Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 3(4)

Alen Röne Lesaj 
1668-ci ildə Fransanın Sarzo şəhərində hüquqşünas ailəsində anadan olmuş, 1747-
ci ildə Bulon-Sür-Merdə vəfat etmişdir. Atası şah sarayında notarius və vəkil 
işləmişdir. Alen Röne Lesaj orta təhsilini bitirdikdən sonra 1692-ci ildə Parisə 
gəlib hüquq fakültəsinə daxil olmuşdur. Tələbəlik illərində ata-anasını itirmiş, ağır 


güzəran keçirmişdir. Rəvayətə görə maddi ehtiyac onu varlı bir qadınla evlənməyə 
məcbur etmişdir. Əslində isə belə bir əhvalat olmamışdır. Lesaj Parisdə közəl bir 
qızla ailə qurmuşdur. Valideynlərinin vəfatından sonra o, özünü dolandırmaq üçün 
kiçik yunan əsərlərini tərcümə etməyə, 1700-cü ildən isə «Teatr Evrapol» üçün 
fransız dilinə kiçik pyeslər çevirməyə başlamışdır. 
Nizami motivlərini səhnəyə ilk dəfə fransızlar gətirmişlər. «Larus» ensiklopedik 
lüğətində, habelə Alen Rene Lesajın həyat və yaradıcılığından bəhs edən kitablarda 
Nizami süjetlərinin səhnədə oynanılmasından danışılır. «Larus universal» (Paris, 
1949) və «Böyük Larus ensiklopediyası» (Paris, 1960) lüğətlərində də bu haqda 
dəyərli məlumata rast gəlirik. 
Ümumbəşəri səciyyə daşıyan Nizami idealları əsrlər boyu bütün xalqları 
maraqlandırmışdır. Mütəfəkkir şair cəmiyyətdə ekiz doğulan xeyirlə şərin, 
xeyirxah qüvvələrlə bədxah qüvvələrin arası kəsilməyən mübarizəsini iki şəxsin 
simasında, özünəməxsus sənətkarlıqla canlandırmışdır. Bəşər evladını daim 
düşündürən bu əzəli və əbədi problem fransız sez ustalarının nəzərindən yayına 
bilməzdi. 
Doğrudur, bir çox fransız alimləri Alen Rene Lesajın «Yeddi gözəl»dəki dördüncü 
novellanı, «Xeyir və Şər» nağılını opera üçün işləməsimi, «Çin şahzadəsi» adlı 
kiçik həcmli opera mətni yazmasını Fransua dö La Kruanın «İran nağılları» ilə 
əlaqələndirirlər. Bəlkə də belədir. Lakin onu da nəzərdən qaçırmaq olmaz ki, 
XVIII əsrdə, yəni Alen Röne Lesajın yaşayıb-yaratdığı dövrdə Nizaminin əsərləri 
Fransada geniş intişar tapmışdı. həm Kral kitabxanasında, həm də Şərqlə 
maraqlanan alim və yazıçılarda onun bütün əsərləri var idi. Ayrı-ayrı ki-tablarda 
(məsələn, Bartelemi D'Erblonun «Şərq kitabxanası»n-da, Paris, 1697) Nizaminin 
bütün əsərləri sadalanmış, «Xəmsə»-nin adı çəkilməmişdi. 
Şərqlə maraqlanan Alen Röne Lesaj kimi bir yazıçı və dramaturq Nizami 
Gəncəvinin əsərlərini oxumaya bilməzdi. İnamla demək olar ki, Lesaj yuxarıda adı 
çəkilən opera mətnlərini bilavasitə Nizaminin «Yeddi gözəl» əsərindən 
bəhrələnərək yazmışdır. Opera 1729-cu ildə Parisdə «Komedi Fransez» teatrında 
göstərilmişdir. Alen Röne Lesajın əsas qəhrəmanı Diamantindir. 
İlk dəfə fransız səhnəsinə qədəm qoyan Nizami süjetləri sonralar italyan və alman 
səhnələrinə do yol tapmışdı. İtalyan dramaturqu Karlo Qotsi «Nağıl teatrı» 
yaratmışdı. Süjetlərini folklor materialları əsasında qurai Karlo Qotsi 1761-ci ildə 
«Teatr üçün nağıllar» toplusunu, 1762-ci ildə isə «Turai-dot» əsərini yazmışdı. 
Lesaj kimi Qotsi də Nizami Gəncəvinin «Yeddi közəl» əsərindəki «Xeyir və Şər» 
nağılını əsas götürmüşdü 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin