Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)

Jan Fransua Renyarın (1655-1708)
dramaturji yaradıcılığı maarifçilik ərəfəsi 
ədəbiyat baxımından əhəmiyyət daşıyır. 1688-ci ildə musiqi və rəqsli farslar yazır, 
1694-cü ildə “Serenada” pyesi, 1695-də “Oyunçu” əsərləri ilə şöhrət qazanmağa 
başlayır. Əsasən komediya janrında yazıb. 1708-ci ildə yazdığı “Tək varis” əsəri 
dünya ədəbiyyatında özünəməxsus yer tutur. Dramaturgiyada Molyerin istiqmətini 
izləyib. “Əyalət qızı” avtobioqrafik romanı da vardır.
XVII əsrin sonlarında maarifçiliyin hazırlanması baxımından ən maraqlı 
şəxsiyyətlərdən biri Sedan akademiyasının professoru Pyer Beyldir /1647-1706/. 
Nant ediktinin ləğvindən sonra Hollandiyaya köçən Beyl burada Rotterdam Ali 
məktəbində müəllim işləyir. O, dövrünün ən bilikli və müdrik simalarından idi. 
Özü protestant idi. Katolikliyə, sonralar isə bütün dinlərə tənqidi münasibət 
bəsləmişdir. "Böyük Lüdovikin dövründə Frasada katoliklik nədən ibarətdir?" adlı 
əsərində qəddar kilsə irticasına qarşı çıxaraq yazırdı: "Bu zorakılıqların 
müqabilində xristianlıq haqqında nə düşünmək olar? Belə nəticə çıxarmaq lazım 


gəlmirmi ki, bu, ən qana həris bir dindir, vicdan azadlığını büsbütün sıxışdırmaq 
üçün hətta yalan və aldatmadan, dö- nüklükdən, cəlladlardan və inkvizisiyadan, 
draqonadlardan qorxmur." Volterin, Didronun ayrı-ayrı fikir və mü- lahizələrini 
xatırladan bu sözlər Beylin başqa əsərlərində də vardır. Məhz buna görə də onu 
təqib edirlər, vəzifəsi əlindən çıxır. Beyl ömrünün qalan illərini "Tarixi və tənqidi 
lüğət" adlı əsas əsərini yaratmağa sərf edir. 20 cilddən ibarət olan bu geniş həcmli 
əsər birinci növbədə din əleyhinə söylənilmiş fikirlər, mülahizələr toplusudur. 
Müəllif özündən əvvəl müxtəlif zamanlarda söylənilmiş mülahizələr əsasında 
mövcud dinlərin bütün əsas müddəalarını şübhə altına alır və təftiş edir. P.Beyl öz 
mülahizə və qənaətlərini söyləməkdən çəkinir, deyilmiş dəlillərlə kifayətlənir. 
Lüğət əslində ikili planda yazılmışdır. Əsas hissəsində dinin müxtəlif məsələləri 
şərh olunur. Müəllif burada özünü dindar bir protestant kimi göstərir. Bu əsas 
məqalələrə yazılmış geniş şərhlər isə əsas hissədən qat-qat çox olmaqla tam ateist 
ruhda yazılmışdır. Bu şərhlər bütün dövrlərin əsl ateizm ensiklopediyası olub 
müəllifinə böyük şöhrət qazandırmış və XVIII əsrin ensiklopedistləri üçün zəngin 
material vermişdir. Volter hesab edir ki, Beyl özü dindar deyilsə də, oxucularını əsl 
dinsizliyə gətirib çıxarır. Beylin lüğəti XVIII əsrdə maarifçilərin stolüstü kitabı 
olmuşdur. Didro və Dalamber isə "Ensiklopediya"da ondan nümunə kimi 
faydalanmışlar. Bir fransız yazıçısının söylədiyi kimi: "Pyer Beyl XVII yüz il 
mənasında axırıncı metafizik və XVIII əsr mənasında birinci filosof idi." Beləliklə, 
P.Beylin yaradıcılığı ilə XVII əsr ədəbiyyatı yekunlaşır və Maarifçilik dövrünün 
ədəbiyyatı başlanır. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin