DƏDƏ QORQUD ARAŞDIRMALARI Aş sözü haqqında B.Əhmədov yazır: “Bütün xörəklərin adı
aş olub. İndi məna daralıb, söz əsasən plov mənasında işlədilir.
Amma aşpaz, qatıqaşı, aşxana, ayranaşı, kimi sözlərdə qədim
məna qalmaqdadır. (qatıqaşı heç də plov demək deyil. Aşpaz heç
də təkcə plov bişirməklə məhdudlaşmır və s.) “Nə tökərsən aşı-
na...” deyimi də aş sözünün qədim mənası ilə bağlıdır”. (9, səh.
37).
Fikrimizcə, B.Əhmədov aş sözünün semantikasını dəqiq
müəyyən etmiş, abidələrdə işlənən aş sözü ilə ədəbi dildə olan aş
sözünün məna bağlılığını göstərmişdir. Aş sözü təkcə Azərbaycan
türkcəsində deyil, İraq türkmənlərinin dilində, eyni zamanda xa-
kas, Altay dillərində də işlənməkdədir.
Aş İraq türkmən dilində də yemək mənasında işlənmişdir.
(10, səh. 345)
Aş sözü xakas, Altay dillərində “taxıl”, “çörək” mənasında
işlənir. (7, səh. 48)
Ərdəm. Ərdəm sözü abidələrdən Küli - Çor abidəsi 4-12-ci
sütunda Turfan abidəsi 3-13, Yenisey abidələri II 3-cü sütununda
cəsarət, ləyaqət, ədəb mənasında işlənmişdir. Bu söz Qərb qrupu
dialekt və şivələrimizdə qorunmuşdur.
Ərdəm. (Vedi, Zəngibasar) - bacarıq, səliqə səhman (7, səh.
149)
Ərdəm sözü Naxçıvan, Ordubad, Şamaxı dialektlərindən
Ağdam, Culfa, Füzuli, Mingəçevir, Ucar şivələrində “güclü baca-
rıqlı, qüvvətli” mənasında işlənir (7, səh. 149).
Yuyka. Yuyka sözü Tonyunuk abidəsi 13-cü sütunda yuxa, na-
zik mənasında işlənmişdir. Bu söz Yuxaltmaq şəklində Qarakilsə
dialektində işlənir.
Yuxaltmaq (Qarakilsə) – naziklətmək (6, səh. 552)
Yuxa I (Çəmbərək) sacda bişirilən lavaş