Səbəb və nəticəni ayırmaq. Bir qayda olaraq
dinləyicinin və tamaşaçının diqqətini hadisənin yeri və
iştirakçıları cəlb edir. Söhbət ilk növbədə konkret
detallardan, məsələn, coğrafi adlardan, az-çox tanınan
insanlardan, firma və müəssisələrin və s. adından gedir.
70
«Əfqanıstanda filankəslərin arasında toqquşma…» və ya
«Volvo iki yüz əməkdaşını ixtisar edir». Süjetin
məzmunundakı bu elementlər publikaya çatır və avtomatik
olaraq yadda qalır, hadisələrin səbəb və nəticələri isə onun
üçün ikinci plana çəkilir. İnformasiyanın bu cür verilməsi
nəticəsində auditoriya hadisəni kontekstdən qoparılmış ayrı-
ayrı epizodlar kimi qəbul edir.
Hadisənin əsasında ancaq nəyin durduğunu və
bunun nə nəticə verəcəyini yada salmaq kifayət deyil. Onun
səbəbləri və mümkün nəticələri haqqında söhbət
informasiya məlumatında mərkəzi yer tutmalıdır ki, baş
verən hadisənin məğzi açılsın. Auditoriya süjeti ancaq bu
zaman bütünlüklə qavraya bilər, çünki hadisənin tarixçəsi
və məntiqi inkişafı var.
Beləliklə, süjetin anlaşılması üçün bu və ya digər
hadisənin baş verməsinin səbəbləri və nəticələri dəqiq və
aydın izah olunmalıdır.
Findal və Xoyer bu prosesdə videosıranın seçilməsinin və
montajın əhəmiyyətini qeyd edirlər. Hadisənin konkret detallarını
göstərmək çətin deyil, lakin belə üsullar çox vaxt süjetin
fraqmentar əxz olunmasına gətirib çıxarır. Hadisənin səbəblərinin
və nəticələrinin illüstrasiyası tamaşaçıya hadisəni bütövlükdə
izləməyə və başa düşməyə kömək edir. Səs və videosıranın
ahəngdar vəhdəti bu halda həlledici rol oynayır. Tez-tez dəyişən
hərəkətli kadrlar və ya jurnalistin söhbət açdığı məsələyə daxil
olmayan kadrlar məzmunun əxz edilməsinə mane olur. Materialın
verilmə sürətinin seçilməsi də əhəmiyyətlidir. Kadr arxasında
fasiləsiz olaraq sürətli söhbət nəticəsində tamaşaçı çox vaxt
məzmunu tuta bilmir və əxz etmir.
Yayğın və mücərrəd anlayışlardan və terminlərdən istifadə
etmək bu nəticələrə gətirib çıxarır. Mücərrəd rəqəmlərə konkret
məzmun vermək lazımdır. 230 hektar torpağın nə demək olduğunu
çoxmu tamaşaçı, yaxud dinləyici başa düşür? Bu sahədə nə qədər
fidan əkmək olar? Əgər bu işi iki nəfər görsə, bu iş nə qədər vaxta
71
başa çatar? Bir milyon dollar nə deməkdir və bu pula neçə parç
pivə içmək olar? Rəqəmlər böyüdükcə insanlar üçün mücərrəd
məna daşıyır. 120 milyard dolların nə demək olduğunu bir neçə
saniyədə kim təsəvvürünə gətirə bilər?
Ritorikanın priyomlarının köməyi və öz fantaziyası ilə
reportyor çətin başa düşülən mücərrəd rəqəmləri və anlayışları
obrazlar vasitəsilə ifadə etsə, süjetdəki rəqəmlər barədə tamaşaçıda
və dinləyicidə təsəvvür yarada bilər.
«Literaturnaya Qazeta»nın müxbiri Anatoli Rubinov
sovetlərin ən durğunluq dövründə konkretləşdirməni jurnalistin
güclü silahına çevirə bilmişdir. Rabitə nazirliyinin işi barədə onun
tənqidi araşdırmaları konkretləşdirmənin klassik nümunəsi
olmuşdur.
Poçtun işini yoxlamaq məqsədilə Rubinov bir dəfə özü
özünə 100 məktub göndərmişdir. O bu məktubları Moskvanın hər
yerindən poçt qutularına salmış və hər məktubun göndərilmə
vaxtının uçotunu aparmışdır. Təcrübədə məqsəd poçtun işində
qəbul edilmiş qaydaların necə yerinə yetirilməsini yoxlamaq idi.
Bu qaydalara əsasən, səhər saat 10-a qədər poçt qutusuna salınan
məktublar həmin gün ünvana çatmalıdır. Moskvanın digər sakinləri
kimi Rubinov da çox yaxşı bilirdi ki, bu qaydalar həqiqətlə
uzlaşmır, ancaq ona sübut lazım idi.
Göndərilən məktublardan heç biri həmin gün jurnalistə
çatmadı. Bu məktubların çox hissəsini o öz poçt qutusunda ancaq
ikinci gün tapdı, axırıncı məktublar bir neçə gün sonra gəldi.
Poçtun işi üçün cavabdeh olan idarənin – rabitə nazirliyinin poçt
qutusuna salınmış məktub isə Rubinova hamısından gec çatdı. İndi
müəllifin əlində konkret məlumat və təfsilat vardı, ancaq məqaləni
yazmaq üçün fabula lazım idi.
Lev Tolstoy muzeyində yazıçının çoxlu qeydləri və
məktubları var. Rubinova bunların arasından dəqiq ştampı olan
məktub tapmaq nəsib oldu. Lev Tolstoy 1890-cı il yanvar ayının
22-də Moskvadan Peterburq kütləvi kitabxanasının müdirinə
məktub göndərmişdir. Poçt ştampı göstərir ki, məktub ünvana
ertəsi gün çatmışdır. Rubinovun təcrübə apardığı günlərdə Moskva-
72
Leninqrad sürət qatarı işləyirdi. Rubinov bu dəfə vaxtilə Tolstoyun
yaşadığı yerdən bir məktub göndərdi. Leninqrad kitabxanasının
direktoruna ünvanlanan bu məktub ancaq dördüncü gün gedib
çatmışdı.
Rubinovun apardığı jurnalist təhqiqatı nəticəsində məlum
oldu ki, Tolstoy zamanında poçt sovet zamanında olduğundan
səmərəli işləyirmiş. Bu məktub elə bir konkret detal oldu ki, rabitə
nazirliyi buna göz yuma bilmədi.
Konkret detalların arxasında ifşaedici tənqidin dağıdıcı
qüvvəsi dayana bilər.
Oxu üçün ədəbiyyat:
Foss Bob: Narrative Tejhnique and Dramaturgy in Film and Television. SVT Training,
1992.
73
HAZIRLAŞMALI VƏ DİNLƏMƏLİ!
Çox vaxt deyirlər ki, müsahibə – sənətdir, sənət isə qaydalar
və göstərişlərlə məhdudlaşdırıla bilməz. Lakin ən istedadlı rəssam
belə öz yaradıcılıq yoluna rəssamlığın qanunlarını öyrənməklə
başlayır ki, sonralar bu qanunları pozsun. Müsahibə reportyordan
müəyyən texniki bacarıq tələb edir. Ancaq məlumdur ki, uğurlu
müsahibə təkcə yaxşı sual verməkdən ibarət deyil.
Gəlin müsahibənin texnikasından deyil, onun aparılması
metodikasından danışaq. Bu metodikaya yiyələndikdən sonra biz
elə suallar düşünə bilərik ki, onlara verəlin cavablar gözlənilməz,
məzmunlu və ifşaedici ola bilər.
HAZIRLIQ
Uğurlu müsahibənin təməlinin təməlini reportyorun ciddi
hazırlaşması təşkil edir. O, söhbətin predmetini yaxşı dərk etməli,
onun barəsində az qala müsahibə obyektinin özü qədər biliyə sahib
olmalıdır. Jurnalistin auditoriyanın orta səviyyəsini əks etdirən
hazırlıqsız və bəsit suallar verməsi barədə təsəvvürlər yanlışdır.
Müsahibənin predmetinə yaxşı bələd olan şəxs məsələnin məğzi
barədə sual verə bilər. Müsahibənin başlanğıcı üçün verilən birinci
sual başqalarına çox bəsit və sadə görünə bilər, lakin bu sualı
verərkən jurnalist müəyyən məqsəd güdür. Müsahibəyə hazır
olmaq o deməkdir ki, biz bu və ya digər sualın cavabını müəyyən
dərəcədə təxmin edirik, bu halda əvvəlcədən alternativ suallar
hazırlaya bilərik.
Əgər müsahibədə söhbət konkret bir məsələdən, deyək ki,
hökumət komissiyasının işindən və bir layihədən gedirsə, jurnalist
buna hazırlıq görməlidir. Hökumətin və ya parlamentin əvvəllər
müzakirə etmədikləri məsələlər barədə söhbət aparmaq daha çətin
74
olur. Lakin belə hallarda müsahibənin mövzusu haqqında
reportyorun ümumi təsəvvürü olmalıdır. Bu, məsələnin məğzi
barədə suallar üçün və müqayisəli şərhlər üçün imkan yaradır.
Qəzet kəsikləri, öz qeydləri, internetdən aldığı səhifə qarşıdakı
söhbətdən ötrü jurnalistə material toplamağa, süjetə hazırlaşmağa,
müsahibə obyektinin qarşısında biliksiz görünməməyə imkan
yaradır. Hazırlaşmağın digər üsulu məsələni bilən adamlarla və ya
müsahibə obyekti ilə ilkin söhbət ola bilər ki, material üçün
məlumat əldə etmək mümkün olsun.
Radio və televiziyada tez-tez ilkin müsahibə ifadəsi işlənir,
yəni redaksiyanın proqram aparıcısı və ya təhqiqatçı–jurnalist lent
yazısından əvvəl müsahibə üçün dəvət edilmiş şəxslə söhbət aparır.
Bu, aparıcıya və reportyora imkan verir ki, qoyduğu sualların
düzgünlüyünə əmin olsun, faktları bir daha yoxlasın, eyni zamanda
qarşıdakı mövzu haqqında müsahibində təsəvvür yaratsın. Bu iş
üsulu söhbətin predmeti barədə jurnalistə məlumat və istiqamət
verir.
Müsahibə-portret və ya zarisovka üçün də hazırlıq işi
aparmaq az əhəmiyyət daşımır. Portret-müsahibə qəhrəmanının
dostları və həmkarları ilə söhbətlər, onun özünün çıxışları və
məqalələri informasiya toplamağa imkan verir. Bütün bunlar
hazırlıq işinin elementləridir. Ancaq belə fəal hazırlıq işinin
nəticəsində ola bilər ki, jurnalist topladığı materialların dairəsindən
çıxa bilməsin. Burada söhbət hadisənin və insanın özgələr
tərəfindən qiymətləndirilməsindən gedir və çox zaman bu hal təkrar
olunur. Qeyri-dəqiqlik, uydurmalar, səhv faktlar vaxt keçdikcə
məqalələrdə və verilişlərdə dərin kök salır. Müsahibə qəhrəmanı
tədricən başqalarının yaratdığı mifik şəxsə çevrilir. Müsahibə-
portret hazırlayan jurnalist arxiv materiallarını oxuyarkən insan
haqqında qərəzli, subyektiv və yalan təsəvvürə qapıla bilər.
Nəticədə bəhs etdiyi şəxsin həqiqətən nə söylədiyi və nə etdiyi
ondan ötrü əhəmiyyətsiz olar. Müsahibə ilə işləməyin ən vacib şərti
bu işə tam qərəzsiz yanaşmaqdır.
75
SUALLARIN
TƏRTİB EDİLMƏSİ
Müsahibəyə hazırlaşan ən ideal reportyor saatlarla
kitabxanada oturub kitabları, sorğu kitabçalarını, qəzetləri, arxiv
materiallarını oxuyur və eyni zamanda informasiya toplamaq
məqsədilə ilkin müsahibə aparmağa və söhbət etməyə də vaxt tapır.
Redaksiyanın əsəbiliklə, qaça-qaçla müşayiət olunan real həyatında
isə hər şey başqa cür olur. Bəzən müsahibəyə hazırlaşarkən öz
həmkarlarınla da məsləhətləşməyə vaxt qalmır.
İlk növbədə jurnalist özü üçün müəyyən etməlidir ki, bu
müsahibə necə olacaq, nə barədədir və hansı məqsədlə aparılır. Bu
o deməkdir ki, reportyor öz suallarını əvvəldən tərtib etməli və
yazmalıdır. Bu sualların qoyulması çox vaxt reportyorun özünün
marağından irəli gəlir: mən bunu öyrənmək istərdim, bu mənim
dinləyicilərim, tamaşaçılarım, oxucularım üçün maraqlı ola bilərdi.
Hər bir sual ancaq bir aspektdə nəzərdə tutulmalıdır. İki
sualı birdən verərkən siz müsahibə obyektinə imkan yaradırsınız ki,
özü üçün münasib olmayan cavabdan «qaçsın» və iki sualdan
ancaq birinə cavab versin. Sual təsdiq yox, sual formasında
verilməlidir. Onun forması müsahibə obyektinə imkan verməlidir
ki, o, düşündüyünü, duyduğunu və ya keçirdiyi hissləri ifadə edə
bilsin. Buna görə də «bəli» və «xeyr» kimi yeknəsəq cavablara
imkan verməmək üçün sualları bacardıqca açıq saxlamaq lazımdır.
Kiməsə mənasız görünə bilən suallar, əslində, çox vaxt ən
gözlənilməz, dərin mənalı və maraqlı suallara gətirib çıxarır. Belə
suallara aşağıdakıları misal olaraq gösətərə bilərik:
-Nə hiss edirsiniz?
-Nəyi nəzərdə tutursunuz?
-Siz bunu necə təsəvvür edirsiniz?
-Siz indi nə etmək istəyirsiniz?
Suallarla iş jurnalistdən ciddi hazırlıq tələb edir. Ancaq bu o
demək deyil ki, müsahibə zamanı o, kor-koranə və danışıqsız
əvvəlcədən hazırladığı qeydlərlə hərəkət etməlidir. Qeydlər ancaq
76
inam verir və özünü ələ almağa kömək edir. Mən həmişə yazdığım
sualları əlimin altında saxlayır, ancaq müsahibə zamanı ona çox az
nəzər salıram və heç vaxt sualları əzbərləmirəm.
Kanada reportyoru, yazıçı və jurnalistika müəllimi Con
Savotski artıq neçə illərdir ki, müsahibənin aparılması metodikası
üzərində çalışır. Onun işləyib hazırladığı əsas prinsip sualların açıq,
bitərəf və sadə olmasından ibarətdir. Açıq suallar müsahibə
obyektini onların məzmunu barədə düşünməyə və bunlara cavab
verməyə vadar edir. Belə hallarda siz təkcə izahat almaq yox, həm
də respondentin baxışını öyrənmək imkanı əldə edirsiniz. Bilavasitə
cavablar almağa imkan verən suallar müsahibə obyektini «bəli» və
«xeyr» cavablarından sonra daha ətraflı danışmağa gətirib
çıxaracaq.
Suallar bitərəf olmalıdır. Ancaq bu vaxt müsahibə obyekti
cavab verə bilər və söhbətin mərkəzində dayanar. Reportyorun
şəxsi fikri ilə bəzənmiş sualları söhbətin mərkəzinə onun özünü
gətirir.
Reportyor sualları tərtib edəndən sonra kiçik bir test
keçirmək gərəkdir. Müsahibə obyekti qoyulmuş suallara cavab verə
bilərmi, o bu sahə bərədə bir şey bilirmi, baş verən hadisə ilə bağlı
o, məsuliyyət daşıyırmı?
Müsahibəyə hazırlığın üsullarından biri tərtib olunan
sualları özünə verməkdir. Sən bu suallara cavab verə bilərsənmi?
Bu sadə test keyfiyyətli müsahibə aparmağa imkan verən yeni
alternativ suallar tapmağa məcbur edir. Əgər sualları öz üzərində
yoxlamaq istəmirsənsə, onda sualları həmkarına, yaxud dostuna
ver. Siyasətçilər mətbuatla görüşə hazırlaşarkən bəzən məşq edirlər
və bu məşqlər zamanı onların həmkarları jurnalist rolunda çıxış
edərək siyasətçini sıxışdırırlar. Adətən, belə işgüzar məşqlər
soruşulanlarla heç bir əlaqəsi olmayan suallara da universal
cavablar hazırlamaq işində siyasətçilərə kömək edir. Öz
həmkarları ilə müsahibə keçirmək qəfil hallara hazırlaşmaq üçün
gözəl üsuldur. Bu həm də reportyora verdiyi sualların aktuallığına
və doğruluğuna əmin olmaq imkanı verir.
77
QADAĞA
Bəzi sualların qoyuluşunu qadağan etmək lazımdır. Con
Savotski jurnalistin müsahibə üzərində işləyərkən buraxdığı on
«nöqsanın» siyahısını tərtib etmişdir:
*Bir kəlməlik cavablara («bəli» - «xeyr») imkan verən
*Sual əvəzinə təsdiq cümləsi
*Bir dəfəyə iki sual
*Həddən artıq yüklənmiş suallar
*Cavaba istiqamətləndirən suallar
*Sualın içində şərh və məsələyə şəxsi qiymətini vermək
*Sualda təxminlər və uydurmalar
*Sualda şişirtmə
*Sualda kimisə qaralamaq
*Başa düşülməsi çox çətin olan suallar
Təəssüf ki, biz çox vaxt bu qadağalara əhəmiyyət vermirik.
Unuduruq ki, yuxarıda göstərilən suallardan istifadə etməklə biz
keyfiyyətli informasiya almaq və yaymaq imkanlarımızı
məhdudlaşdırırıq. Reportyorun ən tipik səhvlərindən biri yeknəsəq
cavablara səbəb olan sualları verməsi və sual əvəzinə təsdiq
cümlələrini işlətməsidir. Müsahibə texnikasını inkişaf etdirməyin
ən yaxşı üsulu efirə verilmiş və ya çap olunmuş müsahibələrin
sonradan nəzərədən keçirilməsi və yuxarıdakı siyahının köməyi ilə
bunların təhlil edilməsidir.
Con Savotskinin göstərdiyi nöqsanlara əlavə olaraq
sualların bir növünü də mən bildirmək istərdim. Bu sualları vermək
olar və bunların cavablarını tamaşaçıya, yaxud dinləyiciyə
çatdırmaq vacib deyil. Söhbət faktiki suallardan gedir və bunun
məqsədi konkret məlumatlar əldə etmək, rəqəmləri dəqiqləşdirmək,
yaxud hadisənin səbəblərini öyrənməkdir. Əlbəttə, reportyor
məlumatları və faktları bilməlidir ki, bunları aydın şəkildə öz
auditoriyasına çatdıra bilsin. Unutmaq olmaz ki, məlumatı
78
ümumiləşdirmək siyasətçiyə və ya brandmayora* yox, məhz
reportyora aiddir. Müsahibə bu və ya digər məsələnin mürəkkəb
aspektlərini işıqlandırmalı və izah etməlidir, dinləyiciləri,
tamaşaçıları və oxucuları respondentin hissləri və təəssüratı ilə
tanış etməlidir, intəhasız faktları və rəqəmləri maraqsız şəkildə
saymaqla məşğul olmamalıdır.
-Cənab kapitan, deyə bilərsinizmi, yanğında nə qədər adam
həlak olub?
-Qənaət məqsədilə nə qədər uşaq bağçası qapanacaq? (yerli
inzibati orqannın rəhbərinə sual)
-Cənab direktor, istehsalın xaricə köçürülməsindən sonra nə
qədər adam işdən azad ediləcək?
Özlüyündə bu suallar o qədər də pis deyil, ancaq bu sualları
verərkən aldığımız cavabları söyləməklə biz öz rolumuzu
başqalarına həvalə edirik. Başqa birisi yox, məhz jurnalist böyük
yanğın zamanı hadisələrin necə inkişaf etməsi
*
Brandmayor – yanğınsöndürənlər dəstəsinin başçısı, «brand» – yanğın, «mayor» –
böyük, başçı deməkdir (tərc.).
barədə danışmalıdır. Brandmayora verdiyimiz sual belə olmalıdır:
arxasında böyük yanğın tüğyan edərkən o niyə jurnalistlərlə
danışır? Yerli inzibati orqanın rəhbəri izah etməlidir ki, nəyə görə
bu qədər uşaq bağçasının bağlanmasına qərar verib?
Direktordan soruşmaq lazımdır ki, istehsalı xaricə
köçürüldükdən sonra müəssisənin gəliri və onun paraşüt
müqaviləsi* necə olacaq? Reportyor faktları bildirir, məsul şəxslər
isə hadisənin necə və nə üçün baş verdiyini izah edirlər.
Söhbət idman məsələləri barədə gedəndə və iki baxış
toqquşanda faktiki suallardan istifadə etmək olar və hətta lazımdır.
Bu suallar hadisə haqqında danışan və onun şahidi olan adama
verilir, buna görə də söhbəti davam etdirmək üçün əlavə suallara
ehtiyac var.
79
Mən istərdim ki, fərziyyə kimi ifadə edilən suallara da
qadağa qoyulaydı. Məsələn, «Əgər belə bir şey olarsa, siz nə
edərsiniz?» Belə suallardan əl çəkmək çətin deyil, bir qayda olaraq
bu cür suallar məzmunlu söhbəti məhdudlaşdırır. Bir məsləhətim
də var: birdəfəlik və həmişə belə bir axmaq sualdan imtina edin:
«Siz filan işə təminat verə bilərsinizmi?…»
STRUKTUR
Müsahibəyə hazırlaşarkən siz nəinki sualların formasını
düşünüb qeyd etməli, həm də onun xronologiyasını
müəyyənləşdirməlisiniz. Jurnalist dramaturgiya qanunlarına əsasən
söhbətin strukturunu, onun başlanğıcını, sonluğunu və inkişafını
işləyib hazırlamalıdır. Bu ələlxüsus kütləvi elektron informasiya
vasitələri üçün vacibdir, çünki auditoriya sualları və cavabları
eşidir. Qəzetçi isə müsahibə bitəndən sonra cavabları istədiyi kimi
düzə bilər. Əlbəttə, bu gün
--------
*Paraşüt müqaviləsi – səbəbindən asılı olmayaraq istefaya gedən baş direktorun özündən
sonra qalan məbləğin miqdarı. Bu məbləğ əvvəlcədən razılaşdırılır. Adətən, söhbət böyük məbləğdən
gedir (tərc.).
radiojurnalistlər də montaj edə bilirlər, televiziya reportyoru da
montajın köməyi ilə söhbəti istədiyi formada qurmaq imkanına
sahibdir, amma ən yaxşısı sualları məntiqi sıra ilə verməkdir. Bu
vaxt müsahibənin keyfiyyəti yaxşılaşır və o daha rəvan və
düşünülmüş təsir bağışlayır.
Kiməsə bəsit görünə biləcək suallar verməkdən qorxmaq
lazım deyil. Çox vaxt reportyor özü daha mürəkkəb və ağıllı
görünən suallar uydurmaqla vəzifəsini çətinləşdirir. Çoxları belə
hesab edir ki, onlar tanınmış və təcrübəli jurnalistdirlər və buna
görə də sadəlövh və adi suallar verməməlidirlər. Məsələn, nə üçün
bu yaxınlarda qeyri-adi, mühüm və maraqlı hadisənin iştirakçısı
olan adama «Hə, necə oldu?» sualını verməklə müsahibəyə
başlamaq mümkün olmasın? Elə indicə azad olunmuş girovdan,
məhkəmə zalından sərbəst buraxılmış dustaqdan, seçkilərdən qalib
çıxmış siyasətçidən, qaçışda uduzmuş idmançıdan bu sadə sualı
80
soruşarkən onlar tamaşaçı, dinləyici və oxucu üçün maraqlı ola
biləcək hisslərindən, keçirdikləri həyəcandan danışa bilərlər. Bu
sualı müxtəlif cür qoymaq olar, onu hətta montaj vaxtı atmaq da
mümkündür. Əsas məqsəd hadisə haqqında emosiyaya və qəfil
yaranan söhbətə nail olmaqdır.
Digər sadə sual isə «Nə üçün?» ola bilər. Bu sualı
cəmiyyətdə müzakirə doğuran hansısa bir qərarın qəbul edilməsi
üçün məsul olan şəxsə vermək olar. Nə isə maraqlı və mühüm bir
hadisə baş verərkən hamı maraqlanır ki, bu hadisə
nə üçün və necə olmuşdur. Buna görə də bu iki sual söhbəti
başlamaq üçün münasib sayıla bilər.
Söhbəti tamamlamaq üçün gələcəyə istiqamətləndirilən
«İndi siz nə etmək istəyirsiniz?», «Bundan sonra hansı addımı
atacaqsınız?» və s. sualları vermək olar. Qəribə də olsa, sadə
sualların qoyuluşu, adətən, ən təcrübəli və cəsarətli jurnalistlərə xas
olan keyfiyyətdir.
Yaxşı hazırlanmış müsahibədə onu xronoloji qaydada və ya
məntiqi qanunlara görə inkişaf etdirən bir neçə əsas sual olur. Belə
suallar müsahibənin mayasını, onun dramaturji əsasını təşkil edir.
Lakin bununla yanaşı, sonrakı və ya alternativ suallar da
mövcuddur. Müsahibin cavablarından asılı olaraq bunlar
dəqiqləşdirici, şərhedici və etiraz xarakteri daşıya bilər. Bu sualları
konkret müsahibə üçün əvvəlcədən hazırlamaq mümkündür, ya da
bunlardan ötrü universal forma tapmaq lazımdır.
Müsahibəni üç amil üzrə təhlil etmək olar: əvvəlcədən
hazırlanmış alternativ suallar və gözlənilməz suallar. Müsahibənin
mayasını söhbəti başlayan, onun tərkibini təşkil edən və onu başa
çatdıran əvvəlcədən hazırlanmış suallardır. İkinci amil əvvəlcədən
hazırlanmış alternativ suallardır və bunların prinsipi belədir: əgər
müsahib belə cavab verərsə, mən ona bu sualı verəcəyəm, əgər
başqa cür cavab versə, onda bu-bu-bu şeyləri soruşacağam. Üçüncü
– gözlənilməz, söhbətdən doğan suallar. Bu, müsahibənin demək
olar ki, ən mürəkkəb anıdır. Əvvəlcədən hazırlanmış suala siz
birdən gözləmədiyiniz cavabı alırsınız və bu sizdən ani reaksiya
tələb edir. Müsahibə prosesində gözlənilməz şeylərə həmişə hazır
81
olmaq lazımdır. Müsahibədə qəfil dönüş söhbətin ən maraqlı
yeridir. Məhz bu vaxt söhbət gözlənilməz xarakter alır, atmosferi
yumşaldır, yaxud, əksinə, hissləri qızışdırır.
DİNLƏMƏK BACARIĞI
Sonrakı uyğun sualları vermək və müsahibəni canlandırmaq
üçün reportyorun dinləmək bacarığı olmalıdır. Müsahibəyə
hazırlaşmaq, öz suallarını tərtib edib yazmaq işin yarısıdır. Öz
müsahibini dinləmək bacarığı uğurlu müsahibənin ikinci yarısıdır.
Çox ciddi hazırlıq o yerə gətirib çıxarar ki, reportyor müsahibinin
ona nə dediyinə qulaq asmadan suallarını avtomtik olaraq verə
bilər. Belə reportyorun başında bir fikir dolaşır: «Hə, müxtəsər elə,
müxtəsər elə, mən sənə daha ağıllı sual verəcəyəm». Belə işin
nəticəsi yeknəsəq, uydurulmuş və soyuq müsahibəyə gətirib çıxarır.
Canlı efirdə müsahibə aparan jurnalist bir az ehtiyat edir ki,
onun müsahibi söhbət zamanı ağzından bir şey qaçıra bilər.
Dinləmək bacarığı olan reportyor şəraitdən asılı olaraq
improvizasiyaya hazır olmalıdır. Söhbət təkcə cavabların faktiki
məzmunundan deyil, həm də müsahibənin emosional tərəfindən
gedir. Əgər müsahibin qanı qaradırsa, ləng və sakit danışırsa,
jurnalist də öz ahəngini və sürətini ona uyğunlaşdırmalıdır. Və
əksinə, olimpiya oyunlarının qalibi ilə pıçıltıyla danışmağa
dəyməz. Jurnalist müsahibinin cavabları və əhvalına uyğun hərəkət
etməlidir.
Müsahibəni birbaşa hadisədən başlayın. Girovdan azad olmuş şəxsə, istefaya
çıxmış nazirə bu qərarı nə üçün qəbul etdiyini soruşmaq olar (F1). İlk cavabdan
sonra reportyorun əvvəlcədən hazırladığı sualın köməyi İlə dəqiqləşdirmək
(F2) lüzumu yarana bilər: «Bütün girovlardan niyə təkcə sizi buraxdılar?»
«Nəyə görə bu suala siz dünən başqa cavab verdiniz?»
Dəqiqləşdirilmiş suallardan sonrajurnalist əsas mövzuya keçir (F3) və
gözlənilməz cavab (S 3) alır. Bunu müsahibənin gözlənilməz sahəsində (F4)
82
inkişaf etdirmək lazımdır. Ola bilər ki, reportyor əsas mövzuya keçməzdən əvvəl
(F6) daha bir izahat (F5) tələb olunsun.
Əvvəlcədən hazırlanmış daha bir alternativ sual (F7) gözlənilməz cavab
doğura bilər. Bu da ona gətirib çıxarar ki, planlaşdırılmış əsas suallardan biri
cavabdan doğan yeni sual (F8) ilə əvəz olunar. Bundan sonra planlaşdırılmış
(F9) sualına və nəhayət yekunlaşdırıcı (F10) sualına keçməyə imkan yaranar. Bu
vaxt biz soruşacağıq: «Siz nə etmək istəyirsiniz?» Bu suala, ehtimal ki,
perspektivi göstərən cavab (S10) verilsin.
Müsahibə götürərkən həmişə ehtiyatlı olmaq lazımdır: əgər
qiymət verilən və kiminsə şəxsiyyətinə toxunan cümlə işlədilirsə,
bunları cavabsız qoymaq olmaz. Reportyor vaxtında etirazını
bildirməli və ya belə rəyləri izah etməlidir. Auditoriyaya aydın
olmayan ifadələr və anlayışlar başa salınmalıdır. Müsahibə aparan
jurnalist bəzən söhbətin istiqamətini və üslubunu dəyişməli olur.
Əgər müsahib özünə rəğbət qazandırmağa, özünü şəraitin təqib
olunan qurbanı kimi göstərməyə çalışırsa, bu zaman reportyorun
müsahibəni ittiham ruhunda aparması düzgün deyil. Yenə də çox
şey müsahibi dinləmək bacarığından asılıdır.
Müsahibə zamanı adamların necə yerləşdirilməsi
əhəmiyyətlidir. Müsahibə obyektinə çox yaxın oturmaq lazım
deyil, çünki bu həm kadrı kəsir, həm də müsahibin fikrini
toplamasına və suallara sakit cavab verməsinə mane olur. Digər
tərəfdən, çox uzaq oturmaq da lazım deyil, bu bir qədər gərgin,
soyuq şəraitə səbəb olur. Necə əyləşmək məsələsində öz
təcrübənizə və intuisiyanıza güvənin. Hər iki tərəf özünü rahat hiss
etməlidir.
Reportyor
müsahibinin
gözünə baxmağı bacarmalıdır.
Bəzən qaşının hərəkəti və ya baxışın müsahibinə kifayət edir ki, o,
mövzunu inkişaf etdirsin. Televiziya müsahibəsində suallara cavab
verən respondentin gözlərini oynatmaması və ya gözələrini
kameraya dikməmsi vacibdir. Müsahibə verməyə alışmamış adama
başa salmaq lazımdır ki, o özünü kamera qarşısında necə
aparmalıdır. Əgər müsahib danışarkən sizin gözünüzə baxırsa,
onun baxışlarını qəbul etməyi bacarın.
83
Radioreportyor öz müsahibinin söhbətini başının yüngül
hərəkəti ilə təqdir edə bilər. Ancaq televiziya jurnalistinin başını
çox tərpətməsi tamaşaçıları
əsəbiləşdirir və söhbətin
qavranılmasına mane olur. Müsahibə aparılarkən radioreportyorun
mütəmadi olaraq təsdiqedici sözləri, onun gülüşü də həmin effekti
verir. Sualı verəndən sonra radiojurnalist dinməzcə cavaba qulaq
asır. Fikrini tamamlamamış müsahibin sözünü kəsmək olmaz,
qoyun o, cümləni axıra çatdırsın. Bu, təkcə başqasına qarşı nəzakət
deyil, həm də müsahibəni montaj etmək işini asanlaşdıran üsuldur.
İki adamın birdən danışması lent yazısı ilə işi çətinləşdirir. Əlbəttə,
bəzən dayanmaq bilməyən müsahibin sözünü kəsməli olursan.
Amma bunu səmimi etmək lazımdır və onun sözünü nəyə görə
kəsdiyini izah etməlisən. Dinləmək bacarığına malik olan reportyor
müsahibinin sözünü onun bircə saniyəliyə nəfəsini dərmək istədiyi
an kəsir.
Ümumiyyətlə, susmağı çox vaxt ən yaxşı sual əvəz edə
bilər. Müsahibinə sualedici nəzərlə baxmaq, başı ilə işarə etmək və
bir söz belə demədən pauza vermək ən gözlənilməz cavablara
gətirib çıxara bilər.
Müsahibini
diqqətlə dinləyən təcrübəli reportyor söhbət
zamanı qısa və məzmunlu sözlər seçir və bu sözləri müsahibənin
ilk və ya son sözləri kimi işlətmək mümkündür. Beləliklə, jurnalist
söhbət zamanı montaj üzərində çalışmağı da fikrinə gətirir.
Belə çıxır ki, sual edərkən jurnalist verilən cavabı diqqətlə
dinləməlidir və gözlənilməz, yaxud maraqlı olan heç bir şeyi
diqqətindən yayındırmamalıdır, eyni zamanda müsahibəni necə
montaj edəcəyini fikirləşməlidir. Reportyorun tapşırığa yaxşı
hazırlaşmağı o vaxt yaxşı nəticə verir ki, müsahibəni başa çatdırıb
kameranı və maqnitofonu bağlayandan sonra rahat nəfəs ala bilsin.
Jurnalist
həmişə istər ki, onun müsahibəsi sadə və təbii
şəkildə keçsin. Amma unutmayaq ki, buna nail olmaq asan deyil.
Reportyor da, müsahibə obyekti də başa düşürlər ki, onların hər bir
sözü tamaşaçı və dinləyici tərəfindən müşahidə olunur. Beləliklə,
bu, iki adamın adi söhbəti deyil. Hətta ən sadə və təbii şəraitdə
mikrofon və kamera xatırladır ki, söhbət iki nəfərin danışığından
84
getmir. Mikrofon hətta təcrübəli siyasətçini də çaşdıra bilər,
televiziya studiyası isə naziri də qorxuya sala bilər.
MÜSAHİBƏNİN MÜXTƏLİF NÖVLƏRİ
Jurnalist jarqonunda müsahibə sinxron adlanır. Bu terminin
yaranması ilk səsli filmlərin meydana çıxması ilə bağlıdır və o vaxt
səs ayrıca xüsusi maqnitofonlara yazılırdı. Montaj vaxtı səs və
təsviri sinxronlaşdırmaq lazım gəlirdi. İndi, əlbəttə, heç kəs bu
metoddan istifadə etmir, ancaq anlayışın özü qalmışdır və
jurnalistlər bu termini əvvəlki kimi işlədirlər.
Etik normalar və praktiki priyomlar müsahibənin növündən
xeyli dərəcədə asılıdır. Həyatında ilk dəfə müsahibə verən insana
təcrübəli siyasətçiyə yanaşıldığı kimi münasibət bəsləmək olmaz.
Rəy soruşmaq müsahibəsini, şahidin müsahibəsini, «qarşıdurma»
müsahibəsini, mətbuat konfranslarını və faktiki müsahibəni bir-
birindən ayırmaq lazımdır.
Dostları ilə paylaş: |