Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Belə ki, gələcəyə dair sosial proqnozları



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə620/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   616   617   618   619   620   621   622   623   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Belə ki, gələcəyə dair sosial proqnozları 
hazırlayarkən bu və ya digər sosial qrupun, millətin nümayəndələri 
burada öz mənafelərini də əks etdirirlər

Müasir dövrdə gələcəyin öyrənilməsi, sosial proqnozlaşdırma bu və 
ya digər konkret elmin hüdudlarından kənara çıxır. Bu təbiidir, çünki 
yalnız iqtisadi və demoqrafik inkişafın, elmi- texniki və mədəni tərəqqi 
göstəricilərinin, beynəlxalq münasibətlərin perspektivinin təhlili əsasında 
həqiqi proqnozlar yaratmaq mümkündür. 


571 
Müasir dövrdə baş verən elmlərin inteqrasiyası meyli gələcək 
haqqında elmlərdə də özünü göstərir. Bunun nəticəsidir ki, hazırda 
gələcəyin öyrənilməsi, bəşəriyyətin perspektivlərinin tədqiqi getdikcə da-
ha artıq dərəcədə müxtəlif elmlərin birgə fəaliyyəti obyektinə çevrilir. Bu 
prosesdə humanitar, təbii elmi və texniki elmlərin əməkdaşlığı, elmlərarası
kompleks tədqiqatlar aparılması daha çox zəruri olur. 
2. Elmi- texniki inqilab və bəşəriyyətin gələcəyi 
Müasir elmi- texniki inqilab XX əsrin ikinci yarısından e„tibarən 
geniş fəaliyyət göstərməyə başlamışdır. O, müasir dövrün universal 
hadisəsi olmaqla cəmiyyətdə əsaslı irəliləyişlər yaradır. 
Elmi- texniki 
inqilabın mühüm rolu təkcə ümumdünya tarixinin bu günü ilə 
məhdudlaşmır. O, həm də bəşəriyyətin gələcəyi ilə əlaqədar 
məsələlərin həlli baxımından artmaqda olan əhəmiyyət kəsb 
etməkdədir

Müasir elmi- texniki inqilabın törətdiyi əsaslı texnoloji çevriliş 
təkcə iqtisadiyyatda deyil, ictimai həyatın bütün sahə və tərəflərində hiss 
olunur. Bu mə„nada elmi- texniki inqilab bəşəriyyətin ümumi yüksəlişinin, 
gələcək inkişafının çox mühüm amili kimi çıxış edir. Təsadüfi deyildir ki, 
gələcək cəmiyyətdə humanist idealların həyata keçirilməsində sosial və 
siyasi dəyişikliklərlə yanaşı, elmi- texniki amillərə də böyük yer verilir. 
Elmi- texniki inqilabın ictimai həyatdakı rolu bu gün üçün xüsusilə 
böyükdür. Müasir dövrdə mikroelektronika, informatika, robot texnikası, 
biotexnologiya və elmi- texniki inqilabın digər istiqamətləri bütün dünya-
da güclü dəyişdirici rol oynayır. Elmi- texniki inqilab nəticəsində 
bəşəriyyət qısa müddət ərzində təbiət qüvvələrinin sirrlərinin dərk 
olunması və onlardan praktiki istifadə edilməsində irəliyə doğru böyük 
sıçrayış etmişdir. Müasir kvant mexanikası, nüvə fizikası, polimerlər 
kimyası, kibernetika, informatika, molekulyar biologiya, gen mühəndisliyi 
və digər sahələr son on illiklərdə böyük inkişaf yolu keçmiş, yeni- yeni 
müddəa və kəşflərlə zənginləşmişdir. 
Elmi- texniki inqilabın təsiri ilə maddi istehsal əsaslı sürətdə 
yeniləşir, elmi kəşflər ilə onların praktiki istifadə edilməsi arasındakı 
müddət qısalır. Əməyin strukturunda da ciddi irəliləyişlər baş verir, biliyin 
maddiləşmiş qüvvəsi kimi çıxış edən texnikanın rolu artır. Fiziki əməyin 
intellektual məzmunu çoxalır, elmi əmək ilə bilavasitə istehsal sferasında 
əmək arasındakı əlaqələr möhkəmlənir. 
Elm və texnikanın tərəqqisi ilə insanın özünün inkişafı arasında di-
alektik qarşılıqlı əlaqə mövcuddur. Onun mexanizmi aşağıdakı kimidir. 


572 
Bir tərəfdən insan öz fəaliyyətində elmi- texniki inqilabın müxtəlif 
istiqamətli təsirini getdikcə daha çox hiss edir. Digər tərəfdən isə elmi- 
texniki tərəqqinin maddi istehsala və mənəvi həyat sferalarına nüfuzu 
dərinləşdikcə bu prosesin yaradılmasında bilavasitə iştirak edən insanların 
da sayı durmadan çoxalır. Sonra, elmin texnoloji tətbiqi artdıqca, əmək 
prosesində insanın mənəvi əxlaqi keyfiyyətlərinin rolu yüksəlir. Yüksək 
şüurluluq, əməyə vicdanlı münasibət, intizam və məsuliyyət işçinin uğurlu 
əməyinin çox vacib şərtinə çevrilir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   616   617   618   619   620   621   622   623   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin