Riom zərbxanası müdirinin oğlu olan Pyer Carlet də Chamblain də Marivaux bir
müddət hüquq oxuduqdan sonra dövrünün ədəbiyyat toplantılarına qatılıb.
Əlindəki sərvətini itirəndə özünü yazmağa həsr edib..
Əvvəllər bir neçə roman
yazıb, teatr və jurnalistika sahəsində məşğul olub. Uğursuz bir neçə qəzet çıxarmaq
təşəbbüsü alınmır və Annibal (1720) adlı faciəsi ümid etdiyi uğuru qazanmır. Daha
sonra İtalyan komediyasına istiqamətlənir və bu sahədə uğur qazanır. 1742-ci ildə
Fransız Akademiyasına üzv seçilib. Madam de Pompadourun ona müəyyən bir
məbləğ ödəməsinə baxmayaraq daima dolanışıq sıxıntısı içində yaşayıb. Romanları
kimi komediyalarında də yenilik tərəfdarı bir yazıçı olan Marivo, oyunlarında
Molyerin qoyduğu yolun başqa bir çıxışını axtarırdı. Əsas mövzu olaraq ələ aldığı
eşqi, hər oyununda "gizləndiyi yerdən" çıxarmağa çalışdı. Yaradıcılığında qadına
xüsusi bir yer verdi. Onun gənc və emosional oyun qəhrəmanları yalnız sevgiləri
məşğul idilər.
Son dərəcə incə, təsirli hisslərin bütün təfərrüatlarını vermək üçün
Marivo gözəl, yumorist, ifrata varan incəlikdə özünə məxsus bir tərz ortaya qoydu.
Xoşbəxtlik həsrətinin və insan münasibətlərinin (ağa və nökər, qadın
və kişi
sevgili) mürəkkəbliyini dilə gətirdi. Bundan başqa, teatr tarixində ilk dəfə olaraq,
nökərlə ağanı eyni səviyyədə bir əsər daxilində işlədi. Adətən çağdaşlan tərəfindən
kifayət qədər anlaşılmaz, hətta, Volter tərəfindən təhqir olunan Marivonun
yaradıcılığı müasir romanın da bir müjdəçisi sayılır. Həqiqətən də,
tamamlanmamış iki romanından ənənəvi xarakterli “Marianın həyatı” (1731-1741)
və “Bambılı, Kəndli” (1735-1736) Floberin və müasir roman yazarların öncülük
etmişdir. İkinci romanında Parisə gələn passiv kəndli tipini, hadisələrin içində yer
alan, aktiv iştirakçı kimi deyil, gördüklərini müəyyən etməklə kifayətlənən bir növ
müşahidəçi durumunda qələmə aldı. Stendalin "roman
yol boyu gəzdirilən bir
güzgüdür" sözü Marivonun bu romanı üçün xarakterikdir. Marivo bu əsərində
müəllif kimi əxaqi baxımdan bir davranış sərgiləmədən yalnız ruhi açıqlamalar
verməklə kifayətlənir. Bundan başqa,
dialoqarm gerçəkliyi, cümlə quruluşunun
çevikliyi bu romanın modern bir əsər kimi səciyyələnməsinə imkan verir.Əsas
əsərləri: Farzamon və ya yeni Don Kixot (1712), Mariannanın həyatı (1731-1741),
Bambılı Kəndli (1735-1736) romnlarının, Annibal (1720); Eşq ilə tərbiyələnmiş
Arlequin (1720), Məhəbbətin İlk sürprizi (1722); İkiqat qətiyyətsizlik, (1723);
Paltarını
Dəyişmiş Şahzadə, (1724); Kölələr Adası, (1725); Məhəbbətin İkinci
Sürprizi, (1727); Könül və Qismət Oyunu ( 1730); Analar Məktəbi, (1732); Boş
əhdlər, (1732); Xoşbəxt Hiyləgərlik, (1733); Sirdaş ana, (1735); İanə (1735); Saxta
sirdaşlar ( 1737); Sınama, (1740); Məğlub olmuş qərəz, (1746)
və sə teatr
əsərlərinin müəllifidir.
Dostları ilə paylaş: