Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından


«KEÇMİŞİN TƏKRAR OLUNACAĞINDAN QORXURAM»



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə30/274
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2189
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   274
Fevral-mart, 2006 

 

 



 


DİN - MƏDƏNİYYƏTDİR 

 

Dini məsələləri işıqlandıracaq bir qəzetin nəşrə başlamasını ürəkdən alqışlayır və 



ona uğurlar diləyirəm. Din - cəmiyyətin çox mühüm bir mənəviyyat  

Mənim  üçün  din  hər  şeydən  əvvəl  əxlaq  və  mədəniyyətdir.  Əgər  müxtəlif  dini 

konfessiyalar  bir-birindən  fərqlənirsə  onların  təsiriylə  yaranmış  sənət  örnəkləri  bütün 

bəşəriyyətə  məxsus  olan  sərvətdir.  Paris  Notr  Dam  kilsəsini  seyr  edərkən,Rafaelen 

Sikstin  Madonnasına,  Mikalencelonun  «Pyeta»sına(«Kədər»inə)  heyranlıqla  baxarkən, 

İ.S.Baxın  xorallarını  dinləyərkən  mən  bu  sənət  möcüzələrinin  dini  qaynaqlardan 

qidalandığını unudaraq onlardan ilk növbədə ilahi estetik zövq alıram. Eləcə də İslam 

mədəniyyətinin  yaratdığı  incilər  -  Şeyx  Nizaminin,  Mövlana  Cəlaləddin  Ruminin, 

Füzulinin  poeziyası,  muğamlar,  Tac  Mahal,  Səmərqənd,  Buxara,  İsfəhan,  Şiraz, 

Naxçıvan  memarlıq  abidələri,  İstanbul  cameləri  -bütün  dünyaya  məxsus  olan 

gözəlliklərdir. 

Səmavi  dinlər  arasında  İslam  sonuncusu  və  ən  tolerantlısıdır.  Digər  iki  səmavi 

dindən fərqli olaraq İslam o dinlərin peyğəmbərlərini də qəbul edir və onlara, o dinlərin 

qudsal kitablarına hörmətlə yanaşır.Xristian dünyasında Məhəmməd, Əli,Həsən,Hüseyn 

adlarına  rast  gəlməzsiniz,amma  İslam  dünyasında  Həzrət  Məhəmməddən  öncəki 

peyğəmbərlərin adları İbrahim,Süleyman,Musa,İsa və s. ən yayqın adlardır. 

Dinin dövlətdən ayrılması  - laiklik, sekulyarlıq, dünyəvilik  - hər bir demokratik 

quruluşun  təməl  prinsiplərindəndir.  Allahsız,  ateist  quruluşlar  diktaturaya  yol  açır  və 

Allahı  inkar  edən  diktatorlar  öz  kultlarını  insanların  inanclarında,  şüurlarında  təsdiq 

etməyə  çalışırlar.  Eyni  zamanda  teokratik  quruluşlar  da  gec-tez  totalitar  bir  sistemə 

çevrilir, düşüncə azadlığının, fərqli fikir özgürlüyünün qəniminə çevrilirlər.  

Bu  gün  cəmiyyətdə  -  istər  mediada,istər  ədəbiyyat  və  sənətdə,istərsə  də  insan 

münasibətlərində,davranışında,həyat  tərzində  müəyyən  aşınma,bayağılaşma  müşahidə 

olunduğu bir vaxtda dinimizin mənəvi dəyərləri -- sağlam ailə əlaqələri,qarşılıqlı böyük-

kiçik  hörməti,  əlitəmizlik,  gözütoxluq,ehtiyacı  olanlara  yardım  əlini  uzatmaq  kimi 

dəyərlər,zənnimcə dinin bütün rituallarından daha vacibdir. 




Dinə  ən  böyük  zərbə    onun  fanatizm  şəklinə  salınmasıdır.  Böyük  sələflərimiz 

Mirzə  Cəlil  Məmmədquluzadə,Mirzə  Ələkbər  Sabir  mənsub  olduqları  İslam  dininə 

yox,dini  fanatizmə  və  fanatizmin  törəməsi  olan  mövhumata,xurafata  qarşı  mübarizə 

aparırdılar. 

Uşaqlıqdan  Allaha  inanmışam  və  ömrümün  sonuna  qədər  inanacam.Yaşa 

dolduqca bu münasibətimi belə ümimiləşdirdim:  

 

Allaha inanıram. 



Dinə hörmət bəsləyirəm. 

Fanatizmə,mövhumata,xurafata nifrət edirəm. 



11 aprel 2009. 

«Din və cəmiyyət» qəzetinin ilk nömrəsində dərc edilib 

 

 

 



 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   274




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin