570
1.
Axtarış xarakterli proqnozlar
(realist proqnozlar). Bu növ
proqnozlarda ictimai fəaliyyətin müxtəlif sfera və sahələrində inkişafın
bugün üçün özünü göstərməkdə olan meyillərini ümumiləşdirmək
əsasında gələcəyin mənzərəsi müəyyən olunur. Onların müəllifləri iqtisadi
planlaşdırma, müxtəlif sosial proqramlar və islahatlar həyata keçirmək
təlabatından doğan bilavasitə praktiki məqsəd güdürlər.
2.
Analitik proqnozlar
gələcəyi tədqiq etməyin müxtəlif metod və
vasitələrinə, onların idraki əhəmiyyətinə arxalanmaqla elmi məqsədlər
irəli sürür. Həmin proqnozların tərtib edilməsi, sosial uzaqgörənlik elmi-
nin malik olduğu ideya cəbbəxanasına əsaslanır. Bu halda xüsusilə də
müxtəlif futuroloji konsepsiyaların statistik və məntiqi dəlilləri, sübutları
(verifikasiyası) əsas götürülür.
3.
Normativ proqnozlar
gələcəkdə müəyyən məqsədlər əldə
etməyə yönələn, müvafiq plan və proqramları yerinə yetirmək üçün
müxtəlif praktiki tövsiyələr irəli sürür. Onlar əsas etibarilə gələcəyin
mənzərəsini arzu olunan istiqamətdə təsvir edir və ya bu mənzərənin digər
alternativlər ilə müqayisədə üstün olduğunu sübut etməyə yönəlir.
4.
Qoruyucu, (mühafizə edici)
xarakterli proqnozlar insanların
şüur və hərəkətlərinə bilavasitə tə„sir göstərməklə onları gələcəkdə
gözlənilən arzuolunmaz nəticələri aradan qaldırmağa sövq etmək məqsədi
güdür. Bu proqnozların müəllifləri gələcəyin faciəli və kədərli mənzərəsini
irəlicədən başa salmaqla ictimai rə„yi onun qarşısını almağa səfərbər
edirlər.
Normativ proqnozlar ilə axırıncı növ proqnozlar (qoruyucu, hifze-
dici proqnozlar) bir- birinə çox yaxındır. Bunların hər ikisinin əsas
məqsədi kütlələrin şüur və davranışına məqsədyönlü istiqamət verməkdir.
Sosial proqnozlaşdırmanın yuxarıda verilən təsnifatı xeyli dərəcədə
nisbi xarakter daşıyır. Belə ki, əksər proqnozlar bir növün hüdudları ilə
məhdudlaşmır, digər növlərin xassələrini də əhatə edir.
Gələcək haqqında uzunmüddətli sosial proqnozlar elmin gələcəyi
irəlicədən görmə funksiyası ilə bilavasitə əlaqədardır. Lakin bu
proqnozların məzmununda elmi- idraki tərəflə yanaşı həm də ideoloji
səpgi özünü göstərir.
Dostları ilə paylaş: