Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 3(4)

XVIII əsr İtaliya ədəbiyyatı 
1.
İtalyan maarifçilik ədəbiyyatının xüsusiyyətləri. 
2.
Karlo Qotsi. 


3.
Karlo Qoldoni – italyan milli dramaturgiyasının banisi kimi. 
İtalyan Ədəbiyyatı XVII əsrdə gerilə dövrü yaşamışdı. İtalyan ədəbiyyatında 18-ci 
əsrdə klassisizmin təsirləri özünü göstərir. Klassisizmə bağlı yazan verən üç 
mühüm müəllif var: Goldoni (1707-1793) komediya janrında, Alfieri (1749-1803) 
faciə janrında, Parni (1729-1799) isə satirik üslubda yazmışlar. 
XVIII əsrdə İtaliyada, İngiltərə və Fransanın təsiri ilə filosoflar və onların liberal 
fikirləri ortaya çıxır. G. Vico (1668-1744) tarix fəlsəfəsinin əsaslarını qurdu. 
Muratori (1672-1750) və Giannone (1676-1748) mühüm tarixi əsərlər yaratdılar. 
Onlardan xeyli gənc olan Cesare Beccaria (1738-1794) “Cinayətlər və Cəzalar”
adlı araşdırması (1764) şöhrət qazandı. 
1762-ci ildə Sizvitlərin qovulması İtaliyada liberal düşüncənin qələbəsi oldu. Teatr 
sahəsində, xüsusən faciə janrında opera librettoları yazan Metastasioyu (1698-
1782), komediyaları Molierei xatırladan Karlo Goldoniyi və rəqibi Karlo Gozziyi 
(1720-1806) qeyd etmək olar. 
Bu dövrdə poeziyada Giuseppe Parni (1729-1799), ən çox da Vittorio Alfieri 
(1749-1803) parladı, ozan və oyun yazarı Vittorio Alfieri, söz sənətinin bütün 
gücünü tiranlara qarşı istifadə etdi və azadlığı böyük bir coşğunluqla ucaltdı. 
Qraf Karlo Gotsi 
Qraf Karlo Gotsi
(d. 13 Dekabr 1720, Venesiya - ö. 4 Aprel 1806, Venesiya, 
İtaliya) Pyetro Chiari və Karlo Goldoninin gətirdiyi yeniliklərə qarşı ənənəvi 
“commedia dellarte”nin inadla müdafiə edirdi.. Əsərləri, İtaliyada olduğu qədər 
digər Avropa ölkələrində də bir çox teatr və musiqi yaradıcılığına ilham mənbəyi 
olmuşdu.
Xəyalpərəst və tənqidçi olan Gotsi bütün həyatı boyu dövrünün 
cəmiyyətini və mədəniyyətini tənqid etdi; Ən şiddətli hücumlarının hədəfi, Pyetro 
Chiarinin gözü yaşlı teatrı, Goldoninin realist komediyası oldu. 1761-1765-ci illər 
arasında oynanan on teatr nağılı (fiaba) böyük maraq doğurdu. Bu nağıllarda 
fövqəlliklə o zamanın məşhur əsərlərinə satirik münasibət sintez şəkilndədir. 
Qotsi, "Memorie İnutili" adlı kitabında da göründüyü kimi, insana dərhal təsir edən 
bir karikatura ustalığına malik idi. 
Adlı-sanlı, amma yoxsul bir ailədən gələn Qotsi, Gasparo Qotsinin qardaşı idi. Bir 
müddət hərbi xidmət etdikdən sonra 1744-də Venesiyaya qayıdıb satirik şeirlər və 
müxtəlif esselər yazdı. Bu arada İtalyan ədəbiyyatını xarici təsirlərdən qorumağı 
hədəfləyən mühafizəkar Granelleschi Akademiyasına iştirak edirdi. Məqsədi, 
ənənəvi commedia dellarteyi canlandırmaqdı. Əvvəl satrik şeiri “La tartana degli 
influsside” (1747), sonra da ekzotik bir commedia dellarte oyunu olan “Üç 
Portağalın Məhəbbəti” (1761) əsəri ilə Goldoniye qarşı çıxırdı. Oyunda Goldoniyi 
sehrbaz, Pyetro Chiariyi isə pis bir pəri kimi göstərirdi. 


 Qotsi, bu tamaşanın böyük uğur qazanmasından sonra doqquz fiaba (fantastik 
oyun; Lüğəti mənası "nağıl") daha yazdı. Bu fiabalarında, kukla tamaşalarını, Şərq 
hekayələrini, populyar təmsilləri, nağılları və Tirso de Molina, Caldron de la 
Barca, Migel de Cervantes kimi İspan oyun yazıçılarının yaradıcılığını əsas 
götürmüşdü. İçlərində ən əhəmiyyətliləri, 1762-de oynanan “Maral Olan Kral”, 
1762-də oynanan Turandot, 1762-də oynanan “İlan Qadın” və 1765-də oynanan 
“Kiçik Yaşıl Quş” əsərləridir. 
İtaliyada bir müddət çox sevilən bu fiabalar, digər Avropa ölkələrində, xüsusilə də 
1777-78-ci illərdə dərc olunduqları Almaniyada daha qalıcı bir təsir yaratdı. Höte, 
Şiller, Lessinq və Şlegel həmin əsərlərdən tərifləyərək bəhs ediblər. Şiller 
Turandotu ciddi bir oyuna çevirmiş, Şlegel də Qotsiyi Şekspir ilə müqayisə 
etmişdi. Sonradan Turandot, Ferrucio Busoni və Giacomo Puccininin operalarına, 
“Üç portağalın məhəbəti” isə Sergey Prokofyevin 1921-də oynanan Üç Portağala 
Məhəbbət (1919) adlı operasına ilham mənbəyi olmuşdur. 
Qotsi həmçinin, “Memorie inutili” (1797; Faydasız Xatirələr) adlı bir tərcümeyi-
hal yazmışdır. 
Məşhur İtaliya dramaturqu Karlo Qoldoni 25 fevral 1707-ci ildə anadan olub. 
İtaliya teatrında apardığı islahatlarla məşhur olub. Maarifçilik ideyaları Qoldoni 
dramaturgiyasında əsas yer tutur. 267 pyes yazıb. «İki ağanın bir nökəri», 
«Mehmanxana sahibəsi» pyesləri Azərbaycan Milli Dram teatrında da tamaşaya 
qoyulub. Qoldoninin «Girkana Culfada», «Girkana İsfahanda», «Fars gəlini» kimi 
tragikomediyaları da var. İtalyada Karlo Qoldoninin dramaturgiyası yeni aktyor 
sənətinin yaranması və inkişafı üçün zəmin yaratmaqdan əlavə, həmçinin 
İtalyan dramaturgiyasında yeni və ciddi janrların yaranmasına imkanlar yaratdı. 
Karlo Goldoni 25 Fevral 1707-ci ildə Venesiyada anadan olub. Bir tərəfdən teatr 
ilə məşğul olarkən, digər tərəfdən vəkillik peşəsinə davam edib. Komediyalarında 
qəhrəmanlarını gündəlik həyatın içindən seçirdi. 
"Commedia dellarte" oyunlarındakı maskalı, ənənəvi tiplərin yerinə daha realist 
obrazlar; Zəif quruluşlu, çox vaxt təkrarlamalarla dolu quraşdırmanı yerinə, sıx 
toxunmuş hadisə hörgüləri və sonu əvvəlcədən söylənilən farsın yerinə də şən və 
öz-özünə inkişafa açıq hava gətirmişdir. Bu yeniliklər səbəbilə Goldoni, İtalyan 
realist komediyanın banisi sayılır. 


 Bir həkimin oğlu olan Goldoni teatrla maraqlanmağa kiçik yaşda atasının 
kitabxanasındakı komediyaları oxuyaraq başladı. 1721-də Riminide təhsil aldığı 
məktəbi tərk edərək səyyar bir teatr kompanyasına üzv olub. Daha sonra Paviadaki 
papalığa aid məktəbdə təhsilini davam etdirib.
Molyeri oxumaq üçün Fransız dilini öyrənir. Pavia Universitetində həvəssiz hüquq 
oxumağa başladı. Venesiya (1731-33) və Pizada (1744-48) vəkillik etməsinə və 
diplomatik vəzifələrdə işləsə də, bütün marağı və həvəsi Venesiyadakı San Samuel 
teatrı üçün yazdığı oyunlara yönəlmişdi. 
İlk oyunlarında üslubunun hələ aydınlaşmamış olmasına, qədim və yeni üslublar 
arasında gedib gəlməsinə baxmayaraq, Samuel Richardsonın romanı əsasında 
hazırladığı La Pamela (1750) kimi ciddi oyunlarında, maskalı xarakterləri 
tamamilə aradan qaldırdı.
1750-51 mövsümündə, çalışdığı teatrı başqa şirkətlərin rəqabətindən qorumaq 
üçün 16 yeni komediya yazacağını açıqlayır. Bunlardan Venesiya ləhcəsiylə 
yazdığı, “Sözgəzdirənlər”, “commedia dellarte” janrındakı "Yalançı" və bir İtalyan 
komediyası olan “Həqiqi dost” əsərləri Goldoninin ən uğurlu yaradıcılıq 
nümunələri arasındadır. Goldoni 1753-dən 1762-yə qədər San Luka Teatrı üçün 
oyunlar yazmış, Commedia dellarte tərzindən sürətlə uzaqlaşdığı bu dövrün 
əhəmiyyətli əsərləri arasında "Mehmanxana sahibəsi" də var.
Goldoni, 1762-ci ildə Comedi -Italiennei-yi idarə etmək üçün, Venesiyadan ayrılıb 
Parisə gedir. Burada yazdığı Fransızca oyunlarını sonradan Venesiya tamaşaçısı 
üçün yenidən qələmə almışdır.
Fransızca LEVENTAİL (1763) adı ilə yazdığı "Yelpik" (1764) ən uğurlu 
tamaşaları arasında xüsusi yer tutur. 
Goldoni, 
Versaldakı şahzadələrə İtalyanca öyrətmək üçün, 1764-də 
dramaturgiyanı buraxmış, 1783-də Memoires (1787) – “Xatirələr” adlı məşhur 
əsərini yazmağa başladı. Fransız İnqilabından sonra, ona verilən təqaüd kəsilmiş, 
bir neçə il sonra da 6 Fevral 1793-cü il tarixində Parisdə yoxsulluq içində 
ölmüşdür. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin