Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Müasir şəraitdə şəxsiyyətin sosiallaşmasında dəyərlərin rolunu



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə613/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   609   610   611   612   613   614   615   616   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Müasir şəraitdə şəxsiyyətin sosiallaşmasında dəyərlərin rolunu 
izah edərkən formalaşmaqda olan bazar münasibətlərinin bu prosesə 
təsirini qeyd etməmək olmaz
. Keçmiş SSRI-yə daxil olmuş bütün 
respublikalar kimi Azərbaycan da müstəqillik əldə etdikdən sonra totalitar 
rejimin qalıqlarının ləğv edilməsi və açıq demokratik cəmiyyətə keçid 
dövrünü yaşayır. Bu, ictimai həyatın bütün sfera və tərəflərində bazar 
münasibətlərinin bərqərar olması ilə səciyyələnir. Yaranmaqda olan bazar 
münasibətləri hər şeydən əvvəl iqtisadi sahədə dövlət mülkiyyətinin 
inhisarına son qoymağı, xüsusi mülkiyyəti genişləndirməyi, azad 
sahibkarlığa geniş meydan verməyi nəzərdə tutur. Son illərdə bu 
istiqamətlərdə atılan əsaslı addımların rolu təkcə iqtisadi həyat ilə 
məhdudlaşmır, onlar həm də ictimai həyatın digər sferalarına da güclü 
təsir göstərir. Həmin sferalarda ( sosial, siyasi və mənəvi) ardıcıl surətdə 
həyata keçirilməkdə olan əsaslı və hərtərəfli demokratikləşdirmə xətti 
bunun üçün əlverişli imkanlar açır. Beləliklə də formalaşmaqda olan bazar 


564 
qanunları iqtisadi, sosial, siyasi və mənəvi münasibətlər sisteminə güclü 
dəyişdirici təsir göstərir, insanların bütün həyat tərzini yeniləşdirir. 
Bazar münasibətlərinin mahiyyətini təşkil edən iqtisadi 
liberalizm, rəqabət, daha çox gəlir və qazanc əldə etmək cəhdləri 
şəxsiyyətin dəyərlər oriyentasiyasına ciddi təsir edir
. Həm də bu təsir 
öz xarakterinə görə birmənalı olmur. Başqa sözlə deyilsə, bazar 
münasibətləri bir tərəfdən şəxsiyyətin təşəbbüskarlığını artırır, fəallığını 
və enerjisini gücləndirir, onun öz qabiliyyətlərini və yaradıcılığını inkişaf 
etdirmək üçün geniş imkanlar açır. 
Digər tərəfdən bazar ilə əlaqəli dəyərlər şəxsiyyətin formalaşmasına 
həm də mənfi təsir edir. Müasir qərb mütəfəkkirlərinin böyük bir qismi 
(K.Xorni, E.From, C.Xomans və R.Merton) məsələnin bu tərəfinə diqqət 
yetirərək göstərirlər ki, bazar qanunlarının fəaliyyəti nəticəsində 
şəxsiyyətin mənəviyyatı ikiüzlü xarakter alır, onun özgələşməsi artır, 
psixiki pozuntular, nevroz vəziyyəti özünü göstərir. Məsələn E.From 
göstərir ki, bazar münasibətlərinin mövcudluğu ilə səciyyələnən indiki 
dövr həm də «yeni tipli insanı» əmələ gətirir.O bu insan tipini «bazar 
xarakterli insan» adlandırır. From yazır ki, bazar xarakterinə malik insan 
hər şeyi əmtəə kimi qavrayır. Təkcə əşyalar deyil, şəxsiyyətin özü də, 
onun fiziki enerjisi, vərdişləri, biliyi, rəyləri, hissləri, hətta gülümsəməyi 
də əmtəə kimi qəbul olunur. Hər cür şəraitdə əlverişli sövdələşmək insanın 
başlıca məqsədinə çevrilir.
1
Deyilənlər sübut edir ki, müasir şəraitdə şəxsiyyətin dəyərləri bazar 
prizmasından keçərək fəaliyyət göstərməyə başlayır və bazar dəyərləri 
xarakteri kəsb edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   609   610   611   612   613   614   615   616   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin