Gələcəyin proqnozlaşdırılması çox mürəkkəb və çətin iş olmaqla bir sıra metodlarla həyata keçirilir . Sosial proqnozlaşdırmanın
metodları çoxdur. (təxminən iki yüzə qədər). Onlardan aşağıdakı beş
metod əsas yeri tutur:
1. Ekstrapolyasiya (hərfi mə'nası bir haldan digərinə köçürməkdir)
metodu hazırda ictimai həyatda baş verən meyllərdən çıxış edərək
gələcəyi təsvir edir. Yə'ni bu meyllərin fəaliyyəti bir növ gələcəyə
köçürülür. Bu halda fəaliyyət göstərən meyillərə həm də idarəedici
orqanların göstərə biləcəyi tə'sir nəzərə alınır. Ictimai proseslər
reallaşdıqca bu metodun məzmunu təshih olunur, dəqiqləşir.
2. Tarixi analogiya metodu, gələcəyi öyrənərkən ictimai prosesləri
və hadisələri keçmişdə baş verənlərə bənzətməklə tarixi təcrübədən
istifadə etməyi əsas götürür. Lakin bu metodu mütləqləşdirmək olmaz,
çünki keçmişdə baş verən tarixi proses və hadisələr heç vaxt olduğu kimi
gələcəkdə təkrar oluna bilməz.
3. Kompüter vasitəsilə modelləşdirmə metodu, elektron hesablama
maşınlarının (kompüterlərin) köməyilə gələcəkdə baş verəcək ictimai
proseslər və hadisələrin riyazi modelinin verilməsinə əsaslanır. Hər bir
riyazi modeldə sosial gerçəkliyin müxtəlif tərəflərini əks etdirən dəyişən
kəmiyyətlərin miqdarı əsas götürülür.
4. Gələcəyin ssenarisinin yaradılması metodu, digər metodlardan da
istifadə etmək yolu ilə gələcəkdə ictimai həyatın təşkili və müxtəlif
tərəflərinin mənzərəsini göstərməyi nəzərdə tutulur.
5. Ekspert qiymətləndirmə metodu sosial proqnozlaşdırmada çox
mühüm yer tutur. Bu metod real tarixi prosesin perspektivini doğru,
adekvat nəzəri təsəvvürlər formasında başqa metodların əldə etdiyi
nəticələri düzgün təhlil etmək əsasında müəyyən etməyə yönəlir.
Qeyd olunmalıdır ki,
gələcək haqqında uzunmüddətli proqnozlar işlənib hazırlanarkən bu metodlar vəhdət halında götürülür,onların