Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə617/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   613   614   615   616   617   618   619   620   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

(futurologiya)
inkişaf etməyə başlamışdır. Bu, 
müasir dövrdə bəşəriyyətin perspektivlərinin öyrənilməsinə olan tələbatın 
nəticəsidir. Xüsusilə də XX əsrin 60- cı illərindən etibarən elmi- texniki 
inqilabın iqtisadi və sosial nəticələrinin, bəşəriyyətin qarşısında duran 
ümumi problemlərin uzun müddətli proqnozlaşdırılması işi genişləndi. Bu 
zamandan həmin məqsədlə onlarca beynəlxalq və milli təşkilat, elmi 
mərkəz və klublar fəaliyyət göstərməkdədir. Bunlardan Roma klubu 
təşkilatını, Hudzon şəhərindəki gələcəyi öyrənən xüsusi insititutu və 
başqalarını göstərmək olar. 1974-cü ildən etibarən isə gələcəyin tədqiqi 


568 
üzrə Ümumdünya federasiyası fəaliyyət göstərir. Hazırda müxtəlif 
beynəlxalq təşkilatlar, hökumət komissiyaları və elmi mərkəzlər arasında 
sosial və iqtisadi inkişafın, elmi -texniki tərəqqinin, ekoloji vəziyətin və 
demoqrafik proseslərin uzunmüddətli proqnozlarının işlənib hazırlanması 
sahəsində əməkdaşlıq genişlənir.
Fəlsəfə gələcəyə optimist nəzərlə baxır, onun əsas rolunu 
bəşəriyyətin dinc və əmin- amanlıq şəraitində yaşamasının tə'min 
edilməsində, hümanist məqsədlərə doğru irəliləməsində görür.
Müasir cəmiyyətin iqtisadi, elmi- texniki və mə'nəvi potensialı 
artdıqca, gələcək haqqında biliklər dəqiqləşir. Üçüncü minilliyə qədəm 
qoymuş bəşəriyyət öz fəaliyətinin nəinki təkcə yaxın gələcəkdə, həm də 
nisbətən uzaq perspektivdə törədə biləcəyi iqtisadi, sosial və mə'nəvi 
nəticələri ciddi nəzərə alır. Başqa sözlə deyilsə o təkcə bu gün üçün deyil, 
sonrakı nəsillərin taleyi üçün də narahatlıq keçirir.
Müasir dövrdə sosial tərəqqinin gələcək perspektivlərini müəyyən 
etmək üçün bəşəriyyətin malik olduğu elmi metod və vasitələrin sayı artır, 
onların keyfiyyəti durmadan təkmilləşir. Gələcəyi hərtərəfli öyrənmək 
üçün onu aşağıdakı üç əsas dövrə bölürlər: yaxın gələcək (təxminən 20-30 
il), fikirdə təsəvvür edilən gələcək (təxminən 30-100 ilə qədər), uzaq 
gələcək (yüz il və daha çox). Qeyd olunmalıdır ki, irəlicədən görmə 
(uzaqgörənlik) elminin metod və müddəalarının elmi dəqiqlik və 
mö'təbərlik dərəcəsi bu üç dövr üçün eyni deyildir. Bu mə'nada yaxın 
gələcək haqqında təsəvvürlər daha çox elmi xarakter daşıyır, onların 
dəqiqlik və konkretlik səviyyəsi də yüksəkdir. Əksinə, gələcək haqqında 
proqnozların tarixi müddəti nə qədər uzun dövrü əhatə edirsə, onların 
ümumi və fərziyyə də xarakteri bir o qədər də çox olur. Bu tamamilə 
təbiidir. Belə ki, haqqında söhbət gedən gələcəyin müddəti nə qədər 
yaxındırsa, onun müasir həyatla, gerçəkliklə əlaqələri də bir o qədər güclü 
və bilavasitə olur. Deməli onları öyrənməyin elmi əsasları və müfəssəllik 
dərəcəsi də çoxdur.
Yaxın gələcək haqqında sosial proqnozlar 20- 30 ildən sonrakı 
dövrdə müxtəlif ölkələr və dünya üzrə əhalinin sayı, yaş tərkibi, orta 
ömürsürmə göstəriciləri, habelə mövcud olacaq xammal mənbələrinin 
miqdarı, enerji, ərzaq ehtiyatları, iqtisadiyyatın elmi- texniki və texnoloji 
səviyyəsi haqqında konkret və elmi cəhətdən əsaslandırılmış mə'lumatlar 
verir. 
Gələcəyin nisbətən uzaq olan ikinci dövrünə aid təsəvvürlər, 
biliklər müəyyən elmi mö'təbərliyə malik olsalar da bir çox cəhətdən 
ehtimal xarakteri daşıyır. Bu müddətdə dünya əhalisinin sayının azalması 
meylinin özünü göstərəcəyi, zəif inkişaf etmiş ölkələrin öz iqtisadi 


569 
geriliyini aradan qaldıra biləcəyi, humanist və demokratik cəmiyyətə 
keçiləcəyi ehtimal olunur.
Uzaq gələcəyə aid proqnozlar əsas etibarilə hipotetik fərziyyələrə 
əsaslanır. Çünki cəmiyyətin inkişafı son dərəcə mürəkkəb, müxtəlif və 
alternativ yollar üzrə baş verdiyinə görə tarixin gedişi uzaq gələcək 
haqqında indiki təsəvvürlərimizə mütəmadi olaraq dəqiqləşmə və 
düzəlişlər verəcəkdir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   613   614   615   616   617   618   619   620   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin