsərlərində həm faktlardan, həm də rəvayətlərdən eyni
dərəcədə istifadə edilmişdir ki, bu da onların mənbələrə qeyri-tənqidi münasibətləri
və tam etibar etmələri ilə bağlıdır. Şərq tarixçilərinin subyektiv ənənələrinin təsiri
altında onlar bəzən orta əsrlərin amansız dövlət başçılarını və sərkərdələrini igid və
müdrik dövlət xadimləri kimi qələmə alırdılar.
Bunula belə, Azərbaycan tarixçilərinin əsərlərində ictimai həyatın ilahi
qüvvədən törənməsi fikir arxa plana keçir, hadfisə və faktların rasional izahı
keçdikcə daha çox vətəndaşlıq hüququ qazanır, ilahidən müəyyənləşdirilmiş tale
təbii-tarixi proseslə əvəz olunur. Bundan əlavə, çox vaxt diyarın siyasi tarixi şərh
olunmazdan əvvəl onun coğrafi vəziyyəti, təbii ehtiyatları, təsərrüfat sahələri,
mədəniyyət abidələri, əhalinin adətləri, əxlaqı, inamı təsvir olunur. Azərbaycan
tarixçiləri vətən tarixinin yaradılmasına tərbiyəvi əhəmiyyət verirdilər. Mirzə
Camal yazırdı: ―İnsandan qızıl saray qalmaqdansa, yaxşı ad qalsa daha yaxşıdır‖
[58]. Onların əsərlərində vətənpərvərlik hissi aydın duyulur, sülhün xeyri,
müharibənin ziyanı haqqında fikirlər söylənilirdi.
Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən istilası və mənimsənilməsi,
Rusiyanın İran və Türkiyə ilə bilavasitə həmsərhəd olması rus cəmiyyətinin
müxtəlif dairələrində Şərq dillərinə və ədəbiyyatına canlı maraq oyatdı. Bütün
bunlar fars, türk və Azərbaycan ədəbiyyatına dair çoxlu tədqiqatların yaranmasına
səbəb oldu. Rus şərqşünaslığının təşəkkülü və inkişafında azərbaycanlı şərqşünas
və alimlərin mühüm xidməti və əməyi olmuşdur. 1841-ci ildə A.Bakıxanov fars
dilinin düzülüş və qaydalarını Avropa metodu ilə şərh edən ilk elmi
qrammatikasını tərtib etdi. A.Bakıxanovun ―Fars qrammatikası‖ hökumət
mükafatına layiq görülmüş və 1841-ci ildə Tiflisdə dövlət hesabına nəşr
olunmuşdur [59]. Əsər rus şərqşünasları arasında xeyirxahlıqla qarşılanmış və
Rusiyada fars dilinin tədrisnə daxil edilmişdi.
Tiflis məktəblərində Şərq dillərinin tədris edən Mirzə ġəfi Vazeh və
Fazil xan ġeyda da ədəbi tədqiqatla məşğul olurdular.
Azərbaycanın şərqşünas alimlərinin yaradıcılıq qabiliyyətlərinin üzrə
çıxarılmasında və inkişafında Peterburq və Kazan universitetləri böyük rol
oynamışlar. Gəncədə doğulmuş Mirzə Cəfər TopçubaĢov (1790-1869)
Peterburqun şərqşünas dairələrində böyük alim kimi şöhrət qazanmışdı. O, əlli
ildən çox paytaxtın ali məktəblərində fars və türk dillərindən dərs demiş, bunun 20
ilini (1829-cu ildən 1849-cu ilə qədər) ancaq Peterburq Universitetində işləmişdi.
O, 20 ilə yaxın Rus Arxeologiya Cəmiyyətinin Şərq numizmatikası şöbəsinə
başçılıq etmiş, Britaniya Kral Asiya Cəmiyyətinin həqiqi üzvü olmuşdu. ―Fars
müntəxabatı‖ (―Teleskop‖, XXI c.-M., 1834), ―Qədim dövrlərdənTeymurləngə
qədər monqolların tarixi‖ (―Teleskop‖, 1834, №2, 30) kimi tədqiqatlar, həmçinin
―Nadir şahın ölümündən sonra Gürcüstandakı hadisələr haqqında‖ maraqlı əsər və
s. [60]. Topçubaşovun qələminə məxsusdur. Qeyri-adi bədii istedada malik olan
M.C.Topçubaşov fars və türk dillərində şeirlər də yazmış, A.Mitskeviçin ―Krım
sonataları‖ poemasını rus dilindən fars dilinə tərcümə etmişdi [61].
Zəmanəmizə qədər öz elmi əhəmiyyətini itirməyən çoxlu fundamental
əsərlərin müəllifi, dünya şöhrətli şərqşünas alim Kazımbəy Məhəmməd Əli Hacı
Qasım oğlu (22.6.1802. Rəşt – 27.11.1870. Peterburq) Azərbaycanda yaşamış alim
şərqşünaslıq elminin inkişafına xüsusilə böyük töhfə vermişdir. M.Kazımbəyin
bütün yaradıcılıq fəaliyyəti Kazan (1826-1849-cu illər) və Peterburq (1849-1870-ci
illər) universitetlərinindivarları arasında keçmişdir. Onun elmi maraq dairəsi qeyri-
adi dərəcədə geniş idi – filologiya, tarix, din, mədəniyyət, qanunşünaslıq,
müsəlman Şərqinin coğrafiyası. Kazım bəyin əsərləri dünyanın bir çox dillərinə
tərcümə edilmiş, elə müəllifin özü də fars, ərəb, türk, rus, ingilis, fransız dillərində
sərbəst yazır və oxuyurdu. Kazım bəyin əsərləri arasında ―Türk-tatar dilinin
qrammatikası‖ (Kazan, 1839), ―Müsəlman qanunşünaslığı kursu‖ (Kazan, 1845),
―Firdovsiyə görə fars mifologiyası‖ (SPb, 1848), ―Dərbəndnamə‖ (SPb, 1851),
―Quranın tam konkordansı‖ (SPb, 1859), ―Müridizm və Şamil‖ (SPb, 1859), ―Bab
və babilər‖ (SPb, 1865) və başqaları özlərinin sanballığı ilə fərqlənirlər.
Kazım bəy ―Türk-tatar dilinin qrammatikası‖ əsəri Demidov mükafatına
layiq görülmüşdü. Bu əsərdə o, türk dili ilə yanaşı, Azərbaycan dilinin də elmi
prinsiplərini və qaydalarını işləyib hazırlamışdır.
Kazım bəy Şərqin maariflənməsinə xeyli güc və enerji sərf edirdi və əmin
idi ki, ―orada sivilizasiya ruhu gizlənmişdir‖.
Kazım bəy N.İ.Lobaçevski, L.N.Tolstoy, N.Q.Çernışevski və Rusiyanın
digər qabaqcıl adamları ilə tanış idi və onlarla əlaqə saxlayırdı. O, A.S.Puşkinin
―Bağçasaray fontanı‖ poemasını rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi.
Kazım bəy Rusiyanın bir çox Şərq elmi cəmiyyətlərinin həqiqi üzvü idi. O,
Rusiyanın, Qərbi Avropa və Amerikanın şərqşünasları arasında xüsusi hörmətə
malik idi. Onun haqqında yazılmış nekroloqda deyilirdi: ―Nə qədər ki, Şərq
haqqında məlumatlar işlənəcək – bu isə heç vaxt dayandırılmayacaq – Kazım bəyin
adı hörmətlə çəkiləcək‖ [62].
Kazım bəyin kiçik qardaşı Əbdül Səttar Kazım bəy Kazan
Universitetetində türk-tatar dilinin mühazirəçisi olmuşdu [63].
Şimali Azərbaycanın Rusiya, Qərbi Avropa və müsəlman Şərqi ilə iqtisadi
və mədəni əlaqələrini genişlənməsi kosmoqrafik elmlərin dirçəlməsinə və
inkişafına yardım göstərirdi. Görkəmli coğrafiyaşünas – səyyah, ―Riyaz əl-
Siyahət‖ (―Səyahət gülşəni‖), ―Büstan əs-Siyahət‖ (―Səyahət bağı‖) kimi məşhur
əsərlərin müəllifi Zeynalabdin ġirvani 30-cu illərin əvvəllərində özünün Yaxın və
Orta Şərqə, Hindistana, Ərəbistana, Şimali Afrikaya səyahətlərinin təsvirini başa
çatdırır. Hər şeyə böyük maraq göstərən və müşahiçilik istedadına malik olan
səyyah öz ömrünün yarıdan çoxunu səyahətlərdə keçirmiş, bütün gördüklərini və
öyrəndiklərini orta əsr coğrafiyaçılarını yarıməfsanəvi təsvirlərindən əsaslı surətdə
fərqlənən əsərlərində təqdim etmişdir. Bu əsərlərdə müəllif öz həmvətənlərini
müsəlman dünyasının və demək olar ki, bütün ölkə və xalqların coğrafiyası,
etnoqrafiyası, tarixi, sosial-mədəni həyatı ilə tanış edir [64].
A.Bakıxanov fars dilində yazdığı ―Kəşf ul-Qəraib‖, ―Əsrarəl-Məlakut‖
(―Səma şahlığının sirləri‖), ―Ümumi coğrafiya‖ əsərləri XIX yüzilliyin birinci
yarısında Azərbaycanın kosmoqrafik ədəbiyyatına mühüm töhfə oldu. Bu
əsərlərdən birincisi, Amerikanın kəşf olunmasına, onun ölkələrinin və ərazisinin
təsvirinə, ikincisi, dünyanın Heliosentrik sisteminin müdafiəsinə, günəş sistemi
cisimlərinin fiziki təbiətinin və quruluşunun izahına, üçüncüsü isə dünyanın fiziki,
siyasi, iqtisadi xəritəsinin işıqlandırılmasına həsr olunmuşdur. A.Bakıxanovun
kosmoqrafiyaya dair əsərlərini öz dövrü üçün mühüm əhəmiyyəti var idi [65].
Yerin və digər planetlərin Günəş ətrafında fırlanmasını sübut edən
A.Bakıxanov islamın müddəalarını təkzib edir, onun öz sözləri ilə desək,
―mücərrəd elmlərlə ənənələrə kor-koranə riayət edən‖ köhnə müsəlman
kosmonoqrafiyasını rədd edir. Yeni dünyanı riyaziyyat, mexanika, astronomiya
elmlərinin nəticələrinə riayət olunmasına tələb edirdi. Kainatın quruluşunun
izahında onun özü Kopernik, Qaliley, Nyuton və b. kəşflərinə istinad edirdi.
Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin üzvləri coğrafiya ilə
məşğul olurdular. Onlardan birincisi, rus coğrafiya ədəbiyyatından istifadə edərək
―Yeni dünyanı kəşf edən Xristofor Kolumbun tarixi‖ əsərini yazmış [66], ikincisi
isə Məkkə səfərindən sonra ərəb Şərqi ölkələrinin və xalqlarının coğrafiya və
etnoqrafiyasına dair çoxlu məlumat verən ―Yol qeydləri‖ni tərtib etmişdir [67].
XIX yüzilliyin birinci yüzilliyin birinci yarısında elm və sosial təcrübə ilə
sıx əlaqədə fəlsəfi fikir də inkişaf edir. Bu dövrdə Azərbaycan fəlsəfəsinin başlıca
problemi orta əsr ərəb müsəlman fəlsəfi konsepsiyaları idi. Lakin bununla belə,
ölkənin sosial-iqtisadi tələbatını yeni təhsil və tərbiyə sisteminin, cəmiyyətin
yenidən qurulması problemlərinin həlli ilə bağlı Azərbaycan mütəfəkkilləri
qarşısında yeni vəzifələr də qoyulub. A.Bakıxanovun farsvə ərəb dillərində yazdığı
―Təhzib əl-Əxlaq‖ (―Əxlaqın tərbiyəsi‖), ―Kitabe-Nəsayeh‖ (―Nəsihətlər kitabı‖),
―Əyn əl-Mizan‖ (―Çəkilərin mahiyyəti‖) əsərləri günün tələbinə cavab oldu.
A.Bakıxanov bu əsərlərində əxlaqi təfəkkürə və məntiqi mühakimə qabiliyyətinə
tərbiyə və təhsilin məhsulu kimi baxır, insanın şəxsi həyatında və elmi
yaradıcılığında ləyaqət və düzgün düşünmənin əhəmiyyətini qeyd edirdi.
A.Bakıxanovun etikası və məntiqi rasional, maarifçi ideyalar və amallarla
zəngindir, köhnə müsəlman əxlaq nəzəriyyəsində və təmiz formalist məntiqi
nəzəriyyələrdən xeyli fərqlənir.
Göstərilən dövrdə dəyişmiş sosial şəraitin təsiri altında Azərbaycan
zadəganlığının siyasi baxışlarında mərkəzləşdirilmiş dövlət güclü və mədəni
monarxiya ideyası müşahidə olunurdu. A.Bakıxanov, İsgəndərbəy Hacinski feodal
avtargiyasına qarşı çıxış edir, Qubalı Fətəli xanın simasında Azərbaycan
torpaqlarını birləşdirən, ağıllı və uzaqgörən dövlət xadimi görürdülər [68].
Müasir elmin, dünyəvi təhsilin meydana gəlməsi və inkişafı müsəlman
sxolastikasının dağılmasına gətirib çıxarır, sxolastik biliklər təhsilli adamların
nəzərlərində qiymətdən düşür, onların diqqəti getdikcə daha çox elm, dünyəvi
mədəniyyət və texnika məsələlərinə cəlb olunurdu. Elmi maraq dairəsinin
genişlənməsi və yeniləşməsi yaradıcı ziyalılarda elm və dinin predmentlərinin
müxtəlifliyi haqqında təsəvvür yaradır.
Rusiya
tərəfindən
diyarın iqtisadi cəhətdən mənimsənilməsinin
başlanması ilə əlaqədar ticarətin, sənətkarlığın, yolların, təbii ehtiyatların
vəziyyətini öyrənmək tələbatı meydana çıxdı. Yerli idarə orqanlarının məmurları,
30-cu illərin əvvəllərində buraya gəlmiş dövlət komissiyaları, həmçinin səyyahlar
Azərbaycanın iqlim şəraitinə, hidrologiyasına, botanikasına, mineralogiyasına dsair
zəngin faktiki material toplamışdılar. Pambıq, barama, tütün, qızılboya, zəfəran,
şəkər çuğunduru, ədviyyat, indiqo istehsalına marağı artırmaq məqsədilə ticarət-
sənaye cəmiyyətləri yaranır, bu bitkilətrin becərilməsinə dair elmi-kütləvi
ədəbiyyat buraxılırdı.
Eyni zamanda rus və Avropa alimləri, mühəndisləri Şimali Azərbaycanda
kəşfiyyat-axtarış işlərinə başladılar. E.İ.Eyxvald, N.İ.Voskoboynikov filiz-mədən
(Qazaxda Kükürdlü kolçedan, Gədəbəydə mis, Zəylikdə zəy, Naxçıvanda daş duz)
yataqlarının vəziyyətini təsdiq etmiş, Abşeronda neft quyularının, neftli torpaqların
quruluşunun təsvirini vermişdilər. 1848-ci ildə F.A.Semyanovun lahiyəsin buru q
üsulu ilə əsasında Bibiheybətdə dünyada buruq üsulu ilə ilk neft quyusu qazılmışdı.
30-40-cı
illərdə təbiətşünads-səyyah K.Kox, botanik Aleksis Jordan,
ölkəşünaslardan İ.Berezin, Süzanne, Avqust fon Haksthauzen Azərbaycanda
olmuş, yerli bələdçilərin köməyi ilə öz tədqiqatları üçün zəngin və rəngarəng
material toplamışlar. Q.V.Abix Şimali Azərbaycanın geoloji baxımdan
öyrənilməsinin əsasını qoymuşdu.
|