Mövzu: XVIII-XIX əsr Fransa və İtaliya ədəbiyyatı. Maarifçilik ərəfəsi fransız ədəbiyyatı



Yüklə 161,02 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix14.12.2023
ölçüsü161,02 Kb.
#179747
1   ...   4   5   6   7   8   9   10   11   12
movzu 3(4)

Jan Jak Russo (1712-1778) 
XVIII əsr fransız maarifçilərindən biri də Jan Jak Russodur (1712-1773). O, 1712-
ci ildə Cenevrədə anadan olmuşdur. Anası erkən öldüyündən onun tərbiyəsi ilə 
atası və bibisi məşğul olmuşdur. O, bir müddıt dayısının yanında qalmış, usta 
yanında sənət öyrənməyə cəhd göstərmişdir. Russo qeyd edirdi ki, o, ata evində 
cəsarətli, Lamberiyanın yanında azad, dayı evində mehriban idisə, usta yanında 
cəsarətsiz idi. Beş il (1723-1728) usta köməkçisi olan Russo oradan qaçır, 
macəralarla dolu həyat yaşamağa başlayır. Lakin buna baxmayaraq, o şəxsi təhsili 
üzərində inadla işləyir, katolikliyi qəbul edir. Katolik xeyriyyə cəmiyyətinin üzvü 
gənc xanım Vareninin köməyi ilə ruhani seminariyasına daxil olur, keşiş olmaq 
istəyir, ancaq bu, baş tutmur. Müxtəlif işlərdə çalışır. Xanım Varenindən musiqini 
öyrənir, iki opera yazır və nəhayət, ədəbi yaradıcılığa başlayır. Volterin “Fəlsəfi 
məktublar”ı haqqında eşidən Russo elmlə məşğul olmaq istəyir. Həkim Solomonla 
tanışlığı ona güclü təsir edir və o, Por-Royalın əsərləri ilə maraqlanır. Por-Royalın 
əsərlərində xeyirxahlıq elmlə birləşdirilmişdi. O, Por-Royalın “Məntiq”, C.Lokkun 
“Təcrübələr”, Dekart və Leybnisin fəlsəfi əsərlərini öyrənməklə yanaşı həndəsəni, 
latın dilini, tarix və coğrafiyanı, sonralar isə fiziologiyanı və anatomiyanı 
öyrənir.Russo 1743-cü ildə “Korların məktubu” əsərinə görə həbsxanaya salınan 
D.Didronun görüşünə gedərkən “Elmlərin və incəsənətin inkişafı əxlaqa 
müsbət,yoxsa mənfi təsir etmişdir” mövzusunda Con akademiyasının müsabiqə 
elanına rast gəlir. O, Didronun məsləhəti ilə həmin müsabiqədə iştirak edir. Con 
akademiyasının elanı qığılcım olub onun yanmasına, şölələnməsinə səbəb olur. 
Birinci müsabiqədə qalib gələn J.J.Russoakademiyanın elan etdiyi yeni 
müsabiqəyə əsasən “İnsanlar arasında bərabərsizliyin mənşəyi” adlı ikinci əsərini 
yazır. Bununla da bütün varlığı ilə yaradıcılığa başlayır. On ildən az bir dövrdə 
(1753-1762) Russo “İctimai müqavilə”, “Yeni Eloiza”, “Dalamberə məktub”, 
“Emil və ya tərbiyə haqqında” əsərlərini yazır. Sonuncu əsəri səs-küyə səbəb olur. 
Fransa parlamenti əsərin yandırılması və müəllifin habs olunması haqqında qərar 
qəbul edir. Russo Fransadan qaçır, filosof Yumun dəvəti ilə İngiltərəyə gedir. 
1767-ci ildə Ren adı ilə vətənə qayıdır. Bu vaxt o, məşhur “Tövbə” (1765) əsərini 
yazırdı. Fiziki cəhətdən çox zəifləmiş, mənəvi cəhətdən sarsılmış J.J.Russo çox 
yaşaya bilmədi, 1778-ci il, iyun ayının 2-də vaxtsız vəfat edir. 

Yüklə 161,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin