§ 4. ĠNCƏSƏNƏT, TEATR VƏ MEMARLIQ
XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanda musiqi, təsviri və
tətbiqi sənət, memarlıq inkişaf etməkdə davam edir, müasir Azərbaycan teatrının
yaradılması prosesində ilk addımlar atılırdı.
Bu dövrdə xalq aşiq musiqisi ilə üzvi şəkildə bağlı olan Azərbaycan
musiqilin folkloru dahada inkişaf edirdi.Bu janrdan olan əsərlərlə yanaşı, uşaqlar
üçün müxtəlif mahnılar – laylalar, oyunlar, dilay və matəm mahnıları geniş
yayılmışdı. Xalq yaradıcılığına məxsus müxtəlif mahnılarda və rəqslərdə vətənə
məhəbbət və sədaqət ifadə olunur, xalq qəhrəmanları tərənnüm edilirdi.
Müğənnilər – aşıqlar tərəfindən böyük ustalıqla ifa edilən əsərlər xüsusilə
geniş yayılmışdı. Xalq yaradıcılığına məxsus müxtəlif mahnılarda və rəqslərdə
vətənə məhəbbət və sədaqət ifadə olunur, xalq qəhrəmanları tərənnüm edilirdi.
Müğənnilər – aşıqlar tərəfindən böyük ustalıqla ifa edilən əsərlər xüsusilə
geniş yayılmışdı. Müğənni – aşıqdan və çalğıçı – balabançıdan ibarət olan aşıq
ansamblları xalq kütlələri arasında böyük şöhrət qazanmışdı. Aşıq sənəti böyük
istedad tələb edirdi: istedadlı aşıqlar yalnız şair olmaqla kifayətlənməməli, həm də
müğənni, musiqiçi olmalı, rəqs etməyi bacarmalı idilər.
Bu dövrdə aşıq ansamblları ilə yanaşı, Şimali Azərbaycanda tarzəndən,
kamançaçıdan və həm də müğənni olan qavalçıdan ibarət xandə ansamblları da
meydana gəlirdi. Bu ansambllar başlıca olaraq Bakı, Gəncə, Şuşa, Şamaxı, Şəki və
digər şəhərlərdə məşhur olub, şəhərlərdən aşıq ansambllarını sıxışdırıb çıxarırdılar.
Xanəndələr tərəfindən ifa edilən daha geniş yayılmış musiqi forması muğamlar idi.
Ayrı-ayrı muğamların motivləri əsasında xanəndələr tərəfindən ifa edilən dəsgahlar
təşkil edirdi. Həmin dövrdə rus şairi Polonski tərəfindən tərənnüm edilmiş Mirzə
Səttar böyük şöhrət qazanmışdı. Azərbaycanı musiqi mədəniyyətinin inkişafında
şamaxılı Hacı Nəcəf bəyin böyük xidməti var idi.
Rusiyada Azərbaycan musiqi folklarına xeyli maraq göstərilirdi. Belə ki,
1818-1819-cu illərdə Həştərxanda nəşr edilən musiqi jurnalında Qubalı Fətəli xana
həsr olunmuş Azərbaycan mahnısının notla yazılmış mətni verilmişdir. Keçən əsrin
30-cu illərində bir neçə Azərbaycan mahnısı və bir ―Ləzgihəngi‖ İrəvan
quberniyasında nota köçürülmüş və 1861-ci ildə ―İllüstrasiya‖ jurnalında çap
olunmuşdu.
Azərbaycan teatrının meydana gəlməsi XIX yüzilliyin birinci yarısına
aiddir. Hələ Şimali Azərbaycanın işğalına qədər, həmçinin ondan sonra xalq
yaradıcılığının bir çox növlərində, o cümlədən, əmək proseslərində - kollektiv
çəltik səpinində, üzüm yığımında, təqvimi bayramlarda, toy mərasimlərində, təbiət
qüvvələrinə sitatişdə və s. –də teatr elementləri özünü göstərirdi.
XIX yüzilliyin birinci yarısında Azərbaycan xalq kukla teatrının
tamaşaları geniş yayılmışdır. Burada bir və ikipərdəli pyeslər, həmçinin
teatrlaşdırılmış ―Maral oyunu‖, ―Kilimarası‖ oyunlar daxil idi. Bu tamaşalarda və
pyeslərdə o dövrün məişətindəki eybəcər hallar gülüş hədəfinə çevrilib ələ
salınırdı. İlk teatr tamaşaları 1848-ci ildə Şuşada, 1850-ci ildə Lənkəranda və
1857-ci ildə Şamaxıda təşkil edilmişdi.
M. F.Axundovun məhşur komediyalarının rus səhnəsində tamaşaya
qoyulmasının Azərbaycan teatr sənədi üçün mühüm əhəmiyyəti oldu. Hələ 1852-ci
ildə Tiflisdə rus teatrı ―Hekayəti-xırs quldurbasan‖ pyesini tamaşaya qoymuşdu.
M.F.Axundovun ―Hekayəti-Müsyö Jordan həkimin – nəbatəd və dərviş Məstəli şah
caduküni məhşur‖ adlı komediyası Peterburqda ev tamaşalarından birində
oynanılmışdır. XIX yüzilliyin birinci yarısında Azərbaycan tamaşaçıları sirk sənəti
ilə tanış idilər. Azərbaycan şəhərlərində sirk tamaşaları təşkil edilirdi. Onlardan biri
1848-ci ildə Şuşadan olmuşdur.
Göstərilən dövrdə Şimali Azərbaycanın təsviri sənətində realist meyillər
inkişaf edirdi. Bu meyil o dövrdə Şimali Azərbaycanın böyük rəssamı Mirzə
Qədim İrəvaninin (1825-1879) yaradıcılığında əks olunurdu. O, İrəvanda varlı
sənətkar ailəsində doğulmuş və Tiflisdə orta təhsil almışdı. Öz doğma şəhərinə
qayıtdıqdan sonra İrəvani bütün ömrünü orada keçirmişdir. O öz dövrünün savadlı
adamı olub,fars, rusvə fransız dillərini bilir, musiqini sevirdi. Rəssam şəkil
çəkməyə uşaqlıqdan başlamışdı; onun rənglərlə ilk işi yeniyetmə vaxtı çəkdiyi
güzcüdəki qızın portreti olmuşdu.
İrəvaninin yaradıcılığının ilkin mərhələsi başlıca olaraq onun tətbiqi
dekorativ sənət sahələrindəki işləri ilə səciyyələnir. Rəssam ipək tikmələr və qızıl
saplar (güləbətin), həmçinin divar rəsmləri üçün çoxlu şəkil və qəliblər çəkmiş və
hazırlamışdır. 50-ci illərin əvvəllərində artıq məşhur olan İrəvani İrəvan sərdar
sarayındakı rəsmlərin bərpası işinə cəlb edildi. Bu vaxtdan rəssamın
yaradıcılığında yeni mərhələ başlayır. O, kətan üzərində rəngli boyalarla sərdarlar
bir neçə portretini çəkir. Bunlar Azərbaycan rəssamlığında dəzgahlara çəkilmiş ilk
əsərləri idi.
İrəvaninin sonrakı yaradıcılığı XIX yüzilliyin ikinci yarısı şəraitində
davam etsə də, göstərilən əsərlərdə rəssamın artıq miniatür şərtliyindən və
demokratizmdən, təsvirdəki primitivlikdən və təqliddən reallığa doğru irəliləmək
cəhdləri özünü aydın göstərirdi. Bu, yazı üslubunda, rəsmlərin xarakterində,
traktovkasında əks olunurdu. Bunula belə, İrəvaninin yaradıcılığında Azərbaycan
miniatürlərinin, divar rəsmlərinin ən yaxşı ənənələri qorunub saxlanmışdı.
Miniatür rəssamlığının ən yaxşı nümunəsi Məhəmməd Rza İrəvaninin
çəkdiyi ―Şikəstin sağalması‖ (Sankt-Peterburq, Dövlət Ermitajı) əsəridir. Bu,
çoxfiqurlu məişət səhnəsi obrazlarınvə peyzajın rəssam tərəfindən realist təsvirə
cəhd göstərmək baxımından fərqlənən əlamətdar əsərdir. Əsərdə klassik miniatür
ənənələri və təzvirin yeni həcm-məkan həlii ustalıqla uyğunlaşdırılıb.
―Kəlilə və Dimnə‖nin 1809-cu ildə Azərbaycan dilində hazırlanmış
əlyazmasını kitab sənətinin müvəffəqiyyətli nümunəsi hesab etmək olar.
Əlyazmanın xəttatı və rəssamı Muğandan olan Əvəz Əli idi. Əlyazmanın ümumi
bədii tərtibat səviyyəsi yüksək deyildi, orada olan 115 şəkil sadəlövh-folklar
xarakteri daşıyırdı. Bununla belə bütövlükdə arxaik olan surətlərin bəzi fiqurları
ifadəlidir.
Divar rəsmlərindən ifadə olunan dekarasiya sənəti Şimali Azərbaycanda
xeyli inkişaf etmişdi. 1848-1851-ci illərdə Şəki Xan sarayının divar rəsmləri təmir
və bərpa edilmişdi. Bu iş Qarabağdan olan usta Qəmbər və onun şagirdi tərəfindən
görülmüşdü. Özlərinin parlaqlığı və təravəti ilə fərqlənən və başlıca olaraq bitki
forma və motivlərindən ibarət bu naxışlar otaqların divarlarını başdan-başa əlvan
naxışlarla bəzəyir.
Divar naxışlarının, o cümlədən süjetli naxışların Şimali Azərbaycanda
geniş yayılmasını tarixi-ədəbi mənbələr də təsdiq edir. Məlumdur ki, Bakı xanının
güzgülü salonunun, Bakı xanının qəbul otağının, Təbriz bəylərbəyi sarayının
salonunun kompozisiyalarla bəzədilmişdi. İrəvan sərdarının sarayındakı rəsmlər
arasında ―Şahnamə‖nin qəhramanı Rüstəmin əfsanəvi qəhrəmanlıqlarını əks
etdirən süjetli kompozisiyalar xüsusilə fərqlənirdi. Sarayın yay salonunda Fətəli
şahın, Abbas Mirzənin və İrəvan xanı Hüseynqulunun ayaqüstə portretləri
çəkilmişdi.
Təbrizdəki sarayın divarları güzgülərlə, naxışlarla və döyüş səhnələri
təsvir edilmiş süjetli kompozisiyalarla bəzədilmişdi. ―Torpaqqala qəsrinin
alınması‖ adlı çoxfiqurlu kompozisiya, Şah İsmayılın, Nadir şahın və Rüstəmin
portretləri xüsusilə fərqlənirdi.
1864-1865-ci illərdə Şimali Azərbaycanda olmuş məşhur rus rəssamı
V.V.Vereşşagin qeyd edirdi ki, Şuşanın bir çox varlı evlərində divarlar və tavanlar
döyüş səhnələrini əks etdirən süjetli-portretləri ilə bəzədilmişdi. Keçən əsrin 50-ci
illərinin sonlarında Şəki Xan sarayında olmuş A.Düma qeyd edirdi ki, ―qeyri-adi
naxışları olan, gözəl tikilmiş bu sarayı ancaq fırça xarakterizə edə bilər‖ [70].
Yazılı və təsviri materiallar, eləcə də bizim dövrümüzə qədər gəlib çatmış abidələr
XIX yüzilliyin birinci yarısının divar rəsmlərinin ümumi xüsusiyyətlərini
xarakterizə etməyə imkan verir.
Şimali Azərbaycanın divar rəsmləri dekorativ və kompozisiya
vəzifələrinin həlli və bədii üslubun vahidliyi ilə fərqlənir. Fiqurların təsvirində və
ifa texnikasında ənənəvi və dekorativ üslubun əsas prinsipləri gözlənilirdi.
Rəsmlərin bölgüsü binanın içərisinin memarlıq təfsilatına, memarlıq-dekorativ
elementlərin forma və xarakterinə ciddi şəkildə uyğun gəlir.
Divar rəsmləri həm məzmun, həm də bədii forma cəhətindən ənənəvi
xarakter daşıyır. Bu rəsmlərdə ov və döyüş səhnələrində çoxfiqurlu
kompozisiyaların düzülüşü, obrazların və peyzajların təsviri, kolorit həlli və s.
təsvir vasitələri XVIII-XIX yüzilliklərin təsviri sənətinin ümumi üslubu üçün
xarakterikdir.
Bu rəsmləri işləyən xalq ustalarının əsərlərində Azərbaycanın zəngin orta
əsr miniatür və xalq incəsənəti ənənələri özünü göstərir. Gözəl naxışların dekorativ
üslublarına, zənginliyinə və rəngarəngliyinə, bitki motivlərinin həyatiliyinə və
təravətinə görə divar rəsmləri xalq yaradıcılığının tikmə, basma, naxış, xalçaçılıq
və digər növləri ilə bilavasitə bağlıdır.
Azərbaycanın tətbiqi sənətində realizm elementləri də inkişaf edirdi. Bu,
xalça rəsmlərində və s. öz əksini tapırdı. Bunula belə Şimali Azərbaycanın tətbiqi
incəsənəti – xalçalar, tikmələr, basmaların rəngarəngliyinə və parlaq rənglərin
ahəngdarlığına görə fərqlənsələr də, əsasən ornament xarakteri daşıyırdı.
Tətbiqi sənətin daha inkişaf etmiş növü xalçaçılıq idi. Həmin dövrdə onun
əsas mərkəzləri Quba, Şamaxı, Bakı, Gəncə, Qarabağ və Qazax idi. Hazırlanma
texnikasına görə, rəngarəng olan və xalq məişətində geniş istifadə edilən bədii
tikmə də geniş yayılmışdı. Geyimin, binanın içəri hissəsinin və xırda
avadanlıqlarının müxtəlif əşyaları əsasən güləbətinli, muncuqlu tikmələrdən,
parıltılı lövhələrdən və s. tərtib edilirdi.
Şimali Azərbaycanın bədii sənətkarlığında basma üsulu ilə hazırlanan
güllü ipək qadın baş örtükləri – kəlağayı və pambıq parçalar – qələmkar mühüm
yer tuturdu. Metaldan olan bədii məhsullar – mis qablar, müxtəlif naxışlarla
bəzədilmiş silahlar, dəmirçilik məmulatı geniş yayılmışdı. Qızıldan və gümüşdən
hazırlanmış, rəngli daşlarla və emalla naxışlanmış boyunbağılar, kəmərlər, üzüklər,
qolbaqlar və kişi geyim əşyaları orijinal olub, Rusiyanın və Qərbi Avropanın
bazarlarında maraq doğururdu. Ağac üzərində oyma da geniş yayılmışdı.
XIX yüzilliyin birinci yarısında Şimali Azərbaycanın monumental
memarlığında tənəzzül meyli özünü aydın göstərirdi. Digər tərəfdən isə xalq
memarlığında kifayət qədər intensiv inkişaf müşahidə olunurdu.
Bu dövr ilk növbədə onunla əlamətdardır ki, Şimali Azərbaycanda rus
şəhərsalma mədəniyyətinin təcrübəsi yayılırdı. Ən iri şəhərlər olan Bakının,
Şamaxının, Naxçıvanın, Gəncənin rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş
planları bu şəhərlərin gələcəkdə hazırlanacaq baş planlarının başlanğıcı oldu.
İlkin baş plana əsaslanaraq həyata keçirilən daha erkən şəhərsalma
tədbirləri əvvəlcə Xəzər vilayətinin mərkəzi, sonra isə quberniya mərkəzi kimi
abadlaşdırılmağa başlayan Şamaxı şəhəri ilə bağlıdır.
Bu dövrdə Rusiyada bütün quberniya şəhərlərində tikinti və abadlıq
işlərinə nəzarət edən baş memarın olmasını nəzərdə tutan qanun mövcud idi. Baş
memarı olan ilk Azərbaycan şəhəri quberniya mərkəzinə çevrildikdən sonra
Şamaxı olmuşdur. Şamaxının bizə gəlib çatmış 1839, 1844, 1847-ci illərə aid
planlarında şəhərin ilk müntəzəm tikinti rayonu qeydə alınmışdır.
Bu planları diqqətlə nəzərdən kerçirdikdə aydın olur ki, Şamaxının hələ
feodalizm dövründə formalaşmış quruluşu şəhərin yeni tikinti-abadlıq işlərinə
müəyyən təsir göstərirdi. Şəhərin daha yüksək hissəsində yerləşən və toxunulmaz
saxlanan Şamaxı bürcü – Bala Qala şəhərin baş küçəsinin istiqamətində təsir
göstərirdi. Belə ki, baş küçə bu bürcün divarlarına paralel gedir, digər küçələr isə
bu küçəni düzbucaq altında kəsirdilər.
Şəhərsalma mütəxəssisləri, öz növbəsində, əsas küçələrdən birinin
istiqamətinə təsir göstərən Cümə məscidi tikinti kompleksinə də toxunmamışdılar.
Göstərilən küçə bu qədim məscidin baş fasadına paralel gedirdi.
Şamaxı şəhərinin o vaxtkı baş memarı Abrocianın müavini Qasım bəy
köhnə anbar binasının teatr binasına çevrilməsini lahiyələşdirmişdi. Parterdən
əlavə lojalar da olan bu binada artıq 1857-ci ildə tamaşalar verilirdi.
1810-cu ildə Bakının İçərişəhərində ilk dəfə müntəzəm tikinti rayonu
meydana gəldi. İçərişəhərdə iki və bəzi hallarda üçmərtəbəli evlər tikilirdi. Bu
evlərin memarlığında Azərbaycanın mənzil tikintisi memarlığının təcrübəsi həm
şəhər mənzil tikintisi memarlığının ənənələri, həm də şəhər mənzil tikintisi
memarlığının yenilikləri ilə üzvi şəkildə birləşirdi. Azərbaycanın feodal
şəhərlərindəki yaşayış evlərindən fərqli olaraq, bu yeniliyin xarakterik cəhəti əsas
fasadın pəncərələrlə birlikdə küçəyə baxmasında idi.
XIX yüzilliyin birinci yarısında Şəki və Şuşa şəhərlərində də xeyli
şəhərsalma işləri görülmüşdü. Gəncə isə əsasən özünün keçmiş görkəmini
saxlayırdı.
Bu dövrdə onunla əlamətdardır ki, xalq memarlığı ənənələri əsasında
yarımşəhər tipli yaşayış evləri meydana gəlir və yüzilliyin ikinci yarısında onlar
Azərbaycanın qəza və quberniya şəhərlərində aparıcı yer tuturdular.
Bu hadisənin mahiyyəti ondan ibarətdir ki, öndə ―eyvan‖ yerləşməklə bir
sırada düzülən yaşayış otaqları ilə xarakterizə olunan Şimali Azərbaycanın ənənəvi
yaşayış evlərindən fərqli olaraq, otaqları iki sırada düzülmüş ev tipi formalaşır.
Eyvanlar həyət tərəfdən şüşəli qalereyalara çevrilir, küçə tərəfdən isə küçə
eyvanları meydana gəlirdi.
Tikinti texnikasının özündə də ciddi dəyişiklik baş verir. Yaşayış evlərinin
tikintisində ağırçəkili günbəz və qülləşəkilli konstruksiyalar yastı damlarla əvəz
olunur ki, bu da Rusiyadan gətirilən ağac material gətirilməsi hesabına mümkün
olurdu.
Memarlığın inkişafında həmin dövrdə tikinti işlərində adi şeyə çevrilən və
həmçinin Rusiyadan gətirilən şüşə də az rol oynamırdı.
Yaşayış evlərinin istilik sisteminin təşkilini də mütərəqqi hadisə hesab
etmək lazımdır. Məlum olduğu kimi, əvvəllər Şimali Azərbaycanda yaşayış
evlərinin qızdırılması kürsü və buxarı kimi qurğular vasitəsilə həyata keçirilirdi.
Kürsünün mahiyyəti ondan ibarət idi ki, otağın ortasında qazılmış çuxura içərisində
közərdilmiş kömür dolduran manqal qoyulur, onun üstünə isə kiçik masanı
xatırladan qurğu bərkidilir və bu masa yorğanla örtülürdü. Bu masanın ətrafında
oturarkən və yaxud gecələr onun ətrafına salınmış yorğan-döşəkdə yatarkən kifayət
qədər isti olurdu.
Divar içində olan buxarı isə tüstü dövriyyəsi olmadığından lazımi səmərə
vermirdi, istiliyin çox az hissəsi otağın qızdırılmasına gedir, əsas kütləsi isə boru
vasitəsilə bayıra çıxırdı. Tüstüçəkəni olan divar sobalarının meydana gəlməsi,
şübhəsiz ki, həmin dövrdə Azərbaycanda mənzil mədəniyyətinin yüksəlməsində
müəyyən rol oynadı.
Bu dövrdə Şimali Azərbaycanda xeyli mahir memar, həkkak yaşayıb-
yaradırdı ki, bunlar arasında da Rəcəbəli, Tağı, Mehdi, Xalıq, Zeynal, Rəcəb və b.
ustalar seçilirdilər. Bu ustalar tərəfindən Ağsu və Şamaxıda sərdabələr tikilmiş,
Abşeronda daş üzərində bir sıra yazılar həkk edilmiş, bir neçə məscid, ovdan və s.
inşa olunmuşdu. Lakin bu dövr tikililərinin əksəriyyəti bir çox cəhətdən
Azərbaycanın m emarlıq incilərindən geriyə qalırdı.
Digər tikinti işlərindən Bakının qala divarlarının və Azərbaycanın digər
qalalarının bərpasını göstərmək olar.
Lakin Azərbaycan memarlığının bir çox qiymətli orta əsr abidələri ( XII
yüzillik Naxçıvan məqbərələri, Bakıda Şirvanşahlar sarayı və s.) uçulub dağılır,
anbar binaları kimi istifadə olunurdu. Azərbaycan şəhərlərində yeni binalar sanitar-
gigiyenik və mühəndis-texniki tələblər nəzərə alınmaqla tikilirdi ki, bu da həmin
dövrdə digər Şərq ölkələrində gedən şəhərsala ilə müqayisədə mütərəqqi hadisə idi.
Bakının qala divarlarından kənarda aparılan tikinti işlərini nizama salmaq cəhdləri
də bu dövrdə aiddir.
Şimali Azərbaycanın kənd yerlərində yaşayış binalarının tikintisində də
müəyyən dəyişiklik baş verirdi.
IV FƏSİL
KAPĠTALĠST MÜNASĠBƏTLƏRĠNĠN
MEYDANA ÇIXMASI. AQRAR,
ĠNZĠBATĠ-MƏHKƏMƏ VƏ ġƏHƏR ĠSLAHATLARI
§ 1. KAPĠTALĠST MÜNASĠBƏTLƏRĠNĠN
ƏMƏLƏ GƏLMƏSĠ
Sənaye. Yüzilliyin ikinci yarısında Rusiya getdikcə daha geniş şəkildə
kapitalist inkişaf yoluna çıxırdı. Bu öz ifadəsini ölkə miqyasında ictimai əmək
bölgüsünün getdikcə daha çox genişlənməsi və dərinləşməsinə, Ümumrusiya
kapitalist bazarının yaranmasında tapırdı. Azərbaycan imperiyasının bir hissəsi
olduğundan o da tədricən ümumrusiya ictimai əmək bölgüsünə cəlb olunur və
ümumrusiya bazarına qoşulurdu. Mərkəzi Rusiya ilə onun ucqarları arasında
yaranan iqtisadi birlik ikili xarakter daşıyırdı: bir tərəfdən, rus kapitalizmi ―öz
fabrikləri üçün bazar yaradırdı‖, digər tərəfdən isə o elə həmin fabriklərin –ölkə
xammalına olan ehtiyaclarını ödəmək üçün ucqarlarda ticarət əkinçiliyinin, balıq,
dağ-mədən, neft və s. sənaye sahələrinin meydana çıxması və inkişafını hər vasitə
ilə stimullaşdırırdı. Bu da labüd olaraq rus kapitalının fəal iştirakı ilə ölkədə
müstəmləkə iqtisadiyyatının, qismən də hasilat və emal sənayesinin, ticarət
xarakterli kənd təsərrüfatı sahələrinin əmələ gəlməsi və inkişafına gətirib çıxarmalı
idi və həqiqətən də gətirib çıxardı. Artıq yüzilliyin 60-cı illərində Azərbaycanda
kapitalist istehsal münasibətlərinin meydana çıxması prosesi dəqiq müəyyənləşdi.
Yüzilliyin 60-cı illərinin ortalarında Azərbaycan neft təsərrüfatında dönüş
baş verdi. Bu təsərrüfat əvvəlki illərə nisbətən sürətlə inkişaf etməyə başladı. Neft
hasilatında artım xüsusən də 1862-ci ildən nəzərə çarpır. Əgər 1860-cı ildə Bakıda
247814 pud neft çıxarılmışdısa, 1862-ci ildə bu göstərici 334926 puda çatmış,
sonrakı illərdə fasiləsiz surətdə artmışdı. 1870-ci ildə burada artıq 1482100 pud
neft çıxarılırdı [1]. Neft hasilatı artımının səbəblərindən biri Balaxanı kəndlilərinin
məcburi və bu səbəbdən də az məhsuldar əməyinin 1864-cü ildə ləğv edilməsi idi.
Neft mədənlərində muzdlu fəhlələr işləməyə başladı. Bu, neft sənayesinin
kapitalistcəsinə yeniləşməsinin daha da dərinləşməsi əlaməti idi.
Neft hasilatının artması neft quyuları sayının artması ilə müşayiət
olunurdu. Belə ki, 60-cı illərdə Bakı rayonunun 232 neft quyusu var idi. Onlar
neftverən rayonlar arasında aşağıdakı şəkildə bölünürdü: Balaxanıda 125,
Suraxanıda 21, Binəqədidə 61, Bibiheybətdə isə 25 quyu var idi [2]. Halbuki 40-cı
illərdə cəmisi 133 neft quyusu mövcud idi.
Neft hasilatının belə artımının əsas səbəbi Rusiyanın daxili
quberniyalarında ağ neftə tələbatın genişlənməsi idi. Ağ neftdən artıq təkcə çıraq
yanacağı kimi deyil, əsasən Rusiyanın inkişaf etməkdə olan sənayesi üçün yanacaq
kimi istifadə olunurdu. Lakin Rusiyanın daxili quberniyaları ilə geniş nəqliyyət
yollarının olmaması Bakıda istehsal olunan neftin hamısını oraya aparmağa və
Rusiya sənayesi tələbatının bir hissəsini ödəməyə imkan vermirdi. Ona görə də
Rusiya sənayeçiləri özlərinin yanacağa olan ehtiyaclarını əsasən Amerikadan
gətirilən neftin hesabına ödəməyə məcbur olurdular. Bu vəziyyət neft sənayesinin
sürətlə inkişafına mane olurdu. Lakin başlıca səbəb neft sənayesində iltizam
sisteminin mövcud olması idi. Bu sistem iltizamçılara yeni neft quyuları qazmaq,
neft çıxarmaq və satmaq sahəsində inhisarçı hüququ verirdi. Müəyyən məbləğ
müqabilində neft quyularını uzun müddətə iltizama götürənin iltizamçılarına
növbəti müzayiqələrdə ( torqda) onları itirmək təhlükəsindən sığortalanmamış
istehsala texniki yeniliklərin tətbiqi üçün zəruri olan iri kapital qoymağa maraqlı
deyildilər və neft quyuları qazılmasında yeni texnika və təcrübəni tətbiq etmək
üçün göstərilən bütün cəhdlərə mane olurdular.
Pirallahı adasında buruq qazmaq üçün ilk uğursuz cəhdi tiflisli əczaçı
Vitte göstərirdi. 1866-cı ildə ―Zaqafqaziya Ticarət Cəmiyyəti‖ (sonralar bu
cəmiyyət ―Bakı Neft Cəmiyyəti‖nə çevrildi) qazma işlərinə başlamağa icazə
verilməsi barədə hökumət qarşısında məsələ qaldırdı. Lakin iltizamçı özünün
inhisar hüququndan istifadə edərək buna mane oldu və hökumət cəmiyyətə rədd
cavabı verdi. Üç ildən sonra,1869-cu ildə iltizamçı Mirzəyev bu adada yeni
buruğun əsasını qoydu. Lakin yoxlama qazıması zamanı qazma ustası teraltı
uğultudan qorxaraq quyunu daş və qumla doldurmağı əmr etdi. Bir ildən sonra
Balaxanıda yeni buruq qazıldı və o, 20 sajen dərinlikdən gündə 700 pud neft
verməyə başladı [3]. Bu uğurlu təcrübədən sonra qazıma işi sürətli inkişaf yoluna
keçdi.
Məlum olduğu kimi, çıxarılan neft emal olunmuş halda ixrac olunurdu.
Ona görə də neft hasilatının artımı neftayırma sənayesinin meydana çıxmasını
şərtləndirirdi.1859-cu ildə rus kapitalistləri Kokorev və Quboninin ―Zakaspi
Ticarət Cəmiyyəti‖ Suraxanıda neftayırma zavodu tikdi. Zavod sahibləri yanacaq
kimi təbii qazdan istifadə edirdilər. İltizamçı tərəfindən neftə qoyulmuş qiymətin
bahalığı üzündən bağlanmaq həddində olan zavodun fəaliyyəti 1863-cü ildə Bakıya
dəvət olunmuş böyük rus alimi D.İ.Mendeleyevin köməyi və bilavasitə iştirakı ilə
qaydaya salındı. 1861-ci ildə tiflisli əczaçı Vitte Pirallahı adasında parafin zavodu,
1863-cü ildə Məlikov Bakının özündə ağ neft zavodu tikdirdilər. Onların ardınca
iltizamçı Mirzəyev, Tarayev və b. zavodlar tikdirdilər.
1867-ci ildə bakı rayonunda ancaq ikisi, az-çox iri olan 15 neftayırma
zavodu fəaliyyət göstərirdi. Onlarda cəmi 200-ə yaxın fəhlə işləyir və bu
zavodların bütün məhsulu Rusiyaya daşınırdı [4]. 1869-cu ildə zavodların sayı 24-ə
[5], 1872-ci ildə isə 47-yə çatdı. Bu zavodlarda 497.941 pud neft istehsal edilmişdi
[6].
Kokorevin zavodu və Mirzəyevin üç zavodu istisna edilərsə, qalanları
içərisindən ancaq Kələntərov və Ter-Akopovun hərəsində dörd qazanı olan
zavodlarını və bir də Cavad Məlikovla Tarayevin hər birində üç qazanı olan
zavodlarını fərqləndirmək olar. Bütün qalan zavodlar isə daha kiçik müəssisələr
idi.
Neft hasilatı və neftayırmanın müəyyən artımına baxmayaraq, 60-cı
illərdə aydın oludu ki, neft mənbələri istismarının iltizam sistemi keçmişin yararsız
qalığıdır və bu sənaye sahəsinin inkişafı üçün neft işinin başqa cür qurulması
lazımdır. ―Neft istehsalı və fotogen istehsalından aksiz haqqında qaydalar‖ çar
tərəfindən 1872-ci ildə fevralın 1-də, ―Qafqaz və Cənubi Qafqazın iltizamda olan
xəzinə neft mənbələrinin müzayiqə yolu ilə xüsusi şəxslərə verilməsi haqqında
qaydalar‖ isə 1872-ci il fevralın 17-də təsdiq olundu. Bu qaydalara görə, xəzinənin
iltizamda olan neft mənbələri müzayiqələr (torq) yolu ilə xüsusi şəxslərə verilirdi.
Bu neftli sahələr üzərində verilirdi. Bu neftli sahələr üzərində tikililər və daşınar
əmlakla birlikdə hər biri 10 des.-dən böyük olmayan ayrı-ayrı qruplara bölündü.
Ümumi sahəsi təxminən 460 des. olan neftverən sahələrə 522221 manat qiymət
qoyuldu. Deməli, hər desyatin torpağın qiyməti orta hesabla 1200 manata bərabər
idi. Lakin müzayiqələrin gedişində rəqabət aparan iddiaçılar tərəfindən qiymətlər
xeyli qaldırıldı və xəzinə 2980307 man. əldə etdi; başqa sözlə deyilsə, o, torpağın
hər desyatinindən 7200 man. götürdü. Sonralar keçirilmiş müzayiqələrlə
müqayisədə bu qiymət çox cüzi idi.
Neftli sahələr başlıca olaraq 1323578 manatlıq neftverən torpaqlar almış
Quboninin və Kokorevin, habelə qiyməti 1222 min manat olan neftverən torpaqlar
keçmiş iltizamçı Mirzəyevin əlində cəmləndi. Bu torpaqlar bütün əsas neftverən
sahələrin 86 faizinə bərabər idi. Azərbaycan kapitalı nümayəndəsi H.Z.Tağıyevin
(şərikləri ilə birlikdə) Bibiheybətdəki neftli sahəsinin qiyməti cəmi 9005 man. idi.
İltizam sisteminin ləğvi bütün nüft hasilatında qəti dönüş yaratdı, neft
sənayesi kapitalist istehsalı sahəsinə çevrildi.
Bakıdakı neft və digər sahələrlə yanaşı, qəzalarda da sənaye inkişaf edirdi.
Azərbaycanın üzvi tərkib hissəsi kimi, Bakının sosial-iqtisadi həyatında baş verən
dəyişikliklər, şübhəsiz ki, bütün Azərbaycanda məhsuldar qüvvələrin inkişafına
təsir göstərirdi.
60-70-ci illrədə misəritmə istehsalı mühüm sənaye sahəisnə çevrildi.
Yelizavetpol qəzasının Gədəbəy kəndi yaxınlığındamis filizinin olması hələ
yüzilliyin birinci yarısında məlum idi. Ancaq büsbütün əl əməyinə əsaslanan, ildə
14100 manatlıq 1200 pud mis istehsal edən kiçik misəritmə zavodu isə yerli
sahibkarlar tərəfindən burada ancaq 1855-ci ildə işə salındı [7]. 1864-cü ildə bu
zavod iri sənayeçilərin – Simens familiyalı iki qardaşın əlinə keçdi. Onlardan biri
Rusiya, digəri isə Almaniya təbəəsi idi. Elə o dövrdə onlar Gədəbəydə yeni zavod
tikmək barəsində xəzinə ilə müqavilə bağladılar. ―Simens qardaşları və Kº‖ şirkəti
Gədəbəy rayonunun mis sərvətlərini layiqincə qiymətləndirərək, bu işin onlara
necə böyük qazanclar gətirəcəyini başa düşərək, 1865-ci il avqustun 25-də iri
misəritmə zavodunun tikintisini başa çatdırdılar. Simens qardaşları zavodun
tikintisinə 1,5 mln manatdan çox pul xərclədilər. Zavod müasir texnika ilə təchiz
olunmuşdu. Bu zavodda misəritmə üçün 9 şaxta sobası, 6 bişirmə sobası, 9 digər
soba, 7 dəmirçi körüyü, bir çuqunəritmə sobası, kərpicbişirmə sobası var idi [8].
Bunlardan başqa, zavodda əridilən filizlərdən mis kuporosunun təmizlənib
ayrılması üçün hovuzlar sistemi qurulmuş və iki lokomotivi olan 6 verstlik
dəmiryolu çəkilmişdi. Zavod həmçinin ventilyasiya sisteminə malik idi, burada
dülgər və çilingər sexləri yaradılmışdı [9].
Gədəbəy zavodu onun üç verstliyində yerləşən mədəndə çıxarılan mis
külçəsi ilə təchiz olunurdu. Külçə hasilatı ilbəil artırdı. Əgər 1865-1866-cı illərdə
60000 pud külçə çıxarılmışdısa, 1871-ci ildə isə artıq 1 mln. puddan çox külçə əldə
olunmuş, 1877-ci ildə isə bu rəqə iki dəfədən çox artmışdı [10].
Bu iri kapitalist müəssisəsinin zəif yeri onun yanacaq bazası idi. Cənubi
Qafqaz dəmiryolunun Bakı sahəsinin tikilməsinədək zavod müstəsna surətdə ağac
kömürü hesabına işləməli olmuşdu. Möhtəşəm meşə zolaqlarının sahibləri olan
Simenslər onları amansızcasına qırıb məhv edirdilər.
Gədəbəy zavodu 1865-1866-cı illərdə müvafiq olaraq 4025 və 8416 pud
mis vermişdi. Onun məhsuldarlığı ilbəil artaraq, 1871-ci ildə 24059, 1877-ci ildə
isə 53 min puda çatmışdı. Bu da bütün Rusiya imperiyası misəritmə sənayesi
məhsulunun dörddə birini təşkil edirdi. Misin bir hissəsi Rusiya quberniyalarına
göndərilir,bir hissəsi isə sakinləri mis qab-qacaq istehsalı ilə məşğul olan Lahıcda
istifadə edilirdi. Bünövrəsi qoyulduğu ildə zavodda 257, 1867-ci ildə 500, 1868-ci
ildə isə artıq 1000 fəhlə işləyirdi [11]. Beləliklə, Gədəbəy misəritmə zavodu, o vaxt
bütün Rusiya misəritmə müəssisələri içərisində ən iri zavod idi. Gədəbəyin
misəritmə sənaye kapitalist istehsalı məcrasına neft sənayesindən əvvəl cəlb
olunmuşdu.
Daşkəsəndə kiçik zavod, dəmir və kobalt mədənləri 1866-cı ildə ―Simens
qardaşları və Kº‖ şirkətinin əlinə keçdi. 1867-ci ildə zavodda artıq 1305 pud kobalt
alınmışdı. Müxtəlif illərdə bu zavodda 20-dən 50-dək fəhlə işləyirdi.
60-cı illərdə Zəylikdə kiçik, kustar zəy müəssisələri fəaliyyət göstərirdi.
1878-ci ildən yeni zəy zavodu fəaliyyətə başladı. 1879-cu ilədək zavodda 5 mindən
8 min pudadək zəy istehsal olunur, burada 40-dan 100-dək və daha çox fəhlə
işləyirdi [12].
Lakin sonrakı illərdə zavodun məhsuldarlığı azaldı və 1883-cü ildə o,
fəaliyyətini dayandırdı.
Hələ 50-60-cı illərdə kapitalist istehsalı orbitinə cəlb olunmuş sənaye
sahələrindən biri ipəksarıma istehsalı idi. 50-ci illərdə Xanabad ipəksarıma
fabrikinin texniki təminatında tərəqqinin davam etdirilməsi müşahidə olunur.
1854-cü ildə fabrikdə dəzgahların sayı 42-yə çatdı, buxar mühərriki tətbiq olundu
və dəzgahlar qismən mexaniki avadanlığı işləməyə keçirildi. 1860-cı illərdə isə bu
fabrikin avadanlığı daha da təkmilləşdirilmişdi.
İpəksarıma istehsalının verə biləcəyi gəlir Moskva sənayeçiləri Alekseyev
və Voronin qardaşlarının diqqətini cəlb etdi. Onlar şirkət təşkil etdilər və 1860-cı
ildə iri fabrikin tikintisinə başladılar. Fabrikin 432 dəzgahı, 64 hazırlayıcı hovuzu
və buxar mühərriki var idi. 1863-1865-ci illərdə fabrikdə buxarla işləyən
dəzgahlarda 192 usta və 64 şagird, ayaq dəzgahlarında 30 usta işləyir və nəhayət,
baramanın növlərə ayrılmasında 200 nəfərdən 250 nəfərədək qadın çalışırdı. Bu
fabrikdə bir çox kapitalist müəssisələri üçün çox səciyyəvi olan, aşağı haqq verilən,
kapitalistlər üçün xeyirli olan qadın və uşaq əməyi tətbiq edilirdi. Fabrikdə ildə
100-1200 pud ipək istehsal edilməsi nəzərdə tutulurdu [13].
Göstərilən iki fabrikdən əlavə bu illərdə daha bir iri ipəksarıma fabriki
fəaliyyət göstərirdi. Bu fabrikdə 55 dəzgah işləyirdi. 1864-cü ildə onun fəhlələrinin
sayı 70-ə çatmışdı [14]. Qalan ipəksarıma fabrikləri xırda müəssisələr idi.
Lakin elə bu dövrdə, ipəkçiliyin çiçəklənməsinin ən yüksək mərhələsində,
yəni 60-cı illərin birinci yarısında iqtisadiyyatın bu sahəsinə bəla üz verdi. Bir
tərəfdə, xarici şirkətlərin ipəkqurdu toxumu ilə alver edən agentləri Nuxada çox
böyük miqdarda ipəkqurdu toxumu alır və onu xaricə aparmaqda davam edirdilər,
digər tərəfdən isə onlar 1864-cü ildə azərbaycana ipəkqurdu xəstəliyini gətirdilər.
Bütün bunlar ipəkçiliyin xeyli tənəzzül etməsinə gətirib çıxardı. Buna görə də
xammalın çatışmazlığı ilə əlaqədar Aleksevey və Voronin qardaşlarının müəssisəsi
1866-cı ildə öz istehsal gücünü yarıbayarı azaltmış, 1867-1870-ci illərdə isə
fəaliyyətini tamamilə dayandırmışdı. Nuxanın digər ipəksarıma müəssisələri də
bağlanmışdı. əgər Nuxa şəhərində 1861-ci ildə 50, 1862-ci ildə 56 ipəksarıma
müəssisəsi fəaliyyət göstərirdisə, sonrakı illərdə burada cəmi 1-3 müəssisə mövcud
idi.
Həm sənətkar sexlərinin, həm də fabrik tipli ipəksarıma müəssisələrinin
olduğu Nuxa qəzasında fərqli olaraq, Şuşa şəhərində və Şuşa qəzasında bu sonuncu
tip müəssisələr paralel surətdə mövcud deyildilər. 60-cı illərdə Şuşa qəzasında
əvvəlcə onlarla, sonra isə yüzlərlə kustartipli ipəksarıma müəssisəsi mövcud idi.
Elə müəssisələr də var idi ki, onları fabrik kateqoriyasına aid etmək olar. Şuşa
şəhərində 350 fəhləsi olan 7 ipəksarıma müəssisəsi fəaliyyət göstərirdi [15].
İpəkqurdu xəstəliyi Ordubad və Naxçıvan şəhərləri rayonunu əhatə
etməmişdi. Bu vəziyyət həmin rayonda ipəksarıma istehsalının təşəkkülünə və
inkişafına müsbət təsir göstərirdi. Ordubadda ilk ipəksarıma fabrikləri meydana
çıxmağa başlamışdı. 60-cı illərin əvvəllərində fabriklərdən biri Aşağı Əylisli
kəndində, ikincisi isə Ordubadda yaradılmışdı, Birinci fabrikin 1861-ci ildə 70
fəhləsi və 50 dəzgahı, 1866-cı ildə isə artıq 80 dəzgahı var idi. Fabrikdə buxar
qazanları işləyirdi. 60-cı illərin sonlarında Cənubi Qafqazda ilk dəfə olaraq burada
10 mexaniki ipəkburma dəzgahı tətbiq olundu.
1875-ci ildə Ordubadın özündə iki ipəksarıma fabriki meydana çıxdı. Bu
fabriklərdə də buxar mühərrikləri tətbiq olunurdu. Göstərilən fabriklərdən başqa
Naxçıvan qəzası və Ordubadda xırda əmtəə istehsalı tipli onlarla ipəksarıma
müəssisəsi fəaliyyət göstərirdi. İpəksarıma müəssisələri Azərbaycanın bəzi digər
qəzalarında da var idi, lakin heç yerdə onlar nəinki fabrik-zavod istehsalı, heç
manufaktura istehsalı mərhələsinədək də yüksələ bilmədilər.
Balıq vətəgələri Azərbaycanın iqtisadi həyatında görkəmli yer tuturdu.
Rusiya şəhərləri kimi daimi satış bazarlarına malik olan sahibkarlar burada öz
məhsullarına təminatlı tələbat tapır, bu da istehsalın durmadan genişləndirlməsi
üçün böyük maraq yaradırdı. 1881-ci ildən Azərbaycanın balıq sənayesində növbə
ilə balıq vətəgələrini 7-8 illiyə iltizama götürən 6 nəfər yerli sahibkar ağalıq edirdi.
Göstərilən müddət ərzində onların hər il xəzinəyə ödədikləri məbləğ 170 min
manatdan 405 min manatadək tərəddüd edirdi. Bu, zəngin balıq vətəgələrinin
vəhşicəsinə istismarından onların götürdükləri xalis gəlirdən çox-çox az idi.
Vətəgələrin vəhşicəsinə istismarı balıq tutulmasının azalmasına gətirib
çıxarırdı. Hər bir iltizamçı dəmir toplar qurmaq yolu ilə bircə iri balığın belə Kürün
yuxarılarına keçməsinə yol verməməyə, mümkün qədər çox belə balıq tutmağa
çalışırdı. Ona görə də balıq ildən-ilə xırdalaşır, az kürülü olur və deməli, onun
ümumi nəsilvermə qabiliyyəti aşağı düşürdü.
Balıq tutulmasının azalmasına göstərmək üçün aşağıdakı məlumatlar
sadalamaq kifayətdir: əgər 1847-1855-ci illrədə Kür çayının mənbəsinə 467778
ədəd balıq tutulmuşdusa, 1871-1877-ci illərdə bu rəqəm 323553-ə enmişdi [16].
Eyni şeyin kürü alınması barəsində də demək olar.
Balıq vətəgələrində minlərlə həm yerli, həm də gəlmə muzdlu fəhlənin
əməyi tətbiq olunurdu. Deməli, iltizam sisteminin mövcudluğuna baxmayaraq
balıq sənayesi kapitalist az rol oynamırdı. Bakı quberniyasının Şamaxı və Göyçay,
Yelizavetpol quberniyasının Şuşa və qəzaları əsas şərabçılıq rayonları idi. 60-cı
illərdə hər il Bakı quberniyasında 100 min vedrəyə yaxın, Yelizavetpol
quberniyasında isə 250-275 min vedrə şərab istehsal olunurdu [17].
Şərab istehsalında Yelenendorf (indiki Xanlar) kəndinin alman
kolonistləri görkəmli yer tuturdular. Onlardan biri – Xristofer Forer 1870-ci ildə
şərab ticarəti ilə məşğul olan ―Xristofer Forer oğulları ilə birlikdə‖ adlı firmanın
əsasını qoydu. Müxtəlif vaxtlarda Gəncə, Bakı, Tiflis və Batumda firmanın
filialları açıldı. Zavod tipli bir neçə şərabçılıq müəssisəsi nəzərə alınmazsa, bütün
qalanları xırda müəssisələr idi.
Azərbaycanda şərabçılıqla yanaşı, araqçəkmə ilə də məşğul olurdular.
Yelizavetpol quberniyasında müxtəlif meyvələrdən ildə 7500 vedrə araq istehsal
etmək gücünə malik olan üç mindən artıq müəssisə var idi. Bütün bu müəssisələrdə
cəmi 7023 nəfər işləyirdi [18].
1873-cü il iyulun 1-dən etibarən araqçəkmə istehsalı üzərinə aksiz
vergisinin qoyulması adları çəkilmiş araqçəkmə müəssisələrinin vəziyyətinə ağır
təsir göstərirdi. 1873-cü ildə bu ―Əsasnamə‖yə edilmiş dəyişikliklərə əsasən aksiz
vergisinin məbləği araq çəkilən qazanın tutumu (bu tutum 20 vedrədən az
olmamalı idi) və zavodun fəaliyyət göstərmə müddətindən asılı idi; özü də istehsal
prosesinin başlanma və qurtarma vaxtı əvvəlcədən müəyyənləşdirilməli idi. 1884-
cü il sentyabrın 1-dək mövcud olmuş bu sistem kustar və bağ sahibləri tərəfindən
araqçəkmə işinin zərərinə olaraq iri araqçəkmə sənayesinini inkişafına şərait
yaradırdı.
Azərbaycanda göl duzu və daş duz çıxarılırdı. Göl duzu, əsasən, 27 gölün
yerləşdiyi Abşeron yarımadasında əldə olunurdu. Bu göllərdən Masazır, Balaxanı,
Zığ, Kürdəxanı gölləri xüsusilə fərqlənirdi. Uzun müddət Abşeronun duz
mədənləri neft mədənləri ilə birlikdə iltizama verilirdi.
İltizam sisteminin ləğvindən sonra, 70-ci illərdə duz gölləri ayrı-ayrı
sahələrə bölünür və icarəyə verilirdi. 1879-cu ildə Zığ gölündən 67840 pud,
Masazır gölündən 204000 pud, Kürdəxanı gölündən 105710 pud, cəmisi isə
618371 pud duz çıxarılmışdı [19].
Göl duzu Abşeron göllərindən başqa Cavad qəzasında yerləşən göllərdə
də var idi. Lakin həmin göllərin məhsuldarlığı aşağı idi.
Naxçıvan şəhərindən 10 verst məsafədə zəngin daş duz yataqları
yerləşirdi. Naxçıvan duz mədənləri iltizama verilirdi və bu mədənlərdə Şıxmahmud
kəndinin feodal-asılı kəndlilərinin məcburi əməyi tətbiq olunurdu.
50-ci illərin sonu -60-cı illərin əvvəllərində duz çıxarılması ilbəil artırdı.
əgər yüzilliyin 40-cı illərində illik duz çıxarılması 113,8 min bərabər idisə, 50-ci
illərin sonu – 60-cı illərin əvvəllərində bu göstərici 208,7 min puda çatmışdı. 1852-
ci ildə nəşr olunmuş ―Bütün Cənubi Qafqaz və Qara dəniz limanları üzrə xarici quz
gətirilməsinin qadağan edilməsi haqqında əsasnamə‖ də buna əlverişli şərait
yaradırdı.
1868-ci ildə kəndlilərin məcburi əməyinin ləğv edilməsindən sonra isə
duz mədənlərində muzdlu əmək tətbiq olunurdu. Bu da həmin istehsal sahəsində
kapitalistcəsinə təkamülün mühüm göstəricisi idi.
Bu mühüm amillə yanaşı, duz istehsalı sahəsinin kapitalistcəsinə inkişafı
üçün 1868-ci ildən sonra duz mədənlərinin açıq müzaidə vasitəsilə satışının tətbiq
edilməsi mühüm əhəmiyyət kəsb etdi. 60-cı illərin ikinci yarısında Naxçıvan duz
mədənlərində hər il 250 min puddan 300 min pudadək duz çıxarılırdı [20]. Ancaq
sonrakı illərdə duz çıxarılması azaldı. Bunun səbəbi aksiz sisteminin tətbiq
edilməsi idi. Əsasnaməyə görə, xüsusi şəxslər tərəfindən xəzinə və xüsusi
müəssisələrdən əldə olunan xörək duzunun bütün növləri özərinə aksiz vergisi
qoyulurdu. Duzun hər pudundan 30 qəpiklik aksiz vergisinin məbləği çox böyük
oldu və bunun nəticəsində duz çıxarılması xeyli azaldı. Naxçıvan duzu
Azərbaycanın özündə, qonşu Gürcüstan və Ermənistanda satılır, Rusiya, İran və
Türkiyəyə aparılırdı.
Göstərilən sənaye sahələrindən əlavə, Azərbaycanda tütün məmulatları
tikinti materialları və s. istehsal edən müəssisələr fəaliyyət göstərirdi. Lakin 30-60-
cı illərdə bütün bu istehsal sahələri hələ kustar, xırda əmtəə xarakteri daşıyırdı.
Beləliklə, XIX yüzilliyin 50-60-cı illərində Azərbaycanda sənətkarlıq və
xırda və xırda əmtəə istehsalı xarakterli müəssisələrlə yanaşı, neftçıxarma və
neftayırma, misəritmə kimi sənaye sahələri əsas etibarilə artıq inkişafının fabrik-
zavod (maşın) mərhələsində idi. Şərabçılıq, araqçəkmə, ipəkçilik və balıqçılıq kimi
istehsal sahələri isə qarışıq xarakter daşıyırdı.
Kənd təsərrüfatı. Dənli bitkilərin yetişdirilməsi yüzilliyin 50-60-cı
illərində də Azərbaycan kənd təsərrüfatının ən başlıca sahəsi olaraq qalmaqalda idi.
Bütün nəzərdən keçirilən dövr ərzində Azərbaycanın hər yerində dənli bitkilər
səpilən sahələrin xeyli genişlənməsi müşahidə olunur. Həmin dövrdə kənd
təsərrüfatı texnikasının geridə qalmasına və primitiv olmasına, ehtiyacın
texnikasının geridə qalmasına və primitiv olmasına, ehtiyacın və torpaq sahibləri
olan bəylərlə xəzinə tərəfindən amansız istismarının əzdiyi Azərbaycan kəndlisinin
təbii fəlakətlərə qarşı mübarizədə çox zəifliyinə, kənd təsərrüfatı bitkilərinin
ümumi məhsulunun müxtəlif təbiət hadisələrindən xeyli asılı olmasına
baxmayaraq, ümumiyyətlə, yığılan taxılın ümumi həcmində aydın nəzərə çarpan
artım meyli təzahür edirdi. İnzibati cəhətdən Azərbaycanın Bakı quberniyasından,
İrəvan quberniyasının tərkibinə daxil olan Naxçıvan və Ordubad qəzalarından,
Tiflis quberniyasının Yelizavetpol qəzasından və Zaqatala qəzasından ibarət
olduğu 1861-1867-ci illərdə təkcə Bakı quberniyasında ildə 25-29 mln. pud taxıl
yetişdirilirdi. Həmin quberniyalarda təkcə 1868-ci ildə isə 40 mln. pud taxıl
yetişdirilmişdi.
Azərbaycanda yetişdirilən taxıl bitkiləri içərisində aparıcı yeri buğda
tuturdu. Bəzi illərdə bütün taxıl məhsulunun
3/
5
hissəsi bu bitkinin payına düşürdü.
Sonrakı yerləri arpa və çəltik, sonuncu yeri isə çox yayılmamış darı tuturdu.
Yüzilliyin 60-cı illərində taxılçılıq təsərrüfatında əmtəə istehsalı geniş
inkişaf etmişdi. Azərbaycan nəinki özü-özünü taxılla təmin edir, hətta, onu
Gürcüstana və İrana, Lənkəran qəzasından isə düyünü Rusiyaya göndərirdi.
Azərbaycanın özündə qalan taxıla gəldikdə isə o, əsasən, əmtəə xarakteri daşıyırdı.
Taxılçılar öz artıq məhsullarını maldarlara, yüksək dağlıq rayonların təbii coğrafi
şərait üzündən taxıl yetişdirmək imkanından məhrum olan sakinlərinə, şəhər
əhalisinə, Bakı rayonundan kənardakı fəhlə əhalisinə, yəni balıqçılara, dağ-mədən,
ipəkçilik və s. sənaye sahələrinin fəhlələrinə, habelə hərbi hissələrə satırdılar.
Əkinçilikdən sonra Azərbaycan kənd təsərrüfatının ikinci mühüm sahəsi
maldarlıq idi. 1860-1867-ci illərdə Bakı quberniyasında mal-qaranın sayı 1873 min
başdan 2203 min başa çatmış, yəni 330 min baş artmışdı. Maldarlıq təsərrüfatında
aparıcı yeri qoyunçuluq tuturdu. Göstərilən dövrdə bütün mal-qaranın 1,2-1,4 mln.
başını qoyunlar təşkil edirdi. Sonrakı yerdə sayı 488-662 min başa bərabər olan
iribuynuzlu mal-qara dururdu. Atların sayı isə 134-156 min başa çatırdı. 1868-
1869-cu illərdə mal-qaranın sayı daha da artdı. 1869-cu ildə Zaqatala dairəsi və
Naxçıvan qəzası da nəzərə alınmaqla Azərbaycanın iki quberniyasında 3,3-3,5 mln.
baş mal-qara var idi [21].
Lakin yüzilliyin 50-60-cı illərində Azərbaycanda böyük miqdarda mal-
qaranın, xüsusən də qoyunun olmasına baxmayaraq, maldarlığın əmtəəliyi az
inkişaf etmişdi. Azərbaycandan Rusiyanın daxili quberniyalarına, İrana, Türkiyəyə
başlıca olaraq aşılanmış dəri, yun ixrac olunurdu. Bu ixracın həcmi cüzi idi. Mal-
qaranın və maldarlıq məhsulunun ixracına gəldikdə isə bu, müstəsna sutərdə
həmsərhəd ölkələrə, yəni İrana, Türkiyəyə yönəlmişdi, onun həcmi isə kiçik idi.
1865-1870-ci illərdə göstərilən ölkələr mal-qara və maldarlıq məhsulları ixracının
ümumi həcmi 600-800 min manat arasında tərəddüd edirdi. Yun isə Qərbi Avropa
ölkələrinə, qismən Marsel şəhərinə də ixrac olunurdu. Yelizavetpol quberniyası
Qərbi Avropaya yun ixracında müstəsna yer tuturdu, çünki burada yunu daha
qiymətli ixrac materialı olan merinos qoyunları da bəsləyirdilər. 70-ci illərin
əvvəllərində yun ixracı daha da artmışdı. Məsələn, 1871-ci ildə 979 min manatlıq,
1872-ci ildə isə 807 min manatlıq yun ixrac olunmuşdu [22].
50-ci illər və 60-cı illərin əvvəllərində Azərbaycanda yetişdirilən texniki
bitkilərin içərisində aparıcı yeri qızılboya (marena) tuturdu. Onun becərildiyi əsas
rayon Quba qəzası idi. 60-cı illərdə qızılboya istehsalının sürətli inkişafı müşahidə
olunurdu. Bu da dünya bazarlarının tələbatı ilə əlaqədar idi. 1860-cı ildə 58 min
pud, 1866-cı ildə isə 230 min pud qızılboya əldə olunmuş, yəni onun yığımı 4 dəfə
artmışdı [23]. Qızılboya cüzi miqdarda Lənkəran və Göyçay qəzalarında da
becərilirdi.Azərbaycan qızılboyası dünya şöhrəti qazanmışdı. 1862-ci ildə
Londonda keçirilən Ümumdünya sərgisində üç azərbaycanlı qızılboyaçısı – özü də
hamısı Quba qəzasından – fəxri rəylərə layiq görülmüş, Hacı cənnət bəy Əlibəy
oğlu isə sərgidə nümayiş etdirdiyi əla keyfiyyətli qızılboyaya görə medal almışdı.
Qızılboya ixracı ilbəildən artırdı. Qızılboya Dərbənddən, habelə Bakı və
Niyazabaddan aparılırdı. 1861-ci ildə Dərbənddən 197,430 pud qızılboya yola
salınmışdı.
1869-cu ildə süni boya-alizarin ixtira olundu. Cəmi 4-5 il ərzində alizarin
qızılboyanı tamamilə sıxışdırıb aradan çıxardı. Artıq 1872-ci ildə Azərbaycanda
cəmisi 640 min manatlıq 80 min pud, yəni 1869-cu ilə nisbətən 2,5 – 3 dəfə az
qızılboya çıxarılmışdı. 1873-cü ildən etibarən qızılboyaya tələbat tamamilə aradan
qalxdı [24].
Azərbaycanda becərilən digər texniki bitki pambıq idi. Lakin yüzilliyin
50-60-cı illərində pambıqçılıq öz miqyasına görə çox cüzi idi. Doğrudur,
Avropanın pambıq parça xammalı üzrə əsas təchizatçısı olan ABŞ-dakı vətəndaş
müharibəsi (1861-1865) pambıqçılığın inkişafına müvəqqəti təkan verdi.
Müharibənin başlanması ilə ABŞ-dan pambıq gətiriləsi, demək olar ki, dayanmışdı.
Bu dövrdə o vaxtı İrəvan quberniyasının tərkibinə daxil olan Naxçıvan və Şərur-
Dərələyəz qəzalarında pambıqçılıq inkişaf etmişdi. 1863-cü ildə İrəvan quberniyası
bazara 600 min pud pambıq çıxarmışdı. Bu pambığın əsas hissəsi Naxçıvan və
Şərurda yetişdirilmişdi.
60-cı illərdə bir Moskva kompaniyası pambıq əkmək üçün Kür vadisində
torpaq icarəyə götürmüş, oraya suvarma arxları çəkilmişdi. Kompaniya Amerika
və Avropadan çiyid gətirərək, 1861-ci ildə ilk səpini keçirdi. 1865-ci ildə
kompaniya öz fəaliyyətini Araz sahillərinəvı qismən də Quba qəzasına yaydı.
Kompaniya öz plantasiyalarında pambıq əkməklə yanaşı, kəndlilərə də pambıq
səpini üçün çiyid paylayırdı.
Rusiyanın iri fabrik sahiblərindən olan Morozovlar da Azərbaycanda
pambıq yetişdirmək üçün cəhd göstərirdilər. 1869-cu ildə Bakı quberniyasında
onların 40 desyatin pambıq əkini sahəsi vardı [25]. Azərbaycanın digər
hissələrində (İrəvan və Naxçıvan bölgələrindən başqa) pambıqçılıq çox zəif inkişaf
etmişdi. 1869-cu ildə Bakı quberniyasında 50 min pud, 1873-cü ildə Yelizavetpol
quberniyasında isə 7020 pud pambıq becərilmişdi [26].
50-60-cı illərdə azərbaycanda cüzi miqdarda tütün də becərilirdi. 1872-ci
ildə idxal olunan tütünün hər pudu üçün gömrük rüsumunun 2 manatadək
artırılması bütün Cənubi Qafqazda, o cümlədən də Azərbaycanda tütünçülüyün
inkişafına müsbət təsir göstərdi.
Əsas tütün istehsalı rayonları Quba qəzası və Zaqatala dairəsi idi.
Azərbaycanda olan bütün tütün əkinləri sahəsinin 60 faizdən çoxu bu rayonlarda
yerləşirdi. Tütün istehsalı üzrə üçüncü yeri Nuxa qəzası tuturdu. Tütün ibtidai
üsullarla becərilir, gün altında qurudulurdu.
Meyvə və üzüm yetişdirilməsi Azərbaycan kənd təsərrüfatında mühüm yer
tuturdu. 1875-ci ildə əsas üzümçülük rayonu olan Şamaxı və Göyçay qəzalarında
bağların ümumi sahəsi 1449 desyetinə bərabər idi [27].
Azərbaycanda ən yaxşı üzüm, alma, armud, qoz, heyva, əncir və digər
meyvə növləri yetişdirilirdi. Balıqçılığın əsas mərkəzlərindən biri Yelizavetpol
qəzası idi. Ordubad bağları da xeyli miqdarda müxtəlif meyvə verirdi.Burada və
Gəncədə bağçılıq və üzümçülük əmtəə xarakteri almışdı. Zaqatala dairəsi də
bağçılıqda görkəmli yer tuturdu. Bura çox gözəl şabalıd və qoz bağları ilə zəngin
idi.
60-cı illərin əvvəli bu illərdə ən yüksək çiçəklənmə səviyyəsinə çatmış
ipəkçiliyin coşqun inkişafı ilə əlamətdar idi. 60-cı illərin əvvəllərində
Azərbaycanda ipəkçiliyin böyük müvəffəqiyyətlər qazandığı belə bir fakt təsdiq
edir ki, 1857-ci ildə Azərbaycandan xaricə əsla ipək və barama aparılmadığı halda,
1866-cı ildə buradan 1672083 manatlıq ipək və barama ixrac edilmişdi.
Lakin barama qurdları üçün məhvedici olan xəstəliyin (qattinanın)
yayılması ilə Azərbaycan ipəkçiliyinin uğurlarına bir müddət son qoyuldu.
Qattinanın yayılması nəticəsində Azərbaycanda ipəkçiliyin necə kəskin bir surətdə
ixtisar olunduğunu belə bir fakt göstərir ki, 1867-ci ildə Bakı quberniyasında
cəmisi 1346 pud barama əldə olunmuşdu [28].
70-ci illərin əvvəllərinə yaxın Azərbaycanın ipəkçilik təsərrüfatı tədricən
bərpa olunmağa başladı. Yelizavetpol quberniyasında artıq 1870-ci ildə 14500,
1875-ci ildə isə 142718 pud barama yığılmışdı [29]. Bakı quberniyasına gəldikdə
isə əgər 1870-ci ildə burada 2025 pud barama yığılmışdısa, 1873-cü ildə bu
göstərici 6180 puda çatmışdı.
70-ci illərdə Azərbaycanın ipəkçilik məhsullarının xaricə və Rusiyaya
aparılması artırdı. Əgər 1870-ci ildə bu məhsullarının məbləği 919867 manata
bərabər idisə, 1879-cu ildə bu məbləğ 2397008 manata qalxmışdı.
Əcnəbi sahibkarlar Nuxada və Azərbaycanın digər ipəkçilik rayonlarında
ipək və barama satışı üçün kontorlar açırdılar. Xarici firmaların nümayəndələrini
1873-cü ildə təkcə Yelizavetpol quberniyasında öz ölkələrinə aparmaq üçün 126
min puda yaxın barama satın almışdılar. Lakin sonrakı illərdə bu məhsullarının
xaricə ixracı ixtisar olunur və onların Rusiyanın daxili quberniyalarına aparılması
artırdı [30].
İpəkçiliyin bərpası ölkədə ancaq yeni barama toxumu növlərinin
yayılması nəticəsində mümkün oldu. Ordubad ipəkçiləri barama qurdunun yapon
və Orta Asiya növləri ilə yanaşı, məhşur fransız alimi Lui Pasterin metodu ilə
Fransada ancaq sağlam barama qurdlarından əldə edilən hüceyrəli baramaqurdu
toxumuna da diqqət yetirdilər. Yerli ipəkçilərin birinin 1873-cü ildə Fransadan
gətirdiyi bu barama toxumu növü sonralar bütün Azərbaycana yayıldı.
Beləliklə, 50-60-cı illərdə Azərbaycan kənd təsərrüfatında əmtəə
istehsalının xeyli inkişaf etməsi göz qabağında idi. Bu istehsal kənd təsərrüfatının
bəzi sahələrində əmtəə-kapitalist istehsalı mərhələsinə keçmirdi və ya keçirdi.
Kənd təsərrüfatında əkinçilik kapitalizminin başlıca əlaməti olan muzdlu əmək
tətbiq edilirdi. Yüzilliyin 60-cı illərində (hətta 50-ci illərdə də) muzdlu əmək Quba
qəzasının qızılboya tarlalarında geniş tətbiq olunurdu. Muzdlu fəhlələr, başlıca
olaraq, qızılboya tarlalarına qəzanın dağlıq kəndlərindən axışıb gəlirdilər. Məsələn,
1850-ci ildə qızılboya tarlalarındakı yaz işləri dağ kəndlərindən 25 minədək adamı
cəlb etmişdi [31]. 60-cı illərdə artıq ancaq yerli kəndlilər qızılboya istehsalının
muzdlu fəhlə gücünə daim artmaqda olan aələbatını ödəmirdi və minlərlə Cənubi
Azərbaycan kəndlisi buraya axışmağa başlamışdı. Qızılboya plantasiyalarının
becərilməsi, bu bitkinin kökünün yığılmasında hər il – 45-55 min nəfər fəhlə
işləyirdi. Bunlardan 12-15 min nəfər Cənubi Azərbaycandan gələnlərin payına
düşürdü [32]. Qızılboya plantasiyalarında qadınlar da işləyirdilər.
50-ci və 60-cı illərdə taxılçılıqda muzdlu əmək, az da olsa, tətbiq edilirdi.
Özü də muzdlu əməyin tətbiqi işləyib ödəmə rentası ilə çulğalaşırdı. Taxılçılıqda
qadın muzdlu əməyindən də istifadə olunurdu. Muzdurların əmək haqqının
ödənilməsində kənd təsərrüfatı işlərinin xarakteri və mövsüm, habelə onların
yeməyinə çəkilmiş xərclər də nəzərə alınırdı. Muzdur tutmaq möhləti müxtəlif idi
və bəzən bir ilədək uzanırdı. Muzdlu fəhlələr öz qoşqu heyvanları (kəl, camış, at)
ilə və onlarsız muzdur dururdular. Bu sonuncu iki an, yəni fəhlələrin uzun
müddətə və qoşqu heyvanları olmadan muzdur tutulması buna dəlalət edirdi ki,
muzdlu fəhlələrin içərisində həm öz təsərrüfatına malik olmayanlar, həm də öz
torpaq sahəsi – pay torpağı olan, lakin qoşqu heyvanları olmayan kəndlilər var idi.
Bu vəziyyət onları öz təsərrüfatlarını qurmaq imkanından məhrum edir və
başqalarına muzdur kimi işləməyə məcbur edirdi. Azərbaycan taxılçılığında
muzdlu əməyin tətbiqi həm də kənd təsərrüfatı işlərinin özünəməxsus
xüsusiyyətlərindən irəli gəlirdi. Məsələn, düzənlik və dağlıq rayonlarda (bu
ərazilərdə taxıl biçininin tez başa çatdırmağa məcbur edən səbəblər özünü daha
güclü surətdə göstərirdi) tez həyata keçirilməsi tələb olunan taxıl biçini tez-tez
muzdlu fəhlələrin gücü ilə keçirilirdi. Muzdlu əmək çəltikçilikdə nisbətən daha çox
tətbiq olunurdu.
Lakin taxılçılıqda ümumiyyətlə muzdlu əmək deyil, pay torpağı olan
kəndlilərin şəxsi əməyi üstün mövqe tuturdu. Yeri gəlmişkən taxılçılıqda muzdlu
əmək tətbiqi olunmasının bir xüsusiyyətini qeyd taxılçılıqda muzdlu tutulan
fəhlələr çox vaxt öz əmək alətləri ilə gəlirdi. Bu da belə muzdur tutulmasına işləyib
ödəmə və kapitalist sistemlərinin qarışması xarakteri verirdi. Çünki fəhlə qüvvəsi
tutulmasının kapitalist üsulu o üsuldur ki, bu zaman muzdur tutulan müstəsna
olaraq torpaq sahibinin əmək alətlərindən istifadə edirdi.
Muzdlu əmək üzümçülük və bağçılıqda da tətbiq olunurdu. Yüzilliyin 60-
cı illərində Şirvan şərabçılıq rayonunda muzdlu əmək, o cümlədən də qadınların da
əməyi tətbiq edilirdi [33].
70-ci illərin sonlarından etibarən tütünçülük təsərrüfatında kapitalist
münasibətləri xüsusən özünü göstərirdi. Tütünçülük təsərrüfatı iki üsulla – ya
kəndlilərin özləri tərəfindən öz torpaq sahələrində, ya da torpaq icarə etmiş
icarədarlar tərəfindən aparılırdı. Təsərrüfatın aparılmasının birinci üsulu zamanı
tütünçü ancaq ticarət kapitalının nümayəndəsi tərəfindən (ya borc alınması, ya da
tütün satılması prosesində) istismara məruz qalırdı. Təsərrüfatın aparılmasının
ikinci üsulu zamanı tütünçü ikiqat istismara məruz qalırdı: onu bir tərəfdən torpağı
icarəyə götürdüyü torpaq sahibi, digər tərəfdən isə torpağın icarəsi üçün borc
götürdüyü tacir-sələmçi və nəhayət, kəndliləri özlərindən asılı salmaq və öz
fabriklərini xammalla təmin etmək məqsədilə onlara həvəslə borc verən tütün
fabriki sahibləri istismar edirdilər.
İpəkçilikdə barama qurdlarının bəslənməsindən muzdlu əmək tətbiq
olunmurdu. Burada ticarət və xüsusən də sələm kapitalı dövriyyə sahəsinə
soxulurdu. Doğulmaqda olan kənd burjuaiyası bir tərəfdən, möhtəkir-binəkdar,
digər tərəfdən isə sələmçi rolunu oynayaraq, həmişə borca ehtiyacı olan kənd
istehsalçılarını – ipəkçiləri əsarət altına salırdılar. İpəkçi kəndliləri hər vasitə ilə
tora salan və onları amansızcasına soyan binəkdarlar və iri ticarət əjdahalarının
nümayəndələri Azərbaycanın ipəkçilik kəndlilərində fəaliyyət göstərirdilər. ―Külli
miqdarda belə ―xeyirxahlar‖ qəzaya səpələniblər və əgər biz, Nuxa
karvansaralarının dolu olduğu bütün arşınmalı alverçilərini çoxdan bəri kəndlilərlə
dostluq elədiklərini və necə deyərlər, qan-tərlə qazanılmış vəsaitləri sələm faizi və
xidmətlər şəklində çəkib almaqla qayğıkeşcəsinə onların canlarını aldıqlarını qeyd
etsək, səhv eləmərik. Çox tez-tez kəndli bütün illik ipəyi borc verənə gətirir və
satmaq üçün ona verirdi‖ [34].
Beləliklə, ticarət kapitalının ikinci formasının – onun sələmçiliklə
qovuşmasının səciyyəvi mənzərəsi göz qabağındadır. Ticarət və sələm kapitalı
sürətlə boy atan əkinçilik sahələrinə - pambıqçılığa, üzümçülüyə dərindən nüfuz
edirdi. Lakin cüzi olsa da, bu sahələrə xüsusən də məhsul yığımı dövründə, muzdlu
əmək də daxil olurdu. Azərbaycan kəndlilərini əsarətə salan ticarət və sələm
kapitalı nümayəndələrinin fəaliyyəti kapitalist xarakteri daşıyırdı, çünki əsarət özü-
özlüyündə əkinçilikdə kapitalizmin ilkin təzahüründən başqa bir şey deyildi.
Deməli, yüzilliyin 50-60-cı illərində Azərbaycan kəndinə, zəif də olsa, başlıca
olaraq ticarət və sələm kapitalının əsarəti şəklində, yeni kapitalist istehsal
münasibətləri özünə yol tapırdı.
Dostları ilə paylaş: |