Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Müasir fəlsəfi ədəbiyyatda da dəyərlərin anlaşılması və



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə609/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   605   606   607   608   609   610   611   612   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Müasir fəlsəfi ədəbiyyatda da dəyərlərin anlaşılması və 
təbiətinə dair müxtəlif fikirlər vardır
. Bəziləri belə hesab edirlər ki, 
dəyər müəyyən fayda verən, insanın tələbatını ödəyən hər hansı predmet-
dir. Digərləri dəyərə ideal və norma kimi yanaşırlar. Nəhayət, dəyərlərin 
bütövlükdə insan üçün və yaxud sosial qrup üçün müəyyən əhəmiyyət 
kəsb etdiyini əsas götürənlər də vardır. Bu nöqteyi nəzərlərin hər biri 
dəyərlərin müəyyən tərəfini ön plana çəkir. Buna görə onları qarşılıqlı 
əlaqədə götürdükdə dəyərə aid ümumi konsepsiya yaranır. Özü- 
özlüyündə bu yanaşmaların hər biri faydalıdır, çünki sosial həyatda real 
mövcud olan cəhəti əks etdirir. Bu mənada hətta fövqəltəbii qüvvələrə 
inamla bağlı dini dəyərlər də real xarakter daşıyır. Çünki onlar dindarların 
davranış və hərəkətlərinin norma və motivlərini şərtləndirir.
Dünyanın dəyər baxımından qavranılmasına və dəyərlərin 
formalaşması prosesinə insanın mövcudluğu ilə bağlı bütün amillər (biolo-
ji, sosial, psixiki və sair) əhəmiyyətli tə„sir göstərir. Onların fərdi miqyas-
da birləşməsi ayrıca insanın dəyərlərini, şəxsiyyət xarakterli dəyərləri 
yaradır. Bu hal əlbəttə ümumbəşəri dəyərlərin mövcudluğunu inkar etmir. 
Nəzərdə tutulmalıdır ki, ümumbəşəri dəyərlər fərdi dəyərlər ilə yanaşı 
mövcuddur. Bu mənada ümumbəşəri dəyərlər həm də fərdi və şəxsi 
dəyərlərdir. Hər bir şəxsiyyət onları özünə məxsus şəkildə qavrayır və 
mə„nalandırır. 


560 
Dəyərlər çoxtərəfli və rəngarəngdir, onları müxtəlif meyarlar üzrə 
qruplaşdırmaq olar: 1) ekzistensial (cari, gündəlik mövcudluq ilə bağlı) 
dəyərlər və essensial (insanın mahiyyətindən irəli gələn) dəyərlər; 2) 
mövcud (yəni artıq reallaşmış) və fikirdə tutulan, ideal dəyərlər; 3) arzu 
olunan (yüksək təhsil almaq) və normativ (qanuna hörmət hissi) dəyərlər. 
Dəyərlərin digər bir təsnifatı onları aşağıdakı kimi ayırır. Bu 
bölgüdə birinci növü predmet dəyərləri tutur. O dünyadakı bütün 
rəngarəng hadisələri öz predmetliyinə görə mənalandırır. Yəni onlar xeyir 
və ya şər, həqiqət və ya yalan, gözəl və ya eybəcər, ədalətli və ya ədalətsiz 
kimi qiymətləndirilir. Predmet dəyərlərinə aşağıdakılar daxil edilir: sosial 
rifah, mütərəqqi əhəmiyyətli tarixi hadisələr, keçmişin mədəni irsi, elmi 
həqiqət, əxlaqi xeyirxahlıq, estetik keyfiyyətlər. Dəyərlərin bu qrupuna 
həm də insanların maddi və mənəvi fəaliyyəti predmetləri, ictimai 
münasibətlər, bu münasibətlərə cəlb olunan və insan üçün müsbət 
əhəmiyyət kəsb edən təbiət hadisələri daxil edilir. Dəyərlərin ikinci 
növünü subyektiv dəyərlər təşkil edir. Onlar xeyir, şər, ədalət, gözəllik, 
həyatın mənası, ideal aə sair haqqında normalar formasında ifadə olunan 
ustanovkaları, qiymətləri, tələbləri və qadağaları əhatə edir. Bu qəbildən 
olan dəyərlər insanların fəaliyyətinin oriyentirləri və meyarları rolunu 
oynayırlar. Dəyərlərin hər iki növündə insanın dünyaya dəyər baxımından 
olan münasibəti əsas yer tutur. 
Insanların malik olduğu dəyərləri həm də öz əhəmiyyətinə görə 
müxtəlif növlərə ayırırlar. Bu halda əvvəlcə gündəlik və minimum 
tələbatları ödəmək üçün nəzərdə tutulan dəyərlər göstərilir. Bunların 
ardınca daha yüksək səviyyəli dəyərlər (həyatın mənası) gəlir. 
Dəyərlərə ümumi şəkildə yanaşdıqda məqsəd- dəyər (yüksək 
mütləq dəyər) və vasitə- dəyər (alət rolunu oynayan dəyər) bir- birindən 
fərqləndirilir. Bundan başqa dəyərlər öz sosial əhəmiyyətinə və törətdiyi 
nəticələrə görə müsbət və mənfi dəyərlərə ayrılır. Nəhayət, dəyərlərin 
maddi və mənəvi növlərə bölgüsü də mövcuddur.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   605   606   607   608   609   610   611   612   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin