Şarl Lui Monteskyö
Şarl Lui Monteskyö (18 yanvar 1689 — 10 fevral 1755) – fransız yazıçı, maarifçi
filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi kimi fəaliyyət göstərmişdir. Şarl Lui
Monteskyö Fransada varlı məmur ailəsində anadan olmuşdur. Dünyagörüşü
etibarilə deist olan Monteskyö teologiya və kilsənin kəskin tənqidini vermişdir.
Doğrudur, Monteskyö ictimai əxlaqın qorunmasında dinin müəyyən rol oynadığını
göstərmişdir. Monteskyö təbiət və cəmiyyət hadisələrinin tabe olduğu ən ümumi
qanunauyğunluluq ideyasını inkişaf etdirmişdir. O, providensializmi rədd edərək
qanunu “şeylərin təbiətindən irəli gələn zəruri münüsibət kimi” başa düşmüşdür.
Monteskyö təbii hüquq nəzəriyəsinin ümumi müddəalarını qəbul edərək ardıcıl
rasionalist konsepsiyaların tərəfdarlarından fərqli olaraq bu nəzəriyyə əsasında
ictimai qanunların universal sisteminin yaradılmasını qeyri-mümkün saymışdır,
çünki xalqların mövcudluğunun şəraiti müxtəlifdir. Monteskyö görə idaretmə
qanunları və formalarının rəngarəngliyi buradan irəli gəlir. Monteskyö
sosiologiyada coğrafi cərəyanın banilərindən biridir; ictimai quruluşun və adətlərin
formalaşmasında iqlimə, torpağa, səthə və s. xüsusi əhəmiyyət vermişdir. Bununla
belə Monteskyö ictimai mühitin rolunu göstərmişdir; Monteskyödə ictimai mühit
siyasi quruluş və qanunvericilik anlayışı ilə uyğun gəlir. Monteskyö feodal
mütləqiyyət qaydalarını kəskin tənqid edərək burjuaziyanın və zadəganlığın siyasi
kompromis ideoloqu kimi mötədil konstitusiyalı monarxiya ideyasının və
hakimiyyətlərin bölünməsi prinsipnin müdafiəsində durmuşdur. Moteskyö 1748-ci
ildə “Qanunların ruhu haqqında” əsərini yazmışdı. Onun fikrincə siyasi
xəyanətlərin aradan qaldırılması üçün təminat hakimiyyətin ciddi olaraq üç yerə
bölünməsi (qanunverici, icraedici və məhkəmə) və qarşılıqlı məhdudlaşdırılması
ola bilər. Bu ideyalar Fransa burjua inqilabı qanunvericiliyinə böyük təsir
göstərmişdir. “…Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə tatarlarla
yarışa bilməz… İranın hökmdarları onlardır. Kirin və Kistapsın taxtında təntənə ilə
oturan onlardır. Onlar türk adlanıb Avropada, Asiyada və Afrikada nəhəng
fatehliklər edib dünyanın üç qitəsində ağalıq edirlər… Bu cəngavər xalq öz
gündəlik şöhrəti ilə məşğul olub, ədəbi məğlubedilməzliyinə inanıb keçmiş
qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır”. Şarl Lui
Monteskyö (“İran məktubları” 1721)
“İran məktubları” 1721
Təxminən əlli ilə yaxıın idi ki, Fransada şərq dəb olmuşdu. Əsərdə Usbe və Rica
adında iki İranlı Avropa, xüsusilə Fransada səyahətə çıxır. İki səyyah
təəssüratlarını vətəndaşlarına yazır, onlar da İranda baş verənlərdən onları xəbərdar
edirlər. Məktub tərzi, Monteskyöyə sərbəst şəkildə bir mövzudan digərinə
keçməsinə şərait yaradır. Bir hərəm fırıldağı əsərin süjetini yaradır. Hörmətli
Usbenin yoxluğunda, qaradərili hərəm ağası, ağasının sarayında hər cür
çətinliklərlə qarşılaşır. Beləliklə, İran məktublarına qeyri-adi bir görünüş verərək
Monteskyu yalnız zamanın zövqünə uyğun gəlmir, eyni zamanda risk almadan
zahirən çox ciddi bir rejimə qarşı kifayət qədər sərt hücumlara keçir. Əsər
hərəkətlidir, oxucu özünü böyük bir portret qalereyasının içində hiss edir: Vergi
toplayan, aclıq çəkən şair, yaşlı döyüşçü, böyük nəcib insan, varlı adam, hekayəçi.
Parisdəki həyatdan da səhnələr xatırlanır: Oxucu, Homer barəsində mübahisə
edilən bir klubdan, gözəl düşünənlərin qarşılıqlı öyündüyü bir Salona, Parisə xas
avaraların toplandığı Tuileriesden Fransa Akademiyasına qədər gəzə bilir.
Məktubların əksəriyyəti dini, əxlaqi və siyasi problemlərə toxunur. Müstəmləkə,
qul ticarəti, qanunlar haqqında öz mülahizələrini irəli sürür.
İran məktubları
Fransanın XIV Lüdovik dövrünə və İran sivilizasiyasına iki İran səyyahının gözü
ilə baxan siyasi satira idi. 1726-cı ildə Monteskyö Parisə köçür və iki ildən sonra
Fransa Akademiyasına üzv seçilir. O, Avropa ölkələrinə çoxlu səyahətlər edir,
müxtəlif ölkələrin dövlət hakimiyyətinin quruluşunu müşahidə edir və təhlillər
aparır. Monteskyö dünyada ilk dəfə olaraq siyasi proseslərin inkişaf
qanunauyğunluqları haqqında ümumiləşdirilmiş nəticələr almaq üçün müxtəlif ölkə
hüquqlarının müqayisəli öyrənilməsindən şüurlu və sistematik şəkildə istifadə
etməyə başlayır.
Dostları ilə paylaş: |