Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)

Volter
 
 
İctimai-siyasi, sosial-iqtisadi mahiyyət kəsb edən maarifçilik öz faliyyətində və
eyni zamanda, inkişafında dövrün estetik fikrindən geniş istifadə edir, bədii 
yaradıcılığın, elmin-əzəri fikrin ideya-təsir gücünə arxalanırdı. Heç də təsadüfi 
deyil ki, maarifçiliyin beşiyi sayılan Fransada bu hərəkatın aparıcı, daşıyıcı 
simaları məhz fransız yazıçıları olmuş və onların yaradıcılığı əsasında fransız 
ədəbiyyatı maarifçiliyin klassiki hesab edilmişdir. Bu da tarixi faktdır ki, 
“maarifçilik dövrü” terminini də tarixə məhz fransız dramaturqu Volter bəxş 
etmişdir. Belə ki, Volterin 1718-ci ildə böyük müvəffəqiyyətlə Paris səhnəsində 
oynanılan 
“Edip” 
faciəsinin 
inqilabi 
əhəmiyyəti 
olmuşdur.
Maarifçi estetika dünyanın bütün xalqlarının maarifçilik hərəkatına fəal təsir etmiş, 
istər Qərbi Avropa, istər Şərq, istərsə də bir çox millətlərin ictimai fikrini 
istiqamətləndirmiş olan Rusiyanın milli ziyalıları, ədəbi şəxsiyyətləri ilə təmsil 
olunmuşdur. 
Əvvəla qeyd edək ki, dünya maarifçi estetikasının nümayəndələri öz əsərlərində 
birinci vəzifə olaraq dövrün mədəniyyət nəzəriyyəsinə, ağıl proqramına cavab 
verən məsələləri işıqlandırır, “biliksizlikdən biliyə, az bilikdən tərəqqiyə, inkişafa” 
şüarı ilə çıxış edir və, ən başlıcası, belə hesab edirdilər ki, yalnız elmi tərəqqinin 
sayəsində yeni ictimai-iqtisadi, mədəni inqilab pilləsinə qalxmaq mümkündür. 
Təsadüfi deyil ki, Volter maarifçilik dövrü İngiltərəsini “ağıl adası” adlandırmışdır. 
Dünya maarifçiliyinin “tənqid” prinsipi də qlobal xarakter daşıyırdı.Volter 
yaradıcılığı ərzində yüzdən çox təxəllüsdən istifadə etmişdi. 
Kilsəyə qarşı kəskin fikirlərinə görə İngiltərəyə sürgün olunan Volter həmin illər 
ərzində daha çox inkişaf etmişdir. Gənclik illərində Şekspiri gənc şairlərə nümunə 
göstərən filosof bir neçə ildən Şekspirdən daha yüksək istedada malik olduğunu 
demişdir.
Volter özündən sonra çox böyük bir ədəbi-fəlsəfi yaradıcılıq irsi qoyub 
getmişdir. Ölümündən sonra, onun əsərlərinin tam toplusunu yayınlayanda, hər biri 
600 səhifəlik 50 cild ortaya çıxmışdı.

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin