Plan: Avropa regionunda beynəlxalq turizmin müasir vəziyyəti və dünya turizm bazarında mövqeyi



Yüklə 128,11 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix16.12.2023
ölçüsü128,11 Kb.
#181501
1   ...   6   7   8   9   10   11   12   13   14
BTC-movzu2

əsas turizm mərkəzləri
paytaxt Kopenhagen və Zelandiya adası, Bornholm, Fyun və 
Yutlandiya yarımadasıdır.
Kopenhagen və Zelandiya turizm bölgəsi.
Kopenhagen – Zelandiya adasında, Şimal və Baltik 
dənizlərini birləşdirən boğazda yerləşir. 2004-cü ildə şəhər və onun ətrafında 136 mehmanxana var idi. 
Kopenhagenin tarixi mərkəzini kiçik Slotsholmen adası təşkil edir. Burada Danimarka parlamentinin binası, 
adanın şərqində isə Taun holl binası və meydanı yerləşir. Bu meydandan şəhərin ən böyük ticarət küçəsi öz 
başlanğıcını götürür.
Kopenhagenin əsas görməli yerləri Tivoli əyləncə parkı, Xristianiya azad şəhəri və Su pərisinin 
heykəlidir (2008-ci ildə qəzetlərdən biri tərəfdən şəhərin ən məhşur yeri seçilmişdir). Tivoli parkı 1843-cü 
ildən fəaliyyət göstərərək hər il təxminən 4 mln. ziyarətçi qəbul edir. 
Kopenhagendə çoxlu muzey və rəsm qalareyası vardır ki, onların içərisində ən məhşurları Milli Muzey 
və Kral Təsviri İncəsənət muzeyidir. Kopenhagen ətrafında Maral qoruğu və Avropanın ən qədim əyləncə 
parkı (1583-cü il) sayılan Direxavsbakken və ya Bakken yerləşir.
Zelandiya adasının cənubunda yerləşən Mon adası öz əsrarəngiz təbiəti, qayaları, qumlu çimərlikləri ilə 
seçilir. Loplan adasında Knuttenburq safari parkı, Nestved adası yaxınlığında isə BonBon-Lend “konfet” 
əyləncə parkı yerləşir.
Bornholm turizm bölgəsi.
Baltik dənizində yerləşən Bornholm turistlərə mənzərəli qayalar, balıqçı 
kəndləri və qumlu çimərliklər təklif edir. Ən çox ziyarət edilən şəhərləri Qulheym, Sandviq, Svanike və 
Rönnedir. Adanın ən məhşur yeri Hammerhaus qəsrinin möhtəşəm qalıqlarıdır.
Fyun turizm bölgəsi
. Zelandiya ilə Böyük Belt körpüsü ilə birləşir. Odensdə (Fyunun paytaxtı) Hans 
Xristian Andersen anadan olmuş və uşaqlığını keçirmişdir. Onun yaşadığı ev hal-hazırda muzey kimi 
fəaliyyət göstərir. Bundan əlavə burada Eqesk ə Xvedholm qəsrləri və öz dar küçələri və saman damları ilə 
turistləri cəlb edən Ture, Tasinq ə Erö adaları yerləşir.

Yüklə 128,11 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin