Son illər erməni təcavüzünə məruz qalmış bütün Azərbaycan xalqı


Xocalı     Wriştw Tərkibi



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/105
tarix31.12.2021
ölçüsü1,35 Mb.
#25305
1   ...   9   10   11   12   13   14   15   16   ...   105
     
Xocalı 
 

Wriştw
Tərkibi:
Quru lobya – 200 qr.
Soğan – 200 qr.
Yağ – 200 qr.


1. Øorbalar
● 49
Un –1 kq.
Turşu – 80 qr.
Duz, istiot
Hazırlanması:
Quru lobya 2 litr suda qaynadılır. Undan xəmir hazırlanır, 1-2 mm qalınlığında 
yuxalar yayılır. Yayılmış yuxalar 0,5 sm enində uzunsov şəkildə kəsilir. Soğan 
yağda qızardılır və qaynanılmış lobya suyu ilə birgə soğançanın içərisinə əlavə 
edilir. Sonra 4 litr su əlavə edilir və qaynayanadək gözlənilir. Kəsilmiş xəmirlər 
qazana tökülür, 10 dəqiqə qaynadıqdan sonra duz və istiot əlavə edilir. Bişmiş 
yemək boşqaba tökülür və üzərinə zövqə görə turşu əlavə olunur.
Şuşa 
 

Wriştw
Tərkibi:
Un – 500 qr.
Qara lobya – 100 qr.
Soğan – 150 qr.
Yağ – 30 qr.
Ət suyu – 1 lt.
Turşu – 30 qr.
Nanə – 10 qr.
Duz, istiot
Hazırlanması: 
Xəmir yoğrulur, uzun formada doğranır. Böyük qara lobya ayrıca bişirilir.  
Soğan yağda qovrularaq üzərinə ət suyu (adi su da ola bilər) tökülür. Qaynar 
halda doğranmış xəmir və bişmiş lobya suya tökülür. Turşu, istiot, nanə qurusu 
əlavə edilir. Qış aylarında hazırlanır.


Qarabaü mÿtbÿxi
50 ●
Xocavwnd 
 

Sulu wrişdw
Tərkibi:
Un – 600 qr.
Maş lobya – 250 qr.
Soğan – 200 qr.
Alça qurusu – 100 qr.
Quru nanə – 40 qr.
Əvəlik – 40 qr.
Yağ – 400 qr.
Duz, istiot
Hazırlanması:
Əvvəlcədən yoğrulmuş  xəmir kündələnir və  xırda  əriştələr kəsilir. Lobya 
qaynadılır və hazır saxlanılır. Yağda qovrulmuş soğanın üzərinə su tökülür
qaynar suya əriştə, lobya, alça turşusu və qurudulmuş nanə əlavə edilir. Hazır 
olduqdan sonra süfrəyə sarımsaq qatıqla verilir. 
Nəticə
Əriştənin hazırlanması Xocalı  və  Şuşa rayonlarında demək olar ki eyni 
cürdür. Xocalı rayonundan fərqli olaraq, Şuşa rayonunda əriştəyə ət suyu və 
nanə əlavə edilir. Xocavənd rayonunda bişirilən əriştənin fərqi ondan ibarətdir 
ki, burada maş lobyadan, alça qurusundan, əvəlikdən istifadə olunur və süfrəyə 
sarımsaqlı qatıqla verilir. 
Zwngilan 
 

Unlu umac
Tərkibi:
Qara un – 200 qr.
Su – 1 lt.
Soğan – 1 ədəd.
Ərinmiş yağ – 100 qr.
Duz, istiot, sarıkök. 


1. Øorbalar
● 51
Hazırlanması:
Unun üzərinə su çilənir qarışdırılaraq umac hazırlanır. Su qaynadılır. Duz, 
istiot və sarıkök əlavə olunur. Sonra umac qarışdırıla-qarışdırıla suya əlavə 
olunur. Tez-tez qarışdırılır. Soğan xırda-xırda doğranılır və yağda tam qızardılır. 
Qaynar umacın üzərinə əlavə olunur. Umac isti halda yeyilir. Soyuqdəymədə, 
boğaz ağrısında olan xəstəyə daha xeyirli qida hesab olunur.
Şuşa 
 

Umac
Tərkibi:
Un – 500 qr.
Yumurta – 1 ədəd.
Soğan – 150 qr.
Yağ – 30 qr.
Turşu – 50 qr.
Göyərti
Əvəlik – 80 qr.
Duz.
Hazırlanması:
Un yumurta ilə ovularaq umac halına salınır. Doğranmış soğan yağda qovrulur. 
Üzərinə doğranmış bir parça əvəlik, su əlavə edilir. Qaynar suya umac tökülür 
və bişənə yaxın turşu, göyərti əlavə edilir.
Laçın
 

Umac
Tərkibi:
Buğda unu – 2 stəkan
Yağ – 100 qr
Yumurta – 1 ədəd
Əvəlik qurusu – 1 ovuc
Soğan – 2 ədəd
Lavaş, duz, istiot


Qarabaü mÿtbÿxi
52 ●
Hazırlanması:
Əvəlik qurusunun üzərinə qaynar su tökülüb islanmaq üçün kənara qoyulur. 
Narın doğranmış soğan yağda qovrularaq üzərinə su əlavə olunur. Qaynayan 
suya islanmış əvəlik, duz, istiot, lavaş əlavə edilərək qaynadılır. Unu yumurta, 
duz və su ilə ovuşduraraq umac hazırlanır. Hazır kütlə ələkdə ələnərək artıq 
unlardan təmizlənir. Umacı aramsız qarışdırmaq şərti ilə qaynayan işgənəyə 
töküb hazır olunca bişirmək lazımdır. 
Xocavwnd
 

Südlü umac

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin