Şərq və Qərb regionlarının malik olduğu dəyərlərə diqqət yetirmək
məqsədəuyğundur
. Onların hər biri öz həyat tərzinin spesifikliyi ilə bağlı
olan dəyərləri əks etdirir. Məsələn Şərq üçün cəmiyyət ilə şəxsiyyət
əlaqələrinin möhkəm olması, şəxsiyyətin davranışında ədalət, humanizm,
səmimiyyət, insanlıq, valideynlərə və böyüklərə hörmət kimi normalar və
qaydalar mühüm yer tutur. Burada şəxsiyyətin sosiallaşması prosesində
ailənin rolu böyükdür. Cəmiyyətin özünə də çox vaxt böyük ailə kimi
baxılır. Odur ki, şəxsiyyətin tərbiyəsi və sosiallaşmasında dünyanı
dəyişdirmək deyil, insanın öz- özünü təkmilləşdirməsi əsas istiqamət
hesab olunur. Qərb regionu isə şəxsiyyət ilə cəmiyyətin qarşıdurması,
fərdi dəyərlərin ictimai dəyərlərdən üstünlüyü ilə səciyyələnir. Odur ki,
burada şəxsiyyətin sosiallaşması hər şeydən əvvəl sosial mühitin
dəyişdirilməsi ilə əlaqədardır.
Müasir azərbaycan cəmiyyəti hər iki
regionun sərhəddində yerləşir. Buna görə də burada şəxsiyyətin
sosiallaşması prosesində hər iki regiona xas olan müsbət dəyərləri
əlaqələndirmək zəruridir
. Məsələn Şərq xalqlarının mentalitetində
ənənəvi olaraq kollektivçilik dəyərləri geniş yer tutur. Insanlar arasında
sosial əlaqələrin möhkəmləndirilməsində onlara söykənmək faydalıdır.
Digər tərəfdən qərb üçün səciyyəvi olan fərdiyyətin rolunun
genişləndirilməsi, onun fəallığı və müstəqilliyinin artırılması ilə bağlı
dəyərlərə xüsusi diqqət yetirilməlidir. Deyilənlərlə əlaqədar belə bir sual
qarşıya çıxır: müasir azərbaycan cəmiyyəti şəxsiyyətinin sosiallaşmasında
hansı tərəf üstünlük təşkil etməlidir: şərq üçün səciyyəvi olan
özünütəkmilləşdirmə, yoxsa qərbdə əsas yer tutan sosial mühiti
dəyişdirmə? Bu suala cavab verərkən göstərilməlidir ki, ən yaxşı yol
onların, hər ikisini düzgün əlaqələndirməkdir. Belə ki, şəxsiyyətin normal
inkişafı üçün həm onun özünün təkmilləşməsi, həm də sosial mühiti
1
Bax: Уайтхед А. Избранные работы по философии. М., 1990, с.560.
566
dəyişdirməsi tələb olunur. Təkcə birinci tərəf ilə məhdudlaşmaq sosial
mühitə kor- koranə uyğunlaşmağa, konformist (müti) davranışa gətirib
çıxarır. Eynilə də ikinci tərəf (fərdi dəyərlərin rolunun şişirdilməsi)
yolverilməzdir. Əks halda əsassız eqoizm özünü göstərir və şəxsiyyətin
cəmiyyətdən özgələşməsi güclənir.
Müasir dövrdə şəxsiyyətin sosiallaşması prosesinə irrasional və
uydurma dəyərlər də müəyyən təsir göstərməkdədir. Söhbət ondan gedir
ki, bu gün şəxsiyyət çox böyük miqdarda informasiya axını ilə üzləşir.
Onun məzmununda isə rasional və elmi məlumatlarla yanaşı, həm də
mistika, astrologiya, magiya, cadugərlik və sair də özünü göstərir. Belə
şəraitdə bəzən qeyri- şüuri səviyyədə, gerçəkliyi kor- koranə və qeyri-
tənqidi qavrayan təfəkkür formalaşır. Nəticədə rasionalizm irrasionalizm
ilə əvəz oluna bilir, bəzi mifoloji təsəvvürlər isə rasional formada qəbul
olunur. Qeyd olunan vəziyyətdə formalaşan şüur tipi real həyatdakı
ziddiyyətlərə məhəl qoymur, obyektivlik prinsipini subyektivizm ilə əvəz
edir, zəkanın yerinə inam və etiqad yaradır. Bütövlükdə isə mifoloji
şüurun əlamətləri qərarlaşır.
|