Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
  1   2   3   4   5   6   7   8   9   ...   12
movzu 3(4)



Mövzu: 3. XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. 

Maarifçilik ərəfəsi fransız ədəbiyyatı 
XVII əsrin ilk üç rübündə mütərəqqi rol oynayan fransız mütləqiyyəti əsrin 
sonlarında tənəzzül dövrü keçirir, ölkənin həyatından təcrid olunaraq açıq tüfeyli 
bir səciyyə alır. Uğursuz xarici siyasət, saraydakı hədsiz dəbdəbə və təmtəraq 
ölkəni var-yoxdan çıxarır, dövləti müflis halına salır. Bu vəziyyətdən kəndlilər 
daha çox əziyyət çəkirlər. Fenelon kənd və şəhərlərin acınacaqlı mənzərəsini 
xatırladaraq yazır: "Torpağın becərilməsi, demək olar ki, atılmışdır. Şəhər və 
kəndlərdə əhali qalmamışdır, peşələr miskin bir ömür sürür və fəhlələri yedirə 
bilmir. Fransa böyük, atılmış, ərzaqdan məhrum olmuş bir xəstəxanadır." XIV 
Lüdovikin qəddar daxili siyasəti kor-təbii kəndli hərəkatlarına səbəb olurdu. 
Xalqın narazılığı dövrün ziyalılarına da təsir edirdi. Fransız ziyalılarının gizli 
imzalarla xarici ölkələrdə çap olunan əsərlərində ümumxalq narazılığı əks 
olunurdu. Bununla yanaşı XIV Lüdovikin dini və dünyəvi siyasətində də mürtəce 
bir dönüş əmələ gəlir: 1685-ci ildə Nant edikti ləğv olunur, protestantların təqibi 
yenidən başlanır, kilsə xadimlərinə böyük hüquqlar verilir, ölkədə dini terror hökm 
sürür, Por-Royal darmadağın edilir, madam de Mentenona qarşı açıq hücumlarına 
görə İtaliya Komediyası teatrı bağlanır və onun aktyorları Fransadan sürgün edilir. 
Məhz bu dövrdən ədəbiyyat daha artıq müxalifətçi bir mövqe tutur, saraya xidmət 
göstərməkdən uzaqlaşır, döyüşkən bir xarakter alaraq XVIII əsr maarifçiliyinin 
sələfinə çevrilir. XVII əsrin ədəbiyyatında müşahidə olunan bu yeni keyfiyyətlər 
maarifçiliyin ilkin təzahürləri və əlamətləri kimi diqqəti cəlb edir. Yaranmış siyasi 
şərait bir sıra köhnə janrların ölüb getməsi, yeni janrların meydana çıxmasına 
səbəb olur. Yeni şəraitə, tələbata uyğun şəkildə bəzi janrlar daha da inkişaf 
etdirilir. Xüsusilə bir sıra yüngül janrlar əvvəlki mövqelərini itirir, hətta bəzi 
radikal görüşlü yazıçılar teatrdan imtina edirlər. Açıq tənqidin qorxulu olduğunu 
görən ədəbi qüvvələr satiradan qaçırlar. Əsrin sonlarında özünü göstərən yenilikçi 
və müxalifətçi meyllər xüsusi yarımleqal janr və formaların meydana çıxması ilə 
nəticələndi. Xüsusilə xalq həyatı və xalq yaradıcılığı ilə tanışlıq əsasında yaranan 
nağıl janrı geniş mövqe qazanır. Memuar ədəbiyyatı bu dövrdə daha artıq 
çiçəklənmə dövrü keçirir.
Q

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin