DƏDƏ QORQUD ARAŞDIRMALARI qan abidəsi şərq tərəfi 6-cı sütunda qorxulu, sarsılmaz mənasında
işlənmişdir.
Kür sözünə dialekt və şivələrimizdə də rast gəlinir.
Kür (Salyan, Şamaxı) 1. aciz (Şamaxı); 2.tənbəl (Salyan) (6,
səh. 268)
Kür (Çəmbərək, irəvan, Qarakilsə) – nadinc, dəcəl, ağlağan
(uşağa aid) (7, səh. 221)
Kür sözü Qarabağ Gəncəbasar bölgəsində tünd xasiyyətli
dəlisov, qorxulu, tez küsən, tez inciyən mənalarında da işlənir.
Fikrimizcə, abidələrdə işlənən kür sözü ilə Qarabağ, Gəncəbasar
bölgəsində işlənən kür sözü arasında məna bağlılığı var. Bu
mənada şivələrdə işlənən kür sözünü abidələrdə işlənən kür
sözündən gəldiyini düşünmək olar.
Mən – Mən sözü Irık Bitik abidəsi 47-ci sütunda qida, yemək
anlamında işlənmişdir. Maraqlı faktdır ki, mən sözü Dərbənd
dialektində - qida anlamında – pendir suyu mənasında bu gün də
işlənməkdədir. (6, səh. 349).
Os (Oş). Os sözü Talas abidəsi III 1-ci sütunda içəri daxil
mənasında işlənmişdir. Bu söz dialekt və şivələrdə rast gəlinir.
Os (Qazax) – motal – Bu il yaylaxda iki os pendir qayırmış-
dıx (6, səh. 382)
İlk baxışda bu iki söz arasında müəyyən bağlılığın olması ağ-
labatan deyil. Lakin motal sözünün semantikasına nəzər saldıqda
aydın olur ki, motal qoyunun dərisindən hazırlanır, süd məhsulu
sayılan pendir motalın içərisində saxlanılır. Güman etmək olar
ki, abidədə işlənən os sözünün içəri mənası motal sözü ilə
əvəzlənmişdir. Os sözü içəri, daxili mənasında dilimizdə işlənən
daha bir sözün kökündə qorunub saxlanmaqdadır. Əgər biz os
sözünə -dır
4
fel düzəldən şəkilçini artırsaq orqanizmdə maddələr
mübadiləsinin pozulması nəticəsində daxildə yaranan qazların
təmizlənməsi üçün edilən hərəkət anlaşılar. Bu isə öz növbəsində