İxtisasın adı: Tərəvəz ustası Modulun nömrəsi


Şəkil 1.33. Kərəviz yarpağı



Yüklə 1,21 Mb.
Pdf görüntüsü
səhifə48/207
tarix24.12.2023
ölçüsü1,21 Mb.
#193370
1   ...   44   45   46   47   48   49   50   51   ...   207
quot-adviyyat-bitki-caylari-va-darman-bitkilari-quot-modulu-uzra-dars-vasaiti

Şəkil 1.33. Kərəviz yarpağı
 
 
Şəkil 1.34. Kərəviz bitkisinin çiçəyi
Bioloji xüsusiyyətləri.
Kərəvizin başlıca bioloji xüsusiyyəti onun ikiillik və çoxillik 
olmaq xüsusiyyətidir. Adətən 1-ci vegetasiya ilində iri yarpaq qrupu, bəzi formalarda 
kökümeyvə, bəzisində iri, ətli yarpaq saplağı əmələ gətirir. Qışı aşağı temperaturda (6-20 
0
C) 
keçirdikdən sonra ikinci vegetasiya ilində özəkləyib toxum verir və yerüstü һissə quruyur. 
Lakin kərəvizin yerüstü hissəsi tez-tez biçildikdə o çoxillik səbzə bitkisinə çevrilir
özəkləməyə imkan tapmır. 
Sort və hibridləri.
Kərəvizin yarpaq forması, kökümeyvəli forması və saplaq forması, 
hər biri ayrıldıqda sortlara malikdir. 
Azərbaycanda əsas yarpaq məhsulu verən yerli formalar becərilir, onların hansı sortlara 
aid olduğu bilinmir. Onlar içərisində orta yetişən Delikates və tez yetişən Uzun utah sortları 
geniş becərilir. 
Uzun utah -
kərəviz sortunun vegetasiya müddəti 160-180 gündür. Xoş ətrə malikdir. 
Respublikanın tərəvəz becərilən zonaları üzrə qeydiyyata alınmışdır.
Seltop F1 -
İri tünd yaşıl yarpaqlı, yüksək məhsuldar və stresə davamlıdır. Əmtəəlik 


Modulun adı: Ədviyyat, bitki çayları və dərman bitkiləri 
47 
məhsul çıxışı yüksəkdir.
Selbanç F1 -
Orta ölçülü, tünd yaşıl və çox oxşar yarpaqları olan bitkidir.
Koriandr Marino -
Nazik gövdələri , yarpaqlarının kənarı dərin iri yarılmış diş-diş olan 
koriandrdır. Saplaqlamağa nisbi davamlıdır, yüksək temperaturda becərilə bilər. 
1.6. Ədviyyat, bitki çayları və dərman bitkilərinin mühüm növ və sortları 
Azərbaycanda becərilən ətirli ədviyyat bitkilərindən zəfəran, sarıçiçək, sabahgülü, 
soğan, sarımsaq, qırmızı istiot, ağ və qara xardal, nanə, yarpız, cəfəri, şüyüd, tərxun, kərəviz, 
ispanaq, reyhan, cirə, keşniş, razyana və başqaları daha çox iqtisadi və müalicəvi əhəmiyyət 
kəsb edir. Bu bitkilər xüsusi təsərrüfatlarda becərilir və müxtəlif məqsədlər üçün istifadə 
edilir. 
Yeyinti sənayesinin müxtəlif sahələrində emalından asılı olaraq ətirli ədviyyat 
bitkilərindən təzə, qurudulub üyüdülmüş, konservatlaşdırılmış halda istifadə olunur. 
Ədviyyat bitkilərinin təsnifatı: 

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin