D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə187/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   183   184   185   186   187   188   189   190   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
mənasında Irık Bitik abidəsinin 10-cu sütunda isə keçid, aşırım 
mənasında işlənmişdir. Art sözü arx (Göyçay), Art sözü Ağdam 
dialektində artıma şəklində balkon, eyvan mənasında işlənir. Ar-
tıma sözünün kökündə abidədə işlənən art sözü dayanır. Irık Bi-
tik abidəsində işlənən art-keçid sözü ilə dialektlərimizdə işlənən 
artıma  sözünün  məna  əlaqəsi  evdən  balkona,  eyvana  keçiddə 
mühafizə olunmuşdur. 
Arığ – Arığ sözü Tonyukuk abidəsi 37-ci sütunda təmiz, saf, 
arı mənasında işlənir. 
Dialektlərimizdə Arığ sözünün Ari variantına rast gəlinir.
Ari (Bakı, Xaçmaz) – təmiz, saf, Aydan ari, sudan duru (Bakı) 
(7. səh. 26) Nümunədən də göründüyü kimi arığ sözü qismən fo-
netik dəyişikliyə uğrasa da əsas semantikasını qoruyub saxlamış-
dır.
Ayıt – (ayt -, ayıd - ) Bu söz Bilgə Xaqan abidəsi Şimal tərəf 
41-ci sütunda Talas abidələri 34-cü sütun, Moyun Çor abidəsi 20-
ci sütunda demək-söyləmək əmr etmək mənalarında işlənmişdir. 
Ayıt sözünə həmçinin “Dədə-Qorqud” abidəsində də rast gəlmək 
mümükündür. Ayıt sözü dialektlərimizdən Kürdəmir dialektində 
Aydırmax şəklində eyni mənada mühafizə olunmuşdur.
Aydırmax, (Kürdəmir) demək, söyləmək, anlatmaq. Anasını 
aydırdı ki, o qızı issiyir. (6. səh. 30)
Aş. Aş sözü Yenisey Abidələri XXXII 2-ci sütun, Kül-tigin 
abidəsində 2b-a sütunda yemək mənasında işlədilib. Müasir ədəbi 
dilimizdə aş sözü sadəcə plov və aş(maq) feli anlamında işlədilir. 
Dialektlərimizdə də aş sözü işlənməkdədir.
Aş I (Gəncə) – dərini və gönü aşılamağa məxsus maddə 
Aş II (Basarkeçər) - ərişdə (6. səh. 27)
Nümunələrdən göründüyü kimi aş sözü dialektlərimizdə xü-
susi yemək adı kimi yaşayır.


188

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin