A.Qoroxov,V.Okulov
«Pravda»nın xüsusi müxbirləri.
«Gecədən sonra şəfəq»
Azərbaycan paytaxtında indiki vəziyyəti
belə səciyyələndirmək olar.
(«Pravda» qəzeti 2 fevral 1990)
P.P.S. Yanvarın 20-də Akademiyada keçirilən iclas zamanı mən də da bir çox
başqa yazıçılar kimi Kommunist patiyasından çıxacağımı demişdim.Aşağıdakı
müsahibədə bu məsələyə aydınlıq gətirilir:
Müxbir Mehriban Əbülfət qızının sualı:
- O vaxt partbileti atıb, sonra geri götürməniz çoxları tərəfindən pis qarşılandı…
Mən inanıram ki, o bileti atanda da, geri götürəndə də Anar xalqı düşünmüşdü…
Cavab:-Neçə dəfə demişəm, mən partbileti atmamışdım, yəni partbilet deyilən o
şeyi heç kimə təhvil verməmişdim. Yanvar hadisələrindən sonra Akademiyada iclasda
dedim ki, mən də partiyalan çıxıram,Sonra Qurultay oldu və mən də partityanın üzvü
olmuş,onun günahlarına cavabdeh adam kimi bu qurultayda iştirak emək qərarına
gəldim.Sonra bu partiya öz-özünə ləğv oldundu.Mənsə daha heç bir partiyaya qoşulmaq
istəmirəm,çünki nə vaxtsa bir partiyada olmuşam (düz hərəkət eləmişəm, eləməmişəm,
bu başqa məsəşələdi) Bu gün bu partiyada, sabah başqasında olmaq mənim siyasi
əxlaqıma sığışmır.
(«7 gün» qəzeti, 6 fevral 1993).
|