Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə608/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   604   605   606   607   608   609   610   611   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

naturalist psixologizm
 
(C.Dyui) adlanır. Bu təlim dəyərləri obyektiv 
reallıq amilləri hesab edirdi. Onlar empirik müşahidə olunur. Dəyərlərin 
yaranma mənbələri insanların bioloji və psixoloji tələbatları ilə əlaqəlidir. 
Bu nöqteyi- nəzərdən insanların tələbatını ödəyən hər bir predmet dəyər 
hesab olunurdu. 
Dəyərləri izah edən digər təlim 
aksioloji transendentalizm
 
(V.Vindelband və H.Rikkert) hesab olunur. O dəyəri obyektiv reallıq 
deyil, ideal varlıq hesab edirdi. Bu təlimin nümayəndələri göstərirdilər ki, 
dəyərlər insanların arzusundan asılı deyildir. Məsələn xeyirxahlıq, həqiqət, 
gözəllik özü- özlüyündə məqsədi ifadə edir. Buna görə də onlar başqa 
məqsədlərə nail olmaq üçün vasitə kimi istifadə oluna bilməz. Onların 
fikrincə dəyərlərin daşıyıcısı «ümumilikdə şüurdur», yəni transendental 
(hissidən yüksəkdə duran, əlçatmaz) subyektdir. Bu təlim dəyərləri insan-
dan asılı olmayan normalar kimi təsəvvür edirdi və göstərirdi ki, onlar 
konkret dəyərlərin və mədəniyyətin ümumi əsasını təşkil edir.
1
Гегель Г. Философия права. М.,1990, с.404. 


559 
Dəyərlərə 
personalist 
ontologizm
(M.Şeler və başqaları) 
mövqeyindən yanaşma onların obyektiv olduğunu qəbul edir. Onun 
fikrincə dəyərlər şəxsiyyətin ontoloji əsasıdır. Lakin predmetlərin özündə 
olan dəyərləri, onların empirik təbiəti ilə qarışdırmaq olmaz. Məsələn rəng 
onun məxsus olduğu predmetlərdən asılı olmayaraq mövcud olduğu kimi, 
dəyərlər (xoş, ülvi, xeyirxah və s.) də onların aid edildiyi predmetlərdən 
asılı olmadan müşahidə oluna bilir. Həmin təlimə görə dəyərlərin 
anlaşılması və seyr edilməsi, nəticə e„tibarilə sevgi və ya nifrət hissinə 
əsaslanır. Dəyərlərin keyfiyyəti, onların uzunömürlülüyü və onlardan 
alınan ləzzət (həzz) ilə ölçülür. Bu mənada hissi arzular və maddi 
nemətlərlə bağlı dəyərlər qısa müddətlidirlər. Onlardan yüksəkdə gözəllik 
və idrak ilə əlaqəli dəyərlər durur. Ən yüksək dəyər isə Allahın 
müqəddəsliyi ideyasıdır. Sevginin ən yüksək səviyyəsi allaha olan sevgi-
dir. Buna görə bütün dəyərlərin əsasında ilahi şəxsiyyət dəyəri durur. 
Nəhayət 
dəyərlərin sosioloji konsepsiyası 
da qeyd (M.Veber) 
olunmalıdır. O göstərirdi ki, dəyər sosial subyekt üçün müəyyən 
əhəmiyyət kəsb edən normadır. Dəyərlər probleminin sosiologiyaya ilk 
dəfə Veber gətirmişdir. O cəmiyyətin inkişafında etik və dini dəyərlərin 
rolunu xüsusi qeyd edirdi. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   604   605   606   607   608   609   610   611   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin