DƏDƏ QORQUD ARAŞDIRMALARI ayağ sözü ilə heç bir bağlılığın olmaması göz önündədir.
Ayağ sözünə köhnəlmiş bir söz kimi də rast gəlinir. Bu söz
köhnəlmiş söz kimi qədəh mənasındadır.
Ayağ sözünü dialekt və şivələrdə araşdırdıqda ayağ sözünə
“ayağına getmək” frazeoloji birləşməsində də rast gəlirik.
Fikrimizcə, abidədə hörmət mənasında işlənən ayağ sözü
məna baxımından dialektlərimizdə işlənən “ayağına getmək” fra-
zeoloji birləşməsində mühafizə olunmuşdur. “Ayağına getmək”
frazeoloji birləşməsinin semantikasına diqqətlə yanaşsaq görərik
ki, hörmət əlaməti olaraq özündən böyüyün və ya hörmətli şəxsin
ayağına gedərlər. Qeyd olunan fikirlər ayağ sözünün hörmət
mənasında işləndiyini bir daha sübut edir.
Alçı. Bu söz Yenisey abidələri X-VIII. 1 sütunda bəxt
mənasında işlənmişdir. Alçı sözü dialekt və şivələrimizdə heç
bir fonetik dəyişikliyə uğramadan işlənir. Lakin şivələrimizdə
işlənən alçı sözü ilə abidədə işlənən alçı sözünün heç bir məna
bağlılığı yoxdur.
Dialekt və şivələrimizdə işlənən alçı sözünün məna çalarları-
na diqqət yetirək:
Alçı: Alçı durmağ (Salyan) – üzə durmaq, cavab qaytarmaq.
(6, səh. 21)
Alçı: (Çəmbərək, Basarkeçər, Kəvər, İrəvan, Zəngilan) – aşı-
ğın bir üzü, (qoyunun ayağından çıxarılır toxanın əks tərəfi)
Anlan: Anlan sözü Yenisey abidələrini XXXVIII. 4. sətirdə
başa düşülmək, anlamaq, dərk edilmək mənasında işlənmişdir.
Dialekt və şivələrimizdə anlan sözünün Şəmkir, Balakən,
Dərələyəz, Zəngibasar) annax variantına rast gəlinir. Qeyd olu-
nan şivələr də anlamaq, qanacaq, mərifət mənasında işlənir (7.
səh. 45)
Art. Art sözü. Yenisey abidələri XVIII 4:5;5 sətirlərdə artmaq