X FƏSIL GƏLƏCƏYIN FƏLSƏFI ÖYRƏNILMƏSI 1. Sosial prqnozlaşdırma Fəlsəfi fikrin tarixi göstərir ki, müxtəlif dövrlərdə bəşəriyyətin
gələcəyini irəlicədən görmək və izah etmək cəhdləri çox olmuşdur. Bu
qəbildən olan baxışlar son dərəcə rəngarəngliyi ilə seçilir. Onlarda
gələcəyin sadəlövh şəkildə və dini əfsanələr üzrə duyulması ilə yanaşı,
onun elmi izahı ünsürləri də ifadə olunmuşdur.
Ictimai həyatın bütün sahələrində əsaslı dəyişikliklər baş verdiyi
indiki şəraitdə gələcəyə elmi nəzər salmaq xüsusilə zəruri hal alır .
Müasir elmi- texniki və sosial tərəqqi şəraitində gələcəyin öyrənilməsi
məsələləri getdikcə daha çox yer tutmaqdadır.
Insan öz qarşısında müəyyən məqsəd qoyaraq, ona çatmaq üçün
fəaliyyət göstərir. O, öz fəaliyyətinin nəticələri, onun gələcək nəsillərə nə
cür tə'sir göstərəcəyi haqqında daim düşünür. Hazırda yaxın gələcəkdə və
uzaq perspektivdə bəşəriyyətin taleyi haqqında uzun müddətli sosial
proqnozlar işlənib hazırlanır. Lakin nəzərdə tutulmalıdır ki, gələcəyin
irəlicədən izah olunması işinə çox böyük məs'uliyyət və dəqiqliklə
yanaşmalıdır.
Qeyd edək ki,
fəlsəfə gələcək haqqında konkret, müfəssəl, xronologi ardıcıllıqla reseptlər vermək iddiasından çox-çox uzaqdır .
Bu yolda atılan hər cür cəhdləri o əsassız hesab edir. Fəlsəfi bilik sosial
tərəqqinin yalnız magistral istiqamətini irəlicədən müəyyən etmək
məqsədi güdür. Ictimai həyatın ayrı- ayrı tərəflərinin təşkili ilə əlaqədar
konkret məsələləri isə gələcək nəsillər özləri həll edəcəklər.
Gələcəyin irəlicədən xəbər verilməsi, bəşəriyyətin perspektivlərinin
uzaqgörənliklə söylənilməsinin fatalizm ilə, guya hər şeyin irəlicədən
müəyyən olunduğu haqqında dini baxışlarla heç bir əlaqəsi yoxdur. Çünki
bu real tarixi prosesin elmi fəlsəfi təhlilinə əsaslanır.
Son dövrlərdə gələcəyin tədqiqi, sosial proqnozlaşdırma ilə məşğul
olan xüsusi elm sahəsi